Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   22   23   24   25   26   27   28   29   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920


 

 

                                                        

1284

 İstiqlal, 1920, 18 yanvar. 



1285

 M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti, s.57 

1286

  La  defense  de  l'  Azerbaidjan  et  de  la  Georgie.//  Bulletin  d'Information  de  L'Azerbaidjan.  Paris. 



1920, 1 Fevrier, №8, p.2-3 

1287


 La reconnaissance des Republiques Transcaucasiennes.  // Bulletin  d'Information de L'Azerbaidjan. 

Paris, 1920, 15 Mars, №11, p.l 

 


372 

 

XIII FƏSİL 



 

Aprel işğalı ərəfəsində Azərbaycanın beynəlxalq vəziyyəti 

 

Azərbaycanı  və  Gürcüstanı  yalnız  silah  və  hərbi  sursat  göndərməklə 



müdafiə  edəcəyi  barədə  Versal  Ali  Şurasının  qərarının  elan  edilməsi  bolşevik 

təcavüzü  üçün  əlverişli  şərait  yaradırdı.  Çünki  onlar  eyni  ilə  bu  qaydada 

müttəfiqlərdən  yardım  alan  Kolçak,  Denikin  və  digər  ağqvardiyaçı  generalları 

məğlub  edə  bilmişdilər.  Qafqazı,  ilk  növbədə  isə  Azərbaycanı  və  Gürcüstanı 

bolşevik təcavüzündən xilas etmək üçün bura ordu göndərilməsi zəruri idi. 1920-ci 

ilin  əvvəllərində  Denikinin  məğlub  olması,  Sovet  Rusiyasının  fəallaşması, 

Аzərbaycana  qarşı  erməni  təcavüzünün  baş  qaldırması  fonunda  yaranmış 

vəziyyətin araşdırılması belə bir qənaətə gəlməyə əsas verir ki, yanvar ayının 19-da 

müttəfiqlərin  Аli  Şurasının  yalnız  silah  və  hərbi  sursat  göndərmək  yolu  ilə 

Azərbaycanı  və  Gürcüstanı  müdafiə  etmək  haqqında  qərarı  bolşevikləri  fəal 

addımlar atmağa sövq etdi. Həmin iclasın sənədləri ilə tanışlıq göstərir ki, marşal 

Ferdinand Foş başda olmaqla hərbi ekspertlər şurası və peşəkar hərbçilərin hamısı 

Azərbaycana  və  Gürcüstana  ordu  göndərilməsini  zəruri  hesab  edirdilər.  Yalnız 

Britaniya  Baş  naziri  Devid  Lloyd  Corc  başda  olmaqla,  siyasətçilərin  təzyiqi 

Azərbaycana və Gürcüstana münasibətdə belə yarımçıq qərarın qəbul edilməsi ilə 

nəticələnmişdi.  Halbuki  Cənubi  Qafqaza  ordu  göndərilməsinə  о  qədər  labüd 

baxılırdı  ki,  hətta  Paris  qəzetləri  düz  iki  həftə  bu  gün-sabah  Qafqaza  desant 

çıxarılacağından  yazırdı.  Yanvar  ayının  31-də  Azərbaycan  və  Gürcüstan 

nümayəndələri  "Le  Temps"  qəzetində  çıxış  edərək,  bu  məlumatların  həqiqətə 

uyğun olmadıqlarını bildirdilər.

1288

 

1919-cu  ilin  payızından  etibarən  Sovet  Rusiyası  Antanta  ölkələrinin 



Azərbaycana  və  Gürcüstana  ordu  göndərib-göndərməyəcəyi  ilə  ciddi  şəkildə 

maraqlanırdı.  RSFSR  Xalq  Xarici  İşlər  Komissarlığının  Kopenhagendəki 

müvəkkili hələ 1919-cu ilin axırlarında ingilis nümayəndəsi O`Qredi ilə danışıqlar 

aparan  M.M.Litvinov  yanvar  ayının  26-da  G.V.Çiçerinə  göndərdiyi  teleqramda 

bildirirdi  ki,  İngiltərə  hökuməti  güclü  şəkildə  Qafqaza  ordu  göndərmək  barədə 

yayılmış şayiələri təkzib edir.

1289

 Belə bir şəraitdə Cənubi Qafqaz respublikalarına 



hərtərəfli  hərbi  yardım  göstərmək  olduqca  zəruri  idi.  Məşhur  ingilis  tarixçisi 

Edvard  Karr  haqlı  olaraq  yazır  ki,  Parisdə  deyilən  gözəl  sözlərin  Cənubi  Qafqaz 

üçün о qədər də əhəmiyyəti yox idi. Xarici yardım olmadan və hətta öz aralarında 

münasibətləri  tənzim  edən  saziş  bağlamadan  Cənubi  Qafqazın  müstəqil 

respublikaları yaşaya bilməzdilər.

1290


 

                                                        

1288

 Le Temps, 1920, 31 Yanvier 



1289

 Документы внешней политики СССР, т.1, М., 1958, с.331 

1290

 Эдвард Карр. Большeвикская революция 1917-1923 гг., т.1, II. М., 1990, с.275 



373 

 

Müttəfiqlərin  hərbi  ekspertlər  şurasının  sorğusuna  əsasən,  Azərbaycan 



Xarici  İşlər  Nazirliyi,  hərbi  nazirliklə  birlikdə  Azərbaycanın  müdafiəsinin  təşkil 

edilməsi  və  Azərbaycan  ordusunun  ehtiyacları haqqında  memorandum hazırlayıb 

yanvar  ayının  axırlarında  onlara  göndərdilər.  Memorandumda  Azərbaycanın 

istiqlaliyyətinin  tanınmasının  tarixi  əhəmiyyətli  bir  hadisə  olduğu  göstərilməklə 

yanaşı, qeyd edilirdi ki, əgər Azərbaycanın müdafiəsi vaxtında və lazımi səviyyədə 

təşkil  edilməzsə,  bütün  çəkilən  zəhmət  hədər  gedə  bilər.  Sənəddə  göstərilirdi  ki, 

Azərbaycanın  müdafiə  qabiliyyətini  möhkəmləndirmək  üçün  ona  siyasi-mənəvi, 

hərbi-strateji,  maliyyə-iqtisadi  baxımdan  müttəfiqlər  tərəfindən  yardım 

göstərilməlidir.  Azərbaycan  üçün  ən  ciddi  təhlükənin  Şimaldan  və  Xəzər  dənizi 

istiqamətində  olacağını  nəzərə  alaraq  təklif  edilirdi  ki,  onsuz  da  son  günlərini 

yaşayan  Denikin  könüllüləri  Dağıstanın  ərazisindən  çıxarılmalı  və  Dağlıların 

mübarizəsinə  yardım  göstərilməlidir.  Azərbaycan  Respublikası  da  öz  tərəfindən 

Dağlılar  Respublikasına  yardım  göstərməyə  hazır  olduğunu  bildirirdi.

1291


 

Dağıstanın  möhkəmləndirilməsi  Azərbaycanın  müdafiəsində  mühüm  rol  oynaya 

bilərdi. 

Xəzər  dənizi  tərəfdən  təhlükəsizlik  tədbirlərinə  gəldikdə  isə  sənəddə 

bildirilirdi  ki,  təcili  şəkildə  Denikinin  nəzarəti  altında  olan  donanma  tərksilah 

edilib,  Azərbaycan  hökumətinə  verilməlidir.  Bu  mümkün  olmasa,  Azərbaycan 

hökuməti  həmin  gəmilərin  müttəfiqlərdən  hər  hansı  birinə  verilməsinə  etiraz 

etmirdi.  Çünki  Denikinin  məğlub  olduğu  hiss  edildiyindən  gəmilərin 

bolşevikləşməsi ehtimalı güclənmişdi. Denikinə məxsus "Orlenok" gəmisində artıq 

bolşevik üsyanı baş vermişdi. Ona görə də memorandumda Xəzər dənizinə nəzarət 

edilməsində  mühüm  strateji  əhəmiyyətə  malik  olan  Denikinin  Astarabad  hərbi 

dəniz bazasının ya İrana, ya da İngilis hərbi komandanlığına verilməsinin zəruriliyi 

göstərilirdi. Sırf hərbi köməyə gəldikdə isə qeyd edilirdi ki, Azərbaycan ordusunun 

hərbi  hazırlıq  səviyyəsini  və  döyüş  qabiliyyətini  yüksəltmək  üçün  onun  bütün 

ehtiyacları 

nəzərə  alınmalıdır.  Respublikanın  maliyyə-iqtisadi  həyatının 

sabitləşdirilməsi,  beynəlxalq  bazara  çıxmaq,  Avropa  və  Amerika  ölkələri  ilə 

birlikdə  beynəlxalq  mal  mübadiləsində  iştirak  etmək  üçün  40-50  milyon  qızıl 

manat məbləğində kreditə ehtiyac olduğu bildirilirdi.

1292


 Lazım olan məbləğin bir 

hissəsini Azərbaycan hökuməti vaxtilə İngilis komandanlığına verilmiş 8.405.471 

manatlıq borcun hesabına əldə etmək istəyirdi.

1293 


Bu borcun və ingilislər vasitəsi 

ilə  L.Biçeraxova  verilmiş  qiymətli  əşyaların  qaytarılması  barədə  Azərbaycan 

hökuməti  Böyük  Britaniyaya  müraciət  etmişdi.  Lakin  fevral  ayının  əvvəllərində 

Lord Kerzon İngiltərənin Azərbaycana borcu olduğunu təsdiq etsə də, Azərbaycan 

Bankından  alınan  borcun  və  neft  məhsullarının  Azərbaycan  əhalisinə  yardım 

                                                        

1291

 Azərbaycan Respublikasının müstəqilliyinin böyük Avropa dövlətləri tərəfindən tanınması haqqında 



memorandum. Yanvar, 1920. //ARDA, f.970, s.l, i.228, v.l 

1292


 Yenə orada, v.3-4 

1293


 Maliyyə Nazirliyinin dəftərxanasından. 26.04.1919. //ARDA, f.84, s.l, i.434, v.19 

374 

 

göstərən  ingilis  komandanlığının  ehtiyacları  üçün  sərf  edildiyini  göstərmişdi.



1294

 

L.Biçeraxovun  qəsb  etdiyi  qiymətli  əşyalara  gəldikdə  isə,  Böyük  Britaniya 



hökuməti  bu  şərtlə həmin əşyaların  qaytarılmasına razılıq verirdi  ki,  Azərbaycan 

çar  Rusiyasının  müharibəyə  qədərki  borclarından  "öz  payına"  düşən  hissənin 

qaytarılması haqqında öz üzərinə öhdəlik götürsün.

1295


 Aprel hadisələrindən sonra 

bu məsələ barəsində aparılan danışıqlar yarımçıq kəsildi. 

Xarici  işlər  nazirliyinin  memorandumunda  müttəfiqlərə  təklif  edilirdi  ki, 

Azərbaycan  hökuməti  öz  sərəncamında  olan  iki  yüz  milyon  pud  neft  və  iyirmi 

milyon  pud  kerosini  1,5-2  milyon  pud  taxıla,  bir  milyon  pud  şəkərə,  aqrar  sahə 

üçün zəruri olan kənd təsərrüfatı texnikasına, manufaktura mallarına, respublikanın 

ehtiyaclarını  ödəyə  biləcək  miqdarda  dərman  preparatları  və  tibbi  avadanlığa, 

dəmir  yolları  xətlərinin  təmirinə,  yüz  parovoza,  iki  min  sisternaya  və  500  bağlı 

vaqona  dəyişməyə  hazırdır.  Eyni  zamanda  memorandumda  göstərilirdi  ki, 

respublika iqtisadiyyatının inkişafı Azərbaycan üçün həyati əhəmiyyətə malik olan 

Batum  şəhəri  ilə  bağlı  məsələnin  hansı  qaydada  həll  edilməsindən  asılıdır. 

Müttəfiqlərin nəzərinə çatdırılırdı ki, Batum məsələsinə baxılarkən, Azərbaycanın 

bu  şəhərə  və  Batum  limanına  olan  iddiaları  nəzərə  alınmalı,  ilk  addım  kimi 

Azərbaycan  Respublikasının  Batum  limanından  maneəsiz  istifadəetmə  hüququ 

təmin edilməlidir.

1296


 

Azərbaycanın  müstəqilliyinin  Versal  Ali  Şurası  tərəfindən  tanınması  ona 

olan  marağı  artırmışdı.  Belçika,  İsveçrə,  Hollandiya,  Çexiya  və  Slovakiya, 

Finlandiya  və  digər  dövlətlər  Bakıda  öz  konsulluqlarını  açmağa  başlamışdılar. 

Yanvar  ayının  axırlarında  Amerikanın  "Yaxın  Şərqə  Yardım  Komitəsi"  ilə 

Azərbaycan  hökuməti  arasında  iqtisadi  müqavilə  imzalanmışdı.  Müqavilənin 

şərtlərinə  görə,  Azərbaycan  tərəfi  "Yaxın  Şərqə  Yardım  Komitəsi"ni  kerosin  və 

mazutla təmin etməli idi, Amerika tərəfi isə əvəzində Azərbaycan hökumətinə ağ 

un verməli idi. Qarşılıqlı razılıq əsasında bir ton unun qiyməti 210 dollar, bir ton 

mazut  20,  bir  ton  kerosin  isə  35  dollar  idi.

1297

  Müqaviləni  ABŞ  tərəfindən 



komitənin  sədri  V.Haskel,  Azərbaycan  tərəfindən  isə  Gürcüstandakı  diplomatik 

nümayəndə  F.Vəkilov  imzalamışdılar.  Yanvar  ayının  26-da  eyni  ilə  buna  bənzər 

bir  müqavilə  ingilis  nümayəndəliyi  ilə  də  imzalandı.  Müqaviləyə  əsasən, 

Azərbaycan  hökuməti  Batumda  olan  ingilis  komandanlığına  mazut  göndərməli 

                                                        

1294


 Борьба за победу Советской власти в Азербайджане 1918-1920, с.401 

1295


 F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.227 

1296


 Azərbaycan Respublikasının müstəqilliyinin böyük Avropa dövlətləri tərəfindən tanınması haqqında 

memorandum. Yanvar, 1920. //ARDA, f.970, s.l, i.228, v.4 

1297

  Azərbaycan  hökuməti  ilə  Amerika  Yaxın  Şərqə  Yardım  Komitəsi  arasında  müqavilə.  26.01.1920. 



//ARDA, f.897, s.l, i.69, v.55-57 

 


375 

 

idi.



1298

 Mazutun dəyərini İngiltərə tərəfi Azərbaycan üçün çox zəruri olan möhkəm 

valyuta və hərbi sursatla ödəməli idi. 

ABŞ  və  İngiltərə nümayəndələri  ilə  imzalanmış iqtisadi  sazişlər  italyanları 

da tələsməyə vadar edirdi. İtaliyanın Qafqazdakı Ali komissarı M.Qabba göstərirdi 

ki,  özləri  üçün  neft  alan  ingilislər  və  amerikanlar  digər  dövlətlərə neft  satmaqda 

Azərbaycan  hökumətinə  mane  olurlar.  İtaliyanın  Qafqaza  münasibəti  ilə  bağlı 

M.Mehdiyev  yazırdı:  "Qafqaz  respublikalarının  Ali  Şura  tərəfindən  tanınması 

İtaliya parlamentinin Rusiyanın hüdudlarında yaranmış siyasi subyektlərlə əlaqəyə 

girmək  arzusunu  artırırdı,  İtaliya  rəsmiləri  həmin  ölkələrlə  daim  əlaqə  saxlamaq 

fikrində  olduqlarını  bildirirdilər".

1299


  Fevral  ayında  İtaliya  sənayeçiləri  və 

maliyyəçiləri  arasında  böyük  nüfuzları  olan  senator  S.Konti  və  K.Volpi  başda 

olmaqla  35  nəfərdən  ibarət  İtaliya  iqtisadi  komissiyası  Azərbaycana  gəldi.

1300


 

Sənayeçi  S.Konti  Azərbaycan  ordusu  üçün  silah  və  paltar  göndərən  əsas 

sahibkarlardan  biri idi.  General İ.Usubov  Romada  onunla görüşmüş,  Azərbaycan 

ordusu  üçün  silah  və  paltar  göndərilməsi  məsələsini  müzakirə  etmişdi.  General 

İ.Usubovdan  başqa,  1920-ci  ilin  əvvəllərində  hökumət  üzvü  X.Məlik-Aslanov 

İtaliyada və Azərbaycan parlamentinin üzvü A.Əmircanov isə Batumda italyanlarla 

bir sıra sazişlər imzalamışdılar. Bu sazişlərə əsasən, İtaliyadan 6 ədəd sürətli kater, 

12 ədəd mina düzən cihaza malik kater, 6 sualtı qayıq, 92 dəniz artilleriyası, piyada 

qoşunlar üçün 135 min mərmiyə malik 34 top, 12 hidroplan, 4 aeroplan, 5 tank, 20 

zirehli maşın, 10 min cüt uzunboğaz çəkmə, 70 min cüt ayaqqabı, 40 min dəst şinel 

və s. alınmalı idi.

1301


 

İtaliya hökuməti hələ 1919-cu ilin axırlarında Azərbaycandan min ton neft 

almaq haqqında  danışıqlar  aparırdı  və  polkovnik  Qabba  İtaliyaya  neft  satılmasını 

baş  nazir  N.Usubbəyovdan  xahiş  etmişdi.  N.Usubbəyov  M.Qabbaya  məktubunda 

qeyd edirdi ki, Azərbaycan hökuməti Batuma hər ay İtaliya hökuməti üçün beş yüz 

min pud neft və mazut göndərə bilər. Eyni zamanda baş nazir neftin hər tonunun 

35  dollar,  mazutun  hər  tonunun  isə  25  dollar  olduğunu  xatırladırdı.

1302


  İtaliya 

hökumətinin  və  ayrı-ауrı  firmalarının  nümayəndələri  1920-ci  ilin  əvvəllərində 

Azərbaycandan  neft  və  neft  məhsulları,  pambıq,  yun,  ipək  və  digər  məhsullar 

almaq  barəsində  sazişlər  imzalamışdılar.  İtaliyanın  Azərbaycana  iqtisadi  marağı 

Orlando  və  Sanino  hökumətini  əvəz  etmiş  Nitti  və  Tittoni  hökumətinin  xammal 

bazarı  axtarmaq  proqramına  uyğun  idi.  Lloyd  Corc  Nitti  hökuməti  haqqında 

yazırdı  ki,  bu  hökumət  bütün  diqqətini  "ölkənin  daxili  inkişafına  və  sırf  ticarət 

                                                        

1298

  Batumda  olan  ingilis  komandanlığına  mazut  göndərilməsi  barədə  Azərbaycan  hökuməti  ilə 



imzalanmış müqavilə. 26.01.1920. //ARDA, f.24, s.l, i.547, v.3 

1299


 Mir Yacoub. Le probleme du Caucase, p.124 

1300


 ARDA, f.897, s.l, i-69, v.39 

1301


 А.Стеклов. Армия мусаватского Азербайджана. Баку, 1930, с.62-65 

1302


  Azərbaycan  Respublikası  Nazirlər  Şurasının  sədri  N.Usubbəyovun  polkovnik  Qabbaya  məktubu. 

1919. //ARDA, f.897, s.l, i.69, v.54 



376 

 

ekspansiyasına  yönəltmişdi".



1303

  İtaliyanın  Azərbaycana  iqtisadi  marağı  güclü 

olduğu  üçün,  böyük  dövlətlər  içərisindən  birinci  olaraq,  Bakıda  E.İnsom  başda 

olmaqla  İtaliya  diplomatik  nümayəndəliyi  fəaliyyətə  başladı.  Azərbaycan 

nümayəndə  heyətinin  məsləhətçisi  M.Mehdiyev  haqlı  olaraq  yazırdı  ki,  Qafqaz 

respublikalarının  Ali  Şura  tərəfindən  tanınması  "Qafqaz  xalqlarının,  о  cümlədən, 

bütün  Yaxın  Şərq  xalqlarının taleyində  böyük  tarixi  əhəmiyyətə  malik  bir hadisə 

olmaqla  yanaşı,  eyni  zamanda  Avropanın  siyasətçiləri  və  iri  sənaye  ölkələri 

qarşısında də böyük perspektivlər açırdı".

1304


 

Göründüyü kimi, 1920-ci ilin əvvəllərində Azərbaycan artıq geniş miqyaslı 

dövlətlərarası  siyasi  və  iqtisadi  münasibətlərə  daxil  olurdu,  onun  beynəlxalq 

vəziyyətində  əvvəlki  təcridçilik  siyasətinin  yerini  hərtərəfli  və  geniş  əməkdaşlıq 

siyasəti  tuturdu.  1920-ci  ilin  fevral  ayının  11-də  Denikin  Könüllü  ordusunun 

məğlub  olması  respublikanın  rahat  nəfəs  alması  üçün  çox  mühüm  hadisə  idi. 

Qonşu dövlətlərdən Gürcüstan və İranla hərtərəfli əməkdaşlıq bərqərar edilməsinə 

başlanırdı. Hələ dekabr ayında birgə İran-Azərbaycan konfransı keçirilmişdi və bir 

sıra  müqavilələrin  layihəsi  hazırlanmışdı.  Ağa  Seyid  Ziyaəddin  Təbatəbai  başda 

olmaqla,  İran  missiyası  Azərbaycan  dövlət  başçıları  ilə  səmərəli  danışıqlar 

aparmış,

1305


  yanvar  ayının  əvvəllərində  isə  Adil  xan  Ziyadxanov  başda  olmaqla 

Azərbaycan diplomatik missiyası Tehrana getmişdi.

1306

 Yanvar ayının 14-də və 30-



da  Azərbaycan-İran  konfransının  növbəti  iclaslarında  tranzit  məsələləri  hərtərəfli 

müzakirə edilmiş və tranzit mallarına gömrük haqqı qoyulması barədə razılıq əldə 

edilmişdi.  1919-cu  ilin  axırlarında  Tehranda  və  Bakıda  aparılan  danışıqlar  çox 

uğurlu nəticələr verdi. Mart ayının 20-də Novruz bayramı axşamı on bir maddədən 

ibarət  gömrük  sazişi,

1307


  doqquz  maddədən  ibarət  ticarət  sazişi,

1308


  on  səkkiz 

maddədən ibarət teleqraf əlaqələri haqqında saziş,

1309

 on doqquz maddədən ibarət 



poçt əlaqələri haqqında saziş,

1310


 iyirmi beş maddədən ibarət məhkəmə qərarlarının 

                                                        

1303

 Д.Ллойд Джордж. Правда о мирных договорах. Т.II. с.409 



1304

 Mir Yacoub. Le probleme du Caucase, p. 128 

1305

 La delegation persane a Bakou.  // Bulletin D'informations L'Azerbaidjan.  Paris,  1 Fevrier 1920, № 



8,  p.4;  Conference  Persano-Azerbaidjanienne.  //  Bulletin  D'informations  L'Azerbaidjan.  Paris,  15 

Fevrier 1920, № 9, p.3 

1306

  Azərbaycan  Respublikasının  beynəlxalq  əlaqələri  haqqında  hesabat.  20.01.1920.  //ARDA,  f.894, 



s.10, i.128, v.7 

1307


 Azərbaycan Respublikası ilə İran şahənşah hökuməti arasında gömrük sazişi.  20.03.1920. //ARDA, 

f.970, s.l, i.132, v.21-22 

1308

 Convention  Commerciale  et Douanière Conclue  entre  la République  d'Azerbaïdjan (Caucase)  et le 



Gouvernement  Impérial  de  Perse.  //  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives 

Diplomatique, vol.  639, folio 89; Azərbaycan Respublikası ilə İran  şahənşah hökuməti arasında ticarət 

sazişi. 20.03.1920. //ARDA, f.970, s.l, i.132, v.23-24  

1309


 Accord Télégraphiqueentre la République d'Azerbaïdjan (Caucase) et l'Empire de Perse.// Ministère 

des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 82; Azərbaycan Respublikası 

ilə İran şahənşah hökuməti arasında teleqraf sazişi. 20.03.1920. //ARDA, f.970, s.l, i.137, v.44-48 

1310


 Convention Pour l'échange de colis postaux entre la République d'Azerbaïdjan et l'Empire Persan.// 

Ministère  des  Affaires  Etrangère  de  France,  Archives  Diplomatique,  vol.  639,  folio  15;  Azərbaycan 



377 

 

icrası haqqında  saziş,



1311

  on  yeddi  maddədən  ibarət  konsulluq  əlaqələri  haqqında 

saziş

1312


  və  ən  nəhayət,  Azərbaycan  diplomatiyasının  mühüm  uğurlarından  biri 

olan  Azərbaycan  Respublikası  ilə  İran  şahənşah  hökuməti  arasında  dostluq 

haqqında müqavilə imzalandı.

1313


  Müqavilənin  birinci  maddəsində  İran  hökuməti 

Qafqaz  Azərbaycanı  Respublikasının  müstəqilliyini  de-yure  cəhətdən  tanıdığını 

təntənəli  şəkildə  elan  edirdi.  Müqavilənin  ikinci  bəndinə  əsasən,  tərəflər  öz 

aralarında  möhkəm  dostluq  və  iqtisadi münasibətlər  yaratmaq əzmində  olduğunu 

təsdiq edir, üçüncü maddəyə əsasən isə beynəlxalq hüquqi əlaqələrə uyğun olaraq, 

Azərbaycan  öz  daimi  səlahiyyətli  nümayəndəsini  Tehrana,  İran  isə  öz 

nümayəndəsini  Bakıya  göndərməli  idi.  Müqaviləni  Azərbaycan  tərəfindən  xarici 

işlər naziri F.X.Xoyski, ədliyyə naziri X.b.Xasməmmədov, yollar naziri X.b.Məlik-

Aslanov,  İran  tərəfindən  isə  fövqəladə  səlahiyyətli  nümayəndə  Ağa  Seyid 

Ziyaəddin  Təbatəbai  imzalamışdılar.  20  mart  1920-ci  il  müqaviləsinə  görə,  İran 

Azərbaycan  Respublikasının  müstəqilliyini  de-yure  tanıyan  ilk  böyük  dövlət  idi. 

Qısa  müddətdə  Tehranda  Azərbaycan  səfirliyi  fəaliyyətə  başladı,  aprel  ayının  1-

dən isə Təbrizdə Baş konsulluq, Rəştdə konsulluq, Məşhəddə vitse konsulluq, Xoy 

və  Əhərdə  konsul-agentlikləri  yaradıldı.

1314

  Ənzəlidə  isə  Azərbaycan  konsulluğu 



fevral ayından fəaliyyət göstərirdi. Azərbaycan hökuməti tərəfindən fevral ayının 

birində Məhəmməd bəy Xəlilov Ənzəliyə vitse-konsul təyin edilmişdi.

1315

 

Yeni  yaranmış  dövlətlərdən  Litva  və  Polşa  Azərbaycanla  əlaqələr 



yaratmağa  meyl  göstərirdilər.  Polşanın  Tiflisdəki  konsulluğu  Bakıda  vitse-

konsulluq açmış və Qafqazda olan Polşa missiyasının üzvü S.Rılskini Azərbaycana 

konsul-agenti  göndərmişdi.  Yanvar  ayının  əvvəllərində  isə  Polşa  hökumətinin 

Qafqazda  olan  diplomatik  nümayəndəsi  Ostrovski  Bakıya  gəlmişdi.  Azərbaycan 

hökumət  rəhbərləri  ilə  danışıqlar  zamanı  o,  Rusiya  imperiyasından  çıxmış  yeni 

dövlətlərin  müdafiə  xarakterli  vahid  blokunun  yaradılması  ideyası  ilə  çıxış 

etmişdi.

1316


  Məlum  olduğu  kimi,  yeni  yaranmış  respublikaların  birgə  müdafiə 

olunması  ideyası  hələ  yanvar  ayının  ortalarında  Versal  Ali  Şurası  hərbi 

ekspertlərinin müşavirəsində və Ali Şuranın yanvar ayının 19-da keçirilən iclasında 

irəli sürülmüşdü. Böyük Britaniyanın hərbi naziri U.Çörçil Polşa və Finlandiyadan 

Azərbaycana  qədər  müdafiə  zolağı  yaradılmasının  zəruriliyini  göstərmiş, 

                                                                                                                                

Respublikası  ilə  İran  şahənşah  hökuməti  arasında  poçt  əlaqələri  haqqında  saziş.  20.03.1920.  //ARDA, 

f.970, s.l, i.131, v.69-73 

1311

 Azərbaycan Respublikası ilə İran şahənşah hökuməti arasında məhkəmə qərarlarının icrası haqqında 



saziş. 20.03.1920. //ARDA, f.970, s.l, i.130, v.2-7 

1312


  Azərbaycaıı  Respublikası  ilə  İran  şahənşah  hökuməti  arasında  konsulluq  sazişi.  20.03.1920. 

//ARDA, f.970, s.l, i.128, v.78-90 

1313

  Azərbaycan  Respublikası  ilə  İran  şahənşah  hökuməti  arasında  dostluq  haqqında  müqavilə. 



20.03.1920. //ARDA, f.970, s.l, i.137, v.27-28 

1314


 ARDA, f.970, s.l, i.221, v.30 

1315


 Вестник правительства, 1920, 17 апреля. 

