110
124.1. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon
(şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə
aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati
xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə
göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul
etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya
sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına
göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu
gün mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati
xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu
Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada
məlumatlandırılır.
124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ
səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları
əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən
bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə
razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır.
124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda,
səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.
124.4. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya
inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal,
yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq
icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində
yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat
111
aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq
etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun
kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş
üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində
nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması
üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul
edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu
Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada
məlumat verilir.
124.5. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin
yanında deyilsə, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto
və ya videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi
barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat
vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta
haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın
ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal
müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində
yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2-ci
maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
112
124.6. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin
yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa
aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin
iştirakı olmadan foto və ya videoçəkiliş aparılmaqla, nəqliyyat
vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib
edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat
vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya
videomateriallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat
vasitəsinin ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat
vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq
dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya
sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2.1
və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat
verilir.
Maddə 125. İnzibati xəta haqqında protokol və inzibati xəta
haqqında iş üzrə qərar barədə məlumatlandırma
125.1. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya
inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada,
həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə
yerləşdirilir.
125.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi
(həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri
ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati
113
xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada
məlumatlandırılır:
125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya
sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta
haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat
vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda
yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına
(olduğu halda) göndərir;
125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının
informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon
nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu,
xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə
əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği,
inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta
haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə
edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet
ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal
göndərir;
125.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati
xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə
kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu
Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada
verilir.
125.3. Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet
informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı
tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında
114
iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü
maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması
haqqında qeyd yerləşdirilməlidir.
125.4. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi
texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə
tərtib edilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati
xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 57-ci maddəsində
nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt
göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə göndərilir.
125.5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə
tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki
şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon
nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük
vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə
edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün)
müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana
verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində
yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların
telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və
yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
125.6. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminə daxil edilmiş, bu Məcəllənin 125.4 və 125.5-ci
maddələrində nəzərdə tutulmuş məlumatlar müvafiq icra
hakimiyyəti orqanının informasiya sisteminə də göndərilir.
115
125.7. Elektron kabinetdə şəxsə aid, qüvvədə olan (icra
olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol
yoxdursa, o, həmin tarixə bu barədə çap və ya elektron formada
çıxarış əldə edə bilər.
125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati
xəta haqqında iş üzrə qərar elektron kabinetdə
yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə
növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun
hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat
vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.
Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə
baxılma qaydası
126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul
edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-
cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya
inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci
maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq
etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət
edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə
göndərilə bilər.
126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta
haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli
orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı
116
videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv
edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş
üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati
xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə
qərar qəbul edilir.
126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş
qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya
sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci
maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 127. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati
xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati
tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə
əlaqədar xətalar üzrə icraatın aparılması qaydası
Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati
xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan
barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq
sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə
göndərilir.
FƏSİL 17
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ QƏRARA YENİDƏN BAXILMA
Maddə 128. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya
117
protest vermək hüququ
128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına
çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi,
zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu
Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs
inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest
verə bilər.
128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya
protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli
şəxsə) verilir:
128.2.1. hakimin qərarından - apellyasiya instansiyası
məhkəməsinə;
128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın
olduğu yerin məhkəməsinə;
128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından -
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.
Maddə 129. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və
ya protest vermə qaydası
129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya
protest aşağıdakı qaydada verilir:
129.1.1. hakimin qərarından apellyasiya instansiyası
məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul
etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası
məhkəməsinə;
118
129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən
şikayət - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər)
məhkəməsinə;
129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından
məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya
hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər)
məhkəməsinə;
129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından
məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə
rayon (şəhər) məhkəməsinə;
129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə).
129.2. Bu Məcəllənin 129.1.1-ci maddəsində nəzərdə tutulmuş
hallarda hakim şikayətin daxil olduğu gündən üç gün müddətində
şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya
instansiyası məhkəməsinə göndərir.
129.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan
şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin
və ya protestin daxil olduğu gün göndərilir.
129.4. Şikayətə və ya protestə baxılma hakimin, orqanın
(vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç
gün müddətində aidiyyəti üzrə göndərilir.
129.5. İnzibati xəta haqqında iş üzrə qərardan verilən
şikayətdən dövlət rüsumu tutulmur.
Maddə 130. Qərardan şikayət və ya protest vermə müddətləri
119
130.1. Qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə
tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində
inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.
130.2. Bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş
müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti
ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
bərpa edilir.
130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab
edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul
edilir.
Maddə 131. İnzibati xəta haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxılma müddətləri
131.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır.
131.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs
tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş
qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin
verildiyi vaxtdan bir gün müddətində baxılır.
Maddə 132. İnzibati xəta haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxmağa hazırlıq
132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:
120
132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) aiddirmi;
132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar
mövcuddurmu;
132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin
edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma
üçün lazım olan şəxslər çağırılır.
132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya
protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir.
Maddə 133. İnzibati xəta haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxılma
133.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır.
133.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxılarkən:
133.2.1. şikayətə və ya protestə kim tərəfindən baxılması,
hansı şikayətə və ya protestə baxılması, şikayətin kim tərəfindən
verilməsi elan olunur;
133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul
edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə
şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış
digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir;
121
133.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi
şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin
səlahiyyətləri müəyyən edilir;
133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının
gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin
şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud
şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə
baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul
edilir;
133.2.5. şikayətə və ya protestə baxılmada iştirak edən
şəxslərin hüquqları və vəzifələri onlara izah edilir;
133.2.6. etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll
edilir;
133.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş
şikayət və ya protest elan edilir;
133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi
və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında
yoxlanılır;
133.2.9. inzibati xəta haqqında iş üzrə icraatda prokuror
iştirak etdiyi hallarda onun rəyi dinlənilir.
Maddə 134. İnzibati xəta haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxılma haqqında qərar
134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:
122
134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə
təmin edilmədən saxlanılması haqqında;
134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə
müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya
qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında;
134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu
hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata
xitam verilməsi haqqında;
134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə
müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta
haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana
(vəzifəli şəxsə) göndərilməsi haqqında;
134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta
haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın
(vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv
edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi
haqqında.
134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu
Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir.
Maddə 135. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv
edilməsi və ya dəyişdirilməsi üçün əsaslar
135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və
ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:
135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi
nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların
araşdırılmaması;
123
135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi
nəticələrin işin faktiki hallarına uyğun olmaması;
135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta
yetirilməməsi;
135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun
normasının düzgün tətbiq edilməməsi;
135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü
maddələrinin tələblərinə uyğun olmaması;
135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin
hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə
törədəcək dərəcədə pozulması.
135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs),
barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı
yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci
maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya
prokurorun protesti olduqda qəbul edə bilər.
Maddə 136. İnzibati xəta haqqında iş üzrə qərardan verilən
şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi
136.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət
və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan
edilir.
136.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət
və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul
olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta
124
haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin
nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora
verilir.
136.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi
barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra
etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində
inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir.
Maddə 137. İnzibati xəta haqqında iş üzrə qərardan verilən
şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən
baxılma
137.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət
və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik
yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin
nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə
tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə
məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə
baxılır.
137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya
protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan
bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə
şikayət verilə bilər.
V BÖLMƏ
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ QƏRARIN İCRASI
|