AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix31.01.2017
ölçüsü1,16 Mb.
#6850
1   2   3   4   5   6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                           

16

 Лекции по наркологии. 2-е изд. / Под ред. Н. Н. Иванца. — М.: Нолидж, 2000. с.48-49



 

24 

 

 



 

II FƏSİL. PSİXOAKTİV MADDƏLƏRDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ 

ŞƏXSİYYƏTDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR  

 

 1.1. Psixologiya və psixiatriyada şəxsiyyət anlayışına yanaşma  

 

 “Homo  Sapiens”  sinifinə  aid  olaraq  insan  hər  şeydən  əvvəl  bioloji  varlıqdır  və 



müəyyən anatomik-fizioloji imkanlara malik olur. Bu imkanlar, insanın şəxsiyyətə 

çevrilməsini  mümkün  edir.  Müəyyən  anadagəlmə  xüsusiyyətlərə  malik  olaraq 

insanın  irsiyyəti  həmişə  başda  durur.  Amma  insanın  sosial  varlığa,  yanı  insanın 

mahiyyəti  sosial  amillərlə  müəyyənləşir. Yalnız  cəmiyyətdə,  sosial  rollarını  yerinə 

yetirməklə  insan  öz  “insanlığını”  yerinə  yetirə  bilər.  “Mauqli”  fenomeni  sosial 

həyatdan  uzaq  qalan  insanların  sonradan  adaptasiyanın  nə  qədər  çətin  olduğunu 

göstərir.  Sosializasiya-  yəni  şəxsiyyətə  çevrilmə  doğum  anından,  insanlar  arasına 

daxil olandan başlanır.  

Sosiallaşma prosesi yalnız insanın özünü cəmiyyətə aid etmək istəyi ilə başlayır 

və özünüdərk etməklə yerinə yetirilir. Əlbətdəki, ilk öncə, bu proses güzgüdə özünü 

tanıma  ilə  təməl  qoyulur.  Əlbətdəki  özünütanıma  onun  subyektiv  fikirlərinin 

formalaşmasınıda  özündə  ehtiva  edir.    Həm  filogenetik  həmdə  ontogenetik 

baxımından  özünüdərketmə  insanın  şəxsiyyətə  çevirilməsində  ən  böyük  rolldan 

birini  oynayır.  İnsanı  orqanizm,  fərd,  şəxsiyyət  və  individuallıq  kimi  xarakterizə 

etmək  olar.  Orqanizm  anlayışı  baxımından  biz  ilk  öncə  bir  bioloji  varlıq  kimi, 

şəxsiyyət anlayışı baxımından isə sosial varlıq kimi qavranılır. 

17 

Fərd –  ayrıca  bir  insanın  anadangəlmə  və  sonradan  əldə  edilən  xüsusiyyətlərin 



unikal toplusudur.  

Individuallıq – bir fərdi o biri fərddən fərqləndirən xüsusiyyətlər; şəxsiyyətin və 

psixikanın özünəməxsusluğu. 

Psixologiya  insanı  ilk  öncə  həm  fərd,  həm  bioloji  varlıq  kimi  qəbul  edərək 

insanın həyatda yerinə yetirən rollarını analizini edir.  

Şəxsiyyət özü müstəqilcəsinə öz həyatını quran, ona nəzarət edən və ona görə mə- 

                                                           

17

 Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2002.s.128-138  



 

25 

 

 



 

suliyyət  daşıyıyan  bir  varlıqdır.  Şəxsiyyətin  xüsusiyyətləri  onu  fərqli  edərək 

cəmiyyətə dahada maraqlı edir(ekstrovert- həyat sevən, ünsiyyətçil və ya introvert- 

özünəqapanan və çox düşünən).  

Şəxsiyyət o anlayışdır ki, insan cəmiyətə çıxanda onunla məhs öz rolunu yerinə 

yetirilir. K.Yunqun “Persona” arxitipi şəxsiyyəti bu baxımdan çox gözəl təsvir edir. 

Psixiatriyada və psixologiyada daha çox münasibətlər nəzəriyyəsi qəbul edilirki, 

Lazurskiy və Myasişev tərəfindən təqdim olunub. Şəxsiyyət insanlara (sosial ətrafa) 

və özünə olan münasibətdən irəli gəlir.  

Əgər,  şəxsiyyətin  inkişafı  patoloji  formada  baş  verirsə,  burada  əlbətdəki, 

şəxsiyyət  pozuntusundan  söhbət  getməlidir.  XBT  10  şəxsiyyət  pozuntuları  F60 

qrupuna aiddirlər: 

1.

 

F60.0 – paranoid şəxsiyyət pozuntusu.  



Simptomatika: 

1.1 İncikliyi bağışlaya bilməməklə xarakterizə olunur 

    1.2 Uğursuzluqlara hədsiz həssaslıqla yanaşma 

1.3  Şübhəliliklə  və  ətrafdakıların  neytral  və  dostcasına  hərəkətlərini 

düşməncəsinə  və  saymazlıq  kimi  qəbul  etmə  yolu  ilə  reallığın  dəyişdirilməsinə 

meylliliklə xarakterizə olunan şəxsiyyət pozuntusudur.  

1.4 Həyat yoldaşına və ya seksual partnyora sədaqətsizlikdə təkrari, əsaslanmamış 

şübhələnmələr, davakarcasına və inadkarcasına həmişə yalnız özünün haqlı 

olduğuna inam hissi müşahidə olunur.  

1.5  Belə  adamlar  özü  haqda  yüksək  fikirdə  olmağa,  özündən  bədgümanlığa 

meylli olurlar.  

Növləri:  (•  ekspansiv  –  paranoid  •  fanatik  •  kverulyant  •  paranoid  •  həssas 

paranoid). 

2.

 



F60.1 – şizoid şəxsiyyət pozuntusu.  

Simptomatika:  

    2.1 Sədaqətliliyin, sosial və digər kontaktların zəifliyi ilə xarakterizə olur 

2. 2 Fantaziyalara, tərkdünyalıqla və özünüanalizlə meyllilik şəxsiyyət 

    2.3 Öz hisslərini məhdud şəkildə ifadə etmək və həzz almaq mövcud ola bilər. 


26 

 

 



 

3.

 



F60.2 – şəxsiyyətin dissosial pozuntusu.  

Simptomatika:  

3.1  Sosial  vəzifələrə  etinasızlıqla,  ətrafdakılara  daşürəkli  laqeydliklə  xarakterizə 

olunur. 


3.2  Xəstənin  davranışı  və  əsas  sosial  normalar  arasında  uyğunsuzluq  müşahidə 

olunur.  

3.3 Davranış sınaqdan çıxmış tərbiyəvi üsullarla, o cümlədən cəzalandırma yolları 

ilə çətinliklə dəyişikliyə məruz qalır.  

3.4  Xəstələr  uğursuzluqları  pis  həzm  edirlər  və  zorakılıq  da  daxil  olmaqla 

aqressiyanı biruzə verirlər.  

3.5 Onlar digərlərini günahlandırmağa və ya onların cəmiyyətlə konfliktinə səbəb 

olmuş  davranışlarına  doğruyabənzər  izahat  verməyə  meyllidirlər.  Növləri:  (• 

əxlaqsız • antisosial • asosial • psixopatik • sosiopatik). 

4.

 



F60.3 - şəxsiyyətin emosional davamsız pozuntusu. 

        Simptomatika: 

4.1 Nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə      

        meylliliklə xarakterizə olunur.  

4.2 Əhval-ruhiyyə əvvəlcədən deyilə bilən deyil və şıltaqcasınadır.  

4.3 Emosiyaların partlamasına və partlamış davranışın idarə edilməsinin 

mümkünsüzlüyünə meyllik olur.  

4.4 Deyingənlik və xüsusilə impulsiv əməllər əgər kəsilmirsə və tənqid olunursa,      

     ətrafdakılarla konfliktlik müşahidə olunur.  

4.5  Burada  iki  tip  pozuntu  ayırmaq  olar:  əsasən  qeyri-stabilliklə  və  emosional    

kontrolun  çatmamazlığı  ilə  xarakterizə  olunan  impulsiv  tip  və  deyilənlərə  əlavə 

olaraq  özünüdərk,  məqsədlər  və  daxili  niyyətlər  pozuntuları,  gərgin  və  qeyri-stabil 

şəxsiyyətlər  arası  münasibətlər  və  supsidal  jestlər  və  cəhdlər  də  daxil  olmaqla 

özünüməhv  etmə  davranışlarına  meyllər  xarakter  olan  sərhədi  tip.  Növləri:  (• 

aqressiv • sərhədi • oyanıcı). 

5.

 



F60.4 – şəxsiyyətin isterik pozuntusu.  

Simptomatika:  



27 

 

 



 

5.1Səthi və davamsız oyanıqlıqlıq  

5.2 Hər şeyi dramatikləşdirmək, tamaşaya çevirməyə, həmçinin emosiyaların 

artıq ifadə olunmasına, təsirlənməyə, eqosentrizmə, ətrafdakılara məhəl qoymamaq 

5.3 Asan toxunulan hissiyatlara və daima müvəffəqiyyət və diqqət əldə etməyə 

meylliliklə xarakterizə olunan pozuntudur. Növləri:(• isterik • psixoinfantil). 

6.

 

F60.5 - anankast şəxsiyyət pozuntusu. 



     Simptomatika:  

6.1 Özünə inamsızlıq hissiyatı 

6.2 Hədsiz xırdaçılıq 

6.3  Təmkinliliklə  və  nüanslara  qarşı  olmaq,  inadkarlıqla,  ehtiyatlılıqla  və 

yenilməzliklə  xarakterizə  olunan  şəxsiyyət  pozuntusu.  Obssesiv-kompulsiv 

pozuntusu dərəcəsinə çatmayan inadlıq və ya beynə girmiş fikirlər və ya hərəkətlər 

mövcud ola bilər. Növləri: (• kompulsiv • obsessiv • obsessiv-kompulsiv). 

7.

 



F60.6 – şəxsiyyətin həyəcan (yayındırıcı) şəxsiyyət pozuntusu.  

          Simptomatika:  

   7.1 Daxili gərginlik hissiyatı ilə, tutqun hissiyatların olması ilə müşahidə olunur  

   7.2 Təhlükəsizlik hissiyatının olmaması  

   7.3 Qeyri-tamlıq kompleksi 

   7.4 Şəxsi bağlılığın məhdud olması ilə  

   7.5 Potensial təhlükələrin və adi situasiya risklərinin adəti üzrə artırılması yolu ilə 

bəzi hərəkətlərdən uzaqlaşmağa meylliliklə yanaşı 

   7.6 Daimi güclü bəyənilmə, hamı tərəfindən qəbul edilmə arzusu, rəddlərə və 

tənqidə yüksək həssaslıq reaksiyası ifadə olunur. 

8.

 

F60.7 - asılı şəxsiyyət tipli pozuntusu.  



      Simptomatika:  

8.1 Böyük və kiçik həyati qərarların qəbulunda ətraf insanlara dərin passiv 

tabeçilik 

8.2 Tənhalıq qarşısında güclü qorxu, köməksizlik, səriştəsizlik hissiyatı ilə  

8.3 Yaşlıların və ətrafdakıların arzuları ilə passiv razılaşma ilə və gündəlik 

həyatın tələblərinə zəif reaksiya ilə xarakterizə olunan şəxsiyyət pozuntusudur. 



28 

 

 



 

8.4 Aktivliyin olmaması intellektual və emosional sferalarda ifadə oluna bilər; 

tez-tez cavabdehliyin başqalarının üzərinə yıxmaq meyli ifadə olunur. Növləri: (• 

astenik • qeyri - adekvat • passiv • özünü məyus edən). 

9.

 

F60.8 - şəxsiyyətin digər spesifik pozuntuları: (• ekssentrik • qarşısı alınmaz • 



infantil • özünəməftun (narsistik) • passiv-aqressiv • psixonevrotik). 

10.


 

 F60.9 - dəqiqləşdirilməmiş şəxsiyyət pozuntusu (ƏGO xarakterli nevroz, 

ƏGO patoloji şəxsiyyət)

18

 



 

 

2.2. Alkoqolizm və şəxsiyyət pozuntuları 



 

Xəstəlik inkişaf etdikcə alkoqol bir motiv kimi o biri normal motivləri özünə tabe 

edir  və  yeganə  mənalandırıcı  bir  motivə  çevirilir.  Motivlər  ierarxiyasında  ən 

yüksəkdə duran içki motivi obiri motivləri məhv edir. Insanın bütün fəaliyyəti spirtli 

içkini  tapmağa  yönəlir.  Bununla  ən  vacib  təlabat  içki  olur.  İçkiylə  “doğmalaşan” 

insanda “alkoqol şəxsiyyət” formalaşmağa başlayır. Mənəvi tərəfdən davaranış artıq 

qiymətləndirilmir,  məsələn,  əvvəl  nəvacibin  yarısı  cizlədilir,  sonradan  bütövlüklə, 

və  hətta  oğurluq  baş  verə  bilir.  Xəstəlik  inkişaf  etdikcə,  insanda  bu  xüsusiyyətlər 

artıq özü tərəfindən normal hal kimi qəbul edilir.  

Alkoqol  şəxsiyyətlərdə  hipobuliya  simptomu  və  ya  iradəsizlik  (iradənin  az 

olması)  müşahidə  olunur.  Bəzi  avtorların  fikrinə  görə,  iradəsizlik  yalnız  alkoqola 

olan  meylə  yönəlir,  bəzi  avtorların  fikrinə  görə  isə,  bu  patoloji  xüsusiyyət  bütöv 

şəxsiyyətə aid olunur.  

Növbəti  patoloji  xüsusiyyətlərdən  biri  də  qeyri-tənqidi  münasibət  və 

ağlağanlıqdır. 

Emosiyalar qatma-qarışıq formada özlərinin büruzə verir. Zarafat zamanı aqressiv 

notları  müəyyən  etmək  çox  asandı.  “Alkoqol  yumorunu”  bəzən  “qəmgin  alkoqol 

yumoru” adlandırırlar. Xəstələr öz yaxınlarının nailiyyətlərini lağa qoyurlar, həyatın  

                                                           

18

 XBT-10, Ümumdünya səhiyyə təşkilatı, Cenevrə, 2012. s. 247-248 



 

29 

 

 



 

intim  tərəfləri  barədə  danışırlar.  Lakin,  daha  çox  məhs,  içkiylə  bağlı  hadisələr 

haqqında danışan xəstələr, həvəslə içki-dostlarından danışırlar, polisə döşməklərini 

yada  salırlar.  Judronun  fikrinə  görə,  hətta  çox  pis  vəziyətdə  olan  alkoqolik,  içki 

barədə söhbət düşürsə, dəyişir, üzündə gülüş yaranır, gözlər parlayır və o şən olur. 

Qeyd  etmək  lazımdır  ki,  alkoqolizmdən  əziyyət  çəkən  insanlar,  inkişaf  etmiş 

yumor  hissinə  malik  olmurlar.  Deqradasiya  inkişaf  etdikcə,  insan  zarafatın  gizli 

mənasını  anlaya  bilmir.  Lakin  normal  insan  tərəfindən  gülməli  olmayanı,  onlar 

gülməli sayır.  

Alkoqoldan  istifadə  əsas  fəaliyət  növünə  çevirilən  kimi,  bütün  ətrafdakı  əşyalar 

pozitiv və ya neqativ qiyməti bu fəaliyətə aidiyyatından asılı olaraq alırlar. Alkoqol 

artıq  yalnız  bu  şəxsiyyətin  tələbatını  ödəyən  bir  amil  kimi  çıxış  etmir,  artıq  bütün 

insanların vacib bir tələbatı kimi qavranılır. 

Şəxsiyyətin deqradasiya prosesisin analizi göstərirki, bu proses uzunmüddətlidir. 

Anomal  şəxsiyyətin  formalaşmasında  daha  çox  psixoloji  mexanizmlər  oynayır, 

hansılar ki, normal şəxsiyətin inkişafındada müşahidə edilir. Hələ 1880 ildə psixiatr 

Kandinskiy  yazırdıki,  “bütün  xəstəlik  həyatına  aid  olanlar  o  həyatdırki,  normal 

həyata  uyöun  qanunlarla  axır,  lakin  dəyişdirilmiş  vəziyyətlərlə”.  Xəstəlik  elə 

vəziyyət yaradırki, insan ətrafı təhrif olunmuş formada qavrayır, dünyaya münasibət 

dəyişir və insanda patoloji xüsusiyyətlər baş qaldırır. 

Bütün dəyişikliklər patoloji şəxsiyyətin formalaşmasına yol aşır. Psixopatizasiya 

inkişafa başlayır. 

Bəzi  mənbələrə  görə,  kişilər  arasında  20%  alkoqoliklərdə  şəxsiyyət  pozuntuları 

vardır, qadınlardan isə 5% . 

Alkoqoliklar  arasında  42%  xəsətələr  şəxsiyyətlər  pozuntuları  var,  bu  isə  adi 

populasiyadan  20 dəfə daha artıq rast gəlməsidir.  

Səbəblərdən  biri  də  odu  ki,  patoloji  xasiyyətin  formalaşması  insand  sosial 

dezadaptasiya  yaradır  və  bununla  sərxoşluq  və  sonradan    isə  alkoqolizm  yaranır. 

Əsasən,  alkoqolizm  psixopatlarda  gənc  dövrdə  formalaşmağa  başlayır.   

Alkoqolizmin  başlanmasının  ilk  simptomlarından  biri  mənəviyyatın  ölməsidir. 

Etikaya  uyğun  olmayan  fikirlər,  ümumi  inkişafın  pozuntusudur.  Alkoqol  qəbulu 


30 

 

 



 

nəticəsində  psixopatoloji  xüsusiyyətlər  dahada  çoxalır.  Alkoqolizm  hətta  ilkin 

səviyyədə  kəskin  sosial  problemlər  yaradır.  Ümumilikdə,  alkoqolizm  və  şəxsiyyət 

pozuntusunun biryerdə olması pis proqnozlarla nəticələnir. 



 

2.3.Narkomaniya zamanı şəxsiyyətdə baş verən dəyişikliklər 

 

Narkotizasiya və alkoqolizasiya bu günki bütöv cəmiyyət və səhiyyə üçün böyük 



problemlərdən biridir. Bu problem  tibbi, psixoloji və sosial göstəricilərə  istinadən 

zərərli  nəticələndiyinə  görə  psixoaktiv  maddələrin    qadağa  olmasına  qərar  verildi. 

Insanda  baş  verən  metamorfozlardan  biridə  şəxsiyyətin  xüsusi  dəyişiklikləridir. 

Insanda  işsizliyə  meyl,  kriminogen  davranışın,  sui-qəsdin,  delikventliyin  artması, 

ailə münasibətlərinin pozulması. 

Hamı bilirki, psixoaktiv maddələrdən istifadə zamanı insan gepatit, QİÇS, VİÇ- 

infeksiyaya tutulmasında risk qrupuna düşür. 

Psixoaktiv  maddələr  qrupunun  genişlənməsi  ilə  insandakı  dəyişikliklərdə  çox 

fərqli  olur.  1916-cı  ildə  E.Bleyler  psixoorqanik  sindrom  anlayışını  gətirirki,  bu 

anlayış  narkomaniya  və  alkoqolizm  zamanı  özünü  büruzə  verir.  Psixoorqanik 

sindromun əsas simptomatikası: 1. hafizə pozuntusu 2. affekt pozuntusu 3. beyinin 

diffuz  pozuntusu  4.  qavrayış  pozuntusu  5.  Ümumi  psixi  proseslərin  zəifləməsi  6. 

Tənqidin azalması 7. Somatovegetativ pozuntular. 

Xəstəliklər təsnifatında narkoloji xəstəliklər ekzogen psixi pozuntulara aiddirlər. 

Intellektal-mnestik  pozuntuların  çoxu  narkotik  (PAM  növündən  asılı  olaraq) 

istifadəsi  zamanı  özünü  qabarıq  formada  biruzə  verir.  Məsələn,  tiryək,  heroin, 

morfin  narkomaniyasında,  bəzi  avtorlar  intellektin  astenizasiyasından  danışırlar, 

zehni aktivliyin aşağı enməsi, hafizənin qeyri-dəqiqiliyi, təfəkkürün produktivliyinin 

enməsi, yorğunluğun artması, planlı işlərin qeyri-mümkünlüyü. Bəzi avtorlar qeyd 

edirlər ki, intellektual səviyyənin enməsi müşahidə edilmir. Sintez, analiz, müqayisə 

kimi təfəkkür prosessləri aktiv formada işləməsədə, təmamilə qeyb olmur. Asteniya 

və anergiya vəziyyətləri isə bütövlüklə qeri qaytarıla bilər, bir şərtləki, alkoqol və ya 

narkotik  maddənin  qəbulunu  dayandırasan.Lakin,  texnikanın  inkişafı  ilə  sinir 


31 

 

 



 

hüceyrələrinin  destruktiv    dəyişikliklərini  və  baş  beyinin  pozuntusunu  müşahidə 

etmək    mümkündür.  Kompyuter  tomoqrafiyasının  nəticəsinə  görə  morfin 

narkomaniyasından əziyyət çəkən pasientlərdə beyin atrofiyası müşahidə olunur.  

Xəstələrdə  bəzi  dəyişikliklər  baş  verir:  Yüksək  oyanıqlıq,  disforik  və  apatiko- 

abulik depressiyyalar  formasında kəskinləşən affektiv pozuntular yer alır. Oyanıq- 

isterik  şəkillli  reaksiyalar,maraqların  sönməsi  ilə  müşahidə  olunan    psixo-sosial 

disfunksiya,  emosional-iradə  sferanın  anımaliyaları,  meyllər  sferasının  dəyişməsi, 

seksual tormozlanma, ipoxondriya və fobik pozuntular baş verə bilər.  

Şəxsiyyət  pozuntularına  gəldikdə  isə  pozuntular  yavaş-yavaş  başlayır  baş 

qaldırmağa, premorbid xüsusiyyətlərin çoxalması nəzərə çarpır. Narkotikinin qəbulu 

davam  etdikcə,  dəqiq  psixopatobənzər  simptomlar,  mənəviyatın,  etikanın  enməsi, 

hisslərin  kasadlığı,  təfəkkürün  enməs,  passivliyin  çoxalması  olur,  dezadaptasiya, 

xarater defektlər, əmək qabiliyyətinin enməsi və yox olması müşahidə edilir.   

Emosional davamsızlıq çox qabarıq  gözə çarpır.  Şəxsiyyətdəki  dəyişikliklər baş 

verdikcə,  bir  sözlə  ümumiləşən  bir  anlayış  yaranır  -  “narkoman  şəxsiyyət”.   

Davranışın  tipik  xüsusiyyətləri:  eqoizm,  yalançılıq,  qeyri-ardıcılıq,  emosiyaların 

nəzarətsiliyi,başqalarını  günahlandırmaya  həvəsin  yaranaması,  valideynlik 

məsuliyyətinin  itməsi,  distansiya  hissinin  itməsi,  kobudluq,  ana  instiktinin 

ölməsi,professional qabiliyyətlərin itməsi.

19

 

Avtorlar qeyd edirlər ki, morfin alüdəçiliyindən əziyyət çəkən xəstələrdə intellektual 



göstəricilərin  dəyişikliyi  dahada    enir:  maraq  dairəsinin  daralması  –  fikirlərin 

narkotikda  olması,  anlayışların  primitivliyi,  xırda  problemlərdə  ilişmə,  sintez 

prosesinin  tormozlanması,  diqqət  konsentrasiyanın  itməsi,  yayınması,  söhbətin 

mövzusunun  yayınması,  hafizədə  boşluqların  yaranması,  fiksasion  və  reproduktiv 

hafizənin  enməsi,  təxəyyülün  kasıblaması,  motivasiyanın  olmaması,  apatik 

vəziyyətin  çoxalması.      İntellektual  sferada  yaranan  dəyişiklər  tranzitor  xarakter 

                                                           

19

 Козлов, А.А. Изменения личности у больных опийной наркоманией / А.А. Козлов, М.Л. Рохлина 



// Независимый психиатрический журнал. – 2004. — II. с.35-37

 

 



32 

 

 



 

daşıyır.  Tədqiqatlar  göstərirki,  narkotiklərdən  uzaqlaşma  intellektual-mnestik 

sferanın düzəlməsində böyük rol oynayır. 

 

Affektiv  sferanın  pozulması  bir  çox  xəstələrdə  gözə  çarpır.  Abstinent  və 

postabstinent periodlar zamanı dahada qabarıq özünü göstərir. Daha çox disforiya, 

emosional  labillik,  ipoxondriyalıq,  səbrsizlik,  asteniya  rast  gəlinir.  Gözə  çarpan 

simptomlardan biridə ipoxondriyadırki, əvvəllər bu insanlara xas olmayıb. Xəstələr 

təşvişli  formada  ən  qorulu  xəstəliyə  tutulduqlarını  anlatmağa  çalışırdılar,  somatik 

hissiyatlarına diqqət yetirirdilər. Başqa həkimlərə müraciət etmək istəyən xəstələr öz 

səhhətləri barədə çox narahat olurlar. Lakin, bununla bərabər, narkotika qarşı tənqidi 

hiss  olmurdu.  Onların  ipoxondrik  danışıqları  real  xəstəlikləri  ilə  heç  bir  formada 

uzlaşmırdı. 

 

Remissiya  vəziyyətində  olan  xəstələrdə  daha  çox  təşvişli-  disforik  və  apatik-



disforik  hallar,  baş  verir,  hansılar  ki,  sonradan  (2-4  və  daha  çox  aydan  keçdikdə) 

apato-abulik vəziyyətlə əvəzlənir. (Bax .Cədvəl.2.1)                              



 

                                                                                                                     Cədvəl.2.1

 

Abstinent sindrom dərhal bitən kimi müşahidə 

olunan simtomatika 

Abstinent sindromdan bir qədər zaman 

keçəndən sonra müşahidə olunan simptomatika  

(psixo-sosial reabilitasiyasız) 

1.

 

Disforiya 



1.  Apatiya 

2.

 



Eksplozivlik 

     2.  Abuliya   

3.

 

Aqressiya 



     3.  Əmək qabiliyyətin itməsi  

4.

 



Səbrsizlik 

4. Maraqların yaranmaması 

5.    Asteniya 

     5. Emosional labilliyin dərinləşməsi 

 

6. eyri-adekvat reaksiyaların yaranması 



 

Frustrasiyaya davamsız olan pasientlərdə həzzə tələbat çox yüksək olur. Və bununla 

patoloji meylin əsası qoyulmuş sayılır.

20 


   

 

                                                           

20

 Козлов  А,  А.  Клинические  проявления  изменений  личности  у  больных  наркоманиями.  Автореф. 



дисс. канд.-М.,1999 

33 

 

 



 

 III FƏSİL. ADDİKTOLOGİYADA PSİXOTERAPİYA 

 

3.1. Psixoterapiya nədir və addiktologiyada istifadə 



 

Psixoterapiya  –  insan  psixikasına  müalicəvi psixoloji təsir və psixikanın köməyi 

ilə  insan  orqanizminə  təsirdir;  səhhətə  sağlamlıq  gətirmək  üçün  təsir  vasitəsi; 

müalicə və tərbiyənin vəhdətidir. 

21

 

Əminliklə demək olar ki, psixoterapiyasiz kimyəvi asılılıqda uzunmüddətli nəticə 



əldə  etmək  çox  çətindir.  PAM-dən  istifadə  edən  şəxslər  bu  maddələrin  qeyri-

konstruktiv,  zərərli  olduğunu  şüurlu  formada  anlayır,  lakin  onsuz  bacarmır.  Bu 

məqamların pasientlərdə olması psixoterapevt üçün əngəllər yaradır. Bəzən xəstələr 

hesab edirlər ki, psixoloq və həkimlər onlara nifrət edir, yada yazığı gəlir, və buna 

görə  onlarla  qarşılaşmaq  istəmirlər.  Çətin  məqamlardan  biri,  əlbətdəki,  psixoloji 

müdafiəni  qırmaq,  müqaviməti  azaldmaqdır;  onlarla  inandırıcı,  səmimi  söhbətin 

yaranması və empatik unsiyyət ən əsas vəzifədir.  Azonoqnoziyanın olması, yanı öz 

xəsətəliyii  inkar  etmək,  özünü  sağlam  hesab  etmək  daha  böyük  çətinliklər  yaradır. 

Xəstəni  müalicəyə  motivasiya  etmək-  psixoterapevtin  ikinci  məqsədidir.  Insan  özü 

asılılıqdan  “yaxa  qurtarmaq  istəməsə”  onu  heç  kəs  məcburi  olsa  belə  çüalicəyə 

vadar  edə  bilməz.  Insan  özü,  əlbətdəki,  psixoloun  köməyi  ilə  psixoloji  asılılıqdan 

azad ola bilər. Onun hər tərəfli pis cəhətlərini öyrənərək, PAM uzaqlaşa bilər.  

Asılı insana kömək olmaq üçün əlbətdəki, onun anamnezini dəqiq öyrənməkdən 

başlamaq  lazımdır.  Travmatik  vəziyyətləri  aşkar  edərək,  onların  kökündən  yox 

edərək,  yanı  yenidən  onlar  üzərində  işləyərək,  o  fikirləri  qeyri-adaptiv  formadan 

adaptiv  formaya  keçirərək  biz  bir  nəticə  əldə  edə  biləcəyik.  Buraya  həmdə 

şəxsiyyətinin strukturunu, psixi funksiyalarının xüsusiyyətlərini öyrənmək lazımdır. 

Uşaqlıqda  ,  yeniyetməlikdə  bütün  baş  vermiş  hadisələri  öyrənərək  biz  insanı 

asılılıqdan qurtara biləcəyik.  PAM-dən  asılılığın səbəbləri qabarıq bizə  görünsədə, 

əslində  istifadə  etməyə  vadar  edən  fikirlər  çox  dibdədir.    PAM-dən  istifadə  edən 

                                                           

21

Карвасарский Б. Д. Психотерапия: учеб. для вузов / Изд. 2-е, переработанное. СПб: Питер,2002. с.6  



34 

 

 



 

şəxslərdə  dayanıqlı  davranış  stereotipləri  formalaşır  ki,  bunları  da  pasientin 

həyatından uzaqlaşdırmaq lazımdır.  

Stereotiplər:  “məndə  hami  kimi  içirəm”,  “arada  bir  həzz  almaqda  nə  varki”, 

“həyat mənimdir,özüm bilərəm”. Əlbətdəki hər insanın öz seçimi var. Lakin, burada 

insanın düşünmə forması biraz adaptiv sayılmır. Burada böyük rol yenədə düşüncə 

tərzini dəyişməkdədir.    

Pasientlərin  ən  çox  verildikləri  sual:  “Məndə  hamı  kimi  arada  bir  içəcəm?”  –

Əfsuslar  olsunki,  alüdəçilikdən  əziyyət  çəkən  insanlar  heç  vaxt  asılılıqdan  əziyyət 

çəkməyən  insanlar  kimi,  arada  bir  içə  bilməyəcəklər.  Psevdodipsomanın  qarşısını 

almaq  üçün  onlara  anlatmaq  lazımdır  ki,  alkoqolizm,  narkomaniya  və 

toksikomaniya  heç  vaxt  müalicə  olunmur.  Onları  yalnız  həmişəlik  remissiyaya 

salmaq  olur.  Bu  qorxuducu  səslənsədə,  pasient  və  onun  ailəsi  bunu  bilməlidir. 

Onları düzgün formada məlumatlandırmaq psixoterapevtin öhdəsinə düşür. 

Stiqmasizasiya  problemi  bu  günlərdə  dünyada  yayıldığına  görə,  psixoloqun 

vəifələrindən biridə, xəstənin özünədə, ailəsinədə anlatmaqdır ki, həyatda hər bir baş 

verən  problemi  alüdəçiliklə  bağlamaq  düzgün  deyil.  Bəzən  alkoqolizm  və  ya 

narkomaniyanın  səbəblərinin  üstünü  açmaq  üçün  pasientin  ailəsini  dəqiqliklə 

araşdırmaq  lazımdır.  Buraya  həyat  yoldaşının,  valideynlərlə  olan  münasibətini 

analiz  etmək  mütləqdir.  Ailənin  köməyi  olmadan  psixoterapiyanın  effektivliyini 

gözləmək düzgün deyildir.  

PAM-siz    yaşamaq    çox  çətindir.  Onlarda  yeni  yaşama  stereotipləri,  davranış 

formalarını  dəyişmək  çox  çətindir.    Ayıq,  sərxəş  olmayan,  qətiyyətli  bir  insanın 

yanında onlar yenədə istifadə etmək istəyirlər ki, bütün çətinliyi  yaşamasın. Onlar 

yeni həyata öyrəşirlər. Psixoterapevtin əsas məqsədlərindən biridə  odur ki, pasientlə 

onun münasibəti simbiotik münasibətə keçməsin. Pasienti “öyrətmək” lazım gəlir. 

 

3.2.Psixoterapiya növləri 



 

Istifadə  olunan  psixoterapiya  növlərindən  biridə  rasional  psixoterapiyadır. 

Əlbətdəki, söhbətdən başlayan psixoterapiya  elə formada keçirilmələdirki, pasientə 


35 

 

 



 

anlaklı  formada  onun  xəstəliyi  və  asılılığı  barədə  informasiya  verilsin.    “konkret 

söhbət məzmunu ” olan psixoterapiya pedaqoq- tələbə münasibətini özündə ehtiva 

edir.  Söhbət  əsnasında  pasientə  faktlar  və  nümunələr  ilə  dolu  informasiya  təqdim 

olunur. Psixoteapiya  eyni zamanda insanda emosional durum  yaratmalıdır ki, təsir 

də  gözləyə  bilək.  Informasiya  əsasən  PAM-in  zərəri  barədə,  mənəviyyata  və 

şəxsiyyətə  dəydiyi  dağıdıcı  effektdən  olur.  Daha  sonra  cinsi problemləri  müzakirə 

zamanı insanın alkoqol nəticəsində potensiyanı itirməsi barədə məlumat verilir.

 

 

2.  Şərti-reflektor  psixoterapiya-  pasientdə  içkinin  iyinə  və  dadına  ürək  bulantı 



yaradan reaksiyanı yaratmadan ibarətdir. Bu metodika Bexterev tərəfindən 1915- ci 

ildə təklif edilib. 

22 

3.  Hipno-suggestiv  psixoterapiya.  Hipnotik  trans  zamanı  xəstədə  alkoqola  qarşı 



nifrət və ürək bulantı hissləri yaratmaq məqsədi ilə şüuraltı informasiya yeridilirdi. 

Əgər  psixoanalitik  nəzərdən  baxsaq,  insanda  içki  qənul  etmə  məqsədi  özünü 

məhv  etmə  fikirləri  ilə  bağlıdır.  Burada  tanatos  instikinin  mortido  hissəsi  işə 

düşərək, insanı içkiyə vadar edir. Bütün bu proseslər, əlbətdəki, şüuraltı gedir.  

4.Autogen  məşqlər  -  əzələ  relaksasiyasan  və  özünü  məqsədyönlü  inandırmadan 

ibarət  bir  psixoterapiya  növüdür.  Yoqanın  bəzi  elementlərini  özündə  ifadə  bu 

psixoterapiya  növü  insanı  sakitləşdirməyə  və  pis  neqativ  fikirlərdən  azad  olmağa 

yönəldir. “Sakitləşmə” anlayışı həyatda passiv rol tutmaq mənasını vermir. Aktiv və 

düzgün  həyat  tərzi  insanı  rahatlaşdırır.  “Mənə  çaxır  heçdə  lazım  deyil”,    “Mən 

yaxşıyam”, autosuggestiv anlayışları bəzən pasient özüdə fikirləşməyə başlayır.  

5.Pasientin şəxsiyyətinə yönələn effektiv metodiklardan biridə A.R. Dovjenkonun 

“kodlaşdırma”  metodikasıdır.    Dovjenonun  əsas  nailiyyəti  pasinetlə  hələ  tanıç 

olmadan  onun  özünə  təsirini  aktivləşdirmək  idi.  Pasinet  özü  artıq  müaləcəyə 

yönəlişli bir formada terapiyaya gəlirdi. Müalicəyə yalnız 3 həftə öz gücünə içkidən 

uzaq qala bilənlər buraxılırdı. 

 

Dovjenkonun fikrinə görə, psixoterapiya xəsətnin öz 



istəyi  ilə,  onun  fikirlşmə,  qərar  qəbul  etmə  və  müalicəyə  can  atmaqdan  sonra 

                                                           

22

 Методическое письмо МЗ СССР от 12.06.75 г. 



 

36 

 

 



 

başlayır


Əlbətdəki, pasientin qohumları ilə də iş gedir. Həkimlər, psixoloqlar, sosial 

işçilər tərəfindən lazımlı məlumat və kömək edilir. 

Metodikanın  əsas  anı,  pasinti  transa  salaraq  xüsusi  sözlərdən  istifadə  edərək, 

asılılıqdan  azad  etməkdir.  Bugunki  gündə  istifadə  olunan  suggestiv  metodlar  daha 

çox içkidən uzaqlaşmaq üçün yönəlmiyib, yanı biz pasientə kimyəvi maddənin pis 

olduöuna  inandırmırıq,  pasientin  özünəgüvənin  artırırıq,  özünə  inam  üzərində 

çalışırıq. “Eqo-yüksəldən” texnikaları istifadə edərək nəticə əldə etmək daha da tez 

alınır.   

 “Əvəz  etmə”  texnikası  refleksologiya  elmindən  götürülən  və  içki  qəbulunu  

hansısa başqa bir davranış forması ilə əvəzləmədən ibarətdir.  

Əsas məqsədlərdən biridə ailədəki münasibətlərin düzəlməsidir.Ailədə homeostaz 

–balans düzəldikcə problemlər aradan qalxır. Konfliklərin vaxtında aradan qalxması 

asılı insanı bu dərddən uzaqlaşmasına gətirir. Əlbətdəki, sosial adaptasiyanı həyata 

keçirərək, diskriminasiyadan uzaqlaşaraq insanlara inamını artırır.  

6.  Ən  əsas  köməklərdən  biridə  krizis  qaynar  xəttidir  ki,  ən  ağır  anda,  heç  kəs 

insanın yanında olmayanda, asılı insana dəstək məqsədi ilə telefonla məsləhət və ya 

pis  addımdan  qorumaqdır.  PAM-ın  zərərli  tərəflərini  göstərir,  alüdəçi  insana  çıxış 

yollarını anlatır. Ailə üzvlərinə kömək, əlbətdəki, burada böyük rol oynayır.  

Tədqiqatlar  göstərirki,  ana-uşaq  münasibətləri  belə  ailələrdə  korreksiya 

olunmalıdır.  Narkoman  –  yeniyetmələr,əsasən,  analarının  neqativ  cəhətlərini  qeyd 

edən  zaman,  daha  çox  aqressivlik,  əsəbilik  kimi  xüsusiyyətlərini  qeyd  edirlər. 

Valideynlərlə  gərgin  münasibətlər,  daha  çox  ana  ilə  olan  konfliktlər,  uşaqda 

özünüqiymətləndirməni  salır,  təşvişi  artırır,    və  narkotik  maddədən  istifadəni 

çoxaldır.  Belə  problemlər  aşkarlananada  əlbətdəki  ailə  psixoterapiyası  lazımdır, 

çünkü,  anada  və,  ümumiyyətlə,  valideynlərdə  problem  olması  dəqiqdir  və  onları 

aradan  qaldırmaq  mütləqdir.  ən  effektiv  problem  həllərindən  biri  belə  vəziyyətdə, 

tipik  ailə  rollarını  yenidən  korrektə  etmək  və  düzəlişləri  bərkitmək.

 

Ailə 


psixoterapiyası  əsasən  aşağıdaki  problemləri  həll  etməlidir  ki,  asılı  pasinetlərin 

müalicəsi dahada effektiv getsin: ailədəki konfliktlərin vaxtında həll olunması, ailə 



37 

 

 



 

stereotiplərin  bərkişməsi  (köhnə  stereotiplərin  korreksiyası,  yenilərin  yaranması), 

münasibətlərin yaranması. 

PAM-dən  uzaqlaşma  məqsədi  eyni  zamanda  digər  məqsədlərə  nail  olmaqla 

reallaşa  bilər:  öz  şəxsiyyəti,  situasiya  və  xəstəlik  arasında  əlaqəni 

müəyyənləşdirmək,  şəxsiyyətini  dərindən  öyrənmək,  özünüqiymətləndirməni 

artırmaq,  yeni-sağlam  insanlarla  münasibətlərin  dəyərini  müəyyənləşdirmək,  yeni 

emosiyalarla tanış olmaq, onlarla yaşamağa öyrənmək, öz pozitiv obrazını yaratmaq 

və onu qəbullanmaq, keçmiş emosional təcrübəni yenidən analiz edib, qəbullanmaq, 

yeni adekvat davranış stereotiplərini formalaşdırmaq. 

Bu  probleblemlərin  həllinin  hamısı  qrup  terapiyası  zamanı  söhbət  və  müzakirə 

əsnasında  reallaşır.  Bu  zaman  xüsusi  bağlılıq  münasibətləri  yaranır  ki,  hər  bir 

xəstənin  motivasiyasını  dahada  artırır.  Hər  bir  çətin  anda  qrup  pasientin  yanında 

olur, onu problemlərlə tək buraxmır, residiv yaranan zaman xəstə qrupun köməyi ilə 

bu vəziyətdən çıxış yolu axtarır. Qrupun dəstəyi ilə hər bir iştirakçı asılılıqdan yeni 

çıxış yolları axtarır.     

“Qrup  dinamikası”  anlayışı  əsas  rollardan  birini  oynayır.  Bu  anlayış  qrupp 

üzvlərinin və psixoterapevtin eyni zamanda münasibətlərinin dəyişməsi və inkişafını 

özündə  ehtiva  edir.  Buraya  qrupun  inkişafı,  təlim-təhsil  prosesləri,  asüdə  vaxtı 

aiddirlər.  Bütün  kiçik  qrup  xüsusiyyətlərini  ardıcıl  olaraq  qrupda  müşahidə  etmək 

mümkündür.  Qrup  terapiyalarının  seansları  əsasən  həftədə  3-5,  bəzən  hər  gün 

keçirilir.  Seans  müddəti  2-3  saat  olur.  Pasientlərin  (qrup  üzvlərinin  sayı)  10  artıq 

olmamalıdır. Bəzən görüşlər bir neçə qrupu daxil edildir ki, belə iclaslar bir ayda və 

ya iki ayda bir dəfə keçirilir.  

Psixoterapevtik üsullar sırasına qrup diskussiyaları, psixogimnastika, art-terapiya 

elementləri,psixodramalar  və  s.  daxil  edilir.  Qrupp  terapiyası  keçirilən  zaman 

qruppanın  normaları  və  tələbləri  müəyyənləşirki,  onlara  riayət  etmək  hamının 

borcudur.  Qrup  terapiyası  zamanı  qrupun  strukturu  yaranırki,  burada  kiçik 

qruplarıda yaranır. Əgər qrup üzvləri arasında fikirlər üst-üstə düşmürsə qruppdaki 

gərginlik artır.  



38 

 

 



 

Bu  günkü  gündə,  addiktologiya  sahəsində  psixoterapiyadan  istifadə  artıq  böyük 

nailiyətlər qazanır. Hal-hazırdaki terapiya qeyri-direktiv, pasientin passiv deyil aktiv 

inkişafa  yönəlmiş  pozisiyada  çıxışı,  individual  terapiya  ilə  yanaşı  həmdə  ailə 

psixoterapiyası,  yalnız  individual  deyil  qrup  terapiyalarının  təşkili,  komanda 

şəklində  iş  (narkoloq,  psixoterapevt),  simptomlarla  mübarizə  deyil-  xəsətəliyi 

bütövlüklə kökündən mübarizə formasında keçirilir. 

Psixoterapiyanın köməyi ilə dünya üzərində 10 milyondan artıq insan PAM-dən 

və ümumiyyətlə asılılıqdan azad olublar.  

 

3.3.Qrup psixoterapiyası 



 

Qrup  terapiyası  həm  normal,  həmdə  psixi  pozuntulardan  əziyyət  çəkinlər  üçün 

müəyyən olunub. Qruo terapiyasının əsas məqsədi eyni problemlı olan insanları bir 

yerə yığmaqdır. Qrupda problem daha dərindən öyrənilir, informasiya transferi daha 

aktiv  formada  reallaşır,  dünyanı  qavrayış  stereotipləri  dəyişir,  xəsətliyi  münasibət 

daha  pozitiv  olur,  sağalmağa  motivasiya  daha  yüksəlir.  Psixoterapevtin  rolu  qrup 

üzvlərini düzgün yönləndirmə və mövzuları qoymaqdır. Psixokorreksion qruppların 

yaranması  Amerikada  XX  əsrin  əvvəlinə  Cozef  Pretin  repressiv-ruhlandıran  qrup 

terapiyasının yaranmasına aiddir. Vaxta qənaət etmək məqsədi ilə vərəm xəstələrini 

bir yerə yığaraq Pret gördüki, bir birini dəstəkləyən və anlayan pasientlər daha yaxşı 

özlərini  hiss  edirdilər.  Əsasən  J.Dejerinin  nevrotik  xəstələrlə  aparılan  inandırma 

texnikasında istifadə edilirdi.  

Psixokorreksion  qruplar  əsasən  psixoterapiya  üsulundan  istifadə  edərək  böyük 

nailiyytlər qazanır. Məqsəd və vəzifələrdən asılı olaraq bir neçə qruplar ayırd etmək 

olar:  görüş  qrupları,  geştalt  qrupları,  psixodrama,  bədən  terapiyası  qrupları,  art-

terapiyaları və s. 

Qrup  psixoterapiyasınının  əsas  məqsədləri,  əlbətdəki,  müxtəlif  yanaşmalar  və 

nəzəri  strukturlara  uyğun  olaraq  dəyişir.  Lakin  bəzi  məqsədlər  ümumi  bütün 

qruplara aiddirlər: 1. Hər bir qrup üzvünün problemini müəyyənlişdirmək. Bununla 


39 

 

 



 

dekompensasiyanı  ortadan  qalxızmaq  olar  və  xəstəliyin  simptomatikasının 

azalmasına nail olmaq olar.  

2. Şəxsiyyətin kompetentliyini yüksəltmək, cəmiyyətə adaptasiyanı artırmaq, özü və 

başqaları haqda bilikləri və təsəvvürləri artırmaq, qrup münasibətlərini düzəltmək. 

3.  Şəxsiyyətin  inkişafını  tezləşdirmək,  qrup  terapiyası  insanı  yaradıcı  tərəflərini 

tapmağa kömək edir. Məsuliyyət anlayışını formalaşdırmaq. 

5. Şəxsiyyətin individual və qrup şəklində fərqli tərəflərini tapmaq. 

6.  Məqsədlərinə  və  yaradıcı  potensialını  reallaşdırmaq  üçün  şəxsiyyətin  cəmiyyəti 

düzgün anlamasını inkişaf etdirmək. 

Qrup  psixoterapiyası  güzgülər  sistemidir  ki,  insanda  özü  haqqında  həcmli 

formada  biliklər  formalaşdırır,  seçim  diapazonunun  genişləndirir  və  əvvəl  həllini 

tapmayan problemlər indi həllini tapır.  

Qrup terapiyasının bəzi ənənələri-tələbləri vardırki,onlara riayət etmək mütləqdir. 

1.

 

Qiymətləndirməmək, yalnız hisslərin təsvirini etmək lazımdır. 



2.

 

Emosional vəziyyətini ətraflı formada aydınlaşdıraraq cavab vermək. 



3.

 

Yalnız  öz  emosional  vəziyyətini  deyil,  həmdə  qrup  üzvlərinin emosiyalarını 



hiss eləmək bacarığını inkişaf elətdirmək. 

4.

 



Qrup üzvünün müəyyən davranışına ehtimali motivlərin gətirilməsi. 

5.

 



Qrup əlbətdəki “burada və indi” prinsipinə cavab verərək çalışır. 

Qrup  terapiyasının  üstünlükləri:  emosional  istilik  alma  tələbatının  ödənməsi, 

qrupda  əldə  edilən  təcrübə  insana  gələcəkdə  kömək  olur,  insanın  suallara  cavab 

tapmaq  imkanı,  başqa  üzvlərlə  identifikasiyanın  mümkünlüy,  iqtisadi  baxımdan 

individual psixoterapiyadan daha ucuz başa gəlir, cəmiyyətin hər üzvünə uyğun bir 

terapiyadır. 

 

3.4.12  addım  proqramı.  Anonim  Alkoqoliklər  və  Anonim  Narkomanlar 



Cəmiyyətləri 

 

Anonim Alkoqoliklar beynəlxalq təşkilatdır ki, 1935 ildə Bil Vilson və Dr. Bob  



40 

 

 



 

Smit  tərəfindən  Birləşmiş  Ştatlarda  peydə  olub.

23

 Anonim  Alkoqliklərin  əsas 



məqsədi  alkoqoliklərə  ayıqlıq  əldə  etməkdir  və  başqa  alkoqoliklərə  ayıqlığı  əldə 

etmək üçün kömək etməkdir.

24

 Lakin məqsədə çatmaq yolunda olan insanlar bütün 



həyatlarını,  həyat  tərzlərini  dəyişirlər.  12  addımı  keçəndən  sonra  ruhi  inkişaf 

sayəsində  alüdəçilər  görüşləri  davam  etdirirlər,  təzə  üzvlərin  adaptasiyası  və  daha 

səmərəli  müalicə  keçməsində  rol  oynayırlar.    “Kömək  edən  davranış”  deyilən 

aktivlik forması yaranır ki, altruistik yönəliş inkişaf edir. İcmaya qatılan ilk üzvlərlə 

birlikdə  Bil  və  Bob  12  addım  proqramını  kəşf  edirlərki,  bu  proqramın  köməyi  ilə 

insanın  ruhi  və  xarakter  dəyişikliyini  əldə  etmək  olar.  Qrupun  gücü  ondan 

ibarətdirki,  üzvlər  anonim  olaraq  qalır  və  başqa  insanlara  köməyini  əsirgəmir. 

Anonim Alkoqoliklər əsasında Anonim Narkomanlar icması yaranır ki, buradada 12 

addım ənənələrini qoruyub saxlayır.  

2014  ilin  dünya  üzrə  statistikasına  baxdıqda  anonim  alkoqoliklərin  üzvlərindən 

27%  1  ildən  çox  təmiz,  24%  1-5  il  təmiz,  13%  5-10  il  təmiz,  22%  20  ildən  daha 

artıq təmiz qala bilir.  

Hal-hazırda  bu  terapiya  üzrə  müalicə  alan  insanların  sayı  2  milyondan  artıqdır. 

Anonim  Alkoqoliklərin  herbi  dairənin  içində  üçbücaqdan  ibarətdir  ki,  bu  herbin 

mənası  –  üçbücağın  üç  tərəfi  sağalmaq,  birlik  və  kömək,  dairə  isə  bütün  dünyada 

yayılması mənasını daşıyır.  

12 addım proqramı bu gün hər bir xəstəliyə aid edilə bilər, çünkü asılılıqdan ən 

gözəl  çıxış  yollarını  insanlara  təqdim  edir.  12  addım  proqramın  mərhələləri  və  ya 

addımları:1-ci  addım.  Biz  alkoqol  qarşısında  öz  acizliyinimizi  tanıdıq  və  öz 

həyatımiz üzərində nəzarəti itirdiyimizi anladıq.  

2-ci addım. Biz inama gəldik ki, yalnız bizdən daha qüdrətli Güc bizə sağlamlığı 

qaytara bilər.  

Ilk  iki  addımda  məğlub  olmağı  qəbul  etmək  alkoqolikdə  “nəyisə  dəyişmək” 

lazımdır hissini yaradır. İdarə etmə alkoqolikin əlində olmamağı daha güclü varlığın 

                                                           

23

 



"Доктор Боб и славные ветераны", с. 75, строка 10. Copiright © 1980 by. Alcoholics Anonymous 

World Services, Inc. All rights reserved. Первое издание русского перевода 2008.

 

24

 



Анонимные алкоголики (Большая книга)— Нью-Йорк: Alcoholics Anonymous World Services, 

2011 — с.29 

 


41 

 

 



 

peydə  olması  ilə  təsdiqini  tapır.  Mən  anlayışının  çox  kiçik  və  səhv  olduğunun  və 

sistemin böyük və güclü olduğunu qəbul etmək əsas anlardan biri sayılır.  

3-ci addım. Biz bizim iradəmizi və bizim həyatımızı Allaha tapşırmağa (necə biz 

Onu anlayırıqsa) qərara aldıq. 

4-ci  addım.  Biz  özünü  dərin  və  çəkinmədən  qiymətləndirdik  və  əxlaqlı  nöqteyi-

nəzərdən öz həyatınımıza baxış keçirdik.  

5-ci  addım.  Biz  Allahın,  özümüzün  və  hər  hansı  başqa  insanın  qarşısında  yanlış 

fikirlərin həqiqi təbiətini qəbul elədik.  

6-cı 


addım.  Biz  tamamilə  özümüzü  Allahın  bizi  bütün  bizim 

çatışmazlıqlarımızdan qurtarsmasına hazırladıq.  

7-ci  addım.  Biz  Ondan  itaətkarlıqla  bütün  bizim  çatışmazlıqlarımızı  düzəltməyi 

xahiş edirdik.  

8-ci  addım.  Biz  bütün  pislik  etdiyimiz  insanların  siyahısını  tutduq  ki,  onlar 

qarşısında öz günahlarımızı qəbul edək. 

 9-cu  addım.  Biz,  şəxsən,  bu  insanlara  vurulmuş  zərəri  əvəzini  verdik,  harada 

mümkündürse,  o  hadisələrdən  başqa,  nə  vaxt  ki,  bu  onlara  və  ya  kimsə  başqasına 

zərər vura bilərdi.  

10-cu  addım.  Biz  özümünü  təhlil  etməni  davam  edirdik  və,  nə  vaxt  ki,  səhvlər 

güman edilirdisə, onları dərhal anlayırdıq.  

11-ci addım. Dua və düşüncə yolu ilə cəhd etdik ki, Allahla təması yaxınlaşdıraq, 

(necə  biz  Onu  anlayırıqsa), dua  etdik  ki, yalnız  Onun  iradəsinin  biliyinin  gücü  ilə, 

bizə güc bağışlansın. 

12-ci  addım.  Mənəvi  oyanışdan  sonra  biz  başqa  əyyaşlara  qədər  bizim 

ideyalarımızın  mənası  çatdırmağa  və  bütün  bizim  işlərimizdə  bu  prinsipləri  tətbiq 

etməyə çalışdıq. 

25

 



Ən  əsas  addımlardan  biridə 5-ci addım  sayılır.  Burada səmimi  söhbət başqa  bir 

üzvlə və ya psixoloqla olmalıdır. Bu söhbət əsnasında  alkoqolik bütün ürəyindəki 

sirlərini  başqa  insana  danışmalıdır.  Bütün  günahlarını  boynuna  almaqla  və  onları 

                                                           

25

 12 addım . Internet resurs: http://12step.org/references/12-step-versions/na/ 



42 

 

 



 

yumaq  arzusu  ilə  yaşamaq  və  başqa  insandan  dəstək  görmək  xəstəyə  sağalamağa 

daha  çox  motivasiya  verir.  Qrupdan  hansısa  dinin  Allahını  qəbul  etməsi  tələb 

edilmir,  AA  və  AN  qruplarında  həmdə  ateistlər  iştirak  edə  bilər.  İlahi  Güc  onlar 

üçün qrup, ailə, elm şəklində çıxış edə bilər. Heç bir dini ayinlərin keçirilməsi tələb 

edilmir.  

Nə  üçün  məhs  İlahi  Gücə  inam  olmalıdır?  Gregori  Beytsonun  fikrincə,  əgər 

içkisiz  həyat  alkoqoliki  içməyə  vadar  edirsə,  necə  biz  ümid  edə  bilərikki,  hansısa 

bizim  gücümüz  insanı  içməkdən  uzaq  saxlaya  bilər  və  ya  nəzarət  altına  götürə 

bilər?!  

Əgər təmiz həyat insanı içməyə vadar edirsə, deməli təmiz həyatda hansısa səhv 

(patologiya)  var  və  içməklə  insan  həyatını  subyektiv  olaraqda  hansısa  dəyişiklik 

etməyə  can  atır.    “in  vino  veritas”  anlayışı,  yani  “doğru  çaxırdadır”  anlayışı  sırf 

buradaki  səhv  həyatını  içməklə  dəyişib  düzəltmək.yani  alkoqolizm  subyektiv 

korreksiya  rolunda  çıxış  edir.  Alternativa  kimi  buarada  demək  məhs  alkoqolik 

düzgün  həyat  aparır,  səhvi  düzəltməyə  çalışmaq,  haçan  ki,  içməyən  insan  səhvdə 

yaşamağa davam edir anlayışı ortaya çıxır.  

Bernard Smit- AA-nın üzvü, lakin özü alkolik olmayıb. Onun fikrincə alkoqolik 

içkinin  qulu  deyil,  o  içkinin  və  ya  narkotikin  köməyi  ilə  yalançı  ideallardan 

qaçmağa  çalışıb.  Sadəcə,  alkoqolik  daha  sensitiv  olduğu  üçün,  cəmiyyətin  qəbul 

etdiyi ideyalarla (lakin düz olmadığı halda) barışa bilmədiyinə görə içkiyə üz tutur.   

Beytsonun  “alkoqolik  qüruru”  anlayışı  böyük  maraq  yaradır.

26

 12  addım  zamanı 



“mən  edə  bilərəm”  fikri  əsas  çoçemtlərdən  biri  sayılır.  Xəstəliyi  qəbul  edən  edən 

kimi,  onda  “mən  təmiz  qala  bilərəm”  anlayışı  aktivləşir.  Lakin,  bəzən, bu qürur o 

qədər  güclü  olurki,  alkoqolik  gücünü  həddən  çox  hesab  edərək  “sına”  bilər  və 

dipsomaniyaya  uğraya  bilər.  Ona  görə  Beytson  təqid  edirki,  “bir  dəfə  alkoqolik- 

həmişə alkoqolik” – yani ürəkdə qorxu və çəkinmə hissi həmişə olmalıdır. “PAM-

dən  asılı heç vaxt  riskə getməli deyil.”   Bu  sözlər 1939-cu  ildə  hələ  Bil tərəfindən 

                                                           

26

 Бейтсон  Г.  Кибернетика  Я:  теория  алкоголизма.  Перевод:  Д.Я.  Федотова  и  М.П.  Папуша. 



G.Bateson: The Cybernetics of "Self": A Theory of Alcoholism: University of Chicago Press edition, 2000. 

s.8


 

43 

 

 



 

deyilmişdir. 12 addım proqramında  “dibə enmək” anlayışı varki, burada alkoqolikin 

və  narkomanın  ən  pis  anları  mənasını  daşıyır.  12  addım  proqramının  üzvlərinin  

xüsusi adət ənənələri və duaları var: məqsədimiz sağlamlığımızdır, əsas rol Allaha 

aiddir,  insanlar  yalnız  köməkçidirlər,  AA  və  AN  üzvü  olmaq  üçün  istək  lazımdır- 

içkini və ya narkotiki atmaq istəyi, hər qrup azaddır, əsas məqsədimiz hələdə içən və 

ya narkotik qəbul edəni yanımıza çəkmək, AA və ya AN adından reklam etməmək, 

AA və ya AN öz gücünə inanmalıdır, AA və AN qeyri-professional təşkilat olaraq 

fəaliyat  göstərir,  idarə  sistemi  çox  ağır  olmamalıdır,  siyasi,  sosial  proseslərə 

qarışmamaq  şərti  ilə  aktivliyimizi  avam  etdirək,  biz  yalnız  öz  maraqlarımızı  irəli 

sürməliyik, anonimlik bizim  ən böyük silahımızdır. Dualar 12 addım proqramında 

hazır formada xəstəyə verilir, lakin alüdəçi özüdə dua yaza bilər özü üçün.  

Məsələn: “Anlama haqqında dua”, “ikiqat göndəriş”. 

Bu proqram, əsasən, hazırlıq keçmiş əvvəllər özləri bu proqram üzrə müalicə keçmiş 

və  remissiyası  2  ildən  az  olmayan    alkoqoliklər  tərəfindən  keçirilir.  Məlumatlar 

əsasən  hər  görüş  zamanı  baş  verir.  Məsələn,  “ilk  qədəh  fenomeni”  haqqında  bu 

görüşlər  zamanı  motivasiyanın  sıfıra  endiyini  öyrənmək  olur.  Və  ya  alkoqolikin 

daxilində  iki  şəxsiyyət  omağı  haqqında  nəzəriyyə  AA  və  AN  üzvləri  arasında  çox 

qəbul  edildiyindən  çox  effekti  olur.    Remissiya  müddətinin  çox  olması  qrup 

üzvlərinə, əlbətdə ki, pozitiv təsir edir. AA və AN-dən başqada özünü-dəstəkləmə 

qruplarıda  fəaliyət  göstərirlər.  ABŞ-də  “Alkoqoliklərin  böyük  övladları”  adlı 

qruplar,  Rusiyada  isə  “Narkomanların  anaları”  adlı  qruplar  aktiv  formada  inkişaf 

edir. 

Psixoloq  –addiktoloqun  və  ya  psixoterapevtin  belə  təşkilatlarda  rolu  son  illərdə 



dahada böyüyüb. Stress faktorların artması narkomaniya və alkoqolizm xəstəliyi ilə 

bərabər  başqa  psixi  pozuntuların  yaranması  psixoterapiyanın  vacibliyini  ön  plana 

çıxarır.  Burada  psixoterapiya  yalnız  alüdəçi  ilə  deyil,  həmdə  onun  ailəsi  ilə 

keçirilməlidir. Ailə üzvlərinin ikinci dərəcəli PAM-dən qurban sayılırlar.  Hər dəfə 

asılı  şəxsiyyətin  PAM  qəbul  edərkən  ailə  üzvlərinin  yaşadığı  stress  və  təşviş 

sonradan  öz  neqativ  müxtəlif  somatik,  psixoloji  və  nevroloji  pozuntulara  tutula 

bilər. 


44 

 

 



 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin