Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Gəncə şəhərində fövqəladə vəziyyətin müddətinin uzadılması haqqında



Yüklə 0,73 Mb.
səhifə26/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   22   23   24   25   26   27   28   29   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Gəncə şəhərində fövqəladə vəziyyətin
müddətinin uzadılması haqqında



AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Gəncə şəhərində qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, vətəndaşların təhlükəsizliyinin qorunmasına yönəldilmiş tədbirlərin davam etdirilməsi zəruriyyətini və “Gəncə şəhərində fövqəladə vəziyyət elan olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 10 oktyabr” tarixli Fərmanında göstərilmiş səbəblərin tam aradan qaldırılmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 121—4-cü maddəsinin 16-cı bəndini və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq qərara alıram:


1. Gəncə şəhərində 1995-ci il fevralın 9-dan etibarən fövqəladə vəziyyət 60 gün müddətinə uzadılsın.


2. Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin ki, bu Fərmanı 24 saat ərzində təsdiq etsin və Gəncə şəhərində fövqəladə vəziyyətin müddətinin uzadılması səbəbləri haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məlumat versin.


3. Bu Fərman 1995-ci il fevralın 9-dan saat 24.00-dan qüvvəyə minir.




Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 2 fevral 1995-ci il.
№ 271.
Normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edilə bilər. Məsələn, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair 9 iyul 2013-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar ləğv edilməlidir.
Normativ hüquqi aktın struktur elementi (bölməsi, fəsli, maddəsi, hissəsi və s.) qüvvədən düşmüş hesab edildikdə və ya ləğv edildikdə, o qüvvədə olan aktdan çıxarılır, lakin onun nömrəsi saxlanılır və normativ hüquqi aktın struktur elementlərinin (bölmələrin, fəsillərin, maddələrin, hissələrin və s.) nömrələri dəyişmir.


Nümünə: Azərbaycan Respublikasının 13 fevral 2015-ci il tarixli 1194-IVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 79-cu maddəsi ləğv edilmişdir.

Normativ hüquqi aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş orqan tərəfindən və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi (Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir) və 119-cu maddəsinin yeddinci abzası (Azərbaycan Respublikası Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir) ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul edilir.



Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin