1.2. Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları
Spirtli içkinin miqdarınından və individual xüsusiyyətlərindən asılı olaraq
müxtəlif növ kəskin alkoqol sərxoşluğu müşahidə olunur. Diaqnoz XBT-10 uyğun
olan meyarlar əsasında müəyyənləşir (F10).
Sərxoşluğun yüngül formaları ürək döyüntüsü, göz bəbəklərinin, dəri
damarlarının genişlənməsi, əsasəndə, üz nahiyəsinin. Eyni zamanda, əhval-ruhittə
qalxır, insanlar şən, zarafatçıl olur, danışdıqlarını bilmirlər, problemlər qeyri-ciddi
gəlir, ətraf mühitin kəskin qavraması enir.
12
Sərxoşluq dərinləşdikcə davranışa nəzarət dahada azalır. Sərxoşluq vəziyyətində
insan yüngül formada öz və özgə sirrlərini aça bilər, lovğa, inamlı, nəğmə
oxuyurlar, rəgs edirlər, ətrafdakıların gülməyinə fikir vermirlər.motorika pozulur.
Sərxoşluq şəklində yaranan eyforiya fonunda ağlamaq, zəiflik, qıcıq, gərginlik,
inciklik yüksəlir. İnsan hər şeyə “ilişən”, sözləşməyə, dava-dalaşa, ictimai qaydaları
pozmağa meylli olur.
Güclü intoksikasiya zamanı nitq əlaqəsiz olur, perseverasiyalar yaranır.
Jestikulasiya disharmonik və koordinasiyasız olur. Belə formalı sərxoşluq, əsasən,
yuxu ilə sona çatır.Yüngül və orta ağırlıqda olan sərxoşluqda, oyandıqdan sonra baş
verən hər bir şey yada salına bilər. Ağır formada isə, davranış yadda qalmır.
Alkoqol sərxoşluq müvəqqəti psixi pozuntudur.
Spirtli içkindən sərxoşluğun obyektiv xüsusiyyətləri az miqdarda qəbuldan sonra
özünü artıq büruzə verir.
Bu sahədə tədqiqatları ilk 1892-ci ildə Krepelin aparıb. Insanlara 17 gün əzində
25-60 qr. spirtli içki vererek psixoloji tədqiqat aparıb. Əvvəl, içkinin təsirindən ətraf
mühitə reaksiya kəskinləşir, sonra isə azalır.
7
Böyük dozalarda qəbul edildikdə sürətlənmə müşahidə edilmir. Əzələ aktivliyi,
koqnitiv göstəricilər (sayda çaşma, təfəkkürün analiz-siztez prosesslri mümkün
olmur) azalır.
Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, alkoqol təsiri altında retikular
formasiyanın aktivliyi tükənir və beyin qabığının elektrik aktivliyi yüksəlir. Çox
yüksək dozalar qəbul edildikdə beyin qabığının gərginliyi subnormal göstəricilərə
enir. Neyrofizioloji baxımdan kəskin alkoqol intoksikasiyası normal qabıq və
qabıqaltı münasıbətlərin pozuntusunun səbəbidir.
Bəzi mənbələrə istinadən demək olarki, alkoqol intoksikasiyası nəsildə sinir
sisteminin organik patalogiyası yaranır. Belə vəziiyət cinsiyyət hüceyrələrinin
zədələnməsi ilə bağlıdır.
7
А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971. с.283-284
13
Xroniki alkoqolizmin inkişafının 3 mərhələsini ayırırlar: ilkin və ya başlanğıc,
orta və ya inkişaf etmiş və sonuncu.