1316


 ARDA, f.894, s.10, i.128, v.7 

378 

 

J.Klemanso, F.Foş, H.Vilson və digərləri də bu təklifə tərəfdar çıxmışdı. Versal Ali 



Şurasının  iclasında  və  digər  ikitərəfli  danışıqlarda  söhbət  bolşevizmdən  müdafiə 

olunmaqdan gedirdi.  Аli  Şuranın  iclasının  qərarında aydın şəkildə  göstərilirdi  ki, 

Azərbaycan  və  Gürcüstan  kənardan  hücuma  məruz  qalardılarsa,  Şura  hücuma 

məruz qalmış dövlətlərə maddi yardım göstərməyə təminat verir. İstər Çxeidze və 

istərsə  də  Topçubaşov,  həm  Ali  Şuranın  iclasında  və  həm  də  az  sonra  Paris 

mətbuatında çıxış edib göstərmişdilər ki, onlar Rusiyanın daxili işlərinə qarışmaq, 

ona  hücum  etmək  üçün  starteji  məntəqə  rolu  oynamaq  fikrində  deyillər.

1317


 

Ə.M.Topçubaşov  qeyd  edirdi  ki,  onlar  Gürcüstanla  birlikdə  yalnız  bolşevizmdən 

müdafiə olunmaq haqqında fikirləşirlər.

1318


  Ona  görə  də,  bir  sıra  tarixçilərin  belə 

bir  fikri  obyektiv  gerçəkliyə  uyğun  deyildir  ki,  Antanta  və  ABŞ  Azərbaycan, 

Gürcüstan  və  Ermənistanı  Sovet  Rusiyası  üzərinə  antisovet  yürüşə  cəlb  etmək 

istəyirdi.

1319

 

Bolşevizmdən  müdafiə  olunmaqda  böyük  dövlətlər  Polşaya  xüsusi 



əhəmiyyət  verirdilər.  Yeni  dövlətlərin  birgə  müdafiə  olunmasından  əlavə,  Polşa 

bolşevizmin  Avropaya  yayılması  yolunda  güclü  sipərə  çevrilməli  idi.  Məhz,  bu 

məqsədlə də ABŞ və Avropa dövlətləri Polşanı siyasi, iqtisadi və hərbi cəhətdən 

qüvvətləndirmək  üçün  ona  hərtərəfli  yardım  göstərirdilər.  1920-ci  ilin 

əvvəllərindən  Polşa  yalnız  ABŞ-dan  1.700  milyon  dollarlıq  hərbi  yardım 

almışdı.


1320

  1920-ci  ilin  yanvarından  başlayaraq,  Polşa  xarici  işlər  naziri  Patek 

Parisdə  və  Londonda  ölkənin  müdafiə  qabiliyyətini  möhkəmləndirmək  üçün 

danışıqlar aparırdı. Hətta belə bir fikir yayılmışdı ki, 1920-ci ilin yazında Böyük 

Britaniya  Sovet  Rusiyasını  Qafqaz  üzərinə  hücumdan  yayındırmaq  üçün  Polşanı 

onun  üzərinə  hücuma  təhrik  edirdi.

1321

  Lakin  bu  dövrdə  Polşa  və  yenicə 



formalaşmağa  başlayan  "Kiçik  Antanta"  daha  çox  Fransanın  təsiri  altında  idi, 

nəinki Böyük Britaniyanın. 

Polşanın Bakıya gəlmiş diplomatik nümayəndəsi Ostrovski yeni dövlətlərin 

müdafiə  blokunun  yaradılmasını  yalnız  Sovet  Rusiyasından  deyil,  eyni  zamanda 

ağqvardiyaçı generallardan da müdafiə olunmaq üçün zəruri hesab edirdi. Layihəyə 

görə bloka Polşa, Finlandiya, Estoniya, Latviya, Litva, Gürcüstan və Azərbaycan 

daxil  olmalı  idi.  Rumıniyanın  da  bloka  cəlb  edilməsi  nəzərdə  tutulmuşdu. 

Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  fikrincə,  "sənayecə  inkişaf  etmiş  və  milyon 

nəfərlik  orduya  malik  olan  Polşa  bu  blokun  başında  dura  bilərdi".

1322


  Lakin 

sonralar  Qafqazda  baş  vermiş  hadisələr  və  Polşa  ilə  Sovet  Rusiyası  arasında 

müharibənin başlanması nəticəsində danışıqlar başa çatdırılmadı. 

                                                        

1317

  Le  defense  de  l'Azerbaidjan  et  de  la  Georgie.  Le  29  Janvier  1920.  //  Bulletin  D'informations 



L'Azerbaidjan. Paris, 1 Fevrier 1920, № 8, p.2-3 

1318


 Азербайджан, 1920, 3 апреля. 

1319


 Bax: Волков Ф.Д. Тайны Уайтхола и Даунинг стрит. М., 1980, с.114 

1320


 Документы внешней политики СССР, т.II, с.560 

1321


 М.Павлович. Советская Россия и капиталистическая Англия. М., 1925, с.32 

1322


 ARDA, f.894, s.10, i.128, v.7 

379 

 

Eyni zamanda Polşanın Azərbaycana iqtisadi maraqları da var idi. 1920-ci 



ilin  fevral  ayının  əvvəllərində  Tiflisdəki  Polşa  diplomatik  nümayəndəliyi 

Azərbaycan  nümayəndəliyinə  bildirmişdi  ki,  xammal,  əsasən,  pambıq  və  yunla 

dəyişmək  üçün  Polşa  hökuməti  altı  yüz  ton  manufaktura  malları,  şüşə  və  dəmir 

məmulatı göndərməyə hazırdır. Fevral ayının 4-də Tiflisdən göndərilən teleqramda 

Azərbaycan  nümayəndələri  bildirirdilər  ki,  alınan  malı  Gürcüstan  ərazisindən 

Azərbaycana  aparmaq,  Polşaya  satılmış  malı  Gürcüstan  ərazisindən  Qara  dənizə 

çatdırmaq üçün Azərbaycan hökumətinin təminat məktubunun olması zəruridir.

1323


 

Azərbaycanın istiqlaliyyətinin tanınmasından sonra respublikanın Parisdəki 

nümayəndə  heyətinin  fəaliyyəti  daha  da  genişləndi.  Sülh  konfransının  rəsmən 

yanvar  ayının  21-də  başa  çatmasına  baxmayaraq,  Azərbaycan  nümayəndə  heyəti 

hələ bir müddət Avropada öz missiyasını yerinə yetirməkdə davam edirdi. 1920-ci 

ilin  yazında  yeni  respublikaların  İsveçrədə  ayrıca  konfransının  keçirilməsi 

gözlənilirdi.  Buna  hazırlıqla  yanaşı,  Azərbaycan  nümayəndələri  Paris  Sülh 

konfransı  Ali  Şurasının  1920-ci  ilin  fevral-mart  aylarında  keçirilən  London 

konfransında  və  aprel  ayındakı  San-Remo  konfransında  yaxından  iştirak  etdilər. 

Ali  Şuranın  müşavirəsi  İngiltərədə  keçiriləcəyi  üçün  Azərbaycan  nümayəndələri 

Londona  getdilər.  Hələ  səfər  ərəfəsində  Ə.M.Topçubaşov  yazırdı:  "İngilislərin 

fikrincə,  sərbəst  siyasi  həyata  qadir  bir  xalq  kimi  diqqətə  layiqik.  Bu  bizim  üçün 

xoşdur. İndi bizə Londona səfərin vacibliyi daha çox aydındır və biz bunu çox tez 

edəcəyik. Özü də təkcə səfər deyil, köçmək lazım gələcək, çünki rus məsələsi üzrə 

konfrans,  görünür,  məhz  Londonda  keçiriləcək.  Vəziyyətin  xeyrimizə  həll 

olunmasına  baxmayaraq,  burada  da  /Parisdə-C.H./,  Londonda  da  lazımi  əlaqələri 

itirmirik".

1324


 

1920-ci  ilin  fevral  ayının  axırlarında  işə  başlamış  müttəfiqlərin  Ali 

Şurasının  London  sessiyası  rus  məsələsini  müzakirə  etsə  də,  lakin  bu  məsələ  ilə 

bağlı son söz demədi. Fevral ayının 24-də sessiya "Rusiyada müttəfiqlərin siyasəti" 

adlı  memorandum  qəbul  etdi.  Burada  qeyd  edilirdi:  nə  qədər  ki,  bolşeviklər 

tərəfindən  terrora  son  qoyulmayıb,  Sovet  hökuməti  ilə  diplomatik  münasibətlər 

yaradılması qeyri-mümkündür. Lakin memorandumda Rusiya ilə Avropa arasında 

ticarət əlaqələrinin yaradılmasının mümkünlüyü göstərilirdi. Millətlər Cəmiyyətinə 

təklif  edilirdi  ki,  Rusiyada  real  vəziyyəti  öyrənmək  üçün  ora  xüsusi  komissiya 

göndərsin.  Bütün  bunlar  1920-ci  ilin  əvvəllərində  başlanmış  İngiltərə-Sovet 

yaxınlaşma  meylinin  təzahür  formaları  idi.  Hələ  sessiyadan  öncə  Kopenhagendə 

aparılan  danışıqlarda  yanvar  ayının  11-də  hərbi  əsirlərin  dəyişdirilməsi  haqqında 

Rusiya  ilə  İngiltərə  arasında  saziş  imzalanmışdı.  Həmin  sazişə  görə,  İngiltərə  öz 

üzərinə götürürdü ki, təkcə  Britaniyada deyil, bütün Antanta ölkələrində olan rus 

hərbi əsirlərinin vətənə qayıtmasına kömək edəcəkdir. Elə Kopenhagendə aparılan 

                                                        

1323

 Azərbaycan Respublikası ilə Gürcüstan arasında saziş. 08.03.1920. //ARDA, f.970, s.l, i.26, v.9 



1324

 Azərbaycan Respublikasının Paris Sülh konfransında nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun 

Nazirlər Şurasının sədrinə məktubu. 29.11.02.12.1919. //ARDA, f.970, s.l, i.145, v.17 


380 

 

danışıqlar nəticəsində  Sovet  Rusiyası  İngiltərədən  xeyli  dərman,  ərzaq  və  toxum 



ala  bilmişdi.  Yanvar  ayının  16-da  isə  Antanta  Ali  Şurası  Rusiya  ilə  müttəfiq  və 

neytral dövlətlər arasında mal mübadiləsinə icazə vermişdi.

1325

 

London  konfransında  müstəqilliyi  müttəfiqlər  tərəfindən  tanınan  yeni 



dövlətlərə tövsiyə  edilirdi  ki,  Sovet  Rusiyası  ilə  dinc  münasibətlər  yaratsınlar  və 

Rusiya  ilə  müharibə  aparan  ölkələrə  isə  müharibəni  davam  etdirməyi  məsləhət 

görmürdülər. Lakin müttəfiqlər bildirirdilər ki, əgər Sovet Rusiyası yeni yaranmış 

dövlətlərə  hücum  edərsə,  onların  qanuni  sərhədlərini  pozarsa,  Antanta  hücuma 

məruz qalmış  dövlətlərə bütün vasitələrlə yardım göstərəcəkdir. Göründüyü kimi, 

bütün  bu  vədlər  deklarativ  xarakter  daşıyırdı.  Konkret  mənada  müdafiə 

qabiliyyətini  möhkəmləndirmək  üçün  yardım  alınması  kollektiv  qərarlardan  çox, 

ikitərəfli münasibətlərdən asılı idi. 

Azərbaycan və Gürcüstan bolşevizm təcavüzündən  müdafiə olunmaq üçün 

yalnız  İngiltərə  yardımına  ümid  bəsləyirdilər.  Digər  dövlətlər  sadəcə  olaraq,  bu 

missiyanı yerinə yetirmək imkanına malik deyildi. İngiltərənin Sovet Rusiyası ilə 

ticarət münasibətlərinin yaratmasında qarşıya qoyulan məqsədlərdən biri də Sovet 

Rusiyası  ilə  Qafqaz  dövlətləri  arasında  münasibətləri  yumşaltmaq  və  sonra  isə 

onlar  arasında  dinc  qonşuluq  münasibətlərinin  yaradılmasında  vasitəçi  rolu 

oynamaq 

idi.


1326

 

Lakin 



Azərbaycan 

və 


Gürcüstanın 

müdafiəsini 

möhkəmləndirmədən bu ideyaya ümid bəsləmək о qədər də real deyildi. Düzdür, 

Azərbaycana hərbi  yardım  göstərmək  barədə ingilis nümayəndələri  ilə  danışıqlar 

aparılırdı.  Lakin  bu  danışıqlar  hələ  konkret  nəticələr  verməmişdi.  Şimaldan 

yaranmış  təhlükə  ilə  əlaqədar  Azərbaycan  xarici  işlər  naziri  Xan  Xoyski 

Ə.M.Topçubaşova  yazırdı: "Qırmızı Ordunun yaxınlaşması ilə əlaqədar yaranmış 

vəziyyət  bizi  məcbur  edir  ki,  ingilislərin  bizə  edəcəyi  hərbi  yardım  məsələsini 

aydınlaşdıraq.  Bu  istiqamətdə  mən  polkovnik  Stoks  vasitəsi  ilə  Uordropla 

danışıqlar  aparıram.  Əldə  olunan  məlumata  görə,  Uordrop  bu  barədə  Londonla 

əlaqə  saxlayır,  oradan göstəriş  gözləyir,  öz növbənizdə  siz  də  bu  istiqamətdə  bir 

sıra  addımlar  atmalısınız".

1327

  Qeyd  etmək  lazımdır  ki,  1920-ci  ilin  martında 



Bakıda  olan  ingilis  nümayəndəsi  Stoks  Azərbaycan  ordusunun  ehtiyacları  barədə 

materiallar toplamağa başlamışdı. Azərbaycan xarici işlər nazirinin müavini M.Xan 

Təkinski polkovnik Stoksa məktubuna Azərbaycan ordusunun hərbi ehtiyacları və 

Bakı limanı üçün zəruri olan texniki avadanlıqların siyahısını əlavə etmişdi. 

Eyni zamanda Böyük Britaniya hökuməti Qafqaz respublikalarının bolşevik 

təhlükəsinə qarşı müdafiə qabiliyyətini möhkəmləndirmək üçün respublikalararası 

və  millətlərarası  münaqişəyə  son  qoymağı  vacib  hesab  edirdilər.  Bu  məqsədlə 

1920-ci  il  fevral  ayının  23-də  Tiflisdə  O.Uordropun  mənzilində  Azərbaycan  və 

Ermənistan  nümayəndələrinin  müşavirəsi  keçirilmişdi.  Fransa  nümayəndəsinin 

                                                        

1325

 История Дипломатии. T.III, M., 1945, с.74 



1326

 З.Авалов. Независимость Грузии в международной политике, с.251 

1327

 А.Раевский. Английская интервенция и мусаватское правительство, с. 169 



381 

 

iştirak  etdiyi  bu  müşavirədə  Azərbaycan  tərəfindən  Gürcüstandakı  diplomatik 



nümayəndə F.B.Vəkilov, Ermənistandakı diplomatik nümayəndə Əbdürrəhim bəy 

Haqverdiyev,  Ermənistan  tərəfindən  parlament  üzvü  V.Papazyan  və  Tiflisdəki 

erməni  nümayəndəsi  A.Camalyan  iştirak  edirdilər.  Müşavirəni  açaraq,  ingilis 

nümayəndəsi  Azərbaycan-Ermənistan  münaqişəsinə  qəti  surətdə  son  qoymağı 

tövsiyə edirdi. Ə.Haqverdiyev təklif etdi ki, sərhədlər məsələsi həll olunana qədər 

Qarabağda  olduğu  kimi,  Naxçıvan  və  Zəngəzurda  da  Milli  Şuralar  yaradıb 

idarəçiliyi  onlara  vermək  lazımdır.  Sonra  o,  mübahisəli  məsələlərlə  bağlı  Sülh 

konfransı çağırmağın zəruriliyini qeyd edib bildirirdi ki, gərginliyi zəiflətmək üçün 

sülh  bağlananadək  hər  iki  tərəf  bu  ərazilərdən  ordusunu  və  təbliğatçılarını  geri 

çağırmalıdır. İngilis və fransız nümayəndələri konfrans ideyasına tərəfdar çıxdılar. 

Lakin  erməni  nümayəndələri  Ə.Haqverdiyev  tərəfindən  irəli  sürülən  bütün 

təkliflərin əleyhinə  olub  bildirdilər  ki, mübahisəli ərazilərdə  idarəçilik müvəqqəti 

olaraq müttəfiqlərə verilməlidir və bunu da  Azərbaycan nümayəndələri qəbul edə 

bilməzdilər.

1328

 

Ərazi  mübahisələrinin  həllini  sürətləndirmək  və  hər  üç  Cənubi  Qafqaz 



respublikasının  iqtisadi  və  siyasi  əlaqələrini  genişləndirmək  məqsədi  ilə  Böyük 

Britaniya nümayəndəliyi hər üç respublikanın rəhbərliyinə müraciət etmişdi. Mart 

ayının  5-də  Azərbaycan  hökumətinə  göndərdiyi  məktubda  Uordrop  yazırdı  ki, 

əlahəzrət  kral  hökuməti  bu  ümiddədir  ki,  hər  üç  Cənubi  Qafqaz  respublikası  öz 

aralarında siyasi və iqtisadi xarakterli ən sıx münasibətlərə girəcəklər. London və 

qarşıdakı  San-Remo  konfransında  Cənubi  Qafqaz  respublikalarının  sərhədləri 

məsələsinin  müzakirə  edilməsi  nəzərdə  tutulduğu  üçün  Uordrop  yazırdı  ki, 

Azərbaycan  hökuməti  tarixi-etnoqrafik  dəlillərlə  əsaslandırılmış  ərazi  tələblərinə 

aid  ingilis  nümayəndəliyinə  xüsusi  məruzə  təqdim  etsin.  О  bildirirdi  ki,  Qafqaz 

respublikalarının  ən  qısa  vaxtda  danışıqlara  başlayıb,  bir  çox  mübahisələri  öz 

aralarında  həll  etməsi  məqsədəuyğundur.  Uordropun  fikrincə,  konfrans  yalnız 

Cənubi Qafqaz respublikalarının razılığa gəlmədiyi məsələləri həll edə bilərdi.

1329

 

London  konfransında  rus  məsələsi  ilə  bağlı  müzakirələr  və  Cənubi 



Qafqazda  cərəyan  edən  hadisələr  belə  bir  fikir  söyləməyə  əsas  verir  ki,  Böyük 

Britaniya  hökuməti  Qafqaz  respublikalarının  bolşevik  təcavüzündən  müdafiə 

edilməsi,  regionda  milli  münasibətlərin  sabitləşməsində  maraqlı  idi  və  bu 

istiqamətdə bir sıra addımlar atmışdı. 

London  konfransında  Azərbaycanın  həyati  mənafeyi  ilə  bağlı  olan  ciddi 

məsələlərdən biri də, Türkiyə ilə bağlanacaq sülh müqaviləsinin müzakirə edilməsi 

idi.  Türkiyə  ilə  sülh  müqaviləsinin  hazırlanmasında  ingilis-fransız  blokunun 

təşəbbüsü  ələ  alması  Versal  müqaviləsindən  narazı  olan  ABŞ-ın  ciddi  etirazına 

                                                        

1328


  Azərbaycan  və  Ermənistan  nümayəndələrinin  Tiflisdə  müşavirəsi.  23.10.1920.  //ARPİİ  SPİHDA, 

f.276, s.9, i.1,v.36 

1329

 Tiflisdə Britaniya Ali komissarı O.Uordropun Azərbaycan Respublikasının Gürcüstanda diplomatik 



nümayəndəsi F.Vəkilova məktubu. 05.03.1920. //ARDA, f.897, s.l, i.69, v.93 

382 

 

səbəb  olmuşdu.  1920-ci  ilin  fevralında  istefaya  çıxmış  dövlət  katibi  R.Lansinqi 



əvəz  edən  B.Kolbi  mart  ayında  müttəfiqlərin  Ali  Şurasına  göndərdiyi  notada 

xatırladırdı ki, Türkiyənin müttəfiqi olan Almaniyanın məğlub edilməsində ABŞ-ın 

xüsusi  xidmətləri  olmuşdur  və  ona  görə  də  Birləşmiş  Ştatlar  Türkiyə  ilə  sülh 

müqaviləsinin  hazırlanmasında  yaxından  iştirak  etməlidir.  İstanbul  məsələsində 

B.Kolbi  müttəfiqləri  qeyri-ardıcıllıqda  günahlandırır  və  qeyd  edirdi  ki,  türklərin 

Avropadan  qovulması  başa  çatdırılmalı  və  bu  şəhər  Amerika  idarəçiliyinə 

verilməlidir.

1330


  Lakin  ingilis  ordusu  Qafqazdan  çıxarıldıqdan  sonra  Böyük 

Britaniya  siyasi  dairələri  Türkiyənin  bölüşdürülməsinin  ağır  nəticələr  verə 

biləcəyini  anlamağa  başlamışdılar  və  ingilislər  bu  regionda  amerikanların 

qüvvətlənməsini  arzulamırdılar.  U.Çörçil  yazırdı:  "Türkiyə  ilə  sülh  müqaviləsi 

hazırlanarkən,  elə  sənəd  hazırlanmalı  idi  ki,  Türkiyə  İngiltərənin  onun  dostu 

olduğunu hiss etsin."

1331

  Lakin  bunun  əksinə  olaraq,  Lord  Kerzon  başda  olmaqla, 



bir  qrup  ingilis  siyasi  xadimləri  Türkiyənin  tamamilə  taqətdən  salınmasına  və 

Türkiyə  ilə  Şərqin  qalan  müsəlman  ölkələri  arasında  erməni  xristian  dövləti 

yaradılmasına 

tərəfdar 

idilər. 

Böyük 


Britaniyanın 

xarici 


siyasətini 

istiqamətləndirən  Devid  Lloyd  Corc  Türkiyəyə  ehtiyatlı  yanaşmaq  fikrinin 

tərəfdarı idi. 

Türkiyə  ilə  sülh  müqaviləsinin  müzakirəsi  yenidən  Cənubi  Qafqaz 

respublikalarına  marağı  artırmışdı.  Bu  da  təsadüfi  deyildi.  Çünki  Cənubi  Qafqaz 

respublikaları hələlik Rusiya ilə deyil, hər üçü məhz, Türkiyə ilə həmsərhəd idilər. 

Ermənistan  Ali  Şuranın  London  konfransını  daha  çox  səbirsizliklə  gözləyirdi. 

Türkiyə ilə sülh müqaviləsinin hazırlanması Ermənistanın sərhədlərini və statusunu 

müəyyən  etməli  idi.  Ermənistanın  gələcək  sərhədlərini  aydınlaşdırmaq  üçün 

konfrans  İngiltərə,  Fransa,  İtaliya  və  Yaponiya  nümayəndələrindən  ibarət 

komissiya  yaratmışdı.  Ermənilər  bütün  Trabzon  vilayətinin  və  ümumilikdə  Kiçik 

Asiyanın Şərq vilayətlərinin ona verilməsini tələb edirdilər. Antanta ölkələri xarici 

işlər nazirlərinin  London  müşavirəsi  Ərzurumun Ermənistana  verilməsi haqqında 

təklif  hazırlamışdı.  Təklifdə  göstərilirdi  ki,  Ərzurum  regionda  həlledici  strateji 

mövqeyə  malikdir,  onun  türklərin  əlində  qalması  müstəqil  Ermənistanın 

mövcudluğunu  təhlükə  altına  alır.  Xarici  işlər  nazirlərinin  müşavirəsi  Ali  Şura 

qarşısında məsələ qaldırırdı ki, Ərzurumun Ermənistana verilməsi və Ermənistanın 

dənizə  çıxışını  təmin  etmək  arzu  olunan  bir  proqramdır.  Onların  fikrincə,  guya 

sülhün və sabitliyin bərqərar olunması naminə, panislamist və pantürkist hərəkata 

zərbə  vurmaq  məqsədilə  Türkiyə  ilə  digər  müsəlman  ölkələri  arasında  xristian 

erməni  dövləti  yaratmaq  lazımdır.

1332


  Məsələ  gəlib,  London  konfransının 

müzakirəsinə  çıxdıqda  Lloyd  Corc,  Lord  Kerzon  başda  olmaqla  hazırlanan  bu 

                                                        

1330


 Papers Relating to the Foreign Relations of the US, 1920, vol.VIII, p.750 

1331


 В.Черчилль. Мировой кризис, с. 108 

1332


 Д.Ллойд Джордж. Правда о мирных договорах. Т.II, с.425-427 

 


383 

 

təklifləri  təhlükəli  bir  ideya  adlandırdı.  Ümumiyyətlə,  Türkiyə  və  Rusiyaya 



münasibətdə  Britaniya  siyasi  dairələri  arasında  fikir  birliyi  yox  idi.  Onların  bir 

hissəsi Türkiyənin bütövlüyünü saxlayıb Rusiyanın bölünməsinə tərəfdar idilərsə, 

digər bir hissəsi Rusiyanın ərazi bütövlüyünün bərpasına tərəfdar olub, Türkiyənin 

məhv  edilməsinə  üstünlük  verirdilər.

1333

  Lord  Kerzonun  Anadolunun  Şərq 



vilayətlərinin  Ermənistana  verilməsi  ideyası  Türkiyənin  məhv  edilməsi  planının 

tərkib  hissəsi  idi.  Lloyd  Corc  bildirirdi  ki,  ermənilər  bir  tərəfdən  Azərbaycan 

türkləri,  digər  tərəfdən  Anadolu  türkləri  və  bölgədə  yaşayan  kürdlərlə  əhatə 

olunmuşlar. Ermənilərə böyük əraziləri vəd etmək çox sadəlövhlük olardı, halbuki 

indi  yaşadıqları  bir  parça  torpaqlarını  onlar  çətinliklə  saxlayırlar.  Lloyd  Corcun 

fikrincə, Ermənistanın ərazisinin  genişləndirilməsi  uğrunda təbliğatın  ən  təhlükəli 

cəhəti onda idi ki, bu müttəfiqləri ağılsız addım atmağa, türklərdən intiqam almağa 

təhrik edə bilərdi. Lloyd Corcun fikrini İtaliyanın baş naziri F.Nitti də müdafiə edib 

bildirdi ki, Ərzurum ermənilər üçün çox təhlükəli hədiyyədir. Həm də açıq şəkildə 

bildirildi  ki,  Ərzurumda heç  vaxt  erməni əhalisi  çoxluq  təşkil  etməyib,  ona  görə 

onun ermənilərə verilməsini heç cür əsaslandırmaq olmaz. Lord Kerzon qeyd etdi 

ki,  "əgər  Ali  Şuranın  fikri  belədirsə,  bu  ermənilər  üçün  çox  ağır  zərbə 

olacaqdır".

1334


  Lakin  bu  məsələ  ilə  bağlı  konfrans  son  söz  demədi,  Ermənistanın 

sərhədlərinin  müzakirə  məsələsi  San-Remo  konfransına  keçirildi.  Lord  Kerzonun 

belə  mövqeyi  onun  ermənilərə  məhəbbətindən  daha  çox,  Türkiyənin 

güclənməsindən ehtiyatlanması ilə bağlı idi. Əslində o, erməniləri heç də "əzabkeş" 

xalq  hesab  etmirdi.  1920-ci  ilin  martında  İngiltərə  parlamentinin  İcma 

palatasındakı çıxışında Kerzon deyirdi: "Mənə  belə gəlir ki, siz erməniləri səkkiz 

yaşında  təmiz  və  məsum  bir  qız  uşağı  kimi  zənn  edirsiniz.  Bu  fikirdə  çox 

yanılırsınız. Halbuki ermənilər özlərinin son  davranışları ilə nə qədər qaniçən bir 

xalq olduğunu qeyd-şərtsiz isbat etmişlər".

1335


 

Bu 


məsələlər  müzakirə  edilən  zaman  Avropadakı  Azərbaycan 

nümayəndələri  ermənilərin  Qarsda  törətdiyi  vəhşiliklər  haqqında  Qars  milli 

şurasının sədri A.Zeynalovun Azərbaycan Xarici İşlər Nazirliyinə və müttəfiqlərin 

Tiflisdəki  nümayəndələrinə  göndərdiyi  həyəcanlı  teleqramı  Parisdə  buraxdıqları 

informasiya bülletenində dərc etmişdilər. Elə həmin nömrədə Azərbaycanın xarici 

işlər  naziri  Xan  Xoyskinin  Ermənistanın  xarici  işlər  nazirinə  iki  notası  da 

verilmişdi.

1336


  Xarici  işlər  naziri  Xan  Xoyski  ermənilərin  Qars,  Zəngəzur  və 

İrəvanda  törətdikləri  vəhşiliklər  haqqında  Fransanın  Qafqazda  olan  hərbi 

missiyasının başçısı Nonankourta da teleqramla məlumat vermişdi.

1337


 Bu sənədlər 

                                                        

1333

 Н.Жордания. Моя жизнь. Стeнфорд, 1968, с. 106 



1334

 Д.Ллойд Джордж. Правда о мирных договорах. Т.II, с.427-428 

1335

 Enver Konukçu. Ermenilerin Yeşilyayladakı Türk Soykırımı, s.37, Tan.1920, 12 March.  



1336

 Bulletin D'informations. L'Azerbaidjan. Paris, 1 avril 1920, № 12, p.1-4 

1337

 Le Ministre des Affaires Etrangères Khoisky - Copie d'un télégramme de Bakou au Commandant de 



Nonancourt,  Chef  de  la  Mission  Militaire  Française.  Le  30  mars  1920.//  Ministère  des  Affaires 

Etrangère de France, Archives Diplomatique, vol. 638. folio 233 



384 

 

ermənilərin Qarsda hansı vəhşilikləri törətdikləri barədə oxucularda aydın təsəvvür 



yaradırdı. 

Qeyd  etmək  lazımdır  ki,  Trabzon  vilayətinin  Gürcüstana  verilməsi  barədə 

gürcü  nümayəndələri  də  Ali  Şuraya  memorandum  təqdim  etmişdilər.  Gürcülər 

Trabzon  vilayətinə  Qara  dəniz  sahillərində  Batum  vilayətinin  davamı  kimi 

baxırdılar.  Londonda  olan  Azərbaycan  nümayəndələri,  əhalisi  əsasən, 

müsəlmanlardan  ibarət  olan  vilayətlərin  Ermənistana  verilməsi  təklifini  ədalətsiz 

və bu ərazilərin müsəlman əhalisinin gələcək taleyi baxımından arzuolunmaz hesab 

edirdilər.

1338

 

London  konfransında  ciddi  müzakirələrə  səbəb  olan  məsələlərdən  biri  də 



Batum  məsələsi  idi.  Azərbaycan  nümayəndələri  Batuma  olan  iddiaları  ilə  bağlı 

konfransa  memorandum  təqdim  etmişdilər.  Burada  göstərilirdi  ki,  Batum 

Azərbaycan Respublikasının Avropa və Amerika bazarlarına yeganə çıxış yoludur. 

Batumla bağlı Gürcüstan və Ermənistan nümayəndələri də konfransa memorandum 

vermişdilər.  Batum  məsələsini  hazırlamaq  üçün  yaradılmış  komissiyanın 

üzvlərindən  biri  Kammerer  (Fransa)  göstərirdi  ki,  Qafqazdakı  yeni  dövlətlərdən 

heç  biri  Batum  vasitəsi  ilə  dənizə  çıxış  yolundan  məhrum  olmamalıdır.  O,  qeyd 

edirdi  ki,  Batum  limanı  Bakı  neft  məhsullarının  xaricə  çıxarılması  üçün  başlıca 

tranzit məntəqədir.

1339


 Mart ayının 1-də gürcü nümayəndələri Ali Şuraya nota verib 

tələb  etdilər  ki,  Batum  Gürcüstana  birləşdirilməlidir,  Gürcüstan  Azərbaycan  və 

Ermənistanla  saziş  bağlayaraq,  onların  azad  şəkildə  Batumdan  istifadə  etməsinə 

təminat  verməyə  hazırdır.  Müttəfiqlərin  layihəsinə  görə,  Batum  üç  уеrə 

parçalanmalı  idi.  Vilayətin  bir  hissəsi  Gürcüstana,  bir  hissəsi  Ermənistana 

verilməli,  Batum  şəhəri  özü  isə  Millətlər  Cəmiyyətinin nəzarəti altında  mənafeyi 

olan bütün dövlətlərin sərbəst istifadə edə biləcəyi azad şəhər olmalı idi. Bu layihə 

gürcülərin  etirazına  səbəb  oldu.  Londonda  Azərbaycan  və  gürcü  nümayəndələri 

arasında  belə  bir  razılıq  əldə  olundu  ki,  hər  iki  respublika  Batum  vilayətinin 

parçalanmasını məqsədəuyğun hesab etmir. Azərbaycan Batum vilayətinin şəhərlə 

birlikdə  Gürcüstana  birləşdirilməsinə  etiraz  etmirdi,  Gürcüstan  isə  Azərbaycanın 

Batuma  olan  iqtisadi  maraqlarını  tam  təmin  etməyi  öz  üzərinə  götürürdü.

1340

 

Tərəflər qarşılıqlı razılıq əsasında Ali Şuraya yuxarıdakı məzmunda birgə müraciət 



hazırladılar.  Gürcü  nümayəndələri  Batum  məsələsi  ilə  bağlı  bu  müraciətə  böyük 

əhəmiyyət  verirdilər.  Lakin  son  anda,  Qars  məsələsi  ilə  bağlı  meydana  çıxan 

mübahisələr  Batumla  bağlı  birgə  müraciətin  Ali  Şuraya  təqdim  edilməsinə  mane 

oldu.  London  konfransında  Antanta  ölkələrinin  xarici  işlər  nazirləri  Qars 

vilayətinin 

Ermənistana 

verilməsi 

haqqında 

təklif 

hazırlamışdılar. 



Azərbaycanlıların  nöqteyi-nəzərincə,  əgər  Qars  Türkiyədən  alınarsa,  yaxşı  olardı 

ki,  onu  Ermənistana  deyil,  Gürcüstana  birləşdirsinlər.  Ona  görə,  Azərbaycan 

                                                        

1338


 З.Авалов. Независимость Грузии в международной политике, с.262 

1339


 Yenə orada, s.262 

1340


 З.Авалов. Независимость Грузии в международной политике, с.262 

385 

 

nümayəndələri bu şərtlə Batumla bağlı müraciətə imza atacaqlarını bildirirdilər ki, 



Gürcüstan Ali Şuradan Qars vilayətinin ona verilməsini tələb etsin.

1341


 Lakin gürcü 

nümayəndələri buna razı olmadılar. 

Ermənilərin  əsassız  iddiaları  nəticəsində  Cənubi  Qafqazdakı  status-kvo 

London  konfransında  təsdiq  edilmədi.  Ermənistan  nümayəndə  heyətinin  başçısı 

A.Ağaronyan  təklif  edirdi  ki,  yerlərdə  sərhədlər  məsələsini  həll  etmək  mümkün 

olmadığı  üçün  onu,  yəni  Cənubi  Qafqaz respublikalarının sərhədlərinin  müəyyən 

edilməsi məsələsini Avropada, müttəfiqlərin köməkliyi ilə həll etmək lazımdır. Bu 

təkliflə nə azərbaycanlılar, nə də gürcülər razılaşdılar. Azərbaycan nümayəndələri 

bildirdilər  ki,  daşnak  hökuməti  qəsdən  yerlərdə  vəziyyəti  gərginləşdirir  ki, 

sərhədlər  məsələsinin  Qafqazda  həll  edilə  bilməməsinə  avropalıları  inandırsın. 

Ermənilər  yaxşı  bilirdi  ki,  konfransda  vəziyyət  onların  xeyrinədir.  Ona  görə 

Azərbaycan və gürcü nümayəndələri birgə qərara gəldilər ki, sərhədlər məsələsinin 

Paris, yaxud Londonda həll edilməsinə etiraz etməlidirlər və təkid etməlidirlər ki, 

Cənubi  Qafqaz  respublikalarının  sərhədləri  məsələsi  onların  özləri  tərəfindən 

yerlərdə  həll  edilsin.  Gürcülərin  təklifi  ilə  belə  bir  razılıq  əldə  edildi  ki,  hər  üç 

respublikanın  paytaxtlarına  teleqram  göndərilərək  məlumat  verilsin  ki,  arbitraj 

komissiyası  yaradıb,  sərhədlər  məsələsini  həll  etsinlər,  əgər  bu  müsbət  nəticə 

verməsə, onda sərhədlər məsələsinin müzakirəsi Avropaya keçirilsin.

1342

 

Paris Sülh konfransında olduğu kimi, Ali Şuranın  London konfransında da 



Azərbaycan nümayəndələri ilə erməni nümayəndələri arasında ciddi ixtilaflar var 

idi.  Xüsusilə,  kamalçılar  hərəkatının  genişlənməsi  erməniləri  bərk  narahat  etdiyi 

üçün, onlar Avropa siyasi dairələrinə belə bir fikir təlqin edirdilər ki, guya, Türkiyə 

ilə  Azərbaycan  arasında  gizli  hərbi  saziş  mövcuddur.  Çox  ehtimal  ki,  məhz, 

ermənilərin  səyi  nəticəsində  İngiltərənin  "Tayms"  qəzeti  mart  ayının  20-də 

Azərbaycanla Türkiyə arasında guya gizli hərbi sazişin olduğu barədə məlumat çap 

etmişdi.

1343 


Çox  maraqlıdır  ki,  "Tayms"  qəzetinin  məlumatı  Qarabağda  qaldırılan 

erməni  qiyamı  ilə  eyni  günə  düşürdü.  Azərbaycan  hökumətinin  nümayəndəsi 

general Kərimovla Osmanlı  dövlətinin nümayəndəsi Cavad paşa arasında 1920-ci 

ilin  fevral  ayında  İstanbulda  gizli  şəkildə  imzalanmış  sazişin  fransız  hərbi 

missiyasının əlinə keçməsi bu şübhələri daha da artırmışdı.

1344


 

Mart  ayının  20-dən  başlayaraq,  ermənilər  Qars  və  Azərbaycanla  sərhəd 

rayonlarda  da  müsəlman  əhalisinə  qarşı  hərbi  əməliyyatlara  başlamışdılar. 

Azərbaycan  Respublikasının  İrandakı  diplomatik  nümayəndəsi  A.Ziyadxanov 

respublika Xarici İşlər Nazirliyinə göndərdiyi məruzədə yazırdı: "Mart ayının 20-

                                                        

1341

 Yenə orada, s.262 



1342

 З.Авалов. Независимость Грузии в международной политике, с.263 

1343

 The Times, 1920, 20 March. 



1344

 P.O. Le Chef d'Etat-Major Général Illisible - Le Général Franchet d'Esperey, Commandant en Chef 

les Armées en Orient, à Monsieur le Ministre de la Guerre, Copie pour: A.E., Mal Foch. Le 14 février 

1920.// Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 193-194 

 


386 

 

dən  başlayaraq, mən  erməni hərbi hissələrinin  Naxçıvan  və  Ordubad rayonlarına 



mütəşəkkil  hücumları  barədə  Naxçıvandan  və  İranın  müxtəlif  yerlərindən 

teleqramlar almışam. Bu teleqramlarda göstərilir ki, İran erməniləri də hücumlarda 

iştirak edirlər. Тор atəşləri xüsusi dağıntılara səbəb olur. Yerli əhali öz torpaqlarını 

qəhrəmancasına  qoruyur,  lakin  tezliklə  kömək  göndərilməsini  xahiş  edirlər...  Bu 

işlərdə  İran  ermənilərinin  iştirak  etməsi  ilə  bağlı...mən  İran  hökuməti  qarşısında 

məsələ  qaldırmışam.  Eyni  zamanda  ermənilərin  bu  rayonda  hücumları  haqqında 

mən Tehranda olan İngiltərə, Amerika, Fransa səfirlərinə məlumat vermişəm".

1345


 

Azərbaycan-Türkiyə  gizli  hərbi  sazişinin  olduğuna  Avropa  ictimaiyyətini 

inandırmaq üçün ermənilər belə məlumatlar yayırdılar ki, vaxtilə Bakının tutulması 

əməliyyatına  komandanlıq  etmiş  Nuru  paşa  guya  Qarabağdadır.  Bu  məlumatlar 

Qafqazda  olan  Fransa  hərbi  missiyası  vasitəsi  ilə  Avropa  siyasi  dairələrinə 

çatdırılırdı.

1346

  Azərbaycan  xarici işlər naziri  Xan  Xoyski  Ermənistan hökumətinə 



göndərdiyi  notada  bunun  şayiə  olduğunu  göstərsə  də,  vəziyyətin  süni  şəkildə 

gərginləşdirilməsi  üçün  ermənilər  belə  təxribatlardan  bacarıqla  istifadə  edirdilər. 

Bu  şayiələrin  yayılmasında  əsas  məqsədlərdən  biri  Azərbaycanı  müttəfiqlərin 

yardımından  məhrum  etmək  idi.  Ə.M.Topçubaşov  Parisdə  müttəfiq  dövlətlərin 

səlahiyyətli  nümayəndələrinə  nota  təqdim  edərək  bu  şayiələri  qətiyyətlə  rədd 

etdi.


1347

  O,  Azərbaycan  ətrafında  yaranmış  böhranlı  vəziyyətlə  əlaqədar,  xüsusilə 

Şimal  təhlükəsi  ilə  bağlı  respublika  xarici  işlər  nazirliyindən  geniş  məlumat 

aldığından  Müttəfiqlər  tərəfindən  Azərbaycana  yardım  göstərilməsi  üçün 

fədakarlıqla  çalışırdı.  Azərbaycan-Türkiyə  gizli  hərbi  sazişi  haqqında  məlumatlar 

yayıldıqdan  sonra  Parisdə  olan  erməni  nümayəndələri  Azərbaycana  etibar 

etmədiklərini  bildirdilər  və  1919-cu  ilin  noyabrında  Azərbaycanla  Ermənistan 

arasında Tiflisdə imzalanmış müqavilənin onlar üçün əhəmiyyətini itirdiyini qeyd 

etdilər.

1348


 Göründüyü kimi, "Tayms" qəzetində martın 20-də çap edilən məlumat, 

eynilə həmin gün Qarabağda erməni qiyamı, Naxçıvan və Ordubada qarşı başlanan 

hərbi  əməliyyatlar,  bunlarla  bir  vaxtda  Londondakı  erməni  nümayəndələrinin 

1919-cu  il  noyabr  sazişindən  imtina  etmələri  eyni  bir  niyyətdən  irəli  gəlirdi. 

London  konfransında  Cənubi  Qafqaz  respublikaları  haqqında  müzakirələr  başa 

çatdırılmadı  və  qarşıdakı  San-Remo  konfransına  keçirildi.  Müttəfiqlərin  London 

konfransının müzakirələrinə  qatılan  Azərbaycan  nümayəndələri  1920-ci  ilin mart 

ayının  3-də  Londondakı  Valter  Cons  Skulda  Azərbaycanın  tarixi  və  iqtisadi 

həyatına  dair  maraqlı  bir  konfrans  keçirdilər.  Konfrans  iştirakçılarına  professor 

                                                        

1345

  Azərbaycan  Respublikasının  İrandakı  diplomatik  nümayəndəsi  A.Ziyadxanovun  Xarici  İşlər 



Nazirliyinə məruzəsi. Mart 1920. //ARDA, f.970, s.l, i.127, v.2 

1346


 Secret Télégramme chiffré Constantinople, General Mangin à Guerre. Le  5 Mars 1920.// Ministère 

des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 217 

1347

 T.Swietochowski. Russian Azerbaijan, p.162 



1348

 З.Авалов. Независимость Грузии в международной политике, с.263 



387 

 

Montberand  Azərbaycan  haqqında  geniş  məlumat  verdi.



1349

  Parisə  qayıtdıqdan 

sonra  Londonda  keçirilmiş  konfrans  barədə  Azərbaycan  nümayəndələri 

informasiya bülletenində geniş məlumat dərc etdilər. 

Azərbaycan  istiqlaliyyətinin  tanınması  və  London  konfransında  cərəyan 

edən  hadisələr  təcili  surətdə  Avropa  ölkələri  və  Amerikaya  Azərbaycan 

Respublikasının diplomatik missiyalarının göndərilməsini zəruri edirdi. Bu məsələ 

hələ tanınmadan əvvəl Azərbaycan hökumətinin diqqət mərkəzində idi və hökumət 

hələ  yanvar  ayının  7-də  Qərbi  Avropa,  Amerika,  Polşa  və  keçmiş  Rusiya 

imperiyası hüdudlarında yaradılmış yeni dövlətlərə diplomatik missiya göndərmək 

barədə qərar qəbul etmişdi. Lakin az  sonra Azərbaycanın istiqlaliyyəti Paris Sülh 

konfransı tərəfindən tanındıqdan sonra vəziyyət yaxşılığa doğru dəyişdi və

 

Avropa, 


Amerika  ölkələri  ilə  beynəlxalq  hüquqda  nəzərdə  tutulan  formalarda  diplomatik 

münasibətlər yaratmaq zərurəti meydana çıxdı. 

Mart  ayının  5-də  hökumət  öz  iclasında  bu  məsələni  müzakirə  edərək, 

Avropa  və  Amerikaya  altı  diplomatik  nümayəndə  heyətinin  göndərilməsi  barədə 

qanun layihəsi hazırlayıb parlamentin müzakirəsinə verdi. Eyni zamanda hökumət, 

Paris  Sülh  konfransı  öz  işini  başa  çatdırdığı  üçün  konfransda  olan  Azərbaycan 

nümayəndəliyinin  ləğv  edilməsini  də  irəli  sürürdü.  Hökumətin hazırladığı  "Qərbi 

Avropa  və  Amerikada  Azərbaycan  Respublikasının  diplomatik  missiyalarının 

yaradılması  və  Paris  Sülh  konfransındakı  Azərbaycan  nümayəndəliyinin  ləğv 

edilməsi  haqqında"  qanun  layihəsində  göstərilirdi:  1.  Bu  ilin  1  aprelindən 

başlayaraq  Fransa  Respublikası,  Böyük  Britaniya,  İsveçrə  Respublikası,  İtaliya, 

ABŞ  və  Polşa  Respublikası  hökumətləri  yanında  Azərbaycan  diplomatik 

missiyaları  təsis  edilsin.  2.  Fransa  hökuməti  yanında  təsis  edilən  Azərbaycan 

diplomatik missiyası Parisə gəldikdən sonra, hökumətin 1918-ci il 28 dekabr tarixli 

qərarı  ilə  yaradılmış  Paris  Sülh  konfransındakı  Azərbaycan  nümayəndəliyi  ləğv 

edilsin. 3. Yuxarıda adları çəkilən altı diplomatik missiyanın fəaliyyəti üçün aprel 

ayının  1-dən  etibarən  altı  ay  müddətinə  88.320  funt  sterlinq  həcmində  vəsait 

buraxılsın.

1350

  Polşadan  başqa  qalan  beş  nümayəndəliyin  hər  biri  dörd  nəfərdən: 



diplomatik  nümayəndədən,  iqtisadi-texniki  məsələlər  üzrə  mütəxəssis  olan 

məsləhətçidən,  katib  və  tərcüməçidən  ibarət  olmalı  idi.  Polşaya  göndəriləcək 

missiya bilavasitə Polşa hökuməti ilə yanaşı Latviya, Litva, Ukrayna, Estoniya və 

Finlandiya  dövlətləri  ilə  də  siyasi-iqtisadi  münasibətlərdə  Azərbaycan 

Respublikasını  təmsil  edəcəyindən,  bu  missiyanın  altı  nəfər  olması  nəzərdə 

tutulurdu. Bütün altı nümayəndəlik ilə sistematik əlaqə saxlamaq üçün xarici işlər 

                                                        

1349


  Une  Conference  sur  l'Azerbaidjan  devant  les  Etudiants  anglais.  //  Bulletin  D'informations 

L'Azerbaidjan. Paris, 15 Mars 1920, № 11, p.5 

1350

 "Qərbi Avropada və Amerikada Azərbaycan Respublikasının diplomatik missiyalarının yaradılması 



və  Paris  Sülh  konfransındakı  Azərbaycan  nümayəndəliyinin  ləğv  edilməsi  haqqında"  qanun  layihəsi. 

05.03.1920. //ARDA, f.970, s.l, i.221, v.3  

 


388 

 

nazirliyi  hər  missiya  üçün  ayrıca  diplomatik  kuryer  ayrılmasını  nəzərdə 



tutmuşdu.

1351


 

Avropa ölkələrinə və ABŞ-a diplomatik nümayəndəlik göndərmək haqqında 

qanun  layihəsi  bir  qədər  gec,  aprel  ayının  15-də  Azərbaycan  Parlamentində 

müzakirə  edildi.  Qanun  layihəsi haqqında  parlament  üzvü  M.Əfəndizadə  məruzə 

etdi. Parlamentin iclasında çıxış edən xarici işlər naziri Xan Xoyski layihə ilə bağlı 

bəzi  məsələləri  izah  etdi.  О  dedi:  "Əlbəttə,  biz  arzulayırıq  ki,  dünyanın  bütün 

dövlətlərində öz nümayəndəmiz olsun, təəssüf ki, Azərbaycan elə vəziyyətdədir ki, 

bütün  dövlətlərə  öz  nümayəndələrini  göndərə  bilməz.  Ona  görə  də,  hökumət  ən 

nüfuzlu ölkələrə missiya göndərilməsi ilə məhdudlaşmağı qərara aldı. Нər şeydən 

əvvəl,  İngiltərə,  Fransa,  İtaliya  və  Amerikaya  missiyalar  göndərilir.  Bunlar  о 

dövlətlərdir ki, təkcə Avropada deyil, bütün dünyada həlledici rol oynayırlar. Sonra 

İsveçrəyə missiya göndərilməsi nəzərdə tutulub. Bu ölkə elə bil ki, bütün dünyanın 

mərkəzi hesab edilir. Hər cür beynəlxalq konfransların böyük bir hissəsi İsveçrədə 

keçirilir. Kiçik İsveçrədə cərəyan edən hadisələr bəzən dünya siyasətinin gedişinə 

təsir  göstərir.  Ona  görə  də  hökumət  bu  ölkədə  diplomatik  missiyanın  olmasını 

zəruri  hesab  edir.  Nəhayət,  Polşaya  missiya  göndərilir.  Azərbaycanla  Litva, 

Latviya,  Finlandiya,  Estoniya,  Rumıniya  və  digər  ölkələr  arasında  sıx  əlaqələr 

yaratmaq  bu  missiyanın  vəzifəsidir.  Göründüyü  kimi,  bu  missiyanın  işi 

digərlərindən  çoxdur,  ona  görə  də  Polşaya  gedən missiyanın  üzvlərinin  sayını  iki 

nəfər  artırmışıq".

1352

  Eyni  zamanda  Xan  Xoyski  bildirdi  ki,  bu  missiyalar 



müvəqqəti,  altı  aylıq  müddət  üçün  nəzərdə  tutulmuşdur,  bu  müddət  ərzində 

hökumət  hansı  ölkədə  daimi  diplomatik  nümayəndəlik  təsis  etmək  məsələsini 

dəqiqləşdirməli  idi.  Parlament  iclasında  çıxış  edən  "Hümmət"  fraksiyasının üzvü 

Ə.Q.Qarayev  Sovet  Rusiyasına  diplomatik  missiya  göndərilmədiyi  üçün  qanun 

layihəsini  kəskin  şəkildə  tənqid  etdi.  О  dedi:  "Mən  bilmək  istəyirəm  bizim 

hökumətin  dostluq  münasibətləri  qurmaq  istədiyi  dövlətlər  içərisində  nə  üçün 

Sovet  Rusiyası  yoxdur.  Nə  üçün  bütün  imperialist  dövlətlərinə  missiya 

göndərərkən, siz öz həqiqi dostumuzu unudursunuz".

1353

 Ə.Qarayevin çıxışı zalda 



böyük etiraza səbəb oldu. Xan Xoyski ona verdiyi kəskin cavabda deyirdi: "Mən 

bilmirəm  çıxış  edən  natiq,  həqiqətən  müzakirə  edilən  məsələdən  danışır,  yoxsa 

demaqogiya ilə məşğuldur. Bizə deyirlər ki, nə üçün biz Sovet Rusiyası ilə dostluq 

münasibətləri  yaratmaq  istəmirik.  Biz  həmişə  xalqımızın  böyük  rus  xalqı  ilə  sıx 

yaxınlığı fikrində olmuşuq və oluruq. Əgər bu dostluq yoxsa, bu bizim günahımız 

deyil. Biz üç dəfə Sovet Rusiyasına dostluq münasibətləri qurmaq üçün danışıqlara 

getməyə hazır olduğumuzu təklif etmişik. İndiyə qədər bizim təklifimiz diqqətdən 

kənarda qalıb. Çıxış edən natiq nahaq уеrə bizi günahlandırır. Əgər o, istəyirsə ki, 

bizimlə  Rusiya  arasında  dostluq  münasibətləri  yaradılsın,  qoy  onda  o,  öz 

                                                        

1351

 Yenə orada, v.6 



1352

 Azərbaycan parlamentinin iclasının stenoqramı. 15.04.1920. //ARDA, f.895, s.l, i.294, v.6  

1353

 Yenə orada, v.12 



389 

 

həmfikirlərini  /Sovet  Rusiyasını  -  C.H./  danışıqlara  getməyə  məcbur  etsin.  Bizə 



göstəriş vermək lazım deyil, göstərişi о kəslərə vermək lazımdır ki, indiyə qədər bu 

məsələnin həllini yubadırlar". Qanun layihəsinin müzakirəsi ilə bağlı A.Səfikürdski 

və Q.Qarabəyov öz fraksiyalarının adından bəyanat verdilər ki, onların fraksiyaları 

müzakirə edilən qanun layihəsini almayıblar və ona görə də, onu müzakirə etmək 

imkanları olmamışdır. Нər iki fraksiyanın /sosialist və ittihad/ nümayəndəsi təklif 

etdi ki, qanun layihəsinin müzakirəsini gələn iclasa saxlasınlar. Müsavat fraksiyası 

adından  çıxış  edən  A.Əminov  bildirdi  ki,  onlar  qanun  layihəsinin  müzakirəsinin 

gələn iclasa keçirilməsinə etiraz etmirlər.

1354 

Dörd gün sonra parlament aprel ayının 



19-da  yenidən  bu  məsələyə  qayıtdı  və  Böyük  Britaniya,  Fransa,  İtaliya,  ABŞ, 

İsveçrə  və  Polşa  /Latviya,  Litva,  Estoniya,  Finlandiya,  Ukrayna,  Rumıniya/, 

Almaniya və Rusiyada diplomatik nümayəndəlik təsis etmək haqqında qanun qəbul 

etdi.


1355

  Rusiyaya  diplomatik  nümayəndəlik  göndərmək  məsələsi  ilə  bağlı  qeyd 

etmək  lazımdır  ki,  aprel  ayının  17-də  RSFSR  xarici  işlər  nazirinin  müavini 

L.M.Qaraxandan  teleqram  alınmışdı  ki,  Sovet  Rusiyası  Azərbaycanla  ticarət-

iqtisadi  əlaqələr  yaratmağa  razıdır.  Rusiya  ilə  danışıqlar  aparmaq  üçün 

nümayəndəliyin  təxmini  heyəti  də  müəyyən  edildi.  Bura  Ağa  Əminov  /sədr/, 

R.Rzayev, R.Vəkilov, M.Məlikov daxil idilər.

1356 


Aprel ayının 21-də isə hökumətin 

işlər  müdiri  Pərviz  Mirzə,  parlament  üzvləri  R.Vəkilov  və  Ə.Pepinovdan  ibarət 

Azərbaycan  nümayəndə  heyəti  Azərbaycanla  Dağıstan  hakimiyyət  orqanları 

arasında qarşılıqlı münasibətlər yaratmaq üçün Şimali Qafqaza yola düşdülər.

1357

 

1920-ci  ilin  aprel  böhranı  ərəfəsində  Azərbaycan  Respublikasının 



beynəlxalq  aləmdən  təcrid  edilməsi  artıq  aradan  qaldırılmış  və  onun  diplomatik 

cəhətdən geniş tanınması dövrü başlanmışdı. Azərbaycan Respublikası Gürcüstanla 

/səlahiyyətli  nümayəndə  F.Vəkilov/,  Ermənistanla  /səlahiyyətli  nümayəndə 

Ə.Haqverdiyev/,  İranla  /diplomatik  nümayəndə  A.Ziyadxanov/,  Türkiyə  ilə 

/səlahiyyətli nümayəndə Y.V.Çəmənzəminli/ rəsmi diplomatik əlaqələr saxlayırdı. 

Azərbaycanın  Batum  konsulluğuna  M.Əfəndiyev,  Türküstandakı  siyasi 

nümayəndəliyinə A.Sadıqov başçılıq edirdi.

1358


 

Öz növbəsində Azərbaycanda da artıq bir çox xarici dövlətlərin diplomatik 

missiyaları  fəaliyyət  göstərirdi.  İngiltərə  /vitse-konsul  Tevelk/,  Belçika  /konsul 

Ayvazov/,  Yunanıstan  /konsul  Kusis/,  Ermənistan  /səlahiyyətli  nümayəndə 

U.A.Bekzadyan/,  Gürcüstan  /səlahiyyətli  nümayəndə  N.S.Alişbaya/,  Danimarka 

/konsul  Z.F.Bmerinq/,  İtaliya  /konsul  L.Qrikurov/,  Litva  /konsul  agenti 

V.İ.Miskeviç/,  İran  /səlahiyyətli  nümayəndə  Səədül-Vəzir/,  Polşa  /konsul  agenti 

S.Rılski/, ABŞ /vitse-konsul Randolf/, Ukrayna /vitse-konsul Qolovan/, Finlandiya 

                                                        

1354


 Yenə orada,v.l5 

1355


 Азербайджан, 1920, 28 апреля; ARDA, f.970, s.l, i.224, v.4  

1356


 Yenə orada, v.4 

1357


 Yenə orada, v.5 

1358


 H.Baykara. Azerbaycan İstiklal mücadilesi tarihi, s.284 

390 

 

/konsul  agenti  Beçelius/,  Fransa  /konsul  agenti  Yemelyanov/,  İsveçrə  /konsul 



Klettyü/,  İsveç  /konsul  Vander  Pluq/  diplomatik  nümayəndələri  artıq  tam 

səlahiyyətlə  fəaliyyətə  başlamış,  Yaponiya  hökuməti  Azərbaycanla  diplomatik 

münasibətlər  yaratmağa  hazır  olduğunu  bildirmiş,  Vatikan  isə  Antuan  Delabus 

başda olmaqla öz nümayəndələrini Bakıya göndərmişdi.

1359

 

Нələ  nə  qədər  ki,  Avropa  ölkələrinə  diplomatik  nümayəndəliklər 



göndərilməmişdi,  Ə.M.Topçubaşov  başda  olmaqla  Azərbaycan  Sülh  nümayəndə 

heyəti  Versal  Ali  Şurasının  keçirdiyi  beynəlxalq  tədbirlərdə  Azərbaycan 

Respublikasını  təmsil  edirdi.  London  konfransından  sonra  müttəfiqlər  Paris  Sülh 

konfransında yarımçıq qalmış məsələləri müzakirə etmək üçün aprel ayının 19-26-

da  San-Remoda  /İtaliya/  toplaşdılar.  San-Remo  konfransında  Fransadan  Mileran, 

İngiltərədən Lloyd Corc, İtaliyadan Nitti, Yaponiyadan Matsiu iştirak edirdi. ABŞ 

nümayəndələri konfransda müşahidəçi kimi təmsil edilmişdi.

1360


 Yunan və Belçika 

nümayəndələri  isə  yalnız  öz  mənafeləri  ilə  bağlı  məsələlərin  müzakirəsinə 

gəlirdilər.  Konfransda  Azərbaycan  nümayəndələrini  maraqlandıran  bir  sıra 

məsələlər  -  Batum  məsələsi,  neft  məsələsi,  Türkiyə  ilə  hazırlanan  sülh 

müqaviləsinin  ilkin  layihəsi  və  Türkiyə-  Ermənistan  sərhədləri,  Cənubi  Qafqaz 

respublikalarının sərhədləri, habelə rus məsələsi və Cənubi Qafqaz respublikalarına 

yardım göstərilməsi məsələsi müzakirə ediləcəkdi. 

Нələ  konfrans  ərəfəsində  Qafqaz  respublikaları  ilə  bəzi  məsləhətləşmələr 

aparmaq  və  xüsusilə,  San-Remo  konfransına  qədər  bu  respublikalar  arasında 

müxtəlif məsələlərə münasibətdə həmrəylik yaratmaq məqsədi ilə Böyük Britaniya 

öz  Xarici  İşlər  Nazirliyinin  nümayəndəsi  Robert  Vansittartı  Parisə  göndərmişdi. 

Aprel ayının 13-də İngilis nümayəndəsinin yerləşdiyi Kampbel mehmanxanasında 

N.Çxeidze,  Ə.M.Topçubaşov,  Boqos-Nubaryan  və  A.Ağaronyanın  iştirakı  ilə 

müşavirə  keçirildi.  Müşavirədə  R.Vansittart  çıxış  edərək  bildirdi:  "Mən  üzərimə 

qoyulan  vəzifəni  yerinə  yetirmək  üçün  Parisə  gəlmişəm  ki,  sizinlə  bəzi  ümumi 

məsələlərinizi  dostcasına  müzakirə  edək."  O,  dedi:  "Ali  Şurada  çoxları  bu 

fikirdədir ki, Cənubi Qafqaz respublikalarının heç bir gələcəyi yoxdur, çünki onlar 

vəziyyəti  sabitləşdirməkdə  həmrəy  olmağa  qadir  deyildirlər...  həqiqətən,  çox  şey 

bu  fikri  təsdiq  edir.  Məsələn,  bizə  məlumdur  ki,  hər  üç  Cənubi  Qafqaz 

respublikasının  Batum  haqqında  tamamilə  bir-birindən  fərqlənən  fikri  vardır.  Və 

digər  mübahisəli  məsələlər  də  çoxdur.  Bir  az  əvvəl  Londonda  Topçubaşovun 

təqdim  etdiyi  memorandumla  tanış  olduqdan  sonra  mən  fikirləşdim  ki,  orada 

yüksək dövlət xadiminə layiq ideya irəli sürülüb".

1361


 

Azərbaycan  hökuməti  bu  fikirdə  idi  ki,  respublikanın  Qərb  ölkələri  ilə 

ticarət  əlaqələrini  inkişaf  etdirmək  üçün  Gürcüstan  ərazisindən  azad  tranzit  kimi 

istifadə edilməsi Versal Sülh Müqaviləsinin 89-cu paraqrafı ilə tənzimlənməlidir. 

                                                        

1359


 Адрес Календарь Азербайджанской Республики, с.7-8 

1360


 История дипломатии. Т.3, с.210 

1361


 З.Aвалов. Независимость Грузии в международной политике, с.265-266 

391 

 

Versal  Sülh  Müqaviləsi  Çexoslovakiyanın  dənizə  çıxış  yolunu  Hamburqdan, 



Polşanın dənizə çıxış yolunu Dansiqdən, Buxarest sülhü isə Serbiyanın dənizə çıxış 

yolunu  Salonikidən  təmin  etdiyi  kimi,  Azərbaycanın  dənizə  çıxış  yolu  da  Versal 

Müqaviləsinin  89-cu  paraqrafına  uyğun  olaraq,  Batumdan  təmin  edilməli  idi.

1362


 

Bundan  əlavə,  Londonda  Britaniya  Xarici  İşlər  Nazirliyinə  təqdim  etdiyi 

memorandumda  Əli  Mərdan  bəy  təklif  edirdi  ki,  mübahisəli  ərazilərə  Cənubi 

Qafqaz  respublikaları  birgə  nəzarət  etsinlər.

1363

  Lakin  Ə.M.Topçubaşovun 



ingilislər  tərəfindən  bəyənilən  bu  təklifi  gürcülər  və  ermənilərin  etirazına  səbəb 

oldu.  Ermənilər  Azərbaycanın  Batuma  olan  iddiasını  tamamilə  inkar  edirdilər, 

gürcülər  isə  qonşu  respublikaların  limandan  istifadə  hüququnu  saxlamaqla 

Batumun  şəriksiz  olaraq  onlara  verilməsini  tələb  edirdilər. R.Vansittart  gürcülərə 

bildirdi ki, müttəfiqlərin Batum üzərində Gürcüstanın suverenliyini tanımağa onun 

ümidi çox azdır.

1364

 Britaniya nümayəndəsinin bu fikri onunla bağlı idi ki, Batum 



əslində  ingilislərin  nəzarətində  idi  və  bolşeviklərin  əlindən  qaçan  ağ  ruslar  ora 

doluşmuşdular. N.Jordaniya sonralar yazırdı: "Batum və onun ətrafı demək olar ki, 

ağqvardiyaçılara  verilmişdi,  İngiltərənin  Gürcüstanda  nümayəndəsi  bizim 

dostumuz  Uordropun  olmasına  baxmayaraq,  Batuma  münasibətdə  bizə  qarşı  hər 

cür maneələr yaradılırdı".

1365


 

Aprel ayının 15-də üç respublikanın nümayəndələri birlikdə, ayın 16-da isə 

yenidən  ingilis  nümayəndəsinin  iştirakı  ilə  Batum  məsələsini  müzakirə  etdilər. 

İngilis  nümayəndəsi  Qafqaz  respublikalarının  nümayəndələrinə  açıq  şəkildə 

bildirdi  ki,  Cənubi  Qafqaz  respublikaları  arasında  mübahisələrin  həll  edilməməsi 

müttəfiqlərin ora silah göndərilməsinə maneçilik törədən başlıca məsələdir. О dedi 

ki,  müttəfiqlər  "ehtiyat  edirlər  ki,  sizə  göndərilən  silah  qarşılıqlı  çəkişmələrinizə 

xidmət etsin".

1366

 

R.Vansittartın  ciddi  cəhdlərinə  baxmayaraq,  Qafqaz  respublikaları  nə 



Batum, nə də digər mübahisəli məsələlərdə razılığa gəlmədilər. Нər üç nümayəndə 

heyəti  konfransda  çıxış  etmək  üçün  San-Remoya  yola  düşdü.  Konfransın  ikinci 

günü  müttəfiqlər  Ermənistanda  40  minlik  ordu  yaradılması  məsələsini  müzakirə 

etdilər  və  Ermənistan  mandatının  Norveçə  verilməsi məsələsinə toxundular,  lakin 

Norveç  bundan imtina etdikdə yenidən həmin mandatın götürülməsi ABŞ-a təklif 

edildi.  Konfransın  keçirildiyi  günlərdə,  aprel  ayının  23-də  ABŞ  Ermənistanı  de-

fakto  tanısa  da,  lakin  mandatın  qəbul  edilməsi  məsələsi  çox  uzadıldı.  Uzun 

süründürmələrdən  sonra,  iyun  ayının  1-də  Konqres  Ermənistan  mandatı  ilə  bağlı 

hökumətin  təqdim  etdiyi  təklifi  rədd  etdi.  O.Kaçaznuni  1923-cü  ildə  Buxarestdə 

                                                        

1362

 ARDA, f.28, s.1, i.42, v.35 



1363

 Mir Yacoub. Le probleme du Caucase, p.133 

1364

 З.Авалов. Независимость Грузии в международной политике, с.266 



1365

 Н.Жордания. Моя жизнь, с. 106 

1366

 З.Авалов. Независимость Грузии в международной политике, с.268 



 

392 

 

nəşr  edilmiş  geniş  həcmli  "Daşnaksutyuna  bir  iş  qalmadı"  məruzəsində  yazırdı: 



"Şimali  Amerika  Birləşmiş  Ştatlarının  Senatı  Ermənistan  üzərində  mandatı 

götürməkdən  imtina  etdi,  о  mandatı  ki,  biz  nə  qədər  böyük  ümidlər 

bəsləyirdik".

1367


  U.Çörçil  də  qeyd  edir  ki,  böyük  dövlətlər  tərəfindən  erməni 

məsələsinin həll ediləcəyinə təntənəli şəkildə verilən vədlər kağız üzərində qaldı. 

Heç  bir  ölkə Ermənistan  üzərində  mandatı  götürmək  istəmirdi.  Britaniya,  İtaliya, 

Amerika, Fransa onu tumarlayır və yalnız asta-asta başlarını yırğalayırdılar. 1920-

ci  ilin  mart  ayının  12-də  Ali  Şura  bu  mandatı  Millətlər  Cəmiyyətinə  təklif  etdi. 

Lakin vəsaiti və canlı qüvvəsi olmayan Cəmiyyət ağıllı hərəkət edərək qəti surətdə 

ondan imtina etdi.

1368


 

Aprelin  20-də  erməni  məsələsinin  San-Remo  konfransında  müzakirə 

edilməsi  ermənilərin öz qonşularına olan təkəbbürlü münasibətini daha da artırdı. 

Cənubi Qafqaz respublikalarının sərhədləri məsələsini Avropada öz xeyirlərinə həll 

etmək üçün onlar yerlərdə sabitliyi pozur və yerlərdən teleqramlar göndərilməsinə 

nail olurdular ki, sərhədlər məsələsi Ali Şura tərəfindən həll edilsin. Mart ayında 

ermənilər  qiyam  qaldırıb,  Qarabağda  sabitliyi  pozduqdan  sonra  Tiflisdə  olan 

Fransa  nümayəndəsi  Parisə  göndərdiyi  teleqramda  yazırdı  ki,  Qarabağ  məsələsi 

burada  həll  edilə  bilməz,  onu  həll  etmək  üçün  Antanta  Ali  Şurası  ən  ciddi  ölçü 

götürməlidir.

1369

 Buna uyğun olaraq, ABŞ San-Remo konfransına təklif etmişdi ki, 



Ermənistanın  Azərbaycan  və  Gürcüstanla  olan  sərhədləri  Antanta  Ali  Şurası 

tərəfindən müəyyən edilməlidir. Lakin konfrans buna getmədi. Lloyd Corc təkidlə 

göstərdi  ki,  burada  bu  məsələ  üzərində  dayanmağa  heç  bir  zərurət  yoxdur. 

Ermənistanın  Azərbaycan  və  Gürcüstanla  sərhədləri  qarşılıqlı  saziş  əsasında  bu 

respublikaların özləri tərəfindən həll edilməlidir.

1370


 

Türkiyə  ilə digər  müsəlman  ölkələri arasında  "Böyük  Ermənistan"  dövləti 

yaratmaq  məsələsi  yenidən  San-Remoda  qaldırıldı.  ABŞ  prezidenti  V.Vilson 

"Böyük  Ermənistan"  yaratmaq  barədə  öz  təklifləri  ilə  konfransın  sədri  F.Nittiyə 

müraciət  etmişdi.  Bu  müraciət  konfrans  iştirakçıları  tərəfindən  təriflənsə  də,  son 

anda uğursuzluqla nəticələndi. F.Nitti bu haqda yazırdı: "1920-ci ilin yazında San-

Remoda konfransa sədrlik etdiyim zaman mən Vilsondan odlu-alovlu bir məktub 

aldım. Məktubda o, Antanta dövlətlərini Ərzurum bölgəsini /orada iki-üç erməniyə 

güclə rast gəlmək olar/ və ermənilərin dənizə çıxışını təmin edəcək Trapezundu öz 

içinə qatan Böyük Ermənistan yaratmağa çağırırdı. Məktub məzəmmətlə, danlaqla 

dolu idi. Prezident Vilsonun arzusunda olduğu Ermənistanı yaratmaq üçün əvvəlcə 

gərək о  yerlərdən türkləri və rusları qovub çıxarasan. Yaxşı, kim bunu götürəcək 

öz  boynuna?  Мən  bu  məsələ  barədə  marşal  Foş,  general  Badolye,  feldmarşal 

                                                        

1367

 О.В.Качазнуни. Дашнакцутюн больше нечего делать. Баку, 1990, с.45 



1368

 В.Черчилль. Мировой кризис, с.278 

1369

  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives  Diplomatique,  vol.  639,  folio  4;  ARPİİ 



SPİHDA, ARDA, f.276, s.9, i.15, v.29 

1370


 Д.Ллойд Джордж. Правда о мирных договорах. Т.II, с.443 

393 

 

Vilson  və  digər hərbi  ekspertlərlə  məşvərət  keçirdim.  Hamı  Vilsonun  məqsəd  və 



fikirlərini  təriflədi, lakin nə  İngiltərə, nə  Fransa,  nə də  İtaliya  ağır  bir  vəzifəyə  - 

Ermənistanı öz protektoratlığına qəbul etmək məsələsinə razılıq vermədi... Çünki 

bu, birbaşa türklər, daha sonra isə ruslarla müharibə etmək demək idi. Erməniləri 

öz  protektoratlığına  götürmək  barədə  təklifdən,  çox  hörmətli  bitərəf  dövlət  olan 

Norveç  də  ləyaqətlə  imtina  elədi".

1371


  Yalnız  Lord  Kerzon  təkid  edirdi  ki,  əgər 

Ərzurum  və  Trabzon  Ermənistana  verilərsə,  ermənilər  öz  qüvvələri  ilə  oranı 

müdafiə edə bilərlər. O, Lloyd Corc, Nitti və Mileranı bu ideyaya inandırmaq üçün 

erməni  nümayəndələri  Boqos  Nubaryanı  və  A.Ağaronyanı  Ali  Şuranın 

müzakirələrinə  dəvət  etdi.  F.Nitti  Boqos  Nubaryana  müraciət  edərək  dedi: 

"Ermənistan  Ərzurumu  özünə  qatmaq  istəyirmi  və  o,  özünün  yeni  sərhədlərini 

qorumağa  hazırlaşırmı?  Boqos  Nubar-paşa  belə  hesab  edirmi  ki,  Ermənistan  öz 

ordusunu  yenidən  qurmaq  və  yeni  dövlətin  müdafiəsi  üçün  vəsait  tapmaq 

iqtidarındadır?"  Bir  sual  da  Lloyd  Corc  əlavə  etdi:  "Paşa  belə  hesab  edirmi  ki, 

hazırda türklərin əlində olan Ərzurumu ermənilər tutmaq iqtidarındadır?"

1372

 Bütün 


bu  suallara  cavab  olaraq,  Boqos  Nubar  paşa  müttəfiqləri  əmin  etdi  ki,  ermənilər 

Ərzurumu tutub orada möhkəmlənə bilərlər. O, qeyd etdi ki, Ermənistanın indi 15 

minlik  ordusu  var  və  heç  bir  çətinlik  olmadan  onlar  bu  ordunun  sayını  40  minə 

çatdıra  bilərlər.  Bundan  əlavə,  ABŞ-dan  10  minlik  erməni  legionunun  köməyə 

gəlməyə  hazır  olduğunu  bildirdi.

1373


  Sonra  Lloyd  Corc  Boqos  Nubardan  soruşdu 

ki,  son  əlli-yüz  ildə  elə  bir  vaxt  olubdur  ki,  ermənilər  Ərzurum  vilayətində  sayca 

üstünlük təşkil etsinlər? O, bu suala təsdiqləyici cavab verdi. Lakin dəqiqliyi sevən 

ingilis  baş naziri  əlavə  olaraq  soruşdu  ki,  Boqos  Nubar  bu  bəyanatını rəqəmlərlə 

təsdiq edə bilərmi?

1374


 Boqos Nubar sorğuya müsbət cavab versə də, lakin nə о, nə 

də  digər  erməni  nümayəndəsi  A.Ağaronyan  bu  faktı  rəqəmlərlə  təsdiq  edə 

bilmədilər.  Digər  məsələlərlə  bağlı,  ermənilərin  cavabları  Lloyd  Corcu  və  Nittini 

təmin  etmədi.  Ermənilərin  hərbi  imkanlarını  öyrənən  hərbi  ekspertlər  San-Remo 

konfransına məlumat verdi ki, Ali Şura Ermənistana ordu göndərməmək haqqında 

qərar  qəbul  etmişdir,  ermənilər  yalnız  öz  qüvvələrinə  arxalanmalıdırlar,  belə 

olduqda  onlar  "Türkiyə  Ermənistanı"nı  və  xüsusilə,  Ərzurumu  tuta  bilməzlər.

1375 


Çünki Anadoluda gedən prosesləri yaxından izləyən Antanta hərbi ekspertləri çox 

yaxşı bilirdilər ki, fransız və amerikalılar türklərin yolunu Avropaya, ingilislər isə 

Qara dənizə bağlayandan sonra Ərzurum Türkiyəni müdafiə edən qüvvələrin əsas 

mərkəzi  idi.

1376

  Böyük  dövlətlərin  nümayəndələri  son  anda  başa  düşdülər  ki, 



Türkiyənin  tərkibində  erməni  dövləti  yaratmaq  о  qədər  də  asan  məsələ  deyildir. 

                                                        

1371

 Ф.Нитти. Вырождение Европы, с. 107 



1372

 Д.Ллойд Джордж. Правда о мирных договорах. Т.II, с.434 

1373

 Yenə orada, s.435 



1374

 Yenə orada, s.437 

1375

 Д.Ллойд Джордж. Правда о мирных договорах. Т.II, с.438 



1376

 ARDA, f.970, s.l, i.22, v.28 



394 

 

Uzun  müddət  Türkiyədə  işləyən  fransız  diplomatı  Jül  Kambon  erməniləri  yaxşı 



tanıyır  və  onların  hansı  məqsədlər  güddüyünü  yaxşı  bilirdi.  O,  Qərb  dövlət 

başçılarına  izah  edirdi  ki,  Osmanlı  imperiyasının  hüdudlarında  müstəqil  erməni 

dövləti  yaratmaq  qeyri-mümkündür.  Kambon  yazırdı:  "Ermənilər  bolqar  və 

yunanlar  kimi  təbii  sərhədləri  olan  bir  dövlət  yarada  bilməzlər,  çünki  onların 

ətrafındakı  millətlər  dözə  bilməzlər  ki,  ermənilər  onların  ərazisini  zəbt  etsinlər, 

onları doğma torpaqlarından sıxışdırsınlar... Ermənilər pərakəndə halda Türkiyənin 

bütün  ərazisinə  yayılmışlar,  hətta  Ermənistanın  ərazisinin  özündə  belə  ermənilər 

müsəlmanlarla  qarışıq  halda  yaşayırlar".

1377

  Kambon  qeyd  edirdi  ki,  Türkiyədə 



erməni  dövləti  yaratmaq  üçün  heç  bir  əsas  yoxdur.  Onun  izahatları  Lloyd  Corc, 

F.Nitti,  A.Mileranın  erməni  məsələsinə  daha  ehtiyatla  yanaşmasında  böyük  rol 

oynadı.  Hərbi  ekspertlərin  rəyi  elan  olunduqdan  sonra  Lloyd  Corc  dedi:  "Böyük 

Ermənistan dövləti yaradılmasının məsuliyyətini mən öz üzərimə götürə bilmərəm, 

Parisdə bu məsələlərlə məşğul olan Balfurla mən məsləhətləşdim, Balfur tamamilə 

mənim  fikrimlə  razıdır...  Şəxsən  mən,  bu  fikirdəyəm  ki,  Böyük  Ermənistanın 

yaradılması  Hindistanda  və  bütün  dünyada  arzuolunmaz  əhvali-ruhiyyə  doğura 

bilər".


1378

  Lloyd  Corcun  bu  fikri  Türkiyə  ərazilərini  ələ  keçirmək  arzusunda  olan 

ermənilərin  ümidlərini  tamam  qırdı.  Sonralar  daşnak  liderlərindən  biri 

O.Kaçaznuni etiraf edirdi ki, mənasız və şişirdilmiş tələblər təbii ki, acı məyusluqla 

əvəz olunmalı idi.

1379


 

Türkiyəni  taqətdən  salmaq  üçün  müttəfiqlər  erməni  kartı  ilə  yanaşı,  ərəb 

kartından da istifadə etmək niyyətində idilər. Xristian həmrəyliyindən fərqli olaraq, 

ərəb  kartında  qarşıya  qoyulan  məqsədlərdən  biri  müsəlmanlar  içərisinə  nifaq 

salmaq, bununla da ərəblər vasitəsi ilə Avropa üçün təhlükə təşkil edən Türkiyəni 

məhv etməkdən ibarət idi. İtaliyanın baş naziri, hər üç konfransın iştirakçısı F.Nitti 

qeyd  edirdi  ki,  "Parisdə,  Londonda,  San-Remoda  heyrətamiz  nəzəriyyələr 

müzakirəyə qoyulurdu. Oralarda ərəblərin türklərdən mədəni və ziyalı olmasından, 

türklərin  faktiki  olaraq,  ərəblərin  dininə  sahib  durmasından  söhbət  açır  və  hesab 

edirdilər  ki,  Türkiyəni  məhv  etmək  üçün  təkcə  ərəblərin  ayılması,  ayağa  durması 

bəs  edər.  Niyə  müsəlman  dünyası  birbaşa  Peyğəmbərdən  başlanğıc  olan  Hicaz 

xəlifəsinə  deyil,  bir  neçə  yüz  il  öncə  meydana  çıxan  və  zorakılıqla  qurulub, 

möhkəmlənən  İstanbul  xəlifəsinə  etiqad  etməlidir?  Antantanın  bütün  yaradıcılığı 

məğlub dövlətlərin axırına çıxmaq üzərində qurulmuşdu".

1380

 

Bunun üçün Antanta  dövlətləri Türkiyəni və ərəb xəlifəliyini əvəz edəcək, 



ərəb  dövlətləri  yaratmaq  layihəsini  irəli  sürdülər.  Bu  layihəyə  görə,  Ərəbistan  8 

müstəqil və yarımmüstəqil əyalətə bölünməli, Kürdüstana muxtariyyət verilməklə, 

onun müstəqilliyi elan edilməli idi. Layihədə nəzərdə tutulurdu ki, Hicaz Hüseyn-

                                                        

1377

 Mir Yacoub. Le probleme du Caucase, p.71 



1378

 Д.Ллойд Джордж. Правда о мирных договорах. T.II, с.438 

1379

 О.В.Качазнуни. Дашнакцутюн больше нечего делать, с.44 



1380

 Ф.Нитти. Вырождение Европы, с. 106-107 



395 

 

ibn-Əlinin  hakimiyyətinə  verilsin.  Lord  Kerzon  və  digərlərinin  fikrincə  o,  din 



sahəsində İstanbul Sultanını əvəz etməli idi. 

Batum məsələsi ilə bağlı müzakirələr San-Remoda yenidən davam etdirildi. 

Aprel  ayının  23-də  Azərbaycan  və  gürcü  nümayəndələri  bu  barədə  konfransın 

katibliyinə  birgə  memorandum  təqdim  etdilər  və  aprelin  24-də  isə  ingilis 

nümayəndələri  ilə  bu  məsələni  hər  üç  Qafqaz  respublikaları  Raul 

mehmanxanasında keçirilən müşavirədə müzakirə etdilər. Lord Kerzon ermənilərin 

Batuma olan iddialarının yerinə yetirilməsinə cəhd göstərdi. Ermənilər gürcülərdən 

tələb  edirdilər  ki,  Batum  limanının  bir  hissəsi  onların  ixtiyarına  verilsin, 

Ermənistandan  ora  dəmir  yolu  çəkilməsinə  razılıq  verilsin  və  dəmir  yolu  xətti 

zonası Ermənistan ərazisinin tərkib hissəsi hesab edilsin.

1381

 İngilislər Ermənistanın 



Batum  limanına  çıxıntısı  olmasını  təkid  etsələr  də  və  bunu  lord  Kerzonun  şəxsi 

xahişi  kimi  bildirsələr  də,  N.Çxeidze heç  bir  güzəştə getmədi.  O,  bildirdi  ki,  Ali 

Şurada lord Kerzonun nüfuzu çox  yüksək olsa da, biz öz ictimai fikrimizlə, yerli 

əhalinin  arzusu  ilə  hesablaşmalıyıq.  N.Çxeidzenin  bəyanatından  sonra 

Ə.M.Topçubaşov  qeyd  etdi  ki,  Batumun  yerli  müsəlman  əhalisinin  arzusu  da 

nəzərə  alınmalıdır.

1382 

Müttəfiqlər  Batumu azad liman  elan  etdilər.  Lloyd  Corcun 



xahişi ilə ora Millətlər Cəmiyyətinin iradəsini yerinə yetirmək üçün bir fransız və

 

bir italyan alayı göndərdilər. Azərbaycan Respublikasının Batum limanından azad 



surətdə  istifadə  etmək  hüququ  saxlanıldı.  "Rus  məsələsində"  Kopenhagendə 

başlanan  iqtisadi  danışıqların  davam  etdirilməsi  mümkün  hesab  edildi.

1383

 

Azərbaycan, Gürcüstan və Ermənistana xaricdən hücum olacağı təqdirdə  müdafiə 



qabiliyyətinin  möhkəmləndirilməsi  üçün  yardım  göstərilməsinə  gəldikdə  isə, 

konfransın axırıncı günü müttəfiqlər bildirdilər ki, Cənubi Qafqaz respublikalarına 

yalnız bu halda yardım göstərilə bilər ki, onlar arasında möhkəm sülh və həmrəylik 

olsun.


1384

  San-Remo  konfransında  bu  qərarın  elan  edilməsinin  birinci  qurbanı 

Azərbaycan oldu. Azərbaycan nümayəndə heyəti hələ İtaliyadan Parisə qayıtmamış 

məlumat aldı ki, Sovet Rusiyasının XI Qırmızı Ordusu aprel ayının 28-də Bakını 

işğal etmiş və Azərbaycan hökumətini devirmişdir. 

San-Remo  konfransı  Qafqaz  respublikaları  üçün  yaxşı  perspektivlər  aça 

bilərdi.  Lakin  müttəfiqlərin  ciddi  cəhdlərinə  baxmayaraq,  bu  respublikalar  öz 

aralarında həll edilməsi mümkün olan mübahisələri aradan qaldıra bilmədilər. San-

Remo  konfransının  iştirakçısı  olan  M.Mehdiyev  yazırdı:  "Müxtəlif  məsələlər 

barəsində,  xüsusilə,  neftə  dair  danışıqların  gedəcəyi  ən  əhəmiyyətli  San-Remo 

konfransı ərəfəsində bütün Cənubi Qafqaz xalqlarının həmrəyliyi böyük əhəmiyyət 

kəsb edirdi, Qafqaz respublikalarının mənafeyinə böyük xeyri dəyərdi. Onda yəqin 

ki, Qafqaz məsələsinə İngiltərənin köməyi sayəsində bir də baxılardı, müttəfiqlərin 

                                                        

1381

 Mir Yacoub. Le probleme du Caucase, p.134 



1382

 З.Авалов. Независимость Грузии в международной политике, с.279 

1383

 Дипломатический словарь. Т.III, М., 1986, с. 13 



1384

 ARDA, f.970, s.l, i.157, v.88 



396 

 

respublikalara  maddi  və  mənəvi  kömək  göstərməsi  mümkün  olardı.  Sonrakı 



mərhələdə  Cənubi  Qafqaz respublikaları  yəqin  ki,  Millətlər  Cəmiyyətinə  üzv  ola 

bilərdilər  və  buradan  da  onların  beynəlxalq  aləmlə  təması  başlayardı.  О  dövrdə 

bolşeviklərin  vəziyyəti  etibarsız  və  mütərəddid  idi.  Belə  bir  əlverişli  şəraitdə 

Cənubi  Qafqazın  kiçik  respublikalarının  nüfuzunu  artırmaq  üçün  gözəl  imkan 

yaranmışdı... Təəssüf ki, elə bu dəmdə ciddi bir səhvə yol verildi və Cənubi Qafqaz 

xalqlarının  nümayəndələri  kifayət  qədər  tədbirli  və  dərin  düşüncəli  olduqlarını 

nümayiş  etdirə  bilmədilər".

1385


  Son  nəticədə  bu  respublikaların  hər  üçü  kiçik 

zaman  fərqi  ilə  bolşeviklər tərəfindən  işğal  olundu.  1920-ci  ilin aprelində  birinci 

olaraq, Azərbaycan Şimaldan gələn bolşevik təhlükəsi ilə üz-üzə dayandı. 

 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin