1174
Азербайджан, 1919, 12 ноября.
345
XII FƏSİL
Azərbaycanın müstəqilliyinin Versal Ali Şurası tərəfindən
tanınması
Keçmiş Rusiya imperiyasının dağılması nəticəsində yeni yaranmış
respublikaların taleyində hiss ediləcək dönüş Böyük Britaniyanın Baş naziri Lloyd
Corcun 1919-cu ilin noyabr ayının 17-də İngiltərə Parlamentinin İcma
palatasındakı çıxışı ilə başlandı. Bu çıxış Rusiyada baş verən hadisələrin, ilk
növbədə, Kolçakın məğlub olması, Denikinin isə 1919-cu ilin oktyabr ayından
başlayaraq, öz mövqelərini tərk etməsinin aydın təzahürü idi. İngiltərənin və digər
müttəfiqlərin külli miqdarda pul buraxdığı, hərbi sursatla kömək etdiyi və
diplomatik yolla müdafiə etdiyi Denikin könüllüləri oktyabr ayının 20-də
Oryoldan, az sonra Voronejdən, noyabrın 12-də Novoxoperskdən çıxmağa başladı.
1919-cu ilin axırlarında məlum oldu ki, "ağların" silahlı qüvvəsi ilə Rusiyanı
kommunistlərin əsarətindən qurtarmaq işi demək olar ki, uduzulmuşdur. Yudeniçin
Petroqradı almaq cəhdi baş tutmamış, Kolçak Sibirin dərinliklərinə qədər geri
oturdulmuş, Denikin isə bir-birinin ardınca şəhərləri təslim edərək, Cənuba doğru
geri çəkilmişdi. Lakin uzun müddət Denikin təhlükəsi altında olan Azərbaycan və
Gürcüstan üçün indi Denikin ordusunun məğlubiyyəti yeni daha qorxulu bir
vəziyyət yaradırdı. T.Svyatoçevski haqlı olaraq yazır: "Denikinin məğlubiyyəti
Cənubi Qafqaz respublikalarında sevinc doğurmadı, çünki onlar qələbədən
ruhlanmış bolşeviklərin simasında daha güclü düşmən qazandılar."
1175
Lakin
Azərbaycan və Gürcüstanın belə çətin vəziyyətə düşməsi heç də о demək deyildi
ki, onlar Denikinlə birlikdə, guya, gizli şəkildə Sovet Rusiyasına qarşı mübarizə
aparırdılar. Bolşevik lideri V.İ.Leninin Azərbaycan və Gürcüstanı Denikinlə
birlikdə Sovet Rusiyasına qarşı "hücum" edən "on dörd müxtəlif dövlətin"
siyahısına daxil etməsi əsassız bir iddia idi.
1176
Denikinin məğlubiyyətindən Qərb ölkələrinin, ilk növbədə, Böyük
Britaniyanın narahatçılığı, 1919-cu ilin sonlarında ingilislərin Cənubi Qafqaza
marağının artması qorxulu bolşevizm xəstəliyinin Yaxın və Orta Şərqə yayıla
biləcəyi ehtimalından irəli gəlirdi. T.Svyatoçevski haqlı olaraq yazırdı: "Onlar başa
düşürdülər ki, bolşeviklərə Qafqaz dağlarını keçməyə imkan verilsə, İrana,
Türkiyəyə və Orta Şərqin qalan hissələrinə inqilabın yayılması üçün qapılar
açılacaq."
1177
Baş Nazir Lloyd Corcun İcma palatasındakı 17 noyabr tarixli
çıxışında iki dəfə Azərbaycan və Gürcüstanın adlarını çəkməsi xeyli dərəcədə bu
amillərlə bağlı idi. Lloyd Corc öz çıxışında Rusiyadakı vəziyyəti təhlil edərək
göstərirdi ki, Rusiyanın müxtəlif xalqlarının hərəkətləri о qədər də aydın deyildir,
1175
Swietochowski. Russian Azerbaijan, p.159
1176
Ленинский сборник, XXIV, с. 197
1177
T.Swietochowski. Russian Azerbaijan, p.159
346
ruslar özləri isə о qədər mürəkkəb xalqdır ki, hələ, nə vaxtsa, kənardan kiminsə
onların başına ağıl qoymaq cəhdi heç vaxt uğurlu nəticə verməyib. Ona görə də
indi Rusiyada "bolşevizm arabasını terror və soyğunçuluq sürükləyir."
1178
Lloyd
Corc bolşevik siyasətinin gücünü kəndlilərdə görürdü. O, XVIII əsr Fransa
inqilabına müraciət edərək göstərirdi ki, "yakobinçilər həmişə xalqı "İnqilab
təhlükədədir" şüarı ilə birləşdiriblər. Bu, о demək idi ki, inqilabın kəndlilərə
verdiyi torpaq təhlükədədir. Heç şübhə yoxdur ki, bolşeviklərin əsas müdafiəçisi
olan rus kəndlisinin təfəkküründə də inqilaba münasibət belədir."
Lloyd Corcun fikrincə, Rusiyada bolşevizm əleyhinə olan qüvvələr heç də
az deyildilər. Bu qüvvələr sırasına o, Baltik ölkələrini, Finlandiya və Polşanı,
Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistanı, Rusiyada Kolçak, Petlyura və
Denikini daxil edirdi. Eyni zamanda İngiltərənin Baş naziri belə bir maraqlı sual
irəli sürürdü: niyə onlar birləşə bilmirlər? Bu sualın cavabında təcrübəli siyasətçi
düzgün olaraq bildirirdi: "Ona görə ki, onların mənafeyi əsas məsələdə bir-birinə
uyğun deyildir."
1179
Onun fikrincə, Kolçak və Denikin iki əsas məqsəd uğrunda
mübarizə aparırdı: birincisi, bolşevikləri devirmək və Rusiyada köhnə rejimi bərpa
etmək; ikincisi isə, vahid və bölünməz Rusiya uğrunda mübarizə idi. Əgər birinci
məsələdə antibolşevik qüvvələr bir-birilə həmrəydilərsə, ikinci məsələdə bir-birinə
münasibətdə düşmən mövqelərində dayanırdılar. О deyirdi: "Estonlar vahid
Rusiyanı istəmir, litvalılar üçün bu zəhərdir, ukraynalıları dəqiq deyə bilmərəm...
Digər ölkələri götürək, Denikin deyir ki, Gürcüstan, Azərbaycan, Rus Ermənistanı
Rusiyanın bir hissəsidir. Onları Rusiyaya birləşdirmək onun siyasətinin başlıca
məqsədidir, lakin yeni respublikalar bu haqda eşitmək belə istəmirlər. Onlar
müstəqillik uğrunda mübarizə aparırlar... Onlar bolşevizm hücumuna qarşı
birləşmək üçün belə bir şərt qoyurlar, biz onların müstəqilliyinə təminat verək və
eyni zamanda biz onların ordusunu pulla və sursatla təchiz edək."
1180
Lloyd Corc
İngiltərə İcma Palatasının üzvlərinə bildirirdi ki, işin çətinliyi Rusiyada
antibolşevik qüvvələrin mənafelərinin bir-birinə uyğun gəlməməsindədir, bir
tərəfdən Rus ağqvardiyaçı generalları köhnə, qüdrətli, vahid və bölünməz Rusiya
uğrunda mübarizə aparır, digər antibolşevik qüvvələr isə öz milli müstəqilliklərini
qoruyurlar. Lloyd Corcun çıxışında açıq deyilməsə də, onun məzmunundan aydın
olurdu ki, o, öz müstəqilliyi uğrunda mübarizə aparan milli respublikalara və bu
respublikalar içərisindən də, xüsusilə, Azərbaycan və Gürcüstana yardım
göstərilməsinə tərəfdar idi.
Böyük Britaniya siyasi dairələrinin, ilk növbədə isə Lloyd Corcun
Azərbaycan haqqında fikrinin yaxşılığa doğru dəyişməsində ingilis jurnalisti
1178
D.Lloyd Corcun İcma palatasında nitqi. Fransız dilindən tərcümə. 17.11.1919. //ARDA, f.970, s.1.
i.145, v.29
1179
Yenə orada, v.30-31
1180
Yenə orada, v.31
347
Skotland Liddelin 1919-cu ilin sentyabr ayında "Morninq Post" və noyabr ayının
11-də "Tariq" qəzetlərində Azərbaycan haqqında çap edilmiş məqalələri də az rol
oynamamışdı.
1181
S.Liddel birinci məqaləsində İngilis ictimaiyyətinə bildirirdi ki,
Azərbaycan haqqında onlarda formalaşdırılan təsəvvürlər heç də düzgün deyildir.
O, Azərbaycanı Cənubi Qafqazda müstəqil yaşamağa qadir olan birinci respublika
hesab edirdi.
1182
Ermənilərin Böyük Britaniya və digər ölkələrdə yaydığı Qarabağ
hay-küyü ilə bağlı S.Liddel yazırdı: "Öz coğrafi vəziyyətinə görə Qarabağ
həqiqətən Azərbaycana məxsus olmalıdır."
1183
Cənubi Qafqazdakı erməni-
azərbaycanlı münaqişəsi ilə bağlı ingilis jurnalisti bildirirdi: "Nə Rusiyada, nə
Qafqazda elə bir adam tapa bilməzsən ki, ermənilər haqqında hansısa bir yaxşı söz
desin. Rusların, tatarların /azərbaycanlıların - C.H./ və gürcülərin onlardan zəhləsi
gedir, onları görməyə gözləri yoxdur. Doğrudur, ya yox, bunu mən demirəm, lakin
fakt göz qabağındadır ki, ermənilər qonşularında özlərinə qarşı nifrət yaradıblar.
Bununla belə, onların xaricdə təbliğatı elədir ki, Avropa, eləcə də, bütün dünya
onların tərəfindədir." Azərbaycanlılara gəldikdə S.Liddel yazırdı ki, bir sıra
keyfiyyətlərinə görə "tatarlar /azərbaycanlılar - C.H./ ermənilərdən çox üstündür."
Onun fikrincə, əgər erməni təbliğatçılarının təxribatı olmasa idi, bu iki xalq bir-biri
ilə dinc şəraitdə yaşaya bilərdi. Hətta o, yazırdı ki, Qarabağda Azərbaycanın
suverenliyi bərpа olunduqdan sonra ermənilər özləri etiraf edirlər ki, heç vaxt
burada belə dinclik olmayıb.
1184
Böyük Britaniyanın Baş naziri Lloyd Corcun noyabr ayının 17-də İngilis
Parlamentindəki çıxışı və noyabrın axırına qədər yenidən "Rus məsələsinə" iki dəfə
toxunması, Fransa Millətlər liqası müstəmləkə və xarici siyasət bölməsinin sədri
Pol Burdarinin Ə.M.Topçubaşovun adına göndərdiyi məktubun noyabr ayının
ortalarında elan olunması bütün Avropa mətbuatında sensasiyaya səbəb oldu.
1185
Xüsusilə, Parisdə toplanmış ağ rus mühacirlərin mətbuatı daha bərk hay-küy
qaldırdı və bu hadisəni böyük əsəbiliklə qarşıladılar. Ə.M.Topçubaşov Bakıya -
Azərbaycan Nazirlər Şurasının sədrinin adına göndərdiyi məlumatda yazırdı:
"Noyabrın 17-də Nümayəndələr Palatasında İngilis baş naziri Lloyd Corcun
çıxışını fakt hesab etmək lazımdır. Britaniya hökumətinin başçısı yenidən
Rusiyanın tərkibinə daxil olmaq istəməyən Azərbaycan, Gürcüstan və rus
Ermənistanının iki dəfə adlarını çəkmişdir. Bu çıxış böyük hay-küy doğurmuşdur
və hərtərəfli şərh olunur. Əgər noyabrın 17-də nəşriyyat fəhlələrinin tətili
olmasaydı /elə ona görə də qəzetlər çıxmır/, artıq bu çıxışa həsr olunmuş tam bir
1181
Азербайджан, 1919, 14 декабря.
1182
Bax: Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 17 Janvier, №7, p.1-2
1183
Skodland-Liddel. Erməni-tatar (azərbaycanlı-C.H.) sazişi. Qarabağa sülhün gəlişi. 1919. // ARDA,
f.894, s.l, i.103, v.10
1184
Yenə orada, v.11-13
1185
Uni letter de Bourdarie // Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 15 Decembre, №5,
p.3
348
ədəbiyyat tərtib olunardı... Rus elementləri, xüsusilə, onların sol cinahı
narazıdır."
1186
Noyabr ayının 29-da həmin sol cinaha daxil olanlardan biri E.Stalinski
fransız dilində həftəlik çıxan rus mühacirlərinin "Pour La Russe" qəzetində Lloyd
Corcun parlamentdəki çıxışını öz geniş məqaləsində şərh edirdi. E.Stalinski yazırdı
ki, İngiltərənin Rusiyaya münasibətdə yeritdiyi siyasət ikili siyasətdir. Bir tərəfdən
o, bolşevizmi silah gücünə yıxmağa çalışan vahid və bölünməz Rusiya uğrunda
mübarizə aparan rus generallarını müdafiə edir, digər tərəfdən yeni yaranmış
dövlətləri öz müstəqilliklərini qorumağa həvəsləndirir. Xüsusilə, Lloyd Corcun
vaxtilə Böyük Britaniyanın Baş naziri olmuş qraf Bikonsfild Bencamin Dizraelinin
"Böyük və Qüdrətli Rusiya İngiltərə üçün təhlükə təşkil edir" sözlərini misal
göstərməsi və buna öz münasibətini bildirməməsi Parisdə olan rus siyasi
dairələrinin ciddi narahatçılığına səbəb olmuşdu. E.Stalinski hiddətlə yazırdı ki,
Lloyd Corc, hətta "xatırlatmaq istəməmişdir ki, Bikonsfildin dövrü ilə müqayisədə
beynəlxalq münasibətlər köklü surətdə dəyişilmişdir. Əksinə olaraq, onun bütün
dəlilləri Rusiyanın bölünmüş hissələrinin birləşdirilməsinin qeyri-mümkünlüyünü
sübut etməyə yönəldilmişdir. Lloyd Corcun sonuncu nitqi düşünməyə əsas verir ki,
o, Rusiyanın parçalanmasına meyl göstərir."
1187
Avropanı və Asiyanı bolşevizm
təhlükəsindən xilas etmək üçün ingilis siyasətçiləri düşünürdülər ki, bolşevik
Rusiyasını lokallaşdırsınlar, onu İngiltərəyə tabe olan yeni yaranmış dövlətlərlə
əhatəyə alsınlar. Belə olduqda Avropa və Asiya üçün bolşevizm təhlükəsi xeyli
zəifləyirdi. "Pour La Russe" yazırdı: "Bolşevizmi lokallaşdırmaq uşaq xülyasıdır.
Onu yeni yaranmış kiçik, zəif, pis təşkil olunmuş dövlətlərlə sanitar kordonu kimi
əhatəyə almaq da uzunmüddətli ola bilməz." Bu yazı bir daha göstərirdi ki, rus
mühacirləri Rusiya xalqları haqqında öz köhnə düşüncələrindən əl çəkmək
istəmirlər. Onların fikrincə, güclü Rusiya onun Şərq əyalətlərində yaşayan
xalqların azad inkişafı üçün təminat ola bilər. Onlar, hətta iddia edirdilər ki, guya
"Rus demokratiyası bu xalqların iradəsinə zidd olaraq, onların Rusiyaya
birləşdirilməsini heç vaxt ağlına gətirməz." Əksinə, E.Stalinski qeyd edirdi ki, "bu
xalqlar Rusiyasız yaşaya bilməzlər."
1188
Rus xalqının imperiyadan miras qalma
həyatı mənafeyinə tez-tez istinad edən "rus demokratları" öz müstəqilliyini elan
etmiş xalqların həyatı mənafeyinə həqarətlə yanaşırdılar və bu da öz növbəsində
Parisdə olan yeni dövlətlərin nümayəndələrinin etirazına səbəb olurdu. Milli
respublikalara qarşı Qərb dövlətlərinin meylinin gücləndiyi bir vaxtda rus siyasi
xadimləri yenidən Rusiyada mövcud siyasi qüvvələrin və yeni respublikaların
1186
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 29.11.-02.12.1919.//ARDA, f.970, s.l, i.145,
v.8-9
1187
Pour la Russia, 1919, 29 Novembre
1188
Pour la Russia, 1919, 29 Novembre
349
nümayəndələrinin vaxtilə 1919-cu ilin yanvarında Şahzadə adalarında keçirilməsi
planlaşdırılmış konfransa bənzər bir yığıncağın keçirilməsini təklif edirdilər. 1919-
cu ilin əvvəllərində vəziyyətlərinin ağır olmasına baxmayaraq, yeni dövlətlərin
nümayəndələri Şahzadə adalarındakı yığıncaqda iştirak etməkdən imtina etdikləri
kimi, 1919-cu ilin axırlarında da rus mühacirlərinin irəli sürdüyü konfrans
ideyasına da etiraz etdilər. 1919-cu ilin axırlarında bu ideyanın həyata keçirilməsi
artıq real deyildi. Avropa mətbuatı açıq-aydın yeni yaranmış respublikaları,
xüsusilə də Qafqaz respublikalarını müdafiə edirdi. Mətbuatda və siyasi dairələrin
çıxışlarında Azərbaycana və Gürcüstana münasibətdə yaxşılığa doğru dönüşün
yaranmasını Ə.M.Topçubaşov aşağıdakı amillərlə şərtləndirirdi: "Yudeniç və
Kolçakın məğlubiyyəti, Denikinin ümidsiz vəziyyəti, müttəfiqlərin bundan sonra
onlara pulla, azuqə və sursatla köməkdən imtina etmələri, Almaniyanın Rusiya ilə
yaxınlaşmaq planları, Baltik dövlətlərinin bolşeviklərlə sülh bağlamaq cəhdləri,
Amerika Senatında əksəriyyətin Sülh konfransına, xüsusilə də, Versal sülhünə olan
mənfi münasibəti – ümumiyyətlə, bütün bunlar kiçik xalqlar üçün ruhlandırıcı və
ümidverici müsbət cəhətlərdir. Belə şəraitdə Lloyd Corc əbəs yerə çıxış etmədi.
Heç şübhəsiz ki, mətbuatda və ictimai rəydə yaxşı mənada dönüş yuxarıda dediyim
hadisələrlə bağlıdır."
1189
Noyabr ayının axırlarında Parisdə olan ABŞ dövlət katibinin müavini
F.Polkla söhbətində Lloyd Corcun keçmiş Rusiya ərazisində yeni dövlətlərə
münasibəti daha da aydınlaşdı. Lloyd Corc danışıqlar zamanı Amerika tərəfinə
açıq şəkildə bildirdi ki, Kolçak və Denikinə kömək etməyin heç bir əhəmiyyəti
yoxdur, onların məğlubiyyəti göz qabağındadır və onlara göndərilən bütün silah və
hərbi sursat isə Qırmızı Ordu tərəfindən ələ keçirilir. Danışıqlar zamanı Lloyd Corc
Polka bildirdi ki, vahid bolşevik Rusiyası Avropa üçün böyük təhlükəyə
çevriləcəkdir. Ona görə də o, bu fikirdədir ki, "Gürcüstan, Azərbaycan, Ukrayna,
Bessarabiya, Baltik əyalətləri və Finlandiya, ola bilsin ki, Sibirin müstəqilliyi
tanınmalıdır."
1190
Noyabr ayının 29-da F.Polk Lloyd Corcla olan bu söhbəti barədə
ABŞ-ın dövlət katibi Rabert Lansinqə məlumat verdi.
Böyük Britaniyanın Azərbaycana və Gürcüstana münasibəti aydınlaşdığı
üçün, dekabr ayının ilk günlərində İngiltərə Xarici İşlər Nazirliyi özünün Cənubi
Qafqazda olan ali komissarı Oliver Uordrop vasitəsi ilə respublika Nazirlər
Şurasının sədri N.Usubbəyova bildirmişdi ki, "İngiltərə hökuməti Azərbaycanın
müstəqilliyini müdafiə edir və Azərbaycana çox böyük rəğbətlə yanaşır."
1191
Uordropdan alınmış bu məlumatı dekabr ayının 14-də Bakıda açılan erməni-
1189
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 29.11.-02.12.1919.//ARDA, f.970, s.l, i.145,
v.16-17
1190
Papers Relating to the Foreign Relations of the USA, Russia, 1919, p.126
1191
Zəngəzur hadisələri zamanı xarici dövlətlərin nümayəndələri ilə görüşlər. 1919.// ARPİİ SPİHDA,
f-276, s.9, i.12, v.47
350
azərbaycanlı konfransına gəlmiş Ermənistan nümayəndələri T.Bekzadyan,
Arqutinski-Dolqorukov və M.Arutyunyanı qəbul edən zaman N.Usubbəyov onlara
bildirdi.
1192
Еrmənilər Azərbaycanın müstəqilliyinin Böyük Britaniya tərəfindən
tanınacağını hiss edib ciddi narahatçılıq keçirməyə başladılar. Bu məlumatdan
sonra Ermənistan siyasi dairələrində və mətbuatında anti-ingilis əhvali-ruhiyyəsi
daha da güclənməyə başladı. "Hayıstan Aşxatvor" qəzeti yazırdı ki, ingilislər
ermənilərə irad tuturlar ki, onlar ictimai-iqtisadi problemləri unudub, həddindən
çox siyasətə cəlb olunublar. Qəzetin fikrincə, guya bununla ingilislər Avropada və
bütün dünyada ictimai fikrə təlqin etmək istəyirlər ki, ermənilər özləri özlərini
idarə etmək qabiliyyətinə malik deyillər. Qəzet yazırdı: "Bizi günahlandıranlar
unutmamalıdırlar ki, Qarabağ, Zəngəzur, Şərur, Naxçıvan və Qars erməniləri,
yalnız, öz vətənlərinə birləşdikdən sonra monolit qüvvəyə çevriləcəklər."
Ermənistan siyasi dairələri Böyük Britaniyanın "erməni məsələsinin dumanlı və
cəfəng problem" adlandırmasını müttəfiqliyə xəyanət kimi qiymətləndirirdilər.
Xosrov bəу Sultanovun Qarabağda Azərbaycan Respublikasının suveren
hüquqlarını bərpa etməsini erməni təbliğatçıları ingilislərlə bağlayır və guya, bu
tədbirləri həyata keçirməklə Böyük Britaniya Azərbaycanın timsalında "Kiçik
Türkiyə" yaratmaq istəyir. Guya, bütün bunlar İngiltərə Parlamentinin İcma və
Lordlar Palatasında ermənilərin müdafiəsinə həsr edilmiş çıxışlarla, ermənilərə
verilən vədlərlə bir araya sığmır. Daşnak mətbuatı axırda belə bir nəticə çıxarırdı
ki, "erməni xalqı böyük təəssüf hissi ilə bildirir ki, bizim ümidlərimiz boşa
çıxmışdır, uzun müddət ərzində bizim yeritdiyimiz ingilispərəst siyasət nəticəsiz
qurtarmışdır. İndi biz özümüz-özümüzü düşünməliyik və yeganə nicat yolumuz öz
qüvvəmizə inamdadır."
1193
Bu məlumatları Avropada yaymaqla ermənilər Böyük
Britaniyanı Qafqazda müttəfiqlərdən ayrı separat siyasət yeritməkdə təqsirləndirir,
Qafqazda xristian mədəniyyətini "məhv edəcək" Azərbaycanın timsalında "Kiçik
Türkiyə" yaradılacağı ilə Avropa ictimaiyyətini qorxudur, ən başlıcası isə
Azərbaycanın müstəqilliyinin müttəfiqlər tərəfindən tanınmasına mane olmaq
istəyirdilər. İngiltərənin Azərbaycanı tanımaq meyli Parisdə olan erməni və rus
nümayəndələrini də yaxınlaşdırmışdı. Rus mühacirləri Rusiyanın "ögey övladları"
olan yeni respublikaların nümayəndələrinə hər vəchlə "vahid və bölünməz
Rusiya"nın azad və demokratik bir dövlət olacağını inandırmağa çalışırdılar.
Ə.M.Topçubaşov keçmiş rus sosialisti Çaykovski ilə görüşünü belə xatırlayır: "Öz
ideal demokratizminə və sosializminə istinad edərək, cənab Çaykovski tezliklə
Ümumrusiya Müəssislər Məclisini təşkil etmək üçün Kolçak və Denikinin
"qələbəsini" gözləyir, onların timsalında o, Rusiyanın xilas olmasını və onun
ayrılmış hissələrinin Rusiyanın ağuşuna qayıtmasını görür... O, məni səhər
1192
Conference Armeno-Azerbaidjanienna.// Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 15
Fevrier, №9, p.1-2
1193
Cənubi Qafqazda Britaniya siyasəti daşnakların nöqteyi-nəzərindən. 1919. //ARDA, f.970, s.1, i.62,
v.19-20
351
yeməyinə dəvət etdi, orada kimi görsəm yaxşıdır? Keçmiş Rostov Dövlət
Dumasının üzvü Naxçıvan ermənisi Əcəmovu. O, bütün cəbhələrə işləyir /özü
boynuna alır/, ermənilərə "məsləhətlərlə" kömək edir və eyni zamanda rus
dövlətinin xilaskarları cəbhəsinə daxildir.. Ermənilər indi Rusiyanı mənəvi
cəhətdən müdafiə etdikləri üçün ruslar onlara minnətdardırlar. Və hətta o, buna da
işarə etdi ki, ermənilər Rusiyaya qarşı heç bir etiraz hərəkatında iştirak etmirlər.
Denikin və Kolçaka düşmən kimi baxmırlar, etibarlı rus adamı olan Əcəmovun
"məsləhətlərinin" mənası belədir."
1194
Antanta ölkələri baş nazirlərinin dekabr ayında Londonda keçirilən
görüşündə Cənubi Qafqaz respublikaları haqqında məsələ ayrılıqda deyil,
ümumrus məsələsi fonunda müzakirə edildi. Böyük dövlətlərin başçıları rus
generallarının uğursuzluqlarına təəssüflənir, Böyük Britaniyanın mövqeyinə
keçməkdə tərəddüd edir, lakin necə hərəkət edəcəklərini də dəqiq bilmirdilər.
Onlar bu fikirdə idilər ki, general Denikinlə Azərbaycan və Gürcüstanı
barışdırsınlar və onların birgə müdafiəsini təşkil etsinlər. Bu məqsədlə onlar
antibolşevik qüvvələrin birgə müdafiəsini təşkil etmək istəyirdilər. Bunu
reallaşdırmaq üçün onlar iclasın qərarı ilə Britaniya parlamentinin üzvü
Makkinderi Qafqaza ezam etdilər.
1195
Lakin Makkinderin missiyası uğurlu nəticə
vermədi, çünki barışdırılması nəzərdə tutulan tərəflər arasında ziddiyyətlər çox
dərin idi. Azərbaycan və Gürcüstan Denikinlə bir blokda iştirak etməkdən qəti
surətdə imtina etdilər. Öz növbəsində Denikin də bu dövlətlərin danışıqlarda xarici
dövlət kimi iştirak etmələrinin yolverilməz olduğunu göstərdi.
1919-cu ilin noyabr-dekabr aylarında beynəlxalq şəraitin yeni yaranmış
respublikaların xeyrinə dəyişdiyini nəzərə alaraq, Versaldakı Azərbaycan
nümayəndələri dekabr ayında Azərbaycan Respublikasının Millətlər Cəmiyyətinə
qəbul edilməsi barədə memorandum hazırlayıb Cəmiyyətin katibliyinə təqdim etdi.
Gürcü nümayəndələri də Cəmiyyətə belə bir memorandum vermişdilər. Millətlər
Cəmiyyətinin katibliyində Azərbaycanın və Gürcüstanın müraciətlərini öyrənmək
üçün Çili nümayəndəsi Antonio Qunetsin sədrliyi ilə xüsusi komissiya yaradıldı.
Komissiya materialları və mövcud vəziyyəti öyrəndikdən sonra Azərbaycan
məsələsini Gürcüstan, Ermənistan, Ukrayna və Kosta-Rika məsələləri ilə birlikdə
Millətlər Cəmiyyətinin üçüncü komissiyasının müzakirəsinə verdi. Üçüncü
komissiyaya F.Nansen /Norveç/ sədrlik edirdi. Ora İonesku /Rumıniya/, Millen
/Avstriya/, Palasios /İspaniya/, Polits /Yunanıstan/, Spaloykoviç /Serbiya/ və Tsan
Tsay Fu /Çin/ daxil idilər. Komissiya bu məsələlərə xüsusi diqqət yetirdi:
a) Millətlər Cəmiyyətinə daxil olmaq istəyən dövlətə zəmanət verən dövlət
onu de-fakto, de-yure cəhətdən tanıyırmı?
1194
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasıran sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.970, s.l, i.146, v.14-
15
1195
З.Авалов. Независимость Грузии в международной политике, с.240
352
b) Millətlər Cəmiyyətinə daxil olmaq istəyən dövlət müəyyən edilmiş sabit
sərhədlərə və dayanaqlı hökumətə malikdirmi?
c) Bu dövlət azad surətdə idarə olunurmu?
d) Bu dövlətin beynəlxalq öhdəliklərə və tərksilah haqqında Cəmiyyətin
qərarına münasibəti necədir? Bu şərtlər daxilində Cənubi Qafqaz respublikaları de-
yure tanınmadığı və öz aralarında ərazi məsələləri sabit olmadığı üçün onların
Millətlər Cəmiyyətinə qəbul edilməsi məsələsi müvəqqəti dayandırıldı.
1196
1920-ci
ilin yanvar ayının 8-də Cenevrədə keçirilən Millətlər Cəmiyyətinin ilkin
müzakirələrində
Azərbaycan
nümayəndələrindən
M.Məhərrəmov
və
A.Ataməlibəyov iştirak etmişdilər.
1197
1920-ci ildə yanvar ayının ilk günlərində Böyük Britaniyanın Cənubi
Qafqazda Ali Komissarı Oliver Uordrop demək olar ki, hər gün müttəfiqlərə və
İngiltərə hökumətinə teleqram göndərib məlumat verirdi ki, Denikin ordusu cənuba
doğru geri çəkilir, bolşevik qüvvələri onu təqib edir. Uordrop təklif edirdi ki, təcili
şəkildə Cənubi Qafqaz respublikalarını, eyni zamanda Dağıstan Respublikasını
onların mövqelərini möhkəmləndirmək üçün tanımaq lazımdır. О yazırdı: "Əgər
İngiltərə fəal hərəkət etməsə, Qafqaz respublikaları məcburdurlar ki, bolşeviklərlə
sazişə girsinlər".
1198
Yanvar ayının 2-də RSFSR xarici işlər naziri G.Çiçerin Azərbaycan və
Gürcüstan hökumətlərinə nota ilə müraciət edərək, Könüllü orduya qarşı birgə
mübarizə aparmaq üçün hərbi saziş bağlamağı təklif etdi. Lakin bu təklif səmimi
niyyətlərdən irəli gəlməyib, Azərbaycan və Gürcüstan hökumətlərini zəiflətmək
üçün təbliğati xarakterə malik idi. Könüllülər ordusu üzərində və ümumilikdə
vətəndaş müharibəsinin gedişində Sovet ordusunun qazandığı qələbələr onun
mövqeyini getdikcə möhkəmləndirirdi. Hərbi qələbələr öz növbəsində qonşu
dövlətlərə diplomatik təzyiqləri gücləndirir və bolşevik təbliğatı üçün əlverişli
şəraiti təmin edirdi. Azərbaycanın timsalında bu təzyiqlər 1920-ci ilin yanvarından
aprelinədək diplomatik qarşıdurma səviyyəsinə qədər yüksəlmiş notalar
mübadiləsində öz əksini tapmışdı. Ermənistan Respublikasının Azərbaycan
ərazilərinə qarşı qəsbkarlıq planlarını həyata keçirdiyi bir vaxtda Sovet Rusiyasının
çağırışı üzrə Azərbaycanın denikinçilərə qarşı müharibəyə daxil olub iki cəbhədə
vuruşması onun üçün ağır nəticələr verə bilərdi. RSFSR xalq xarici işlər komissarı
Q.V.Çiçerin isə 1920-ci il 2 yanvar tarixli notasında əslində Azərbaycan
hökumətindən Denikinə qarşı tələsik müharibəyə girməyi tələb edirdi.
1199
О
yazırdı: "Rusiya fəhlə və kəndlilərinin qəhrəmancasına səyi nəticəsində Qızıl Ordu
1196
C.Həsənov. "Ağ ləkə"lərin qara kölgəsi. Bakı, 1991, s.91-92
1197
Uni nouvella Ligue en Suisse.// Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 1 Fevrier, №8,
p.l
1198
R.Ullman. Anglo-Soviet Relations 1917-1921, p.322
1199
Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 1 Mars, №10, p.l
353
Yudeniçi və Kolçakı əzdi və Rostov-Dona doğru nizamsız surətdə geriyə çəkilən
çar generalı Denikinin ağqvardiyaçı bandalarına sarsıdıcı zərbələr endirir.
Əksinqilabi monarxiyaya sonuncu zərbələr endirən RSFSR hökuməti Rusiyanın
cənubunda ağqvardiyaçı ordularının məhv olunmasını sürətləndirmək məqsədilə
hərbi saziş bağlamaq haqqında Azərbaycana dərhal danışıqlara girməyi təklif edir.
Sovet hökuməti bunu göstərməyi zəruri hesab edir ki, cənub əksinqilabi, nəinki
Sovet respublikası üçün, eyni zamanda keçmiş Rusiya imperiyasının tərkibinə
daxil olan bütün kiçik xalqlar üçün qatı düşmən hesab olunur. Denikin, nəinki rus
fəhlə və kəndlilərinin, həm də gürcü, habelə azərbaycanlı fəhlə və kəndlilərinin
düşmənidir. Biz ümid edirik ki, Gürcüstan və Azərbaycan fəhlə və kəndliləri onu
öz düşməni hiss edirlər. Biz, həm də ümid edirik ki, onlar Sovet Rusiyası və
Qafqaz arasında ağqvardiyaçı sipərinin nə vaxt sındırılacağını və əvvəllər bir
dövlət sərhədlərində yaşayan xalqlar arasında əlaqənin bərpa olunması gününü
həyəcanla gözləyirlər. Bu məqamda zərbəni sürətləndirmək lazımdır, şimaldan
Rusiya fəhlə və kəndlilərin silahlı zərbəsi ilə birləşmək lazımdır. Biz belə hesab
edirik ki, hələlik gec deyildir. Denikinə qarşı mübarizəyə başlamaq çağırışı ilə
Azərbaycan hökumətinə və Azərbaycan xalqına müraciət edirik. Azərbaycan
dövlətinin düzgün dərk edilmiş marağı və onun zəhmətkeş siniflərinin sosial-siyasi
mənafeyi Azərbaycanı bizim təklifımizlə razı olmağa məcbur edəcək."
1200
G.Çiçerinin notası alınan gün, yanvar ayının 6-da N.Usubbəyovun sədrliyi
ilə Azərbaycan Dövlət Müdafiə Komitəsinin təcili iclası keçirildi. İclasda 1919-cu
ilin dekabrında N.Usubbəyovun təşkil etdiyi ikinci hökumət kabinəsində xarici
işlər naziri vəzifəsini tutan Xan Xoyski Sovet Rusiyasının Azərbaycanla və
Gürcüstanla hərbi saziş bağlamaq təklifi barədə məruzə etdi. Məruzəni dinləyərək,
iclas iki bənddən ibarət qərar qəbul etdi: 1. Xarici işlər nazirinə tapşırılsın: Sovet
Rusiyasının təklifi barədə Gürcüstanla məsləhətləşdikdən sonra, Sovet Rusiyasına
cavab versin ki, Azərbaycan Respublikası azad və müstəqil dövlət kimi Sovet
Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq üçün danışıqlara girməyə hazırdır. 2.
Antanta ölkələri ilə münasibətlərlə bağlı Böyük Britaniyanın son günlərin siyasi
şəraitinə münasibətini aydınlaşdırmalı və İngiltərənin nüfuzundan respublikanın
mənafeyinə uyğun istifadə edilməli.
1201
Yanvarın 6-da Xan Xoyski G.Çiçerinin notasını və Azərbaycan Xarici İşlər
Nazirliyinin Sovet Rusiyasına cavabını Bakıda olan ingilis nümayəndəsi polkovnik
Stoksla ətraflı müzakirə etdi. Həmin axşam Stoks Britaniya Ali komissarlığının
yerləşdiyi Tiflisə yola düşdü. Yanvar ayının 7-də Azərbaycan xarici işlər naziri
Tiflisdə olan diplomatik nümayəndə Faris bəy Vəkilova göndərdiyi teleqramda
1200
Sovet Rusiyasının Xalq Xarici İşlər Komissarı G.Çiçerinin Azərbaycan Xarici İşlər Nazirliyinə və
Azərbaycan xalqına radioqramı. 06.01.1920. //ARDA, f.897, s.l, i.86, v.l
1201
Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin qərarları jurnalından çıxarış. 06.01.1920.
//ARDA, f.970, s.l, i.l 12, v.8
354
Gürcüstan Respublikasının və İngiltərə Ali komissarlığının Sovet Rusiyasının
notasına münasibətlərini öyrənməyi xahiş edirdi. Teleqramda deyilirdi ki, dünən
mən Sovet Rusiyasından Denikinə qarşı mübarizə aparmaq üçün hərbi saziş
bağlamaq haqqında danışıqlara başlamaq təklifi barədə teleqram almışam. Eyni ilə
belə bir teleqramı Gürcüstan hökuməti də almışdır. Xahiş edirəm təcili surətdə
Geqeçkori ilə görüşün və Gürcüstan hökumətinin bu məsələ ilə bağlı fikrini və
hansı tədbirlər görmək istədiyini aydınlaşdırın. Bizim hökumətimizin fikri belədir
ki, bu məsələ ilə bağlı Azərbaycan və Gürcüstan hökumətlərinin sıx surətdə vahid
fəaliyyət göstərməsi zəruridir. Hələlik biz belə fikirləşirik ki, suveren dövlətlər
olan Azərbaycan və Gürcüstanla Sovet Rusiyası arasında qarşılıqlı münasibətlər
yaratmaq üçün danışıqlara başlamağa razılıq vermək olar. Təcili şəkildə Uordropla
görüşün və İngiltərənin nöqteyi-nəzərini aydınlaşdırın, dəqiqləşdirin ki, İngiltərə ən
yaxın vaxtlarda bizə hansı yollarla və necə yardım göstərə bilər.
1202
Tiflisdəki Azərbaycan diplomatik nümayəndəsinin Gürcüstan xarici işlər
naziri ilə Dostları ilə paylaş: |