16
Лекции по наркологии. 2-е изд. / Под ред. Н. Н. Иванца. — М.: Нолидж, 2000. с.48-49
24
II FƏSİL. PSİXOAKTİV MADDƏLƏRDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ
ŞƏXSİYYƏTDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR
1.1. Psixologiya və psixiatriyada şəxsiyyət anlayışına yanaşma
“Homo Sapiens” sinifinə aid olaraq insan hər şeydən əvvəl bioloji varlıqdır və
müəyyən anatomik-fizioloji imkanlara malik olur. Bu imkanlar, insanın şəxsiyyətə
çevrilməsini mümkün edir. Müəyyən anadagəlmə xüsusiyyətlərə malik olaraq
insanın irsiyyəti həmişə başda durur. Amma insanın sosial varlığa, yanı insanın
mahiyyəti sosial amillərlə müəyyənləşir. Yalnız cəmiyyətdə, sosial rollarını yerinə
yetirməklə insan öz “insanlığını” yerinə yetirə bilər. “Mauqli” fenomeni sosial
həyatdan uzaq qalan insanların sonradan adaptasiyanın nə qədər çətin olduğunu
göstərir. Sosializasiya- yəni şəxsiyyətə çevrilmə doğum anından, insanlar arasına
daxil olandan başlanır.
Sosiallaşma prosesi yalnız insanın özünü cəmiyyətə aid etmək istəyi ilə başlayır
və özünüdərk etməklə yerinə yetirilir. Əlbətdəki, ilk öncə, bu proses güzgüdə özünü
tanıma ilə təməl qoyulur. Əlbətdəki özünütanıma onun subyektiv fikirlərinin
formalaşmasınıda özündə ehtiva edir. Həm filogenetik həmdə ontogenetik
baxımından özünüdərketmə insanın şəxsiyyətə çevirilməsində ən böyük rolldan
birini oynayır. İnsanı orqanizm, fərd, şəxsiyyət və individuallıq kimi xarakterizə
etmək olar. Orqanizm anlayışı baxımından biz ilk öncə bir bioloji varlıq kimi,
şəxsiyyət anlayışı baxımından isə sosial varlıq kimi qavranılır.
17
Fərd – ayrıca bir insanın anadangəlmə və sonradan əldə edilən xüsusiyyətlərin
unikal toplusudur.
Individuallıq – bir fərdi o biri fərddən fərqləndirən xüsusiyyətlər; şəxsiyyətin və
psixikanın özünəməxsusluğu.
Psixologiya insanı ilk öncə həm fərd, həm bioloji varlıq kimi qəbul edərək
insanın həyatda yerinə yetirən rollarını analizini edir.
Şəxsiyyət özü müstəqilcəsinə öz həyatını quran, ona nəzarət edən və ona görə mə-
17
Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2002.s.128-138
25
suliyyət daşıyıyan bir varlıqdır. Şəxsiyyətin xüsusiyyətləri onu fərqli edərək
cəmiyyətə dahada maraqlı edir(ekstrovert- həyat sevən, ünsiyyətçil və ya introvert-
özünəqapanan və çox düşünən).
Şəxsiyyət o anlayışdır ki, insan cəmiyətə çıxanda onunla məhs öz rolunu yerinə
yetirilir. K.Yunqun “Persona” arxitipi şəxsiyyəti bu baxımdan çox gözəl təsvir edir.
Psixiatriyada və psixologiyada daha çox münasibətlər nəzəriyyəsi qəbul edilirki,
Lazurskiy və Myasişev tərəfindən təqdim olunub. Şəxsiyyət insanlara (sosial ətrafa)
və özünə olan münasibətdən irəli gəlir.
Əgər, şəxsiyyətin inkişafı patoloji formada baş verirsə, burada əlbətdəki,
şəxsiyyət pozuntusundan söhbət getməlidir. XBT 10 şəxsiyyət pozuntuları F60
qrupuna aiddirlər:
1.
F60.0 – paranoid şəxsiyyət pozuntusu.
Simptomatika:
1.1 İncikliyi bağışlaya bilməməklə xarakterizə olunur
1.2 Uğursuzluqlara hədsiz həssaslıqla yanaşma
1.3 Şübhəliliklə və ətrafdakıların neytral və dostcasına hərəkətlərini
düşməncəsinə və saymazlıq kimi qəbul etmə yolu ilə reallığın dəyişdirilməsinə
meylliliklə xarakterizə olunan şəxsiyyət pozuntusudur.
1.4 Həyat yoldaşına və ya seksual partnyora sədaqətsizlikdə təkrari, əsaslanmamış
şübhələnmələr, davakarcasına və inadkarcasına həmişə yalnız özünün haqlı
olduğuna inam hissi müşahidə olunur.
1.5 Belə adamlar özü haqda yüksək fikirdə olmağa, özündən bədgümanlığa
meylli olurlar.
Növləri: (• ekspansiv – paranoid • fanatik • kverulyant • paranoid • həssas
paranoid).
2.
F60.1 – şizoid şəxsiyyət pozuntusu.
Simptomatika:
2.1 Sədaqətliliyin, sosial və digər kontaktların zəifliyi ilə xarakterizə olur
2. 2 Fantaziyalara, tərkdünyalıqla və özünüanalizlə meyllilik şəxsiyyət
2.3 Öz hisslərini məhdud şəkildə ifadə etmək və həzz almaq mövcud ola bilər.
26
3.
F60.2 – şəxsiyyətin dissosial pozuntusu.
Simptomatika:
3.1 Sosial vəzifələrə etinasızlıqla, ətrafdakılara daşürəkli laqeydliklə xarakterizə
olunur.
3.2 Xəstənin davranışı və əsas sosial normalar arasında uyğunsuzluq müşahidə
olunur.
3.3 Davranış sınaqdan çıxmış tərbiyəvi üsullarla, o cümlədən cəzalandırma yolları
ilə çətinliklə dəyişikliyə məruz qalır.
3.4 Xəstələr uğursuzluqları pis həzm edirlər və zorakılıq da daxil olmaqla
aqressiyanı biruzə verirlər.
3.5 Onlar digərlərini günahlandırmağa və ya onların cəmiyyətlə konfliktinə səbəb
olmuş davranışlarına doğruyabənzər izahat verməyə meyllidirlər. Növləri: (•
əxlaqsız • antisosial • asosial • psixopatik • sosiopatik).
4.
F60.3 - şəxsiyyətin emosional davamsız pozuntusu.
Simptomatika:
4.1 Nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə
meylliliklə xarakterizə olunur.
4.2 Əhval-ruhiyyə əvvəlcədən deyilə bilən deyil və şıltaqcasınadır.
4.3 Emosiyaların partlamasına və partlamış davranışın idarə edilməsinin
mümkünsüzlüyünə meyllik olur.
4.4 Deyingənlik və xüsusilə impulsiv əməllər əgər kəsilmirsə və tənqid olunursa,
ətrafdakılarla konfliktlik müşahidə olunur.
4.5 Burada iki tip pozuntu ayırmaq olar: əsasən qeyri-stabilliklə və emosional
kontrolun çatmamazlığı ilə xarakterizə olunan impulsiv tip və deyilənlərə əlavə
olaraq özünüdərk, məqsədlər və daxili niyyətlər pozuntuları, gərgin və qeyri-stabil
şəxsiyyətlər arası münasibətlər və supsidal jestlər və cəhdlər də daxil olmaqla
özünüməhv etmə davranışlarına meyllər xarakter olan sərhədi tip. Növləri: (•
aqressiv • sərhədi • oyanıcı).
5.
F60.4 – şəxsiyyətin isterik pozuntusu.
Simptomatika:
27
5.1Səthi və davamsız oyanıqlıqlıq
5.2 Hər şeyi dramatikləşdirmək, tamaşaya çevirməyə, həmçinin emosiyaların
artıq ifadə olunmasına, təsirlənməyə, eqosentrizmə, ətrafdakılara məhəl qoymamaq
5.3 Asan toxunulan hissiyatlara və daima müvəffəqiyyət və diqqət əldə etməyə
meylliliklə xarakterizə olunan pozuntudur. Növləri:(• isterik • psixoinfantil).
6.
F60.5 - anankast şəxsiyyət pozuntusu.
Simptomatika:
6.1 Özünə inamsızlıq hissiyatı
6.2 Hədsiz xırdaçılıq
6.3 Təmkinliliklə və nüanslara qarşı olmaq, inadkarlıqla, ehtiyatlılıqla və
yenilməzliklə xarakterizə olunan şəxsiyyət pozuntusu. Obssesiv-kompulsiv
pozuntusu dərəcəsinə çatmayan inadlıq və ya beynə girmiş fikirlər və ya hərəkətlər
mövcud ola bilər. Növləri: (• kompulsiv • obsessiv • obsessiv-kompulsiv).
7.
F60.6 – şəxsiyyətin həyəcan (yayındırıcı) şəxsiyyət pozuntusu.
Simptomatika:
7.1 Daxili gərginlik hissiyatı ilə, tutqun hissiyatların olması ilə müşahidə olunur
7.2 Təhlükəsizlik hissiyatının olmaması
7.3 Qeyri-tamlıq kompleksi
7.4 Şəxsi bağlılığın məhdud olması ilə
7.5 Potensial təhlükələrin və adi situasiya risklərinin adəti üzrə artırılması yolu ilə
bəzi hərəkətlərdən uzaqlaşmağa meylliliklə yanaşı
7.6 Daimi güclü bəyənilmə, hamı tərəfindən qəbul edilmə arzusu, rəddlərə və
tənqidə yüksək həssaslıq reaksiyası ifadə olunur.
8.
F60.7 - asılı şəxsiyyət tipli pozuntusu.
Simptomatika:
8.1 Böyük və kiçik həyati qərarların qəbulunda ətraf insanlara dərin passiv
tabeçilik
8.2 Tənhalıq qarşısında güclü qorxu, köməksizlik, səriştəsizlik hissiyatı ilə
8.3 Yaşlıların və ətrafdakıların arzuları ilə passiv razılaşma ilə və gündəlik
həyatın tələblərinə zəif reaksiya ilə xarakterizə olunan şəxsiyyət pozuntusudur.
28
8.4 Aktivliyin olmaması intellektual və emosional sferalarda ifadə oluna bilər;
tez-tez cavabdehliyin başqalarının üzərinə yıxmaq meyli ifadə olunur. Növləri: (•
astenik • qeyri - adekvat • passiv • özünü məyus edən).
9.
F60.8 - şəxsiyyətin digər spesifik pozuntuları: (• ekssentrik • qarşısı alınmaz •
infantil • özünəməftun (narsistik) • passiv-aqressiv • psixonevrotik).
10.
F60.9 - dəqiqləşdirilməmiş şəxsiyyət pozuntusu (ƏGO xarakterli nevroz,
ƏGO patoloji şəxsiyyət)
18
2.2. Alkoqolizm və şəxsiyyət pozuntuları
Xəstəlik inkişaf etdikcə alkoqol bir motiv kimi o biri normal motivləri özünə tabe
edir və yeganə mənalandırıcı bir motivə çevirilir. Motivlər ierarxiyasında ən
yüksəkdə duran içki motivi obiri motivləri məhv edir. Insanın bütün fəaliyyəti spirtli
içkini tapmağa yönəlir. Bununla ən vacib təlabat içki olur. İçkiylə “doğmalaşan”
insanda “alkoqol şəxsiyyət” formalaşmağa başlayır. Mənəvi tərəfdən davaranış artıq
qiymətləndirilmir, məsələn, əvvəl nəvacibin yarısı cizlədilir, sonradan bütövlüklə,
və hətta oğurluq baş verə bilir. Xəstəlik inkişaf etdikcə, insanda bu xüsusiyyətlər
artıq özü tərəfindən normal hal kimi qəbul edilir.
Alkoqol şəxsiyyətlərdə hipobuliya simptomu və ya iradəsizlik (iradənin az
olması) müşahidə olunur. Bəzi avtorların fikrinə görə, iradəsizlik yalnız alkoqola
olan meylə yönəlir, bəzi avtorların fikrinə görə isə, bu patoloji xüsusiyyət bütöv
şəxsiyyətə aid olunur.
Növbəti patoloji xüsusiyyətlərdən biri də qeyri-tənqidi münasibət və
ağlağanlıqdır.
Emosiyalar qatma-qarışıq formada özlərinin büruzə verir. Zarafat zamanı aqressiv
notları müəyyən etmək çox asandı. “Alkoqol yumorunu” bəzən “qəmgin alkoqol
yumoru” adlandırırlar. Xəstələr öz yaxınlarının nailiyyətlərini lağa qoyurlar, həyatın
18
XBT-10, Ümumdünya səhiyyə təşkilatı, Cenevrə, 2012. s. 247-248
29
intim tərəfləri barədə danışırlar. Lakin, daha çox məhs, içkiylə bağlı hadisələr
haqqında danışan xəstələr, həvəslə içki-dostlarından danışırlar, polisə döşməklərini
yada salırlar. Judronun fikrinə görə, hətta çox pis vəziyətdə olan alkoqolik, içki
barədə söhbət düşürsə, dəyişir, üzündə gülüş yaranır, gözlər parlayır və o şən olur.
Qeyd etmək lazımdır ki, alkoqolizmdən əziyyət çəkən insanlar, inkişaf etmiş
yumor hissinə malik olmurlar. Deqradasiya inkişaf etdikcə, insan zarafatın gizli
mənasını anlaya bilmir. Lakin normal insan tərəfindən gülməli olmayanı, onlar
gülməli sayır.
Alkoqoldan istifadə əsas fəaliyət növünə çevirilən kimi, bütün ətrafdakı əşyalar
pozitiv və ya neqativ qiyməti bu fəaliyətə aidiyyatından asılı olaraq alırlar. Alkoqol
artıq yalnız bu şəxsiyyətin tələbatını ödəyən bir amil kimi çıxış etmir, artıq bütün
insanların vacib bir tələbatı kimi qavranılır.
Şəxsiyyətin deqradasiya prosesisin analizi göstərirki, bu proses uzunmüddətlidir.
Anomal şəxsiyyətin formalaşmasında daha çox psixoloji mexanizmlər oynayır,
hansılar ki, normal şəxsiyətin inkişafındada müşahidə edilir. Hələ 1880 ildə psixiatr
Kandinskiy yazırdıki, “bütün xəstəlik həyatına aid olanlar o həyatdırki, normal
həyata uyöun qanunlarla axır, lakin dəyişdirilmiş vəziyyətlərlə”. Xəstəlik elə
vəziyyət yaradırki, insan ətrafı təhrif olunmuş formada qavrayır, dünyaya münasibət
dəyişir və insanda patoloji xüsusiyyətlər baş qaldırır.
Bütün dəyişikliklər patoloji şəxsiyyətin formalaşmasına yol aşır. Psixopatizasiya
inkişafa başlayır.
Bəzi mənbələrə görə, kişilər arasında 20% alkoqoliklərdə şəxsiyyət pozuntuları
vardır, qadınlardan isə 5% .
Alkoqoliklar arasında 42% xəsətələr şəxsiyyətlər pozuntuları var, bu isə adi
populasiyadan 20 dəfə daha artıq rast gəlməsidir.
Səbəblərdən biri də odu ki, patoloji xasiyyətin formalaşması insand sosial
dezadaptasiya yaradır və bununla sərxoşluq və sonradan isə alkoqolizm yaranır.
Əsasən, alkoqolizm psixopatlarda gənc dövrdə formalaşmağa başlayır.
Alkoqolizmin başlanmasının ilk simptomlarından biri mənəviyyatın ölməsidir.
Etikaya uyğun olmayan fikirlər, ümumi inkişafın pozuntusudur. Alkoqol qəbulu
30
nəticəsində psixopatoloji xüsusiyyətlər dahada çoxalır. Alkoqolizm hətta ilkin
səviyyədə kəskin sosial problemlər yaradır. Ümumilikdə, alkoqolizm və şəxsiyyət
pozuntusunun biryerdə olması pis proqnozlarla nəticələnir.
2.3.Narkomaniya zamanı şəxsiyyətdə baş verən dəyişikliklər
Narkotizasiya və alkoqolizasiya bu günki bütöv cəmiyyət və səhiyyə üçün böyük
problemlərdən biridir. Bu problem tibbi, psixoloji və sosial göstəricilərə istinadən
zərərli nəticələndiyinə görə psixoaktiv maddələrin qadağa olmasına qərar verildi.
Insanda baş verən metamorfozlardan biridə şəxsiyyətin xüsusi dəyişiklikləridir.
Insanda işsizliyə meyl, kriminogen davranışın, sui-qəsdin, delikventliyin artması,
ailə münasibətlərinin pozulması.
Hamı bilirki, psixoaktiv maddələrdən istifadə zamanı insan gepatit, QİÇS, VİÇ-
infeksiyaya tutulmasında risk qrupuna düşür.
Psixoaktiv maddələr qrupunun genişlənməsi ilə insandakı dəyişikliklərdə çox
fərqli olur. 1916-cı ildə E.Bleyler psixoorqanik sindrom anlayışını gətirirki, bu
anlayış narkomaniya və alkoqolizm zamanı özünü büruzə verir. Psixoorqanik
sindromun əsas simptomatikası: 1. hafizə pozuntusu 2. affekt pozuntusu 3. beyinin
diffuz pozuntusu 4. qavrayış pozuntusu 5. Ümumi psixi proseslərin zəifləməsi 6.
Tənqidin azalması 7. Somatovegetativ pozuntular.
Xəstəliklər təsnifatında narkoloji xəstəliklər ekzogen psixi pozuntulara aiddirlər.
Intellektal-mnestik pozuntuların çoxu narkotik (PAM növündən asılı olaraq)
istifadəsi zamanı özünü qabarıq formada biruzə verir. Məsələn, tiryək, heroin,
morfin narkomaniyasında, bəzi avtorlar intellektin astenizasiyasından danışırlar,
zehni aktivliyin aşağı enməsi, hafizənin qeyri-dəqiqiliyi, təfəkkürün produktivliyinin
enməsi, yorğunluğun artması, planlı işlərin qeyri-mümkünlüyü. Bəzi avtorlar qeyd
edirlər ki, intellektual səviyyənin enməsi müşahidə edilmir. Sintez, analiz, müqayisə
kimi təfəkkür prosessləri aktiv formada işləməsədə, təmamilə qeyb olmur. Asteniya
və anergiya vəziyyətləri isə bütövlüklə qeri qaytarıla bilər, bir şərtləki, alkoqol və ya
narkotik maddənin qəbulunu dayandırasan.Lakin, texnikanın inkişafı ilə sinir
31
hüceyrələrinin destruktiv dəyişikliklərini və baş beyinin pozuntusunu müşahidə
etmək mümkündür. Kompyuter tomoqrafiyasının nəticəsinə görə morfin
narkomaniyasından əziyyət çəkən pasientlərdə beyin atrofiyası müşahidə olunur.
Xəstələrdə bəzi dəyişikliklər baş verir: Yüksək oyanıqlıq, disforik və apatiko-
abulik depressiyyalar formasında kəskinləşən affektiv pozuntular yer alır. Oyanıq-
isterik şəkillli reaksiyalar,maraqların sönməsi ilə müşahidə olunan psixo-sosial
disfunksiya, emosional-iradə sferanın anımaliyaları, meyllər sferasının dəyişməsi,
seksual tormozlanma, ipoxondriya və fobik pozuntular baş verə bilər.
Şəxsiyyət pozuntularına gəldikdə isə pozuntular yavaş-yavaş başlayır baş
qaldırmağa, premorbid xüsusiyyətlərin çoxalması nəzərə çarpır. Narkotikinin qəbulu
davam etdikcə, dəqiq psixopatobənzər simptomlar, mənəviyatın, etikanın enməsi,
hisslərin kasadlığı, təfəkkürün enməs, passivliyin çoxalması olur, dezadaptasiya,
xarater defektlər, əmək qabiliyyətinin enməsi və yox olması müşahidə edilir.
Emosional davamsızlıq çox qabarıq gözə çarpır. Şəxsiyyətdəki dəyişikliklər baş
verdikcə, bir sözlə ümumiləşən bir anlayış yaranır - “narkoman şəxsiyyət”.
Davranışın tipik xüsusiyyətləri: eqoizm, yalançılıq, qeyri-ardıcılıq, emosiyaların
nəzarətsiliyi,başqalarını günahlandırmaya həvəsin yaranaması, valideynlik
məsuliyyətinin itməsi, distansiya hissinin itməsi, kobudluq, ana instiktinin
ölməsi,professional qabiliyyətlərin itməsi.
19
Avtorlar qeyd edirlər ki, morfin alüdəçiliyindən əziyyət çəkən xəstələrdə intellektual
göstəricilərin dəyişikliyi dahada enir: maraq dairəsinin daralması – fikirlərin
narkotikda olması, anlayışların primitivliyi, xırda problemlərdə ilişmə, sintez
prosesinin tormozlanması, diqqət konsentrasiyanın itməsi, yayınması, söhbətin
mövzusunun yayınması, hafizədə boşluqların yaranması, fiksasion və reproduktiv
hafizənin enməsi, təxəyyülün kasıblaması, motivasiyanın olmaması, apatik
vəziyyətin çoxalması. İntellektual sferada yaranan dəyişiklər tranzitor xarakter
19
Козлов, А.А. Изменения личности у больных опийной наркоманией / А.А. Козлов, М.Л. Рохлина
// Независимый психиатрический журнал. – 2004. — II. с.35-37
32
daşıyır. Tədqiqatlar göstərirki, narkotiklərdən uzaqlaşma intellektual-mnestik
sferanın düzəlməsində böyük rol oynayır.
Affektiv sferanın pozulması bir çox xəstələrdə gözə çarpır. Abstinent və
postabstinent periodlar zamanı dahada qabarıq özünü göstərir. Daha çox disforiya,
emosional labillik, ipoxondriyalıq, səbrsizlik, asteniya rast gəlinir. Gözə çarpan
simptomlardan biridə ipoxondriyadırki, əvvəllər bu insanlara xas olmayıb. Xəstələr
təşvişli formada ən qorulu xəstəliyə tutulduqlarını anlatmağa çalışırdılar, somatik
hissiyatlarına diqqət yetirirdilər. Başqa həkimlərə müraciət etmək istəyən xəstələr öz
səhhətləri barədə çox narahat olurlar. Lakin, bununla bərabər, narkotika qarşı tənqidi
hiss olmurdu. Onların ipoxondrik danışıqları real xəstəlikləri ilə heç bir formada
uzlaşmırdı.
Remissiya vəziyyətində olan xəstələrdə daha çox təşvişli- disforik və apatik-
disforik hallar, baş verir, hansılar ki, sonradan (2-4 və daha çox aydan keçdikdə)
apato-abulik vəziyyətlə əvəzlənir. (Bax .Cədvəl.2.1)
Cədvəl.2.1
Abstinent sindrom dərhal bitən kimi müşahidə
olunan simtomatika
Abstinent sindromdan bir qədər zaman
keçəndən sonra müşahidə olunan simptomatika
(psixo-sosial reabilitasiyasız)
1.
Disforiya
1. Apatiya
2.
Eksplozivlik
2. Abuliya
3.
Aqressiya
3. Əmək qabiliyyətin itməsi
4.
Səbrsizlik
4. Maraqların yaranmaması
5. Asteniya
5. Emosional labilliyin dərinləşməsi
6. eyri-adekvat reaksiyaların yaranması
Frustrasiyaya davamsız olan pasientlərdə həzzə tələbat çox yüksək olur. Və bununla
patoloji meylin əsası qoyulmuş sayılır.
20
20
Козлов А, А. Клинические проявления изменений личности у больных наркоманиями. Автореф.
дисс. канд.-М.,1999
33
III FƏSİL. ADDİKTOLOGİYADA PSİXOTERAPİYA
3.1. Psixoterapiya nədir və addiktologiyada istifadə
Psixoterapiya – insan psixikasına müalicəvi psixoloji təsir və psixikanın köməyi
ilə insan orqanizminə təsirdir; səhhətə sağlamlıq gətirmək üçün təsir vasitəsi;
müalicə və tərbiyənin vəhdətidir.
21
Əminliklə demək olar ki, psixoterapiyasiz kimyəvi asılılıqda uzunmüddətli nəticə
əldə etmək çox çətindir. PAM-dən istifadə edən şəxslər bu maddələrin qeyri-
konstruktiv, zərərli olduğunu şüurlu formada anlayır, lakin onsuz bacarmır. Bu
məqamların pasientlərdə olması psixoterapevt üçün əngəllər yaradır. Bəzən xəstələr
hesab edirlər ki, psixoloq və həkimlər onlara nifrət edir, yada yazığı gəlir, və buna
görə onlarla qarşılaşmaq istəmirlər. Çətin məqamlardan biri, əlbətdəki, psixoloji
müdafiəni qırmaq, müqaviməti azaldmaqdır; onlarla inandırıcı, səmimi söhbətin
yaranması və empatik unsiyyət ən əsas vəzifədir. Azonoqnoziyanın olması, yanı öz
xəsətəliyii inkar etmək, özünü sağlam hesab etmək daha böyük çətinliklər yaradır.
Xəstəni müalicəyə motivasiya etmək- psixoterapevtin ikinci məqsədidir. Insan özü
asılılıqdan “yaxa qurtarmaq istəməsə” onu heç kəs məcburi olsa belə çüalicəyə
vadar edə bilməz. Insan özü, əlbətdəki, psixoloun köməyi ilə psixoloji asılılıqdan
azad ola bilər. Onun hər tərəfli pis cəhətlərini öyrənərək, PAM uzaqlaşa bilər.
Asılı insana kömək olmaq üçün əlbətdəki, onun anamnezini dəqiq öyrənməkdən
başlamaq lazımdır. Travmatik vəziyyətləri aşkar edərək, onların kökündən yox
edərək, yanı yenidən onlar üzərində işləyərək, o fikirləri qeyri-adaptiv formadan
adaptiv formaya keçirərək biz bir nəticə əldə edə biləcəyik. Buraya həmdə
şəxsiyyətinin strukturunu, psixi funksiyalarının xüsusiyyətlərini öyrənmək lazımdır.
Uşaqlıqda , yeniyetməlikdə bütün baş vermiş hadisələri öyrənərək biz insanı
asılılıqdan qurtara biləcəyik. PAM-dən asılılığın səbəbləri qabarıq bizə görünsədə,
əslində istifadə etməyə vadar edən fikirlər çox dibdədir. PAM-dən istifadə edən
21
Карвасарский Б. Д. Психотерапия: учеб. для вузов / Изд. 2-е, переработанное. СПб: Питер,2002. с.6
34
şəxslərdə dayanıqlı davranış stereotipləri formalaşır ki, bunları da pasientin
həyatından uzaqlaşdırmaq lazımdır.
Stereotiplər: “məndə hami kimi içirəm”, “arada bir həzz almaqda nə varki”,
“həyat mənimdir,özüm bilərəm”. Əlbətdəki hər insanın öz seçimi var. Lakin, burada
insanın düşünmə forması biraz adaptiv sayılmır. Burada böyük rol yenədə düşüncə
tərzini dəyişməkdədir.
Pasientlərin ən çox verildikləri sual: “Məndə hamı kimi arada bir içəcəm?” –
Əfsuslar olsunki, alüdəçilikdən əziyyət çəkən insanlar heç vaxt asılılıqdan əziyyət
çəkməyən insanlar kimi, arada bir içə bilməyəcəklər. Psevdodipsomanın qarşısını
almaq üçün onlara anlatmaq lazımdır ki, alkoqolizm, narkomaniya və
toksikomaniya heç vaxt müalicə olunmur. Onları yalnız həmişəlik remissiyaya
salmaq olur. Bu qorxuducu səslənsədə, pasient və onun ailəsi bunu bilməlidir.
Onları düzgün formada məlumatlandırmaq psixoterapevtin öhdəsinə düşür.
Stiqmasizasiya problemi bu günlərdə dünyada yayıldığına görə, psixoloqun
vəifələrindən biridə, xəstənin özünədə, ailəsinədə anlatmaqdır ki, həyatda hər bir baş
verən problemi alüdəçiliklə bağlamaq düzgün deyil. Bəzən alkoqolizm və ya
narkomaniyanın səbəblərinin üstünü açmaq üçün pasientin ailəsini dəqiqliklə
araşdırmaq lazımdır. Buraya həyat yoldaşının, valideynlərlə olan münasibətini
analiz etmək mütləqdir. Ailənin köməyi olmadan psixoterapiyanın effektivliyini
gözləmək düzgün deyildir.
PAM-siz yaşamaq çox çətindir. Onlarda yeni yaşama stereotipləri, davranış
formalarını dəyişmək çox çətindir. Ayıq, sərxəş olmayan, qətiyyətli bir insanın
yanında onlar yenədə istifadə etmək istəyirlər ki, bütün çətinliyi yaşamasın. Onlar
yeni həyata öyrəşirlər. Psixoterapevtin əsas məqsədlərindən biridə odur ki, pasientlə
onun münasibəti simbiotik münasibətə keçməsin. Pasienti “öyrətmək” lazım gəlir.
3.2.Psixoterapiya növləri
Istifadə olunan psixoterapiya növlərindən biridə rasional psixoterapiyadır.
Əlbətdəki, söhbətdən başlayan psixoterapiya elə formada keçirilmələdirki, pasientə
35
anlaklı formada onun xəstəliyi və asılılığı barədə informasiya verilsin. “konkret
söhbət məzmunu ” olan psixoterapiya pedaqoq- tələbə münasibətini özündə ehtiva
edir. Söhbət əsnasında pasientə faktlar və nümunələr ilə dolu informasiya təqdim
olunur. Psixoteapiya eyni zamanda insanda emosional durum yaratmalıdır ki, təsir
də gözləyə bilək. Informasiya əsasən PAM-in zərəri barədə, mənəviyyata və
şəxsiyyətə dəydiyi dağıdıcı effektdən olur. Daha sonra cinsi problemləri müzakirə
zamanı insanın alkoqol nəticəsində potensiyanı itirməsi barədə məlumat verilir.
2. Şərti-reflektor psixoterapiya- pasientdə içkinin iyinə və dadına ürək bulantı
yaradan reaksiyanı yaratmadan ibarətdir. Bu metodika Bexterev tərəfindən 1915- ci
ildə təklif edilib.
22
3. Hipno-suggestiv psixoterapiya. Hipnotik trans zamanı xəstədə alkoqola qarşı
nifrət və ürək bulantı hissləri yaratmaq məqsədi ilə şüuraltı informasiya yeridilirdi.
Əgər psixoanalitik nəzərdən baxsaq, insanda içki qənul etmə məqsədi özünü
məhv etmə fikirləri ilə bağlıdır. Burada tanatos instikinin mortido hissəsi işə
düşərək, insanı içkiyə vadar edir. Bütün bu proseslər, əlbətdəki, şüuraltı gedir.
4.Autogen məşqlər - əzələ relaksasiyasan və özünü məqsədyönlü inandırmadan
ibarət bir psixoterapiya növüdür. Yoqanın bəzi elementlərini özündə ifadə bu
psixoterapiya növü insanı sakitləşdirməyə və pis neqativ fikirlərdən azad olmağa
yönəldir. “Sakitləşmə” anlayışı həyatda passiv rol tutmaq mənasını vermir. Aktiv və
düzgün həyat tərzi insanı rahatlaşdırır. “Mənə çaxır heçdə lazım deyil”, “Mən
yaxşıyam”, autosuggestiv anlayışları bəzən pasient özüdə fikirləşməyə başlayır.
5.Pasientin şəxsiyyətinə yönələn effektiv metodiklardan biridə A.R. Dovjenkonun
“kodlaşdırma” metodikasıdır. Dovjenonun əsas nailiyyəti pasinetlə hələ tanıç
olmadan onun özünə təsirini aktivləşdirmək idi. Pasinet özü artıq müaləcəyə
yönəlişli bir formada terapiyaya gəlirdi. Müalicəyə yalnız 3 həftə öz gücünə içkidən
uzaq qala bilənlər buraxılırdı.
Dovjenkonun fikrinə görə, psixoterapiya xəsətnin öz
istəyi ilə, onun fikirlşmə, qərar qəbul etmə və müalicəyə can atmaqdan sonra
22
Методическое письмо МЗ СССР от 12.06.75 г.
36
başlayır
.
Əlbətdəki, pasientin qohumları ilə də iş gedir. Həkimlər, psixoloqlar, sosial
işçilər tərəfindən lazımlı məlumat və kömək edilir.
Metodikanın əsas anı, pasinti transa salaraq xüsusi sözlərdən istifadə edərək,
asılılıqdan azad etməkdir. Bugunki gündə istifadə olunan suggestiv metodlar daha
çox içkidən uzaqlaşmaq üçün yönəlmiyib, yanı biz pasientə kimyəvi maddənin pis
olduöuna inandırmırıq, pasientin özünəgüvənin artırırıq, özünə inam üzərində
çalışırıq. “Eqo-yüksəldən” texnikaları istifadə edərək nəticə əldə etmək daha da tez
alınır.
“Əvəz etmə” texnikası refleksologiya elmindən götürülən və içki qəbulunu
hansısa başqa bir davranış forması ilə əvəzləmədən ibarətdir.
Əsas məqsədlərdən biridə ailədəki münasibətlərin düzəlməsidir.Ailədə homeostaz
–balans düzəldikcə problemlər aradan qalxır. Konfliklərin vaxtında aradan qalxması
asılı insanı bu dərddən uzaqlaşmasına gətirir. Əlbətdəki, sosial adaptasiyanı həyata
keçirərək, diskriminasiyadan uzaqlaşaraq insanlara inamını artırır.
6. Ən əsas köməklərdən biridə krizis qaynar xəttidir ki, ən ağır anda, heç kəs
insanın yanında olmayanda, asılı insana dəstək məqsədi ilə telefonla məsləhət və ya
pis addımdan qorumaqdır. PAM-ın zərərli tərəflərini göstərir, alüdəçi insana çıxış
yollarını anlatır. Ailə üzvlərinə kömək, əlbətdəki, burada böyük rol oynayır.
Tədqiqatlar göstərirki, ana-uşaq münasibətləri belə ailələrdə korreksiya
olunmalıdır. Narkoman – yeniyetmələr,əsasən, analarının neqativ cəhətlərini qeyd
edən zaman, daha çox aqressivlik, əsəbilik kimi xüsusiyyətlərini qeyd edirlər.
Valideynlərlə gərgin münasibətlər, daha çox ana ilə olan konfliktlər, uşaqda
özünüqiymətləndirməni salır, təşvişi artırır, və narkotik maddədən istifadəni
çoxaldır. Belə problemlər aşkarlananada əlbətdəki ailə psixoterapiyası lazımdır,
çünkü, anada və, ümumiyyətlə, valideynlərdə problem olması dəqiqdir və onları
aradan qaldırmaq mütləqdir. ən effektiv problem həllərindən biri belə vəziyyətdə,
tipik ailə rollarını yenidən korrektə etmək və düzəlişləri bərkitmək.
Ailə
psixoterapiyası əsasən aşağıdaki problemləri həll etməlidir ki, asılı pasinetlərin
müalicəsi dahada effektiv getsin: ailədəki konfliktlərin vaxtında həll olunması, ailə
37
stereotiplərin bərkişməsi (köhnə stereotiplərin korreksiyası, yenilərin yaranması),
münasibətlərin yaranması.
PAM-dən uzaqlaşma məqsədi eyni zamanda digər məqsədlərə nail olmaqla
reallaşa bilər: öz şəxsiyyəti, situasiya və xəstəlik arasında əlaqəni
müəyyənləşdirmək, şəxsiyyətini dərindən öyrənmək, özünüqiymətləndirməni
artırmaq, yeni-sağlam insanlarla münasibətlərin dəyərini müəyyənləşdirmək, yeni
emosiyalarla tanış olmaq, onlarla yaşamağa öyrənmək, öz pozitiv obrazını yaratmaq
və onu qəbullanmaq, keçmiş emosional təcrübəni yenidən analiz edib, qəbullanmaq,
yeni adekvat davranış stereotiplərini formalaşdırmaq.
Bu probleblemlərin həllinin hamısı qrup terapiyası zamanı söhbət və müzakirə
əsnasında reallaşır. Bu zaman xüsusi bağlılıq münasibətləri yaranır ki, hər bir
xəstənin motivasiyasını dahada artırır. Hər bir çətin anda qrup pasientin yanında
olur, onu problemlərlə tək buraxmır, residiv yaranan zaman xəstə qrupun köməyi ilə
bu vəziyətdən çıxış yolu axtarır. Qrupun dəstəyi ilə hər bir iştirakçı asılılıqdan yeni
çıxış yolları axtarır.
“Qrup dinamikası” anlayışı əsas rollardan birini oynayır. Bu anlayış qrupp
üzvlərinin və psixoterapevtin eyni zamanda münasibətlərinin dəyişməsi və inkişafını
özündə ehtiva edir. Buraya qrupun inkişafı, təlim-təhsil prosesləri, asüdə vaxtı
aiddirlər. Bütün kiçik qrup xüsusiyyətlərini ardıcıl olaraq qrupda müşahidə etmək
mümkündür. Qrup terapiyalarının seansları əsasən həftədə 3-5, bəzən hər gün
keçirilir. Seans müddəti 2-3 saat olur. Pasientlərin (qrup üzvlərinin sayı) 10 artıq
olmamalıdır. Bəzən görüşlər bir neçə qrupu daxil edildir ki, belə iclaslar bir ayda və
ya iki ayda bir dəfə keçirilir.
Psixoterapevtik üsullar sırasına qrup diskussiyaları, psixogimnastika, art-terapiya
elementləri,psixodramalar və s. daxil edilir. Qrupp terapiyası keçirilən zaman
qruppanın normaları və tələbləri müəyyənləşirki, onlara riayət etmək hamının
borcudur. Qrup terapiyası zamanı qrupun strukturu yaranırki, burada kiçik
qruplarıda yaranır. Əgər qrup üzvləri arasında fikirlər üst-üstə düşmürsə qruppdaki
gərginlik artır.
38
Bu günkü gündə, addiktologiya sahəsində psixoterapiyadan istifadə artıq böyük
nailiyətlər qazanır. Hal-hazırdaki terapiya qeyri-direktiv, pasientin passiv deyil aktiv
inkişafa yönəlmiş pozisiyada çıxışı, individual terapiya ilə yanaşı həmdə ailə
psixoterapiyası, yalnız individual deyil qrup terapiyalarının təşkili, komanda
şəklində iş (narkoloq, psixoterapevt), simptomlarla mübarizə deyil- xəsətəliyi
bütövlüklə kökündən mübarizə formasında keçirilir.
Psixoterapiyanın köməyi ilə dünya üzərində 10 milyondan artıq insan PAM-dən
və ümumiyyətlə asılılıqdan azad olublar.
3.3.Qrup psixoterapiyası
Qrup terapiyası həm normal, həmdə psixi pozuntulardan əziyyət çəkinlər üçün
müəyyən olunub. Qruo terapiyasının əsas məqsədi eyni problemlı olan insanları bir
yerə yığmaqdır. Qrupda problem daha dərindən öyrənilir, informasiya transferi daha
aktiv formada reallaşır, dünyanı qavrayış stereotipləri dəyişir, xəsətliyi münasibət
daha pozitiv olur, sağalmağa motivasiya daha yüksəlir. Psixoterapevtin rolu qrup
üzvlərini düzgün yönləndirmə və mövzuları qoymaqdır. Psixokorreksion qruppların
yaranması Amerikada XX əsrin əvvəlinə Cozef Pretin repressiv-ruhlandıran qrup
terapiyasının yaranmasına aiddir. Vaxta qənaət etmək məqsədi ilə vərəm xəstələrini
bir yerə yığaraq Pret gördüki, bir birini dəstəkləyən və anlayan pasientlər daha yaxşı
özlərini hiss edirdilər. Əsasən J.Dejerinin nevrotik xəstələrlə aparılan inandırma
texnikasında istifadə edilirdi.
Psixokorreksion qruplar əsasən psixoterapiya üsulundan istifadə edərək böyük
nailiyytlər qazanır. Məqsəd və vəzifələrdən asılı olaraq bir neçə qruplar ayırd etmək
olar: görüş qrupları, geştalt qrupları, psixodrama, bədən terapiyası qrupları, art-
terapiyaları və s.
Qrup psixoterapiyasınının əsas məqsədləri, əlbətdəki, müxtəlif yanaşmalar və
nəzəri strukturlara uyğun olaraq dəyişir. Lakin bəzi məqsədlər ümumi bütün
qruplara aiddirlər: 1. Hər bir qrup üzvünün problemini müəyyənlişdirmək. Bununla
39
dekompensasiyanı ortadan qalxızmaq olar və xəstəliyin simptomatikasının
azalmasına nail olmaq olar.
2. Şəxsiyyətin kompetentliyini yüksəltmək, cəmiyyətə adaptasiyanı artırmaq, özü və
başqaları haqda bilikləri və təsəvvürləri artırmaq, qrup münasibətlərini düzəltmək.
3. Şəxsiyyətin inkişafını tezləşdirmək, qrup terapiyası insanı yaradıcı tərəflərini
tapmağa kömək edir. Məsuliyyət anlayışını formalaşdırmaq.
5. Şəxsiyyətin individual və qrup şəklində fərqli tərəflərini tapmaq.
6. Məqsədlərinə və yaradıcı potensialını reallaşdırmaq üçün şəxsiyyətin cəmiyyəti
düzgün anlamasını inkişaf etdirmək.
Qrup psixoterapiyası güzgülər sistemidir ki, insanda özü haqqında həcmli
formada biliklər formalaşdırır, seçim diapazonunun genişləndirir və əvvəl həllini
tapmayan problemlər indi həllini tapır.
Qrup terapiyasının bəzi ənənələri-tələbləri vardırki,onlara riayət etmək mütləqdir.
1.
Qiymətləndirməmək, yalnız hisslərin təsvirini etmək lazımdır.
2.
Emosional vəziyyətini ətraflı formada aydınlaşdıraraq cavab vermək.
3.
Yalnız öz emosional vəziyyətini deyil, həmdə qrup üzvlərinin emosiyalarını
hiss eləmək bacarığını inkişaf elətdirmək.
4.
Qrup üzvünün müəyyən davranışına ehtimali motivlərin gətirilməsi.
5.
Qrup əlbətdəki “burada və indi” prinsipinə cavab verərək çalışır.
Qrup terapiyasının üstünlükləri: emosional istilik alma tələbatının ödənməsi,
qrupda əldə edilən təcrübə insana gələcəkdə kömək olur, insanın suallara cavab
tapmaq imkanı, başqa üzvlərlə identifikasiyanın mümkünlüy, iqtisadi baxımdan
individual psixoterapiyadan daha ucuz başa gəlir, cəmiyyətin hər üzvünə uyğun bir
terapiyadır.
3.4.12 addım proqramı. Anonim Alkoqoliklər və Anonim Narkomanlar
Cəmiyyətləri
Anonim Alkoqoliklar beynəlxalq təşkilatdır ki, 1935 ildə Bil Vilson və Dr. Bob
40
Smit tərəfindən Birləşmiş Ştatlarda peydə olub.
23
Anonim Alkoqliklərin əsas
məqsədi alkoqoliklərə ayıqlıq əldə etməkdir və başqa alkoqoliklərə ayıqlığı əldə
etmək üçün kömək etməkdir.
24
Lakin məqsədə çatmaq yolunda olan insanlar bütün
həyatlarını, həyat tərzlərini dəyişirlər. 12 addımı keçəndən sonra ruhi inkişaf
sayəsində alüdəçilər görüşləri davam etdirirlər, təzə üzvlərin adaptasiyası və daha
səmərəli müalicə keçməsində rol oynayırlar. “Kömək edən davranış” deyilən
aktivlik forması yaranır ki, altruistik yönəliş inkişaf edir. İcmaya qatılan ilk üzvlərlə
birlikdə Bil və Bob 12 addım proqramını kəşf edirlərki, bu proqramın köməyi ilə
insanın ruhi və xarakter dəyişikliyini əldə etmək olar. Qrupun gücü ondan
ibarətdirki, üzvlər anonim olaraq qalır və başqa insanlara köməyini əsirgəmir.
Anonim Alkoqoliklər əsasında Anonim Narkomanlar icması yaranır ki, buradada 12
addım ənənələrini qoruyub saxlayır.
2014 ilin dünya üzrə statistikasına baxdıqda anonim alkoqoliklərin üzvlərindən
27% 1 ildən çox təmiz, 24% 1-5 il təmiz, 13% 5-10 il təmiz, 22% 20 ildən daha
artıq təmiz qala bilir.
Hal-hazırda bu terapiya üzrə müalicə alan insanların sayı 2 milyondan artıqdır.
Anonim Alkoqoliklərin herbi dairənin içində üçbücaqdan ibarətdir ki, bu herbin
mənası – üçbücağın üç tərəfi sağalmaq, birlik və kömək, dairə isə bütün dünyada
yayılması mənasını daşıyır.
12 addım proqramı bu gün hər bir xəstəliyə aid edilə bilər, çünkü asılılıqdan ən
gözəl çıxış yollarını insanlara təqdim edir. 12 addım proqramın mərhələləri və ya
addımları:1-ci addım. Biz alkoqol qarşısında öz acizliyinimizi tanıdıq və öz
həyatımiz üzərində nəzarəti itirdiyimizi anladıq.
2-ci addım. Biz inama gəldik ki, yalnız bizdən daha qüdrətli Güc bizə sağlamlığı
qaytara bilər.
Ilk iki addımda məğlub olmağı qəbul etmək alkoqolikdə “nəyisə dəyişmək”
lazımdır hissini yaradır. İdarə etmə alkoqolikin əlində olmamağı daha güclü varlığın
23
"Доктор Боб и славные ветераны", с. 75, строка 10. Copiright © 1980 by. Alcoholics Anonymous
World Services, Inc. All rights reserved. Первое издание русского перевода 2008.
24
Анонимные алкоголики (Большая книга)— Нью-Йорк: Alcoholics Anonymous World Services,
2011 — с.29
41
peydə olması ilə təsdiqini tapır. Mən anlayışının çox kiçik və səhv olduğunun və
sistemin böyük və güclü olduğunu qəbul etmək əsas anlardan biri sayılır.
3-ci addım. Biz bizim iradəmizi və bizim həyatımızı Allaha tapşırmağa (necə biz
Onu anlayırıqsa) qərara aldıq.
4-ci addım. Biz özünü dərin və çəkinmədən qiymətləndirdik və əxlaqlı nöqteyi-
nəzərdən öz həyatınımıza baxış keçirdik.
5-ci addım. Biz Allahın, özümüzün və hər hansı başqa insanın qarşısında yanlış
fikirlərin həqiqi təbiətini qəbul elədik.
6-cı
addım. Biz tamamilə özümüzü Allahın bizi bütün bizim
çatışmazlıqlarımızdan qurtarsmasına hazırladıq.
7-ci addım. Biz Ondan itaətkarlıqla bütün bizim çatışmazlıqlarımızı düzəltməyi
xahiş edirdik.
8-ci addım. Biz bütün pislik etdiyimiz insanların siyahısını tutduq ki, onlar
qarşısında öz günahlarımızı qəbul edək.
9-cu addım. Biz, şəxsən, bu insanlara vurulmuş zərəri əvəzini verdik, harada
mümkündürse, o hadisələrdən başqa, nə vaxt ki, bu onlara və ya kimsə başqasına
zərər vura bilərdi.
10-cu addım. Biz özümünü təhlil etməni davam edirdik və, nə vaxt ki, səhvlər
güman edilirdisə, onları dərhal anlayırdıq.
11-ci addım. Dua və düşüncə yolu ilə cəhd etdik ki, Allahla təması yaxınlaşdıraq,
(necə biz Onu anlayırıqsa), dua etdik ki, yalnız Onun iradəsinin biliyinin gücü ilə,
bizə güc bağışlansın.
12-ci addım. Mənəvi oyanışdan sonra biz başqa əyyaşlara qədər bizim
ideyalarımızın mənası çatdırmağa və bütün bizim işlərimizdə bu prinsipləri tətbiq
etməyə çalışdıq.
25
Ən əsas addımlardan biridə 5-ci addım sayılır. Burada səmimi söhbət başqa bir
üzvlə və ya psixoloqla olmalıdır. Bu söhbət əsnasında alkoqolik bütün ürəyindəki
sirlərini başqa insana danışmalıdır. Bütün günahlarını boynuna almaqla və onları
25
12 addım . Internet resurs: http://12step.org/references/12-step-versions/na/
42
yumaq arzusu ilə yaşamaq və başqa insandan dəstək görmək xəstəyə sağalamağa
daha çox motivasiya verir. Qrupdan hansısa dinin Allahını qəbul etməsi tələb
edilmir, AA və AN qruplarında həmdə ateistlər iştirak edə bilər. İlahi Güc onlar
üçün qrup, ailə, elm şəklində çıxış edə bilər. Heç bir dini ayinlərin keçirilməsi tələb
edilmir.
Nə üçün məhs İlahi Gücə inam olmalıdır? Gregori Beytsonun fikrincə, əgər
içkisiz həyat alkoqoliki içməyə vadar edirsə, necə biz ümid edə bilərikki, hansısa
bizim gücümüz insanı içməkdən uzaq saxlaya bilər və ya nəzarət altına götürə
bilər?!
Əgər təmiz həyat insanı içməyə vadar edirsə, deməli təmiz həyatda hansısa səhv
(patologiya) var və içməklə insan həyatını subyektiv olaraqda hansısa dəyişiklik
etməyə can atır. “in vino veritas” anlayışı, yani “doğru çaxırdadır” anlayışı sırf
buradaki səhv həyatını içməklə dəyişib düzəltmək.yani alkoqolizm subyektiv
korreksiya rolunda çıxış edir. Alternativa kimi buarada demək məhs alkoqolik
düzgün həyat aparır, səhvi düzəltməyə çalışmaq, haçan ki, içməyən insan səhvdə
yaşamağa davam edir anlayışı ortaya çıxır.
Bernard Smit- AA-nın üzvü, lakin özü alkolik olmayıb. Onun fikrincə alkoqolik
içkinin qulu deyil, o içkinin və ya narkotikin köməyi ilə yalançı ideallardan
qaçmağa çalışıb. Sadəcə, alkoqolik daha sensitiv olduğu üçün, cəmiyyətin qəbul
etdiyi ideyalarla (lakin düz olmadığı halda) barışa bilmədiyinə görə içkiyə üz tutur.
Beytsonun “alkoqolik qüruru” anlayışı böyük maraq yaradır.
26
12 addım zamanı
“mən edə bilərəm” fikri əsas çoçemtlərdən biri sayılır. Xəstəliyi qəbul edən edən
kimi, onda “mən təmiz qala bilərəm” anlayışı aktivləşir. Lakin, bəzən, bu qürur o
qədər güclü olurki, alkoqolik gücünü həddən çox hesab edərək “sına” bilər və
dipsomaniyaya uğraya bilər. Ona görə Beytson təqid edirki, “bir dəfə alkoqolik-
həmişə alkoqolik” – yani ürəkdə qorxu və çəkinmə hissi həmişə olmalıdır. “PAM-
dən asılı heç vaxt riskə getməli deyil.” Bu sözlər 1939-cu ildə hələ Bil tərəfindən
26
Бейтсон Г. Кибернетика Я: теория алкоголизма. Перевод: Д.Я. Федотова и М.П. Папуша.
G.Bateson: The Cybernetics of "Self": A Theory of Alcoholism: University of Chicago Press edition, 2000.
s.8
43
deyilmişdir. 12 addım proqramında “dibə enmək” anlayışı varki, burada alkoqolikin
və narkomanın ən pis anları mənasını daşıyır. 12 addım proqramının üzvlərinin
xüsusi adət ənənələri və duaları var: məqsədimiz sağlamlığımızdır, əsas rol Allaha
aiddir, insanlar yalnız köməkçidirlər, AA və AN üzvü olmaq üçün istək lazımdır-
içkini və ya narkotiki atmaq istəyi, hər qrup azaddır, əsas məqsədimiz hələdə içən və
ya narkotik qəbul edəni yanımıza çəkmək, AA və ya AN adından reklam etməmək,
AA və ya AN öz gücünə inanmalıdır, AA və AN qeyri-professional təşkilat olaraq
fəaliyat göstərir, idarə sistemi çox ağır olmamalıdır, siyasi, sosial proseslərə
qarışmamaq şərti ilə aktivliyimizi avam etdirək, biz yalnız öz maraqlarımızı irəli
sürməliyik, anonimlik bizim ən böyük silahımızdır. Dualar 12 addım proqramında
hazır formada xəstəyə verilir, lakin alüdəçi özüdə dua yaza bilər özü üçün.
Məsələn: “Anlama haqqında dua”, “ikiqat göndəriş”.
Bu proqram, əsasən, hazırlıq keçmiş əvvəllər özləri bu proqram üzrə müalicə keçmiş
və remissiyası 2 ildən az olmayan alkoqoliklər tərəfindən keçirilir. Məlumatlar
əsasən hər görüş zamanı baş verir. Məsələn, “ilk qədəh fenomeni” haqqında bu
görüşlər zamanı motivasiyanın sıfıra endiyini öyrənmək olur. Və ya alkoqolikin
daxilində iki şəxsiyyət omağı haqqında nəzəriyyə AA və AN üzvləri arasında çox
qəbul edildiyindən çox effekti olur. Remissiya müddətinin çox olması qrup
üzvlərinə, əlbətdə ki, pozitiv təsir edir. AA və AN-dən başqada özünü-dəstəkləmə
qruplarıda fəaliyət göstərirlər. ABŞ-də “Alkoqoliklərin böyük övladları” adlı
qruplar, Rusiyada isə “Narkomanların anaları” adlı qruplar aktiv formada inkişaf
edir.
Psixoloq –addiktoloqun və ya psixoterapevtin belə təşkilatlarda rolu son illərdə
dahada böyüyüb. Stress faktorların artması narkomaniya və alkoqolizm xəstəliyi ilə
bərabər başqa psixi pozuntuların yaranması psixoterapiyanın vacibliyini ön plana
çıxarır. Burada psixoterapiya yalnız alüdəçi ilə deyil, həmdə onun ailəsi ilə
keçirilməlidir. Ailə üzvlərinin ikinci dərəcəli PAM-dən qurban sayılırlar. Hər dəfə
asılı şəxsiyyətin PAM qəbul edərkən ailə üzvlərinin yaşadığı stress və təşviş
sonradan öz neqativ müxtəlif somatik, psixoloji və nevroloji pozuntulara tutula
bilər.
|