Tərbiyəvi xarakterli məcburi tədbirlərin məzmunu
87.1. Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu
Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən
ibarətdir.
87.2. Nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra
hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun
davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir.
87.3. Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak vəziyyəti
və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınmaqla onun üzərinə qoyulur.
87.4. Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi
tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən
formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmamasını, günün
müəyyən vaxtlarından sonra evdən kənarda olmamasını, müvafiq dövlət orqanının icazəsi
olmadan başqa ərazilərə getməməsini nəzərdə tuta bilər. Yetkinlik yaşına çatmayana həmçinin
təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək
vəzifəsi də müəyyən edilə bilər. Bu tədbirlərdən başqa asudə vaxtın məhdudlaşdırılması və
yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də
nəzərdə tuta bilər.
Maddə 88.
Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etmə
88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır
cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması
mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
88.2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq
edilə bilər:
88.2.1. xəbərdarlıq;
88.2.2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının
nəzarətinə vermək;
88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
88.2.4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə
bağlı xüsusi tələblər müəyyən etmək.
88.3. Yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər
tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi
xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı
tərəfindən müəyyən olunur.
88.4. Yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq
yerinə yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir
və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün
məhkəməyə göndərilir.
Maddə 89.
Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş
yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi
xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.
89.2. Məhkəmə az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına çatmayanı
yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində və
ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail olmağı mümkün hesab
edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına çatmayan göstərilən
müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır.
89.3. Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən tədbirin
tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi
tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən məhkəmə yetkinlik yaşına çatmayanın
vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər.
Maddə 90.
Yetkinlik yaşına çatmayanların şərti olaraq vaxtından əvvəl cəzadan azad
edilməsi
90.0. İslah işlərinə və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına
çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar:
90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş
cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
90.0.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən
sonra;
90.0.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki
hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.
Maddə 91.
Müddətin keçməsi
Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən,
bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır.
Maddə 92.
Məhkumluğun ödənilməsi müddətləri
92.0. Məhkumluğun bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət
törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər:
92.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan
məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il;
92.0.2. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə
cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.
ALTINCI BÖLMƏ
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
15-ci fəsil
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
Maddə 93.
Tibbi_xarakterli_məcburi_tədbirlərin_növləri'>Tibbi_xarakterli_məcburi_tədbirlərin_tətbiq_edilməsinin_məqsədi'>Tibbi_xarakterli_məcburi_tədbirlərin_tətbiq_edilməsinin_əsasları'>Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları
93.1. Tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən:
93.1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi)
anlaqsız vəziyyətdə törətmiş şəxslərə;
93.1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən
psixi xəstəliyə düçar olmuş şəxslərə;
93.1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan
şəxslərə;
93.1.4. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan
şəxslərə təyin edilə bilər.
93.2. Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə tibbi
xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa
şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.
93.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunur.
93.4. Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində göstərilən və öz psixi vəziyyətinə görə
təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması
üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir.
Maddə 94.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1—93.1.4-cü
maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin
yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının
alınmasından ibarətdir.
Maddə 95.
Tibbi xarakterli məcburi tədbirlərin növləri
95.0. Məhkəmə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:
95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;
95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi
müalicə.
Maddə 96.
Məcburi ambulatoriya müşahidəsi altında olma və psixiatr tərəfindən
müalicə edilmə
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin
məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu
Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
Maddə 97.
Psixiatriya stasionarlarında məcburi müalicə olunma
97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun
üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə,
psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində
nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər.
97.2. İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və
müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi
müalicə təyin edilə bilər.
97.3. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış
psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.4. Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi
müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə
altında məcburi müalicə təyin edilə bilər.
Maddə 98.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və
ləğv edilməsi
98.1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv
edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb
müəssisəsinin müdiriyyətinin vəsatəti ilə məhkəmə tərəfindən həyata keçirilir.
98.2. Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin ləğv
edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ay müddətində bir
dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir. Tibbi xarakterli
məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadıqda məcburi
müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi müalicənin müddətinin uzadılması
haqqında məhkəməyə öz rəyini təqdim edir. Məcburi müalicənin ilk dəfə uzadılması
müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi
müalicə müddətinin uzadılması hər il həyata keçirilir.
98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş
tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər
məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin
dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.
98.4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs
barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir.
Maddə 99.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza
təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında
məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə
hesablanır.
XÜSUSİ HİSSƏ
YEDDİNCİ BÖLMƏ
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
16-cı fəsil
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
Maddə 100.
Təcavüzkar_müharibəni_planlaşdırma,_hazırlama,_başlama_və_ya_aparma'>Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama—
səkkiz ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
100.2. Təcavüzkar müharibəni aparma—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 101.
Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
101.2. Eyni əməllər kütləvi informasiya vasitələri ilə və ya vəzifəli şəxs tərəfindən
törədildikdə—
üç ilədək müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 102.
Beynəlxalq_müdafiədən_istifadə_edən_şəxslərə_və_ya_təşkilatlara_hücum_etmə'>Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum
etmə
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın
əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat
vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin
gərginləşməsi məqsədi ilə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 103.
Soyqırım
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv
etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya
onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə
yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş
tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 104.
Soyqırımın törədilməsinə təhrik etmə
Bu Məcəllənin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə
bilavasitə və açıq təhrik etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 105.
Əhalini məhv etmə
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd: Bu fəslin 105—113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə
qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər
hesab edilir.
Maddə 106.
Köləlik
106.1. Köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya
qismən həyata keçirmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.2. Eyni əməllər yetkinlik yaşına çatmayana qarşı və ya şəxsi xarici ölkəyə daşımaq
məqsədi ilə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.3. Kölə ticarəti, yəni şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və
ya dəyişdirmək məqsədi ilə saxlama, onun barəsində sərəncam vermə, habelə kölə ticarəti və
kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında
cinsi azadlığa qəsd edən əməl—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 107.
Əhalini deportasiya etmə və ya məcburi köçürmə
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş
əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər
məcburi hərəkətlərlə didərgin salma—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 108.
Cinsi zorakılıq
Şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla
əlaqədar digər hərəkətləri etmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 108
‐1. Məcburi hamiləlik
Hər hansı əhalinin etnik tərkibini dəyişdirmək məqsədi və ya beynəlxalq hüququn başqa ciddi
pozuntuları ilə müşahidə olunan zorla hamilə edilmiş qadını qanunsuz azadlıqdan məhrum
etmə -
on ildən on beş ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 109.
Təqib
Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan
edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə,
yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına
məhrum etmə insanlıq əleyhinə digər cinayətlərlə əlaqədar olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 110.
İnsanları zorakılıqla yoxa çıxarma
Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni
müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan
şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat
verməkdən imtina etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 111.
İrqi ayrıseçkilik (aparteid)
111.0. Hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən
üstünlüyü təşkil və təmin etmək məqsədilə:
111.0.1. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin yaşamaq və azadlıq hüquqlarını inkar
etmə, yəni irqi qrupa və ya qruplara mənsub olan şəxsləri öldürmə, onların sağlamlığına ağır
zərər vurma və ya əqli qabiliyyətlərinə ciddi zərər vurma, işgəncə və ya qəddar, qeyri-insani
və ya ləyaqəti alçaldan rəftar və ya cəza tətbiq etmə, yaxud özbaşınalıqla həbs və qanunsuz
olaraq azadlıqdan məhrum etmə;
111.0.2. irqi qrupun və ya qrupların, bütövlükdə və ya qismən, fiziki məhvi ilə nəticələnə
biləcək yaşayış şəraiti yaratma;
111.0.3. irqi qrupun və ya qrupların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında
iştirakının qarşısını almaq, habelə qrupa və ya qruplara mənsub olan şəxslərin işləmək,
həmkarlar təşkilatlarını yaratmaq, təhsil almaq, ölkədən getmək və ölkəyə qayıtmaq,
vətəndaşlıq, hərəkət etmək və yaşayış yerini seçmək, fikir və söz azadlığı, toplaşmaq və
birləşmək hüquqları daxil olmaqla əsas insan hüquq və azadlıqlarını inkar etməklə tam
inkişafın qarşısını almaq məqsədilə hər hansı qanunverici və digər tədbiri həyata keçirmə;
111.0.4. düşərgə və qettoların yaradılması ilə əhalini irqi qruplara bölmək, irqi qruplar
arasında qarışıq nikahları qadağan etmək, irqi qrupa və ya qruplara və ya onların üzvlərinə
mənsub olan torpaq sahələrini onların razılığı olmadan almaq məqsədilə, qanunverici tədbirlər
daxil olmaqla, hər hansı bir tədbiri həyata keçirmə;
111.0.5. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin əməyini istismar etmə;
111.0.6. aparteidə qarşı çıxan şəxsləri və təşkilatları, əsas hüquq və azadlıqlardan məhrum
etmə vasitəsilə təqib etmə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 112.
Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə
Şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan
məhrum etmə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 113.
İşgəncə
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi
iztirablar vermə—
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17-ci fəsil
MÜHARİBƏ CİNAYƏTLƏRİ
Maddə 114.
Muzdluluq
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat
vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
114.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya
yetkinlik yaşına çatmayan barəsində törədildikdə—
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəsildə nəzərdə tutulmuş istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların
planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab
olunur.
2. Muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi
yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət
göstərən şəxslər nəzərdə tutulur.
Maddə 115.
Müharibə qanunlarını və adətlərini pozma
115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş
tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz
ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla
qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar
aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya
obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud
belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər
məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.3. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxslərin
ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır .
115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə—
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır .
Maddə 116.
Dostları ilə paylaş: |