AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

dövriyyəsi 
 
273-1.1. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi bu Məcəllənin 
271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi olan qurğuların və 
ya  kompyuter  proqramlarının  istehsalı,  həmin  cinayətlərin  törədilməsi  məqsədi  ilə 
idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı, yayılması və ya əldə edilməsinə 
digər formalarda şərait yaradılması, əhəmiyyətli zərər vurduqda – 
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

273-1.2.  Kompyuter  parollarının,  giriş  kodlarının  və  ya  kompyuter  sisteminə, 
yaxud onun hər  hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan  verən digər 
analoji  məlumatların  bu  Məcəllənin  271—273-cü  maddələrində  nəzərdə  tutulmuş 
cinayətlərin  törədilməsi  məqsədilə  istehsalı,  saxlanılması  və  ya  istifadə  üçün  əldə 
olunması, əhəmiyyətli zərər vurduqda –  
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
273-1.3.  Kompyuter  parollarının,  giriş  kodlarının  və  ya  kompyuter  sisteminə, 
yaxud onun hər  hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan  verən digər 
analoji  məlumatların  bu  Məcəllənin  271—273-cü  maddələrində  nəzərdə  tutulmuş 
cinayətlərin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə digər 
formalarda şərait yaradılması –  
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
273-1.4. Bu Məcəllənin 273-1.1-273-1.3-cü maddələrində nəzərdə tutulmuş əməllər: 
273-1.4.1. təkrar törədildikdə; 
273-1.4.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar 
birlik (təşkilat) tərəfindən törədildikdə; 
273-1.4.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə – 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  üç  min  manatdan  dörd  min  manatadək  miqdarda 
cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
M a d d ə  273-2. Kompyuter məlumatlarının saxtalaşdırılması 
 
Saxtalaşdırılmış 
kompyuter 
məlumatlarını 
autentik 
(həqiqi) 
kompyuter 
məlumatları  kimi  qələmə  vermək  və  ya  istifadə  etmək  məqsədilə  kompyuter 
məlumatlarını  müvafiq  hüquq  olmadan  qəsdən  daxil  etmə,  dəyişdirmə,  silmə  və  ya 
bloklama,  bu  əməllər  ilkin  kompyuter  məlumatlarının  autentikliyinin  (həqiqiliyinin) 
pozulmasına səbəb olduqda –  
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə min manatdan üç min manatadək miqdarda cərimə və 
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
ON BIRINCI BÖLMƏ 
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
31-ci fəsil 

DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ 
TƏHLÜKƏSİZLİYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   2 7 4 .  Dövlətə xəyanət 
Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət 
təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı 
tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə 
vermə,  Azərbaycan  Respublikasına  qarşı  düşmənçilik  fəaliyyəti  aparmaqda  xarici  dövlətə, 
təşkilata və ya onların nümayəndələrinə kömək etmə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  on  iki  ildən  iyirmi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Bu  maddədə,  habelə  bu  Məcəllənin  276-cı  maddəsində  nəzərdə  tutulmuş  cinayətlərin  törədilməsi  üçün 
xarici  ölkələrin  xüsusi  xidmət  orqanları  tərəfindən  cəlb  edilmiş  şəxs  aldığı  cinayət  tapşırığının  icrası  üzrə  heç  bir 
fəaliyyət  göstərməmişsə  və  dövlət  hakimiyyət  orqanlarına  könüllü  surətdə  və  vaxtında  məlumat  vermişsə  və  ya 
Azərbaycan  Respublikasının  mənafelərinə  ziyan  vurulmasının  qarşısının  alınmasına  sair  formada  kömək  etmişsə, 
əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. 
 M a d d ə   2 7 5 .   Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrindən  və  Azərbaycan 
Respublikası  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  silahlı  birləşmələrdən  Azərbaycan 
xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə 
275.1.  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrindən  və  Azərbaycan  Respublikası 
qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  silahlı  birləşmələrdən  Azərbaycan  xalqına  və 
konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə— 
yeddi ildən on iki müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 445
 
275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
on  iki  ildən  iyirmi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 7 6 .  Casusluq 
Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə 
vermə,  yaxud  vermək  məqsədilə  oğurlama,  toplama  və  ya  saxlama,  habelə  xarici  ölkələrin 
xüsusi  xidmət  orqanlarının  tapşırığı  ilə  Azərbaycan  Respublikasının  təhlükəsizliyi  zərərinə 
olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, 
əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
 446
 
 M a d d ə   2 7 7 .  Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror 
aktı)
447
 
Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya 
siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına 
sui-qəsd etmə (terror aktı)— 
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 7 8 .  Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama 

Azərbaycan  Respublikasının  Konstitusiyasına  zidd  olaraq  hakimiyyətin  zorla  ələ 
keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin  konstitusiya 
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər— 
on  iki  ildən  iyirmi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü surətdə 
və  vaxtında  məlumat  vermiş  və  ya  Azərbaycan  Respublikasının  mənafelərinə  ziyan  vurulmasının  qarşısının 
alınmasına  sair  formada  kömək  etmiş  şəxs,  əgər  törətdiyi  cinayət  ilə  əhəmiyyətli  zərər  vurmamışsa  və  onun 
hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. 
 M a d d ə   2 7 9 .   Qanunvericiliklə  nəzərdə  tutulmayan  silahlı  birləşmələri  və  ya 
qrupları yaratma 
279.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmayan  silahlı 
birləşmələr  və  ya  qruplar  yaratma,  eləcə  də  onların  yaradılmasında  və  fəaliyyətində  iştirak 
etmə,  onları  silahla,  döyüş  sursatı  ilə,  partlayıcı  maddələrlə,  hərbi  texnika  ilə,  yaxud  əsgəri 
ləvazimatla təchiz etmə— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
279.2.  Bu  Məcəllənin  279.1-ci  maddəsində  nəzərdə  tutulan  birləşmələrin  və  ya  qrupların 
tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
279.3.  Bu  Məcəllənin  279.2-ci  maddəsində  nəzərdə  tutulan  əməllər  adamların  həlak 
olmasına və ya digər ağır nəticələrə səbəb olduqda— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  on  iki  ildən  iyirmi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 448
 
 M a d d ə   2 8 0 .  Silahlı qiyam 
Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan 
Respublikasının  ərazi  bütövlüyünü  parçalamaq  məqsədilə  silahlı  qiyam  təşkil  etmə  və  ya 
qiyamda fəal iştirak etmə— 
on  iki  ildən  iyirmi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 8 1 .  Dövlət əleyhinə yönələn açıq çağırışlar 
281.1.  Hakimiyyətin  zorla  ələ  keçirilməsinə,  zorla  saxlanılmasına  və  ya  Azərbaycan 
Respublikasının  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  və  ya  ərazi  bütövlüyünün 
parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
281.3.  Bu  Məcəllənin  281.1  və  281.2-ci  maddələri  ilə  nəzərdə  tutulmuş  əməllər  xarici 
təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 8 2 .  Təxribat 

282.1.  Azərbaycan  Respublikasının  müdafiə  qabiliyyətini  və  iqtisadi  təhlükəsizliyini 
zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin 
həyat  təminatı  obyektlərinin  dağıdılmasına,  yaxud  zədələnməsinə  yönəldilən  partlayışlar, 
yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya 
insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 8 3 .  Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması 
449
 
283.1.  Milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına,  milli  ləyaqətin 
alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların 
hüquqlarının  məhdudlaşdırılmasına  və  ya  üstünlüklərinin  müəyyən  edilməsinə  yönələn 
hərəkətlər,  aşkar  surətdə,  o  cümlədən  kütləvi  informasiya  vasitələrindən  istifadə  olunmaqla 
törədildikdə—
450
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
451
 
283.2. Eyni əməllər: 
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə; 
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
Maddə  283-1.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  silahlı 
münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma
452
 
283-1.1. 
Azərbaycan 
Respublikası 
vətəndaşlarını 
və 
ya 
Azərbaycan 
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, 
dini  ayinlərin  icrası  adı  altında,  yaxud  dini  düşmənçilik  zəminində  Azərbaycan 
Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud 
bu  məqsədlə  döyüş  təlimləri  keçirmə,  yaxud  həmin  məqsədlə  fəaliyyət  göstərən  sabit 
qrup yaratma və ya belə qrupa rəhbərlik etmə – 
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
283-1.2. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə - 
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
283-1.3.  Bu  Məcəllənin  283-1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  qruplarda, 
təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə – 
yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
283-1.4.  Bu  Məcəllənin  283-1.1  –  283-1.3-cü  maddələrində  nəzərdə  tutulan 
hərəkətlərin  törədilməsinə  açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu  materiallar 
yayma - 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Bu  Məcəllənin  283-1.1  –  283-1.3-cü  maddələrində  nəzərdə  tutulan  əməli  törətmiş  şəxs 
hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan 

əməllərin  qarşısının  alınmasına  yardım  etdikdə  və  onun  əməlində  başqa  cinayətin  tərkibi  olmadıqda, 
cinayət məsuliyyətindən azad edilir. 
 
M a d d ə   2 8 4 .  Dövlət sirrini yayma 
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya  xidməti vəzifəsinə  və yaxud işinə görə ona 
məlum  olan  dövlət  sirrini  təşkil  edən  məlumatların  yayılması,  dövlətə  xəyanət  əlamətləri 
olmadıqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ildən  altı  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
453
 
284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
beş  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  dörd  ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
 454
 
Maddə 284-1. Dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi
455
 
Dövlət  sirri  təşkil  edən  məlumatların,  məzmununda  dövlət  sirri  olan  sənədlərin, 
habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların zor tətbiq etmək hədəsi ilə və 
ya  zor  tətbiq  etməklə,  hədə-qorxu  və  ya  digər  məcburetmə  vasitələri  ilə,  talama, 
aldatma yolu ilə, yaxud məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş 
xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə qanunsuz əldə edilməsi, dövlətə 
xəyanət və ya casusluq əlamətləri olmadıqda – 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 8 5 .  Məzmununda dövlət sirri olan sənədləri itirmə 
Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan 
əşyaların,  etibar  olunan  şəxs  tərəfindən  göstərilən  sənədlərlə  və  ya  əşyalarla  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  davranış  qaydalarının  pozulması 
nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  beş  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
32-ci fəsil 
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   2 8 6 .   Ədalət  mühakiməsinin,  ibtidai  istintaqın  həyata  keçirilməsinə  mane 
olma 
286.1.  Ədalət  mühakiməsinin  həyata  keçirilməsinə  mane  olma  məqsədilə  məhkəmə 
fəaliyyətinə hər hansı formada müdaxilə etmə— 
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
456
 
286.2.  İşin  obyektiv,  tam  və  hərtərəfli  aparılmasına  mane  olmaq  məqsədilə  prokurorun, 
müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə— 

iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  yüz  saatdan  dörd  yüz 
səksən  saatadək  ictimai  işlər  və  ya  altı  ayadək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
457
 
286.3.  Bu  Məcəllənin  286.1  və  286.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  şəxs 
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
beş  yüz  manatdan  səkkiz  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
458
 
M a d d ə   2 8 7 .   Ədalət  mühakiməsini  və  ya  ibtidai  istintaqı  həyata  keçirən  şəxsin 
həyatına qəsd etmə 
İşin  və  ya  müvafiq  materialların  məhkəmədə  baxılması  və  ya  ibtidai  istintaqın  aparılması 
yaxud  hökmün  və  ya  digər  məhkəmə  qərarlarının  icrası  ilə  əlaqədar  qanuni  fəaliyyətlərinə 
mane  olma  və  ya  belə  fəaliyyətdən  qisas  almaq  məqsədilə  hakimin,  andlı  iclasçıların,  habelə 
prokurorun,  müstəntiqin,  təhqiqatçının,  müdafiəçinin,  ekspertin,  icra  məmurunun,  eləcə  də 
onların yaxın qohumlarının həyatına qəsd etmə—
459
 
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 8 8 .   Ədalət  mühakiməsinin  və  ya  ibtidai  istintaqın  həyata  keçirilməsi  ilə 
əlaqədar hədələmə və ya zor tətbiq etmə 
288.1.  İşin  və  ya  müvafiq  materialların  məhkəmədə  baxılması  ilə  əlaqədar  hakimi,  habelə 
onun  yaxın  qohumlarını  öldürməklə,  onların  sağlamlıqlarına  zərər  vurmaqla,  əmlakını  məhv 
etməklə və ya əmlakını zədələməklə hədələmə—
460
 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
461
 
288.2.  Eyni  əməllər  işin  və  ya  müvafiq  materialların  məhkəmədə  baxılması  və  ya  ibtidai 
istintaqın aparılması, hökmün yaxud digər məhkəmə qərarlarının icrası ilə əlaqədar prokuror, 
müstəntiq  və  ya  təhqiqatçı,  müdafiəçi,  ekspert,  icra  məmuru,  habelə  onların  yaxın  qohumları 
barəsində törədildikdə—
462
 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
463
 
288.3. Bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və 
ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
288.4. Bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və 
ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   2 8 9 .  Məhkəməyə hörmətsizlik etmə 
289.1. Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə— 
üç yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai 
işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
464
 
289.2. Eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə—
465
 
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
466
 

 M a d d ə   2 9 0 .  Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə 
290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
290.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə 
bağlı törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 9 1 .  Qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə 
Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən cinayətin törədilməsində şübhə edilən və ya 
təqsirləndirilən şəxsi qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 9 2 .  Qanunsuz olaraq tutma, həbs yerində alma və ya həbsdə saxlama
467
 
292.1. Bilə-bilə qanunsuz tutma— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
292.2. Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama—
468
 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
292.2-1. Bilə-bilə qanunsuz həbs yerində saxlama —
469
 
dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
292.3.  Bu  Məcəllənin  292.1-ci,  292.2-ci  və  ya  292.2-1-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər ağır nəticələrə səbəb olduqda—
470
 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 9 3 .  
İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud 
ləyaqəti alçaldan rəftar və ya cəza
471
 
293.1.  Xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar  dövlət  orqanının  vəzifəli 
şəxsi  və  ya  bu  qisimdə  çıxış  edən  digər  şəxs  tərəfindən,  yaxud  onun  təhriki  və  ya 
razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxsi qəddar, qeyri-
insani,  yaxud  ləyaqəti  alçaldan  rəftara  və  ya  cəzaya  məruz  qoyma,  həmin  əməldə  bu 
Məcəllənin  293.2-ci  maddəsində  nəzərdə  tutulmuş  işgəncə  əməlinin  əlamətləri 
olmadıqda –  
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
293.2.  Xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar  dövlət  orqanının  vəzifəli 
şəxsi  və  ya  bu  qisimdə  çıxış  edən  digər  şəxs  tərəfindən,  yaxud  onun  təhriki  və  ya 
razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə –  
 üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  üç  ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
293.3. Eyni əməllər sağlamlığa ağır və ya az ağır zərər vurmaqla törədildikdə – 

altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin