Qeyd:
1. Bu Məcəllənin 206.1-ci maddəsində «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin
dörd min manatdan yuxarı olan məbləğ başa düşülür.
321
2. Bu Məcəllənin 206.2-ci maddəsində "mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar" dedikdə, Azərbaycan
Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər başa düşülür.
M a d d ə 2 0 7 . Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi,
arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan
Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və
xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə
Azərbaycan Respublikasına qaytarmama—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 0 8 . Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama
208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində
əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan
Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli
miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
208.2. Eyni əməllər:
208.2.1. külli miqdarda törədildikdə;
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan,
«külli miqdar» dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür.
322
M a d d ə 2 0 9 . Gömrük ödənişlərinin ödənilməsindən yayınma
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma—
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
323
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
324
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli miqdar»
dedikdə, dörd min manatdan yuxarı olan məbləğ başa düşülür.
325
2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
M a d d ə 2 1 0 . Müflisləşmə zamanı qanunsuz hərəkətlər
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən
müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak
öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak
haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın
özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və
ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli
miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
326
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün
müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların
əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük verdiyi kreditor
tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə-bilə həmin
əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
327
M a d d ə 2 1 1 . Qəsdən müflisləşmə
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə
fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə
qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb
olduqda—
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 1 2 . Saxta müflisləşmə
212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə
fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət
almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün
kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan
etməsi xeyli miqdarda ziyan vurduqda—
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah
işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
328
212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb
olduqda—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 213. Vergi ödəməkdən yayınma
KM1
213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən
yayınma - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
329
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən
yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə "xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli miqdar"
dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
330
2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
331
M a d d ə 2 1 3 - 1 . Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə
marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara
çıxarma və ya idxal etmə
, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı
332
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli
miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və
ya idxal etmə -
əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
333
213-1.2. Eyni əməllər:
213-1.2.1. külli miqdarda törədildikdə;
213-1.2.2. təkrar törədildikdə;
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
334
213-1.3. Pivənin və tütün
məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası
ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları
(malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma -
335
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213-1.4. Eyni əməllər külli miqdarda törədildikdə -
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
336
Qeyd: Bu Məcəllənin 213-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min
manatadək olan məbləğ, 213-1.2-ci maddəsində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan
məbləğ, 213-1.3-cü maddəsində “xeyli miqdar” dedikdə əlli manatdan min manatadək olan məbləğ, 213-
1.4-cü maddəsində “külli miqdar” dedikdə isə min manatdan yuxarı olan məbləğ başa düşülür.
337
Maddə 213-2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma
338
Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal etmiş subyektlər tərəfindən yerin
təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş
qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən,
onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə -
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
339
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
340
Maddə 213-3. Dövlət əyar damğalarını saxtalaşdırma
213-3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının
hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarını
saxtalaşdırma-
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
341
213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə-
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
ONUNCU BÖLMƏ
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
25-ci fəsil
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 2 1 4 . Terrorçuluq
342
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq,
yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul
edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər
vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş
verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər
(terror aktı)
törətmə, habelə
həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -
343
əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
344
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə
törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda;
214.2.5. beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə
törədildikdə -
345
əmlakı müsadirə olunmaqla on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
346
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar
etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin
tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
M a d d ə 2 1 4 - 1 . Terrorçuluğu maliyyələşdirmə
347
Əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın
tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214,
214-2, 214-3,
215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280
, 282 və 283-1-ci
maddələrində nəzərdə tutulmuş
əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya
törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə
şəxsin və ya hə-min məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün
istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya
verilməsi -
348
əmlakı müsadirə olunmaqla
on ildən on dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
349
Qeyd:
1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aksiyalarının törədilməsində və ya törədilməsinə cəhddə faktiki
istifadə olunmaması və ya konkret terror aksiyası ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini aradan
qaldırmır.
2. Bu Məcəllənin 214-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında
xəbərdar etməklə və ya başqa üsulla bu cür terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun
əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
350
Maddə 214-2. Terrorçuluğa açıq çağırışlar
351
Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində
nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu
materiallar yayma -
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 214-3. Terrorçuluq məqsədi ilə təlim keçmə
352
214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində
nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu
silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi
təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma -
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində nəzərdə tutulan təlimləri təşkil etmə və ya
keçirmə -
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət
orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür təlimlərin keçirilməsində nəzərdə
tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak etmiş, belə
təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində
başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
M a d d ə 2 1 5 . Adamları girov götürmə
215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər
hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə ºəxsi girov
götürmə və ya saxlama—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.2. Eyni əməllər:
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
215.2.2. təkrar törədildikdə;
215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;
215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə
törədildikdə;
215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə;
215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə;
215.2.8. tamah niyyəti ilə törədildikdə—
on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və
ya digər ağır nəticələrə səbəb olduqda—
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov
götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad
edilir.
M a d d ə 2 1 6 . Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə
İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai
təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa
hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
353
M a d d ə 2 1 7 . Banditizm
217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar
(bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
217.2. Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak
etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 1 8 . Cinayətkar birlik (təşkilat) yaratma
218.1. Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat)
yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur
bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün
plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
218.3. Bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 1 9 . Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə
gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.2. Eyni əməllər:
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
219.2.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmək hədəsi ilə törədildikdə;
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə;
219.2.4. təkrar törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.3. Bu Məcəllənin 219.1 və ya 219.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və
ya digər ağır nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 1 9 - 1 . Dəniz quldurluğu
354
219-1.1. Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq
etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın -
beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219-1.2. Eyni əməllər:
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
219-1.2.2. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on iki ilədək azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
219-1.3. Eyni əməllər:
219-1.3.1. təkrar törədildikdə;
219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək azadlıqdan
məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 2 0 . Kütləvi iğtişaş
220.1. Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu
silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət
nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil
etmə və ya belə iğtişaşlarda iştirak etmə—
dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
220.2. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və
kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
355
M a d d ə 2 2 1 . Xuliqanlıq
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik
ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi
ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli
hərəkətlər—
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri
və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
356
221.2. Eyni əməllər:
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;
357
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın
pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət
göstərməklə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə
törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 222. Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik
Dostları ilə paylaş: |