Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə48/65
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#49302
1   ...   44   45   46   47   48   49   50   51   ...   65
IV   ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİN 
REALLAŞDIRILMASI MƏRHƏLƏLƏRİ
Elmi-pedaqoji  təcrübənin  keçirildiyi  obyektdə  təcrübə 
prosesi  başlanılmazdan  əvvəl  təşkilati  ijlas  keçirilir.  Burada 
magistrantı  elmi-pedaqoji  təcrübənin  məqsədləri,  məzmunu və 
təşkilati  formaları  ilə tanış  edilir.  Ona bu ijlasda elmi-pedaqoji 
təcrübənin  keçirilməsinin  fərdi  planın  {tapşırığa)  işlənilməsi 
tapşırığı  verilir.  Elmi-pedaqoji  təcrübə  ADİU-da  keçirildikdə 
təşkilati  ijlasda  ixtisas  kafedralarının  müdirləri,  magistr 
proqamı  və  elmi-pedaqoji  təcrübə  rəhbərlərinin  iştirakı 
məqsədəuyğun hesab edilir.
Magistrant  keçiriləjək  elmi-pedaqoji  təcrübənin  ilk  -  I 
mərhələsində  H-2-ji  həftələrI  fərdi  planı  {tapşırığı)  hazırlayır 
və onun təcrübə rəhbərləri ilə razılaşdıraraq təsdiq etdirir. Fərdi 
plan 
{tapşırığı) 
magistrantın 
elmi-pedaqoji 
təcrübə 
kitabçasında öz əksni tapır.
Fərdi  plana {tapşırığı) uyğun  olaraq magistrant aşağıdakı 
işləri yerinə yetirməlidir:
O  ali  təhsil  müəsissəsində  tədris  problemləri  üzrə 
psixoloci-pedaqoji  ədəbiyyatlarla tanış  olmaq və  onları 
öyrənmək;
93


O  mühazirə,  seminar,  laboratoriya  və  praktiki  dərslərin, 
hazırlanması və keçirilməsi metodikası ilə tanış olmaq;
O  kurs  və  diplom  işlərinin,  məqbul  və  imtahanların 
layihələndirilməsi prosesini öyrənmək;
O  innovasiyalı, 
mütərəqqi 
təhsil 
texnologiyalarını 
mənimsəmək;
O  tədris  kompüter  proqamlan  və  digər  müvafiq  texniki 
vasitələrlə tanış olmaq.
I  mərhələnin  nəticələri  üzrə  magistrant  müvafiq  ijmal 
sənədi Ikonspektl hazırlayır.
II mərhələdə 12-ji həftəl magistrant təcrübəli  pedaqoqların 
dərslərində müşahidəçi kimi iştirak edir.
Magistrant  müşahidəçi  rolunda  iştirak  etdiyi  dərslərdə 
pedaqoji 
prosesin 
təşkilini 
müəllim-tələbə 
qarşılıqlı 
münasibətləri  baxımından  təhlil  edir.  Apalılmış  təhlilin 
nəticələri müstəqil olaraq yazılı qaydada tərtib olunur.
Resenziya-reytinqin  cədvəl  şəkilli  yazılış  formiası  elmi- 
pedaqoji təcrübənin gündəliyində öz əksini tapır.
Magistrant  eyni  zamanda  müşahidəçi  qismində  digər 
magistrantların da apardığı dərslərdə də iştirak etməlidir.
Elmi-pedaqoji  təcrübənin  El  mərhələsində  13-jü  həftəl 
magistrant sərbəst hərəkət edir:
O  mühazirə,  seminar,  parktiki  məşğələ, laboratoriya işi  və 
sair üzrə  məsləhətləşmələr aparır;
O  müxtəlif multimedia  məhsullarını  və  hazırlanmış  əyani 
vəsaitləri nümayiş etdirir;
O  psixoloji-pedaqoji testlər keçirir;
O  keyslər,  işgüzar  oyunlar  və  dərslərin  digər  innovasiya 
formalarını hazırlayır və nümayiş etdirir.
Son  mərhələdə  magistrant  14-jii  həftəl  iqtisadi  təhsilin 
keyfiyyətinin  artıfrılmasına  həsr  olunmuş  «dəyirmi  masada» 
iştirak  edir.  Elmi-pedaqoji  təcrübənin  hesabatını  hazırlayır  və 
onu müdafiə edir.
94


V ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİNKEÇRİLMƏSİNİN 
TƏŞKİLA Tİ MƏSƏLƏLƏRİ
Elmi-pedaqoji  təjürbənin keçirilməsinə ümumi nəzarət və 
rəhbərliyi  ADİU-nun  «Təcrübə  və  işədüzəltmə  şöbəsi»  və 
magistr proqramının rəhbərləri həyata keçirirlər.
Elmi-pedaqoji  təcrübənin  keçrilməsi  üçün  magistrantlara 
ADİU  və  təcrübənin  keçirildiyi  təşkilat 
/təcrübə  obyekti
tərəfindən ayrı-aynlıqda rəhbərlər təyin olunur.
Elmi-pedaqoji  təcrübə  ADİU-da  keçrildikdə  bu  zaman 
təşkilati  işlərə  rəhbərliyi  «Təcrübə  və  işədüzəltmə  şöbəsi» 
həyata  keçirir  və  proses  universitetinq  «E1 m i-Metodik 
Şura»sında  təsdiq 
olunan 
müvafiq 
proqram 
əsasında 
reallaşdırılır.
Elmi-pedaqoji  təcrübənin  səmərəli  reallaşması  üçün 
təcrübə  keçənlər  10-12  nəfərdən  çox  olmayan  qruplara 
bölünürlər.
Elmi-pedaqoji 
təcrübə 
kənar 
təşkilat 
tərəfindən 
keçirildikdə təcrübənin başlanmasına azı  10 gün qalmış tərəflər 
arasında müvafiq razılaşdırmalar aparılmalıdır.
Kənar  təşkilatda  elmi-pedaqoji  təcrübənin  rəhbəri  həmin 
qurumun rəhbərliyi tərəfindən təyin edilir.
Magist  hazırlığı  proqramını  həyata  keçirən  ixtisas 
kafedraları  elmi-pedaqoji  təcrübənin  başlanmasına  azı  1  ay 
qalmış  ADİU-nun  «Təcrübə  və  işədüzəltə  şöbəsi»nə  müvafiq 
təqdimat  göndərməlidirlər.  «Təcrübə  və  işədüzəltə  şöbəsi»  isə 
öz  növbəsində  elmi-pedaqoji  təcrübənin  başlanmasına  azı  2 
həfətə  qalmış  müvafiq  qərar  sənədlərini  elmi-pedaqoji 
təcrübənin  rəhbərinə  və  təcrübənin  keçirildiyi  obyektin 
rəhbərinə göndərməlidir.
Magistrant əsaslandıraraq ona göstəriləjək xidmət haqqını 
öz  şəxsi  vəsaiti  hesabına  ödəməklə  müvafiq  imkanlara  malik 
kənar  təşkilatda  da  elmi-pedaqoji  təcrübə  keçə  bilər.  Bu  qərar 
rektorun əmri ilə rəsmiləşdirilir.
95


Elmi-pedaqoji  təcrübə  bütün  hallarda  müvafiq  tələblər 
dolğunluğu  ilə  yerinə  yetirilməlidir.  Onun  keçrilməsinin 
materiallan  və  hesabatları  təcrübə  keçrilən  təşkilatın  təcrübə 
rəhbəri  tərəfindən  baxılmalı  və  təcrübənin  yekunlarına  həsr 
edilmiş ijlasda təsdiq edilməlidir.
Elmi-pedaqoji  təcrübəni  üzürlü  səbəbdən  keçməyən 
magistrantlar  təkrar  təcrübə  keçməlidirlər.  Bu  zaman  bütün 
xəıjlər  magistrantın  şəxsi  hesabına  təmin  olunur  və  təcrübə 
tədris prosesindən kənar vaxtda yerinə yetirilir.
Üzürlü  səbəb  olmadan  təcrübə  keçməyən  və  müdafiəsi 
qeyri-kafi  qiymətləndirilmiş  magistrantlar  akademik  borj 
zəmində universitetdən xaric  olunurlar.  Magistrantın təcrübədə 
iştirak  etməməsi  və  ya  təsbit  olunmuş  normaları  yerinə 
yetriməməsi  elmi-pedaqoji  təcrübənin  gündəliyindəki  qeydlər 
və sənədlər əsasında təsdiqlənməlidir.
Elmi-pedaqoji  təcrübənin  son  yekunları  təsbit  olunmuş 
sənədlərin  təqdimatı  əsasında  müvafiq  ixtisas  kafedralarında 
attestasiya edilir.

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin