I. KURSUN ÜMUMİ TƏSVİRİ 1.1. KURSUN MƏQSƏDİ
XX əsrin sonlarında dövlətlər arasında, insanlarla
cəmiyyət arasında, cəmiyyətlə təbiət arasında münasibətlər-
dəki ziddiyyətlər, intersosial və geosiyasi problemlər,
cəmiyyətin müxtəlif təbəqələrinin yoxsulluğu və zənginliyi
arasındakı kəskin təzadlar, planetar iqtisadi inteqrasiyaya
olan ehtiyac, ekoloji fəlakətlər, qlobal ərzaq, demoqrafiya,
narkomaniya, miqrasiya, beynəlxalq terrorizm problemləri,
nüvə qırğını xofu və s. kimi digər qlobal problemlər
bəşəriyyəti daha çox narahat etməyə başlamışdır. Müasir
dövrün qlobal problemləri əvvələr lokal xarakter daşısalar da,
elm və texnikanın inkişafı, sənayeləşmə şəraitində insanların
razılaşdırılmamış
fəaliyyətləri nəticəsində getdikcə
ümumbəşəri xarakter almışdır və bütövlükdə bəşəriyyətin
marağını ifadə edirlər. Planetimizin gələcəyi qlobal
problemlərin həllindən olduqca asılı bir vəziyyətə və
təhlükəli həddə gəlib çatmışdır.
Qlobal problemləri araşdırma mərkəzləri, aparıcı
mütəxəssislər, o cümlədən jurnalistika nəzəriyyəçiləri
vəziyyətin ciddiliyini və təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsinin vacibliyini dərk edərək, qlobal dünya konsepsiyasını işləyib hazırlamışlar.
Bəşəriyyətin inkişaf yolunda böhran proses və
təzahürlərinin güclənməsi, eyni zamanda, müstəqilliyini
yenidən bərpa etmiş respublikamızın həyatında regionda
gedən geosiyasi, iqtisadi, sosial və mədəniyyət sahələrində
baş verən transformasiyalarla əlaqədar olaraq yaranan kəskin
dəyişikliklər Azərbaycan ictimaiyyətinin və jurnalistikasının
qarşısında da bir sıra prinsipal vəzifələr qoymuşdur və bu
6
vəzifələri şübhəsiz ki, gənc nəsil jurnalistlər həyata
keçirəcəklər.
Məhz bunları nəzərə alaraq, “Jurnalistika və müasir