“Mətbuat” (dövri mətbu nəşrlər), “teleradio və kinoxronika proqramları”, “kütləvi informasiya” və
“kütləvi informasiya vasitələri” anlayışları da bu kursda
tez-tez istifadə olunan terminlərdir. Bu terminlər məzmununa
görə “jurnalistika” anlayışına yaxın olsalar da, jurnalistikanın
ayrı-ayrı sahələrini ifadə edirlər. Azərbaycan Respublikasının
“Kütləvi informasiya vasitələri haqqında” Qanununun 3-cü
maddəsində