289
196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç
misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
290
M a d d ə 1 9 7 . Əmtəə nişanlarından qanunsuz istifadə etmə
197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya
eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli
miqdarda ziyan vurduqda—
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
291
197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
292
M a d d ə 1 9 8 . Bilə-bilə yalan reklam etmə
198.1. Əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları,
satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə
xeyli miqdarda ziyan vurduqda—
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
293
198.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 9 9 . İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma
294
199.1. Təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara
daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel
sövdələşməsi, belə sövdələşmədə iştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradan
qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən bazar maneələrini yaratma,
məhdudlaşdırıcı fəaliyyət vasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini etmə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə edilməklə iki
il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya
iki il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
199.2. Eyni əməllər:
199.2.1. təkrar törədildikdə;
199.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
199.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
199.2.4. xeyli miqdarda ziyan vurduqda və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə
edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
199.3. Bu Məcəllənin 199.1-ci və ya 199.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
199.3.1. cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
199.3.2. hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi
ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi
ilə törədildikdə;
199.3.3. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə edilməklə
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 199.2.4-cü maddəsində “xeyli miqdar” dedikdə on min manatdan əlli min manatadək olan
məbləğ, 199.3.3-cü maddəsində isə “külli miqdar” dedikdə əlli min manatdan artıq olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 199.1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında
xəbərdar etməklə və ya başqa üsulla həmin cinayət əməlinin aşkar edilməsinə və qarşısının alınmasına yardım
etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
M a d d ə 2 0 0 . İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və
satma
200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda,
həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər
tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya
keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd
yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
295
200.2. Eyni əməllər:
200.2.1. təkrar törədildikdə;
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
296
200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə
məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına
az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda —
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
297
200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda —
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manatdan beş yüz manatadək, «külli miqdar» dedikdə beş yüz
manatdan yuxarı olan məbləğ başa düşülür.
298
Maddə 200-1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi
299
200-1.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab
verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin
satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin
istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda
törədildikdə -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç min manatdan beş min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
300
200-1.2. Eyni əməllər:
200-1.2.1. təkrar törədildikdə;
200-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
200-1.2.3. külli miqdarda törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
200-1.3. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab
verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin
satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin
istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin sağlamlığına
az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
200-1.4. Bu Məcəllənin 200-1.3-cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə
min manatdan iki min manatadək
olan məbləğ, 200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan məbləğ başa
düşülür
301
Maddə 200-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji
və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və
ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək
istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi
302
200-2.1. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan
genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları
ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin
genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə
və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
200-2.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan
genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları
ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin
genetik materiallarından istifadə edərək yeyinti məhsullarını istehsal etmə -
dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
200-2.3. Bu Məcəllənin 200-2.1-ci və 200-2.2-ci maddələrində göstərilən əməllər külli
miqdarda törədildikdə -
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
M a d d ə 2 0 1 . Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur
etmə
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv
etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə
əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun
bağlanmasından imtinaya məcbur etmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
201.2. Eyni əməllər:
201.2.1. təkrar törədildikdə;
201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 0 2 . Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə
etmə və ya yayma
202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin
məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri
oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
303
202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və
ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan
vurmaqla törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
304
Maddə 202-1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma
305
202-1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarəti-nə aid sənəd və məlumatların və
ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
306
202-1.2 Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
307
"Maddə 202-2. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə
202-2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə
görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa
şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü
şəxslərə verilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə
törədildikdə -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və
ya min manatdan üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla
altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308
202-2.2. Eyni əməllər:
202-2.2.1. təkrar törədildikdə;
202-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə
olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
309
Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində "insayder" dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.
310
M a d d ə 2 0 3 . Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma
203.1. Qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların
daxil edilməsi, həmçinin bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya
prospektinin təsdiq edilməsi və ya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq
edilməsi xeyli miqdarda ziyan vurduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
311
203.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 203-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya
203-1.1. Qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli
kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar
qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış və qəsdən edilmiş əməllər ilə süni
olaraq dəyişdirilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə
törədildikdə -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və
ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə , əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
203-1.2. Eyni əməllər:
203-1.2.1. təkrar törədildikdə;
203-1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
203-1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan informasiya-
telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək miqdarda cərimə və
ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla altı ildən oıi
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
312
M a d d ə 2 0 4 . Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma
313
204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici
valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma
314
—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
204.2. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar
hazırlama
,
əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə
315
—
əmlakı müsadirə olunmaqla yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
204.3.2. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
M a d d ə 2 0 5 . Saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini
hazırlama, əldə etmə və ya satma
316
205.1. Qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş
sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma
317
—
beş yüz manatdan min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
318
205.2. Eyni əməllər:
205.2.1. təkrar törədildikdə;
205.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
205.2.3. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 205-1. Saxta aksiz markalarının dövriyyəsi
319
Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə
markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər
tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz
markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma -
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan
şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron
qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur.
M a d d ə 205-2. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması,
qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı
320
205-2.1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-
qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli
miqdarda ziyan vurulmuşdursa -
üç min manat miqdarında cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən
saatadək ictimai işlərlə cəzalandırılır.
205-2.2. Eyni əməllər:
205-2.2.1. təkrar törədildikdə;
205-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
205-2.2.3. külli miqdarda ziyan vurduqda -
yeddi min manat miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 0 6 . Qaçaqmalçılıq
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük
nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi
vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan
etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər
əşyaların külli miqdarda keçirilməsi—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici,
radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov
silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının,
nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının
hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən
keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş
strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud
sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə,
yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.4. Bu Məcəllənin 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Dostları ilə paylaş: |