müasir dövrün qlobal problemləri” kursunun başlıca
vəzifələrini aşağıdakı kimi qruplaşdırmaq olar:
tələbələri bəşəriyyəti narahat edən, böhran
səviyyəsinə çatmış neqativ sosial-təbii proseslərlə
tanış etmək;
gənclərin bu problemlərin qlobal xarakter aldığını və
onların həlli üçün bütün ölkələrin və xalqların,
beynəlxalq təşkilatların öz qüvvələrini birləşdir-
mələrinin vacibliyini dərk etmələrindən ötrü bütün
lazımi tədbirləri görmək;
ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin
əsaslarının və bazar iqtisadiyyatının yaradıldığı bir
şəraitdə özünü kəskin şəkildə büruzə verən daxili
problemlərin bu proseslərlə nə dərəcədə əlaqəli
olduğunu göstərmək;
böhran vəziyyətindən bəşəriyyətin necə çıxacağının
yollarını və bu prosesdə jurnalistikanın yerini və
rolunu dəqiq təsəvvür etməkdə tələbələrə kömək
göstərmək;
əhalinin qlobal problemlərlə, onların yaranma
səbəbləri və həlli yollarının müəyyən edilməsi ilə
bağlı KİV-in fəaliyyət istiqamətlərinə diqqət
yetirmək;
gələcək jurnalistləri müasir dövrün qlobal
problemlərinin həllində KİV-in iştirakının pozitiv
8
təcrübəsi, eyni zamanda, cəmiyyətdə qeyri-sabitlik
yarada bilən neqativ tendensiyalarla tanış etmək;
jurnalistikaya özünün konkret-tarixi vəzifələrini
uğurla yerinə yetirməsinə
şərait yaradan
məsuliyyətlilik və kompetentlik faktorlarının
müəyyən edilməsində gənclərə kömək göstərmək.
Yuxarıda sadalanan vəzifələrin KİV tərəfindən
yüksək səviyyədə yerinə yetirilməsi üçün ilk növbədə
jurnalistika və pablik rileyşnz ixtisası və s. sahə ixtisasları
üzrə təhsil alan tələbələr, KİV işçiləri – jurnalistlər özləri
qlobal problemlərlə, onların mahiyyəti, tarixi, yaranma
səbəbləri və amilləri, həlli yolları və s. ilə dərindən tanış
olmalı, onları dərk etməlidirlər. Bu zaman Azərbaycan
gerçəkliyinin aktual problemlərinin (siyasi, iqtisadi, sosial,
mənəvi sahələrdə baş vermiş transformasiyalarla şərtlənən),
eyni zamanda dəyərlər sistemindəki dəyişikliklərin təhlil və
müqayisə yolu ilə izlənilməsi və nəzərdən keçirilməsi
müəyyən elmi və praktik nəticələrin əldə olunmasına, əsasən
də Azərbaycan jurnalistikasının sözügedən sahədə
nəzərəçarpacaq effektlər əldə etməsinə şərait və imkan
yaradacağına ümid edirik. Beynəlxalq və yerli tədqiqat
mərkəzlərinin apardıqları araşdırmaların və cəmiyyətdəki
müasir sosial-təbii proseslərin monitorinqlərinin nəticələrinin
jurnalistikaya tətbiqi, onun xarici və daxili qanunauy-
ğunluqları prizmasından öyrənilməsi də bir fəaliyyət sahəsi
kimi həm jurnalistika üçün, həm də bəşəriyyətin təhlükəsiz
gələcəyinin təmin olunması üçün faydalı ola bilər.
Kursda qlobal problemlərin mahiyyəti, yaranma
səbəbləri, neqativliyi, müasir vəziyyətləri, onların həlli
yollarının araşdırılması ilə yanaşı, bu sahədə KİV-ə xas
aşağıdakı fəaliyyət özəllikləri də daim dəqqət mərkəzində
saxlanılır:
9
qlobal problemlərin dərk olunmasında, öyrənilmə-
sində və həlli sahəsində jurnalistikanın vəzifələri və
KİV-in real praktikası;
ictimai inkişaf sahəsində mövcud olan qlobal
problemlərin (geosiyasi, etnik və dini konfliktlər,
iqtisadi kataklizmlər, ekoloji fəlakətlər və s.) aradan
qaldırlmasında KİV-in pozitiv iştirakı təcrübəsi;
KİV-in fəaliyyətində cəmiyyətdə qeyri-sabitlik
yaradan proseslərin dərinləşməsinə və mənəvi
dəyərlərin parçalanmasına şərait yaradan neqativ
ənənələr (müəyyən sosial qüvvələrin mənafeyi
naminə real hadisələrin qeyri-obyektiv işıqlandırıl-
ması, cəmiyyət üçün həyati əhəmiyyətli informasi-
yaların gizlədilməsi, qəsdən dezinformasiya və s.) və
onların aradan qaldırılması;
KİV-də müasir dövrün qlobal problemlərinin adekvat
işıqlandırılmasına və onların həllində KİV-in əməli
iştirakına imkan yaradan amillər – jurnalist
məsuliyyəti və kompetentliyi;
qlobal problemlərin həllində KİV-in iştirakının
səmərəliliyini təmin edən yaradıcılıq amilləri –
jurnalist sənətkarlığı.
1.3. KURSUN TƏŞKİLATİ-METODİK
QURULUŞU
Kurs mühazirələrdən və seminar (praktik)
məşğələlrindən ibarətdir. Seminar məşğələsinin formatını
öyrənilən mövzunun tapşırılan ədəbiyyat əsasında izah və
müzakirə edilməsi təşkil edir. Seminar məşğələsi
çərçivəsində əvvəlcədən tələbələrə paylanılmış seminarın
planına daxil olan suallara aid kiçik məruzələrin, şərhlərin
dinlənilməsi və onların ətrafında tələbələrin fəal müzakirə
aparmaları, bəzən isə fərdi yazılı tapşırıqların yerinə
10
yetirilməsi (semestr ərzində 2 dəfədən çox olmamaqla)
tövsiyə olunur.
Həmçinin, kursun tədrisi çərçivəsində hər bir tələbə
ilə fərdi iş aparılır və bu zaman kursa aid keçilmiş material və
əlavə ədəbiyyat əsasında ona daha konkret mövzuda şifahi və
ya yazılı çıxış hazırlaması həvalə olunur.
Kursun təşkilati-metodik quruluşunun səciyyəvi
cəhətlərindən biri də odur ki, məruzə, çıxış və ya elmi məhsul
hazırlanarkən, başlıca olaraq sahə alimlərinin, həmçinin
jurnalist ictimaiyyətinin qəbul etdiyi digər müəlliflərin
jurnalistikanın nəzəriyyə və təcrübəsinə, beynəlxalq
təcrübəyə aid elmi araşdırma və əsərlərinə, dövlət təhsil
internet-portallarında (məsələn, Təhsil Nazirliyi -
http://www.edu.gov.az; Bakı Dövlət Universiteti -
http://bsu.edu.az; Azərbaycan Milli Kitabxanası -
http://www.anl.az və s.) sosial-humanitar və siyasi təhsilə aid
verilmiş material və mənbələrə istinad etmələri tövsiyə
olunur. Dövlət təhsil internet-portalında, şəxsi saytda və bir
sıra qeyri-kommersiya internet-saytlarındakı hiperistinadların
müddətinin 5 ildən artıq olmaması daha məqsədəuyğundur.
1.4. KURSUN STRUKTURU
Kursun strukturuna daxildir:
-
mühazirə – 14 saat,
-
seminar – 10 saat,
-
məsləhət – 1 saat,
-
imtahan – 12 saat.
11
1.5. JURNALİSTLƏRİN PEŞƏ HAZIRLIĞI
SİSTEMİNDƏ KURSUN YERİ
Dünya jurnalistika məktəblərində qlobal problemlərin
işıqlandırılması üzrə peşəkar məzunların hazırlanması
sistemində “Jurnalistika və müasir dövrün qlobal
problemləri” kursunun tədrisinə xüsusi əhəmiyyət verilir.
Hətta bəzi təhsil müəssisələrində qlobal problemlərin ayrı-
ayrı istiqamətləri üzrə xüsusi dərs vəsaitləri hazırlanaraq,
ixtisas kursları kimi tədris olunur. Məsələn, ABŞ-ın
Pensilvaniya ştatındakı Vifleemdə Lixay Universiteti
jurnalistika fakültəsinin dekanı, ekoloji və elmi jurnalistika
sahəsində dünya səviyyəsində tanınmış professor Şaron
Fridmanın həmin fakültənin adyunkt-professoru, əri Kennet
Fridmanla birlikdə hazırladıqları “Reporting on Environment:
Handbook for Journalists” vəsaitiini buna nümunə göstərmək
olar. Vəsait ilk dəfə 1988-ci ildə, 1996-cı ildə isə düzəlişlər
və əlavələrlə təkrar çap olunmuşdur. Dünyanın bir çox
dillərinə tərcümə edilmişdir.
“Jurnalistika
və müasir dövrün qlobal problemləri”
kursu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində on
ildən artıqdır ki, tədris olunur. Kursun proqramı (bu tədris-
Dostları ilə paylaş: |