Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 300,9 Kb.
səhifə39/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   35   36   37   38   39   40   41   42   ...   61
SOSİOLOGİYA VƏ SOSİAL İŞ

Bölmənin rəhbəri: dos. T.B.Ağayev



AZƏRBAYCANDA SOSİAL MÜDAFİƏ SİSTEMİ
Aynur Bağırlı, Azərbaycan Turzm İnstitutunun

Sosial problemlər” ixtisası üzrə doktorantı


Sosial siyasət dövlətin sosial sinif və sosial qruplar üçün gördüyü bütün növ tədbirlər sistemidir. Bu anlayış ilk dəfə XIX əsrin ikinci yarısında Almaniyada ortaya çıxsada bugünkü mənasından fərqli anlam daşıyaraq fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmalarını nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tuturdu.

Bildiyimiz kimi, ölkənin iqtisadiyyatını, sənaye sahələrini inkişaf etdirməklə məşğulluq və gəlir əldə etmə imkanalarını genişləndirmək mümkündür. Bu poseslər gedərkən yoxsulluğun azaldılmasına böyük bir qismdə nail olmaq mümkün olsada cəmiyyətdə hər zaman dövlətin sosial müdafiəsinə ethiyacı olan insanlar mövcud olacaqdır. Təbiidir ki, bu qrupların sosial müdafiəsinin səmərəli təşkili hər zaman dövlət tərəfindən tənzimlənməlidir. Əlbəttə, sosial müdafiə sistemi bundan yaralanan insanların yoxsulluğunun davamlı müdafiəsi üçün uzunmüddətli həll yolu deyildir. Sosial müdafiənin yaxşı təşkili iqtisadi bazanın möhkəmliyindən, ölkənin inkişaf səviyyəsindən asılıdır. Azərbaycanda da sosial sitemin qurulmasında bir çox işlər görülüb və görülməkdədir. Bu sahədə bir sıra islahatlar həyata keçirilir.

Azərbaycanda sosial müdafiə sistemi pensiya təminatı, sosial müavinətlərin verilməsi və ünvanlı dövlət sosial yardımı istiqamətində aparılır. Pensiya təminatı vətəndaşların gəlir əldə etmə imkanları məhdudlaşdıqda onların müdafiəsini nəzərdə tutur. Bu qocalıqla, xəstəliklə və yaxud işsizliklə bağlı ola bilər. Pensiyaların verilməsi sosial sığorta sisteminə əsaslanır. Belə ki, vətəndaş əmək fəaliyyəti ilə məşğul olarkən eyni zamanda özünün gələcək pensiyasına məxsus vəsaitin Dövlət Sosial Müdafiə Fondunda toplanmasına da nail olur. Azərbaycan da pensiya təminatı “Vətəndaşların pensiya təminatı”(6 fevral 2006-cı il tarixli )haqqında qanunla tənzimlənir. Təbii ki, bu qanunda sonradan müəyyən dəqiqləşmələr aparılmışdır.

Sosial müdafiənin digər elementi hər hansı gəlir mənbəyi olmayan və yaxud gəliri qəbul edilmiş meyarların altında olan aztəminatlı ailələrə ünvanlı soial yardımın göstərilməsidir. Təbii ki, aztəminatlılığın müəyyən edilməsi üçün qanunda çoxlu sayda meyarlar vardır. Aztəminatlı ailə dedikdə aylıq gəliri orta aylıq gəlir meyarından aşağı olan ailələrdir. Ünvanlı sosial yardımın təyin edilməsi zamanı ailəyə bütün mənbələrdən daxil olan gəlirlər nəzərə alınmalıdır. Bütün məlumatlar əldə edildikdən sonra həmin ailələrin üzvlərindən hər hansı birinə yaxud mümkünsə bir neçəsinə iş imkanı yaradılmalıdır. Əvvəllər u yardımlar 6 ay müddətinə verilirdisə indi 1il müddətinə təyin edilir. Azərbaycanda bu mexanizm “Polşa”modelinə əsaslanır. Yəni yardımlar müəyyən aylara bölünrək verilir. Çin modelində isə bu tamamilə fərqlidir. Yardımlar birdəfəlik verilir və bu da ailəyə özünə müəyyən təsərüffat qurmaqda kömək edir.

Sosial müdafiənin əsas elementlərində biri də əhalinin elə quplarına ayrılan yarıdmdır ki, bu qrupun dövlətin qayğısına daha çox ehtiyacı var. Çünki onlar daha həssas insanlardır. Bunalara əlillər, valideyn himayəsindən mərhum olan uşaqlar, qaçqınlar, məcburi köçkünlər, sağlamlıq imkanları məhdud olan uşaqlar v.s. daxildir.

Sosial müdafiə elə bir mexanizdir ki, burada ölkınin sərvətinin bir hissəsi varlı təbəqədən yoxsul təbəqəyə istiqamətləndirilir. Azərbaycan qanunvericiliyində bu sahə enidir və tam formalaşmayıb. Lakin görülən işləri də gözardı etmək olmaz.

Ədəbiyyat


  1. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı.7 fevral 2006-cı il

  2. “Ünvanlı Dövlət Sosial Yardımı “Haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı 16 noyabr 2005-ci il

  3. Əhalinin Sosial Müdafiəsinin Gücləndirlməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasınn Sərəncamı. Bakı 22 yanvar 2007-ci il



Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin