160
Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər
161
144-3.1. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya
şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması -
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta
şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə)
sənədləri ilə təmin etmə -
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta
şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə)
sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə -
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya
şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama,
gizlətmə, zədələmə və ya məhvetmə -
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 4 5 . Qanunsuz azadlıqdan məhrum etmə
145.1. Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə—
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
145.2. Eyni əməllər:
145.2.1. iki və ya daha çox şəxsə qarşı törədildikdə;
145.2.2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı
törədildikdə;
145.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
145.2.4. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
145.2.5. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə
törədildikdə;
145.2.6. silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
145.3. Bu Məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 4 6 . Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə
146.1. Psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
146.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
146.3. Bu Məcəllənin 146.1 və ya 146.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 4 7 . Böhtan
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və
ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi
informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya
ehtiyatında yayma—
162
yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz
səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
163
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 4 8 . Təhqir
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya
vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin
şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —
164
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz
səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
165
20-ci fəsil
ŞƏXSIYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR
M a d d ə 1 4 9 . Zorlama
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya
belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə
etməklə onunla cinsi əlaqədə olma—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
149.2. Eyni əməllər:
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;
149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı
törədildikdə;
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma
hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;
149.2.5. təkrar törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
149.3. Eyni əməllər:
149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;
149.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində
törədildikdə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
166
M a d d ə 1 5 0 . Seksual xarakterli zorakılıq hərəkətləri
150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə
hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya
seksual xarakterli digər zorakılıq hərəkətləri etmə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
150.2. Eyni əməllər:
150.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
150.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;
150.2.3. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
150.2.4. zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə;
150.2.5. təkrar törədildikdə;
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
150.3. Eyni əməllər:
150.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
150.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;
150.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində
törədildikdə—
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 5 1 . Seksual xarakterli hərəkətlərə məcbur etmə
Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş
şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və
ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə—
bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
167
M a d d ə 1 5 2 . On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual
xarakterli digər hərəkətlər etmə
168
152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər
hərəkətlər etmə —
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına
çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti
həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya
digər iºçisi tərəfindən törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə
məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki
ildən çox olduqda yaranır.
M a d d ə 1 5 3 . Əxlaqsız hərəkətlər
169
153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə —
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —
bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına
çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti
həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya
digər işçisi tərəfindən törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
21-ci fəsil
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 5 4 . Bərabərlik hüququnu pozma
154.1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və
digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə
zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
170
154.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
171
M a d d ə 1 5 5 . Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların
sirrini pozma
Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
172
M a d d ə 1 5 6 . Şəxsi həyatın toxunulmazlığını pozma
156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən
sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və
ya başqasına verilməsi qanunsuz toplanılması
173
—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
174
156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 1 5 7 . Mənzil toxunulmazlığını pozma
157.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan,
mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
175
157.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
157.3. Bu Məcəllənin 157.1 və ya 157.2-ci maddələrində nəzərdə tutulmuş əməllər vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 5 8 . Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma
158.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi
şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
176
158.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
158.3. Bu Məcəllənin 158.1 və ya 158.2-ci maddələrində nəzərdə tutulmuş əməllər vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 5 9 . Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə
maneolma
177
159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə
maneolma-
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən
saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
178
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi
üçün imza yığılmasına maneolma -
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
179
159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə
maneolma -
üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
180
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər;
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə
törədildikdə;
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
181
M a d d ə 1 5 9 - 1 . Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma
182
159-1.1. Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum)
kampaniyalarına müdaxilə etmə və ya onu pozma -
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
183
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
184
159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
185
M a d d ə 1 6 0 . Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir
göstərmə
186
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya
seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə
–
187
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
188
160.2. Eyni hərəkətlər:
160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə;
160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
189
M a d d ə 1 6 1 . Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə
səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma
161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin
saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün
hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin
gizliliyinin pozulması -
190
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
191
161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim
edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq
seçki bülletenlərinin qoyulması üçün zərfin açılması –
192
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
193
M a d d ə 1 6 2 . Əmək mühafizəsi qaydalarını pozma
162.1. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi
vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan
insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə
və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
194
162.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər
hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi
195
162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək
müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —
yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
162-1.2. Eyni əməllər təkrar törədildikdə —
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə
tutulur.
M a d d ə 1 6 3 . Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə
zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar
etmə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
196
163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 6 4 . Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının
,
üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin
Dostları ilə paylaş: |