AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat


     M a d d ə   4 6 .   Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   2   3   4   5   6   7   8   9   ...   36

26
 
 
 M a d d ə   4 6 .   Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum etmə 
46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret 
peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas 
cəza kimi  bir ildən beş ilədək müddətə, əlavə  cəza kimi isə  bir  ildən üç ilədək müddətə təyin 
edilir. 
46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini 
nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququnun  saxlanılmasını  qeyri-mümkün  hesab  edərsə,  həmin  şəxsə  bu  Məcəllənin  Xüsusi 
hissəsinin  müvafiq  maddəsi  ilə  nəzərdə  tutulmayan  hallarda  da  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  etmə  cəza  növünü  əlavə  cəza  kimi 
təyin edə bilər. 
46.3.  Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
etmə  cəza  növünün  intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  azadlıqdan  məhrum  etmə 
cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və 
bundan  əlavə,  hökmdə  bu  cəza  növü  üçün  müəyyən  edilmiş  müddətə  şamil  olunur.  Bu  cəza 
növünün  digər  əsas  cəzalara  əlavə  olaraq  təyin  edildiyi  hallarda,  habelə  şərti  məhkum  etmə 
zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
27
 
M a d d ə   4 7 .   İctimai işlər 
47.1.  İctimai  işlər  məhkumun  əsas  işindən  və  ya  təhsilindən  asudə  vaxtlarında  haqqı 
ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin 
növləri 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən müəyyən edilir. 
47.2. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və 
gün ərzində dörd saatdan çox ola bilməz.
28
 
47.3.  Bu  cəzaya  məhkum  olunmuş  şəxs  həmin  işləri  yerinə  yetirməkdən  qərəzli  boyun 
qaçırdıqda,  məhkəmə  ictimai  işlərin  çəkilməmiş  hissəsini  müəyyən  müddətə  azadlıqdan 
məhrum  etmə  növündə  cəza  ilə  əvəz  edə  bilər.  Bu  zaman  müəyyən  müddətə  azadlıqdan 
məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun ictimai işləri yerinə yetirdiyi 
müddət  nəzərə  alınır  və  on  iki  saat  ictimai  işə  bir  gün  azadlıqdan  məhrum  etmə  hesabı  ilə 
hesablanır.
29
 
47.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 
47.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;
30
 
47.4.2 hamilə qadınlara; 
47.4.3 himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara; 
47.4.4 pensiya yaşına çatmış qadın və kişilərə; 

47.4.5 hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara. 
 M a d d ə   4 8 .  Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum 
etmə 
Ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətmiş  şəxsin  məhkum  olunması  zamanı  məhkəmə 
cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi 
və  ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət  təltifindən  məhrum  edilməsinin  zəruriliyi 
nəticəsinə  gəldikdə,  bu  barədə  xüsusi  və  ya  hərbi  rütbəni,  fəxri  adı  və  dövlət  təltifini  vermiş 
orqana müvafiq təqdimat göndərir.
KM2
 
 M a d d ə   4 9 .  İslah işləri 
49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri 
üzrə çəkilir. 
49.2.  İslah  işlərinə  məhkum  olmuş  şəxsin  qazancından  dövlət  nəfinə  beş  faizdən  iyirmi 
faizədək məbləğdə pul tutulur. 
49.3.  İslah  işlərinə  məhkum  olunmuş  şəxs  həmin  cəzanı  çəkməkdən  qərəzli  boyun 
qaçırdıqda,  məhkəmə  islah  işlərinin  çəkilməmiş  hissəsini  müəyyən  müddətə  azadlıqdan 
məhrum  etmə  növündə  cəza  ilə  əvəz  edə  bilər.  Bu  zaman  müəyyən  müddətə  azadlıqdan 
məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun islah işlərini yerinə yetirdiyi 
müddət  nəzərə  alınır  və  üç  gün  islah  işlərinə  bir  gün  azadlıqdan  məhrum  etmə  hesabı  ilə 
hesablanır.
31
 
 M a d d ə   5 0 .  Hərbi xidmət üzrə məhdudlaşdırma 
50.1. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən 
və  hərbi  xidmət  əleyhinə  cinayət  törətməyə  görə  məhkum  olunmuş  hərbi  qulluqçulara  bu 
Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə  tutulmuş  hallarda,  habelə 
kontrakt  (bağlaşma)  əsasında  hərbi  xidmət  keçən  və  başqa  cinayət  törətməyə  görə  məhkum 
olunmuş  hərbi  qulluqçulara  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə 
tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. 
50.2.  Hərbi  xidmət  üzrə  məhdudlaşdırma  cəzasına  məhkum  olunmuş  şəxsin  qazancından 
dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. 
50.3. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi 
müddətdə  vəzifəsində  və  ya  rütbəsində  yüksələ  bilməz,  cəzanın  müddəti  isə  növbəti  hərbi 
rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. 
 M a d d ə   5 1 .  Əmlak müsadirəsi
32
 
51.1.  Əmlak  müsadirəsi  məhkumun  cinayət  törədərkən  istifadə  etdiyi  alət  və  vasitələrin,
 
cinayətin  predmetlərinin,  habelə  cinayət  yolu  ilə  əldə  etdiyi  əmlakın  məcburi  qaydada  və 
əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
33
 
51.2.  Əmlak  müsadirəsi  yalnız  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində 
nəzərdə tutulmuş hallarda təyin olunur. 
51.3.  Cinayət  yolu  ilə  əldə  edilmiş  əmlak  və  ya  cinayətin  predmeti  istifadə  edildiyi, 
özgəninkiləşdirildiyi  və  ya  başqa  səbəblərdən  dövlət  nəfinə  alına  bilinmədiyi  halda  həmin 
əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak müsadirə edilir.  
 M a d d ə   5 2 .  Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma 

52.1.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi  çıxarma  cəzası  bir  ildən 
artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı 
olmayan  şəxslərə  təyin  edilir  və  onlar  əsas  cəza  növünü  çəkdikdən  sonra  icra  edilir.  Bir  ildən 
artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə 
bağlı  olmayan  cəzaya  məhkum  edilən  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslərə  bu 
Məcəllənin 
58.3-cü 
maddəsində 
göstərilmiş 
hallar 
nəzərə 
alınmaqla 
Azərbaycan 
Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.
34
 
52.1-1.  Barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi  çıxarma 
cəzası  tətbiq  edilmiş  şəxsin  Azərbaycan  Respublikasına  gəlmək  hüququ  onun  məhkumluğu 
ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.
 35
 
52.2.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi  çıxarma  cəza  növü 
aşağıdakı şəxslərə şamil edilmir: 
52.2.1.  barəsində  ittiham  hökmü  qanuni  qüvvəyə  minənədək  beş  il  Azərbaycan 
Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 
52.2.2.  barəsində  ittiham  hökmü  qanuni  qüvvəyə  minənədək  Azərbaycan  Respublikasının 
vətəndaşı ilə nikahda olan şəxslərə; 
52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 
52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 
52.2.5.  qaçqın  statusuna  malik  olan  və  ya  Azərbaycan  Respublikası  tərəfindən  siyasi 
sığınacaq verilmiş şəxslərə; 
52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan 
uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya I qrup əlili olan ºəxslərə;
36
 
52.2.7.  məcburi  çıxarıldığı  zaman  gedəcəyi  ölkədə  işgəncəyə  və  ya  təqibə  məruz  qala 
biləcəyinə  ciddi  əsaslar  olduğu  ehtimal  edilən  və  ya  məcburi  çıxarılması  milli  təhlükəsizliyin 
təmin edilməsi mənafeyinə zidd olan şəxslərə.
 37
 
52.3.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  bu  Məcəllənin 
52.1-52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir. 
38
 
 M a d d ə   5 3 .  Azadlığın məhdudlaşdırılması 
53.1.  Azadlığın  məhdudlaşdırılması  ittiham  hökmü  çıxarılanadək  on  səkkiz  yaşı  tamam 
olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə 
saxlanılmasından ibarətdir. 
53.2. Azadlığın məhdudlaşdırılması: 
53.2.1. məhkumluğu olmayan və qəsdən cinayət törətməyə görə məhkum edilən şəxslərə — 
bir ildən üç ilədək müddətə;  
53.2.2.  ehtiyatsızlıqdan  cinayət  törətməyə  görə  məhkum  edilən  şəxslərə  —  bir  ildən  beş 
ilədək müddətə təyin edilir.  
53.3. İctimai işlər və ya islah işləri azadlığın məhdudlaşdırılması ilə əvəz edildikdə bu cəza 
növü bir ildən az müddətə də təyin edilə bilər. 
53.4.  Azadlığın  məhdudlaşdırılmasına  məhkum  edilmiş  şəxs  cəzanın  icrasından  qərəzli 
boyun  qaçırdıqda,  azadlığın  məhdudlaşdırılması  onun  təyin  edildiyi  müddətə  azadlıqdan 
məhrum etmə cəzası ilə əvəz olunur. Azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum 
etmə  cəzası  ilə  əvəz  edildikdə,  azadlığın  məhdudlaşdırılması  cəzasının  müddəti  azadlıqdan 
məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanır. 

53.5.  Azadlığın  məhdudlaşdırılması  birinci  və  ikinci  qrup  əlillərə,  hamilə  qadınlara  və  ya 
səkkiz  yaşınadək  uşağı  olan  qadınlara,  səkkiz  yaşına  çatmamış  uşağını  təkbaşına  böyüdən 
kişilərə,  qocalığa  görə  pensiya  yaşına  çatmış  qadın  və  kişilərə,  habelə  müddətli  həqiqi  hərbi 
xidmətdə olan hərbi qulluqçulara təyin edilmir.
39
  
 M a d d ə   5 4 .  İntizam xarakterli hərbi hissədə saxlama 
54.1.  Hərbi  xidmətə  çağırış  üzrə  müddətli  həqiqi  hərbi  xidmətdə  olan  hərbi  qulluqçulara, 
habelə  kontrakt  (bağlaşma)  əsasında  sıravi  və  gizir  vəzifələrində  hərbi  xidmətdə  olan  hərbi 
qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa 
vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə 
cəza  təyin  edilə  bilər.  Həmin  cəza  hərbi  xidmət  əleyhinə  törədilmiş  cinayətlərə  görə  bu 
Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə  tutulmuş  hallarda,  habelə 
təqsirkarın  şəxsiyyəti  və  cinayətin  xarakteri  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmənin 
həmin  müddətə  intizam  xarakterli  hərbi  hissədə  saxlama  ilə  əvəz  olunmasına  imkan  verdiyi 
hallarda tətbiq edilir. 
54.2.  Azadlıqdan  məhrum  etmə  cəzası  intizam  xarakterli  hərbi  hissədə  saxlama  cəzası  ilə 
əvəz  edildikdə,  azadlıqdan  məhrum  etmə  cəzasının  müddəti  intizam  xarakterli  hərbi  hissədə 
saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır. 
 M a d d ə   5 5 .  Müəyyən müddətə azadlıqdan məhrum etmə 
55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi 
və  xüsusi  rejimli  cəzaçəkmə  müəssisəsinə  və  ya  həbsxanaya  yerləşdirilməsi  yolu  ilə  onun 
cəmiyyətdən  təcrid  olunmasından  ibarətdir.  Azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum 
olunmuş,  lakin  hökm  çıxarılanadək  on  səkkiz  yaşı  tamam  olmamış  şəxslər  ümumi  və  ya 
möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. 
40
 
55.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzas
ı 
üç aydan iyirmi ilədək müddətə 
müəyyən edilir.
 41
 
55.3.  İctimai  işlərvə  ya  islah  işləri  azadlıqdan  məhrum  etmə  cəzası  ilə  əvəz  edildikdə, 
azadlıqdan məhrum etmə üç aydan az müddətə də təyin oluna bilər.
42
 
55.4.  Cinayətlərin  məcmusu  üzrə  cəza  təyin  edilərkən  azadlıqdan  məhrum  etmə 
müddətinin  qismən  və  ya  tamamilə  toplandığı  hallarda,  azadlıqdan  məhrum  etmənin  yuxarı 
həddi iyirmi ildən, hökmlərin məcmusu üzrə isə iyirmi beş ildən artıq ola bilməz. 
43
 
 M a d d ə   5 6 .   Azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  olunmuş  şəxslər  üçün 
cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi 
56.1.  Azadlıqdan  məhrum  etmə  növündə  cəzanın  aşağıdakı  cəzaçəkmə  müəssisələrində 
çəkilməsi müəyyən edilir: 
56.1.1.  ehtiyatsızlıqdan  törədilmiş  cinayətlərə  görə  beş  ildən  artıq  olmayan  müddətə 
azadlıqdan  məhrum  etməyə  məhkum  olunmuş  şəxslər  üçün  —məntəqə  tipli  cəzaçəkmə 
müəssisələrində; 
56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə 
ilk  dəfə  azadlıqdan  məhrum  etməyə  məhkum  olunmuş  şəxslər  üçün,  habelə  ehtiyatsızlıqdan 
törədilmiş  cinayətlərə  görə  beş  ildən  artıq  müddətə  azadlıqdan  məhrum  etməyə  məhkum 
olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 
56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum 
olunmuş  şəxslər  üçün,  habelə  cinayətlərin  residivi  zamanı,  əgər  məhkum  əvvəllər  azadlıqdan 

məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar 
üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində; 
44
 
56.1.4.  cinayətlərin  xüsusi  təhlükəli  residivi  zamanı  və  ya  ömürlük  azadlıqdan  məhrum 
etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — 
xüsusi rejimli cəzaçəkmə müəssisələrində; 
56.1.5. ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün — həbsxanalarda. 
56.2. Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum 
etməyə  məhkum  olunmuş  şəxslər  üçün,  habelə  cinayətlərin  xüsusi  təhlükəli  residivi  zamanı 
cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. 
56.3.  Cəzaçəkmə  müəssisəsinin  növü  bu  Məcəllənin  56.1.1—56.1.5  və  56.2-ci  maddələrinə 
uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. 
56.4. Cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər: 
56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə; 
56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı.  
 M a d d ə   5 7 .  Ömürlük azadlıqdan məhrum etmə 
57.1.  Ömürlük  azadlıqdan  məhrum  etmə  yalnız  sülh  və  insanlıq  əleyhinə,  müharibə 
cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti 
əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. 
45
 
57.2.  Ömürlük  azadlıqdan  məhrum  etmə  qadınlara,  cinayət  törədərkən  on  səkkiz  yaşı 
tamam  olmamış  şəxslərə,  habelə  hökm  çıxarılanadək  altmış  beş  yaşına  çatmış  kişilərə  təyin 
edilmir. 
57.3.  Məhkəmə,  ömürlük  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən  məhkumun 
azadlıqdan  məhrum  etmənin  ən  azı  iyirmi  beş  ilini  həqiqətən  çəkdiyini,  həmçinin  onun  bu 
cəzanı  çəkdiyi  müddətdə  qəsdən  cinayət  törətmədiyini  nəzərə  alaraq  və  məhkumun  həmin 
cəzanı çəkməsinə daha lüzum olmadığı  qənaətinə gələrsə,  ömürlük azadlıqdan məhrum etmə 
cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan 
şərti olaraq vaxtından əvvəl azad edə bilər. 
57.4.  Bu  Məcəllənin  57.3-cü  maddəsində  nəzərdə  tutulmuş  qaydada  ömürlük  azadlıqdan 
məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. 
10-cu fəsil 
CƏZANIN TƏYİN EDİLMƏSİ
 
 M a d d ə   5 8 .  Cəzanın təyin edilməsinin ümumi əsasları 
58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları 
nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli 
cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü 
yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 
58.2.  Törədilmiş  cinayətə  görə  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində 
nəzərdə  tutulmuş  cəzadan  daha  ciddi  cəza  yalnız  həmin  Məcəllənin  66  və  67-ci  maddələrinə 
uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş 
cinayətə  görə  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə  tutulmuş 
cəzadan  daha  yüngül  cəzanın  təyin  olunması  əsasları  həmin  Məcəllənin  62-ci  maddəsi  ilə 
müəyyən edilir. 

58.3.  Cəza  təyin  edilərkən  törədilmiş  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsi, 
təqsirkarın  şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  hallar,  habelə  təyin 
olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 
 M a d d ə   5 9 .  Cəzanı yüngülləşdirən hallar 
59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 
59.1.1.  hadisələrin  təsadüfi  axarı  zəminində  ilk  dəfə  olaraq  böyük  ictimai  təhlükə 
törətməyən və ya az ağır cinayətin törədilməsi; 
59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; 
59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi; 
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 
59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi; 
59.1.6.  cinayətin  fiziki  və  ya  psixi  məcburiyyət  təsiri  altında,  yaxud  maddi,  xidməti  və  ya 
sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 
59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son 
zərurətin,  əsaslı  riskin,  əmrin  və  ya  sərəncamın  icra  edilməsinin  qanunla  müəyyən  edilmiş 
şərtlərini pozmaqla törədilməsi; 
59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və 
ya  bu  hərəkətlər  nəticəsində  qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  (affekt)  vəziyyətində 
törədilməsi; 
59.1.9.  könüllü  gəlib  təqsirini  boynuna  alma,  cinayətin  açılmasına,  onun  digər 
iştirakçılarının  ifşa  edilməsinə,  cinayət  nəticəsində  əldə  edilmiş  əmlakın  axtarışına  və 
tapılmasına fəal kömək etmə; 
59.1.10.  cinayətin  törədilməsindən  bilavasitə  sonra  zərərçəkmiş  şəxsə  tibbi  və  ya  digər 
yardım  göstərilməsi,  cinayət  nəticəsində  dəymiş  maddi  və  mənəvi  zərərin  könüllü  olaraq 
ödənilməsi  və  ya  aradan  qaldırılması,  zərərçəkmiş  şəxslə  razılıq  əldə  etməyə  cəhd  edilməsi, 
zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi. 
59.2.  Cəza  təyin  edilərkən  bu  Məcəllənin  59.1.1—59.1.10-cu  maddələrində  göstərilməmiş 
başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 
59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi 
nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. 
M a d d ə   6 0 .  Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi 
Bu  Məcəllənin  59.1.9  və  59.1.10-cu  maddələrində  göstərilən  cəzanı  yüngülləşdirən  hallar 
olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi 
bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsində  nəzərdə  tutulmuş  daha  ciddi  cəza 
növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 
46
 
 M a d d ə   6 1 .  Cəzanı ağırlaşdıran hallar 
61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır: 
61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi; 
61.1.2. cinayətin ağır nəticələrə səbəb olması; 
61.1.3.  cinayətin  qabaqcadan  əlbir  olmuş  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar 
birlik (təşkilat) tərəfindən törədilməsi;  

61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə; 
61.1.5.  psixi  pozuntulardan  əziyyət  çəkən  və  ya  sərxoş  vəziyyətdə  olan  şəxslərin,  habelə 
cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  yaş  həddinə  çatmayan  şəxslərin  cinayət 
törətməyə cəlb olunması; 
61.1.6.  cinayətin  milli,  irqi  və  ya  dini  düşmənçilik,  dini  fanatizm,  digər  şəxslərin  qanuni 
hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə 
başqa  cinayəti  ört-basdır  etmək  və  ya  onun  törədilməsini  asanlaşdırmaq  məqsədi  ilə 
törədilməsi; 
61.1.7.  cinayətin  müqəssir  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın,  habelə 
azyaşlı,  qoca  və  ya  köməksiz  vəziyyətdə  olan  və  ya  müqəssirdən  asılı  vəziyyətdə  olan  şəxsə 
qarşı törədilməsi; 
61.1.8.  cinayətin  öz  qulluq  və  ya  ictimai  borcunu  yerinə  yetirən  şəxsə  və  ya  onun  yaxın 
qohumlarına qarşı törədilməsi; 
61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə 
verməklə törədilməsi; 
61.1.10.  cinayətin  odlu  silahdan,  partlayıcı  vasitələrdən  və  ya  digər  ümumi  təhlükəli 
üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi; 
61.1.11.  cinayətin  fövqəladə  vəziyyət,  təbii  və  ya  digər  ictimai  fəlakət  şəraitində,  habelə 
kütləvi iğtişaşlar zamanı törədilməsi; 
61.1.12.  cinayətin  hakimiyyət  nümayəndəsinin  xüsusi  geyimlərindən  və  ya  sənədlərindən 
istifadə etməklə törədilməsi; 
61.1.13.  cinayətin  qulluq  mövqeyinə  və  ya  müqaviləyə  əsasən  təqsirkara  göstərilən 
etimaddan istifadə etməklə törədilməsi. 
61.2.  Cəza  təyin  edilərkən  bu  Məcəllənin  61.1.1—61.1.13-cü  maddələrində  göstərilməmiş 
hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. 
61.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi 
nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. 
 M a d d ə   6 2 .   Cinayətə  görə  müəyyən  edilmiş  cəzadan  daha  yüngül  cəza  təyin 
edilməsi 
62.1.  Cinayətin  məqsədi  və  motivi,  təqsirkarın  cinayətin  törədilməsində  rolu,  cinayətin 
törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin 
ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla 
törədilmiş  cinayətin  iştirakçısı  həmin  cinayətin  açılmasına  fəal  kömək  etdikdə,  bu  Məcəllənin 
Xüsusi  hissəsinin  müvafiq  maddəsində  müəyyən  edilmiş  aşağı  həddən  də  az  cəza  təyin  edilə 
bilər  və  ya  məhkəmə  həmin  maddədə  müəyyən  ediləndən  daha  yüngül  cəza  növü  təyin  edə 
bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 
62.2.  Cəzanı  yüngülləşdirən  həm  ayrı-ayrı  hallar,  həm  də  bu  cür  halların  məcmusu 
müstəsna hal hesab edilə bilər. 
 M a d d ə   6 3 .  Başa çatmayan cinayətə görə cəza təyin edilməsi 
63.1.  Başa  çatmayan  cinayətə  görə  cəza  təyin  edilərkən,  cinayətin  başa  çatdırılmamasına 
səbəb olan hallar nəzərə alınır. 

63.2. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin 
müvafiq  maddəsində  başa  çatmış  cinayətə  görə  müəyyən  edilmiş  daha  ciddi  cəza  növünün 
yuxarı həddinin yarısından çox ola bilməz. 
63.3.  Cinayət  etməyə  cəhdə  görə  cəzanın  müddəti  və  ya  həcmi  bu  Məcəllənin  Xüsusi 
hissəsinin  müvafiq  maddəsində  başa  çatmış  cinayətə  görə  müəyyən  edilmiş  daha  ciddi  cəza 
növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 
63.4. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə 
növündə cəza təyin edilmir. 
 M a d d ə   6 4 .  İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsi 
64.1.  İştirakçılıqla  törədilmiş  cinayətə  görə  cəza  təyin  edilərkən  iştirakçılardan  hər  birinin 
cinayətin  törədilməsində  faktiki  iştirakının  xarakteri  və  dərəcəsi,  cinayətkar  məqsədə  nail 
olunmasında  belə  iştirakın  əhəmiyyəti,  vurulmuş  zərərin  həcminə  və  xarakterinə  onun  təsiri 
nəzərə alınır. 
64.2.  Cəzanı  yüngülləşdirən  və  ya  ağırlaşdıran  hallar  iştirakçılardan  birinə  aid  olduqda, 
cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. 
 M a d d ə   6 5 .  Residivə görə cəzanın təyin edilməsi 
65.1.  Residivə,  təhlükəli  residivə  və  xüsusilə  təhlükəli  residivə  görə  cəza  təyin  edilərkən 
əvvəllər  törədilmiş  cinayətlərin  sayı,  xarakteri,  ağırlığı  və  nəticələri,  əvvəlki  cəzanın  islah 
təsirinin  yetərli  olmamasına  səbəb  olan  hallar,  habelə  yeni  cinayətin  xarakteri,  ağırlığı  və 
nəticələri nəzərə alınır. 
65.2.  Residivə  görə  cəzanın  müddəti  törədilmiş  cinayətə  görə  bu  Məcəllənin  Xüsusi 
hissəsinin  müvafiq  maddəsində  müəyyən  edilmiş  daha  ciddi  cəza  növünün  son  həddinin 
yarısından,  təhlükəli  residivə  görə  üçdə  ikisindən,  xüsusi  təhlükəli  residivə  görə  isə  dörddə 
üçündən az ola bilməz. 
47
 
65.3.  Cinayət  törətmiş  şəxsin  məhkumluğu  bu  Məcəllənin  Xüsusi  hissəsinin  maddəsində 
tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş 
müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, 
bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.  
 M a d d ə   6 6 .  Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi 
66.1.  Cinayətlərin  məcmusu  üzrə  məhkəmə  hər  bir  cinayətə  görə  ayrılıqda  cəza  təyin 
edərək,  az  ciddi  cəzanı  daha  ciddi  cəza  ilə  əhatə  etmək  yolu  ilə  və  ya  təyin  olunmuş  cəzaları 
tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 
66.2.  Cinayətlərin  məcmusuna  yalnız  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlər 
daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları 
tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti 
və  ya  həcmi  törədilmiş  cinayətlərdən  daha  ağırı  üçün  müəyyən  edilmiş  cəzanın  yuxarı 
həddindən çox ola bilməz. 
66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri 
daxildirsə,  təyin  olunmuş  cəzaları  tamamilə  və  ya  qismən  toplamaq  yolu  ilə  qəti  cəza  təyin 
edilir.  Bu  halda  azadlıqdan  məhrum  etmə  növündə  qəti  cəzanın  müddəti  iyirmi  ildən  çox  ola 
bilməz.  Cinayətlərin  məcmusuna  daxil  olan  cinayətlərdən  birinə  görə  ömürlük  azadlıqdan 
məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin 
edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
48
 

66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin 
müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə 
bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya 
həcmi  həmin  cəza  növü  üçün  bu  Məcəllənin  Ümumi  hissəsində  müəyyən  edilmiş  yuxarı 
həddən çox ola bilməz. 
66.5.  Cinayət  işi  üzrə  hökm  çıxarıldıqdan  sonra,  məhkumun  birinci  iş  üzrə  hökm 
çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni 
qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə 
hesablanır. 
M a d d ə   6 7 .  Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi 
67.1.  Hökmlərin  məcmusu  üzrə  cəza  təyin  edilərkən,  məhkəmə  yeni  hökm  üzrə  təyin 
edilmiş  cəzaya  əvvəlki  hökm  üzrə  təyin  edilmiş  cəzanın  çəkilməmiş  hissəsini  tamamilə  və  ya 
qismən birləşdirir. 
67.2.  Hökmlərin  məcmusu  üzrə  təyin  edilmiş  və  azadlıqdan  məhrum  etmə  ilə  əlaqədar 
olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü 
üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 
67.3.  Hökmlərin  məcmusu  üzrə  təyin  edilmiş  azadlıqdan  məhrum  etmə  növündə  qəti 
cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz.
 49
 
67.4.  Hökmlərin  məcmusu  üzrə  qəti  cəza  həm  yeni  törədilmiş  cinayətə  görə  təyin  edilmiş 
cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən 
çox olmalıdır. 
67.5.  Hökmlərin  məcmusu  üzrə  cəza  təyin  edilərkən  əlavə  cəzaların  birləşdirilməsi  bu 
Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 
67.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə, 
yeni təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunur. 
 M a d d ə   6 8 .  Cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası 
68.1.  Cinayətlərin  məcmusu  və  hökmlərin  məcmusu  üzrə  cəzalar  qismən  və  ya  tamamilə 
toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 
68.1.1. intizam xarakterli hərbi hissədə saxlamanın bir günü; 
68.1.2. azadlığının məhdudlaşdırılmasının iki günü; 
50
 
68.1.3. islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü; 
68.1.4. ictimai işlərin səkkiz saatı bərabər tutulur. 
68.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, 
fəxri  addan  və  dövlət  təltifindən  məhrum  etmə  və  ya  cərimə  növlərində  cəza  islah  işləri, 
intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan 
məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur.
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin