AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

 əmək hüquqlarını pozma
197
 

Qadının  hamiləliyinə  və  ya  himayəsində  üç  yaşınadək  uşağı  olmasına  görə,  həmçinin  kişi 
üç  yaşınadək  uşağını  təkbaşına  böyütdüyünə  görə  onunla  əmək  müqaviləsini  əsassız  ləğv 
etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır.
198
  
 M a d d ə   1 6 5 .  Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma 
165.1. Müəlliflik hüququ və ya  əlaqəli hüquq  obyektlərindən qanunsuz istifadə etmə, yəni 
özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini 
başqa  cür  mənimsəmə,  bu  cür  əsəri  qanunsuz  olaraq  yenidən  dərc  etmə  və  ya  yayma,  habelə 
şərikli  müəllifliyə  məcbur  etmə,  əgər  bu  əməllər  nəticəsində  xeyli  miqdarda  ziyan 
vurulmuşsa— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz 
səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
199
 
165.2. Eyni əməllər: 
165.2.1. təkrar törədildikdə; 
165.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə— 
əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200
   
      M a d d ə   1 6 5 - 1 .  İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ pozma
201
  
165-1.1.  Müəllifin  və  ya  digər  hüquq  sahibinin  icazəsi  olmadan  inteqral  sxem 
topologiyasının orijinal olmayan hissəsini cıxarma istisna olmaqla, bütövlükdə, yaxud onun hər 
hansı  bir  hissəsini  inteqral  sxemə  daxil  etmə  yolu  ilə  və  ya  surətini  başqa  şəkildə  cıxarma, 
habelə  topologiyanın  və  ya  həmin  topologiyadan  ibarət  inteqral  sxemi  tətbiq  etmə,  gətirmə, 
satış üçün təklif etmə, satma, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil etmə, əgər bu 
əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa –  
yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd 
yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
202
  
165-1.2. Eyni əməllər:  
165-1.2.1. təkrar törədildikdə;  
165-1.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə -  
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
203
 
Qeyd:  Bu  Məcəllənin  165-1.1-ci  maddəsində  "xeyli  miqdar"  dedikdə,  min  manatdan  artıq  olan  məbləğ  başa 
düşülür.
204
 
M a d d ə   1 6 5 - 2 .  Folklor nümunələrindən istifadə tələblərinin pozulması 
205
 
165-2.1. Folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində 
xeyli miqdarda ziyan vurulmuşsa  
əmlakı müsadirə olunmaqla yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya 
üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
206
 
165-2.2. Eyni əməllər:  
165-2.2.1. təkrar törədildikdə;  

165-2.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə -  
əmlakı  müsadirə  olunmaqla  beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
207
  
Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür
.
208
 
Maddə 165-3. Məlumat toplularından qeyri-qanuni istifadə 
209
 
165-3.1.  Məlumat  toplularından  qeyri-qanuni  istifadə,  əgər  bu  əməllər  nəticəsində  xeyli 
miqdarda ziyan vurulmuşsa –  
əmlakı müsadirə olunmaqla, yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya 
üç yüz iyirmi saatdan dörd yüz səksən
 saatadək ictimai işlərlə cəzalandırılır.
210
 
165-3.2. Eyni əməllər: 
165-3.2.1. təkrar törədildikdə; 
165-3.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə -  
əmlakı müsadirə olunmaqla, beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç 
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
211
 
Qeyd. Bu maddədə “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür.
212
 
 M a d d ə   1 6 6 .  İxtiraçılıq və patent hüquqlarını pozma 
166.1. İxtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən 
qanunsuz  istifadə  etmə  və  ya  ixtira  yaxud  səmərələşdirici  təkliflərin  mahiyyəti  barədə 
məlumatları  müəllifin  razılığı  olmadan  və  rəsmi  dərc  edilənədək  yayma,  müəllifliyi 
mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan 
vurulmuşsa— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz 
səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
213
 
166.2. Eyni əməllər: 
166.2.1. təkrar törədildikdə; 
166.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya    mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
214
   
M a d d ə   1 6 7 .  Dini ayinləri icra etməyə mane olma 
Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz 
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
215
   
 
M a d d ə  167-1. Dinə etiqad etməyə məcbur etmə
216
 
167-1.1.  Şəxsi  hər  hansı  dinə  (dini  cərəyana)  etiqad  etməyə,  o  cümlədən  dini  ayin  və 
mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil 
almağa məcbur etmə -  

üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
217
  
167-1.2.  Şəxsi  hər  hansı  dini  quruma  üzv  olmağa  məcbur  etmə  və  ya  şəxsin  üzv  olduğu 
dini qurumdan çıxmasına mane olma - 
üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etməklə cəzalandırılır. 
167-1.3. Bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:  
167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;  
167-1.3.2.  qabaqcadan  əlbir  olan  bir  neçə  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə;  
167-1.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməkdə törədildikdə -  
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək 
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
218
 
 
M a d d ə  167-2. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, 
mal  və  məmulatları  və  dini  məzmunlu  başqa  məlumat  materiallarını  istehsal  etmə,  idxal 
etmə, satma və ya yayma
219
 
167-2.1.  Müvafiq  razılıq  olmadan  dini  təyinatlı  ədəbiyyatı  (kağız  və  elektron 
daşıyıcılarında),  audio  və  video  materialları,  mal  və  məmulatları  və  dini  məzmunlu  başqa 
məlumat  materiallarını  istehsal  etmə,  satış  və  ya  yayma  məqsədi  ilə  idxal  etmə,  satma  və  ya 
yayma
220
  - 
beş  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etməklə cəzalandırılır. 
167-2.2. Eyni əməllər: 
167-2.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
167-2.2.2. təkrar törədildikdə; 
167-2.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - 
 yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək 
müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. 
 M a d d ə   1 6 8 .  Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə 
168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu 
fəaliyyətlə  ictimai  asayişi  pozan,  yaxud  vətəndaşların  sağlamlığına  zərər  vuran  və  ya 
formasından  asılı  olmayaraq  vətəndaşların  hüquqlarını  pozan,  habelə  vətəndaşların  qanunla 
müəyyən  edilmiş  vəzifələrini  yerinə  yetirməkdən  yayındıran  qrup  təşkil  etmə,  ona  rəhbərlik 
etmə və ya belə qrupda iştirak etmə— 
yeddi  min  manatdan  doqquz  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
221
 
168.2.  Bu  Məcəllənin  168.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllərin  törədilməsinə 
yetkinlik yaşına çatmayanları cəlb etmə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.   

Maddə  168-1.  Dini  təbliğat,  dini  ayin  və  mərasimlərin  aparılması  tələblərini 
pozma
222
 
168-1.1.  İslam  dininə  aid  ayin  və  mərasimlərin  xaricdə  dini  təhsil  almış  Azərbaycan 
Respublikasının vətəndaşı tərəfindən aparılması - 
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
168-1.2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması – 
bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
168-1.3. Bu Məcəllənin 168-1.1-ci və 168-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
168-1.3.1. təkrar törədildikdə; 
168-1.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 6 9 .  Toplantıları keçirmə qaydasını pozma 
169.1.  Qanunvericiliklə  qadağan  olunmuş  hallarda  toplantılar  təşkil  etmə,  keçirmə  və  ya 
belə  toplantılarda  iştirak  etmə  vətəndaşların  hüquq  və  qanuni  mənafelərinin  əhəmiyyətli 
pozulmasına səbəb olduqda — 
beş  min  manatdan  səkkiz  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
223
 
169.2.  Toplantıların  keçirilməsi  zamanı  toplantıda  iştirak  edənlər  tərəfindən  odlu  və  ya 
soyuq  silah,  yaxud  partlayıcı  maddə  və  qurğular,  eləcə  də  ətrafdakıların  həyat  və  sağlamlığı 
üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirmə — 
beş  min  manatdan  səkkiz  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
224
 
 
M a d d ə  169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə
225
 
 
Siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə -  
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
22-ci fəsil 
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ  
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   1 7 0 .  Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə 
170.1.  On  səkkiz  yaşına  çatmış  şəxs  tərəfindən  yetkinlik  yaşına  çatmayanı  aldatma,  vədlər 
vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
170.2.  Eyni  əməllər  yetkinlik  yaşına  çatmayanı  tərbiyə  etmək  vəzifəsini  daşıyan  şəxs 
tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

170.3. Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq 
etməklə  və  ya  zor  tətbiq  etmək  hədəsi  ilə  törədildikdə  və  ya  yetkinlik  yaşına  çatmayanı 
cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 7 1 .   Yetkinlik  yaşına  çatmayanları  fahişəliyə  və  ya  əxlaqsız  əməllərə  cəlb 
etmə 
171.1. Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
171.2. Eyni əməllər: 
171.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə; 
171.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
171.2.3.  yetkinlik  yaşına  çatmayanın  valideynləri  və  ya  üzərinə  qanunla  yetkinlik  yaşına 
çatmayanı  tərbiyə  etmək  vəzifəsi  qoyulmuş  digər  şəxslər  və  ya  yetkinlik  yaşına  çatmayanlara 
nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi 
və ya digər işçisi tərəfindən törədildikdə —
226
 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
M a d d ə  171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi
227
 
 
171-1.1.  Uşaq  pornoqrafiyasını  yayma,  reklam  etmə,  satma,  başqasına  vermə, 
göndərmə,  təklif  etmə,  əldə  edilməsinə  şərait  yaratma,  yaxud  yaymaq  və  ya  reklam 
etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama – 
səkkiz  min  manatdan  on  min  manatadək  miqdarda  cərimə  və  ya  beş  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
171-1.2. Eyni əməllər: 
171-1.2.1. təkrar törədildikdə; 
171-1.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar 
birlik (təşkilat) tərəfindən törədildikdə; 
171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə; 
171-1.2.4. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik 
yaşına  çatmayanı  tərbiyə  etmək  vəzifəsi  qoyulmuş  digər  şəxslər və  ya  yetkinlik  yaşına 
çatmayanlara  nəzarəti  həyata  keçirmək  vəzifəsini  daşıyan  təhsil,  tərbiyə,  tibbi  və  ya 
digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə;
228
 
171-1.2.5.  təqsirkar  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxs  barəsində 
törədildikdə; 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd:  
1.  Bu  Məcəllənin  171-1-ci  maddəsinin  məqsədləri  üçün  “uşaq  pornoqrafiyası” 
dedikdə,  yetkinlik  yaşına  çatmayan  şəxsin  və  ya  yetkinlik  yaşına  çatmayan 
təsəvvürünü  yaradan  şəxsin  aşkar  seksual  xarakterli  hərəkətlərdə  real  və  ya 
simulyasiya  edilmiş  iştirakını  əks  etdirən,  yaxud  seksual  məqsədlərlə  yetkinlik  yaşına 

çatmayanların  cinsi  orqanlarını  əks  etdirən  istənilən  əşyalar  və  ya  materiallar,  o 
cümlədən  aşkar  seksual  hərəkətlərdə  iştirak  edən  yetkinlik  yaşına  çatmayan  şəxsi  əks 
etdirən realistik təsvirlər başa düşülür.  
2. Bu Məcəllənin 171-1.2.3-cü maddəsində "xeyli miqdar" dedikdə, min manatdan artıq olan 
məbləğ başa düşülür. 
 M a d d ə   1 7 2 .  Özgənin uşağını dəyişdirmə 
Tibb  müəssisələrində  uşağın  mühafizəsi  və  ya  ona  qayğı  göstərilməsi  vəzifəsini  daşıyan 
şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 7 3 .   (Çıxarılıb) 
229
 
 M a d d ə   1 7 4 .  Qanunsuz olaraq övladlığa götürmə 
Uşaqların  övladlığa  götürülməsi,  qəyyumluğa  (himayəyə)  və  ya  himayədar  ailəyə  tərbiyə 
olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə—
230
 
yüz  manatdan  üç  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
231
  
 M a d d ə   1 7 5 .  Övladlığa götürmə sirrini yayma 
Övladlığa  götürənin  iradəsi  ziddinə  olaraq  övladlığa  götürmə  faktını  xidməti  və  ya  peşə 
sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq 
niyyətlə yayma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz 
səksən  saatadək  ictimai  işlər  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən 
fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək 
müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
232
   
 M a d d ə   1 7 6 .   Uşaqlara  və  ya  valideynlərə  kömək  göstərməkdən  qərəzli  boyun 
qaçırma
233
 
176.1.  Əmək  qabiliyyəti  olan  və  işləyən  valideynlər  tərəfindən  yetkinlik  yaşına  çatmayan 
uşağın  (uşaqların),  habelə  yetkinlik  yaşına  çatmış,  lakin  əmək  qabiliyyəti  olmayan  övladların 
saxlanması  üçün  məhkəmə  tərəfindən  müəyyən  edilmiş  vəsaiti  ödəməkdən  qərəzli  olaraq 
boyun qaçırma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz doxsan saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
234
 
176.2.  Əmək  qabiliyyəti  olan  və  işləyən  övlad  (övladlar)  tərəfindən  əmək  qabiliyyəti 
olmayan  valideynlərin  saxlanması  üçün  məhkəmə  tərəfindən  müəyyən  edilmiş  vəsaiti 
ödəməkdən qərəzli olaraq boyun qaçırma— 
beş yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.
235
 

Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə 
176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə - 
 iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - 
 üç  min  manatdan  dörd  min  manatadək  miqdarda  cərimə  və  ya  dörd  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236
 
 
DOQQUZUNCU BÖLMƏ 
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR 
23-cü fəsil 
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   1 7 7 .  Oğurluq 
177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — 
yüz  manatdan  yeddi  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  yüz  altmış  saatdan  dörd 
yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
237
 
177.2. Eyni əməllər: 
177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
177.2.2. təkrar törədildikdə; 
177.2.3.  yaşayış  sahəsinə,  habelə  binaya,  anbara  və  ya  başqa  saxlanc  yerlərinə  qanunsuz 
daxil olmaqla törədildikdə; 
177.2.3-1.  elektron  məlumat  daşıyıcılarından,  yaxud  informasiya  texnologiyalarından 
istifadə edilməklə törədildikdə;
238
 
177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik 
enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 
177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 
və  ya  olunmamaqla  üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
239
 
177.3. Eyni əməllər: 
177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə; 
177.3.3.  əvvəllər  talama  və  ya  hədə-qorxu  ilə  tələb  etməyə  görə  iki  dəfə  və  ya  daha  çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:
240
 

1.  Bu  Məcəllənin  177.1-ci  maddəsində  nəzərdə  tutulmuş  məsuliyyət  əmlakın  mülkiyyətçisinə  və  ya  digər 
sahibinə otuz manatdan min manatadək ziyan vurulduğu hallarda yaranır.
241
 
2.  Bu  Məcəllənin  177—187,  189  və  189-1-ci    maddələrində  «xeyli  miqdar»  dedikdə,  min  manatdan  yeddi  min 
manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
 242
 
3. Bu Məcəllənin 177—185-ci, habelə 213-3,217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən 
hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—185-ci maddələri ilə nəzərdə tutulmuş 
cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur.
243
 
4. Bu fəslin maddələrində, habelə bu Məcəllənin digər maddələrində talama və ya hədə-qorxu ilə tələb etməyə 
görə əvvəllər məhkum olunmuş şəxs dedikdə, bu Məcəllənin 177—183, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə 
tutulmuş bir və ya bir neçə cinayətlərə görə məhkumluğu olan şəxs başa düşülür.   
 M a d d ə   1 7 8 .  Dələduzluq 
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını 
ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— 
yüz  manatdan  yeddi  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  yüz  altmış  saatdan  dörd 
yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
244
 
178.2. Eyni əməllər: 
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
178.2.2. təkrar törədildikdə; 
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 
və  ya  olunmamaqla  üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
245
 
178.3. Eyni əməllər: 
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə; 
178.3.3.  əvvəllər  talama  və  ya  hədə-qorxu  ilə  tələb  etməyə  görə  iki  dəfə  və  ya  daha  çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  yeddi  ildən  on  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
M a d d ə   1 7 9 .  Mənimsəmə və ya israf etmə 
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz 
səksən  saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
246
 
179.2. Eyni əməllər: 
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
179.2.2. təkrar törədildikdə; 
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və 
ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
247
 

179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
179.3.2. külli miqdarda törədildikdə; 
179.3.3.  əvvəllər  talama  və  ya  hədə-qorxu  ilə  tələb  etməyə  görə  iki  dəfə  və  ya  daha  çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  yeddi  ildən  on  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   1 8 0 .  Soyğunçuluq 
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
180.2. Eyni əməllər: 
180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
180.2.2. təkrar törədildikdə; 
180.2.3.  yaşayış  sahəsinə,  habelə  binaya,  anbara  və  ya  başqa  saxlanc  yerlərinə  qanunsuz 
olaraq girməklə törədildikdə; 
180.2.4.  insanların  həyatı  və  ya  sağlamlığı  üçün  təhlükəli  olmayan  zor  tətbiq  etməklə 
törədildikdə; 
180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  dörd  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
180.3. Eyni əməllər: 
180.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
180.3.2. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 
180.3.3.  əvvəllər  talama  və  ya  hədə-qorxu  ilə  tələb  etməyə  görə  iki  dəfə  və  ya  daha  çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  yeddi  ildən  on  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 8 1 .  Quldurluq 
181.1.  Quldurluq,  yəni  özgənin  əmlakını  ələ  keçirmə  məqsədi  ilə  hücuma  məruz  qalmış 
şəxsin  həyatı  və  ya  sağlamlığı  üçün  təhlükəli  zorakılıqla  və  ya  belə  zorakılıq  tətbiq  ediləcəyi 
hədəsi ilə bağlı olan basqın— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
181.2. Eyni əməllər: 
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
181.2.2. təkrar törədildikdə; 
181.2.3.  yaşayış  sahəsinə,  habelə  binaya,  anbara  və  ya  başqa  saxlanc  yerlərinə  qanunsuz 
olaraq girməklə törədildikdə; 
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə; 
181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə— 

əmlakı  müsadirə  olunmaqla  səkkiz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır. 
181.3. Eyni əməllər: 
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə; 
181.3.4.  əvvəllər  talama  və  ya  hədə-qorxu  ilə  tələb  etməyə  görə  iki  dəfə  və  ya  daha  çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
 M a d d ə   1 8 2 .  Hədə-qorxu ilə tələb etmə 
182.1.  Hədə-qorxu  ilə  tələb  etmə,  yəni  zərərçəkmiş  şəxsin  və  ya  onun  yaxın  qohumlarının 
şəxsiyyəti  üzərində  zor  göstərmə,  onların  haqqında  rüsvayedici  məlumatlar  yayma  və  ya 
onların  əmlakını  tələf  etmə  hədəsi  ilə  özgənin  əmlakını  və  ya  əmlaka  olan  hüququnu  və  ya 
əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— 
üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  üç  ildən  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
182.2. Eyni əməllər: 
182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
182.2.2. təkrar törədildikdə; 
182.2.3. zor tətbiq etmə ilə törədildikdə; 
182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə—
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin