393
məlumatın verilməməsi
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və
təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların
müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın
verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış
yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə -
vəzifəli şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 606. Hərbi qeydiyyat qaydalarının pozulması
606.1. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını
aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi
vəzifəlilərdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə sənədlərin
tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış
məlumatların daxil edilməsinə, onların hərbi qeydiyyata
alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi
qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina
edilməsinə görə -
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə
edilir.
606.2. Vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş vəzifələrini icra etməməsinə, yəni:
606.2.1. vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün
müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün
müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;
606.2.2. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox
müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan
çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;
394
606.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən,
10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra
hakimiyyəti orqanına məlumat verməməsinə görə -
otuz manat məbləğində cərimə edilir.
606.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü
maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə
tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına
üzrlü səbəblər olmadan gəlməməsinə görə -
əlli manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni
əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış
və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən
cinayət məsuliyyətinə səbəb olur.
Maddə 607. Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması
və ya itirilməsi
Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi
qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya
itirilməsinə görə -
xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.
Maddə 608. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə
orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən
səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin
edilməməsi
608.1. Müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə
orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin,
idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan
edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və
395
onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə
gətirilməsinin təmin edilməməsinə görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
608.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə
orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə
və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan
Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səfərbərlik
hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin
yerinə yetirilməməsinə görə-
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 609. Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin
pozulması
609.1. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə
orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan
təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna
əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti
barədə məlumatların təqdim edilməməsinə görə-
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək
məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli
manatadək məbləğdə cərimə edilir.
609.2. Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat
vasitələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və
qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və
xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim
olunmamasına görə-
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
396
M Ü N D Ə R İ C A T
ÜMUMİ HİSSƏ
I BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR
FƏSİL 1
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ
XƏTALAR QANUNVERİCİLİYİ, ONUN VƏZİFƏLƏRİ
VƏ PRİNSİPLƏRİ
1
FƏSİL 2
İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT
4
FƏSİL 3
ƏMƏLİN İNZİBATİ XƏTA OLMASINI ARADAN
QALDIRAN HALLAR
7
FƏSİL 4
İNZİBATİ TƏNBEH
7
FƏSİL 5
İNZİBATİ TƏNBEH TƏTBİQ ETMƏ
11
FƏSİL 6
İNZİBATİ MƏSULİYYƏTDƏN AZAD ETMƏ
15
II BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ OLAN
ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR)
FƏSİL 7
ƏSAS QAYDALAR
16
FƏSİL 8
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN
AİDİYYƏTİ
17
397
FƏSİL 9
SƏLAHİYYƏTİ OLAN ORQANLAR (VƏZİFƏLİ
ŞƏXSLƏR) TƏRƏFİNDƏN BAXILMIŞ İNZİBATİ
XƏTALAR HAQQINDA İŞLƏR BARƏDƏ ELEKTRON
İNFORMASİYA SİSTEMLƏRİ VƏ EHTİYATLARI
18
III BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT
FƏSİL 10
ÜMUMİ MÜDDƏALAR
19
FƏSİL 11
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ
İCRAATIN İŞTİRAKÇILARI, ONLARIN HÜQUQLARI
VƏ VƏZİFƏLƏRİ
25
FƏSİL 12
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ SÜBUTLAR
VƏ ONLARIN QİYMƏTLƏNDİRİLMƏSİ
32
FƏSİL 13
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATIN
TƏMİN EDİLMƏSİ TƏDBİRLƏRİNİN TƏTBİQİ
36
IV BÖLMƏ
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ
FƏSİL 14
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATA
BAŞLAMA
45
FƏSİL 15
İNZİBATİ XƏTA HAQQINDA İŞLƏRƏ BAXILMASI
49
398
FƏSİL 16
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ
BAXILMANIN XÜSUSİYYƏTLƏRİ
56
FƏSİL 17
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ QƏRARA
YENİDƏN BAXILMA
63
V BÖLMƏ
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ QƏRARIN İCRASI
FƏSİL 18
ÜMUMİ MÜDDƏALAR
67
FƏSİL 19
İNZİBATİ TƏNBEHİN AYRI-AYRI NÖVLƏRİNİN
İCRASI QAYDASI
70
XÜSUSİ HİSSƏ
VI BÖLMƏ
İNZİBATİ XƏTALAR
FƏSİL 20
SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
77
FƏSİL 21
SİYASİ, SOSİAL VƏ ƏMƏK HÜQUQLARI ƏLEYHİNƏ
OLAN İNZİBATİ XƏTALAR
79
FƏSİL 22
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP
MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ
ƏLAQƏDAR İNZİBATİ XƏTALAR
92
399
FƏSİL 23
ƏHALİNİN SANİTARİYA-GİGİYENA VƏ
SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIĞI
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
93
FƏSİL 24
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
99
FƏSİL 25
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ, TƏBİƏTDƏN
İSTİFADƏ VƏ EKOLOJİ TƏHLÜKƏSİZLİK
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
101
FƏSİL 26
SƏNAYE, ELEKTRİK VƏ İSTİLİK ENERJİSİNDƏN
İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
118
FƏSİL 27
DAMAZLIQ, BAYTARLIQ-SANİTARİYA
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
121
FƏSİL 28
HAVA, DƏNİZ, ÇAY, AVTOMOBİL, DƏMİR YOLU
NƏQLİYYATINDA VƏ METROPOLİTENDƏ OLAN
QAYDALAR ƏLEYHİNƏ İNZİBATİ XƏTALAR
126
FƏSİL 29
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN
İNZİBATİ XƏTALAR
136
FƏSİL 30
YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN
EDİLMƏSİ VƏ AVTOMOBİL YOLLARINDAN
İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
152
FƏSİL 31
RABİTƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
156
FƏSİL 32
İNFORMASİYADAN İSTİFADƏ EDİLMƏSİ, ONUN
400
YAYILMASI VƏ MÜHAFİZƏSİ QAYDALARI
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
159
FƏSİL 33
YAŞAYIŞ SAHƏLƏRİNDƏN İSTİFADƏ,
ŞƏHƏRSALMA, TİKİNTİ VƏ ABADLAŞDIRMA
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
165
FƏSİL 34
İQTİSADİ FƏALİYYƏT QAYDALARI ƏLEYHİNƏ
OLAN İNZİBATİ XƏTALAR
167
FƏSİL 35
TİCARƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
181
FƏSİL 36
VERGİLƏRİN, RÜSUMLARIN ÖDƏNİLMƏSİ,
MALİYYƏ VƏ SIĞORTA QAYDALARI ƏLEYHİNƏ
OLAN İNZİBATİ XƏTALAR
187
FƏSİL 37
GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
192
FƏSİL 38
İCTİMAİ QAYDA, İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
203
FƏSİL 39
İDARƏÇİLİK QAYDALARI ƏLEYHİNƏ OLAN
İNZİBATİ XƏTALAR
210
FƏSİL 40
HƏRBİ UÇOT, HƏRBİ QEYDİYYAT VƏ
SƏFƏRBƏRLİK QAYDALARI ƏLEYHİNƏ OLAN
İNZİBATİ XƏTALAR
237
Dostları ilə paylaş: |