Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan
məbləğ, 258.2.1-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ
başa düşülür.
420
Maddə 259. Qanunsuz ağac kəsmə
259.1. Meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların,
eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi xeyli miqdarda
ziyan vurduqda -
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
421
259.2. Eyni əməllər:
259.2.1. təkrar törədildikdə;
259.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə -
üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
422
Qeyd: Bu Məcəllənin 259.1-ci maddəsində "xeyli miqdar" dedikdə, üç yüz manatdan min manatadək olan
məbləğ, 259.2.4-cü maddəsində "külli miqdar" dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür.
423
M a d d ə 2 6 0 . Meşələri məhv etmə və ya korlama
260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri
və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililərini məhv etmə və ya korlama—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
424
260.2. Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla
çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri məhv
etmə və ya korlama—
iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 6 1 . Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin
mühafizə rejimini pozma
Qoruqların, milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə
olunan təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyətli zərər vurulmasına səbəb
olduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
425
Qeyd: Bu Məcəllənin 261-ci maddəsində "əhəmiyyətli zərər" dedikdə iki yüz manatdan artıq olan məbləğ başa
düşülür.
426
29-cu fəsil
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI
QAYDALARI ƏLEYHİNƏ OLAN CINAYƏTLƏR
M a d d ə 2 6 2 . Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və
istismarı qaydalarını pozma
262.1. Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava
nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs
tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır
və ya az ağır zərər vurulmasına səbəb olduqda—
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
427
262.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
428
262.2. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
429
262.3. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 6 3 . Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma
263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs
tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb
olduqda—
iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş
min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
430
263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına
səbəb olduqda –
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
431
263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki
ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
432
263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş
ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə
başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.
M a d d ə 263-1. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş
halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma
433
263-1.1. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin
qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən
istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ
olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır
zərər vurulmasına səbəb olduqda -
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı
min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat
vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
263-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər
vurulmasına
, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına
səbəb
olduqda -
434
dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş
ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263-1.4. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 6 4 . Yol nəqliyyat hadisəsi yerindən qaçma
Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi
hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı
qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—
435
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
KM2
Qeyd: Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs
bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur.
436
M a d d ə 2 6 5 . Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir etmə və ya onları texniki
cəhətdən nasaz vəziyyətdə işə buraxma
265.1. Nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi,
habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki
cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
beş yüz
manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə
və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
437
265.2. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265.3. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
ya daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 265-1. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi
qaydalarının pozulması
438
265-1.1. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin
belə nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılması, yaxud ümumi istifadədə olan nəqliyyat
vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
265-1.3. Bu Məcəllənin 265-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 2 6 6 . Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma
266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya
nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına
səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
439
266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 6 7 . Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları
pozma
267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264
maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat
vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına
az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
440
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
441
267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 6 8 . Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi
zamanı təhlükəsizlik qaydalarını pozma
268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik
qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır
zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
442
268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
ya daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 6 9 . Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi
Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, onun
heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək
göstərməməsi—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 7 0 . Beynəlxalq uçuş qaydalarını pozma
Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş
yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma—
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
443
444
Otuzuncu fəsil
KİBERCİNAYƏTLƏR
M a d d ə 271. Kompyuter sisteminə qanunsuz daxil olma
271.1. Kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq
hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə
tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək
və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
271.2. Eyni əməllər:
271.2.1. təkrar törədildikdə;
271.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən törədildikdə;
271.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
271.3. Bu Məcəllənin 271.1 və ya 271.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı
bir hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 271-273-2-ci maddələrində “kompyuter sistemi” dedikdə,
müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata
keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular
qrupu başa düşülür.
2. Bu Məcəllənin 271-273-2-ci maddələrində “kompyuter məlumatları” dedikdə,
kompyuter sistemində işlənməsi, emal edilməsi üçün yararlı olan istənilən informasiya
(faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa düşülür.
3. Bu Məcəllənin 271-273-cü maddələrində “ictimai əhəmiyyətli infrastruktur
obyekti” dedikdə, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən xidmətlər
göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar), kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları başa düşülür.
M a d d ə 272. Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə
272.1. Kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində
ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o
cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin
elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki
vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi –
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
272.2. Eyni əməllər:
272.2.1. təkrar törədildikdə;
272.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən törədildikdə;
272.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
272.3. Bu Məcəllənin 272.1 və ya 272.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı
bir hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 273. Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz
müdaxilə
273.1. Kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması,
dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə
əhəmiyyətli zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273.2. Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi,
silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin
işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273.3. Bu Məcəllənin 273.1 və ya 273.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
273.3.1. təkrar törədildikdə;
273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən törədildikdə;
273.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və
ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273.4. Bu Məcəllənin 273.1-273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər
ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun hər
hansı bir hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin maddələrində “əhəmiyyətli zərər” dedikdə, ictimai təhlükəli əməl
nəticəsində min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya dövlətin,
cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm
zərərin vurulması başa düşülür.
2. Bu Məcəllənin 273.2-ci maddəsində “kompyuter sisteminin işləməsinə ciddi
maneə törədilməsi” kompyuter sisteminin normal fəaliyyətinin elə bir pozulmasıdır ki,
kompyuter sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya
digər kompyuter sistemləri ilə məlumatları mübadilə etmək imkanını mühüm dərəcədə
məhdudlaşdırsın.
M a d d ə 273-1. Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin
Dostları ilə paylaş: |