[20] 9-cu f əsil Ər-arvadın öhdəlikləri üzrə məsuliyyət Madd
ə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi 41.1.
Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı
bölün
ərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
41.2.
Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları
üçün istifad
ə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların
ümumi
əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə
birg
ə məsuliyyət daşıyırlar.
41.3.
Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait hesabına əldə edildiyi və ya
artırıldı
ğı məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər.
41.4. Yetkinlik ya
şına çatmayan uşaqlarının vurduğu zərərə görə ər-arvad mülki qanunvericiliklə müəyyən olunmuş
qaydada m
əsuliyyət daşıyırlar. Bu halda ödəmənin ər-arvadın əmlakına yönəldilməsi bu Məcəllənin 41.2-ci maddəsinə
uy
ğun həyata keçirilir.
Madd
ə 42. Nikah müqaviləsi bağlanarkən, dəyişdirilərkən və pozularkən kreditorların hüquqlarına təminat verilm əsi 42.1. Nikah müqavil
əsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər (arvad) öz kreditoruna (kreditorlarına)
m
əlumat verməlidir. Bu vəzifəni yerinə yetirmədikdə ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz
öhd
əliklərinə görə məsuliyyət daşıyır.
42.2. Kreditor (kreditorlar) Az
ərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən nikah müqaviləsinin şərtlərinin
d
əyişdirilməsini və ya onun pozulmasını tələb etmək hüququna malikdir.