AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

248
 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
182.3. Eyni əməllər: 
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə; 
182.3.4.  əvvəllər  talama  və  ya  hədə-qorxu  ilə  tələb  etməyə  görə  iki  dəfə  və  ya  daha  çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
 M a d d ə   1 8 3 .  Xüsusi dəyəri olan əşyaları talama 
183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan 
asılı olmayaraq talama— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  beş  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
183.2. Eyni əməllər: 
183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
183.2.2. təkrar törədildikdə; 

183.2.3.  bu  Məcəllənin  183.1-ci  maddəsində  göstərilən  əşyaların  və  ya  sənədlərin  məhv 
olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
 M a d d ə   1 8 4 .  Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma 
184.1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin 
əmlakına talama əlamətləri olmadan ziyan vurma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz 
səksən  saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
249
 
184.2. Eyni əməllər: 
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
184.2.2. təkrar törədildikdə; 
184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ildən  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
250
 
184.3. Eyni əməllər: 
184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
184.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma və ya etibardan 
sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox məhkum edilmiş 
şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.   
 M a d d ə   1 8 5 .   Talama  məqsədi  olmadan  qanunsuz  olaraq  avtomobil  və  ya  başqa 
nəqliyyat vasitəsi ələ keçirmə 
185.1.  Avtomobil  və  ya  başqa  nəqliyyat  vasitəsini  talama  məqsədi  olmadan  qanunsuz  ələ 
keçirmə (qaçırma)— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.2. Eyni əməllər: 
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
185.2.2. təkrar törədildikdə; 
185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi 
ilə törədildikdə; 
185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə; 

185.3.3.  həyat  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor  tətbiq  etmə  hədəsi  ilə 
törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 8 6 .  Əmlakı qəsdən məhv etmə və ya zədələmə 
186.1.  Özgənin  əmlakını  qəsdən  məhv  etmə  və  ya  zədələmə  zərərçəkmiş  şəxsə  xeyli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
251
 
186.2. Eyni əməllər: 
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 
186.2.2.  yandırmaqla,  partlatmaqla  və  ya  başqa  ümumi  təhlükəli  üsulla  törədildikdə  və  ya 
ağır nəticələrə səbəb olduqda— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   1 8 7 .  Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə 
187.1.  Özgənin  əmlakını  ehtiyatsızlıqdan  məhv  etmə  və  ya  zədələmə  zərərçəkmiş  şəxsə 
xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz 
səksən  saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
252
 
187.2.  Eyni  əməllər  odla  və  ya  başqa  yüksək  təhlükə  mənbəyi  ilə  ehtiyatsız  davranma 
üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
253
 
187.3.  Bu  Məcəllənin  187.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllər  ağır  nəticələrə  səbəb 
olduqda— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
Qeyd.  Bu  Məcəllənin  187.1—187.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməlləri  ilk  dəfə  törətmiş  şəxs  cinayət 
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.   
M a d d ə   1 8 8 .   Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma
 254
  
188.1.  Qanunla  müəyyən  edilmiş  mülkiyyət,  istifadə  və  ya  icarə  hüququ  olmadan  torpaq  sahəsini 
özbaşına  hasarlama,  becərmə  və  ya  dəyişdirmə,  yaxud  həmin  torpaq  sahəsini  başqa  üsullarla  özbaşına 
tutma – 
səkkiz  min  manatdan  on  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
188.2.  Qanunla  müəyyən  edilmiş  mülkiyyət,  istifadə  və  ya  icarə  hüququ  olmadan  torpaq  sahəsi 
üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
188.3.  Bu  Məcəllənin  188.1-ci  və  188.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  kənd  təsərrüfatı 
təyinatlı torpaqlara münasibətdə törədildikdə - 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər: 
188.4.1. təkrar törədildikdə; 

188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 8 9 .  Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma 
189.1.  Abonentə  məxsus  telefon  nömrəsinə  aid  olan  rabitə  xəttinə  qanunsuz  daxil  olmaqla 
danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  yüz  qırx  saatdan  üç  yüz 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
255
 
189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə 
cəzalandırılır.
256
 
 
189-1. Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması
257
 
 
189-1.1.  Təbii  qaz,  su  təchizatı,  elektrik  və  ya  istilik  şəbəkələrinə  qanunsuz  qoşulmaqla 
bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - 
258
 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah 
işləri ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
259
 
189-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə - 
 üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
260
 
189-1.3. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi 
olmayan  səlahiyyətli  nümayəndəsinin  işə  vicdansız  və  ya  laqeyd  münasibəti  nəticəsində 
xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən 
bu  Məcəllənin  189-1.1-189-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllərin  qarşısının 
alınmaması –
261
 
 üç  min  manatdan  dörd  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  iki  ildən  dörd  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
262
 
189-1.4. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi 
olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair 
şəxsi  marağı  üzündən  bu  Məcəllənin  189-1.1  və  189-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllərin qarşısını almaması - 
dörd  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  dörd  ildən  altı  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
263
 
Qeyd:
 
 
Bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət 
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
  
 
24-cü fəsil 

İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR 
 M a d d ə   1 9 0 .  Qanuni sahibkarlıq fəaliyyətinə mane olma 
190.1.  Fərdi  sahibkarın  və  ya  kommersiya  təşkilatının  qeydiyyatından  qanunsuz  olaraq 
imtina  etmə  və  ya  onların  qeydiyyatından  boyun  qaçırma,  müəyyən  fəaliyyət  növünü  həyata 
keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya 
onun  verilməsindən  boyun  qaçırma,  təşkilati-hüquqi  və  ya  mülkiyyət  formasından  asılı 
olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını 
məhdudlaşdırma,  habelə  fərdi  sahibkarın  və  ya  kommersiya  təşkilatının  müstəqilliyini 
qanunsuz  məhdudlaşdırma  və  ya  onların  fəaliyyətinə  başqa  cür  qanunsuz  müdaxilə  etmə,  bu 
əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
264
 
190.2.  Eyni  əməllər  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarını  pozmaqla  və  ya  külli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  etmə  və  ya  iki 
ilədək müddətə islah işləri ilə cəzalandırılır.
265
 
Qeyd: Bu Məcəllənin 190, 192, 192-1, 193, 194-198, 
200-2,
 202-205, 205-2, 210-212-ci maddələrində «xeyli miqdar» 
dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq 
olan məbləğ başa düşülür.
266
 
 M a d d ə   1 9 1 .  Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı 
Vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  edilməklə  tamah  məqsədilə  və  ya 
sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq 
kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma— 
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  etmə  və  ya  iki  ilədək  müddətə  islah 
işləri ilə cəzalandırılır.
267
  
 M a d d ə   1 9 2 .  Qanunsuz sahibkarlıq 
192.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  dövlət 
qeydiyyatına  alınmadan  və  ya  xüsusi  razılıq  (lisenziya)  tələb  olunduğu  halda  belə  razılıq 
(lisenziya)  almadan,  həmçinin  lisenziyalaşdırılma  şərtlərinin  pozulması  ilə  və  ya  xüsusi  icazə 
olmadan  mülki  dövriyyəsi  məhdudlaşdırılmış  əşyalardan  istifadə  etməklə  həyata  keçirilən 
sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olma  vətəndaşlara,  təşkilatlara  və  ya  dövlətə  xeyli  miqdarda 
ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə  törədildikdə—
268
  
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
269
 
192.2. Eyni əməllər: 
192.2.1. külli miqdarda ziyan vurduqda;
270
 
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  üç  misli  miqdarında  cərimə  və  ya  bir 
ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 
M a d d ə  192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya 
keçirilməsi
271
 
192-1.1.  Lotereyaların  (stimullaşdırıcı  lotereyalar  istisna  olmaqla)  buna  hüququ  olmayan 
şəxs tərəfindən təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda 
ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə - 
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və 
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 192-1.2.  Qanunla  müəyyən  edilmiş  qaydada  akkreditasiya  olunmadan  idman  mərc 
oyunlarının  təşkili  və  ya  keçirilməsi  vətəndaşlara,  təşkilatlara  və  ya  dövlətə  xeyli  miqdarda 
ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə - 
 cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və 
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 192-1.3. Bu Məcəllənin 192-1.1 və ya 192-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:  
 192-1.3.1. təkrar törədildikdə;  
 192-1.3.2.  külli  miqdarda  ziyan  vurduqda  və  ya  külli  miqdarda  gəlir  əldə  etməklə 
törədildikdə; 
 192-1.3.3.  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən 
törədildikdə - 
 cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və 
ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 9 3 .  Yalançı sahibkarlıq 
193.1.  Yalançı  sahibkarlıq,  yəni  kredit  almaq,  rüsumlardan  azad  olmaq  və  ya  digər  əmlak 
mənfəəti  əldə  etmək,  yaxud  qadağan  edilmiş  fəaliyyəti  gizlətmək  məqsədi  ilə  sahibkarlıq 
fəaliyyətini  həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması 
xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə  törədildikdə
 

272
 
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273
 
193.2. Eyni əməllər: 
 193.2.1. külli miqdarda ziyan vurduqda; 
 193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 
 193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə —
274
 
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin)  üç misli miqdarında cərimə və 
ya  bir  ildən  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  beş  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
275
 
 
Maddə  193-1.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərini  və  ya  digər  əmlakı 
leqallaşdırma
276
 
193-1.1. 
Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərini  və  ya  digər  əmlakı  leqallaşdırma, 
yəni: 
193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə 
edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması 
üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya 

köçürülməsi,  yaxud  həmin  məqsədlərlə  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərindən  və  ya 
digər  əmlakdan  istifadə  etməklə  maliyyə  əməliyyatlarının  və  ya  digər  əqdlərin  həyata 
keçirilməsi; 
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi 
xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə 
pul  vəsaitləri  və  ya  digər  əmlaka  olan  hüquqların  və  ya  onların  kimə  məxsus  olmasımn  ört-
basdır edilməsi və ya gizlədilməsi  
–  iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə  və  ya  edilməməklə  ,  əmlakı  müsadirə  olunmaqla  iki  ildən  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
277
 
193-1.2. Eyni əməllər: 
193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
193-1.2.2. təkrar törədildikdə; 
193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  ,  əmlakı  müsadirə  olunmaqla  beş  ildən 
səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
       193-1.3.  Bu  məcəllənin  193-1.1  və  ya  193-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər: 
       193-1.3.1.  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən 
törədildikdə; 
      193-1.3.2. külli miqdarda törədildikdə - 
      üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla yeddi ildən 
on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Bu  məcəllənin  193-1.3.2-ci  maddəsində  "külli  miqdar"  dedikdə  qırx  beş  min  manatdan  artıq  olan 
məbləğ başa düşülür.
278
 
M a d d ə   1 9 4 .  Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər 
əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə
 279
 
194.1

Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda 
pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud 
onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə - 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya  əmlakı  müsadirə  edilməklə  dörd  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
280
 
194.1-1. Eyni əməllər xeyli miqdarda törədildikdə -
281
 
beş  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
194.2. Bu Məcəllənin 194.1 və ya 194.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər:
 282
 
194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
194.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə; 
194.2.4. külli miqdarda törədildikdə— 

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 9 5 .  Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə 
 195.1.  Təşkilatın  rəhbəri  və  ya  fərdi  sahibkar  tərəfindən  təşkilatın,  yaxud  fərdi  sahibkarın 
təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli 
şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə 
edilməməsi xeyli miqdarda ziyan vurduqda— 
cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283
 
195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
284
 
 
Maddə 195-1. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə  
      qaydalarını pozma 
285
 
 
195-1.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu 
ilə  cəlb  olunan  vəsaitin  istifadəsi  və  qaytarılması  (istifadəçiyə  şamil  olunmur)  haqqında 
məlumatların,  öz  bank  hesablarının  vəziyyəti  haqqında  məlumatların  qanunvericiliklə 
müəyyən edilmiş qaydada vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi 
dövlətə xeyli miqdarda ziyan vurduqda -  
cinayət  nəticəsində  vurulmuş  ziyanın  iki  misli  miqdarında  cərimə
  və  ya  altı  ayadək 
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
286
 
195-1.2.  Dövlət  borcalmaları  və  ya  dövlət  zəmanəti  verilmiş  öhdəlik  üzrə  cəlb  olunmuş 
vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda -  
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul  olma hüququndan 
məhrum edilməklə
 cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə
 və 
ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
287
 
195-1.3.  Bu  Məcəllənin  195-1.1-ci  və  195-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
dövlətə külli miqdarda ziyan vurduqda -  
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul  olma hüququndan 
məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya 
iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
288
 
 M a d d ə   1 9 6 .  Kreditor borclarını ödəməkdən qəsdən yayınma 
196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və 
ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli 
miqdarda ziyan vurduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  cinayət  nəticəsində  vurulmuş  ziyanın  iki 
misli  miqdarında  cərimə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin