80
protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir
tətbiq edilən şəxsə verilir.
96.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma
barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki
vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək
haqqında protokolda aşağıdakılar göstərilir:
96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı,
atasının adı;
96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın
və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;
96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində
məlumatlar;
96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət
qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.
96.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma
barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki
vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək
haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat
vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini
müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə
edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır.
Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və
protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək,
habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini
göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri
protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir.
81
96.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi
barədə akt müvafiq protokola əlavə olunur.
Maddə 97. Nəqliyyat vasitələrinin saxlanılması
97.1. Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə
tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat
vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci
maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq
müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında
saxlanılır.
97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan
qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya
görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa
gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən
dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının
pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə
ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması
barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının mühafizə
olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya
inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq
hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin
duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin
yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda
sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh
tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat
vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun
82
saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti
orqanının mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın
surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat
vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta
haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada
həyata keçirilir.
97.4. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar
haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud
işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik
yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün
müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş
qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin
verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim
edilməsi barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat
vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən
və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi
buraxılır.
97.5. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla
rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola
əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir.
Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan
edilməsi
83
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya
xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri,
şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud
konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın
aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.
IV BÖLMƏ
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ
FƏSİL 14
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATA BAŞLAMA
Maddə 99. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa
səbəblər və əsas
99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər
aşağıdakılardır:
99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən
kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə
və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi;
99.1.2. dövlət orqanlarından və təşkilatlarından və ya
bələdiyyələrdən məlumatların daxil olması;
99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən,
yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar.
84
99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata
başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin
məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta
haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta
haqqında işin başlanmasına əsasdır.
99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən
səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən
kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən
inzibati xəta haqqında iş üzrə icraat başlanılır.
99.4. İnzibati xəta haqqında iş üzrə icraat aşağıda göstərilən
vaxtdan başlanılmış hesab edilir:
99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan
tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə;
99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud
inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror
tərəfindən qərar qəbul edildikdə;
99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan
inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında
iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə.
99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində
göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs
tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi
haqqında əsaslandırılmış qərardad qəbul edilir.
99.6. İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi
haqqında qərardadın surəti bu Məcəllənin 99.1.2 və 99.1.3-cü
maddələrində göstərilən məlumatları vermiş şəxslərə göndərilir.
99.7. Bu Məcəllənin 40.0.2 – 40.0.3-cü maddələrində nəzərdə
tutulmuş səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında
85
işin başlanmasının rədd edilməsi haqqında qərardadından onun
rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə
şikayət verilə bilər.
Maddə 100. İnzibati xəta haqqında protokol
100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş
hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında
protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar
göstərilir:
100.1.1. protokolun tərtib edildiyi tarix və yer;
100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı,
atasının adı;
100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan şəxs haqqında məlumat;
100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın
mahiyyəti;
100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu
Məcəllənin müvafiq maddəsi;
100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin
adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;
100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;
100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki
vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə
istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli,
yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət
86
yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi,
tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə
məlumatlar;
100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin
sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər
yetirilmişdirsə, bu hallar barədə qeydlər;
100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan
digər məlumatlar.
100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin
nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər
iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri
izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.
100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta
haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə
zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini
almaq hüququ vardır.
100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin
nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi
protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda
müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin
izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini
təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin
87
səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və
mülahizələri protokola əlavə olunur.
100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş
blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 101. İnzibati xəta haqqında protokolun tərtib edilməsi
müddətləri
101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən
dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.
101.2. İşin hallarının, eləcə barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs
barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu
hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar
edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.
101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta
haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən
müddətdə tərtib edilir.
Maddə 102. İnzibati araşdırma
102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum,
gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə inzibati
xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən
88
ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti
yarandıqda inzibati araşdırma aparılır.
102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və
inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2
və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında
protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq
səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə
inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati
araşdırma aparılması haqqında qərar qəbul edir.
102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və
inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar
göstərilir:
102.3.1. qərardadın tərtib edildiyi yer və tarix;
102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı,
atasının adı;
102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün
səbəblər və əsaslar;
102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan
bu Məcəllənin müvafiq maddəsi.
102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar
edilən yerdə aparılır.
102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə
icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə
aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli
şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli
şəxs tərəfindən bir ayadək müddətə uzadılır.
89
102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında
protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam
verilməsi barədə qərar qəbul edilir.
Maddə 103. Protokolun (prokurorun qərarının) baxılması üçün
göndərilməsi
103.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı)
tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) göndərilir.
103.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında
protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra
baxılması üçün hakimə göndərilir.
Maddə 104. İnzibati xəta haqqında iş üzrə icraatın
dayandırılması
104.1. İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda
dayandırılır:
104.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin
olduğu yer müəyyən edilmədikdə;
104.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta
haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda;
104.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda.
90
104.2. İnzibati xətalar haqqında iş üzrə icraatın
dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati
xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata
keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri aparmalı, bu
Məcəllənin 104.1.1 və 104.1.3-cü maddələrində nəzərdə tutulmuş
və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb
olmuş halların aradan qaldırılması üçün bütün tədbirləri görməlidir.
104.3. İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli
şəxsin qərarı ilə dayandırılır. İnzibati xəta haqqında iş üzrə icraatın
dayandırılması haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində
qeyd edilən məlumatlar göstərilir.
104.4. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması
haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində
həmin qərarın surətini müvafiq prokurora göndərməlidir.
104.5. Prokuror inzibati xəta haqqında iş üzrə icraatın
dayandırılması haqqında qərarı aldığı vaxtdan bir ay müddətində
həmin qərarın qəbul edilməsində bu Məcəllənin 104.1-ci
maddəsinin tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin
yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı qəbul edən
səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın
materiallarını tələb etdikdə, materiallar bir gün ərzində prokurora
təqdim edilməlidir.
104.6. Prokuror inzibati xəta haqqında iş üzrə icraatın
dayandırılması haqqında qərarın bu Məcəllənin 104.1-ci maddəsi
pozulmaqla qəbul edildiyini müəyyən etdikdə, həmin qərarın ləğv
edilməsi barədə qərar qəbul edir və onun surətini qərarı qəbul etmiş
səlahiyyətli vəzifəli şəxsə göndərir. Bu halda prokuror həmçinin
səlahiyyətli vəzifəli şəxs barəsində bu Məcəllənin 596.2-ci
91
maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə
icraatın başlanması haqqında qərar qəbul edir.
104.7. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması
haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə və ya
bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində göstərilən hallar
aradan qaldırıldıqda, səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati
xəta haqqında iş üzrə icraat təzələnir və bu barədə 48 saat ərzində
müvafiq prokurora yazılı məlumat verilir.
104.8. Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş
müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış
icraata xitam verilir.
Qeyd: Bu Məcəllənin 104.4 – 104.7-ci və 596-cı maddələrində
“səlahiyyətli vəzifəli şəxs” dedikdə hakim nəzərdə tutulmur.
Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam
verilməsi
105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş
hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş
olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta
haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
105.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi
haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə
və zərər çəkmiş şəxsə göndərilir.
FƏSİL 15
İNZİBATİ XƏTA HAQQINDA İŞLƏRƏ BAXILMASI
92
Maddə 106. İnzibati xəta haqqında işin baxılmağa
hazırlanması
106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar
haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:
106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi;
106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs
tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu;
106.0.3. inzibati xəta haqqında protokol və işin digər
materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib
edilmişdirmi;
106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu;
106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər
sübutlar toplanmışdırmı;
106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən
şəxslər məlumatlandırılıbmı;
106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı.
Maddə 107. Hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs
tərəfindən işin baxılmasını istisna edən hallar
107.0. İnzibati xəta haqqında işin baxılması icraatına verilmiş
hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə
baxa bilməz:
107.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni
nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa;
93
107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində
maraqlıdırsa.
Maddə 108. Hakimin, kollegial orqanın üzvünün, vəzifəli
şəxsin özü-özünə etiraz etməsi və ya onlara etiraz etmə
108.1. Bu Məcəllənin 107-ci madddəsində nəzərdə tutulan
hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs
özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə
müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı
vəzifəli şəxsə verilir.
108.2. Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan
hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni
nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi,
nümayəndə və ya prokuror tərəfindən hakimə, kollegial orqanın
üzvünə və ya vəzifəli şəxsə etiraz edir.
108.3. Ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim,
kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır.
108.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi
və ya təmin edilməməsi haqqında qərardad qəbul edilir.
Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa
hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi
109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması
zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:
109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi;
94
109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin
61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması;
109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb
edilməsi;
109.1.4. ekspertizanın təyin edilməsi;
109.1.5. işə baxılmanın təxirə salınması;
109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan
şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər
düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar
natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda,
inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu
tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;
109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın
(vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial
orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad
çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər
materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi.
109.2. Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə
tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam
verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması
barədə qərar qəbul edilir.
109.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına
çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü
səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması
nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə
salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı,
obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll
|