281
göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına
əməl etməməyə görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir.
Maddə 395. Özbaşına tikinti işlərinin aparılması
395.1. Müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində
müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin
inşa edilməsinə görə-
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir.
395.2. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin
funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq
yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına,
mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına
qoşulmasına və dəyişikliklər edilməsinə görə-
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir.
Qeyd: Müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan inşa
edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında
tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.
Maddə 396. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma
qaydalarının pozulması
282
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma
qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış
məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl
etməməyə görə-
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə
edilir, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 397. Şəhərlərdə və digər yaşayış məntəqələrində
yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud
mühafizəsi üçün tədbirlər görülməməsi
Şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti işləri
aparılarkən lazımi icazə olmadan yaşıllıqların başqa yerlərə
keçirilməsinə, yaxud yaşıllıqların mühafizəsi üçün tədbirlər
görülməməsinə görə-
fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək
məbləğdə cərimə edilir.
FƏSİL 34
İQTİSADİ FƏALİYYƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
Maddə 398. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma
Dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə
lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud
lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi
283
icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan
istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 398, 401, 402, 406-409, 411-413 və
428.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə
(min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir
əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olur.
Maddə 399. Vəkil adından qanunsuz istifadə
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil
statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil
adından istifadə olunmasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 400. Ailə kəndli təsərrüfatının uçota durmaması
Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın
müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə -
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 401. Qanunsuz olaraq lotereyaların və idman mərc
oyunlarının təşkili və ya keçirilməsi
401.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla)
buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə
görə-
284
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
401.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya
olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 402. Yalançı sahibkarlıq
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və
ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş
fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata
keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin
yaradılmasına görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 403. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış
məlumatların verilməsi
Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi
şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət
reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş
dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı
dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı müvafiq icra
hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə -
fiziki şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər dörd
min manat məbləğində cərimə edilir.
Maddə 404. Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin
bütün kreditorlarının tələblərini qarşılamaq üçün
ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi
bəyanatın qəbul edilməsi
285
Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün
kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin
olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə-
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
Maddə 405. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri
məlumatların verilməməsi
Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis
sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə
alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə
və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət
olunmamasına görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 406. Saxta müflisləşmə
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri,
mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan
borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun
azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün
kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə
qabiliyyəti olmayan elan etməyə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə
cərimə edilir.
286
Maddə 407. Qəsdən müflisləşmə
Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri,
mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər
şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin
yaradılmasına və ya artırılmasına görə-
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər on iki min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 408. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi
Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar
tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən
zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında
məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında
digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə
verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə,
yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat
sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 409. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı
üzrə istifadə edilməməsi
Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud
fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə
yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya
məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə
istifadə edilməməsinə görə-
287
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 410. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların
maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının
pozulması
410.1. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-
təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən
dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan
vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə
təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə
razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi,
normativdən artıq ştat vahidinin saxlanılması, bu əməllər min
manatadək məbləğdə törədildikdə -
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
410.2. Eyni əməllər min manatdan yuxarı məbləğdə törədildikdə -
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 411. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış
borcdan istifadə qaydalarını pozma
Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət
zəmanəti ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması
(istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank
hesablarının vəziyyəti haqqında məlumatların vaxtında verilməməsi
və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və
288
dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən
təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan
vurduqda -
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 412. Əmtəə nişanlarından qanunsuz istifadə
Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə
yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan
istifadə olunmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 413. Nəzarət markalarının qəsdən məhv edilməsi,
saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması,
istifadəsi və satışı
Nəzarət markalarının qəsdən məhv edilməsinə,
saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə
və satışına görə-
Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı
və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad
azadlığı haqqında” qanunlarının tələblərinin pozulması ilə
hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət
markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və
yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və
hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
289
Maddə 414. Qiymətli kağızlar bazarında investorların
hüquqlarının pozulması
Qiymətli kağızlar bazarında investorların hüquqlarının
pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə
məhdudlaşdırılmasına görə-
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.
Maddə 415. Qiymətli kağızların emissiyası və buraxılışı
qaydalarının pozulması
Qiymətli kağızların emissiyası və buraxılışı qaydalarının
pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan dörd
yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir, hüquqi şəxslər üç min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 416. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata
keçirilməsi qaydalarının pozulması
416.0. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata
keçirilməsi qaydalarının pozulmasına, yəni:
416.0.1. broker fəaliyyətinin həyata keçirilməsi qaydalarının
pozulmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir;
290
416.0.2. diler fəaliyyətinin həyata keçirilməsi qaydalarının
pozulmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir;
416.0.3. klirinq fəaliyyətinin həyata keçirilməsi qaydalarının
pozulmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir;
416.0.4. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə
fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək
məbləğdə cərimə edilir;
416.0.5. depozitar fəaliyyətinin həyata keçirilməsi qaydalarının
pozulmasına görə-
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək
məbləğdə cərimə edilir;
416.0.6. aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata
keçirilməsi qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir;
416.0.7. fond birjası fəaliyyətinin həyata keçirilməsi qaydalarının
pozulmasına görə-
vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min
manatadək məbləğdə cərimə edilir.
Maddə 417. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması
qaydalarının və standartlarının pozulması
291
Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının
və ya standartlarının pozulmasına görə-
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 418. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının
pozulması
Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına
görə-
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 419. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya
Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə-
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə,
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə
cərimə edilir.
Maddə 420. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz
istifadə
İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və
yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə
tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz
olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü
şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda
gəlir əldə etməklə törədildikdə-
292
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə,
vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək
məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu maddədə “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsində
nəzərdə tutulmuş şəxslər başa düşülür.
2. Bu maddədə “az miqdarda” dedikdə, yeddi min manatadək olan
məbləğ başa düşülür.
Maddə 421. Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən
hesabatın verilməsindən imtina etmə və ya yayınma,
yaxud təhrif edilmiş məlumat vermə
Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat
sənədlərinin və ya onların fəaliyyəti barədə qiymətli kağızlar
haqqında qanunvericiliyə görə təqdim edilməli olan digər sənədlərin
müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa
və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və
ya onların təqdim edilməsi müddətinin pozulmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 422. Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən
məlumatların açıqlanması qaydalarının pozulması
Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən qiymətli kağızlar
haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan
məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina
293
etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi
üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə-
vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan
altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min
manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 423. Qiymətli kağızlar sahəsində sənədlərin saxlanılması
qaydalarının pozulması
Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq
saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına
görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç
yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 424. Qiymətli kağızlarla girov qaydalarının pozulması
Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla
girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin
girovunun dövlət qeydiyyatına alınması və girov qoyulmuş əşyaya
tutmanın yönəldilməsi qaydalarının pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç
yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 425. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina
294
Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə
ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya
digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə
ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina
edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının
pozulmasına görə-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 426. Səhmdarın hüquqlarının pozulması
Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının
pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə
məhdudlaşdırılmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 427. İnvestisiya fondlarının fəaliyyətinə dair tələblərin
pozulması
İnvestisiya fondlarının fəaliyyətinə dair “İnvestisiya fondları
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
tələblərin pozulmasına görə-
vəzifəli şəxslər min manatdan min iki yüz manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.
Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması
295
428.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların
istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-
bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
428.2. Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış,
istehlakçının şüuruna onun dərk etmədiyi şəkildə təsir göstərən gizli
reklamın yayılmasına görə -
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
428.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə
(reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq
icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət
ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks
reklamın yayılmamasına görə -
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli
şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
428.4. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin,
istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud
tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə
verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya
metodlarının reklam edilməsinə görə-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
428.5. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya
nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları
pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-
|