IV
FƏSİL.
PSİXOAKTİV
MADDƏLƏRDƏN
İSTİFADƏ
EDƏN
İNSANLARIN
ŞƏXSİYYƏTİNDƏ
BAŞ
VERƏN
PATOLOJİ
DƏYİŞİKLİKLƏRİN
(PSİXOPATİZASİYANIN)
EKSPERİMENTAL
TƏDQİQİ
4.1. Tədqiqatda istifadə olunan material və metodlar
4.1.1.Tədqiqat iştirakçıları
Tədqiqat iki mərhələdə keçirilmişdir. Tədqiqatda ilkin mərhələdə 100 nəfər asılı
pasient iştirak etmişdir (tədqiqatda yalnız kişi cinsinə aid pasientlər iştirak edirdilər).
Tədqiqatın 2-ci mərhələsində 45 nəfər iştirak etmişdir- əsas qrup. Tədqiqatın ikinci
mərhəlisində 12 addım proqrammında psixoterapiya keçirildiyinə görə hər pasient
iştirak edə bilməmişdir. 5 pasient müəyyən səbəblərə görə tədqiqatdan
uzaqlaşdırılmışdırlar. Əsas qrup təmsilçiləri eyni zamanda individual konsultasiya
ala bilərdilər. Tədqiqata cəlb olunanlar “Bərpa” Psixiatrik xəstəxanaya müraciət
edən xəstələrdən ibarətdir. Araşdırmaya cəlb olunanlar 18-50 yaş arası insanlar
təşkil edir. Psixoaktiv maddələrdən istifadə stajı 1ildən 30 ilədək təşkil edirdi. Hər
bir pasientə tədqiqatın məqsədi haqqında informasiya verilmiş və onların tədqiqatın
istənilən mərhələsində iştirak etməkdən imtina etmək imkanının da olduğu izah
edilmişdir. Eyni zamanda hər bir məlumatın yalnız tədqiqat üçün istifadə olunduğu
və anonim qalmağı barədə infirmasiya verilmişdir. Beləliklə, tədqiqatda iştirak
edənlər məlumatlı razılıq vermişdilər. Xəstələrin seçilməsi prosesi zamanı aşağıdakı
meyarlar əsas götürülmüşdür:
1.Pasientlər ən azı 1 il müddətində PAM-dən istifadə etməlidirlər;
2.Pasientlər sualları adekvat cavablandıra bilməlidirlər;
3.Yaş həddi 18-50 təşkil etməlidir;
4.Bu xəstələr əvvəllər başqa psixi pozuntudan əziyyət çəkməyiblər (eyni zamanda
şəxsiyyət pozuntusundan əziyyət çəkməyiblər).
45
4.1.2.İstifadə olunmuş metodikalar
Tədqiqatın həyata keçirilməsi üçün ilk öncə PAM-dan asılı xəstələri üçün xüsusi
anket- suallar hazırlanmışdır. Xüsusi işlənib hazırlanmış anket vasitəsilə
psixoterapiya zamanı sosio-demoqrafik və klinik göstəricilərin dəyişiklikləri qeydə
alınmışdır. Klinik- psixopatoloji müsahibə əvvəlcədən müəyyən edilmiş intervü
formasında keçirilirdi (mövzuya uyğun sualların əlavə olunması ilə). Pasientlərin
seçilməsi zamanı yuxarıda saydığımız meyarlar nəzərə alınmaqla tədqiqatda iştirak
edən bütün xəstələr bu anketə əsasən qeydiyyatdan keçmişdilər. Nəticələr hər bir
pasientə uyğun olan xüsusi xəritəyə keçirilirdiki, orada ona aid bütün məlumatlar
yerləşdirilir.
Xəstələrdə rast gəlinən psixi pozuntuların mövcudluğu Psixi və
Davranış Pozuntularının Beynəlxalq Təsnifatının (XBT-10) kriteriyaları əsasında
qeyd olunmuşdur. “Ocean” –5 faktorlu şəxsiyyəti müəyyət edən metodika başqa cür
Böyük beşlik (Big five) adlanır. Bu metodika R. MakKraye və P.Kosta tərəfindən
1983-1985 illərdə hazırlanmışdır. Daha sonra bu metodika üzərində yeni işləmlər
aparılmışdır və o Neo-şəxsiyyət kitabçası və ya NEO-Pİ-R adlandırıldı.
(ingiliscədən neyrotizm, ekstraversiya, təcrübəyə açıqlıq – sual kitabçası).
Kitabçanın avtorları R. MakKraye və P.Kosta əmindilər ki, 5 müstəqil amillər
insanın şəxsiyyətini təsvir etmək üçün kifayətdir.
Beş-faktorlu test-sual kitabçası 75 cüt bir birinin əks mənasını verən sualdan
ibarətdir. Suallar əsasən anlayışdardan ibarətdir ki, onlar insan davranışı təsvir
edirlər. Stimul materialı beş ballıq qiymətləndirmə şkalası ilə ölçülür ki, (-2;-
1;0;1;2) hər beş faktorun hansı daha çox ifadə olunduğunu müəyyən etmək üçün:
1.
ekstraversiya- introversiya. Özü eyni zamanda passivlik-aktivliyi, tabelik hissi
– dominantlığı, qapanılıq- ünsiyyətçilliyi, təsüratlardan qaçış – təsurat axtarışını,
diqqətdən qaçış – diqqəti cəlb etmək amillərini ehtiva edir.
2.
bağlılıq – ayrılma. Özü eyni zamanda biganəlik – istilik hissini, rəqabət -
əməkdaşlıq, şübhə hissi – inamı, anlamamaq – anlamağı, özünə hörmət –
başqalarına hörməti ehtiva edir.
46
3.
özünə nəzarət – impulsivlik. Özü eyni zamanda qeyri- təmizkarlığı, təqidin
olmaması – təqidliyi, məsuliyyətsizlik – məsuliyyəti, impulsivlik – davranışın idarə
edilməsini, laqeydlik – tədbirliliyi ehtiva edir.
4.
emosional davamsızlıq – emosional davamlı. Özü eyni zamanda diqqətsizlik –
təşvişi, rahatlıq - gərginliyi, emosional komfort- depressivliyi, özünü təmini - özünü
tənqidi, emosional stabillik – emosional labilliyi ehtiva edir.
5.
ekspressivlik – praktiklik. Özü eyni zamanda konservatizm – marağı,
realistiklik – maraqdairəsini, artistikliyin olmaması – artistikliyi, hissiyatsızlıq –
sensitivliyi, rigidlik – plastiliyi ehtiva edir.
Əvvəlcədən qeyd etməliyəm ki, suallar mən tərəfindən verilir və cavablar qeydə
alınırdı - bəzi pasientlərin vəziyyətini qeydə alaraq. 5PFQ (şəxsiyyəti və xarakteri
müəyyən edən beş faktorlu test) metodika aşağıdaki formada qurulub (təlimat) :
cütlü anlayışları oxuyub, alternativ variantlardan hansının daha çox sizə uyğun
olduğunu müəyyən edin. Əgər sizə daha çox soldaki ifadələr uyğun gəlirsə, “-2” və
ya “-1” qiymətlərindən istifadə edə bilərsiz. Əgər sizə daha çox sağdaki ifadələr
uyğun gəlirsə, “2” və ya “1” qiymətlərindən istifadə edə bilərsiz. “2” və “-2”
nəticələr yalnız o vaxtı qeydə alınır ki, əgər anlayış insanda çox güxlü fadə olunub.
Əgər “-1” və ya “1” variantları seçilirsə demək təqdim olunan anlayış insanda özünü
zəif ifadə edir. Əgər verilən dörd alternativ variantlardan heş biri insana uyğun
gəlmirsə, o zaman ortaq variant, yəni “0” variantı seçilə bilər. Nəticələrin
interpretasiyası həm ilkin, həmdə ikinci dərəcəli amilləri üzərində qurulur.Hər faktor
üçün minimal yığılan bal sayı 15, maksimal 75. Yüksək göstəricilər 51-75 bal arası
sayılır, orta 41-50, və aşağı göstəricilər 15-40. Müşahidə metodundan daha çox
psixoterapiya zamanı istifadə edildi. İnsanın qrupa adaptasiyası və onun qrupda
göstərdiyi dəyişikliyin dinamikası. Bütün dəyişikliklər xəritəyə köçürülüb və
keyfiyyət analizindən keçirilib.
Bizim tədqiqatımız şəxsiyyətin patologiyasının öyrənilməsi OCEAN testindəki
amillər ilə sıx bağlıdır.( Bax.cədvəllər.4.1-4.8)
1.
Paranoid şəxsiyyət pozuntusunda rast gəlinən amillər (XBT-10 uyğun):
47
Cədvəl 4.1
Ekstraversiya
amili
Təcrid
etmə
amili
Özünü idarəetmə
amili
Emosional
davamsızlıq
amili
Ekspressivlik
amili
dominant
biganəlik
təgid etmək
qayğısızlıq
maraq
biruzə vermək
şübhələnmək
tədbirlilik
sərbəstlik
bilmək həvəsi
rəqiblik
təmizkarlıq
sensitivlik
2.
Şizoid şəxsiyyət pozuntusunda rast gəlinən amillər (XBT-10 uyğun):
Cədvəl 4.2
Intraversiya
amili
Təcrid
etmə
amili
İmpulsivlik
amili
Emosional
davamlılıq
Praktiklik
passivlik
biganəlik
təqidliyin
olmaması
gərginlilik
konservatizm
özünəqapanıqlıq
anlamamaq
qayğısızlıq
özünü tənqid
realistiklik
təsuratdan qaçış
özünə hörmət
həssazlıq
günahkarlıq
hissindən qaçış
rigidlik
3.
Dissosial şəxsiyyət pozuntusunda rast gəlinən amillər (XBT-10 uyğun):
Cədvəl 4.3
Ekstraversiya amili
Təcrid etmə
amili
Impulsivlik amili
Emosional
davamsızlıq
amili
Ekspressivlik
amili
aktivlik
özünə
hörmət
məsuliyyətsilik
qayğısızlıq
maraq
dominantlıq
biganəlik
impulsivlik
emosional
rahatlıq
artistlik
təsurat axtarışı
sərbəstlik
sensitivlik
biruzə vermək
plastiklik
48
4. Emosional davamsız şəxsiyyət pozuntusunda rast gəlinən amillər (XBT-10
uyğun):
Cədvəl 4.4
Ekstraversiya
amili
Bağlılıq amili
Impulsivlik amili Emosional
davamsızlıq
amili
Praktiklik amili
aktivlik
isti münasibət
impulsivlik
həyəcanlılıq
həssazlılıq
dominantlıq
əməkdaşlıq
qayğısızlıq
emosional
rahatlıq
rigidlik
biruzə vermək
sərbəstlik
konservatizm
təsurat axtarışı
5.İsterik şəxsiyyət pozuntusunda rast gəlinən amillər (XBT-10 uyğun):
Cədvəl 4.5
Ekstraversiya
amili
Bağlılıq amili
Impulsivlik amili Emosional
davamlılıq amili
Ekspressivlik
aktivlik
isti münasibət
qayğısızlıq
həyəcanlılıq
maraq
ünsiyyətçilik
inanmaq
impulsivlik
gərginlik
artistlik
təsurat axtarışı
başqalarına
hörmət
məsuliyyətsizlik
depressiya
senzitivlik
biruzə vermək
emosional
qeyri/stabillik
plastiklik
6.
Anankast şəxsiyyət pozuntusunda rast gəlinən amillər (XBT-10 uyğun):
Cədvəl 4.6
Ekstraversiya
Təcrid etmə
Özünü
idarə
etmə
Emosional
davamlılıq
Praktiklik
dominant
rəqiblik
təmizkarlıq
həyəcanlılıq
konservatizm
biruzə vermək
şübhələnmək
təqid eymək
gərginlik
realistiklik
özünə hörmət
məsuliyyətlilik
özünü tənqid
artistliyin
yoxluğu
davranışın idarə emosional
həssaslıq
49
edilməsi
qeyri/stabillik
tədbirlilik
rigidlik
7.
Şəxsiyyətin həyəcanlı pozuntusunda rast gəlinən amillər (XBT-10 uyğun):
Cədvəl 4.7
Ekstraversiya
amili
Bağlılıq
amili
Özünü
idarə
etmə amili
Emosional
davamlılıq amili
Ekspressivlik
amili
passivlik
isti münasibət
təmizkarlıq
həyəcanlılıq
bilmək həvəsi
tabe olan
inanmaq
tədbirlilik
gərginlik
maraq
təsuratdan qaçış
başqalarına
hörmət
məsuliyyətsizlik
depressiya
sensitivlik
günahkarlıq
hissindən qaçış
anlamaq
davranışın
idarəsi
özünü tənqid
emosional
qeyri/stabillik
8.
Asılı şəxsiyyət pozuntusunda rast gəlinən amillər (XBT-10 uyğun):
Cədvəl 4.8
Intraversiya
amili
Bağlılıq amili
Impulsivlik amili Emosional
davamlılıq amili
Ekspressivlik
amili
passivlik
inanmaq
təqidliyin
olmaması
həyəcanlılıq
sensitivlik
tabe olan
anlamaq
impulsivlik
gərginlik
maraq
özünə qapalı
başqalarına
hörmət
özünü tənqid
plastiklik
günahkarlıq
hissindən qaçış
50
4.1.3.Tədqiqatın strukturu
Tədqiqat 5 mərhələdən ibarətdir: Birinci mərhələdə əvvəlcə tədqiqatın dizaynını
qurduq və korellasion eksperimental tədqiqat apardıq. Daha sonra tədqiqatın
metodları müəyyənləşdirilib, azərbaycan dilinə standartlaşdırılmışdır. Pasientləri
qeyd etmək və tədqiq etmək üçün xüsusi xəritələr istifadə edilmiş və onların
seçilməsinə başlanılmışdır. Yarana biləcək problemləri müəyyən etmək və sual
doğura biləcək məsələləri aydınlaşdırmaq məqsədilə pilot tədqiqat keçirilmişdir,
yani əvvəldən xüsusi PAM-dan asılı olanlar üçün müəyyən edilən suallar normal
insanlara təqdim olunmuşdur. Eyni zamanda OCEAN testi – 5 faktorlu şəxsiyyəti
müəyyən edən metodika əvvəlcədən PAM-dan asılı olmayan insanlarda keçirildi və
sual və sorğu kitabçasındaki anlayışlarda heç bir problem yaranmadığına görə
tədqiqatın davamına keçmişdik. Ikinci mərhələ tədqiqatın ilkin mərhələsi həyata
keçirilmişdir. Məlumatlar toplanmış, kompyuterə salınmışdır. Tədqiqatın bütün etik
qaydaları Azərbaycan Psixiatriya Assosiasiyası tərəfindən təsdiq olunmuşdur. Hər
bir pasientə tədqiqatın məqsədi haqqında informasiya verilmiş və onların tədqiqatın
istənilən mərhələsində iştirak etməkdən imtina etmək imkanının da olduğu izah
edilmişdir. Nəticədə, bütün tədqiqatda iştirak edənlər məlumatlı razılıq vermişdilər.
Pasientlərin seçilməsində bəzi meyarlar nəzərə alınmaqla tədqiqatda iştirak
edənlərin anketdə qeyd edilən demoqrafik və klinik göstəriciləri qeyd edilmiş (bəzi
pasinetlərin xahişi ilə adları anonim qalmışdır), daha sonra tədqiqat aşağıdakı
metodikaların ardıcıllığı ilə aparılmışdır: 1.klinik- psixopatoloji müsahibə xüsusi
müəyyən edilmiş intervü formasında keçirilirdi (mövzuya uyğun sualların əlavə
olunması ilə); 2.“Ocean” –şəxsiyyət müəyyət edən metodika; 3.xüsusi işlənib
hazırlanmış anket vasitəsilə psixoterapiya zamanı sosio-demoqrafik və klinik
göstəricilərin dəyişiklikləri qeydə alındı; 4.nəticələr hər bir pasientə uyğun olan
xüsusi xəritəyə köçürüldü, və orada ona aid bütün məlumatlar yerləşdirildi.
Üçüncü mərhələ 4 ay ərzində longetidual müşahidə formasında keçirildi.
Sonradan yenidən 12 addım qrupunda iştirak edən və etməyən pasientlərin nəticələri
yenidən yoxlanıldı. Dördüncü mərhələdə əldə edilmiş məlumatlar ilə
51
sistemləşdirmə, analiz və statistik işlənmə aparılmışdır. Beşinci mərhələdə əldə
edilmiş bu işləmələr dissertasiya formasına salınmışdır. Toplanan məlumatlar
əsasında Psixologiya və Konsultasiya Mərkəzinin köməyi ilə Narınc Uşaq
Psixologiya Mərkəzində “Asılılığa stop” adlı prezentasiyalar keçirilmişdir.
4.1.4. Statistik analiz
Nəticələrin işlənməsi SPSS proqramının 16.0 versiyasının vasitəsi ilə həyata
keçirilmişdir. Əhəmiyyətliliyin səviyyəsi (p<0,05) olmalıdır. Dürüstlük p əmsalı
vasitəsi ilə yoxlanılmışdır. Klinik göstəricilər arasında korrelyasiyanı müəyyən
etmək məqsədi ilə bivariate korrelate , Pearson əmsalından istifadə olunmuşdur.
4.2.Tədqiqat mərhələlərində keçirilən OCEAN metodikasının təhlili
4.2.1.Tədqiqatın ilkin mərhələsində keçirilən OCEAN metodikasının nəticələrinin
təhlili. 12 addım proqramının istifadəsindən əvvəl şəxsiyyətdə baş vermiş
dəyişikliklərin emalı
Tədqiqat 2 mərhələdə keçirilmişdir. Tədqiqata daxil olan xəstələr 2 qrupa
bölünmüşdür. İlkin mərhələdə tədqiqatda 100 nəfər XBT-10 ilə müxtəlif formalı
PAM-in asılılığından əziyyət çəkən pasientlər iştirak etmişdir. İlkin mərhələdə hələ
qruplar ayırılmadığına görə biz ümümi qrup şəklində tədqiqatı keçirdik. Şəxsiyyət
profilinin göstəriciləri cədvəldə verilib. (Bax .Cədvəl.4.9)
Cədvəl 4.9
Tədqiqatın kəmiyyət faizlərinin
göstəricilərinin müəyyən edilməsi:
Göstəricilər (Ümümi qrup): (%)
1. Ekstaversiya - intraversiya
61% (E)
1.1. Aktivlik - passivlik
37% (A)
1.2. Dominant - tabe olan
81% (D)
1.3.Ünsiyyətçilik – özünəqapalı
64% (Ü)
1.4. Təsurat axtarışı – təsuratdan qaçış
69% (Ta)
52
1.5. Biruzə vermək – günahkarlıq hissindən
qaçış
21% (Bv)
2. Bağlılıq – təcrid etmə
31% (B)
2.1. İsti münasibət – biganəlik
18% (İm)
2.2. Əməkdaşlıq – rəqiblik
23% (Ə)
2.3. İnanmaq- şübhələnmək
25% (İ)
2.4. Anlamaq - anlamamaq
17% (Anlamaq)
2.5. Başqalarına hörmət – özünə hörmət
24% (Bh)
3. Özünü idarə - impulsivlik
26% (Öi)
3.1. Təmizkarlıq – natəmizlik
25% (T)
3.2. Təqid etmək – təqidliyin olmaması
73% (Te)
3.3. Məsuliyyətlilik – məsuliyyətsizlik
21% (M)
3.4. Davranışın idarəsi - impulsivlik (idarə
etməyin mümkünsüzlüyü)
19% (Di)
3.5. Tədbirlilik - qayğısızlıq
31% (T)
4. Emosional davamlılıq - emosional
davamsızlıq
29% (Ed)
4.1. Həyəcanlılıq - qayğısızlıq
94% (H)
4.2. Gərginlik - rahatlılıq
54% (G)
4.3. Depressiya - emosional rahatlıq
56% (D)
4.4. Özünütənqid – sərbəstlik
29% (Ö)
4.5 Emosional qeyri-stabillik - emosional
sabitlik
77% (Eq/s)
5. Ekspressiya (təsirlilik) - praktiklik
59% (E)
5.1. Maraq - konservatizm
27% (M)
5.2. Bilmək həvəsi - realistlik
32% (Bh)
5.3. Artistlik - artistliyin yoxluğu
67% (A)
5.4. Sensitivlik - həssasızlıq
84% (S)
5.5. Plastiklik – rigidlik
68% (P)
Tədqiqatın ilkin mərhələsində rast gəlinən bəzi amillərin bal göstəriciləri
həddindən artıq çox yüksək idi. Yüksək göstəricilər əgər 50 baldan yuxarı idisə, 8
amilin göstəriciləri 60 və daha yüksək idi. Bu amilləri biz psixopatizasiyaya uğramış
53
sayırıq. Bu amillərin biruzə verilməsi cədvəldə faizlə təsvir edilib.
(Bax.Cədvəl.4.10)
Cədvəl.4.10
Psixopatizasiyaya uğramış amillər
(ilkin tədqiqat zamanı)
Əsas qrup.
12 addım proqramında iştirak etməyənlərin
ortalama göstəricələri (%)
1.Dominantlıq
81
2.Təəsurat axtarışı
69
3.Təqid etmək
73
4.Həyəcan
94
5.Emosional rahatlıq
77
6.Biganəlik
67
7.Sensitivlik
84
8.Plastiklik
68
100
nəfər
iştirakçı arasında şəxsiyyət pozuntuların bölgüsü cədvəldə
(Bax.Cədvəl.4.11)
və diaqramda verilib (Bax: Diaqram 4.1).
Cədvəl.4.11
Şəxsiyyət pozuntusu: (XBT 10 uyğun)
Pasinetlərin sayı:
paranoid
16
şizoid
7
dissosial
19
emosional davamsız
14
isterik
9
anankast
10
həyəcan
8
asılı
9
digər
5
dəqiqləşməmiş
3
Diaqramda şkalalar vasitəsi ilə şəxsiyyətlər pozuntusunun bölüntüsü təsvir edilib.
54
Diaqram 4.1
Cədvəl və diaqramdam görünür ki, ən çox rast gəlinən şəxsiyyət pozuntusu
dissosial (F60.2), paranoid (F60.0) və emosional davamsız pozuntularıdır (F60.3).
Ən az rast gəlinən dəqiqləşdirilməmiş (F60.9), digər (F60.8) və asılı şəxsiyyət
pozuntularıdır (F60.7).
Dostları ilə paylaş: |