1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
XƏZƏR UNİVERSİTETİ
_____________________________________________________________________________________
HUMANİTAR VƏ SOSİAL ELMLƏR FAKÜLTƏSİ
İstiqamətin şifri və adı: 060209-Psixologiya
İxtisaslaşmanın adı: Klinik psixologiya
Psixologiya kafedrasının magistrantı
Xasməmmədzadə Aydan Mahir qızının
magistr dərəcəsi almaq üçün
“PSİXOAKTİV MADDƏLƏRİN İSTİFADƏSİ NƏTİCƏSİNDƏ
ŞƏXSİYYƏTİN PSİXOPATİZASİYASI”
mövzusunda
DİSSERTASİYA İŞİ
Elmi rəhbər: Tibb elmləri üzrə fəlsəfə
doktoru, A. Ə. Manuçehri-
Lalei
BAKI – 2016
2
MÜNDƏRİCAT
GİRİŞ..........................................................................................................................4
I FƏSİL. PSİXOAKTİV MADDƏLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT.....9
1.1.Alüdəçilik nədir….................................................................................................9
1.2. Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları..............................11
1.3. Psixoaktiv maddələrin növləri və onların təsiri..................................................16
1.4.PAM-dən yaranan asılılığın sosial, psixoloji və tibbi-bioloji faktorları..............18
II FƏSİL. PSİXOAKTİV MADDƏLƏRDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ
ŞƏXSİYYƏTDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR............................................24
2.1. Psixologiya və psixiatriyada şəxsiyyət anlayışına yanaşma...............................24
2.2. Alkoqolizm və şəxsiyyət pozuntuları.................................................................28
2.3. Narkomaniya zamanı şəxsiyyətdə baş verən dəyişikliklər.................................30
III FƏSİL. ADDİKTOLOGİYADA PSİXOTERAPİYA....................................33
3.1. Psixoterapiya nədir və addiktologiyada istifadəsi..............................................33
3.2. Psixoterapiya növləri..........................................................................................38
3.3. Qrup psixoterapiyası...........................................................................................37
3.4. 12 addım proqramı. Anonim Alkoqoliklər və Anonim Narkomanlar
Cəmiyyətləri..............................................................................................................39
IV
FƏSİL.
PSİXOAKTİV
MADDƏLƏRDƏN
İSTİFADƏ
EDƏN
İNSANLARIN
ŞƏXSİYYƏTİNDƏ
BAŞ
VERƏN
PATOLOJİ
DƏYİŞİKLİKLƏRİN
(PSİXOPATİZASİYANIN)
EKSPERİMENTAL
TƏDQİQİ.................................................................................................................44
4.1. Tədqiqatda istifadə olunan material və metodlar...............................................44
4.1.1. Tədqiqat iştirakçıları........................................................................................44
4.1.2. İstifadə olunmuş metodikalar..........................................................................45
4.1.3. Tədqiqatın strukturu........................................................................................49
4.1.4. Statistik analiz..................................................................................................51
4.2.Tədqiqat mərhələlərində keçirilən OCEAN metodikasının təhlili.....................51
4.2.1.Tədqiqatın ilkin mərhələsində keçirilən OCEAN metodikasının nəticələrinin
təhlili. 12 addım proqramının istifadəsindən əvvəl şəxsiyyətdə baş vermiş dəyişik-
liklərin emalı..............................................................................................................51
4.2.2. 12 addım proqramında iştirak edən PAM-dan asılı şəxsiyyətlərdə baş verən
dəyişikliklər. Keyfiyyət və təsviri analizi. OCEAN profil testinin analizi...............54
3
NƏTİCƏ...................................................................................................................62
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT....................................................................64
ƏLAVƏLƏR............................................................................................................68
4
GİRİŞ
Mövzunun aktuallığı. “Narkomlaşma” və “alkoqolizasiya” anlayışları son illər
nəinki azalma və ya konstant qalmağa çalışır, onun dahada çoxalması və
sərhədlərinin genişlənməsi baş verir.
Daha ağır biopsixososial hadisələrdən biridə, şəxsiyyətdə gedən patoloji
dəyişiklərdir.
Şəxsiyyətin patoloji dəyişiklikləri alkoqolizm və narkomaniyada
rezistentliyi qoruyan ən güclü faktorlardan biridi. Bir ədəbiyyatda şəxsiyyət
pozuntularını içkiyə və ya narkotika meyl yaradan, ilkin dəyişiklər kimi baxılır, o
birilərdə isə içki istifadəsi nəticəsində yaranan şəxsiyyət dəyişiklikləri kimi görürlər.
Sosial, psixoloji və tibbi araşdırmalar nəticəsində cəmiyyətdəki deformasiyaların
müəyyən edilməsi XIX əsrdən başlayıb. İçkidən istifadə bugünlərdə səhiyyə
sahəsində 3 əsas problemlərdən biridir. Birləşmiş millətlərə istinadən, dünya
üzərində 246 million insan narkotik maddələrdən istifadə edir bu isə 5% insan
populasiyasından artıqdır. 62% yaxın insan marixuanadan sonra kokain və daha ağır
narkotik maddələrin istifadəsinə keçir. 9% insan həyatında bir dəfə olsa belə
heroindən istifadə etmişdir və 54 % insan psixotrop dərmanladan istifadə ediblər.
Alkoqoldan istifadə dünya üzərində 50% insandan artıq istifadə olunur.
1
Qannuşkinın (1998) fikrinə görə alkoqolik “oluruq”, ama morfinist “doğuluruq”.
Epileptoidlər, impulsivlər, siklosomiklər- bunlar hamısı konstitusional olaraq içkiyə
və narkotika meylli olurlar. Avtorun fikrinə görə, narkomaniyanı biz psixopatoloji
bir inkişaf kimi saya bilərik.
2
Opiy narkomaniyasında şəxsiyyət sonradan pozulur (konstitusional deyil, ikinci
dərəcəli), yani istifadə nəticəsində insanın normal həyat yolu pozuntulara məruz
qalaraq, psixopatoloji forma alır.
Y. P. Sivolap (2003) şəxsiyyətin dəyişməsini əsas səbəbini motivasyon və məna-
dəyər sistemlərində baş verən dəyişiklərdə görür, insanda patoloji narkotik meylin
1
2015 World Drug Report finds drug use stable, access to drug & HIV treatment still low. İnternet resurs:
https://www.unodc.org/unodc/en/frontpage/2015/June/2015-world-drug-report-finds-drug-use-stable--
access-to-drug-and-hiv-treatment-still-low.html
2
Психология здоровья: Учебник дл я вузов / Под ред. Г С. Никифорова. — СПб.. Пи тер,
2006.стр.349
5
yaranması və dominant pozisiya tutması.
3
Bununla insanda kəskin eqosentrizm,
insanlardan istifadə etmək istəyi, yalançılıq, neqativ yönəliş və s. başqa
xüsusiyyətlər yaranır.
“Addiktiv şəxsiyyət deformasiyası” və ya “şəxsiyyətin addiktiv tipə uyğun inkişaf
deformasiyası” adlanan şəxsiyyət pozuntusu məhs narkomaniya və alkoqolizm
nəticəsində yaranan patologiyadır.
Bu patologiyanın qarşısını ala bilən qrup psixoterapiyalarından biridə Anonim
Narkoman və Alkoqoliklərdir. Məhs qrup terapiyasının gücü ilə yenidən şəxsiyyət
formalaşır.
12 addım proqramı innovativ bir terapiya olaraq təməlli olaraq asılılığı aradan
qaldırmağa gücü var. Azərbaycanda yeni yeni addımlar atan bu terapiyanın inkişafı
asılılıqla mübarizədə güclü silahdır.
Psixopatiya və deqradasiyanın qarşısını alan terapiyanın köməyi ilə normal
addiksiyasız cəmiyyət formalaşdırmaq mütləq şərtlərdən biridir.
Tədqiqat mövzusunun işlənmə səviyyəsi. Şəxsiyyətin alkoqol alüdəçiliyə
yönəlişli edən faktorların təstiqiq XIII əsrdən psixiatriyada maraq doğurub. S.S.
Korsakov (1901), F.E. Rıbakov (1910), S.Q.Jislin (1928), E. Kreçmer (1940), X.
Şeldon (1940), M.E. Burno (1969) və başqaları bu sahədə maraqlı tədqiqatlar
aparıblar. Ədəbiyyatın analizi nəticəsində müəyyən etmək olarki, şəxsiyyət
pozuntularının növü genişdir və impulsivlərdən siklosimiklərə,psixoasteniklərə,
qarışıq tiplərə qədər dəyişə bilər.
Bextelin fikrinə görə, premorbid alkoqolizmdə rast gəlməyən şəxsiyyət
pozuntularını qeyd etmək daha rahatdı, nəyinki rast gələn. Alkoqol istifadəsindən
əvvəl olan şəxsiyyətin xüsusiyyətini sadalamaq çox çətindir, çünkü hər xəstədə
fərqli şəkildə simptomatika olur.
4
Narkotikin “gizli” formada satışda olmasına baxmayaraq, cəmiyyətin çox hissəsi
narkotiki rahatlıqla tapa bilir, və bunula cəmiyyətin sağlam hissəsi- sağlam
3
Pathogenesis of psychological appearances of opioid dependence: a dualistic model YU.Ð. SIVOLAP.
http//www.mediasphera.aha.ru
4
Бехтель Э.Е. Донозологические формы злоупотребления алкоголем. – М.: Медицина, 1986. с.272
6
şəxsləridə addiksiyaya uğrayırlar. Bu günə qədər, şəxsiyyətin narkotika yölənişli
edən faktorlar dəqiq tədbiq olunmayıblar ki, bu günə addiktologiya və narkologiya
sahəsində ən aktual müvzulardan biridə, şəxsiyyətin narkotik əsasında
psixopatizasiyasıdır. Burada suallar yaranırki, narkotik istifadəsi nəticəsində məhs
onlara cavab axtarılır.
Premorbid xüsusiyyətlərin kəskinləşməsi, psixopatiyayabənzər dəyişikliklər,
xarakter dəyişikliyi və nivelirə olunmaq.
Şəxsiyyət pozuntuları və psixoaktiv maddələrin istifadəsinin nə qədər bağlı
olması sualı bu gün narkotizasiyadan azad olması yolları axtaranlar üçün ən aktual
mövzulardandı.
Burada “rezidual” analayışını əlavə etsək daha düzgün olar. “Rezidual psixi
pozuntu gecikmiş debut ilə” psixoaktiv maddənin təsiri keçəndən sonra idraki
pozuntuların qalmasının mənasını verir. Verilmiş diaqnostik meyar özünə
şəxsiyyətin, davranışın, rezidual affektiv pozuntunu, demensiya, kəskin koqnitiv
pozuntuları daxil edir.
Verilmiş diaqnostik meyarın dəyəri onun müəyyən bir nozoloji müstəqillik
yaratmağa kömək edir, bura məhs psixoaktiv maddələrdən istifadə nəticəsində
yaranan şəxsiyyət pozuntuları daxildir.
Yaranmış qarşıdurma addiktologiya sahəsində problem yaradır ki, biz dəqiq deyə
bilmirik, insan istifadə nəticəsində şəxssiyyətini “pozub”, ya əvvəlcə “pozub” və
bütün bunlar insanda addiksiyanın yaranmasına gətirir.
Dəqiq bu suala cavab vermək mümkün deyil.
Tədqiqatın obyekti. Tədqiqatda ilkin mərhələdə 100 nəfər asılı pasient iştirak
etmişdir (əsas qrup kimi 50 asılı pasient, hansıkı fizioloji asılılıqdan azad olmaöa
müraciət etmişdir və daha sonra psixoterapevt müdaxiləsi olan pasient- 12 addım
proqramında iştirak etməyə can atan pasientlər, (seçim yalnız kişi pasinetlər ibarət
idi)), kontrol qrup kimi 50 nəfər ənənəvi abstinent sindromdan müalicə olunan
pasient (seçim yalnız kişi pasientlərdən ibarət idi). Tədqiqatın 2-ci mərhələsində
əsas qrupdan yalnız 45 nəfər iştirak etmişdir. Tədqiqatın ikinci mərhəlisində 12
addım proqrammında psixoterapiya keçirildiyinə görə hər pasient iştirak edə
7
bilməmişdir. Bəzilərdində maddi problemlər olduğuna görə, bəzi pasientlər qrup
gücünə inamı olmadığına görə, bəzi pasientlər rayonda yaşadığına görə iştirak edə
bilmədilər. Tədqiqata cəlb olunanlar “Bərpa” Psixiatrik xəstəxanaya müraciət edən
xəstələrdən ibarətdir. Araşdırmaya cəlb olunanlar 18-50 yaş arası insanlar təşkil
edir. Psixoaktiv maddələrdən istifadə stajı 1ildən 30 ilədək təşkil edirdi. Hər bir
pasientə tədqiqatın məqsədi haqqında informasiya verilmiş və onların tədqiqatın
istənilən mərhələsində iştirak etməkdən imtina etmək imkanının da olduğu izah
edilmişdir. Beləliklə, tədqiqatda iştirak edənlər məlumatlı razılıq vermişdilər.
Tədqiqatın predmeti. Psixoaktiv maddələrdən istifadə edən insanların
şəxsiyyətində
baş
verən
dəyişiklərin
müəyyənləşməsi,
psixopatiyanın
dəqiqləşdirilməsi.
Tədqiqatın fərziyyəsi.
1.
Psixoaktiv
maddələrin
istifadəsi
asılı
pasientin
şəxsiyyətinin
psixopatizasiyasına təkan verir.
2.
Xəstəlik nəticəsində pasientlərin sosial həyatı məhdudlaşır və psixoterapevtik
reabilitasiya tədbirləri onların yenidən cəmiyyətə daha yaxşı adaptasiya
olunmasına, həyati dinamikasının yaxşılaşmasına kömək edir.
3.
Psixoaktiv maddələrdən istifadə edən asılılar daha çox F60.2 (dissosial
şəxsiyyət pozuntusundan) əziyyət çəkirlər.
4.
Şəxsiyyətin psixopatik amilləri və 12 addım proqramında iştirakı arasında
korrelyasiya vardır.
Tədqiqatın məqsədi. Tədqiqat işinin başlıca məqsədi psixoaktiv maddələrdən
istifadə edən şəxslərdə psixopatiya varmı və onun əsas formaları, hansı növ
psixoaktiv maddə hansı psixopatiyanı yaradır. Qoyduğum məqsədə çatmağımığı bir
neçə suala cavab tapmağımla reallaşdırmağa çalışdım.
Tədqiqatın vəzifələri. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıda qeyd
olunan vəzifələrin həlli vacib bilinmişdir:
1. Psixoaktiv maddələrdən istifadə zamanı xüsusiyyətlərin müəyyənləşməsi.
2. Şəxsiyyət pozuntusunun müəyyənləşməsi.
3. Alınmış nıticələrin klinik-psixoloji, müqayisəli və riyazi-statistik təhlili.
8
4. Psixoaktiv maddələrdən azad olma yollarında psixoterapevtik üsulların tədbiqi
və effektivliyi.
5. Psixokorreksiyanın, reabilitasiyanın pasientə təsiri.
Tədqiqatın gedişində istifadə olunan metodikalar.
1. “Ocean” –şəxsiyyət müəyyət edən metodika.
2. Xüsusi işlənib hazırlanmış anket vasitəsilə psixoterapiya zamanı sosio-
demoqrafik və klinik göstəricilərin dəyişiklikləri qeydə alınmışdır.
3. Klinik- psixopatoloji müsahibə əvvəlcədən müəyyən edilmiş intervü
formasında keçirilirdi (mövzuya uyğun sualların əlavə olunması ilə).
4. Nəticələr hər bir pasientə uyğun olan xüsusi xəritəyə keçirilirdiki, orada ona
aid bütün məlumatlar yerləşdirilir.
5. 12 addım qrup terapiyası.
Tədqiqatın elmi əhəmiyyəti. Apardığım tədqiqat işinin elmi əhəmiyyəti olduqca
böyükdür. Tədqiqat hal-hazırda çox yayılmış psixoaktiv maddələrin insan
şəxsiyyətinə təsirini nümayiş etdirir və gələcəkdə bu istiqamətdə aparılacaq
tədqiqat işləri üçün zəmin rolunu oynayır. Dissertasiya materialları əsasında
“Asılılığa stop” adı altında prezentasiya və seminarlar keçirilmişdir.
Tədqiqatın elmi yeniliyi. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki,
Azərbaycanda ilk dəfə olaraq psixoaktiv maddələrdən istifadə nəticəsində məhs
müəyyən şəxsiyyət pozuntusunun dominant yer tutması araşdırılmışdır. Tədqiqat
nəticəsində ilk dəfə Azərbaycanda asılı xəstələrə 12 addım proqramının təsiri
müəyyənləşmişdir. Azərbaycana uyğun olan və qeyri adaptiv olan tərəfləri qeydə
alınmışdır. İlk dəfə pasientlərdə baş vermiş pozitiv klinik və sosial göstəriciləri
qeydə alınmışdır.
Dissertasiya işinin quruluşu. Dissertasiya işi giriş, 4 fəsil, nəticə, ədəbiyyat
siyahısı və əlavələrdən ibarətdir.
9
I FƏSİL. PSİXOAKTİV MADDƏLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT
1.1. Alüdəçilik nədir
Alüdəçilik və ya asılılıq problemi – addiktologiya sahəsinin öyrənmə predmetidir.
Addiktologiya — kimyəvi və qeyri-kimyəvi asılılıqlar haqqında elmdir. Onların
formalaşma mexanizmlərini, inkişafını, diaqnostikasını, profilaktikasını, müalicəsini
və bərpasını öyrənir. Hal-hazırda addiktiv davranışla olan pasiyentlərin sayı
əhəmiyyətli dərəcədə çoxaldığına görə, narkalogiyaynan yanaşı yeni biliklərin cəlb
edilməsi hesabına sərhədlərinin genişlənilməsinə tələb var. Buraya klinik
psixologiyanın, psixoterapiyanın, biotibb əxlaqın təsiri əlbəttə ki, böyük olacaq.
Addiktogoqiya — müasirin psixiatriyanın və kliniki psixologiyanın yeni bölməsidir,
prinsipial olaraq yeni yanaşmaların hazırlamasını tələb edir.
“Addictus” latın dilindən borcu olduğuna görə qulluğa verilmə demekdir, yani
reallıqdan qaçaraq, asılılığın tələsinə düşməkdir. Sən “onu” idarə edə bilmirsən,
çünkü artıq o səni idarə edir. Sən hiss edirsən ki, başqa yolun yoxdu: götürürsən,
vurursan, və necə “o” istəsə, elədə edirsən.
Psixoaktiv maddələr nəticəsində insanın psixi və fiziki sağlamlığı, davranışı,
emosional sferası, iradəsi, sosial münasibətləri zərər çəkir. Addiktiv davranışın 2
mexanizmi vardır:1. Bioloji və 2. Psixoloji
1.Addiksiyanın bioloji mexanizmlərinin aktivləşməsinə beyinin bəzi sahələri
cavab verir. Bu prosesdə daha çox dopaminin nucleus accumbens mərkəzinə
(gücləndirmə mərkəzi) ifraz olması mexanizmi vurğulanır ki, o proses çox narkotik
maddələrin qəbulu zamanı işə salınır və bununla asılılıq dahada güclənir.
Dopaminin ifrazatı təbii bir stimullaşdırıcı mexanizmdır və başqa instiktiv proseslər
(yemək və seksual akta) zamanıda ifraz olur.
5
Narkotiklərdə analoji formada ozünü
aparır. Bəzi narkotiklər isə dopaminin ifraz olması beyində 5-10 dəfə daha artıq
5
Salamone, J.D. (1992). «Complex motor and sensorimotor function of striatal and accumbens dopamine:
Involvement in instrumental behavior processes».Psychopharmacology: p.160-174
10
olur, və bununla həzz hissini süni üsulla dahada artırılır. Məsələn, amfetamin
bilavasitə dopaminin azad olmasına, onun transportuna təsir edir. Kokain,
psixostimulatorlar dopaminin geri tutmasının təbii mexanizmlərini blok edirlər və
sinaptik məkanda onun konsentrasiyanı artırırlar. Morfiy və nikotin təbii
neyromediatorların təsirini imitasiya edirlər, alkoqol isə dopaminin antoqonistlərinin
təsirini blok edir. Limbik dopaminergik sistemdə başlanan prosess sonradan beyinin
başqa hissələrini modifikasiya edir, məsələn, ventral qapaq sahəsini.
Siçanlar
üzərində tədqiqatlar göstərir ki, iki həftə ərzində kokaindən istifadə, ventral qapaq
sahədə uzunmüddətli dəyişikliklər yaradır.
6
Narkotikdən alınan həzz effekti
davranışı gücləndirir və sonra bu davranış vərdiş formasını alır. Əvvəlcədən bu
proses striatumun ventral hissəsində baş verir, əsasən, nucleus accumbens, sonra isə
dəyişikliklər dorsal striatumda –striatumun yuxarı hissəsində inkişafını davam
etdirir.
Narkotik asılılığın yaranmasına yönəlişliyə bir neçə faktor təsir edir.
Əsasən, burada baş beynin prefrontal qabığının rolu var ki, o riski gözə almağa,
impulsivliyə cavab verir. Bu araşdırma uşaqların niyə narkomaniya və alkoqolizmə
yönəlişli olmasınının cavabını verir.
2. Addiktiv davranışın inkişafı fiksasiyadan başlayır ki, bu fiksasiya hafizədə
qalıcı effekt daşıyır, emosional, koqnitiv (düşüncə) və davranış səviyyəsində təsirini
göstərir.
Fiksasiyanın təsiri yenidən təkrarlama hissini yaradır və bu arzu hər dəfə daha da
güclənir.
Fiksasiyadan başlanan davranış sonralar şəxsi xüsusiyyətlərdən asılı olaraq
inkişaf edir:
1.
Zəif inkişaf etmiş Super Eqo PAM-dən asılılığa tutulmaq riskini artırır. Əsas
motiv həzz prinsipini artırmaqdır. Utanmaq, özünüanaliz, günahkarlıq hissi az
inkişaf edir.
6
Kauer, J.A.;R.C. Malenka (2007). «Synaptic plasticity and addiction». Nature Reviews: Neuroscience:
p.844-858
11
Addiksiyanın inkişafı Eqonun strukturunda baş verən patologiyadan irəli gəlir.
Eqoda olan çatışmamazlıqlar sosial vərdişlərin formalaşmasında, iradə
funksiyalarının yaranmasında problemlər yaradır. Addiktiv realizasiyaya yol açan
amillərdən biridə şüursuz olan psixoloji diskomfortdur. Bu diskomfort, əsasən,
cəmiyyətlə bağlı davra-
nış formalarından həzz almamaqdır. Addiktiv davranışın realizasiyası nəticəsində
onlar cəmiyyətdəki rollardan birazda olsa uzaqlaşırlar. Praqmatik reallıqdan
uzaqlaşma baş verir və fundamental tələbatların ödənişi həyata keçir.
2.
Addiktiv proses psixi vəziyyətlərə şüursuz komplekslərin təsirinin nəticəsində
də yarana bilər. Şüursuz yaranan komplekslər insanda distimik vəziyyət, təşviş,
narahtçılıq yaradır.
3.
Addiktiv davranış sosial fobiya, sosial kontaktları yaratmamaq bacarığı,
boşluq-ekzistensial vakuum, dilxorluq hissi, təklik hissi ilə çağırıla bilər.
4.
Emosional dəstək olmayan ailədə, adekvat tərbiyə almayan insanda,
valideynlərlə anormal münasibət olan insanlarda addiktiv davranışın yaranması daha
çox ehtiml edilir. Doğumdan sonra bağlılıq kompleksinin yaranmamasıda
alüdəçiliyin inkişafına yol açır.
5.
Emosional qeyri-stabillik, ailədə bütövlük hissinin olmaması, cəmiyyətə olan
inamsızlıq- hamısı asılı şəxsiyyətin formalaşmasına gətirib çıxara bilər.
Dostları ilə paylaş: |