AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   2   3   4   5   6   7   8   9   ...   36

etmə 
Beynəlxalq  müdafiədən  istifadə  edən  xarici  dövlət  nümayəndəsinə  və  ya  beynəlxalq 
təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat 
vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin gərginləşməsi 
məqsədi ilə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 0 3 .  Soyqırım 
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv 
etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya 
onların  əqli  qabiliyyətinə  ciddi  zərər  vurma,  qrupun  bütövlükdə  və  ya  qismən  fiziki  məhvinə 
yönəlmiş  yaşayış  şəraiti  yaratma,  qrup  daxilində  doğumların  qarşısını  almağa  yönəlmiş 
tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə— 
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
 97
 
 M a d d ə   1 0 4 .  Soyqırımın törədilməsinə təhrik etmə 
Bu  Məcəllənin  103-cü  maddəsi  ilə  nəzərdə  tutulmuş  hər  hansı  bir  əməlin  törədilməsinə 
bilavasitə və açıq təhrik etmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 0 5 .  Əhalini məhv etmə 
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə— 
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Bu  fəslin  105—113-cü  maddələrində  nəzərdə  tutulan  istər  sülh,  istərsə  də  müharibə  zamanı  hər  hansı 
mülki  əhaliyə  qarşı  genişmiqyaslı  və  ya  sistematik  hücumların  tərkib  hissəsi  olaraq  qəsdən  törədilmiş  əməllər 
insanlıq əleyhinə cinayətlər hesab edilir. 
98
 
 M a d d ə   1 0 6 .  Köləlik 
106.1.  Köləlik,  yəni  şəxs  üzərində  mülkiyyət  hüququna  xas  olan  səlahiyyətləri  tam  və  ya 
qismən həyata keçirmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
106.2.  Eyni  əməllər  yetkinlik  yaşına  çatmayana  qarşı  və  ya  şəxsi  xarici  ölkəyə  daşımaq 
məqsədi ilə törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
106.3. Kölə ticarəti, yəni şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və 
ya  dəyişdirmək  məqsədi  ilə  saxlama,  onun  barəsində  sərəncam  vermə,  habelə  kölə  ticarəti  və 

kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında cinsi 
azadlığa qəsd edən əməl— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 0 7 .  Əhalini deportasiya etmə və ya məcburi köçürmə 
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş 
əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi 
hərəkətlərlə didərgin salma— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 0 8 .  Cinsi zorakılıq 
Şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla 
əlaqədar digər hərəkətləri etmə— 
on  iki  ildən  iyirmi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 0 8 -1. Məcburi hamiləlik 
99
 
Hər  hansı  əhalinin  etnik  tərkibini  dəyişdirmək  məqsədi  və  ya  beynəlxalq  hüququn  başqa 
ciddi  pozuntuları  ilə  müşahidə  olunan  zorla  hamilə  edilmiş  qadını  qanunsuz  azadlıqdan 
məhrum etmə - 
on  iki  ildən  iyirmi  ilədək  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 0 9 .  Təqib 
Siyasi,  irqi,  milli,  etnik,  mədəni,  dini,  cinsi  və  ya  beynəlxalq  hüquq  normaları  ilə  qadağan 
edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni 
qrupa  və  ya  təşkilata  mənsub  olduqlarına  görə  insanları  əsas  hüquqlardan  kobudcasına 
məhrum etmə insanlıq əleyhinə digər cinayətlərlə əlaqədar olduqda— 
100
 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 1 0 .  İnsanları zorakılıqla yoxa çıxarma 
Dövlətin  və  ya  siyasi  təşkilatın  göstərişi,  dəstəyi  və  ya  razılığı  ilə  uzun  müddət  ərzində 
qanuni  müdafiədən  kənarlaşdırmaq  məqsədilə  şəxsi  tutma,  həbs  etmə  və  ya  oğurlama  və 
sonradan  şəxsin  azadlıqdan  məhrum  edilməsini  danma  və  ya  onun  aqibəti  və  ya  yeri  barədə 
məlumat verməkdən imtina etmə— 
on  ildən  iyirmi  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
 101
 
 M a d d ə   1 1 1 .  İrqi ayrıseçkilik (aparteid) 
111.0.  Hər  hansı  bir  irqi  qrupu  əsarət  altında  saxlamaq  üçün  digər  irqi  qrup  tərəfindən 
üstünlüyü təşkil və təmin etmək məqsədilə: 
111.0.1.  irqi  qrupa  və  ya  qruplara  mənsub  olan  şəxslərin  yaşamaq  və  azadlıq  hüquqlarını 
inkar etmə, yəni irqi qrupa və ya qruplara mənsub olan şəxsləri öldürmə, onların sağlamlığına 
ağır  zərər  vurma  və  ya  əqli  qabiliyyətlərinə  ciddi  zərər  vurma,  işgəncə  və  ya  qəddar,  qeyri-

insani  və  ya  ləyaqəti  alçaldan  rəftar  və  ya  cəza  tətbiq  etmə,  yaxud  özbaşınalıqla  həbs  və 
qanunsuz olaraq azadlıqdan məhrum etmə; 
111.0.2.  irqi  qrupun  və  ya  qrupların,  bütövlükdə  və  ya  qismən,  fiziki  məhvi  ilə  nəticələnə 
biləcək yaşayış şəraiti yaratma; 
111.0.3.  irqi  qrupun  və  ya  qrupların  ölkənin  siyasi,  sosial,  iqtisadi  və  mədəni  həyatında 
iştirakının  qarşısını  almaq,  habelə  qrupa  və  ya  qruplara  mənsub  olan  şəxslərin  işləmək, 
həmkarlar  təşkilatlarını  yaratmaq,  təhsil  almaq,  ölkədən  getmək  və  ölkəyə  qayıtmaq, 
vətəndaşlıq,  hərəkət  etmək  və  yaşayış  yerini  seçmək,  fikir  və  söz  azadlığı,  toplaşmaq  və 
birləşmək  hüquqları  daxil  olmaqla  əsas  insan  hüquq  və  azadlıqlarını  inkar  etməklə  tam 
inkişafın qarşısını almaq məqsədilə hər hansı qanunverici və digər tədbiri həyata keçirmə; 
111.0.4.  düşərgə  və  qettoların  yaradılması  ilə  əhalini  irqi  qruplara  bölmək,  irqi  qruplar 
arasında  qarışıq  nikahları  qadağan  etmək,  irqi  qrupa  və  ya  qruplara  və  ya  onların  üzvlərinə 
mənsub olan torpaq sahələrini onların razılığı olmadan almaq məqsədilə, qanunverici tədbirlər 
daxil olmaqla, hər hansı bir tədbiri həyata keçirmə; 
111.0.5. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin əməyini istismar etmə; 
111.0.6.  aparteidə  qarşı  çıxan  şəxsləri  və  təşkilatları,  əsas  hüquq  və  azadlıqlardan  məhrum 
etmə vasitəsilə təqib etmə— 
on  iki  ildən  iyirmi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 1 2 .  Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə 
Şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan 
məhrum etmə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 1 3 .  İşgəncə 
Tutulmuş  və  ya  azadlığı  başqa  cür  məhdudlaşdırılmış  şəxslərə  fiziki  ağrılar  və  ya  psixi 
iztirablar vermə— 
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
17-ci fəsil 
MÜHARİBƏ CİNAYƏTLƏRİ
 
 M a d d ə   1 1 4 .  Muzdluluq 
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat 
vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə— 
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
102
 
114.2.  Eyni  əməllər  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə  və  ya 
yetkinlik yaşına çatmayan barəsində törədildikdə— 
doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
103
 
114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı— 
beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
104
 
Qeyd

1.  Bu  fəsildə  nəzərdə  tutulmuş  istər  beynəlxalq,  istərsə  də  daxili  silahlı  münaqişə  zamanı  hərbi 
əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş 
əməllər müharibə cinayətləri hesab olunur. 
2.  Muzdlu  dedikdə,  hərbi  münaqişədə  və  hərbi  əməliyyatlarda  iştirak  edən  dövlətin  vətəndaşı 
olmayan,  onun  ərazisində  daimi  yaşamayan,  habelə  rəsmi  vəzifələrin  yerinə  yetirilməsi  üçün 
göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur. 
 M a d d ə   1 1 5 .  Müharibə qanunlarını və adətlərini pozma 
115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş 
tərəfin  silahlı  qüvvələrində  xidmət  etməyə,  habelə  düşmən  dövlətin  vətəndaşlarını  öz 
ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla 
qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar 
aparma,  o  cümlədən  daxili  orqanları  köçürmə  üçün  çıxarma  və  ya  öz  qoşunlarını  və  ya 
obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud 
belə  şəxsləri  girov  kimi  saxlama  və  ya  mülki  əhalini  məcburi  işlərə  cəlb  etmə  və  ya  digər 
məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
115.3.  Bu  Məcəllənin  115.1  və  115.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  şəxslərin 
ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . 
115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə— 
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır .
 105
 
 M a d d ə   1 1 6 .  Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını 
pozma 
116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni: 
116.0.1. mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə; 
116.0.2. ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma; 
116.0.3.  sülh  məramlı  tədbirlərin  həyata  keçirilməsinə  və  ya  humanitar  yardımın 
göstərilməsinə  cəlb  olunmuş  şəxsi  heyətə,  o  cümlədən  Qızıl  Xaç  və  Qızıl  Aypara  fərqləndirici 
emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə;
106
 
116.0.4. hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan 
istifadə etmə; 
116.0.5. yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə; 
116.0.6. hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə; 
116.0.7. müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara 
hücum etmə; 
116.0.8.  hərbi  hədəf  olmayan,  aydın  görünən  və  fərqləndirilən  dini,  təhsil,  elm,  xeyriyyə,  tibb 
obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;
107
 
116.0.8-1. hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında 
olan  mədəni  sərvəti  hücum  obyektinə  çevirmə,  yaxud  gücləndirilmiş  mühafizə  altında  olan  mədəni 
sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə; 

116.0.8-2.  mədəni  sərvəti  qəsdən  böyük  həcmdə  dağıtma  və  ya  mənimsəmə,  yaxud  mədəni  sərvətə 
münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə; 
116.0.8-3. mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni 
sərvətə  mülkiyyət  hüququnu  başqasına  vermə  və  ya  ona  xitam  vermə;  mədəni  sərvətin  bilavasitə 
qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı 
arxeoloji  qazıntı  aparma;  mədəni  sərvətin  mədəni,  tarixi  və  ya  elmi  xarakterini  gizlətmək  və  ya  məhv 
etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə.
108
 
116.0.9.  müvəqqəti  barışıq  haqqında  və  ya  həlak  olanların  və  yaralıların  döyüş 
meydanından  aparılması,  dəyişdirilməsi  və  ya  daşınması  məqsədilə  döyüş  əməliyyatlarının 
dayandırılması barədə saziºi pozma; 
116.0.10.  mülki  əhaliyə  və  ya  döyüşlərdə  iştirak  etməyən  ayrı-ayrı  mülki  şəxslərə  hücum 
etmə; 
116.0.11.  hərbi  əməliyyat  bölgələrində  əhaliyə  qarşı  zorakılıq  göstərmə,  quldurluq  etmə, 
əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma; 
116.0.12.  dağıdılması  mülki  əhali  arasında  böyük  itkilərə  səbəb  ola  bilən  və  ya  mülki 
obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə; 
116.0.13.  hərbi  əməliyyatlarda  birbaşa  iştirakını  təqsirkar  üçün  aşkar  surətdə  dayandırmış, 
həmçinin  silahı  olmayan  və  ya  silahını  yerə  qoymaqla  təslim  olan,  yaxud  yaralanma  və  ya 
başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə; 
116.0.14. işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə; 
116.0.15. hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə; 
116.0.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan 
edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə; 
116.0.17. zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, 
habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə; 
109
 
116.0.18.  bu  Məcəllənin  115.1-ci  maddəsində  göstərilən  şəxsləri  beynəlxalq  hüquq 
normalarına  zidd  olaraq  həbs  etmə  və  ya  başqa  cür  azadlıqdan  məhrum  etmə,  habelə 
prosessual hüquqlardan məhrum etmə— 
on  ildən  iyirmi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
 110
 
Qeyd:  Bu  Məcəllənin  116.0.8-1-116.0.8-3-cü  maddələrində  “mədəni  sərvət”  dedikdə,  aşağıdakılar 
başa düşülür:
111
 
1. hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, 
incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət 
kəsb  edən  memarlıq  ansamblları;  incəsənət  əsərləri;  bədii,  tarixi  və  ya  arxeoloji  əhəmiyyəti  olan 
əlyazmalar,  kitablar  və  digər  əşyalar;  həmçinin  elmi  kolleksiyalar  və  ya  kitab  və  arxiv  materiallarının, 
yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları); 
2.  bu  “Qeyd”in  1-ci  bəndində  göstərilmiş,  əsas  və  həqiqi  məqsədi  daşınar  mədəni  sərvətlərin 
saxlanması  və  ya  sərgilənməsi  olan  binalar  (muzeylər,  iri  kitabxanalar,  arxivlər,  habelə  həmin  bənddə 
göstərilmiş  daşınar  mədəni  sərvətləri  silahlı  münaqişə  zamanı  saxlamaq  üçün  istifadə  olunan 
sığınacaqlar); 
3.  bu  “Qeyd”in  1-ci  və  2-ci  bəndlərində  göstərilmiş  mədəni  sərvətlərin  çox  olduğu  “mədəni 
sərvətlərin cəmləşdiyi mərkəz” adlandırılan mərkəzlər. 

M a d d ə   1 1 7 .   Silahlı  münaqişə  zamanı  hərəkətsizlik  etmə  və  ya  cinayətkar  əmr 
vermə 
117.1.  Rəis  və  ya  vəzifəli  şəxs  tərəfindən  silahlı  münaqişə  zamanı  tabeliyində  olanlara  bu 
Məcəllənin  115—116-cı  maddələrində  nəzərdə  tutulan  cinayətlərin  qarşısının  alınması 
məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
117.2.  Döyüş  bölgələrində  heç  kəsin  sağ  buraxılmayacağını  bəyan  etmə  və  ya  bu  barədə 
tabeliyində  olan  şəxsə  və  ya  bu  Məcəllənin  115—116-cı  maddələrində  nəzərdə  tutulan 
cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə— 
on  iki  ildən  iyirmi  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır 
M a d d ə   1 1 8 .  Hərbi soyğunçuluq 
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) 
— 
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 1 9 .  Müdafiə olunan nişanlardan sui-istifadə 
119.1. Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı 
Xaç  və  Qırmızı  Aypara  emblemlərindən,  fərqləndirici  siqnallardan,  Beynəlxalq  Qızıl  Xaç  və 
Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl 
Aypara  emblemlərindən  və  onların  adlarından,  müdafiə  nişanı  qismində  istifadə  edilən  Qızıl 
Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə 
etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə—
112
 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
119.2. Ağ bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o 
cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici nişanlardan 
sui-istifadə  etmə,  bu  əməllər  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  onun  sağlamlığına  ağır  zərər 
vurulmasına səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
SƏKKIZINCI BÖLMƏ 
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
18-ci fəsil 
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   1 2 0 .  Qəsdən adam öldürmə 
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— 
doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 113
 
120.2. Qəsdən: 
120.2.1.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə; 

120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə; 
120.2.3.  zərərçəkmiş  şəxsin  xidməti  vəzifəsini  və  ya  ictimai  borcunu  yerinə  yetirməsi  ilə 
əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 
120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; 
120.2.5.  tamah  məqsədi  ilə  və  ya  sifarişlə,  habelə  zərərçəkmiş  şəxsin  orqanlarından  və  ya 
toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə; 
120.2.6.  başqa  cinayəti  gizlətmə  və  ya  onun  törədilməsini  yüngülləşdirmə  məqsədi  ilə, 
habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;— 
120.2.7. iki və ya daha çox şəxsi öldürmə; 
120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə; 
120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə 
adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə; 
120.2.10. təkrar adam öldürmə; 
120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam 
öldürmə; 
114
 
120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə— 
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
 115
 
Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən 
hər  hansı  birini  və  ya  bir  neçəsini  törətmiş  şəxs  tərəfindən  bu  Məcəllənin  120-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş 
cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur. 
 M a d d ə   1 2 1 .  Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi 
Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 2 2 .   Qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  vəziyyətində  qəsdən  adam 
öldürmə 
122.1.  Zərərçəkmiş  şəxs  tərəfindən  edilən  zorakılıq,  ağır  təhqir  və  ya  sair  qanunsuz  və  ya 
əxlaqsız  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində,  habelə  zərərçəkmiş  şəxsin  mütəmadi  qanunsuz 
və  ya  əxlaqsız  davranışı  ilə  əlaqədar  yaranmış  uzun  sürən  dözülməz  psixi  şərait  nəticəsində 
qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
116
 
122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 2 3 .   Zəruri  müdafiə  həddini  və  ya  cinayət  törətmiş  şəxsin  tutulması  üçün 
zəruri həddi aşmaqla adam öldürmə 
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
117
 
123.2.  Cinayət  törətmiş  şəxsin  tutulması  üçün  zəruri  həddi  aşmaqla  qəsdən  adam 
öldürmə— 

iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
  
M a d d ə   1 2 4 .  Ehtiyatsızlıqdan adam öldürmə 
124.1. Ehtiyatsızlıqdan adam öldürmə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
118
 
124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə— 
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 2 5 .  Özünü öldürmə həddinə çatdırma 
Təqsirkardan  maddi,  xidməti  və  ya  sair  cəhətdən  asılı  olmuº  zərərçəkmiş  şəxsi  onunla 
amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə 
özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma— 
üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  üç  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
119
 
 M a d d ə   1 2 6 .  Qəsdən sağlamlığa ağır zərər vurma 
126.1.  Qəsdən  sağlamlığa  ağır  zərər  vurma,  yəni  insan  həyatı  üçün  təhlükəli  olan  və  ya 
görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının 
itirilməsinə,  psixi  pozuntuya  və  ya  sağlamlığın  başqa  cür  pozulmasına,  əmək  qabiliyyətinin 
üçdə  bir  hissəsindən  az  olmamaqla  uzun  müddətə  itirilməsi  ilə  və  ya  təqsirkar  üçün  aşkar 
surətdə  zərərçəkmiş  şəxsin  peşəkar  əmək  qabiliyyətinin  tam  itirilməsi  ilə  əlaqədar  olan  və  ya 
hamiləliyin  pozulmasına,  şəxsin  narkomanlıqla  və  ya  toksikomanlıqla  xəstələnməsinə  səbəb 
olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
126.2. Eyni əməllər: 
126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir 
olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
126.2.2.  zərərçəkmiş  şəxsin  xidməti  vəzifəsini  və  ya  ictimai  borcunu  yerinə  yetirməsi  ilə 
əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 
126.2.3.  xüsusi  amansızlıqla,  o  cümlədən  zərərçəkmiş  şəxsə  ağır  iztirablar  verməklə  və  ya 
sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 
126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə; 
126.2.5.  zərərçəkmiş  şəxsin  orqanlarından  və  ya  toxumalarından  istifadə  etmək  məqsədilə 
törədildikdə— 
altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
126.3.  Bu  Məcəllənin  126.1  və  126.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 120
 
 M a d d ə   1 2 7 . Qəsdən sağlamlığa az ağır zərər vurma 
127.1.  Zərərçəkmiş  şəxsin  həyatı  üçün  təhlükəli  olmayan  və  bu  Məcəllənin  126-cı 
maddəsində  nəzərdə  tutulan  nəticələrə  səbəb  olmayan,  lakin  sağlamlığın  uzun  müddət 

pozulmasına  səbəb  olmuş  və  ya  ümumi  əmək  qabiliyyətinin  üçdə  bir  hissəsindən  az  olmaqla 
əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—
121
 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
122
 
127.2. Eyni əməllər: 
127.2.1.  zərərçəkmiş  şəxsin  xidməti  vəzifəsini  və  ya  ictimai  borcunu  yerinə  yetirməsi  ilə 
əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 
127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, 
habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin