cavabların tapılmasında kütləvi informasiya vasitələrinin yeri və rolu qırmızı xətt kimi keçir. Mühazirələrdə
bəşəriyyətin inkişafında böhran təzahürlərinin gücləndiyi və
Azərbaycan gerçəkliyində geniş dəyişikliklərin baş verdiyi
bir şəraitdə jurnalistikanın qarşısında duran əsas vəzifələrin
müəyyənləşdirilməsinə cəhd göstərilir. Bu vəzifələrin yerinə
yetirilməsi üçün vacib olan əsas istiqamətlərin səciyyəvi
xüsusiyyətləri verilir. Mühazirələrdə qlobal problemlərin
həlli sahəsində irəli sürülən nəzəri müddəa və baxışlar KİV-
in iştirakına aid praktik materiallarla əsaslandırılır. Müasir
dövrün qlobal problemlərinin kütləvi informasiya
vasitələrində obyektiv işıqlandırılmasına və onların həllində
KİV-in əməli iştirakına imkan yaradan şərt və amillərin yeni
mövqedən nəzərdən keçirilməsinə xüsusi diqqət yetirilir.
Eyni zamanda, qlobal problemlərin həllinin beynəlxalq
təşkilatların və jurnalistikanın fəaliyyət sferasında prioritet
bir məsələ olduğu obyektiv və real statistik qaynaqlarla
əsaslsndırılır.