AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   2   3   4   5   6   7   8   9   10   ...   36

123
 
127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə;
124
 
127.2.4. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə 
törədildikdə; 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 2 8 .  Qəsdən sağlamlığa yüngül zərər vurma 
Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə 
səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—
125
 
üç  yüz  manatadək  miqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  bir  ilədək 
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
126
  
 M a d d ə   1 2 9 .   Qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  vəziyyətində  qəsdən 
sağlamlığa ağır və ya az ağır zərər vurma 
129.1.  Zərərçəkmiş  şəxs  tərəfindən  edilən  zorakılıq,  ağır  təhqir  və  ya  sair  qanunsuz  və  ya 
əxlaqsız  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində,  habelə  zərərçəkmiş  şəxsin  mütəmadi  qanunsuz 
və  ya  əxlaqsız  davranışı  ilə  əlaqədar  yaranmış  uzunsürən  dözülməz  psixi  şərait  nəticəsində 
qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  (affekt)  vəziyyətində  qəsdən  sağlamlığa  ağır  zərər 
vurma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
127
 
129.2.  Zərərçəkmiş  şəxs  tərəfindən  edilən  zorakılıq,  ağır  təhqir  və  ya  sair  qanunsuz  və  ya 
əxlaqsız  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində,  habelə  zərərçəkmiş  şəxsin  mütəmadi  qanunsuz 
və  ya  əxlaqsız  davranışı  ilə  əlaqədar  yaranmış  uzunsürən  dözülməz  psixi  şərait  nəticəsində 
qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  (affekt)  vəziyyətində  qəsdən  sağlamlığa  az  ağır  zərər 
vurma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
 M a d d ə   1 3 0 .  Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş 
şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma 
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma— 
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
130.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa ağır 
və ya az ağır zərər vurma— 

iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
128
 
 M a d d ə   1 3 1 .  Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma 
131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
129
 
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma— 
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah  işləri və ya  iki ilədək 
müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  altı  ayadək  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır.
130
 
 M a d d ə   1 3 2 .  Döymə
131
 
Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya 
sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə— 
iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya 
bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
132
  
 M a d d ə   1 3 3 .  
Əzab vermə
133
 
133.1.  Bu  Məcəllənin  126  və  127-ci  maddələrində  göstərilən  nəticələrə  səbəb  olmayan 
mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar 
vermə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
134
 
133.2. Eyni əməllər: 
133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı 
və ya sifarişlə törədildikdə; 
133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə; 
133.2.3.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
133.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  yetkinlik  yaşına  çatmayan,  habelə  köməksiz 
vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 
133.2.5.  zərərçəkmiş  şəxsin  xidməti  vəzifəsini  və  ya  ictimai  borcunu  yerinə  yetirməsi  ilə 
əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə; 
135
133.2.6. işgəncə verməklə törədildikdə — 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
136
 
133.3.  Bu  Məcəllənin  133.1  və  133.2-ci  maddələri  ilə  nəzərdə  tutulan  əməllər  şəxsdən 
məlumat  almaq  və  ya  onu  etirafa  məcbur  etmək,  yaxud  törətdiyi  və  ya  törədilməsində  şübhə 
doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə 
etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137
 
 M a d d ə   1 3 4 .  Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə 

Öldürməklə  və  ya  sağlamlığa  ağır  zərər  vurmaqla  hədələmə,  hədənin  icra  ediləcəyi  üçün 
real əsaslar olduqda— 
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
138
 
 M a d d ə   1 3 5 .  Evtanaziya 
Evtanaziya,  yəni  xəstənin  xahişi  ilə  onun  ölümünü  hər  hansı  vasitə,  yaxud  hərəkətlə 
tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 3 6 .   Qanunsuz  süni  mayalanma  və  embrionu  implantasiya  etmə,  tibbi 
sterilizasiya 
136.1.  Qadına,  onun  razılığı  olmadan  və  ya  yetkinlik  yaşına  çatmayan  qadına  süni 
mayalanma və ya embrionu implantasiya etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
139
 
136.2.  Şəxsin  razılığı  olmadan  onun  üzərində  tibbi  sterilizasiya,  yəni  şəxsin  nəsilartırma 
qabiliyyətindən  məhrum  edilməsi,  yaxud  qadının  hamiləlikdən  qorunması  məqsədi  ilə 
əməliyyat aparma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
140
 
136.3. Bu Məcəllənin 136.1 və 136.2-ci maddələri ilə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan 
şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  beş  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
141
 
 M a d d ə   1 3 7 .   İnsan  orqanlarının  və  ya  toxumalarının  alqı-satqısı  və  onların 
transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə 
137.1. İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı— 
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
142
 
137.2.  Zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmə  hədəsi  ilə  insan  orqanlarının  və  ya 
toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə— 

üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  dörd  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
137.3. Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun 
təqsirkar  şəxsdən  maddi,  xidməti  və  ya  sair  cəhətdən  asılı  olmasından  istifadə  etməklə 
törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ildən  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.   
 M a d d ə   1 3 8 .   Qanunsuz  olaraq  biotibbi  tədqiqatlar  aparma  və  ya  qadağan  edilmiş 
diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə 
138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya  iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
143
 
138.2.  Tətbiqi  müəyyən  olunmuş  qaydada  qadağan  edilmiş  diaqnostika  və  müalicə 
üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına 
ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  beş  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
144
 
138.3.  Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  fəaliyyət  qabiliyyəti  olmayan  hesab 
edilən,  habelə  qeyri-könüllü  psixiatriya  yardımı  göstərilən  və  ya  tibbi  xarakterli  məcburi 
tədbirlərə cəlb edilən şəxslər üzərində biotibbi eksperimentlər aparma - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və 
ya  iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  beş  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
145
 
138.4.  Psixi  pozuntunun  müalicəsində  qarşısıalınmaz  nəticə  doğuran  cərrahiyyə 
üsullarından istifadə etmə - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
146
 
 M a d d ə   1 3 9 .  Zöhrəvi xəstəlikləri yayma 
139.1.  Özündə  zöhrəvi  xəstəlik  olduğunu  bilən  şəxsin  bu  xəstəliyi  başqa  şəxsə 
yoluxdurması— 
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
147
 
139.2. Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan şəxsə 
qarşı törədildikdə— 

dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   1 4 0 .  İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma 
140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında 
qoyma— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
140.2. İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə 
yoluxdurması— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
140.3.  Bu  Məcəllənin  140.2-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllər  nəticəsində  iki  və  ya 
daha  çox  şəxsi  və  ya  yetkinlik  yaşına  çatmayanı  insan  immunçatışmazlığı  virusu  ilə 
yoluxdurma— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
140.4.  Öz  xidməti  vəzifələrini  lazımınca  yerinə  yetirməməsi  nəticəsində  başqa  şəxsi  insan 
immunçatışmazlığı virusu ilə yoluxdurma— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 4 1 .  Qanunsuz abort etmə 
141.1. Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə— 
iki  yüz  manatadək  miqdarda  cərimə  və  ya  altı  ayadək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
148
 
141.2. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə— 
üç  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  yüz  altmış  saatdan  dörd  yüz  saatadək 
müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
149
 
141.3. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində 
zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda— 
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və  ya  bir  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
150
 
141.4.  Bu  Məcəllənin  141.1  və  141.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.   
 M a d d ə   1 4 2 .  Xəstəyə kömək göstərməmə 
142.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu 
olan  tibb  işçisi  tərəfindən  üzürlü  səbəblər  olmadan  xəstəyə  tibbi  yardım  göstərilməməsi 
nəticəsində onun sağlamlığına az ağır zərər vurma— 
üç yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir 

ilədək  müddətə  islah  işləri  və  ya  bir  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
151
 
142.2. Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma — 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
142.3. Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   1 4 3 .  Təhlükədə qoyma 
Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək 
imkanından  məhrum  olan  şəxsi  bilə-bilə  köməksiz  qoyma,  əgər  həmin  şəxsi  köməksiz  qoyan 
onun  qayğısına  qalmalı  idisə  və  ya  onun  özü  zərərçəkmiş  şəxsi  həyat  və  sağlamlığı  üçün 
təhlükəli  vəziyyətdə  qoyduqda,  zərərçəkmiş  şəxsə  kömək  göstərmək  imkanı  olduğu  halda 
bunu etmədikdə— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
152
    
 
M a d d ə   143-1.  Dopinq  vasitələrindən  və  (və  ya)  metodlarından  istifadəyə  məcbur 
etmə
153
 
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
19-cu fəsil 
ŞƏXSIYYƏTİN AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   1 4 4 .  Adam oğurluğu 
144.1. Adam oğurluğu— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
144.2. Eyni əməllər: 
144.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
144.2.2.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadına  qarşı 
törədildikdə; 
144.2.3.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
144.2.4.  zərərçəkmiş  şəxsin  həyatı  və  ya  sağlamlığı  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə 
törədildikdə; 
144.2.5.  silahdan  yaxud  silah  qismində  istifadə  edilən  əşyalardan  istifadə  etməklə 
törədildikdə; 
144.2.6. tamah məqsədi ilə və ya sifarişlə törədildikdə— 
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

144.3.  Bu  Məcəllənin  144.1  və  144.2-ci  maddələrində  göstərilən  əməllər  yetkinlik  yaşına 
çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya 
digər ağır nəticələrə səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Əməllərində  başqa  cinayətin  tərkibi  olmayan  və  oğurlanmış  adamı  könüllü  azad  edən  şəxs  cinayət 
məsuliyyətindən azad olunur. 
 
Maddə 144-1. İnsan alveri 
154
 
144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu 
və  ya  digər  məcburetmə  vasitələri  ilə,  oğurlama,  dələduzluq,  aldatma  yolu  ilə,  təsir 
imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən 
şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və 
ya  almaqla,  şəxsin  istismar  edilməsi  məqsədi  iləcəlb  edilməsi,  əldə  edilməsi,  saxlanılması, 
gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi –  
əmlakı  müsadirə  olunmaqla  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.  
144-1.2. Eyni əməllər:  
144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;  
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;  
144-1.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın  barəsində 
törədildikdə;  
144-1.2.4-1.  insan  alveri  qurbanını  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən 
keçirməklə törədildikdə;
 155
 
144-1.2.5.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik 
(cinayətkar təşkilat) tərəfindən törədildikdə;  
144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;  
144-1.2.7.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor  tətbiq 
etmək hədəsi ilə törədildikdə;  
144-1.2.8.  zərərçəkmiş  şəxsə  işgəncə  verməklə  və  ya  onunla  qəddar,  qeyri-insani,  yaxud 
onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;  
144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə 
törədildikdə -  
əmlakı  müsadirə  olunmaqla  səkkiz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır.  
144-1.3.  Bu  məcəllənin  144-1.1  və  144-1.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –  
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.  
Qeyd:  
1.  Bu  maddədə  "insanın  istismarı"  dedikdə  məcburi  əmək  (xidmət),  cinsi  istismar,  köləlik,  köləliyə 
bənzər  adətlər  və  onlardan  irəli  gələn  asılılıq  vəziyyəti,  insan  orqanlarının  və  toxumalarının  qanunsuz 
çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə 
edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.  
2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız 
davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.  

3.  Yetkinlik  yaşına  çatmayan  şəxsin  istismar  məqsədi  ilə  cəlb  edilməsi,  əldə  edilməsi,  saxlanılması, 
gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci maddəsində göstərilən 
üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir.
156
 
Maddə 144-2. Məcburi əmək 
157
 
144-2.1.  hədə-qorxu,  zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmək  hədəsi  ilə,  habelə 
qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla 
müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə -  
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
158
 
144-2.2. Eyni əməllər:  
144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;  
14-2.2.2. təkrar törədildikdə;  
144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;  
144-2.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın  barəsində 
törədildikdə;  
144-2.2.5. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;  
144-2.2.6.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik 
(cinayətkar təşkilat) tərəfindən törədildikdə -  
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
159
 
144-2.3.  Bu  məcəllənin  144-2.1  və  144-2.2-ci  maddələrində  göstərilən  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –  
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə ilə cəzalandırılır.
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin