Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması
İcbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -
fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dlii[552]
Maddə 253-2. İcbari sığorta növləri üzrə müvafiq ayırmaların aparılmaması
Sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta haqlarından müvafiq ayırmaların aparılmamasına görə -
vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dliii[553]
Maddə 253-3. Auditorun mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin bağlanmaması
Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə -
vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər səksən manatdan yüz manatadək miqdarda cərimə edilir. dliv[554]
Dostları ilə paylaş: |