Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 119,53 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü119,53 Kb.
#42183
1   2   3   4   5
Əhməd Cavad

Çırpınırdı Qara dəniz

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol vər Türkün bayrağına!

İncilər tök, gəl yoluna,


Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!

"Həmidiyyə" o Türk qanı!


Həç birinin bitməz şanı!
"Kazbek" olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!

Dost elindən əsən yellər,


Bana şer, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!

Yol ver Türkün bayrağına!!! [3]



Göygöl

Dumanlı dağların yaşıl qoynunda


Bulmuş gözəllikdə kamalı Göygöl.
Yaşıl gərdənbəndi gözəl boynunda:
Əks etmiş dağların camalı Göygöl!

Yayılmış şöhrəti Şərqə, Şimala,


Şairlər heyrandır səndəki hala.
Dumanlı dağlara gələn suala
Bir cavab almamış soralı Göygöl!

Bulunmaz dünyada bənzərin bəlkə,


Zəvvarın olmuşdur bu böyük ölkə.
Olaydı könlümdə bir yaşıl kölgə
Düşəydi sinənə yaralı Göygöl!

Sənin gözəlliyin gəlməz ki, saya,


Qoynunda yer vardır, ulduza, aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı Göygöl!

Kəsin eyşi-nuşi, gələnlər, susun!


Dumandan yorğanı, döşəyi yosun.
Bir yorğun pəri var: bir az uyusun.
Uyusun dağların maralı Göygöl!

Zümrüd gözlərini görsünlər deyə,


Şamlar boy atmışdir, uzanmış göyə.
Keçmişdir onlara qəzəbin niyə,
Düşmüşlərdir səndən aralı Göygöl!

Dolanır başına göydə buludlar,


Bəzənmiş eşqinlə çiçəklər, otlar,
Öpər ayağından qurbanlar, otlar,
Ayrılıq könlünü qıralı Göygöl!

Bir sözün varmıdır əsən yellərə?-


Sifariş etməyə uzaq ellərə...
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, olsun qoy haralı Göygöl [3]


NƏTİCƏ
Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi
duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı qabarıq verilmişdir. Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirmiş, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Surun tələbəsi olmuşdur. 1910-cu ildən
başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda iştirak etmişdir. Birinci Dünya Müharibəsi illərində o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş dincəhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqilabdan əvvəl və sovet hakimiyyətinin ilk illərində Gəncədə,
Hacıkənddə, Quba rayonunun kənd məktəblərində müəllimlik etmiş və 1926-cı ildə Ali Pedaqoji İnstitutunu bitirmişdir. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Ədəbiyyat cəmiyyətinin katibi (1924-1926), Kənd Təsərrüfatı texnikumunun müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti (1927-1934), həmin institutun dilçilik kafedrasının rəhbəri (1934-1935) vəzifələrində çalışmışdır. Əhməd Cavad 1935-ci ildən ömrünün sonuna kimi “Azərnəşr” in bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir. Əhməd Cavadın poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik
məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa aid altı nəğmə yazıb, “Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan biri olub. Türklərlə Balkan hərbində iştirak edib. Birinci Dünya Müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub. Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə görkəmli tərcüməçi kimi də daxil olmuşdur. O, Şekspirin “Otello” pyesini, A.S.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Çocuqluq”, T.Şevçenkonun “Kobraz”, Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərlərinin bədii tərcüməsinin müəllifidir. Əhməd Cavadın ilk kitabının adı “Qoşma” idi. Bu kitabda şairin əsasən 1912-1916-cı illərdə qoşduğu qoşmalar toplanmışdır. O, saysız qoşmalar olmaqla bərabər, eyni zamanda “ciddi planda” qələmə aldığı şeirlərində də möhürbənd kimi ya bir iki bayatı, yaxud da bir qoşma parçasından istifadə edərdi. Bunlarla yanaşı, şairin yaradıcılığında “aşıq” və “saz” obrazlarıda xüsusi bir yer tutur. Şairin “Kür”, “Pambıq” poemalarının,
“Moskva”, “Səsli qız” və s. iri həmcmli əsərlərinin bir neçə yerində mütləq qoşma və bayatıdan istifadə edilir.Poemalarındakı bu parçalar onun əsərlərində kökə bağlılıq,
xəlqilik, millilik və başqa əlamətlər bəxş edir. Şairin ayrı-ayrı şeirlərində də bu cəhəti görmək çətinlik törətmir. Əhməd Cavad həbs olunarkən kitabları, əlyazmaları və çoxlu sayda sənədləri özü ilə aparılmış, ailəsi də sürgün edildikdən sonra qapısı möhürlənmişdir. Şairin əlyazmalarının, daha doğrusu, əldəolanların ümumi həcmi 1000 səhifədən artıqdır. Onların çoxu oğurlanmış, talanmışdır. Əhməd Cavadın şeirləri, məqalələri, tərcümələri, “Şəlalə”, “İqbal”, “Açıq söz”, “Yeni iqbal “, “Azərbaycan”, “Qurtuluş” və s. adda nəşr olunan qəzet və jurnallarda dərc edildi. 1910-1937-ci illər arasında onun yaradıcılığı ədəbiyyatımızın, mədəniyyətimizin və tariximizin həqiqi salnaməsidir. Onun “Dalğa” adlı kitabı 1919-cu ildə nəşr olunur. Elə həmin il “Türk dilinin sərf və nəhvi” adlı dərsliyi də çap olunur. Əhməd Cavad fransız, gürcü və kürd dillərini mükəmməl bilirmiş.
Görkəmli şairimiz Əhməd Cavadın anadan olmasının 125 illik yubileyi ilə əlaqədar olaraq, bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, icmal,ədəbi-bədii gecə keçirilə bilər. Şairi sevdirmək, yaradıcılığını gənc nəslə və oxuculara tanıtmaq məqsədilə kitabxanada kitab sərgisi təşkil oluna bilər. Sərgidə şairin müxtəlif illərdə çəkilmiş
foto stendi, kitabları ilə yanaşı ədəbiyyatşünas və digər müəlliflərin onun haqqında yazdığı kitablar, araşdırmalar, ona ithaf edilən şeirlər, kəlamlar və dövrü mətbuatda yer alan məqalələr öz yerini almaqdadır. Sərgiyə müxtəlif başlıqlarlar
verilə bilər: “Salam Türkün bayrağına”, “Sən olasan Gülüstan”, “Ölməz şair-Əhməd Cavad”, “Gecə yarısı döyülən qapılar” “İstiqlal şairinin özü və sözü”, “Azadlıq aşiqinin ömür yolu”,“Acı taleyin böyük səsi”, “Qəlbi Vətən olan şair”, “Salam türkün bayrağına”, “Əhməd Cavad və “Cəmiyyəti-xeyriyyə””, “Haqqı hayqıran şair-Əhməd Cavad”, “Qəlbi dəniz olan şair”, “Sözə sevdalı-Cavad”, “Əhməd Cavad dünyası”, “Azadlıq carçısı-Əhməd Cavad”, “Millətin yükünü-qəlbində daşıyan şair” ,“Əhməd Cavad yanğısı”, “Qəlbi bayraq şairim”, “Dan ulduzu gülüşündən yarandın”, “Sinəsi tufan şair”, “Həm qalib, həm məğlub şair-Əhməd Cavad” və s.Əhməd Cavad yaradıcılığının ilk illərindən etibarən əsərləri M.Ə.Rəsulzadə, A.Sur, A.Şaiq, H.Cavid, M.Müşfiq, S.Hüseyn, X.X.Səbribəyzadə, H. Qarağazadə kimi müəlliflər tərəfindən təhlil və təqdir olunan şairin yaradıcılığı ətrafında qızğın mübahisə və müzakirələr 1920-1930-cu illərə aiddir. Həmin dövrdə, yeni ideloji sistem və elmi-nəzəri prinsiplər dövründə şairin əsərləri sosioloji tələblərlə təhlil edilir, ondan sosializm quruculuğu, kollektivləşmə, sənayeləşmə və s. bu kimi ideyalara xidmət tələb olunurdu. Və o, qismən də olsa, bunun ücün çaba göstərirdi. Digər tərəfdən də iclaslarda, pleniumlarda çıxışedərək özünə haqq qazandırmağa, ittihamlara cavab verməyə çalışırdı. Bu məsələdə bir incə məqam var: maraqlıdır ki, əslində, mətbuatda, iclaslarda Əhməd Cavadı ittiham üçün söylənilən fikirlər təkrar-təkrar deyilə-deyilə sonda onun öz dilindən çıxarılırdı. O, özünü, öz ruhunu başa salmağa çalışaraq söyləyirdi: “...etiraf etməliyəm ki, qabaqda milli-şovinizm məzmunlu əsərlər yazmışam... Mən köhnə üsul ilə tərbiyə almış bir insanam və özüm də gənc deyiləm... Söz verirəm və çoxdan bəri söz vermişəm ki, yeni ruhda işləyəcəm. Lakin imkan veriniz, yardım ediniz... Milli şair olmağa çalışdım, bir çox parçalar yazdım. Bunu boynuma alıram. Lakin bu gün tarix, həyat bir çox əski mətbuatlara qələm çəkdi ki, milli duyğu da onun içində. Bu gün ümumi bəşəri əhəmiyyəti olan bir
hərəkətdən saparaq dar bir çərçivəyə girmək bəşəriyyətlə, yazmış olduğum milli ruhda parçalardan imtinayla gənc dimaqlar üçün onların zərərli olduğunu etiraf edirəm.” Bütün bunlar nə idi? Özü-özü ilə aparılan mübarizənin nəticəsimi,
yoxsa cismən sağ qalmağa aparan yeganə yolun və yeganə çözümün məhz bu olduğunun dərkimi? Yəqin ki, hər ikisi də vardı... O, vəziyyətdən çıxmağa çalışırdı. Mənən, ruhən bunun belə onu xilas etməyəcəyini anlasa da, yenə də ailəsi, uşaqları, məhv edilməsi üçün hər şey edilən, amma hələ də içində yaşatdığı, ölməyə, can verməyə qoymadığı arzuları, ideyalları naminə çabalayırdı. Amma istedad hər zaman düşmən doğurur.
Cavadın da düşmənləri vardı. Onun istedadının məhvindən keçdiyini anlayanlar fəaliyyətdə idilər. Və kim nə deyir-desin, “Ələkçinin qıl verənləri” olan “qələm yoldaşları” olmasaydı, “sapı özümüzdən olan baltalar” olmasaydı, istedada paxıllıq hissi ilə qovrulan istedadsızlar olmasaydı yəqin ki, Əhməd Cavad və onun kimilər belə asanlıqla qurban verilməyəcəkdi. Ya da ən azından bu qədər çox ziyalı qurbanlarımız olmayacaqdı

ƏDƏBİYYAT SİYAHISI

1.İslam Qəribli, ən yeni dövr Azərbaycan ədəbiyyatı mühazirə mətnləri
2.Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. 
3. Əhməd Cavad şeirləri internet resursları.

Yüklə 119,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin