351
yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan
məlumat təqdim edilməsinə görə-
vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
528.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin
edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim
olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair
tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək
məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
Maddə 529. İnzibati cərimə və ictimai işlər növündə inzibati
tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi
529.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın
(vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay
müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra
edilməməsinə görə -
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.
529.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının
qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla
müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına
görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin
tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs
tətbiq olunur.
529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq
352
etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay
müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra
edilməməsinə görə -
nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək
müddətə məhdudlaşdırılır.
529.4. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən
boyun qaçırmağa görə-
üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə
pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü
maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə
müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa
gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta
haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati
məsuliyyətdən azad olunur.
2. Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin
çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür:
2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq;
2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati
tənbehin icrası yerlərində əmək intizamını pozmaq;
2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə
gizlənmək.
Maddə 530. Bilə-bilə yalan izahat və ya rəy vermə, yaxud yanlış
tərcümə etmə
İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər
çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya
ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-
bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların
353
qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə
görə-
iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə
olunur.
Maddə 531. İnzibati xətalar haqqında işlər üzrə sənədi qəbul
etməkdən imtina və ya onu çatdırmama
531.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra
hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin
vəzifəli şəxslərinin bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişi
və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan
sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə-
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
531.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişin və ya
inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer
üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının,
yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya
sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq
nəticəsində ünvan sahibinə çatdırılmamasına görə-
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 532. Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma,
izahat, yaxud rəy verməkdən imtina etmə
532.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim,
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər
çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin
gəlməkdən qəsdən boyun qaçırmasına görə-
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.
354
532.2. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim,
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şəxslərin
(şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən,
ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina
etməsinə görə-
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 533. Azərbaycan Respublikasında dövlət dilinin tətbiq
olunmasına maneələr törədilməsi
Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat
aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət
göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd
edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq
olunmasına maneələr törədilməsinə görə-
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək
məbləğdə, hüquqi şəxslər on iki min manatdan on altı min
manatadək məbləğdə cərimə edilir.
Maddə 534. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi
qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə
nişanları olan hərbi və xüsusi geyim formalarını
qanunsuz olaraq daşıma
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və
prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi
geyim formalarını qanunsuz olaraq daşımağa görə-
inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması
müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
355
Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni
tələbinə qəsdən tabe olmama
535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə
vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe
olmamağa görə-
fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin
halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu
tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə
inzibati həbs tətbiq olunur.
535.2. Hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra
edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə-
fiziki şəxslər yüz manat məbləğində cərimə edilir və ya işin halları
və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin
tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs
tətbiq olunur.
Maddə 536. Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın
və ya tələbnamənin yerinə yetirilməməsi
536.1. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və
qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın
təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının
tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması,
buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin
(xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin
yerinə yetirilməməsinə görə-
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
356
536.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində,
tikintisində, əsaslı təmirində, yenidən qurulmasında,
genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın
təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olunduqda,
ərazilərin, istehsal sahələrinin, aqreqatların işinin, binaların,
qurğuların istismarının tamamilə və ya qismən dayandırılması
barədə verilmiş qərarların icra edilməməsinə görə-
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 537. Dövlət standartlarının tələblərinə riayət edilməsinə
dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanının
göstərişlərinin yerinə yetirilməməsi
537.1. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət
nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun
yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik
törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama
yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin
yerinə yetirilməməsinə görə-
fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
537.2. Məhsulların satılmasının (tədarükünün, göndərilməsinin),
işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin
dayandırılması və ya qadağan edilməsi haqqında dövlət
standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə
dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının yazılı tələbnamələrinin və qərarlarının yerinə
yetirilməməsinə görə-
357
dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 538. Ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin
pozulması
538.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət
tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş
və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə
edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş
ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
538.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət
tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulan
standart nümunənin və ya ölçmə vasitəsinin tipi təsdiq olunmadan
və (və ya) ölçmə vasitəsinin ilkin yoxlamadan keçmədən tədavülə
buraxılmasına görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə
cərimə edilir.
538.3. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif
olunmasına səbəb ola bilən icazəsiz sazlanmasına və (və ya) ölçmə
vasitələrinə müdaxilə edilməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
358
538.4. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət
tənzimlənməsinə aid olan sahədə ölçmənin tələb olunan dəqiqliyini
təmin etməyən ölçmə vasitələrindən istifadə olunmasına görə -
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 539. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət
nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının göstərişlərinin yerinə yetirilməməsi
539.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və
işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən
müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının
dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına
dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli
şəxslərinin iş yerlərinə buraxılmamasına görə-
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 540. Məşğulluğun təmin edilməsi sahəsində məlumatın,
hesabatın verilməməsi
540.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən
çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən
359
olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi
məlumatın verilməməsinə görə-
əlli manat məbləğində cərimə edilir.
540.2. Müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın
göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya
işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə
görə-
altmış manat məbləğində cərimə edilir.
Maddə 541. Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının tələblərinin
yerinə yetirilməməsi
Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə
yetirilməməsinə görə-
fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 542. Qaz təchizatı üzərində nəzarəti həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının tələblərinin
yerinə yetirilməməsi
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə
görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə
törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması
və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz
təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının qərarlarının yerinə yetirilməməsinə görə-
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
360
Maddə 543. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət
nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının qərarlarının yerinə yetirilməməsi
Mülkiyyətçi və ya istismarçı tərəfindən hidrotexniki qurğuların
təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanının texniki yoxlamanın nəticələri barədə
qərarlarının yerinə yetirilməməsinə görə-
vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 544. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının
pozulmasının aradan qaldırılması haqqında tələblərin
yerinə yetirilməməsi
544.1. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən
qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin
keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə
səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin
şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə-
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
544.2. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının
pozulmasının aradan qaldırılması haqqında istehlakçıların
hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə
yetirməməyə görə-
dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
361
Maddə 545. Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə
yetirilməməsi
Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının
vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 546. Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli
şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 547. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin
müvafiq təqdimatlarının icra edilməməsi
Azərbaycan Respublikası Hesablama Palatası sədrinin qərarı ilə
dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank
hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının
xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə
görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 548. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən
362
müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma
548.1. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların
keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama
yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin
qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan
göstərişlərinin yerinə yetirilməməsinə görə-
vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək
məbləğdə cərimə edilir.
548.2. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin həyata keçirilməsi
üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə qiymətli
kağızlar bazarının iştirakçıları tərəfindən təqdim edilməməsinə və ya
təhrif olunmuş məlumatın verilməsinə görə-
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 549. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın fəaliyyətinə mane olma
549.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən
orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik
törədilməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
549.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən
orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin
vaxtında təqdim edilməməsinə görə-
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
363
Maddə 550. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsini
yerinə yetirməsinə mane olma
Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane
olmağa görə-
xəbərdarlıq edilir və ya iki yüz manatdan üç yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 551. İxrac nəzarətini həyata keçirən orqanların fəaliyyətinə
mane olma
551.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli
fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata
keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və ya sonra
yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud
yoxlayıcıların yoxlama yerinə buraxılmamasına görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
551.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və məlumatların ixrac
nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan orqanlara
verilməməsinə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 552. Avtomobil nəqliyyatı sahəsində müvafiq icra
hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin
yerinə yetirilməsinə mane olma
364
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən
şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının
xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən
qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim
edilməməsinə görə-
əlli manat məbləğində cərimə edilir.
Maddə 553. Torpaqların dövlət ehtiyacları üçün alınması
səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata
keçirilməsinə mane olma
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq alınan
torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə
bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı
şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat
məbləğində cərimə edilir.
Maddə 554. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə mane olma
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) qanuni fəaliyyətini məhdudlaşdırma və ya
fəaliyyətinə müdaxilə etməyə görə-
üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 555. İstehsalatda baş verən bədbəxt hadisələrin
araşdırılması və uçota alınması qaydalarının pozulması
555.1. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması
üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək
qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
|