Ilkin mərhələ:
8
Burada əsas simptom kimi alkoqollu içkiyə boyüyən tolerantlıqdır. Çox insanlar
yüksəs miqdarda alkoqol qəbul edə bilmirlər, və qusma, kollaptoid vəziyyət və ishal
ilə müşahidə olunur. Lakin, uzunmüddətli və yüksək dozada istifadə insanlarda
intoksikasiyasız yüksək miqdarda alkoqolu qəbul etməyə icazə verir. Müdafiə
refleksi olan qusmanın yox olması məişət alkoqolizmin real alkoqolizmin ilkin
fazasına keçməsindən xəbər verir. Ilkin mərhələyə xas olan xüsusiyyətlərdən biri də
gizli sərxoşluq və təkliyə meylilikdir. Bu simptomun analizi göstərir ki, xəstə çalışır
öz alüdəçiliyini gizlətməyə. Əgər əvvələr, içmək üçün bir səbəb lazım olurdusa, indi
artıq içki içmək bir sarışan fikirdi. Başqa vacib bir simptom kimi burada
özünüidarənin itirləməsidir. Xəstə qəbul etdiyi mayenin miqdarına nəzarət edə
bilmir. Sərxoşluğun portretidə dəyişir. Xəstə ayılandan sonra bəzi anları yada sala
bilmir, yani ferforasiyon amneziya ortaya çıxır. İçkinin qəbulu hələ sistematik forma
daşımır- utancaqlıq hissi hələ qeydə olunur.
İlkin mərhələdə alkoqolizmdən uzaq durmağa meyl edənlərdə bir aya yaxın
somatik asteniyaya oxşayan bir vəziyət yaranır. Ilkin mərhələnin davamlığı bir
ildən bir neçə ilə qədər davam edə bilər və insanın individual psixoloji və fizioliji
vəziyyətindən asılıdır.
Orta mərhələ. Bu mərhələdə alkoqola tolerantlıq başlayır artmağa. Sutkada
alkoqolun qebul edilməsi 1-2 l çatır. Alkoqoldan bütövlüklə asılılıq formalaşır.
9
Psixoloji asılıqla yanaşı həmdə fizioloji asılılıq formalaşır. Alkoqol metabolizmin
bir hissəsinə çevirilir. Alkoqolikdə defisitar və ya abstinent sindrom formalaşır
(alkoqoldan aclıq sindromu). Bu sindromun klinik portreti müəyyən xüsusiyyətlərlə
xarakterizə olunur: ümumi tremor, tərləmə, ürək bulantı, ishal, urəkdöyüntü,
başağrı, qarabasmalar, yuxusuzluq, iştahanın olmaması. Ümumi emosional fon
8
Alkoqolizm // Internet resurs: http://rnm.az/alkoqol
9
Alkoqolizm// Internet resurs: http://www.saglamliq.isim.az/xestelik
14
dəyişir: təşviş, apatiya, özünü günahlandırma hissi yaranır. Bəzən münasibət
sayıqlamarı ola bilər. Ağır formada, xəstə abstinent sindrom zamanı gecəni yatmır,
gözü yumulu vəziyətdə isə xırda yanar işıqları görür (lap ağır formada qorxulu
eybəcər üzlər, fantastik heyvan üzləri) . Psixosensor pozuntular müşahidə oluna
bilər, əsasəndə, hündürlükdən düşmək, mikropsiyalar, metamorfopsiyalar. Abstinent
sindrom beyindəki neyrodinamik proseslərin pozulması ilə müşayət olur,əsasəndə,
bioelektrik təzahürə görə epileptoid növə oxşayır.
10
Abstinent sindromu insanı əlil
edir və içkini fiziki (psixoloji deyil) asılılığa görə qəbul etməyə vadar edir. Az
dozada alkoqol qəbul edən zaman abstinent sindromdan 2-3 saatlıq azad olmaq olar.
Bu vəziyətdən qurtarmaq üçün alkoqol asılılığından əziyyət çəkən insanlar hər 3-4
saatdan bir təkrarlanan içki qəbuluna vadar olurlar.
Alkoqolizmin ikinci mərhələsində içmək psevdo-dipsomaniya formasını alır.Bu
mərhələdə şəxsiyyətin bəzi xüsusiyyətlərinin dəyişməsi görsənir. Şəxsiyyətin
keçmiş individual xüsusiyyətləri itir və buna görədə bütün alkoqoliklər bir birinə
oxşayır. Sosial inkişaf dayanır, işdə irəlləyiş müşahidə olunmur, maraqlar itir,
yaradıcılıq aktivliyi azalır və hətta bütövlüklə itir. Xəstə keçmişdə “qazanılmışlarla”
yaşamağa başlayır. Bəzi şəxsiyyətlərdə premorbid xüsusiyyətlərə aid olmayan bəzi
xarakteristikalar qeyd olunur. Patoloji şəxsiyyətin simptomları yer alır: 1. Eksploziv
şəxsiyyət- aqressiya və impulsivliyi ilə 2. Eyforik şəxsiyyət – özündən razılıq, və
“yuxarıdan” getmə.
Birinci mərhələdə arabir olan “İçim, ya yox” ideyası bu zaman artıq olmur.
İçmək tələbinin yaratdığı emosiyalar xəstənin mənliyinə hakimlik edir. Alkoqol
intoksikasiyası nəticəsində insan öz instikt və arzularına tabe olur, tez inanan olur.
Ailəyə, işə maraq yavaş-yavaş azalır. Ailənin xahişi, işdən töhmət, həkimlərin
tövsiyyyələri az zamanlıq təsir göstərir. Əsəbililik və ətrafdıkalara qarşı
hörmətsizlik əlamətləri ilə əvəz olunur. Alkoqoliklər növbəti alkoqol qəbulunu
xarici faktorlar ilə səbəbləndirməyə çalışırlar: dostla görüş, soyuq hava ilə,
problemin olması ilə və s.. Xarakter cəhətlərindən, ən əsas dəyişiklik, lovğalığın
10
А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971. с.285-287
15
yaranmasıdır. Əsasən onlar, alkoqol maddənin miqdarının çox olmasını lovğa ilə
paylaşırlar, və ya qadınlar arasında məşhur olduqlarını, işlərinin “əla” getməsini.
Alkoqolizm zamanı psixikanın əsas xüsusiyyətlərindən biri intellektin
azalmasıdır, hansıki, özünü, əsasən, xəstənin özünə və öz davranışına tənqidin
azalması ilə təzahür edilir.Bu vəziyyət, əsasən, “alkoqol yumoru” adlanan halla
xarakterizə edilə bilər: abırsızlıq, səthlik və yersizliklə xarakterizə edilir. Əsasəndə,
zehni işle meşqul olanlarda, bu əlamətlər özlərin idahada tez büruzə verir.
Eksperimental-psixoloji tədqiqatlar zamanı xroniki alkoqolizmdən əziyyət
çəkənlərdə yaddaş ilə problem kəskin formada görünürdü. Daha çox, yadda
saxlama, və az keçmişdə baş vermiş hadisələri yada salma ilə problemlər yaşanır.
Şəxsiyyətin patoloji inkişafı, psixi aktivliyin azalması, abstinent sindromun
yaranması, alkoqola yüksək tolerantlıq artıq ətrafdakılardan gizlənə bilmir. Artiq bu
mərhələdə kəskin psixozlar yarana bilir, sərxoşluq isə amnestik forma alır.
Sonuncu mərhələ. Bu mərhələdə növbəti simptomlar müşahidə olunur: alkoqola
qarşı intolerantlıq – dözümsüzluk. Içki qəbulunun intolerantlığı o qeder aşağı enirki,
xəstə həyati göstəricilərə görə 5-7 günlük içki qəbulunu dayandırır. Bəzi hallarda
içkiyə dözümsüzlük özünü içki qəbulunun ilk günləri özünü bürüzə verir. Içki
qəbulu periodlarla olur. Axırıncı günlər intoleranlıq o qədər yüksəlirki, xəstə spirtli
maddələri yalnız abstinent sindromdan qurtarmaq üçün qəbul edir. Periodik və ya
real içki qəbulu xəstənin pis fiziki vəziyyəti ilə başa çatır: ürək fəaliyyətinin
aktivliyinin enməsi və dispepsik pozuntularla ilə müşayət olunur.
Şəxsiyyətin enmə səviyyəsi ən aşağı, hətta orqanik kəmağıllılığa qədər çatan
ğöstəriciyə can atır. Alkoqol kəmağıllılıq iki növ enselopatiyanı təzahür edir.
Enselopatiyanın torpid növü alkoqoliklərdə apato-abulik kəmağıllılığa, eretik növə
isə psevdoparalitik uyğun gəlir. Somatik pozuntular çox müxtəlifdir: xroniki qastrit,
xora xəstəlikləri, pankreatitlər, ciyər sirrozu, miokardiodistrofiya, nəfəs yollarının
xəstəlikləri. Enselopatiya alkoqoliklarda ikinci mərhələdən diaqnostika edilir.
Kişilərdə potensiyanın aşağı enməsi, qadınlarda isə amenoreya müşayət olunur.
Vaxtından əvvəl üzün sallanması, əzələlərin boşalması, və həyatın davamlılığının
azalması qeydə olunur. Ölmə riskləri alkoqoliklarda normal insanların analoji yaş
16
qrupplarından daha yüksəkdi. Sosial baxımdan alkoqolizmin göstəriciləri ailə və
kollektivlə münasibətini pozur, sosiumla əlaqələr zəifləyir. Sonuncu mərhələdə
kəskin alkoqol psixozların tezlikləri artır. Xroniki halüsinoz, Korsakov psixozu,
qısqanclıq sayıqlaması, alkoqol paranoidi ola bilər.
11
1.3. Psixoaktiv maddələrin növləri və onların təsiri
Bu qrup xəstəliklər XBT-10 F11-19 xəstəliklər təsnifatında yer alırlar və
diaqnostika XBT-10 uyğun olan meyarlarla aparılır. Narkotik – narkotik maddələr
və narkotik vasitələrdir ki, hansılar ki, sosial təhlükəyə görə resmi olaraq dövlət
siyahısına əlavə olunub, çünki bir dəfə istifadə zamanı xüsusi psixi vəziyyət, bir
neçə dəfə istifadə zamanı isə psixi və fiziki asılılıq yaradır. Narkomaniya xəstəlik
kimi sistematik narkotik vasitələrdən istifadə zamanı sayılır; və psixi pozuntular və
asılı-
lıqnan ifadə olunur. Güclü psixi asılılığı hər bir narkotik maddə yarada bilir, fiziki
asılılığı isə çoxu. Məsələn, tiryək qrupuna aid maddələr fiziki asılılığı yaradır.
Amma kannabiodlər ailəsinə aid olan marixuana maddəsi fiziki asılılığı yalniz 5-
10 il mütəmadi istifadədən sonra yaranır.
Psixoaktiv toksik maddələr eyni xüsusiyyətlərə malik olan maddələrdir. Həzzi
yaradan və asılılığı yarada biləcək bu qrup psixoaktiv maddələr rəsmi siyahıya aid
olmasalarda, lakin psixikaya təsiri artıq tıstiq olunub.
Narkotik və ya toksik maddələrdən istifadə fiziki asılılıq yaranmadan
narkomaniya və ya toksikomaniya sayılmır. Belə vəziyyətləri, əsasən, narkotizm və
ya toksikomanik davranış, epizodik sui-istifadə adlandırırlar. Son zamanlar
“addiktiv davranış” dəbə düşüb ki, belə problemlər daha çox pedaqoji müdaxilə
tələb edir, nəyinki tibii və psixoterapevtik.
11
А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971. 287-290 с.
17
Psixi asılılıq daha çox artan yenidən PAM-dən istifadə tələb edir. İstifadə ehtirası
o qədər güclü olurki, hansı yol olursa olsun, maddədən istifadə mütləq olmalıdır.
İstifadədən baş qaçırma insanda narahatçılıq və güclü istifadə arzusu yaradır. Bəzən
bu arzunu obsessiv və ya sarışan bir niyyət kimi adlandırırlar. Xarici göstəricilərdən
biri də, başqa narkotik maddələrdən istifadə edən insanlarla ünsiyyətə can atmaqdır.
Real, individual asılılıqdan qrup şəklində olan psixi asılılığı ayırmaq lazımdır.
Əsasən, bu davranış addiktiv adlanır və əsasən, müəyyən bir qrupun bir yerdə
yığışan zamanlar baş verir. Meyl o zaman yaranırki, “öz kampaniya” bir yerdə
yığılır. Əgər yığıncaq olmursa meyl yaranmır.
12
Fiziki asılılıq yalnız o zaman yaranır ki, insanın həyati fəaliyyəti normal yerinə
yetirilsin. İstifadəni dayandırma abstinent sindromun yaranması ilə müşahidə
olunur. Abstinent sindrom yalnız psixi pozuntular deyil, həmdə somatik və nevroloji
patologiyaynan ifadə olunur. Abstinent sindrom narkotik maddədən istifadədən
sonra
yoxa çıxır. Abstinent sindrom zamanı yaranan sinptomlar sanki narkotikın qəbulu
zamanı yaranan simptomların antipotudur. Eyforiyanın yerinə depressiya, həzzin
yerinə narahatçılıq və təşviş, aktivliyin yerinə apatiya, miozun yerinə midriaz.
Somatik və nevroloji pozuntular psixi pozuntulardan daha çox rast gəlinir.
Kompulsiv meyl obsessivdən artıq istəyin qarşısı almağın mümkünsüzlüyü gözə
çarpır.
PAM qarşı tolerantlıq maddənin minimal dozası ilə müəyyənləşir ki, o dəyişiklik
və ya abstinent sindrom yaradır. Narkomaniya inkişaf elədikcə insanda
tolerantlıqda artır.
Polinarkomaniya və politoksikomaniya diaqnozu iki və daha artıq PAM istifadə
edən zaman və ondan asılılıq müəyyən olunur. Əgər alüdəçi insanda asılılıq bir
narkotik və bir qeyri-narkotik maddənən müşahidə olunursa belə asılığı ağırlaşmiş
narkomaniya adlandırmaq tələb olunur.
12
Дроздов А., Дроздова М. Полный справочник психотерапевта. М.: Эксмо, 2010, с.509-528
18
Tibbi təsnifat beynəlxalq xəstəliklər təsnifatında narkotik və psixoaktiv maddələr
sırasında aşağıdakıları qeyd edirlər:
1.
F11.– Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
2.
F12.– Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
3.
F13.– Sedativ və ya yuxu dərmanlarının qəbulundan yaranan psixi və
davranış pozuntuları
4.
F14.– Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları
5.
F15.– Digər stimulyatorların (kofein də daxil olmaqla) qəbulundan yaranan
psixi və davranış pozuntuları
6.
F16.– Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış
pozğunluqları
7.
F17.– Tütündən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları
8.
F18.– Uçucu həlledicilərin qəbulundan yaranan psixi və davranış pozuntuları
9.
F19.– Eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi və digər
psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları.
13
1.4. PAM-dən yaranan asılılığın sosial, psixoloji və tibbi-bioloji faktorları
Kimyəvi asılılıq termini öz tərkibinə bir neçə növ asılılığı daxil edir – alkoqolizm,
narkomaniya, toksikomaniya. Bütün bu maddələr bir sözlə əvəz oluna bilər –
psixoaktiv maddələr (PAM).
Narkologiya və addiktologiya sahələrində 3 qrup faktorlar ayırırlarki, onlar
cəmiyəttə kimyəvi asılılığın artmasında rol oynayırlar. Bunlar sosial, psixoloji,
tibbi-bioloji faktorlardı.
1.Sosial faktorlar.
Ən çox alkoqolizm aztəminatlı ailələrdə yayılıb. Lakin, maddı rifahın artmasıda
alkoqolizasiyaya səbəb ola bilər. Urbanizasiya problemi alkoqol və narkotik
13
XBT-10, Ümumdünya səhiyyə təşkilatı, Cenevrə, 2012. s. 224-227
19
maddələrin yayılmasına çox böyük kömək göstərir. “Həyat tərzi”, alkoqol və
narkotik istifadəsində dəb- belə anlayışlar gənc insanların gələcək həyatlarını sual
altında buraxırlar. Lakin, hal –hazırda bəzi milli xüsusiyyətlər varki, narkotik və
içkini qadağa qoymaqla böyük dəyişikliyə nail olublar. Alkoqolizasiyada öz
xüsusiyyətlərinə malikdir. Şimali alkoqolizasiyada (Rusiya, Skandinaviya,
İrlandiya)-
əsasən araq və pivəyə üstünlük verilir. Cənubi alkoqolizasiyada isə (İtaliya, Fransa,
İspaniya) üstünlük çaxıra verilir. Bəzi ölkələrdə fiziolji baxımdan fermentlrin
ifrazatı zəif olanda alkqolizasiyaya daha tez uğrayırlar. Məsələn: şimal ölkələri,
amerikan qəbilələr. Bəzi ölkələrdə isə, narkotik maddələrdən və içkidən istifadə
artıq bir ənənə formasını alıb və alkoqolizasiya çox naddir halda baş verir. Məsələn:
Marixuana Orta Asiyada, Koka – Latın Amerikada.
Bütün bu faktorlar addiktologiyada obyektiv yanaşmaya malik olmasına vadar
edirlər. Yanı milli xüsusiyyətləri, zövqləri, mədəniyyəti gözə almadan alkoqol və
narkotik asılılığı müalicə etmək olmaz.
PAM uşaqlar və gənclər arasında yayılmasında əsas rolu informasiya mənbələri
oynayır. Bunlardan: bədii və dokumental filmlər, verilişlər, qəzet və jurnal
məqalələri, böyüklərlə söhbətlər, gənclərin bu haqqda biliklərini bir-biri ilə
bölüşməsi. Müxtəlif mənbələr müxtəlif təsir göstərir uşaqlara. 10-12 yaşlı
narkomanlar kinoların təsiri altında “narkomanlar”ı oynayırlar, 13-17 yaşlı
uşaqlarda isə narkomaniyaya prestij kimi baxırlar. Narkomaniya və alkoqolizma
maraq maraqlı məqaləni oxuduqdan sonrada yarana bilər. Bəzən, qeyri-peşakarlar
tərəfindən profilaktika məqsədi ilə aparılan kəskin mənəvi “olmaz” və ya
qorxutmaqla aparılan tədbirlər bir nəticə vermir. Böyük və kiçiklər arasında fikir
ayrımı sonuncularda marağa səbəb olurki, bu da yaxşı nəticələnmir. Bəzən
yeniyetmələrin
əllərinə səhv məlumatlar düşürki, bu da, uşaqlarda
dezinformasiayaya gətirir.
Yaxın ətraf həmişə ən böyük təsir göstərir- əsasəndə ailə. 10 yaşına qədər olan
50% uşaq və 15 yaşına qədər olan 90% yeniyetmələr ilk dəfə alkoqolu yaxınlarının
təsiri altında alkoqol qəbul dirlər.
20
Valideyn alkoqolik və ya narkoman olan ailələrdə yüksək ehatimalnan uşaqlar
riski qrupuna daxil olur. Natamam ailə, atasızlıq xarici və sovet alimləri tərəfindən
təsdiq olunub ki, narkotizasiyaya və delinkvent davranışa gətirib çıxarır. Lakin,
normal ailələrdən olan uşaqlar belə PAM dan istifadəyə maraq göstərir. İş təkcə
ailəlin bütöv olub, olmamağında deyil, burada ən böyük təsir tərbiyədən asılıdır.
Deformasiyaya uğramış və dağılan (daima konfliktl yaşanan) ailələrdən daha çox
PAM-dan istifadə edən inaslar çıxır.
Asosial ailələrdə, hansılardaki uşaqlara qarşı olan emosional və fiziki təcavüz və
işgəncələr, daha çox psixoaktiv maddələrə maraq olur. Belə uşaqlar çox vaxtlarını
həyətdə keçirirlər, onlarda qrupplaşmalar yaranır və “vor zakon” adlı bir anlayış
onların həyat tərzinə çevirilir. Onlar arasında ən böyük əyləncə beyin
dumanlandıran maddələrdən istifadədi. Giperproteksiya anlayışıda burada böyük rol
oynayır. Uşaqlıqdan “bunu eləmə, bu pisdi, o yaxşıdı” kimi anlayışlar, hər
problemlərini onun yerinə həll etmək, ona nəzarət etmək və s. həddidən ziyadə
qayğı uşaqlarda artıq ifrat iyrənmə yaradır və onlar deviant davranışa maraq
göstərirlər.
Narkotikdan istifadəyə səbəb olan əsas faktorlardan biridə valideynərin uçaqları
emosional uzaqlaşdımasıdır (əsasəndə ananın). Yeniyetmə görür ki, valideynlərin öz
həyatı var, onların uşağa vaxtları yoxdur və uşaq o valideynlərə problem yaradır.
Emosional istiliksiz, sevgisiz, qayğısız qalmış uşaqda özünü qiymətləndirmə
enir, normal “Mən” patoloji tərəfə yönəlir, motivasion sfera pozulur və PAM-dan
istifadə bir müdafiə mexanizmləri kimi çıxış edir.
Kütləvi mədəniyyət narkotizasiyaya səbəb ola bilər. Hippi hərəkatında kütləvi
olaraq marixuana istifadəsi buna bir örnəkdir.
1.
Psixoloji faktorlar. Asıılığın yaranmasına səbəbi olan risk faktorlarından
biridə içki içməyə itələyən motivlərdir. Onlar insanda individual olaraq formalaşır.
Onlarıç sırasına ətrafa adaptasiya olamamaq problemi, ətrafla konfikt,
məmnunsuzluq, yorğunluq, utancaqlıq, frustrasiya, psixoloji diskomfort hissi. Risk
faktorları sırasında həmdə yeniyetmələrin davranış reaksiyaları vardırki, bunlara
aiddilər: emansipasiya hissi, özyaşıdları ilə qruplaşmalar, maraqlar (xobbi),
21
imitasiya, seksual maraqlar. Narkotizasiyaya səbəb olan əsas psixoloji faktor kimi
“maraq” çıxış edir. “Maraq” anlayışını ilk dəfə psixoloji tədqiqatda Tsukerman
aparmışdı. Tədqiqatın nəticələrinə görə Tsukerman testində yüksək göstəricilər
göstərən yeniyetmələr narkotik və alkoqolla eksperimentlərə hazır olurlar. Əsas
məqsəd isə öz oyanıqlığını dahada yüksəltməkdir və müxtəlif duyğular almaqdır.
Bəzi psixoloqların fikrincə, yeniyetmələrdə narkotizasiya ilə şərtlənən deviant
davranış yeni hisslər axtarışı ilə səbəblənir. Belə yeniyetmələrdə tələbatların
ödənməməsi baş verir, emosional sferada pozuntular, gərginlik, impulsivlik.
Alkoqolun istifadəsi motivləri: insanlarda alkoqolu istifadənin bir neçə müxtəlif
səbəb və motivləri olur.
1.
Gedonistik. Həzz alma hissi ilə bağlı olan içki qəbulu. Bəzi fikirlər insanın
bütün günü beyinində fırlanır: “Niyə mən özümə içki ilə baöılı qadağa
qoymalıyam?!” , “Axı həyat bir dəfə verilir, mən həzzlə yaşamaq istəyirəm”, “Həzz
olmasa, niyə yaşayım ki? Üç günlük dünyadı, ye, iç, kef elə”.
2.
Ataraktik motiv və səbəblər. Spirtli içki affektləri azaldmaq üçün qəbul edilir,
emosional gərginliyi, təşvişi, özündən əminliyi aradan qaldırmaq üçün qəbul edilir.
“Mən pis fikirlərdən, özümə inamsızlıqdan uzaqlaşmaq üçün içkini qəbul elədim”-
bu sözlər xəstədə çox rast gəlinir.
3.
Submissiv səbəblər. Alkoqoldan istifadə yüksək tabeliliklə bağlıdır.
Ətrafdakılara “yox” deyə bilməməklə səbəblənir. “Mən hamı kimi içirəm, onlardan
fərqlənmək istəmirəm”.
4.
Davranışın giperaktivasiyası ilə. Alkoqol doping kimi qəbul edilir. Ümumi
tonusu, aktivliyi qaldırmaq üçün istifadə olunur. Bəzən iş fəaliyyətində zəif olan
insanlar içkini qəbul edərək daha gümrahlığı özlərinə təmin edirlər. “Yorulanda
istifdə edirəm, yorğunnuğum çıxsın diyə.”
5.
Psevdokultular motiv və səbəblər. Alkoqol ətrafı özünə cəlb etmək üçün
istifadə olunur. Belə insanlar özlərini qurman hesab edirlər.
22
6.
Tradision – içkilər bayram zamanı qəbul edilir və sonralar artıq vərdiş
formasında davam edir.
14
Alkoqolizmdə psixoloji müdafiə mexanizmləri vardır. Sistematik və ya vaxtaşırı
alkoqoldan istifadə edənlərin hamısı onlarda problem olduğunu təksib edirlər. İnkar
edən emosional affektiv komponent psixoloji müdafiə mexanizmi tərəfindən idarə
edilir və anozognoziya – yani xəstəliyi və simptomları inkar etmə yaradır. Müdafiə
mexanizmləri alkoqolizm xəstəliyinin inkaşaf etdikcə əlamətlərini dəyişir və
xəsətəyə daha uyğun formada emosional vəziyyətini təmin edir. Şüuraltı formada
yarandığına görə müdafiə mexanizmləri bəzən xəstədə əminliklə öz dediyinə
inanmağa gətirib çıxarır. Problem sadəcə qəbul edilmir. Alkoqolun qəbulunu artıq
inkar etməyə mümkün olmadığında xəstədə fikir (aksent) dəyişikliyi baş verir. Xəstə
qəbul etdiyi içki miqdarını başlayır gizlətməyə. Öz maraqlarına uyğun vəziyyətlər
uydururlar, ətrafdakıları aldadırlar. Özlərinə bəraət qazanmaqla problem uydururlar.
Motiv şüuraltı formada psevdo-motivlə əvəzlənir. Alkoqol eksseslər yaradacaq
yalançı misallar gətirirlər. Psevdoanlatan sistem yaranır – alibi misalları həmişə
hazırdır.
15
Universal “başasalan sistemin” yaranması ikinci mərhələyə təsadüf edir. Xəstə öz
al-koqolizasiyasına bəraəti “hamı içir, məndə onlarla”, “sərxoşluq – indiki həyatda
normaldır”. Üçüncü mərhələdə şəxsiyyətin deqradasiyası inkişaf etdikcə, qiymətdən
salma yaranır- sərxoşluğun pis komponentləri xəstənin gözündə itir.
2.
Tibbi – bioloji faktorlar.
İrsiyyətin kimyəvi asılılıqda oynadığı rol hal-hazırda şübhə doğurtmur.
Alkoqolikın uşağının alkoqola olan meyli 7-15 dəfə daha artıqdır ki, burada artıq
faktlar göz qarşısındadı. İrsiyyətin nə qədər təsiri göstədiyini lonqetud tədqiqatlar
göstərdi. Tədqiqatda alkoqolik ailəsində doğulmuş, lakin normal ailəyə tərbiyəyə
verilmiş və qeyri-doğma bacı-qardaşla eyni vəziyyətdə tərbiyələnən uşaqlar iştirak
14
Егоров А. Ю. Возрастная наркология. М.: Институт общегуманитарных исследований, 2002. — с.
272 (Серия: «Лечение зависимостей»)
15
А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971.с.287-296
23
etdilər. Tədqiqatlar göstərdiki, alkoqolik ailəsində doğulan insanlarda PAM-dan
asılılığın yaranma riski 25 dəfə daha çoxdu.
Növbəti tədqiqatlar əkizlər arasında aparılıbki, burada tək yumurtalı əkizlərdə
ayrı yumurtalı əkizlərdən 2-2,5 dəfə daha çox risk siyahısındadılar.
Narkomaniyaya yönəliş daha çox kişi xəttində görsənir. Narkomanların uşaqları
arasında daha çox aqressivlik, depressivlik, emosionallıq və s. xüsusiyyətlər
müşahidə olunur. Qadınların hamiləlik zamanı narkotikdan istifadə etməsi uşağın
artıq formalaşmış narkotik asılılıqla dünyaya gəlir.
Alkoqolizmin yaranma səbəbləri sırasında nevroloji və psixi pozuntular da varki,
burada beyində natamam inkişaf gedir (məsələn, kəllə-beyin travmasının nəticəsi,
epilepsiya) və ya şəxsiyyət pozuntuları (psixopatiyalar).
16
Dostları ilə paylaş: |