240.1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.1-1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma —
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.2. Bu Məcəllənin 240.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər:
240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.4. Güclü təsir edən və ya zəhərli maddələrin istehsalı, əldə edilməsi, uçotu, saxlanması, buraxılması daşınması və ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların talanmasına və ya başqa mühüm ziyan vurulmasına səbəb olduqda—
min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin külli miqdarı qanunla müəyyən edilir. (bu dəyişiklik 240-cı maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulan qanunla eyni gündə qüvvəyə minir)(1, 45, 100, 107, 111, 128)
Maddə 241. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilmiş pul vəsaitini və ya digər əmlakı leqallaşdırma
241.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirmə, habelə sahibkarlıq və ya digər iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün göstərilən vəsaitlərdən və ya digər əmlakdan istifadə etmə —
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
241.2. Eyni hərəkətlər:
241.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;