Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 300,9 Kb.
səhifə38/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   34   35   36   37   38   39   40   41   ...   61
TƏFƏKKÜR PSİXİ PROSES KİMİ
Zeynallı Gülarə Vahid q. BDU-nun II kurs magistrantı
Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak proseslərı təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayışdan alınan məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə sərhədlərinin genişlənməsində həm prosesual, həm də informasiya dayaqları rolunu oynayır. Təfəkkür prosesinin gücündə idrak prosesi həm dərinləşir, həm də genişlənir. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkür reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks etdirir.

Təfəkkür- insanın psixi, idraki fəaliyyətinin ən yüksək pilləsi olub, gercəkliyin onun mühüm əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir. Ona görə də təfəkkürü cism və hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesi adlandırılır. İnsanın biliyi və keçmiş təcrübəsi hissi idrakla və hafizə ilə qarşılıqlı əlaqəyə girərək onları dəyişdirir. L. S. Vıqotski bu prosesi hafizə və qavrayışın intellektuallaşması prosesi adlandırırdı. Qavrayış idrakı nöqteyi nəzərindən kateqoriya və düşünmə xüsusiyyətləri, hafizə isə sözlü- məntiqi xarakter daşıyır. Təfəkkür prosesində insan özündə olan bilikləri praktik təcrübə yolu ilə uyğunlaşdırır və bu insana imkan verir ki, o mahiyyətin daha dərin qatlarına varid ola bilsin. Praktik fəaliyyət gerçəkliyin dərk edilməsinin həqiqət ölçüsü kimi çıxış edir. Təfəkkür vasitəsi ilə insan dünyanı dərk edir, ona təsir edərək dəyişir. Təfəkkür insanın əmək fəaliyyətindən doğmuşdur və məqsədə çatmaq yolunda, müvəffəqiyyət qazanmada qarşıya çıxan maneələri aradan qaldırmağın yollarını arayır.

Psixologiyada təfəkkürü konkret subyektin real psixi fəaliyyəti kimi, təfəkkürün necə inkişaf etməsini, necə yaranmasını,onun strukturunu, digər fəaliyyət növü ilə qarşılıqlı əlaqələrini öyrənir. Təfəkkürün təbiətini açan A. N. Leontyev qeyd edirdi ki, təfəkkürün quruluşu praktik fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter daşıyır. Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür. Fikri fəaliyyət praktik fəaliyyətdən fərqli olaraq özünün spesefik xüsusiyyətlərinə malikdir. O daxilidir, qisaldılmışdır və avtomatlaşmışdır. Təfəkkür insanın təlim,əmək,oyun fəaliyyətində və inkişafında,şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. Peşə fəaliyyətində əsas məzmun komponentini təfəkkür təşkil edir və o bu iş təmami ilə pedaqoji fəaliyyətə də aid edilir.

Təfəkkür psixi proses kimi bir sıra spesefik xarakter və xüsusiyyətlərə malikdir. İlk belə əlamət gerçəkliyin ümumiləşmiş inikasıdır, təfəkkür real dünyanın əşya və hadisələrinin ümumiləşmiş inikasıdır. İkinci az əhəmiyyətli olmayan təfəkkür əlaməti real aləmin vasitəli inikasıdır. Vasitəli inikasın mahiyyəti odur ki, şeylərin və hadisələrin xüsusiyyətləri hökm vermək üçün vasitəli informasiyanın təhlil yolu ilə əldə edilməsidir.

Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun nitqlə əlaqədə,vəhdətdə olmasıdır. İnsan daima sözlər əsasında fikirləşir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal sistemi təşkil edir. Nəhayət, təfəkkürün mühüm xarakterik xüsusiyyətlərindən biri də geniş əhatəyə malik olmasıdır. Duyğu, qavrayış və təsəvvürlərin əhatə edə bilmədiklərini təfəkkür əhatə edə bilir.

Təfəkkür sosiol cəhətdən şərtlənən psixi prosesdir. Hər bir fərdin təfəkkürü insanların ictimai-tarixi təcrübəsinə istinad edir: təfəkkür sayəsində fərdi təcrübə bəşəriyyətin əldə etdiyi zəngin bilik ehtiyatına qoşulur. Çünki əqli əməliyyatlar, proseslər, fəndlər və s cəmiyyət tarixinin inkişafında, ictimai-tarixi təcrübədə təşəkkül tapır. Odur ki.təfəkkür ali idrak prosesi kimi hadisələrin gələcək mənzərəsini verə bilər. Təfəkkür sayəsində insanın fikri prosesi bu gündən gələcəyə və ya əksinə gələcəkdən bu günə istiqamətində cərəyan edə bilər.


Təfəkkür məqsədyönlü idrak prosesidir. Adam fikirləşərkən müəyyən bir məqsədlə düşünür, qarşıya çıxan məsələmi,sualı həll etməyə çalışır. 

Təsadüfi deyildir ki, ali idrak prosesi olan təfəkkür bir sıra elmlər tərəfindən araşdırılır. Təfəkkürün üç əsas forması vardır: məfhumlar, hökmlər, əqli nəticə. Məhfum (anlayış)- cism və hadisələrin mühüm,əsas əlamətlərə görə əks etdirilməsindən ibarət olan formasıdır. Məhfumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilər. Xüsusi məhfumlar tək,xüsusi bir cismə və ya hadisəyə aid olur. Ümumi məfhumlar bir qrup cism və hadisəyə xas olan mühüm əlaməti əks etdirir. Konkret məfhumlar biləvasitə qavranıla bilən, arxasında əşya təsəvvür olunan məfhumlardır. Məfhumlar çoxlu qarşilıqlı keçidlərlə təsəvvürlərlə bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir.

Onlar psixoloji ədəbiyyatda eyniləsdirilsələr də gercəkliyi inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir. Təsəvvürlər obrazlı- əyanidir, biləvasitə verilmiş informasiyanı qavrayışda inikas etdirir. Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vəhdlikdə verilir. Məhfum və təsəvvürlər çətinliklər zamanı xüsusi ilə aşkar bir yerdə verilir. Məhfumlar keyfiyyətcə təsəvvürlərdən fərqlidir, təsəvvürlər obrazlarla fərdi şüurda yaranır, anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafın məhsuludur.

Hökmlər- fikri proseslərin baş verdiyi əsas akt və ya formadır. Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir. Hər hansı fikri proses hökmlərlə ifadə olunur. Hökmlər insanın gerçək dünyanı onun xüsusiyyətlərində, əlaqə və münasibətlərində inikas etdirən dərk etmənin xüsusi formasıdır. Hökmlərdə cisimlər, hadisələr arasında müəyyən əlaqənin oldağu, eləcə də cismin, hadisənin müəyyən keyfiyyətinə malik olduğu təstiq və ya inkar edilə bilər. Bu baxımdan hökmlər iqrari və inkari olmaqla iki yerə bölünür. Məsələn, ”Bu kitab maraqlıdır” dedikdə kitabda maraqlılıq keyfiyyətinin olduğunu təstiq edirik. ”Bu tələbə çalışqan deyil” dedikdə isə tələbədə çalışqanlıq əlamətinin olmadığını göstəririk. Ona görə də birinci hökm iqrari, ikinci hökm isə inkari hökmdür.

Hökmlər ümümi, xüsusi və fərdi də ola bilərlər. Ümuni hökmlərdə eyni sinfə, qrupa aid olan bütün cism və hadisələrdə müəyyən bir cəhət ya təstiq,ya da inkar olunur. Xüsusi hökmlərdə isə iqrari və ya inkari bütün cism və hadisələrə deyil, onlardan bəzilərinə aid edilir. Fərdi hökmlər isə iqrar və ya inkar yalnız bir cism və ya hadisəyə aid olur. Cisimdə hər hansı bir sifətin iqrar və inkar edilməsinin səciyyəsinə görə şərti, təqsimi, qəti hökmlər vardır. Hər hansı bir fikrin həqiqiliyini hökmlərdə söylənmiş şərtlərdən asılıdırsa bu şərti hökm adlanır. Təqsimi hökmlərdə hər hansı cismə aid olan bir neçə xüsusiyyət iqrar və ya inkar edilir.

”Hökm cisimdə bu və ya digər əlamətin olduğunu şərtsiz, danışıqsız iqrar və ya inkar edirsə o qəti hökm hesab olunur. İnsanlar həmişə öz hökmlərinin doğru olub-olmamasını yoxlamağa çalışırlar. Bu cəhətdən hökmlər üç növə ayrılır: mümkünlük, gerçəklik və zərurət hökmləri. Mümkünlük hökmündə, cisimlə onun əlamət və keyfiyyəti arasındakı əlaqə ehtimal kimi başa düşülür. Bu hökmlərdə deyilən əlamət cisimdə ola da bilər, olmaya da. Belə hökmlərin həqiqiliyi təcrübədə yoxlanılır. Gerçəklik hökmü cisimlə, onun xassəsi,sifəti arasındakı əlaqəni əks etdirir. Zərurət hökmü cisim və hadisələrlə onların əlamətləri arasında mövcud olan zəruri əlaqələri əks etdirir. Bu hökmün ən yüksək forması hesab olunur, çünki zərurət hökmləri təbiət və cəmiyyət qanunları haqqında elmin son sözünü qeyd edir. Məsələn, ”yer günəş ətrafında fırlanır” Deyilənlərdən aydın olur ki, mümkünlük hökmü ola biləcəkləri, gerçəklik hökmü olanları, zərurət hökmü isə hökmən olanları əks etdirir.

Psixoloji planda hökmlər- subyektin hərəkətidir, müəyyən məqsəd və motivlə bağlıdır,insanı nəyisə düşünməyə və hansısa qərarı qəbul etməyə təhrik edir. Hökmlər fikri fəaliyyətin nəticəsidir, fikirləşən insanın müəyyən münasibətlərinin fikrin predmetinə olan münasibətidir. Hökmlər hərəki xarakter daşıyır,özündə sosial aspekti ehtiva edir. Hökmlərin sosial aspekti onun strukturunu şərtləndirir, onun az və ya çox dərəcədə mürəkkəbliyi digər fikirlərə münasibəti ilə şərtlənib. Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır. Hər hansı hərəkət seçici xarakter daşıdığından.o nəyi isə təsdiq,inkar etdiyindən praktik əhəmiyyət daşıyır. Hökmlərin bütün növlərinə adam birdən-birə yiyələnmir.


Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin