AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 359,34 Kb.
səhifə2/4
tarix30.11.2016
ölçüsü359,34 Kb.
#517
1   2   3   4

Katib


İ Ş Ç İ Q R U P

EKSPERTLƏR QRUPU


İşçi qrupun rəhbəri-təşkilatçısı



e k s p e r t




texniki işçilər



e k s p e r t


təşkilatların nümayəndələri



e k s p e r t


məsləhətçi-ekspert



e k s p e r t


Şəkil 1. Ekspert komissiyasının tipik strukturu
İşçi qrupun rəhbəri (təşkilatçısı) ekspert qrupunu formalaşdırır. O, problemin qoyuluşunu həyata keçirir, qrupun fəaliyyət sahəsini müəyyənləşdirir, ekspert-mütəxəssislərin ilkin siyahısını tərtib edir, bu siyahının keyfiyyət tərkibini təhlil edir və siyahını dəqiqləşdirir, ekspertlərin işdə iştirakı üçün razılığını alır, ekspert qrupunun yekun siyahısını tərtib edir.

Qrupda eksperlərin sayı müxtəlif amillərin və şərtlərin çoxluğundan, həll olunan problemin vacibliyindən, mövcud imkanlardan asılıdır. Mütəxəssislər hər bir namizədin keyfiyyəti təhlil edilərək seçilir. Bu zaman müxtəlif üsullardan istifadə olunur, məsələn, ekspert kimi keçmiş fəaliyyətinin nəticələrinin statistik təhlili əsasında namizədin qiymətləndirilməsi, namizədin verilmiş sahə üzrə mütəxəssis kimi kollektiv şəkildə qiymətləndirilməsi, ekspertliyə namizədin özü-özünü qiymətləndirməsi, namizədin səriştəliliyinin analitik müəyyənləşdirilməsi.

Ekspert qrupuna qiymətləndirilən məhsulun yaradılması və istismarı sahəsində yüksəkixtisaslı və xüsusi hazırlıq keçmiş işçilər: tədqiqatçılar, konstruktorlar, texnoloqlar, dizaynerlər, əmtəəşünaslar, iqtisadçılar və s. daxil edilir. Qrupa daxil olan ekspertlərin sayı orta qiymətlərin dəqiqliyinə qoyulan tələbdən asılıdır və burada 7-dən 20-dək adam ola bilər. Qiyabi sorğu zamanı sorğuda iştirak edən ekspertlərin sayının yuxarı həddi məhdudlaşdırılmır.

Ekspert komissiyasının işinin əsas mərhələlərinin siyahısı və ardıcıllığı aşağıdakılardan ibarətdir:



     məhsulun keyfiyyətinin ekspert qiymətləndirilməsi üzrə işlərinin təşkili və aparılmasına məsul olan şəxslərin təyin edilməsi;

     ekspert və işçi qrupların formalaşdırılması;

     qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin təsnifatlaşdırılması və nomenklaturasının təyini;

     ekspertlərin sorğusunun aparılması üçün anket və izahat yazılarının hazırlanması;

     qiymətləndirmə və ekspertlərin sorğusunun keçirilməsi;

     ekspert qiymətlərinin işlənməsi;

     məhsulun keyfiyyətinin (və ya keyfiyyət göstəricilərinin) ekspert qiymətləndirilməsi nəticələrinin təhlili və tərtibi.


Araşdırmalar göstərir ki, ekspert metodlarından istifadənin nəticələrində subyektivliyin azaldılması və uyğun olaraq obyektivliyin yüksəldilməsi ekspert işlərinin təşkili, hazırlığı və keçirilməsi qaydalarına riayət edilməsindən xeyli dərəcədə asılıdır. Xüsusilə bu, ekspert qiymətləndirilməsinin təşkilinə və keçirilməsinə məsul şəxsin təyin edilməsindən, həmçinin ekspert komissiyasının formalaşdırılmasından asılıdır.

3. Ekspertizanın növləri
Məhsulun istehlak xassələrinin ekpertizası onun keyfiyyətinin yüksəldilməsi və çeşidinin təkmilləşdirilməsi üçün güclü vasitədir. ekspertiza elə bir spesifik fəaliyyət növüdür ki, burada ekspert metodu əsasında və sınaqların nəticələrini nəzərə almaqla malların istehlak keyfiyyətinin təhlili və qiymətləndirilməsi aparılır. Beləliklə, sənaye mallarının keyfiyyətinin ekspertizası onların çeşidinin strukturunun və keyfiyyətinin təkmilləşdirilməsi məqsədi ilə malların istehlak dəyərinin təhlili və qiymətləndirilməsi üzrə spesifik fəaliyyət növüdür. Keyfiyyətin ekspertizası prosesində qiymətləndirilən məmulatlara istehlak dəyəri kriteriyası nöqteyi-nəzərindən baxılır. Burada təhlil vasitəsi kimi ekspert, aləti və digər metodlardan istifadə olunur. Keyfiyyətin ekspertizası bütöv fəaliyyət sahəsi kimi əmtəə mallarının keyfiyyətinin təhlili, ölçülməsi və qiymətləndirilməsi əməliyyatlarını özündə birləşdirir. Ekspertiza ekspert metodlarından fərqlidir: ekspertiza anlayışı daha genişdir və ekspert metodlarının istifadəsini özündə birləşdirir. Ekspertizanın aşağıdakı növləri vardır [2]: malların ekoloji ekspertizası; iqtisadi ekspertiza; əmtəə ekspertizası; texnoloji ekspertiza; məhkəmə - hüquq ekspertizası.

Məmulatların ekoloji xassələri göstəricilərlə xarakterizə olunur. Bu göstəricilər satın alınmış malın onun istehlakı prosesində insana və ətraf mühitə necə təsir etdiyini göstərir. Bu məqsədlə məmulatın ekoloji ekspertizasından istifadə edilir.

Ekoloji ekspertiza təhlil metodlarının məcmusunun tətbiqini nəzərdə tutur. Bu zaman bilavasitə istehlak yox, həmçinin onunla bağlı əməliyyatlar (saxlanma, nəqletmə, boşaltma, yükləmə və s.) nəzərə alınır. Əmtəə mallarının insanlara - istehlakçılara ekoloji təsiri, bəzən ətraf mühitə istənilməyən dəyişikliklər gətirərək, əksər hallarda dolayı xarakter daşıyır. Lakin istehlakçı «insan – məmulat - mühit» sisteminə daxil olduğuna görə o, əmək və istirahət prosesində bu təsirlərlə rastlaşır, onlara məruz qalır.

Bütün ekoloji göstəricilər ekoloji ekspertizanın bir neçə metodları ilə təyin olunur. Onlar ətraf mühitin təmiz saxlanmasına kömək edir. Ekspertiza ən yaxşı həllərin seçilməsinə və məmulatların istehlak xassələrinin yaxşılaşdırılmasına yönəldilmiş dəyişikliklərin edilməsinə kömək edir.

Iqtisadi ekspertiza xüsusi biliyə malik olan ekspert tərəfindən iqtisadiyyat sahəsində aparılan tədqiqatdır. Bu ekspertiza təsərrüfat məsələlərini düzgün həll etmək üçün faktiki vəziyyəti müəyyənləşdirmək məqsədi ilə aparılır.

Iqtisadi ekspertiza iqtisadi və digər tədqiqat metodlarının köməyi ilə aparılmış tədqiqatlara əsaslanır. Bu tədqiqatlar təsərrüfat əməliyyatlarında, əmtəə mallarının buraxılış prosesində onların keyfiyyətinin təhlilində, həmçinin istehsalçı firmanın iqtisadi fəaliyyəti məsələləri üzrə konflikt situasiyalar yaradan səbəblərin araşdırılmasında ekspertlərə kömək edir. Belə ki, iqtisadi ekspertizanın köməyi ilə müəssisədə əmtəə məhsulunun buraxılışı zamanı baş vermiş qayiməsiz əməliyyatların ümumi məbləği təyin edilir. Iqtisadi ekspertiza əmtəə mallarının növlər, kəmiyyət və keyfiyyət üzrə buraxalaşı planlarının yerinə yetirilməsinin fiktivləşdirilməsi, məhsulun istehlakçıya göndərilməsi prosesində onun saxlanmasının fiktivləşdirilməsi, həmçinin malların realizə olunması və onların maya dəyərinin təyin edilməsinin fiktivləşdirilməsi işinin istintaqı zamanı istifadə olunur.

Bununla yanaşı, iqtisadi ekspertiza müəssisənin rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş texnoloji norma və normativlərin elmi - texniki tərəqqinin nailiyyətləri ilə necə uzlaşmasını təyin edir, müəssisənin iqtisadi inkişafına və işçilərin sosial tələblərinin ödənilməsinə kömək edir.

Iqtisadi ekspertiza vasitəsilə aşağıdakı məsələlər öyrənilir [2]:



  • hansı dərəcədə maliyyə –təsərrüfat fəaliyyətinin düzgün planlaşdırılmaması müəssisənin realizə olunmuş məhsula görə fiktiv gəlir əldə etməyinə imkan vermişdir;

  • müəssisədaxili təsərrüfat hesablı cari planlaşdırma metodikasının pozulması, ona riayət olunmaması hansı dərəcədə müəssisəyə ziyan vurmuşdur;

  • neçə təşkilat sifarişçidən əsaslandırılmamış yüksək normalara görə güzəştli qiymətlərlə məhsul almağı planlaşdırmışdır.

Əmtəə ekspertizası ərzaq mallarının ekspertizası və qeyri-ərzaq mallarının ekspertizasına bölünür. Bu obyektlərin ekspertizası prosesində aşağıda qeyd olunanları təyin edirlər:

1. əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğu.

2. Istehsal və nəqletmə (daşınma) proseslərində məhsulun çeşidinin aşağı düşməsi.

3. Əmtəə mallarının keyfiyyətinin preyskurant və ya müqavilə qiymətlərinə uyğunluğu.

4. Malların qiymətlərinin aşağı salınmasının və yenidən qiymətləndirilməsinin düzgünlüyü.

5. Təbii itgilərin miqdarı.

6. malların zay olmasının səbəbləri.

7. xarab olmuş malların maddi-məsul şəxsin hesabından silinməsinin əsaslılığı.

Əmtəə ekspertizasının zəruriliyi dövlət, ictimai və xüsusi mülkiyyətin oğurlanması, həmçinin təsərrüfat və xidməti cinayətlərlə əlaqədar cinayət işlərinin məhkəmə istintaqı zamanı meydana çıxır. Kooperativlərin fəaliyyətinin istintaqı zamanı əmtəə ekspertizası məhsulun hazırlanma üsullarını, xammaldan istifadə ilə əlaqədar məsələləri həll edir və hazır məmulatların qüvvədə olan dövlət standartlarına uyğunluğunu təyin edir.

Əmtəə ekspertizası malların keyfiyyətini öyrənən zaman orqanoleptik metod kimi istifadə olunur. Belə ki, ekspert əmtəə malına baxaraq onun istismarı prosesində baş vermiş qüsurlara diqqət yetirir, məmulatın etibarlılığının istehsalçı tərəfindən verilmiş qaranta uyğunlüğünü müəyyənləşdirir.

Əmtəə ekspertizasının obyektləri ərzaq və qeyri-ərzaq malları, xammal, yarımfabrikatlardır. Burada informasiya mənbəyi xalq istehlakı mallarının istehsalı, daşınması və realizə edilməsinin ilkin sənədləridir [1].

Əmtəə ekspertizası Ticarət palatası, Texniki ekspertiza bürosu tərəfindən aparılır. Bu işlərə müvafiq qrup mallar, materiallar və xammal üzrə xüsusi biliyi olan əmtəəşünaslar cəlb olunurlar.

Əmtəə ekspertizası aşağıdakı məsələlərin həlli zamanı istifadə oluna bilər:


  • malın çeşidi onun faktiki adına, qiyməti isə etiketdə və preyskurantda göstərilmiş qiymətə uyğundurmu?

  • malların keyfiyyəti dövlət standartına cavab verirmi, əgər vermirsə – konkret nədə?

  • malların silinməsi, məhv edilməsi, yenidən emalı üçün motivlər nə qədər əsaslandırılmışdır?

  • aşağı düşmüş qiymətlərlə realizə olunmuş malların istehlak xassələrinin yeyilmə dərəcəsi nə qədərdir?

  • yeni məhsulun qiyməti onun keyfiyyət dəyişikliyinə cavab verirmi?

  • qəbul zamanı məhsulun defektinin müəssisənin texniki nəzarət şöbəsi tərəfindən təyin olunması nə dərəcədə mümkündür?

  • əmtəə mallarının (məsələn, rəngli televizorların) daşınma qaydalarına riayət olunurmu, əgər olunmursa, onda dəymiş ziyana görə kim cavab verməlidir?

Texnoloji ekspertiza xammalın, yarımfabrikatların emal texnologiyasını, məhsulun hazırlanma texnologiyasını tədqiq edir. Bu ekspertiza həmçinin xammalın istifadəsini, texnoloji proseslərin ardıcıllığını, onların yerinə yetirilmə metodlarını öyrənir, lazımi avadanlıqların, tərtibatların, alətlərin, modellərin düzgün seçilməsini təyin edir və s.

Texnoloji ekspertizanın nəticələri tez-tez məhkəmə praktikasında istehsalat bədən xəsarətlərinin, dövlət və ictimai əmlakın oğurlanmasının, xidməti cinayətkarlığın, keyfiyyətsiz məhsul buraxılışının və digər məsələlərin istintaqı zamanı istifadə olunur. Texnoloji ekspertizaya aşağıdakı kimi məsələlərin həlli qoyula bilər:



  • texnologiyanın hansı pozuntuları (məsələn, qənnadı istehsalında) zay məhsul buraxmağa şərait yaratmışdır;

  • kolbasa istehsalında komponentlərin dozalaşdırma normalarının pozulması nə qədər artıq qalan ətin oğurlanmasına şərait yaratmışdır və s.

Məhkəmə - hüquq ekspertizası demokratik dövlətdə cinayət və mülki işlərin baxılması zamanı tətbiq olunur. Məhkəmə-hüquq ekspertizası-ekspert tərəfindən prosessual qanunçuluqda nəzərdə tutulmuş qaydada cinayət materialları və ya mülki məsələ üzrə aparılan tədqiqatdır. Bu ekspertizanı müstəntiqin, prokurorun xüsusi qərarı əsasında, həmçinin əmtəə mallarının istehlak xassələri sahəsində məhkəmənin qərarına görə aparırlar.

Məhkəmə - hüquq ekspertizasının aparılması ekspertlərə tapşırılır. Ekspert kimi tələb olunan xüsusi biliyə malik hər bir şəxs dəvət oluna bilər. Ekspert faktlar haqqında öz rəyini bildirmək üçün çağrılır. O, özünün müşahidələrini həmişə məhkəmənin tapşırığına görə aparır. Ekspert öz səlahiyyətini ancaq fikir söyləməklə bitirmir. O, həm də lazımi müşahidələri və tədqiqatları aparmalıdır. Ekspert müəyyən metodların köməyi ilə o halları tapır və məhkəmə qarşısında açıqlayır ki, onlar ekspertin köməyi olmadan məhkəməyə naməlum qala bilərdi.

Məhkəmə-hüquq ekspertizası təşkilati və prosessual əlamətlərinə görə sinifləşdirilir.

Təşkilati əlamətlərinə görə ekspertizalar ilkin (konkret məsələ üzrə ilk dəfə təyin olunur), təkrar (həmin məsələ üzrə təkrarən aparılır), əsas (istintaqı aparılan işin bütün məsələlərini əhatə edir) və əlavə ekspertizalara bölünür. Əlavə ekspertiza situasiyadan asılı olaraq aparılır. Bu o zaman aparılır ki, ekspertiza vasitəsi ilə əlavə məsələləri aydınlaşdırmaq tələb olunur, yaxud əsas ekspertiza vasitəsi ilə alınmış nəticə tam deyildir.

Prosessual əlamətlərinə görə ekspertizalar birpredmetli və çoxpredmetli ekspertizalara bölünür [2]. Birpredmetli ekspertiza o zaman aparılır ki, burada ancaq eyni növlü məsələlərin təqdid olunması tələb olunur. Ona görə bu ekspertizada eyni ixtisasa malik ekspertlər iştirak edirlər. Çoxpredmetli ekspertiza o zaman aparılır ki, burada bir neçə müxtəlif məsələlərə baxılır və onlar müxtəliv ekspertizaların məsələləridir. Odur ki, bu ekspertizada müxtəlif sahələrin mütəxəssisləri iştirak edirlər. Çoxpredmetli ekspertizalar lokal ekspertizalar formasında aparıla bilər. Bu zaman hər bir ekspert onun özünə aid olan məsələləri tədqiq edir. Özlərinin rəylərini ekspertlər hüquq-mühafizə orqanlarına verirlər. Bu orqanlar isə həmin materialları ümumiləşdirir və istintaq prosesində istifadə edirlər.

Çoxpredmetli ekspertizalar həmçinin müxətlif ixtisaslı bir neçə mütəxəssis tərəfindən də aparıla bilər və onların nəticələri bir rəydə ümumiləşdirilə bilər. Bu cür ekspertiza komissiya ekspertizası adlanır. Bu ekspertizanın nəticələri orada iştirak etmiş bütün ekspertlər tərəfindən imzalanır. Bu cür ekspertizaları məhkəmə ekspertiza müəssisələri aparır. Bu zaman ekspertlərdən biri komissiyanın rəhbəri təyin olunur. Ekspert qrupunun rəhbəri məhkəmə-ekspert tədqiqatlarının metodologiyası və metodikası sahəsində ən çox biliyə malik olmalıdır, digər ekspertlərin (həkimlərin, iqtisadçıların, mühəndislərin) nəticələrini sintezləşdirməyi bacarmalıdır.

Ekspert rəyi üç hissədən ibarət olur – giriş, tədqiqat və nəticələrdən. Bəzən rəydə dördüncü hissə də olur ki, bu hissə sintezləşdirici hissə adlanır.

Giriş hissədə ekspertiza üçün təyin olunmuş işin nömrəsi və adı göstərilir, ekspertizanın aparılma zərurətinin qısa şərhi verilir. Burada aşağıdakılar öz əksini tapır:



  • ekspertizanın nömrəsi və adı;

  • ekspertizanı təyin edən orqan haqqında məlumat;

  • ekspertizanın aparılmasının hüquqi əsası;

  • materialın ekspertizaya daxil olma tarixi və rəyin imzalanma tarixi;

  • ekspertlər haqqında məlumat – soyadı, adı, atasının adı, təhsili, ixtisası (ümumi və ekspertiza üzrə), elmi dərəcəsi və adı, vəzifəsi;

  • ekspertiza üçün daxil olmuş materialın adı;

  • tədqiq olunan ekspertiza obyektlərinin gətirilmə üsulu, qablaşdırma növü və rekvizitləri, həmçinin bir neçə ekspertiza növləri üzrə ilkin məlumatlar; ekspertizanı aparan zaman orada iştirak etmiş şəxslər haqqında məlumatlar (soyadı, inisialı, prosessual vəziyyəti);

  • ekspert qarşısında qoyulmuş məsələlər.

Ekspertin şəxsi təşəbbüsünə görə həll edilən məsələlər də rəyin giriş hissəsində verilir.

Əgər aparılmış ekspertiza əlavə, təkrar, komission və ya kompleks ekspertizadırsa, bu xüsusilə girişdə qeyd olunmalıdır. Əlavə və təkrar ekspertizalar zamanı rəydə əvvəlki ekspertizalar haqqında məlumatlar qeyd edilir (ekspertizalar keçirilmiş müəssisə və ekspertlər haqqında məlumatlar, rəyin nömrəsi və tarixi, alınmış nəticələr, həmçinin əlavə və ya təkrar ekspertizanın aparılması üçün əsas).

Ekspert rəyinin tədqiqat hissəsində aparılmış tədqiqat prosesi və onun nəticələri şərh olunur, müəyyən olunmuş faktların elmi izahı verilir. Burada adətən tədqiqat obyektinin vəziyyəti, tədqiqat metodları və onların tətbiq olunma şərtləri (əgər ekspert eksperimenti aparılmışdırsa, onun şəraiti), normativ-sorğu materiallarına və ədəbiyyatlara istinadlar göstərilir.

Material adətən tədqiqatın aparılma sxeminə uyğun şərh olunur. Belə ki, əvvəlcə analitik mərhələ yazılır. Burada obyektəlrin xassələrinin ayrıca tədqiqatı verilir. Sonra müqayisəedici mərhələ qeyd olunur. Burada obyektlərin xassələrinin uyğunluğu və müxtəlifliyi göstərilir. Daha sonra isə inteqral mərhələsi şərh olunur ki, burada da tədqiqatın nəticələrinin kompleks qiymətləndirilməsi verilir.

Rəyin sintezləşdirici hissəsində (bölməsində) aparılmış tədqiqatın nəticələrinin ümumi qiymətləndirilməsi və ekspertin gəldiyi nəticələrin əsaslandırılması verilir. Belə ki, identifikatlaşdırma (eyniləşdirmə) tədqiqatları zamanı sintezləşdirici hissə müqayisə olunan obyektlərin uyğun gələn və fərqlənən əlamətlərinin yekun qiymətini özündə birləşdirir. O, göstərir ki, uyğun gələn əlamətlər əhəmiyyətlidir və ya əhəmiyyətsizdir. Rəyin sintezləşdirici komponenti müstəqil hissə kimi həmişə yazılmır. O, əksər hallarda tədqiqat hissəsinin bölməsi kimi yazılır. Bu, xüsusilə eyni cinsli ekspertizalara aiddir.

ekspert rəyindəki nəticələr ekspert qarşısında qoyulmuş suallara verilən cavablardır. Bu suallardan hər birinə konkret cavab verilməlidir və yaxud onların həll olunmasının qeyri-mümkünlüyü göstərilməlidir.

Nəticə tədqiqatın son məqsədidir. Məntiqi mənada nəticə ekspertin ona təqdim olunmuş materialların öyrənilməsi və yaxud onun apardığı tədqiqatlar nəticəsində ekspertiza obyekti üzrə konkret formalaşmış fikirdir.

Nəticələr qeyri-məlum və ya iki mənalı olmamalıdır, onlar konkret xarakter daşımalıdır. Ekspertlərin nəticələri müxtəlif məntiqi formaya malik ola bilər. Ekspertin nəticələrinin məntiqi formalarının geniş yayılmış növləri aşağıdakılardır [2]:


  • qəti və ehtimal;

  • birmənalı və alternativ;

  • mümkün olan və həqiqi;

  • şərti və şərtsiz;

  • təsdiqedici və inkaredici.

Nəticələrin qəti və ehtimal nəticələrə bölünməsi onların təsdiq olunma dərəcəsinə görə aparılır. Ehtimal nəticə ekspert tərəfindən müəyyənləşdirilən (tədqiq olunan) faktın ancaq çox yüksək dərəcədə ehtimalı zamanı formalaşdırılır. Qəti nəticə ekspert tərəfindən o zaman verilir ki, tədqiqatın nəticələri onu tam təsdiq edir.

Həqiqət haqqında nəticələrdən fərqli olaraq, mümkünlük haqqındakı nəticələrdə ancaq hər hansı bir hadisənin mümkünlüyü qeyd olunur. Mümkünlüyü ehtimallıqla qarışdırmaq olmaz. Belə ki, əgər ehtimal – bizim biliyimizin xarakteristikasıdırsa və bu biliyin dərinləşməsi ilə artırsa, mümkünlük – şeyin obyektiv vəziyyətidir. Odur ki, praktikada ehtimal nəticələri mümkünlük nəticələri ilə əvəz etmək olmaz. Çünki bu əvəzetmə ancaq xətalara gətirə bilər.

Alternativ nəticə o zaman formalaşdırılır ki, ekspert məsələnin həllinin vahid bir variantına gələ bilmir və tədqiqatın yekunu bir neçə variantdan ibarətdir. Birmənalı nəticə o zaman formalaşdırılır ki, ekspert məsələnin həllinin vahid variantını görür və bu haqda qərar qəbul edir.

Şərti nəticə odur ki, onun həqiqətə uyğunluğu hər hansı bir şərtdən asılıdır. Şərtsiz nəticədə isə heç bir şərt olmur.

Inkaredici nəticə müəyyənləşdirilən (axtarılan) faktın, hadisənin və xassənin olmamasını göstərir. Inkaredici nəticə bəraətqazandırıcı sübutdur.

Rəy ekspert və ya ekspertlər tərəfindən imzalanmalıdır. Əgər ekspertiza ona səlahiyyəti olan müəssisədə aparılmışdırsa, onda rəy bu müəssisənin möhürü ilə təsdiq olunur. Rəyə əlavələr (fotoşəkillər, çertyojlar, fonoqrammalar, elektroqrammalar, xromatoqrammalar, cədvəllər və s.) varsa, onlar da ekspertlər tərəfindən imzalanır və həmin müəssisənin möhürü ilə təsdiq olunur.

Rəyin hər bir hissəsi (bölməsi) həmin hissənin tədqiqatını aparmış və nəticələri formalaşdırmış ekspert tərəfindən imzalanmalıdır. Əgər nəticələr müxtəlif ekspertlər tərəfindən formalaşdırılmışdırsa, onda nəticələrin hər biri onu yazmüş ekspert tərəfindən ayrıca imzalanmalıdır.

Bəzən ekspertizanın nəticəsi kimi rəyin verilməsinin qeyri-mümkünlüyü haqda xəbər verilir (sənəd formasında). Bu cür sənəd qoyulmuş məsələnin həllinin qeyri-mümkünlüyü tədqiqat aparmadan belə aydın olduğu zaman tərtib olunur. Bu halda tədqiqat aparılmır və ekspert heç bir rəy vermir. Bu zaman ekspertizanı təyin etmiş şəxsə və ya orqana rəsmi sənəd rəyin verilməsinin qeyri-mümkünlüyü haqda xəbərdir. Təcrübədə adətən bu sənəddə obyektin qısa izahı verilir və məsələnin həllinin qeyri-mümkünlüyünün səbəbi göstərilir.


4. Ekspert qiymətləndirilmə metodlarının obyektivlik xüsusiyyətləri
Ekspert qiymətləndirilməsində müxtəlif metodlardan istifadə edilir ki, qiymətləndirmənin obyektivliyi əhəmiyyətli dərəcədə metodun düzgün seçilməsindən asılıdır. Bu zaman obyektin xüsusiyyəti və qiymətləndirmənin şəraiti hökmən nəzərz alınmalıdır. Ekspert qiymətləndirilməsinin 3 əsas növünü göstərmək olar [6]: aparıcı ekspertlə qiymətləndirmə, komissiya ilə qiymətləndirmə və aparıcı ekspert və ekspert qrupundan istifadə etməklə kombinəedilmiş qiymətləndirmə (şəkil 2).

Aparıcı ekspertlə qiymətləndirmə mürəkkəb razılaşdırma qaydalarını, rəylərin statistik işlənməsini tələb etmirsə də, ekspertin səriştəliyindən və bilik səviyyəsindən çox asılı olan xeyli dərəcədə subyektiv nəticələr verir.

İxtisaslı mütəxəssislər kollektivinin orta rəyini almağa imkan verən ekspert komissiyası ilə qiymətləndirmə kifayət qədər obyektivdir, mütəxəssislərdən böyük bir vaxt itkisi tələb etmir, ekspertizanın təşkili və hazırlanması uzun çəkmir. Bu baxımdan fərdi ekspertin və qrupun rəylərinin müqayisəsi üzərində qurulmuş kombinəedilmiş qiymətləndirmə kompromis variant sayıla bilər. Bu şəkildə qiymətləndirmə azsaylı ekspert kollektivinə alınmış nəticələrin dəqiqliyini və etibarlığını təmin edən kifayət qədər prosedurlarla məhsulun keyfiyyətinin sadə analizini aparmağa şərait yaradır.

Ekspert


Məmulat



a)

Məmulat












b)

b)



Məmulat








Aparıcı ekspert

Ekspert qrupu

c)




c)

Şəkil 2. Məhsulun keyfiyyətinin ekspert qiymətləndirilməsinin əsas metodları:



a - aparıcı ekspert metodu; b – ekspertlər komissiyası metodu; c – kombinəedilmiş metod

Ekspert metodu texniki göstəricilərin istehlak göstəricilərinə çevrilməsində geniş tətbiq edilir. Belə çevirmənin iki cəhəti vardır: bir ölçmə sisteminin digəri ilə müqayisə ediləcək şəklə salınması, texniki və ya digər göstəricilərin dəyərinin real qiymətləndirilməsi.

Bu zaman iki hal mümkündür: texniki və istehlak göstəriciləri arasında asılılıq xəttidir və ya qeyri – xəttidir. Birinci halda göstəricilərdən biri avtomatik olaraq digərinə keçir və kiçik bal ölçülən göstəricinin aşağı qiymətinə, böyük bal yuxarı qiymətinə uyğun gəlir. Soyuducunun kamerasında temperatur ilə onun balla qiymətləri arasında asılılıq xətti asılılığa misal ola bilər.

Qeyri – xətti asılılıq halında E. Reyxman tərəfindən təklif edilmiş metod istifadə edilə bilər [6].

Metodun mahiyyəti belədir: əvvəlcə ekspert qiymətləndirilən texniki göstəricinin minimal, maksimal və optimal buraxıla bilən qiymətlərini (Amin, Amax, və Aopt) göstərir. Sonra o, bu göstəricilərin qiymətlərinə bal qiymətləri verir. Alınmış nəticələr qrafikdə qeyd olunur. Absis oxunda göstəricinin ölçülmüş qiymətləri, ordinat oxunda ekspertin bal qiymətləri qeyd olunur. Belə qrafikdə axtarılan göstəriciyə müvafiq qiymət müəyyənləşdirilir. Texniki keyfiyyət göstəricilərin istehlak göstəricilərinə çevrilməsində qeyri – xətti asılılığa misal olaraq məişət paltaryuyan maşınında yuyulma dərəcəsinin təyin olunması göstərilə bilər (şəkil 3).

Son illər sənaye məmulatlarının keyfiyyətinin kompleks ekspert qiymətləndirilməsi geniş həyata keçirilir. Bu metod bir sıra prosedur qaydalarının ardıcıl yerinə yetirilməsini nəzərdə tutur ki, nəticədə ekspert analiz olunan obyekt haqqında ümumiləşdirilmiş rəy verir. Kompleks qiymətləndirmə keyfiyyət göstəricilərinin seçilməsi ilə başlayır. Ekspertin güman etdiyinə görə bu göstəricilərin təhlilinə görə o, məmulatın ümumilikdə keyfiyyəti haqqında mühakimə yürüdə biləcək.

Kompleks qiymətləndirmənin sonrakı mərhələsində seçilmiş keyfiyyət göstəricilərinin hər biri ekspert tərəfindən kəmiyyətcə qiymətləndirilir və belə differensial qiymətləndirmənin nəticələri müqayisə ediləcək şəklə salınır. Növbəti mərhələdə ekspert bu göstəricilərin çəki əmsallarını müəyyənləşdirir. Yekunda bütün differensial göstəricilər çəki əmsalları ilə birlikdə müəyyən riyazi əməliyyatlar aparılaraq bir ümumiləşdirilmiş kompleks göstəricidə birləşdirilir.






4
3
2

1
0 65 68 69 70

Yuyulma dərəcəsi, %


Şəkil 3. Məişət paltaryuyan maşınında ağ parçanın

yuyulma dərəcəsinin balla qiymətləndirilməsi


Ekspert qiymətləndirilməsi zamanı subyektivliyin azaldılması üçün müxtəlif metodlardan istifadə edilir. Bu zaman ekspert rəylərinin toplanma formasının seçilməsi xüsusiylə mühüm məsələdir. Rəylərin toplanmasının fərdi, kollektiv və qarışıq formalarını göstərmək olar. Bu formalardan hər birinin aşağıdakı növmüxtəliflikləri vardır: anketləşdirmə, müsahibə götürmə, diskussiya, iclas, işgüzar oyun. Keyfiyyətin qiymətləndirilməsində çox vaxt onlar birgə istifadə edilir ki, bu da görülən işlərin səmərəliliyini və obyektivliyini yüksəldir. Ekspert rəylərinin toplanmasına belə yanaşma (qarışıq forma) problem tam aydın olmadıqda, kollektiv müzakirə zamanı ekspertlərdə fikir ayrılığı yarandıqda, yaxud fərdi rəylər üst-üstə düşmədikdə tətbiq edilir.

Subyektiv qiymətləndirmə zamanı həmçinin ranqlama, bilavasitə qiymətləndirmə, müqayisəetmə kimi metodlar tətbiq edilir [7].

Ranqlama metodunda ekspert tədqiq olunan obyektləri nisbi əhəmiyyətliliyindən (üstünlüyündən) asılı olaraq ranqlayır. Bu zaman daha üstün tutulan obyektə adətən birinci ranq, ən az üstün tutulana isə mütləq qiymətcə düzülən obyektlərin sayına bərabər sonuncu ranq verilir. Tədqiq edilən obyektlərin sayı az olduqca belə düzülmənin dəqiqliyi artır.

Bir ekspert tərəfindən ekspertiza obyektlərinin üstün tutmaqla (ranqlar üzrə) yerləşdirilməsi zamanı ranqların cəmi obyektlər sayının H vahiddən başlayan bütün natural sırasındakı ədədlərin cəminə bərabər olmalıdır . Sorğuya görə ranqlama obyektlərinin yekun ranqı hər bir obyekt üçün ranqların cəmi şəklində müəyyənləşdirilir. Bu zaman birinci ranq ən az ranqlar cəmi olan obyektə, sonuncu yer ən çox ranqlar cəmi olan, yəni ən az əhəmiyyətli obyektə verilir.

Bilavasitə qiymətləndirmə metodu (bal metodu) tədqiq edilən obyektlərin əhəmiyyətliliyə görə bal verməklə düzülməsidir. Daha əhəmiyyətli obyektə qəbul edilmiş şkala üzrə daha yüksək bal verilir. Qiymətləndirmə şkalasının diapazonu, bir qayda olaraq, 0-dan 1-ə, 5-ə, 10-a, yaxud 100-ə kimi qəbul edilir. Sadə halda qiymət 0 yaxud 1 bal ola bilər. Bəzi hallarda qiymətləndirmə sözlə yerinə yetirilir, məsələn, «çox əhəmiyyətli», «əhəmiyyətli», «az əhəmiyyətli». Sorğunun nəticələrinin işlənməsini daha əlverişli etmək üçün belə qiymətləndirmə ball şkalasına keçirilə bilər (məsələn, uyğun olaraq 3,2,1 bal).

Bilavasitə qiymətləndirmə ekspertlərin tədqiq edilən obyektlərin xassələri haqqında tam məlumatlanmasına əminliyi zamanı tətbiq edilməlidir. Qiymətləndirmənin nəticələrinə görə hər bir tətbiq edilən obyektin ranqı və çəkisi (əhəmiyyətliliyi) müəyyənləşdirilir. Misal kimi 10-ballıq şkala üzrə 3 obyektin qiymətləndiriliəsi cədvəl 1-də verilmişdir.

Hər bir obyektin yeri ekspert qiymətləndirilməsinin nəticəsinə görə aşağıdakı düsturla təyin edilir:

burada - ekspert qiymətləndirilməsinin nəticələrinə görə hesablanmış i-obyektinin əhəmiyyətliliyi (i=1, 2, …, n);

Müqayisəetmə metodu cüt-cüt və ardıcıl müqayisəetməklə tətbiq edilir.

Cüt-cüt müqayisəetmədə ekspert tədqiq olunan obyektləri cüt-cüt müqayisə edərək hər bir cütdə obyektin daha əhəmiyyətlisini müəyyənləşdirir. Ekspert obyektlərin mümkün kombinasiyalarını qeyd şəklində (məsələn, obyekt 1 - obyekt 2, obyekt 3 - obyekt 4 və s. ) və yaxud matrisa şəklində tərtib edir.



-j-eksperti tərəfindən (j=1,2,…,k) i-obyektinə verilən qiymətdir (bal).

Yüklə 359,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin