Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 55. Müəyyən müddətə azadlıqdan məhrum etmə



Yüklə 0,72 Mb.
səhifə43/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   39   40   41   42   43   44   45   46   ...   352
Cinayət Məc

Maddə 55. Müəyyən müddətə azadlıqdan məhrum etmə

    55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər.

    55.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir.

    55.3. İctimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması (bax) azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə üç aydan az müddətə də təyin oluna bilər.

    55.4. Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi iyirmi ildən, hökmlərin məcmusu üzrə isə iyirmi beş ildən artıq ola bilməz. (4, 61, 90, 131)




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin