İOÖ-də şəhər əhalisinin artım sürəti əhalinin artımından. Bu həm təbii artımın yüksək səviyyəsi, həm kəndlərdən şəhərlərə gedənlərin sayının artması ilə əlaqədardır. Bu halda şəhər iqtisadiyyatının yüksəlməsinə görə şəhərlilər artır. Odur ki, onlar işlə və digər sosial tələbatla təmin oluna bilmirlər. Nəticədə şəhəhrlilərin payı artsada iqtisadi həyatda onların payı heç də artmır. Buna Yalançı Urbanizasiya deyirlər. Buna görədə bəzi İOÖ-də urbanizasiyanın səviyyəsinin yüksək olması o ölkələrin inkişaf göstəricisi ola bilməz. Yalançı urbanizasiyanın mövcüd olduğu şəhərlərdə “yoxsulluq zonaları” yaranır. Belə yerlərə Braziliyada“favel”,Afrikada“bidonvil”, Türkiyədə isə “Gecəqondu” deyirlər.
İOÖ-də urbanizasiyanın artmasına baxmayaraq burada urbanizasiya ümumdünya göstəricisindən aşağıdır. Latın Amerikasında isə urbanizasiya “yalançı urbanizasiya” hesabına yüksəlir. Afrikada urbanizasiyanın səviyyəsi 30%, Asiyada isə 27%-dir. İOÖ-də Urbanizasiyanın səciyyəvi vəhəti əhalinin sayca az olan iri şəhərlər ətrafına toplanmasıdır.
Urbanizasiyanın idarə olunması hazırda mühüm məsələdir. İşsizlərin və aşağı əmək haqqı alan fəhlə və qulluqçuların şəhərlərdə toplanması sosial ziddiyətlər yaradır. İri şəhərlərdə ictimai nəqliyyat və ətraf mühitlə bağlı problemlər yaranır. Dünyanın quru hissəsinin 1%-i tutan şəhərlərdə dünya əhalisinin yarısı – 3 mlrd insan yaşayır.
Şəhərlər böyük, iri və milyonçu şəhərlərə bölünür. 1900-cu ildə 10, hazırda isə 400-dən çox milyonçu şəhər vardır. Milyonçu şəhərlərin sayına görə Çin, ABŞ, Hindistan və Rusiya fərqlənir. Dünyanın ən iri şəhərləri Mexiko, Tokyo, Nyu-York, Los-Angeles, London, Paris, İstanbul, Karaçı, Mumbay, Pekin, Sao Paulo, Şanxay kimi şəhərlər fərqlənir. İri şəhərlər sisteminə daxil olan və yığcam ərazidə birləşən iri şəhərlər sistemi aqlomerasiya adlanır. İEÖ-də, Latın Amerikasında, Hindistanda və Çində çoxmilyonlu aqlomerasiyalar formalaşıb. Hətta Bakını da aqlomerasiya hesab etmək olar.
Urbanizasiya prosesinin ən yüksək mərhələsi aqlomerasiyavə şəhərlərin birləşməsi olan meqalapolislərdir. Meqalopolis yunan sözüdür mənası Meqa – nəhəng, Polis – şəhər deməkdir. İlk dəfə Amerikan alimi Lewis Mumford özünün 1938-də çap etdirdiyi “The culture of cities” kitabında meqalopolis sözünü istifadə etmişdir. Bəzi böyük şəhərlər və aqlomerasiyalar bir-birinə yaxın yerləşdiyi üçün böyüyərək bir-birinə yaxınlaşırlar və Meqalopolis yaradırlar. Dünyada ilk meqalopolislər Amerikada yaranmışdır. Buna səbəb şəhərlər arasında nəqliyyat əlaqələrinin inkişaf etməsi idi. Sonradan bu meqalopolislər Avropaya yayıldı. Ama Hazırda daha çox meqalopolis Asiyada Mövcüddur. Dünyada çox sayda meqalopolislər vardır. Meqalopolisləri çox zaman “dərininə urbanizasiya”da adlandırılar.Dünyada ən böyük meqalopolislər aşağıdakılardır: