310
inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü
maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz.
Maddə 452. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması
qaydalarının pozulması
452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan
dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına
çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının
pozulmasına görə-
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
452.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları,
ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji
fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları
istisna olmaqla, digər malların satılmasına görə-
üç yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 453. İstehlakçının mal (iş, xidmət) haqqında məlumat
almaq hüququnun pozulması
İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak
xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq
müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ
sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri,
təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi,
saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində
satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir.
Maddə 454. Qanunsuz küçə ticarəti
311
Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya
işlərin (xidmətlərin) görülməsinə görə-
səksən manat məbləğində cərimə edilir.
Maddə 455. Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün
məmulatı ticarəti qaydalarının pozulması
455.1. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün
məmulatlarının satışı qaydalarının pozulmasına görə-
əlli manatdan səksən manatadək cərimə edilir.
455.2. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün
məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 456. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə-
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə
edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək
məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 457. Qiymətli metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış
məhsulların (məmulatların) mühafizəsi, pərakəndə
satışı, uçotu, saxlanılması, onların qırıntılarının və
tullantılarının yığılması qaydalarının pozulması
457.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı,
istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə-
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək
312
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
457.2. Qiymətli metalların və qiymətli daşların, onlardan
hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə
satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının
yığılması qaydalarının pozulmasına görə-
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 458. Üzərində dövlət əyar damğası olmayan və ya saxta
əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli
daşlardan hazırlanmış zərgərlik və ya digər məişət
məmulatlarının satışı
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla,
üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan
və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və
qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət
məmulatının satışına görə-
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 459. Elektron ticarət haqqında qanunvericiliyin pozulması
459.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya
(sifarişçiyə) və ya səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın
verilməsinə görə-
313
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.
459.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin
xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi
monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata
keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya
təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur
edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi
tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə -
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.
459.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi
tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların
(təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya
ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın
verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə
əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların
(təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatların
təqdim edilməməsinə görə -
fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
459.4. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi
tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə
tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq
pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən xidmətin
dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin
314
göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın
məhdudlaşdırılmamasına görə -
fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
FƏSİL 36
VERGİLƏRİN, RÜSUMLARIN ÖDƏNİLMƏSİ, MALİYYƏ VƏ SIĞORTA
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
Maddə 460. Vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını
ödəməkdən yayınma
Az miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını
ödəməkdən yayınmağa görə -
inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin
məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, iki min manatadək olan
məbləğ başa düşülür.
Maddə 461. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay
bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və
digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət
üzrə vergi hesabatlarının və dövlət rüsumunun
tutulması barədə hesabatların təqdim edilmə
qaydalarının pozulması
461.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü
haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən
315
olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas
olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti
orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar
nəzərdə tutulduğu hallar istisna olmaqla) görə -
vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir.
461.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun
tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına
təqdim edilməməsinə görə -
vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir.
Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta
nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və
məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim
olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə
əsasən tələb olunan digər məlumat formalarında informasiya və
göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot
sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən
edilmiş qaydaların pozulmasına görə-
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 463. Poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə
xidmətləri sahəsində qanunvericiliyin pozulması
Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində
fəaliyyətinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və
316
tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam
və ya düzgün təqdim olunmamasına görə-
vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 464. Məcburi auditdən yayınma
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi
auditdən yayınmağa görə-
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 465. İanələr barədə məlumatın maliyyə hesabatına daxil
edilməməsi
Siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən
xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya
nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş
şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim
olunan maliyyə hesabatına daxil edilməməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 466. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və
qəbul edilməsi
466.1. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-
hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyinə nağd şəkildə verilməsinə
görə-
317
fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min
manatadək məbləğdə cərimə edilir.
466.2. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-
hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət
təşkilatının filial və ya nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul
edilməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Azərbaycan Respublikasında fəaliyyət göstərən,
nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-
hökumət təşkilatına nağd şəkildə verilən və həmin təşkilat
tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu
maddənin qüvvəsi şamil edilmir.
Maddə 467. Dövlət rüsumunun ödənilməsi qaydalarının
pozulması
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət
rüsumunun düzgün tutulmamasına, yaxud dövlət büdcəsinə
vaxtında və ya tam ödənilməməsinə görə-
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 468. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı
məlumatların verilməsi
Sığorta müqaviləsi bağlanarkən və ya qüvvədə olarkən, həmçinin
sığorta hadisəsinin araşdırılması və zərərlərin tənzimlənməsi zamanı
sığortalılara və (və ya) sığorta olunanlara, həmçinin faydalanan
şəxslərə onların hüquq və vəzifələri haqqında sığortaçılar və sığorta
318
vasitəçiləri tərəfindən yanlış və ya aldadıcı məlumatların, həmçinin
belə məlumatların əks olunduğu sənədlərin verilməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə
cərimə edilir.
Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması
469.1. Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə
tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən,
müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən
edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari
sığorta müqaviləsinin bağlanmamasına görə -
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən
manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə
edilir.
469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən
edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari
sığorta müqaviləsinin bağlanmamasına görə-
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş
yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək
vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən
sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Maddə 470. İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta
319
haqlarından məcburi ayırmaların aparılmaması
İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş məcburi ayırmaların vaxtında və ya tam
aparılmamasına görə-
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min
manat məbləğində cərimə edilir.
Maddə 471. Sığorta nəzarətinin həyata keçirilməsinin
maliyyələşdirilməsi üçün müəyyən edilmiş ayırmaların
aparılmaması
Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və
nəzarət funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin
maliyyələşdirilməsi üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş, sığortaçının daxil olan
sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından
aparmalı olduğu müvafiq ayırmaların vaxtında və ya tam həyata
keçirilməməsinə görə-
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min
manat məbləğində cərimə edilir.
Maddə 472. Sığorta növünün qanunsuz aparılması
Sığortaçı tərəfindən hər hansı sığorta növünün sığorta nəzarəti
orqanından müvafiq icazə almadan aparılmasına görə -
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 473. Sığorta qanunvericiliyinin aktuarilərlə, müstəqil
ekspertlərlə, müstəqil auditorlarla və sığorta sahəsində
320
yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı
tələblərinin pozulması
473.1. Aktuarilər (bu Məcəllənin 473.2-ci və 473.3-cü
maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), müstəqil
ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı
fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta
qanunvericiliyinin onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş
tələblərinin pozulmasına görə -
iki yüz manat məbləğində cərimə edilir.
473.2. Məsul aktuari tərəfindən “Sığorta fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə
riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin aktuari rəyinin
sığortaçıya və sığorta nəzarəti orqanına vaxtında təqdim
edilməməsinə görə-
üç yüz manat məbləğində cərimə edilir.
473.3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hallarda məsul aktuari tərəfindən yazılı
məlumatın sığorta nəzarəti orqanına verilməməsinə görə -
beş yüz manat məbləğində cərimə edilir.
Maddə 474. Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş
təqdimatların vaxtında və tam yerinə yetirilməməsi
Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların
vaxtında və (və ya) tam yerinə yetirilməməsinə görə-
vəzifəli şəxslər altı yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.
Maddə 475. Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan
sığorta vasitəçiləri tərəfindən müvafiq məlumatların verilməməsi
321
Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta
vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən
nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə
bağlı sığorta qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada
məlumat verilməməsinə görə-
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 476. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya
mövcud olan sığorta predmeti ilə bağlı əmlak
mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə yol verildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının
ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı
əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici
sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin “Sığorta
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş tələbləri pozmaqla sığortaçılar, təkrarsığortaçılar
və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə
görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 477. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında
qanunvericiliyin pozulması
322
Sığortaedənlər tərəfindən “Dövlət sosial sığorta sistemində fərdi
uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında
məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim
edilməməsinə görə–
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli
manat məbləğində cərimə edilir.
Maddə 478. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb
etdiyi məlumatların banklar tərəfindən təqdim olunmaması
Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi
məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim
olunmamasına görə—
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə
cərimə edilir.
FƏSİL 37
GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
Maddə 479. Malların və nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının gömrük sərhədindən gömrük
nəzarətindən kənar keçirilməsi
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar
yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş
vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda
olduqda-
323
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
Qeyd: Bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində
“az miqdarda olduqda” dedikdə, dörd min manatadək olan məbləğ
başa düşülür.
Maddə 480. Malların və nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının gömrük sərhədindən gömrük
nəzarətindən gizlədilməklə keçirilməsi
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə
keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar
edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud
bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə,
bu az miqdarda olduqda-
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
Maddə 481. Malların və nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının gömrük sərhədindən sənədlərdən və ya
eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə
etməklə keçirilməsi
Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə
vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən
keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti
orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks
etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və
|