324
nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri
təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə
edilməsinə görə, bu az miqdarda olduqda -
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
Maddə 482. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi
və ya düzgün bəyan edilməməsi
482.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən
malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu
az miqdarda olduqda -
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
482.2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə,
yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal
(ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük
rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər
sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük
ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan
və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin
məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin
gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi
barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə
görə, bu az miqdarda olduqda -
325
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
482.3. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi
gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük
ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti
orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan
məlumatların verilməsinə görə-
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
Maddə 483. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması
Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə
edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş
banklarının hesablarına məcburi qaydada köçürülməli olan az
miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına
görə -
inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin
otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə,
iyirmi min manatadək olan məbləğ başa düşülür.
Maddə 484. Gömrük nəzarəti zonası rejiminin pozulması
Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük
nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında
hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul
olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə
pozmağa görə-
326
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz əlli
manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində
cərimə edilir.
Maddə 485. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya
aparılarkən müvafiq icra hakimiyyəti orqanına
məlumatın verilməməsi və ya təhrif olunmuş
məlumatın verilməsi
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən
edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan
Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük
ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması
barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların
verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud
malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə
müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -
fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli
şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər
iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 486. Fors-major hallarda və ya qəza zamanı müvafiq
tədbirin görülməməsi
Fors-major hallarda və ya qəza zamanı gömrük qanunvericiliyi ilə
müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsinə, müvafiq icra
hakimiyyəti orqanına təxirə salınmadan hadisə barədə məlumat
verilməməsinə görə -
inzibati xətanın bilavasitə obyekti olan malların və ya nəqliyyat
vasitələrinin dəyərinin beş faizindən on faizinədək məbləğdə cərimə
edilir.
327
Maddə 487. Malların, nəqliyyat vasitələrinin və ya onlara aid olan
sənədlərin müvafiq icra hakimiyyəti orqanına
çatdırılmaması və ya müəyyən edilmiş marşrut və
müddətlər pozulmaqla çatdırılması
487.1. Gömrük nəzarəti altında olan malların, nəqliyyat
vasitələrinin müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş
müddətlər pozulmaqla çatdırılmasına görə, yəni:
487.1.1. on beş günədək müddətə gecikdirilərək çatdırılmasına
görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir;
487.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilərək
çatdırılmasına görə-
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz əlli
manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində
cərimə edilir;
487.1.3. bir aydan iki ayadək müddətə gecikdirilərək
çatdırılmasına görə-
fiziki şəxslər iki yüz manat məbləğdə, vəzifəli şəxslər üç yüz əlli
manat məbləğdə, hüquqi şəxslər altı yüz manat məbləğdə cərimə
edilir;
487.1.4. iki aydan altı ayadək gecikdirilərək çatdırılmasına görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz əlli manatadək
məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək
məbləğdə cərimə edilir;
487.1.5. altı aydan artıq müddətə gecikdirilərək çatdırılmasına
görə-
fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
328
487.2. Gömrük nəzarəti altında olan mallara və nəqliyyat
vasitələrinə aid müvafiq icra hakimiyyəti orqanına verilmək üçün
qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin
itirilməsinə və ya çatdırılmamasına görə-
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
487.3. Malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş marşrutdan kənara çıxmaqla
daşınmasına görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat
məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
487.4. Gömrük nəzarəti altında olan malların və nəqliyyat
vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə-
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat
vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə
edilir.
Maddə 488. Azərbaycan Respublikasının gömrük sərhədindən
nəqliyyat vasitələrinin keçirilməsi qaydasının pozulması
Mal qismində keçirilən nəqliyyat vasitələri də daxil olmaqla,
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat
vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
yerdə saxlanılmamasına, yaxud gömrük nəzarəti altında olan
nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi
olmadan dayandığı yerdən yola salınmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə
329
cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 489. Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən
vasitələrə yan alma
Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə
müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gəmilərin və
digər üzən vasitələrin yan almasına görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə, hüquqi
şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 490. Gömrük rəsmiləşdirilməsi qaydasının pozulması
Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük
rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə
yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət
edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş
qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 491. Gömrük nəzarəti altında olan, o cümlədən şərti
buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz
əməliyyatlar aparılması
491.1. Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə
tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar
330
və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər
və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o
cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan
istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində
sərəncam verilməsinə görə-
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat
vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
491.2. Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti
buraxılmış mallardan və nəqliyyat vasitələrindən müvafiq icra
hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi
üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və
ya onların üzərində sərəncam verilməsinə görə-
gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük
ödənişlərinin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə
cərimə edilir.
491.3. Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan
gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə,
daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə
yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin
düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün
qəbul edilməsinə, həmin mallardan prob və nümunələr
götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin
saxlandığı binaların və yerlərin açılmasına görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi
şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 492. Gömrük təminatının pozulması
492.1. Gömrük təminatının, yəni mallara və ya nəqliyyat
vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb,
331
möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi
olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına,
zədələnməsinə və ya itirilməsinə görə -
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
492.2. Gömrük təminatı altında olan yük yerlərinin konstruktiv
bütövlüyünün qəsdən pozulmasına görə-
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
Maddə 493. Gömrük bəyannaməsinin və müvafiq sənədlərin
təqdim edilməsi müddətinin pozulması
Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan
sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində
müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına
təqdim edilməməsinə görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Maddə 494. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin
gömrük nəzarəti və baxışının keçirilməsi üçün əraziyə və binalara
daxil olmasına maneçilik törədilməsi
Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük
nəzarətindən keçirilməli olan mallar və nəqliyyat vasitələrinin,
həmçinin gömrük nəzarətinin həyata keçirilməsi üçün tələb olunan
sənədlərin olduğu, yaxud olması ehtimal olunan ərazilərə və
tikililərə, müvəqqəti saxlanc və gömrük anbarlarına, sərbəst
zonalarda yerləşən ərazilərə və tikililərə, həmçinin icrasına nəzarət
gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər
332
yerlərə qanunla müəyyən edilmiş qaydada daxil olmasına və baxış
keçirməsinə maneçilik törədilməsinə görə-
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli
manat məbləğində cərimə edilir.
Maddə 495. Müvafiq icra hakimiyyəti orqanına mallarla bağlı
hesabatın təqdim edilməməsi və ya onların uçotunun
aparılması qaydalarının pozulması
Gömrük nəzarəti altında olan, yaxud sərbəst zonaların ərazilərinə,
müvəqqəti saxlanc və gömrük anbarlarına gətirilən, aparılan,
saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə
gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və
müddətlərdə müvafiq icra hakimiyyəti orqanına hesabat
verilməməsinə, yanlış hesabat verilməsinə və ya həmin malların
uçotunun aparılması qaydasının pozulmasına görə-
xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək
məbləğdə cərimə edilir.
Maddə 496. Malların saxlanca qoyulması və saxlanc qaydalarının
pozulması
496.1. Malların saxlanca qoyulması və saxlanc qaydalarının
(müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti
saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının
müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə
görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
496.2. Gömrük anbarı xüsusi gömrük prosedurunda yerləşdirilmiş
və son saxlanc müddətini keçmiş malların və nəqliyyat vasitələrinin
333
xüsusi gömrük proseduruna müvafiq olaraq buraxılmasının və ya
sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlərin
görülməməsinə görə-
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz
faizinədək məbləğdə cərimə edilir.
Maddə 497. Malların emal edilməsi qaydasının pozulması
Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə
olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və
müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal
məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür
malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən
olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına
görə-
inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz
faizindən səksən faizinədək məbləğdə cərimə edilir.
Maddə 498. Sərbəst zonada tikinti işlərinin, kommersiya və ya
digər fəaliyyət növlərinin həyata keçirilməsi
qaydasının pozulması
Sərbəst zonada (gömrük ərazisinin, gətirilən mallara gömrük
rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq
olunmayan hissəsində) tikinti işlərinin, kommersiya və ya digər
fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulmasına görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 499. Malların və nəqliyyat vasitələrinin Azərbaycan
334
Respublikasının gömrük ərazisindən kənara
aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması
499.1. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər
müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat
vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu
əraziyə qaytarılmasına görə, yəni:
499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya
qaytarılmasına görə-
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz
manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində
cərimə edilir;
499.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilməklə
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparılmasına və ya bu əraziyə qaytarılmasına görə-
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz
manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində
cərimə edilir;
499.1.3. bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu
əraziyə qaytarılmasına görə-
fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək
məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz
manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min
manatadək məbləğdə cərimə edilir;
499.1.4. üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu
əraziyə qaytarılmasına görə -
335
inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat
vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə
cərimə edilir;
499.1.5. bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu
əraziyə qaytarılmasına görə -
inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat
vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə
cərimə edilir.
499.2. Aparılması və ya qaytarılması məcburi olan əvvəllər
gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə-
inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat
vasitələri müsadirə edilir, yaxud həmin mallar və ya nəqliyyat
vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
Maddə 500. Azərbaycan Respublikasının gömrük ərazisinə
müvəqqəti gətirilmiş nəqliyyat vasitələri ilə qanunsuz
əməliyyatların aparılması
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti
gətirilmiş nəqliyyat vasitələrinin gömrük ərazisinə müvəqqəti
gətirilməsinin məqsədlərinə uyğun olmayan ölkədaxili sərnişin və ya
yük daşımalarında digər şəxslər tərəfindən istismar olunmasına
görə-
yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 501. Malların məhvi qaydasının pozulması
336
Malların məhvi qaydasının pozulmasına, yəni malların məhvi və ya
onların məhvi nəticəsində yaranmış tullantıların və qalıqların
müvafiq gömrük proseduru altında yerləşdirilməsi və ya
zərərsizləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş
tələblərə və şərtlərə əməl edilməməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 502. Mallar və ya nəqliyyat vasitələri Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilərkən
ticarət siyasəti tədbirlərinin və digər məhdudiyyətlərin
tətbiqi qaydasına əməl edilməməsi
Barəsində qanunvericiliklə müəyyən edilən ticarət siyasəti
tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və ya
nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin
müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsinə görə-
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
Maddə 503. Malların Azərbaycan Respublikasının gömrük
sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan mallar kimi keçirilməsi
İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan
malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal
337
və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi
keçirilməsinə görə-
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz
faizinədək məbləğdə cərimə edilir.
Maddə 504. Azərbaycan Respublikasının gömrük ərazisinə
gömrük qaydaları pozulmaqla gətirilmiş malların və ya nəqliyyat
vasitələrinin digər şəxslər tərəfindən əldə edilməsi, daşınması,
saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində
sərəncam verilməsi
Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-
bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə,
daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar
üzərində sərəncam verilməsinə görə-
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə
cərimə edilir.
Maddə 505. Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən
yayınma
Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az
miqdarda olduqda-
ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən
yüz əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda olduqda” dedikdə, iki min
manatadək olan məbləğ başa düşülür.
Maddə 506. Banklar və ya digər kredit təşkilatları tərəfindən
|