AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix31.01.2017
ölçüsü1,16 Mb.
#6850
1   2   3   4   5   6

 

 

1.2. Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları  



 

Spirtli  içkinin  miqdarınından  və  individual  xüsusiyyətlərindən  asılı  olaraq 

müxtəlif  növ kəskin alkoqol sərxoşluğu müşahidə olunur. Diaqnoz XBT-10 uyğun 

olan meyarlar əsasında müəyyənləşir (F10).  

Sərxoşluğun  yüngül  formaları  ürək  döyüntüsü,  göz  bəbəklərinin,  dəri 

damarlarının  genişlənməsi,  əsasəndə,  üz  nahiyəsinin.  Eyni  zamanda,  əhval-ruhittə 

qalxır,  insanlar  şən,  zarafatçıl  olur,  danışdıqlarını  bilmirlər,  problemlər  qeyri-ciddi 

gəlir, ətraf mühitin kəskin qavraması enir. 



12 

 

 



 

Sərxoşluq  dərinləşdikcə  davranışa  nəzarət  dahada  azalır.  Sərxoşluq  vəziyyətində 

insan  yüngül  formada  öz  və  özgə  sirrlərini  aça  bilər,  lovğa,  inamlı,  nəğmə 

oxuyurlar, rəgs edirlər, ətrafdakıların  gülməyinə fikir vermirlər.motorika pozulur. 

Sərxoşluq  şəklində  yaranan  eyforiya  fonunda  ağlamaq,  zəiflik,  qıcıq,  gərginlik, 

inciklik yüksəlir. İnsan hər şeyə “ilişən”, sözləşməyə, dava-dalaşa, ictimai qaydaları 

pozmağa meylli olur. 

Güclü  intoksikasiya  zamanı  nitq  əlaqəsiz  olur,  perseverasiyalar  yaranır. 

Jestikulasiya  disharmonik  və  koordinasiyasız  olur.  Belə  formalı  sərxoşluq,  əsasən, 

yuxu ilə sona çatır.Yüngül və orta ağırlıqda olan sərxoşluqda, oyandıqdan sonra baş 

verən  hər  bir  şey  yada  salına  bilər.  Ağır  formada  isə,  davranış  yadda  qalmır. 

Alkoqol sərxoşluq müvəqqəti psixi pozuntudur. 

Spirtli içkindən sərxoşluğun obyektiv xüsusiyyətləri az miqdarda qəbuldan sonra 

özünü artıq büruzə verir.  

Bu  sahədə  tədqiqatları  ilk  1892-ci  ildə  Krepelin  aparıb.  Insanlara  17  gün  əzində 

25-60 qr. spirtli içki vererek psixoloji tədqiqat aparıb. Əvvəl, içkinin təsirindən ətraf 

mühitə reaksiya kəskinləşir, sonra isə azalır.

7

 



Böyük  dozalarda  qəbul  edildikdə  sürətlənmə  müşahidə  edilmir.  Əzələ  aktivliyi, 

koqnitiv  göstəricilər  (sayda  çaşma,  təfəkkürün  analiz-siztez  prosesslri  mümkün 

olmur) azalır. 

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, alkoqol təsiri altında retikular 

formasiyanın  aktivliyi  tükənir  və  beyin  qabığının  elektrik  aktivliyi  yüksəlir.  Çox 

yüksək  dozalar  qəbul  edildikdə  beyin  qabığının  gərginliyi  subnormal  göstəricilərə 

enir.  Neyrofizioloji  baxımdan  kəskin  alkoqol  intoksikasiyası  normal  qabıq  və 

qabıqaltı münasıbətlərin pozuntusunun səbəbidir. 

Bəzi  mənbələrə  istinadən  demək  olarki,  alkoqol  intoksikasiyası  nəsildə  sinir 

sisteminin  organik  patalogiyası  yaranır.  Belə  vəziiyət  cinsiyyət  hüceyrələrinin 

zədələnməsi ilə bağlıdır. 

                                                           

7

 

А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971. с.283-284



 

13 

 

 



 

Xroniki  alkoqolizmin  inkişafının  3  mərhələsini  ayırırlar:  ilkin  və  ya  başlanğıc, 

orta və ya inkişaf etmiş və sonuncu. 

 

Ilkin mərhələ: 



8

 

Burada əsas simptom kimi alkoqollu içkiyə boyüyən tolerantlıqdır. Çox insanlar 



yüksəs miqdarda alkoqol qəbul edə bilmirlər, və qusma, kollaptoid vəziyyət və ishal 

ilə  müşahidə  olunur.  Lakin,  uzunmüddətli  və  yüksək  dozada  istifadə  insanlarda 

intoksikasiyasız    yüksək  miqdarda  alkoqolu  qəbul  etməyə  icazə  verir.  Müdafiə 

refleksi    olan  qusmanın  yox  olması  məişət  alkoqolizmin  real  alkoqolizmin  ilkin 

fazasına keçməsindən xəbər verir. Ilkin mərhələyə xas olan xüsusiyyətlərdən biri də 

gizli sərxoşluq və təkliyə meylilikdir. Bu simptomun analizi göstərir ki, xəstə çalışır 

öz alüdəçiliyini gizlətməyə. Əgər əvvələr, içmək üçün bir səbəb lazım olurdusa, indi 

artıq  içki  içmək  bir  sarışan  fikirdi.  Başqa  vacib  bir  simptom  kimi  burada 

özünüidarənin  itirləməsidir.  Xəstə  qəbul  etdiyi  mayenin  miqdarına  nəzarət  edə 

bilmir. Sərxoşluğun portretidə dəyişir. Xəstə ayılandan sonra bəzi anları  yada sala 

bilmir, yani ferforasiyon amneziya ortaya çıxır. İçkinin qəbulu hələ sistematik forma 

daşımır- utancaqlıq hissi hələ qeydə olunur. 

İlkin  mərhələdə  alkoqolizmdən  uzaq  durmağa  meyl  edənlərdə  bir  aya  yaxın 

somatik  asteniyaya  oxşayan  bir  vəziyət  yaranır.    Ilkin  mərhələnin  davamlığı  bir 

ildən  bir  neçə  ilə  qədər  davam  edə  bilər  və  insanın  individual  psixoloji  və  fizioliji 

vəziyyətindən asılıdır.  

Orta  mərhələ.  Bu  mərhələdə  alkoqola  tolerantlıq  başlayır  artmağa.  Sutkada 

alkoqolun  qebul  edilməsi  1-2  l  çatır.  Alkoqoldan  bütövlüklə  asılılıq  formalaşır.

9

 

Psixoloji  asılıqla  yanaşı  həmdə  fizioloji  asılılıq  formalaşır.  Alkoqol  metabolizmin 



bir  hissəsinə  çevirilir.  Alkoqolikdə  defisitar  və  ya  abstinent  sindrom  formalaşır 

(alkoqoldan aclıq sindromu). Bu sindromun klinik portreti müəyyən xüsusiyyətlərlə 

xarakterizə  olunur:  ümumi  tremor,  tərləmə,  ürək  bulantı,  ishal,  urəkdöyüntü, 

başağrı,  qarabasmalar,    yuxusuzluq,  iştahanın  olmaması.  Ümumi  emosional  fon 

                                                           

8

 Alkoqolizm // Internet resurs: http://rnm.az/alkoqol  



9

 Alkoqolizm// Internet resurs: http://www.saglamliq.isim.az/xestelik 



14 

 

 



 

dəyişir:  təşviş,  apatiya,  özünü  günahlandırma  hissi  yaranır.  Bəzən  münasibət 

sayıqlamarı ola bilər. Ağır formada, xəstə abstinent sindrom zamanı gecəni yatmır, 

gözü  yumulu  vəziyətdə  isə  xırda  yanar  işıqları  görür  (lap  ağır  formada  qorxulu 

eybəcər  üzlər,  fantastik  heyvan  üzləri)  .  Psixosensor  pozuntular  müşahidə  oluna 

bilər, əsasəndə, hündürlükdən düşmək, mikropsiyalar, metamorfopsiyalar. Abstinent 

sindrom  beyindəki  neyrodinamik  proseslərin  pozulması  ilə  müşayət  olur,əsasəndə, 

bioelektrik   təzahürə görə  epileptoid  növə oxşayır.

10

 Abstinent  sindromu  insanı  əlil 



edir  və  içkini  fiziki  (psixoloji  deyil)  asılılığa  görə  qəbul  etməyə  vadar  edir.  Az 

dozada alkoqol qəbul edən zaman abstinent sindromdan 2-3 saatlıq azad olmaq olar. 

Bu  vəziyətdən qurtarmaq  üçün  alkoqol  asılılığından  əziyyət  çəkən  insanlar hər 3-4 

saatdan bir təkrarlanan içki qəbuluna vadar olurlar.  

Alkoqolizmin  ikinci  mərhələsində  içmək  psevdo-dipsomaniya  formasını  alır.Bu 

mərhələdə  şəxsiyyətin  bəzi  xüsusiyyətlərinin  dəyişməsi  görsənir.  Şəxsiyyətin 

keçmiş  individual  xüsusiyyətləri  itir  və  buna  görədə  bütün  alkoqoliklər  bir  birinə 

oxşayır.  Sosial  inkişaf  dayanır,  işdə  irəlləyiş  müşahidə  olunmur,  maraqlar  itir, 

yaradıcılıq aktivliyi azalır və hətta bütövlüklə itir. Xəstə keçmişdə “qazanılmışlarla” 

yaşamağa başlayır. Bəzi şəxsiyyətlərdə premorbid xüsusiyyətlərə aid olmayan bəzi 

xarakteristikalar qeyd olunur. Patoloji şəxsiyyətin simptomları yer alır: 1. Eksploziv 

şəxsiyyət-  aqressiya  və  impulsivliyi  ilə  2.  Eyforik  şəxsiyyət  –  özündən  razılıq,  və 

“yuxarıdan” getmə.  

Birinci  mərhələdə  arabir  olan  “İçim,  ya  yox”  ideyası  bu  zaman    artıq  olmur. 

İçmək  tələbinin  yaratdığı  emosiyalar  xəstənin  mənliyinə  hakimlik  edir.  Alkoqol 

intoksikasiyası nəticəsində insan öz instikt və arzularına tabe olur, tez inanan olur. 

Ailəyə,  işə  maraq  yavaş-yavaş  azalır.  Ailənin  xahişi,  işdən  töhmət,  həkimlərin 

tövsiyyyələri  az  zamanlıq  təsir  göstərir.  Əsəbililik  və    ətrafdıkalara  qarşı 

hörmətsizlik  əlamətləri  ilə  əvəz  olunur.  Alkoqoliklər  növbəti  alkoqol  qəbulunu 

xarici  faktorlar  ilə  səbəbləndirməyə  çalışırlar:  dostla  görüş,  soyuq  hava  ilə, 

problemin  olması  ilə  və  s..  Xarakter    cəhətlərindən,  ən  əsas  dəyişiklik,  lovğalığın 

                                                           

10

 

А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971. с.285-287



 

 


15 

 

 



 

yaranmasıdır.  Əsasən  onlar,  alkoqol  maddənin  miqdarının  çox  olmasını  lovğa  ilə 

paylaşırlar, və ya qadınlar arasında məşhur olduqlarını, işlərinin “əla” getməsini.  

Alkoqolizm  zamanı  psixikanın  əsas  xüsusiyyətlərindən  biri  intellektin 

azalmasıdır,  hansıki,  özünü,  əsasən,  xəstənin  özünə  və  öz  davranışına  tənqidin 

azalması  ilə  təzahür  edilir.Bu  vəziyyət,  əsasən,  “alkoqol  yumoru”    adlanan  halla 

xarakterizə edilə bilər: abırsızlıq, səthlik və yersizliklə xarakterizə edilir. Əsasəndə, 

zehni işle meşqul olanlarda, bu əlamətlər özlərin idahada tez büruzə verir. 

Eksperimental-psixoloji  tədqiqatlar  zamanı  xroniki  alkoqolizmdən  əziyyət 

çəkənlərdə  yaddaş  ilə  problem  kəskin  formada  görünürdü.  Daha  çox,  yadda 

saxlama,  və  az  keçmişdə  baş  vermiş  hadisələri  yada  salma  ilə  problemlər  yaşanır. 

Şəxsiyyətin  patoloji  inkişafı,  psixi  aktivliyin  azalması,  abstinent  sindromun 

yaranması, alkoqola yüksək tolerantlıq artıq ətrafdakılardan gizlənə bilmir. Artiq bu 

mərhələdə kəskin psixozlar yarana bilir, sərxoşluq isə amnestik forma alır. 

Sonuncu  mərhələ.  Bu  mərhələdə  növbəti  simptomlar  müşahidə  olunur:  alkoqola 

qarşı intolerantlıq – dözümsüzluk. Içki qəbulunun intolerantlığı o qeder aşağı enirki, 

xəstə  həyati  göstəricilərə  görə  5-7  günlük  içki  qəbulunu  dayandırır.  Bəzi  hallarda 

içkiyə  dözümsüzlük  özünü  içki  qəbulunun  ilk  günləri  özünü  bürüzə  verir.  Içki 

qəbulu periodlarla olur. Axırıncı günlər intoleranlıq o qədər yüksəlirki, xəstə spirtli 

maddələri  yalnız  abstinent  sindromdan  qurtarmaq  üçün  qəbul  edir.  Periodik  və  ya 

real  içki  qəbulu  xəstənin  pis  fiziki  vəziyyəti  ilə  başa  çatır:  ürək  fəaliyyətinin 

aktivliyinin enməsi və dispepsik pozuntularla ilə müşayət olunur.  

Şəxsiyyətin  enmə  səviyyəsi  ən  aşağı,  hətta  orqanik  kəmağıllılığa  qədər  çatan 

ğöstəriciyə  can  atır.  Alkoqol  kəmağıllılıq  iki  növ  enselopatiyanı  təzahür  edir. 

Enselopatiyanın torpid  növü  alkoqoliklərdə  apato-abulik kəmağıllılığa,  eretik  növə 

isə psevdoparalitik uyğun gəlir. Somatik  pozuntular çox müxtəlifdir: xroniki qastrit, 

xora  xəstəlikləri,  pankreatitlər,  ciyər  sirrozu,  miokardiodistrofiya,  nəfəs  yollarının 

xəstəlikləri.  Enselopatiya    alkoqoliklarda  ikinci  mərhələdən  diaqnostika  edilir. 

Kişilərdə  potensiyanın  aşağı  enməsi,  qadınlarda  isə  amenoreya  müşayət  olunur. 

Vaxtından  əvvəl  üzün  sallanması,  əzələlərin  boşalması,  və  həyatın  davamlılığının 

azalması  qeydə  olunur.  Ölmə  riskləri  alkoqoliklarda  normal  insanların  analoji  yaş 


16 

 

 



 

qrupplarından  daha  yüksəkdi.  Sosial  baxımdan  alkoqolizmin  göstəriciləri  ailə  və 

kollektivlə  münasibətini  pozur,  sosiumla  əlaqələr  zəifləyir.  Sonuncu  mərhələdə 

kəskin  alkoqol  psixozların  tezlikləri  artır.  Xroniki  halüsinoz,  Korsakov  psixozu, 

qısqanclıq sayıqlaması, alkoqol paranoidi ola bilər.

11

 



 

 

1.3. Psixoaktiv maddələrin növləri və onların təsiri 



 

Bu  qrup  xəstəliklər  XBT-10  F11-19  xəstəliklər  təsnifatında  yer  alırlar  və 

diaqnostika  XBT-10  uyğun olan meyarlarla aparılır. Narkotik – narkotik maddələr 

və  narkotik  vasitələrdir  ki,  hansılar  ki,  sosial  təhlükəyə  görə  resmi  olaraq  dövlət 

siyahısına  əlavə  olunub,  çünki  bir  dəfə  istifadə  zamanı  xüsusi  psixi  vəziyyət,  bir 

neçə dəfə istifadə  zamanı  isə  psixi  və  fiziki  asılılıq  yaradır.  Narkomaniya  xəstəlik 

kimi sistematik narkotik vasitələrdən istifadə zamanı sayılır; və psixi pozuntular və 

asılı- 


lıqnan ifadə olunur. Güclü psixi asılılığı hər bir narkotik maddə yarada bilir, fiziki 

asılılığı isə çoxu. Məsələn, tiryək qrupuna aid maddələr fiziki asılılığı yaradır.  

Amma kannabiodlər ailəsinə aid olan marixuana maddəsi fiziki asılılığı yalniz 5-

10 il mütəmadi istifadədən sonra yaranır. 

Psixoaktiv  toksik  maddələr  eyni  xüsusiyyətlərə  malik  olan  maddələrdir.  Həzzi 

yaradan və asılılığı yarada biləcək bu qrup psixoaktiv maddələr  rəsmi siyahıya aid 

olmasalarda, lakin psixikaya təsiri artıq tıstiq olunub.  

Narkotik  və  ya  toksik  maddələrdən  istifadə  fiziki  asılılıq  yaranmadan 

narkomaniya və ya toksikomaniya sayılmır. Belə vəziyyətləri, əsasən, narkotizm və 

ya  toksikomanik  davranış,  epizodik  sui-istifadə  adlandırırlar.  Son  zamanlar 

“addiktiv  davranış”  dəbə  düşüb  ki,  belə  problemlər  daha  çox  pedaqoji  müdaxilə 

tələb edir, nəyinki tibii və psixoterapevtik.  

                                                           

11

 



А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971.  287-290 с.

 


17 

 

 



 

Psixi asılılıq daha çox artan yenidən PAM-dən istifadə tələb edir. İstifadə ehtirası 

o  qədər  güclü  olurki,  hansı  yol  olursa  olsun,  maddədən  istifadə  mütləq  olmalıdır. 

İstifadədən baş qaçırma insanda narahatçılıq və güclü istifadə arzusu yaradır. Bəzən 

bu arzunu obsessiv və ya sarışan bir niyyət kimi adlandırırlar. Xarici göstəricilərdən 

biri də, başqa narkotik maddələrdən istifadə edən insanlarla ünsiyyətə can atmaqdır. 

Real,  individual  asılılıqdan  qrup  şəklində  olan  psixi  asılılığı  ayırmaq  lazımdır. 

Əsasən,  bu  davranış  addiktiv  adlanır  və  əsasən,  müəyyən  bir  qrupun  bir  yerdə 

yığışan  zamanlar  baş  verir.  Meyl  o  zaman  yaranırki,  “öz  kampaniya”  bir  yerdə 

yığılır. Əgər yığıncaq olmursa meyl yaranmır. 

12 

Fiziki asılılıq yalnız o zaman  yaranır ki, insanın həyati fəaliyyəti normal yerinə 



yetirilsin.  İstifadəni  dayandırma  abstinent  sindromun  yaranması  ilə  müşahidə 

olunur. Abstinent sindrom yalnız psixi pozuntular deyil, həmdə somatik və nevroloji 

patologiyaynan  ifadə  olunur.  Abstinent  sindrom  narkotik  maddədən  istifadədən 

sonra  


yoxa çıxır. Abstinent sindrom zamanı yaranan sinptomlar sanki narkotikın qəbulu  

zamanı  yaranan  simptomların  antipotudur.  Eyforiyanın  yerinə  depressiya,  həzzin 

yerinə  narahatçılıq  və  təşviş,  aktivliyin  yerinə  apatiya,  miozun  yerinə  midriaz. 

Somatik və nevroloji pozuntular psixi pozuntulardan daha çox rast gəlinir.  

Kompulsiv  meyl  obsessivdən  artıq  istəyin  qarşısı  almağın  mümkünsüzlüyü  gözə 

çarpır.  

PAM qarşı tolerantlıq maddənin minimal dozası ilə müəyyənləşir ki, o dəyişiklik 

və  ya  abstinent  sindrom  yaradır.      Narkomaniya  inkişaf  elədikcə  insanda 

tolerantlıqda artır. 

Polinarkomaniya  və  politoksikomaniya  diaqnozu  iki  və  daha  artıq  PAM  istifadə 

edən  zaman  və  ondan  asılılıq  müəyyən  olunur.  Əgər  alüdəçi  insanda  asılılıq  bir 

narkotik  və  bir  qeyri-narkotik  maddənən  müşahidə  olunursa  belə  asılığı  ağırlaşmiş 

narkomaniya adlandırmaq tələb olunur. 

                                                           

12

 Дроздов А., Дроздова М. Полный справочник психотерапевта. М.: Эксмо, 2010,  с.509-528 



 

18 

 

 



 

Tibbi təsnifat beynəlxalq xəstəliklər təsnifatında narkotik və psixoaktiv maddələr 

sırasında aşağıdakıları qeyd edirlər: 

1.

 



F11.–  Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları  

2.

 



F12.–  Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları  

3.

 



F13.–  Sedativ  və  ya  yuxu  dərmanlarının  qəbulundan  yaranan  psixi  və 

davranış pozuntuları 

4.

 

F14.– Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları 



5.

 

F15.–  Digər  stimulyatorların  (kofein  də  daxil  olmaqla)  qəbulundan  yaranan 



psixi və davranış pozuntuları  

6.

 



F16.–  Hallyüsinogen  maddələrin  qəbulundan  yaranan  psixi  və  davranış 

pozğunluqları 

7.

 

F17.– Tütündən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları 



8.

 

F18.– Uçucu həlledicilərin qəbulundan yaranan psixi və davranış pozuntuları  



9.

 

F19.–  Eyni  zamanda  bir  neçə  narkotik  maddənin  qəbul  edilməsi  və  digər 



psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları.

13

 



 

 

1.4. PAM-dən yaranan asılılığın sosial, psixoloji və tibbi-bioloji faktorları 



 

Kimyəvi asılılıq termini öz tərkibinə bir neçə növ asılılığı daxil edir – alkoqolizm, 

narkomaniya,  toksikomaniya.  Bütün  bu  maddələr  bir  sözlə  əvəz  oluna  bilər  – 

psixoaktiv maddələr (PAM).   

Narkologiya  və  addiktologiya  sahələrində  3  qrup  faktorlar  ayırırlarki,  onlar 

cəmiyəttə  kimyəvi  asılılığın  artmasında  rol  oynayırlar.  Bunlar  sosial,  psixoloji, 

tibbi-bioloji faktorlardı. 

1.Sosial faktorlar. 

Ən çox alkoqolizm aztəminatlı ailələrdə yayılıb. Lakin, maddı rifahın artmasıda 

alkoqolizasiyaya  səbəb  ola  bilər.  Urbanizasiya  problemi  alkoqol  və  narkotik 

                                                           

13

 XBT-10, Ümumdünya səhiyyə təşkilatı, Cenevrə, 2012.  s. 224-227 



 

19 

 

 



 

maddələrin  yayılmasına  çox  böyük  kömək  göstərir.  “Həyat  tərzi”,  alkoqol  və 

narkotik  istifadəsində  dəb-  belə  anlayışlar  gənc  insanların  gələcək  həyatlarını  sual 

altında  buraxırlar.  Lakin,  hal  –hazırda  bəzi  milli  xüsusiyyətlər  varki,  narkotik  və 

içkini  qadağa  qoymaqla  böyük  dəyişikliyə  nail  olublar.  Alkoqolizasiyada  öz 

xüsusiyyətlərinə  malikdir.  Şimali  alkoqolizasiyada  (Rusiya,  Skandinaviya, 

İrlandiya)- 

əsasən araq və pivəyə üstünlük verilir. Cənubi alkoqolizasiyada isə (İtaliya, Fransa,  

İspaniya)  üstünlük  çaxıra  verilir.  Bəzi  ölkələrdə  fiziolji  baxımdan  fermentlrin 

ifrazatı  zəif  olanda  alkqolizasiyaya  daha  tez  uğrayırlar.  Məsələn:  şimal  ölkələri, 

amerikan  qəbilələr.  Bəzi  ölkələrdə  isə,  narkotik  maddələrdən  və  içkidən  istifadə 

artıq bir ənənə formasını alıb və alkoqolizasiya çox naddir halda baş verir. Məsələn:  

Marixuana Orta Asiyada, Koka – Latın Amerikada. 

Bütün  bu  faktorlar  addiktologiyada  obyektiv  yanaşmaya  malik  olmasına  vadar 

edirlər.  Yanı  milli  xüsusiyyətləri,  zövqləri,  mədəniyyəti  gözə  almadan  alkoqol  və 

narkotik asılılığı müalicə etmək olmaz.  

PAM uşaqlar və gənclər arasında yayılmasında  əsas rolu informasiya  mənbələri 

oynayır.  Bunlardan:  bədii  və  dokumental  filmlər,  verilişlər,  qəzet  və  jurnal 

məqalələri,  böyüklərlə  söhbətlər,  gənclərin  bu  haqqda  biliklərini  bir-biri  ilə 

bölüşməsi.  Müxtəlif  mənbələr  müxtəlif  təsir  göstərir  uşaqlara.  10-12  yaşlı 

narkomanlar  kinoların  təsiri  altında  “narkomanlar”ı  oynayırlar,  13-17  yaşlı 

uşaqlarda  isə  narkomaniyaya  prestij  kimi  baxırlar.  Narkomaniya  və  alkoqolizma 

maraq  maraqlı  məqaləni  oxuduqdan  sonrada  yarana  bilər.  Bəzən,  qeyri-peşakarlar 

tərəfindən  profilaktika  məqsədi  ilə  aparılan    kəskin  mənəvi  “olmaz”  və  ya 

qorxutmaqla  aparılan  tədbirlər  bir  nəticə  vermir.  Böyük  və  kiçiklər  arasında    fikir 

ayrımı  sonuncularda  marağa  səbəb  olurki,  bu  da  yaxşı  nəticələnmir.  Bəzən 

yeniyetmələrin 

əllərinə  səhv  məlumatlar  düşürki,  bu  da,  uşaqlarda 

dezinformasiayaya gətirir.   

Yaxın  ətraf  həmişə  ən  böyük  təsir  göstərir-  əsasəndə  ailə.  10  yaşına  qədər  olan  

50%  uşaq və 15 yaşına qədər olan 90% yeniyetmələr ilk dəfə alkoqolu yaxınlarının 

təsiri altında alkoqol qəbul dirlər.  



20 

 

 



 

Valideyn  alkoqolik  və  ya  narkoman  olan  ailələrdə  yüksək  ehatimalnan  uşaqlar 

riski qrupuna daxil olur. Natamam ailə, atasızlıq xarici və sovet alimləri tərəfindən 

təsdiq  olunub  ki,  narkotizasiyaya  və  delinkvent  davranışa  gətirib  çıxarır.    Lakin, 

normal  ailələrdən  olan  uşaqlar  belə  PAM  dan  istifadəyə  maraq  göstərir.    İş  təkcə 

ailəlin bütöv olub, olmamağında deyil, burada ən böyük təsir  tərbiyədən asılıdır. 

Deformasiyaya uğramış və dağılan (daima konfliktl yaşanan) ailələrdən daha çox 

PAM-dan istifadə edən inaslar çıxır.  

Asosial ailələrdə, hansılardaki uşaqlara qarşı olan emosional və fiziki təcavüz və 

işgəncələr, daha çox psixoaktiv maddələrə  maraq olur. Belə uşaqlar çox vaxtlarını 

həyətdə  keçirirlər,  onlarda  qrupplaşmalar  yaranır    və  “vor  zakon”  adlı  bir  anlayış 

onların  həyat  tərzinə  çevirilir.  Onlar  arasında  ən  böyük  əyləncə  beyin 

dumanlandıran maddələrdən istifadədi. Giperproteksiya anlayışıda burada böyük rol 

oynayır.  Uşaqlıqdan  “bunu  eləmə,  bu  pisdi,  o  yaxşıdı”  kimi  anlayışlar,  hər 

problemlərini  onun  yerinə  həll  etmək,  ona  nəzarət  etmək  və  s.  həddidən  ziyadə 

qayğı  uşaqlarda  artıq  ifrat  iyrənmə  yaradır  və  onlar  deviant  davranışa  maraq 

göstərirlər. 

Narkotikdan  istifadəyə  səbəb  olan  əsas  faktorlardan  biridə  valideynərin  uçaqları 

emosional uzaqlaşdımasıdır (əsasəndə ananın). Yeniyetmə görür ki, valideynlərin öz 

həyatı var, onların uşağa vaxtları yoxdur və uşaq o valideynlərə problem yaradır. 

Emosional  istiliksiz,  sevgisiz,  qayğısız    qalmış  uşaqda  özünü  qiymətləndirmə 

enir, normal “Mən” patoloji tərəfə yönəlir, motivasion sfera pozulur  və PAM-dan 

istifadə bir müdafiə mexanizmləri kimi çıxış edir.   

Kütləvi  mədəniyyət  narkotizasiyaya  səbəb  ola  bilər.  Hippi  hərəkatında  kütləvi 

olaraq marixuana istifadəsi buna bir örnəkdir.  

1.

 



Psixoloji  faktorlar.  Asıılığın  yaranmasına  səbəbi  olan  risk  faktorlarından 

biridə içki içməyə itələyən motivlərdir.  Onlar insanda individual olaraq formalaşır. 

Onlarıç  sırasına  ətrafa  adaptasiya  olamamaq  problemi,  ətrafla  konfikt, 

məmnunsuzluq,  yorğunluq,  utancaqlıq,  frustrasiya,  psixoloji  diskomfort  hissi.  Risk 

faktorları  sırasında  həmdə  yeniyetmələrin  davranış  reaksiyaları  vardırki,  bunlara 

aiddilər:  emansipasiya  hissi,  özyaşıdları  ilə  qruplaşmalar,  maraqlar  (xobbi), 



21 

 

 



 

imitasiya,  seksual  maraqlar.  Narkotizasiyaya  səbəb  olan  əsas  psixoloji  faktor  kimi 

“maraq”    çıxış  edir.  “Maraq”  anlayışını  ilk  dəfə  psixoloji  tədqiqatda  Tsukerman 

aparmışdı.  Tədqiqatın  nəticələrinə  görə  Tsukerman  testində  yüksək  göstəricilər 

göstərən  yeniyetmələr  narkotik  və  alkoqolla  eksperimentlərə  hazır  olurlar.  Əsas 

məqsəd  isə  öz  oyanıqlığını  dahada  yüksəltməkdir  və  müxtəlif  duyğular  almaqdır. 

Bəzi  psixoloqların  fikrincə,  yeniyetmələrdə  narkotizasiya  ilə  şərtlənən  deviant 

davranış  yeni  hisslər  axtarışı  ilə  səbəblənir.  Belə  yeniyetmələrdə  tələbatların 

ödənməməsi baş verir, emosional sferada pozuntular, gərginlik, impulsivlik.   

Alkoqolun  istifadəsi  motivləri:  insanlarda  alkoqolu  istifadənin  bir  neçə  müxtəlif 

səbəb və motivləri olur.  

1.

 



Gedonistik.  Həzz  alma  hissi  ilə  bağlı  olan  içki  qəbulu.  Bəzi  fikirlər  insanın 

bütün  günü  beyinində  fırlanır:  “Niyə  mən  özümə  içki  ilə  baöılı  qadağa 

qoymalıyam?!” , “Axı həyat bir dəfə verilir, mən həzzlə yaşamaq istəyirəm”, “Həzz 

olmasa, niyə yaşayım ki? Üç günlük dünyadı, ye, iç, kef elə”. 

2.

 

Ataraktik motiv və səbəblər. Spirtli içki affektləri azaldmaq üçün qəbul edilir, 



emosional gərginliyi, təşvişi, özündən əminliyi aradan qaldırmaq üçün qəbul edilir. 

“Mən pis fikirlərdən, özümə inamsızlıqdan uzaqlaşmaq üçün içkini qəbul elədim”- 

bu sözlər xəstədə çox rast gəlinir. 

3.

 



Submissiv səbəblər. Alkoqoldan istifadə  yüksək tabeliliklə bağlıdır. 

Ətrafdakılara “yox” deyə bilməməklə səbəblənir. “Mən hamı kimi içirəm, onlardan 

fərqlənmək istəmirəm”.  

4.

 



Davranışın  giperaktivasiyası  ilə.  Alkoqol  doping  kimi  qəbul  edilir.  Ümumi 

tonusu,  aktivliyi  qaldırmaq  üçün  istifadə  olunur.  Bəzən  iş  fəaliyyətində  zəif  olan 

insanlar  içkini  qəbul  edərək  daha  gümrahlığı  özlərinə  təmin  edirlər.  “Yorulanda 

istifdə edirəm, yorğunnuğum çıxsın diyə.” 

5.

 

Psevdokultular  motiv  və  səbəblər.  Alkoqol  ətrafı  özünə  cəlb  etmək  üçün 



istifadə olunur.  Belə insanlar özlərini qurman hesab edirlər. 

22 

 

 



 

6.

 



Tradision  –  içkilər  bayram  zamanı  qəbul  edilir  və  sonralar  artıq  vərdiş 

formasında davam edir. 

14

 

Alkoqolizmdə  psixoloji  müdafiə  mexanizmləri  vardır.  Sistematik və  ya  vaxtaşırı 



alkoqoldan istifadə edənlərin hamısı onlarda problem olduğunu təksib edirlər. İnkar 

edən  emosional  affektiv  komponent  psixoloji  müdafiə  mexanizmi  tərəfindən  idarə 

edilir və anozognoziya – yani xəstəliyi və simptomları inkar etmə yaradır. Müdafiə 

mexanizmləri  alkoqolizm  xəstəliyinin  inkaşaf  etdikcə  əlamətlərini  dəyişir  və 

xəsətəyə  daha  uyğun  formada  emosional  vəziyyətini  təmin  edir.  Şüuraltı  formada 

yarandığına  görə  müdafiə  mexanizmləri  bəzən  xəstədə  əminliklə  öz  dediyinə 

inanmağa  gətirib  çıxarır.  Problem  sadəcə  qəbul  edilmir.  Alkoqolun qəbulunu  artıq 

inkar etməyə mümkün olmadığında xəstədə fikir (aksent) dəyişikliyi baş verir. Xəstə 

qəbul  etdiyi  içki  miqdarını  başlayır  gizlətməyə.  Öz  maraqlarına  uyğun  vəziyyətlər 

uydururlar, ətrafdakıları aldadırlar. Özlərinə bəraət qazanmaqla problem uydururlar. 

Motiv  şüuraltı  formada  psevdo-motivlə  əvəzlənir.  Alkoqol  eksseslər  yaradacaq 

yalançı  misallar  gətirirlər.  Psevdoanlatan  sistem  yaranır  –  alibi  misalları  həmişə 

hazırdır. 

15

 



Universal  “başasalan  sistemin”  yaranması  ikinci  mərhələyə  təsadüf  edir.  Xəstə  öz 

al-koqolizasiyasına bəraəti  “hamı  içir, məndə  onlarla”,  “sərxoşluq  – indiki  həyatda 

normaldır”. Üçüncü mərhələdə şəxsiyyətin deqradasiyası inkişaf etdikcə, qiymətdən 

salma yaranır- sərxoşluğun pis komponentləri xəstənin gözündə itir. 

2.

 

Tibbi – bioloji faktorlar. 



İrsiyyətin kimyəvi asılılıqda  oynadığı rol  hal-hazırda şübhə doğurtmur. 

Alkoqolikın uşağının alkoqola olan meyli 7-15 dəfə daha artıqdır ki, burada artıq 

faktlar göz qarşısındadı. İrsiyyətin nə qədər təsiri göstədiyini lonqetud tədqiqatlar 

göstərdi. Tədqiqatda alkoqolik ailəsində doğulmuş, lakin normal ailəyə tərbiyəyə 

verilmiş və qeyri-doğma bacı-qardaşla eyni vəziyyətdə tərbiyələnən uşaqlar iştirak 

                                                           

14

 Егоров А. Ю. Возрастная наркология. М.: Институт общегуманитарных исследований, 2002. — с. 



272 (Серия: «Лечение зависимостей»)  

 

15



 А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971.с.287-296 

23 

 

 



 

etdilər.  Tədqiqatlar göstərdiki, alkoqolik ailəsində doğulan insanlarda PAM-dan 

asılılığın yaranma riski 25 dəfə daha çoxdu.  

Növbəti tədqiqatlar əkizlər arasında aparılıbki, burada tək yumurtalı əkizlərdə 

ayrı yumurtalı əkizlərdən 2-2,5 dəfə daha çox risk siyahısındadılar.  

Narkomaniyaya yönəliş daha çox kişi xəttində görsənir. Narkomanların uşaqları 

arasında daha çox aqressivlik, depressivlik, emosionallıq və s. xüsusiyyətlər 

müşahidə olunur. Qadınların hamiləlik zamanı narkotikdan istifadə etməsi uşağın 

artıq formalaşmış narkotik asılılıqla dünyaya gəlir.   

Alkoqolizmin yaranma səbəbləri sırasında  nevroloji və psixi pozuntular da varki, 

burada beyində natamam inkişaf gedir (məsələn, kəllə-beyin travmasının nəticəsi, 

epilepsiya)  və ya şəxsiyyət pozuntuları (psixopatiyalar). 

16 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin