Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,73 Mb.
səhifə10/43
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#39807
1   ...   6   7   8   9   10   11   12   13   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Xanımlar, xatınlar qəmli gəlibdir [121, 191].

6. Mərasimlə bağlı etnolinqvistik vahidlər. Azərbaycan di­linin lüğət tərkibində müşahidə olunan mərasim leksikası da­­­ha çox toy və yas mərasimlərini əhatə edir. Bütün dünya xalq­larının həyatında mövcud olan toy mərasimi ən qədim adət­lərdən biridir.

«Azərbaycan şifahi xalq ədəbiyyatı Azərbaycan xal­qı­nın tarixi ilə üzvi surətdə bağlı olan zəngin mədəniyyət ir­si­dir. Xalqın hiss və duyğuları, əmək fəaliyyəti, mədəni-ictimai mü­nasibətləri,həyat tərzi,dünyagörüşü xalq ədəbiyyatında öz əksini tapmışdır» [79,35]. Azərbaycanın qədim toy adət-ən­­ənələri ilə bağlı əhvalat və hadisələrə folklor nü­mu­nə­lə­rin­dən olan nağıllar,əfsanələr,dastanlarda təsadüf edirik. Ay­dın olur ki, toy mərasiminin davametmə müddəti toy sa­hi­bi­nin varlı və kasıb olması ilə əlaqədar olmuşdur. Belə ki, var­lı­ların toy mərasimi qırx gecə davam etdiyi halda, kasıb ailə­lərdə bu mərasim üç gündən artıq çəkməzdi. Azərbaycanın toy mə­ra­sim­ləri haqqında ən qədim məlumata bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini, adət-ənənəsini özün­də ya­şa­dan, onu bu günümüzə qovuşduran ulu sənət nü­mu­nə­lə­rin­dən biri və birincisi olan «Kitabi-Dədə Qorqud» eposunda rast gəlirik.

Bu əsərdə qədim türklərin-oğuzların toy mərasimləri ilə bağlı bir çox adət-ənənələr-oğlanla qızın «beşikkəsmə» ilə ni­şan­lanması,qız evinin buyurduğu «xərc»,təzə evlənənlər üçün qurulan «gərdək» və s. indi də qorunub sax­lan­maq­da­dır. Bu adət-ənənə ilə bağlı leksik vahidlər-terminlər N.Xəzri poe­zi­ya­sında da öz əksini tapmışdır. Məsələn;


Yox onun mağarı bu gün olacaq

Bilirsən necə toy, düyün olacaq! [121, 192]

Evə ağ duvaqlı gəlin də gəlir [123, 85]

Xonçalı gözəllər

Qatar - qatardı



Yengə də süzdü

Çalanlar şabaşın

İçində üzdü

– Adə, bəy oynasın

Ucuzluq olar! [124, 226]

Xoş gəldin, əlləri xınalı gəlin [124, 237]



Nişan da taxılır

Nişanə üçün [124, 149]


N.Xəzri yaradıcılığından toy mərasimi ilə bağlı nü­mu­nə göstərdiyimiz toy,mağar, düyün, duvaq, gəlin, xonça, yen­­­­gə,şabaş,bəy, nişan sözlərindən bəzilərini etimoloji ba­xım­dan təhlil etmək maraqlı olardı.

A.Axundov V.İ.Koduxova istinadən yazır: «Xüsusi eti­mo­loji təhlil etimologiya verməyin üç əsas qaydasına: fonetik əsaslandırma, sözdüzəltmənin motivləşdirilməsi və semantik ehtimala əməl olunmasını tələb edir». Onun fikrincə, «bu və ya digər sözün etimologiyasının fonetik əsaslandırılması bun­dan ibarətdir ki, müqayisə edilən sözlərin mənşəcə eyniliyi mü­­­­­əyyənləşdirilir, uyğunluqların qanunauyğunluğu qəbul edi­­­­­­­­­­­­­­­­lir,bütün fonetik dəyişmələr isə faktlar və analogiyalar va­­­­­­­sitəsilə izah edilir» [4, 251].

«Toy» sözünün qədim türk dilində «toplantı», «qurul­tay» mənasında işləndiyi məlumdur. Bunu M.Kaşğarinin «Divani lüğət-it-türk» əsərindəki «toy» sözünün «ordugah, ordu qərargahı» kimi izahından da görürük. «Bu sözdən çı­xış edərək «xan toy» deyilir ki, «xaqanın ordu qurduğu yer» de­­məkdir» [53,144]. Buna görə də bu söz müasir mənada mə­ra­­simdə iştirakçıların çoxluğu ilə qədim mənaya qovuşur. «Toy» sözünün fel əsasına aid olması və «düyün» sözündən törəməsinə dair mülahizələrdə bu sözün forma­laş­ma­sı aşa­ğı­dakı istiqamətdə modelləşdirilir: toy­>toyun­>­tu­yun­­­­­­>tü­yün­>dü­­­­­yün//dügün [72, 279].

Daha sonra F.Məmmədli fikrinə davam edərək yazır: Biz­cə,sözün formalaşmasında tamamilə əksinə bir proses get­mişdir. «Toy//doy//döy» [«döymək» mənasında] sözü qə­bi­lə yığıncaqlarına çağıran səslənən alətlərin-nağara,qaval, qa­val­­daş-döyülməsi ilə bağlı formalaşmış və məna etibarı ilə ça­ğı­rış bildirib, həm də bu çağırışa cəmləşənlərin ümumi məq­­sə­di­ni-toplanmaq məqsədi ifadə etmişdir. Qərb qrupu türk dil­lə­rində müasir dövrdə də özünü göstərən t

Bu söz həm də toplantının özünü ifadə edən ad kimi də işlək olmuşdur. «Kitabi–Dədə Qorqud» dastanlarında aktual olan «toy»,»ulu toy» sözləri «toplantı», «böyük yığıncaq» [zi­yafət] mənalarını ifadə etməklə yanaşı, həm də «toy» [ev­lən­mə mərasiminin adı] mənasında işlənmişdir. Bir sıra boy­lar­da «toy» mənasına «evərmə»//»evlənmə», «toy»­//»dü­yün» söz­lərində paralellik də müşahidə olunur. «Toy»un «döy» mə­­nası Azərbaycan dilində «dög», «dögün»// «dü­gün»// «dü­yün»// «düyül» fonetik sabitləşməsi ilə nəticələn­mişdir. Be­lə­lik­lə, toy//döy variantlarının eyni mənalı fellər kimi «düyün» adının sabitləşməsindəki rolu bərabər səviyyəli olmuşdur.

«Toy» və «dügün» sözlərinin bir kökdən əmələ gələrək onların formalaşma istiqamətini V.Aslanov belə göstərir: toy>toyun> tuyun>tügün> düyün//dükün [72, 293].

Qeyd edək ki, bu sözdəki t

Azərbaycan dilində «toy» sözünün ilkin məna va­ri­ant­la­rından biri olan «şənlik, ziyafət» mənası müasir dilimizdə məhdudlaşmışdır. Ümumən «şənlik, ziyafət» mənası yalnız «ni­­­kahın qeydə alınması ilə əlaqədar keçirilən təntənəli mə­ra­sim» mənası ilə əvəz olunmuşdur [5, 411].

N.Xəzri əsərlərində bir kontekst daxilində «toy» sözü­nün sinonimi kimi «mağar» sözü də işlənmişdir:
Yox onun mağarı bu gün olacaq

Bilirsən necə toy, düyün olacaq! [121, 192].


Azərbaycan ədəbi dilində bu söz «müxtəlif məclislər üçün qurulan iri çadır» anlayışı ifadə edir. Lakin buna bax­ma­yaraq, «mağar» sözü Qazax dialekti və Ağdaş şivəsində «toy məclisi» mənasında [Bizim kətdə mağar olajax] işlənir [9, 313]. Bu mənada termin səciyyəli dialekt sözləri ədəbi dilə keçərək lüğət tərkibinin zənginləşməsində əvəzsiz bir mənbə rolunu oynayır.

Mərasim leksikasının digər bir qismini yas mərasimi ilə bağlı etnolinqvistik vahidlər təşkil edir. Çünki dünya yara­nan­dan «olum və ölüm-bəşər nəslinin davamiyyət zəncirinin əvvəli və sonu olduğundan dil bu iki nöqtə arasında for­ma­laşıb inkişaf etdikcə başlanğıc və son nöqtələrinin sevinc və kədər notlarında kodlaşan dil işarə­lərinə, onların ifadə etdiyi in­­formasiya tutumuna daim həssas olmuşdur. Elə buna görə də bir xalqın etnik tərkibində qovuşmuş müxtəlif qruplar bu qəbildən olan leksik vahidləri sinonimik dubletlər şəklində qat-qat toplayaraq, bir nəsildən o birinə ötürür» [72, 295].

Azərbaycan dilinin leksik layında yas mərasimini ifadə edən söz işarələrinin tarixi çox qədimdir. İslamdan əvvəl Azər­­­­­­­­­­­­­­­­baycanda mövcud olmuş Zərdüşt dininin qanunları ya­zı­lan «Avesta»da mətnlər olum-ölüm, işıq-qaranlıq for­ma­sın­­­da Hörmüz və Əhrimən arasındakı əbədi və əzəli zid­diy­yət­ləri əks etdirən dil işarələri ilə zəngindir. Bu işarələr özü­nün terminoloji mahiyyəti ilə substrat əhəmiyyəti daşı­dı­ğın­dan mənsub olduğu dövrün dil səviyyəsində qorunub sax­lan­mış­­dır.

Azərbaycan xalqının qədim həyat tərzinin əks olun­du­ğu «Kitabi-Dədə Qorqud» dastanında yas mərasimi ilə bağlı olan detallara rast gəlirik: Beyrəgin babasına-anasına xəbər aldı. Ağ evi-eşigində şivən qopdı. Qaza bənzər qızı-gəlini ağ çıqardı, qara geydi. Ağ-boz atının quyruğını kəsdilər. Qırq-əlli yigit qara geyüb-gög sarındılar. Qazan bəgə gəldilər, sa­rıq­­ların yerə urdılar. «Beyrək!» deyü çoq ağladılar [58, 168].

Beyrəyin Aruz tərəfindən öldürülməsi təsvir olunan bu epi­zodda yaxın adamların ağlaması, «ağ çıxarıb, qara ge­yin­məsi», ağı deməsi müasir yas mərasimi ünsürlərinin tarixi fakt­larıdır. Tarixi keçmişimizlə bu günümüz arasında vəhdət təşkil edən bu faktlar günümüzə qədər gəlib çatmış, hətta bu gün də çox cavankən əzizini itirmiş yaxınları ən azı bir il qır­mı­zı paltar geyməz, hətta qara geyməklə onu tanıyan və tanı­ma­yanlar tərəfindən qəmə,kədərə tuş gələn bir şəxs kimi özü­­­­­­­­­­­­­­­­nü göstərir.

Azərbaycan xalqının yas mərasimi ilə bağlı olan sözləri çox qədim tariximizdən, məişətimizdən, adət-ənənəmizdən xə­bər verir. Buna görə də Azərbaycan dilinin leksik fondunda ol­du­ğu kimi, N.Xəzrinin əsərlərində işlənmiş məzar//qəbir, baş daşı, yas//matəm, tabut, kəfən, meyit, ağı, ölmək və s. söz və ifadələrin mənşəyinin, kökünün, dildə istifadə məqamlarının araşdırılması dilin həm üslubi, həm tarixi, həm də müasir ba­xım­dan öyrənilməsi üçün vacib və faydalıdır.

Bəyaz kəfən biçər buludlar mənə [123,167].

«Kəfən» – ərəb mənşəli söz olub, ölünün bükülməsi üçün ağ və ya bezdir. Kəfən ağ parçadan hazırlanır. Keç­miş­də bu parçanı yaşlı qadınlar cehiz sandığında gəlinlik il­lə­rin­dən qoruyub saxlayırdılar.Müasir dövrümüzdə bu işi məs­cid­lər həyata keçirirlər.Lakin ucqar dağ kəndlərində köhnə qay­da qüvvədədir.Ölünün dəfn olunması üçün vacib de­tal­lar­dan olan «kəfən» canlı danışıq dilində «beş arşın bez», «beş arşın ağ» kimi ifadələrdə frazeoloji məna çalarlığı kəsb edir. «Kə­fən» sözü Azərbaycan dilinə islam dini yaranandan sonra da­xil olmuşdur.

Ölməz klassiklərimiz bədii əsərlərində tarixi qaynaq­lar­dan qopub gələn bu ənənəni saxlamış, şahlar tərəfindən ağır cəzaya layiq görülən insanlar şah hüzuruna gedərkən öz kə­fən­lərini də boynuna taxıb getmişlər. N.Gəncəvinin «Sirlər xə­zinəsi», «Xosrov və Şirin» əsərlərində belə detallara rast gə­l­mək olur. Atası Hörmüz tərəfindən cəzalandırılan Xosrov özü ilə kəfənini götürüb atasının hüzuruna gedir.

N.Xəzrinin əsərlərinin dilində «gor» sözünün sinonimi olan «qəbir», «məzar» sözləri də işlənir:
Dövrəsi ot basmış məzar yetimdir [123, 48].

Yadlar bu torpaqda



qəbir tapdılar [123, 55].
«Qəbir» ərəb mənşəli söz olub, ölüləri basdırmaq üçün qazılmış quyu, çuxur, gor, məzar mənasını bildirir» [5, 199]. Bu sözün «qəb» hissəciyinin türk mənşəli «qab»,«küp» söz­lə­­­­ri ilə fonetik cəhətdən bir-birinə oxşaması sözlərin eyni mən­­­şədən, kökdən yaranması fikrini yaradır.Çünki bu söz­lər ara­­sında olan semantik yaxınlıq,yəni sözün ifadə etdiyi məna da [bir şeyin saxlanması və ya qoyulması üçün bağlı yer] fik­ri­mi­zi bir daha əsaslandırır.

«Ərəb dilində və qədim türk dillərində sait səslərin qra­fik işarələrinin yazıda əks olunmadığını nəzərə alsaq, onda bu sözlər arasındakı fonetik yaxınlığı fərqləndirən səbəblər də aydınlaşar. Müqayisə üçün: qb//qp//kp samit uy­ğun­lu­ğun­da q-k, b-p səs qarşılıqları əslində eyni səsin kar və cingiltili səslənməsindən başqa bir şey deyildir. Maraqlı cəhət bura­sın­dadır ki, Azərbaycan ərazisində hələ III-IV minilliklərdə ölü­lər xüsusi hazırlanmış küplərdə basdı­rıl­mışdır. Küplərin qə­bir funksiyası bu sözün ilkin semantikasını da bu istiqamətdə sabitləşdirmişdir. Belə olduqda qəbir mənası daşıyan «küp» sö­zündə sonrakı inkişaf kp//qp//qb kimi, son mərhələdə «qəb»­­//»qəbir» sözünü formalaşdırmışdır. «Qb» ərəb dili da­xi­li fleksiyasında «qəbr», «qübr» kimi zühur etmişdir» [72, 304].

«Məzar» ərəb mənşəli sözdür. Ərəb dilində bu sözün iki mə­nası vardır: 1. Qəbir. 2. Ziyarətgah, ziyarət yeri [17, 133].

Bu söz müasir Azərbaycan dilində birinci mənada iş­lə­nir. Lakin bu sözün ikinci mənası ilə də bağlı ənənə bu gün də öz aktuallığı ilə seçilir. Belə ki, milli-dini bayramlar ərə­fə­sin­də – əziz günlərdə dünyasını dəyişən yaxınlarının məzarını ziyarətə gedən insanlar «qəbir üstə gedirik» ifadəsini məzarı ziyarət etmək mənasında işlədirlər.

Yas mərasimlərinin predmetinə daxil olan sözlər içə­ri­sin­də «meyit» sözünü də qeyd etmək lazımdır:


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin