AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

qaydalarını pozma 
 
222.1.  Tikintinin  planlaşdırılması,  ona  rəhbərlik  edilməsi,  habelə  tikinti  obyektinin 
sökülməsi  və  ya  bu  obyektdə  yenidənqurmanın  aparılması  zamanı  işlərin,  eləcə  də  mədən 

işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və 
sağlamlığı üçün real təhlükə yaratdıqda - 
bir  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
222.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və  ya  az  ağır 
zərərin vurulmasına səbəb olduqda - 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır 
nəticələrə səbəb olduqda - 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  dörd  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
 
Maddə 222-1. Özbaşına tikinti işləri aparma 
 
222-1.1.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti 
orqanlarının  razılığını  almadan  özbaşına  bina  və  qurğular  tikmə,  mövcud  tikililərin 
konstruksiyasında  dəyişiklik  etmə,  habelə  bu  tikililərin  funksional  təyinatı  dəyişdirilməklə, 
onlarda  yenidən  planlaşdırma,  yenidənqurma  işlərini  aparma  insanların  həyat  və  sağlamlığı 
üçün real təhlükə yaratdıqda - 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 
222-1.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və  ya  az  ağır 
zərərin vurulmasına səbəb olduqda - 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ildən  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
222-1.3.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır 
nəticələrə səbəb olduqda - 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ildən  altı  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
358
 
 
M a d d ə   2 2 2 - 2 . Müvafiq  icazə  almadan  mühafizə  zonalarında  tikinti  və  ya 
quraşdırma işləri aparma  
359
 
   222-2.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 
müvafiq  icazə  almadan  magistral  boru  kəmərlərinin,  gərginliyi  1000  voltdan  çox  olan  elektrik 
şəbəkələrinin,  metropolitenin,  dəmir  yolu  qurğularının,  müdafiə  obyektlərinin,  su  təchizatı  və 
kanalizasiya  sistemlərinin  texniki  qurğularının,  neft  buruqlarının,  avtomobil  yollarının  və  ya 
suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma— 
   iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,
360
 
   222-2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda— 

   üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
361
 
   
Maddə 222-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti 
işlərinin  dayandırılması  barədə  dövlət  orqanlarının  qərarlarını  qərəzli 
olaraq İcra etməmə 
 
Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  aparılan  tikinti,  yenidən 
planlaşdırma,  yenidənqurma  və  mövcud  tikililərin  konstruksiyalarında  dəyişiklik  aparılması 
işlərinin  dayandırılması  barədə  müvafiq  dövlət  orqanlarının  qərarlarının  qərəzli  olaraq  icra 
etməmə - 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
362
 
 
 M a d d ə   2 2 3 .  Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma 
223.1.  Partlayış  təhlükəli  obyektlərdə  və  ya  partlayış  təhlükəli  sexlərdə  təhlükəsizlik 
qaydalarının  pozulması,  əgər  bu  əməl  insan  ölümünə  və  ya  digər  ağır  nəticələrə  səbəb  ola 
bilərdisə— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
363
 
223.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   2 2 4 .   Partlayıcı,  tez  alışan  maddələrin  və  ya  pirotexniki  məmulatın  uçotu, 
saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma 
Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması 
və istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları poçtla və baqajla 
qanunsuz olaraq göndərmə, həmin əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
Maddə  224-1.  İkili  təyinatlı  mallardan  (işlərdən,  xidmətlər-dən,  əqli  fəaliyyətin 
nəticələrindən) istifadə qaydalarını pozma 
364
 
Kütləvi  qırğın  silahlarının,  silahların,  hərbi  texnikanın  və  sursatların  yaradılmasında  və 
hazırlanmasında  istifadə  oluna  bilən  ikili  təyinatlı  mallardan  (işlərdən,  xidmətlərdən,  əqli 
fəaliyyətin  nəticələrindən)  sifariş  edilmiş  məqsədlər  üçün  istifadə  olunması  dövlətin  milli 
təhlükəsizliyi və maraqlarına zərər vurduqda — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddə 224-2. İxrac rejimini pozma 
365
 

İxrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin),  bu 
malların  ixracına  qadağan  və  ya  məhdudiyyət  qoyulmuş  dövlətlərə  və  son  istifadəçilərə  İxrac 
olunması — 
bir  ildən  iki  İlədək  müddətə  islah  İşləri  və  ya  üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya  iki  ildən  beş  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır. 
 M a d d ə   2 2 5 .  Yanğın təhlükəsizliyi qaydalarını pozma 
225.1.  Üzərinə  yanğın  təhlükəsizliyi  qaydalarına  riayət  edilməsi  vəzifəsi  qoyulmuş  şəxs 
tərəfindən  bu  qaydaların  pozulması,  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  az  ağır 
və ya ağır zərər vurulmasına səbəb olduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
366
 
225.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   2 2 6 .  Radioaktiv materiallarla qanunsuz davranma 
226.1. Radioaktiv materialları qanunsuz əldə etmə, saxlama, istifadə etmə, satma, başqasına 
vermə və ya dağıtma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
226.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 2 7 .  Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələb etmə 
227.1. Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələbə etmə— 
min  manatdan  dörd  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ildən  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
367
 
227.2. Eyni əməllər: 
227.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
227.2.2. təqsirkar tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
227.2.3. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmək hədəsi ilə törədildikdə— 
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
227.3. Bu Məcəllənin 227.1 və ya 227.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
227.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
227.3.2.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor  tətbiq 
etmək hədəsi ilə törədildikdə— 

əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.   
 
368
M a d d ə   2 2 8 .   Qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini,  döyüş 
sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və gəzdirmə
KM2
 
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov 
silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə 
etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
228.2. Eyni əməllər: 
228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
228.2.2. təkrar törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
228.3.  Bu  Məcəllənin  228.1  və  ya  228.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, 
satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə 
bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,—
 369
 
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və 
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət 
əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. 
 M a d d ə   2 2 9 .  Qanunsuz olaraq silah hazırlama 
229.1.  Qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini,  döyüş  sursatını,  partlayıcı 
maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
229.2. Eyni əməllər: 
229.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
229.2.2. təkrar törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
229.3.  Bu  Məcəllənin  229.1  və  ya  229.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
370
229.4.  Qanunsuz  olaraq  qaz  silahını,  soyuq  silahı,  o  cümlədən  soyuq  atıcı  silahı 
hazırlama— 
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və 
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət 
tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. 

 M a d d ə   2 3 0 .  Odlu silahı diqqətsiz saxlama 
Odlu  silahın  diqqətsiz  saxlanılması  ilə  yaranmış  şərait  nəticəsində  həmin  silahdan  başqa 
şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 3 1 .   Silahın,  döyüş  sursatının,  partlayıcı  maddələrin  və  qurğuların 
mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməmə 
Odlu  silahın,  döyüş  sursatının,  partlayıcı  maddələrin  və  qurğuların  mühafizəsi  tapşırılmış 
şəxs tərəfindən öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi, onların talanmasına və ya məhv 
edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 M a d d ə   2 3 2 .  Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama 
və ya hədə-qorxu ilə tələb etmə 
232.1.  Odlu  silahı,  onun  komplekt  hissələrini,  döyüş  sursatını,  partlayıcı  maddələri  və 
qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
232.2. Eyni əməllər: 
232.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
232.2.2. təkrar törədildikdə; 
232.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
232.2.4. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmək hədəsi ilə törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
232.3. Bu Məcəllənin 232.1 və ya 232.2-ci maddələrində nəzərdə tutulmuş əməllər; 
232.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
232.3.2.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor  tətbiq 
etmək hədəsi ilə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  altı  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
 M a d d ə   2 3 3 .  İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya 
bu cür hərəkətlərdə fəal iştirak etmə 
İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə 
tabe  olmamaqla  əlaqədar  olan,  yaxud  nəqliyyatın,  müəssisə,  idarə  və  təşkilatın  normal 
fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil 
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə— 

beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri  və  ya  eyni  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
371
   
Maddə 
233-1. 
Qanunla 
mülki 
dövriyyədə 
olmasına 
yol 
verilməyən  
(mülki  dövriyyədən  çıxarılmış)  əşyaları  qanunsuz  olaraq  hazırlama,  əldə  etmə,  saxlama, 
daşıma, gəzdirmə, başqasına vermə və ya satma
372
 
233-1.1.  Qanunla  mülki  dövriyyədə  olmasına  yol  verilməyən  (mülki  dövriyyədən 
çıxarılmış)  əşyaları  qanunsuz  olaraq  hazırlama,  əldə  etmə,  saxlama,  daşıma,  gəzdirmə, 
başqasına vermə və ya satma-  
əmlakı müsadirə edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
233-1.2. Eyni əməllər:  
233-1.2.1.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik tərəfindən törədildikdə;  
233-1.2.2. təkrar törədildikdə;  
233-1.2.3. ağır nəticələrə səbəb olduqda-  
əmlakı  müsadirə  edilməklə  beş  ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.  
Qeyd: qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalardan hər hansı 
birinin qanunsuz olaraq hazırlanması, əldə edilməsi, saxlanması, daşınması, gəzdirilməsi, başqasına verilməsi və ya 
satılmasına görə bu Məcəllənin digər maddələrində 
və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
 
məsuliyyət nəzərdə tutulduqda, həmin əmələ bu maddənin qüvvəsi şamil edilmir.
373
 
 
Maddə 233-2. Sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili  
 
Qanunvericiliklə 
sertifikatlaşdırılması 
tələb 
olunan 
rabitə 
vasitələrinin 
sertifikatlaşdırılmadan  satışının  təşkili  dövlətin  və  milli  təhlükəsizliyin  qanunla  qorunan 
mənafelərinə mühüm zərər vurduqda –  
min  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.
374
 
 
Maddə  233-3.  Əməliyyat-axtarış,  kəşfiyyat  və  əks-kəşfiyyat  tədbirlərinin  həyata 
keçirilməsi  üçün  rabitə  müəssisələrinin  vəzifəli  şəxsləri  tərəfindən  zəruri  şəraitin 
yaradılmaması 
 
Əməliyyat-axtarış,  kəşfiyyat  və  əks-kəşfiyyat  tədbirlərinin  həyata  keçirilməsi  üçün  rabitə 
müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması – 
 beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.
375
 
26-cı fəsil  

NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ 
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR
 
 M a d d ə   2 3 4 .  Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların 
prekursorlarını  hazırlama,  istehsal  etmə,  əldə  etmə,  saxlama,  daşıma,  göndərmə  və  ya 
satma
376
 
 
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri 
şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə 
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz 
olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
234.3.  Narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  qanunsuz  hazırlanmasında  və 
emalında  istifadə  etmək  məqsədi  ilə  prekursorları  hazırlama,  əldə  etmə,  saxlama,  göndərmə, 
daşıma və ya satma — 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  üç  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
234.4. Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 
234.4.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
234.4.2. təkrar törədildikdə; 
234.4.3. külli miqdarda törədildikdə— 
əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
234.5.  Narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  hazırlamaq  üçün  istifadə  edilən  və 
xüsusi  nəzarət  altında  olan  xammalın,  prekursorların,  alətlərin  və  ya  avadanlıqların,  habelə 
narkotik vasitələrin , psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, 
emalı,  saxlanması,  buraxılması,  satılması,  bölüşdürülməsi,  verilməsi,  daşınması,  göndərilməsi, 
əldə  edilməsi,  istifadə  edilməsi,  idxalı,  ixracı,  tranzit  nəql  edilməsi  və  ya  məhv  edilməsi 
qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması
377
— 
iki  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  beş  ilədək  müddətə  müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
378
 
Qeyd: 
1.  Narkotik  vasitələri,  psixotrop  maddələri  və  ya  onların  prekursorlarını  könüllü  surətdə  təhvil  verən  və  ya 
narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin 
açılmasında  və  ya  qarşısının  alınmasında,  bu  əməlləri  törətmiş  şəxslərin  aşkar  edilməsində,  cinayət  yolu  ilə  əldə 
edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.
379
 
2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq
 
miqdarı 
və digər miqdarları müvafiq qanunla müəyyən edilir.  
380
 

 M a d d ə   2 3 5 .  Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını 
talama və ya hədə-qorxu ilə tələb etmə
381
 
 
235.1.  Narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  talama  və  ya  hədə-qorxu  ilə  tələb 
etmə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
235.2.  Narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  qanunsuz  hazırlanmasında  və 
emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb etmə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  iki  ildən  beş  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
235.3. Bu Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
235.3.2. təkrar törədildikdə; 
235.3.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
235.3.4.  həyat  və  ya  sağlamlıq  üçün  təhlükəli  olmayan  zor  tətbiq  etməklə  və  ya  belə  zor 
tətbiq etmək hədəsi ilə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  altı  ildən  on  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
235.4. Bu Məcəllənin 235.1—235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər: 
235.4.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
235.4.2. külli miqdarda törədildikdə; 
235.4.3. həyat  və  ya  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor  tətbiq 
etmək hədəsi ilə törədildikdə; 
235.4.4.  əvvəllər  talama  və  ya  hədə-qorxu  ilə  tələb  etməyə  görə  iki  dəfə  və  ya  daha  çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
 M a d d ə   2 3 6 .   Narkotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  istehlakına  təhrik 
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin