Qeyd: Bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən
və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya
digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə
hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən
ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür.
M a d d ə 2 9 4 . Sübutları saxtalaşdırma
294.1. Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların
saxtalaşdırılması—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
472
294.2. Cinayət işi üzrə təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi tərəfindən sübutları
saxtalaşdırma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
294.3. Ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma,
habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 2 9 5 . Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma
295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
473
295.2. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz
hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 9 6 . Bilə-bilə yalan xəbərçilik etmə
296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz
saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
474
296.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və
ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
475
M a d d ə 2 9 7 . Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə
297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə
vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə
yanlış tərcümə etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz
saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
476
297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə
bağlı törədildikdə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə
baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq
bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.
477
2. Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər
yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb
oluna bilməz.
M a d d ə 2 9 8 . Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi—
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz
altmış saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
478
Qeyd: Şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın
qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
M a d d ə 2 9 9 . İfadə verməkdən boyun qaçırmağa, yalan ifadə və ya yalan rəy
verməyə, yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma
299.1. Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy
və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə
onları pulla ələ alma—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
479
299.2. Şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə və ya
tərcüməçini yanlış tərcümə etməyə məcbur etmə, habelə həmin şəxsləri ifadə verməkdən boyun
qaçırmağa məcbur etmə şantajla, həmin şəxsləri və ya onların yaxın qohumlarını öldürmək,
sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək və ya zədələmək hədəsi ilə törədildikdə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
480
299.3. Bu Məcəllənin 299.2-ci maddəsində nəzərdə tutulmuş əməllər həmin şəxslərin həyatı
və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
299.4. Bu Məcəllənin 299.1 və ya 299.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən və ya həmin şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli olan
zor tətbiq etməklə törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 0 0 . Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma
Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən
təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən
hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması
ibtidai
araşdırmanın aparılmasına mane olduqda, yaxud
maraqlı şəxsə mənəvi və ya maddi ziyanın
vurulmasına səbəb olduqda—
481
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
482
M a d d ə 3 0 1 . Məhkəmə və hüquq mühafizə orqanları işçiləri barəsində tətbiq edilən
təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma
301.1. Hakimlər, andlı iclasçılar, icra məmurları, prokurorlar, müstəntiqlər, təhqiqatçılar,
əməliyyat-axtarış fəaliyyətini, gömrük işini həyata keçirən, ictimai qaydanın mühafizəsini və
milli təhlükəsizliyi təmin edən, habelə istintaq orqanlarının və ya prokurorların qərarlarını icra
edən şəxslər və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri
haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən
və ya məlum olan şəxs tərəfindən törədilərsə—
483
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
484
301.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 0 2 . Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma
302.1. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər
tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək
səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş
əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli
pozulmasına səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
485
302.2. Eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki
vasitələrdən istifadə edilməklə törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
486
302.3. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri
qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə -
min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
487
M a d d ə 3 0 3 . Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə
olunmalı əmlak barəsində qanunsuz hərəkətlər
303.1. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs
tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə
üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər
kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
488
303.2. Məhkəmənin hökmünə əsasən müsadirə edilməli olan əmlakı gizlətmə və ya
mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş
hökmünün icra olunmasından başqa cür yayınma—
min manatdan üç min manatadək miqdarda cərimə və ya beş yüz manatadək miqdarda
cərimə edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
489
M a d d ə 3 0 4 . Azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə
altından qaçma
490
304.1. Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs
yerindən, yaxud mühafizə altından qaçması—
491
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
304.2. Eyni əməllər:
304.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
304.2.2. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmə hədəsi ilə törədildikdə;
304.2.3. silah işlətməklə və ya silah qismində işlədilən əşyalardan istifadə olunmaqla
törədildikdə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 0 5 . Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma
Azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə
müddəti başa çatmaqdan sonra geri qayıtmaması—
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 0 6 . Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə
492
306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və
ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik
törətmə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
493
306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
494
M a d d ə 3 0 7 . Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən
cinayəti gizlətmə
307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin
cinayət barəsində xəbər verməmə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
495
307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
496
307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları
tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə
nəzərdə tutulmuº cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Otuz üçüncü fəsil. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər
cinayətlər
497
M a d d ə 3 0 8 . Vəzifə səlahiyyətlərindən sui-istifadə
308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin
icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz
qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq
mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və
qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm
zərər vurduqda –
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki
ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
498
308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb
olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə—
499
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
500
Qeyd: Bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:
1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları
ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət
əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan
hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla),
bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;
2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə
alınmış şəxslər;
3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya
təşkilatlarının rəhbərləri və işçiləri;
4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya
təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını
yerinə yetirən şəxslər;
5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;
6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının
üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament
assambleyalarının üzvləri;
7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli
arbitrləri, xarici və ya yerli andlı iclasçılar.
501
Maddə 308-1. Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar
dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə
308-1.1. Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət
fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə -
səkkiz min manatdan on min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə,
yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-1.2. Eyni əməllər külli miqdarda törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 308-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan iki
yüz əlli min manatadək olan məbləğ, 308-1.2-ci maddəsində “külli miqdar” dedikdə isə iki yüz
əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
M a d d ə 3 0 8 - 1 . Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar
dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə
502
308-1.1. Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının
vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə -
səkkiz min manatdan on min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-1.2. Eyni əməllər külli miqdarda törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 308-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min
manatadək olan məbləğ, 308-1.2-ci maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan
məbləğ başa düşülür.
M a d d ə 3 0 9 . Vəzifə səlahiyyətlərini aşma
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə
kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni
mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər
vurduqda—
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
503
309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və
ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə
etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
504
M a d d ə 3 1 0 . Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə
Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin
mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni
mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz
saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
505
M a d d ə 3 1 1 . Rüşvət alma (passiv rüşvətxorluq)
506
311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə
əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və
ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən
və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya
alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi –
Dostları ilə paylaş: |