Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920


 

 

 

                                                        

920

 В.И.Адамия. Из истории Английской интервенции в Грузии, с. 123 



921

  Bax:  Bulletin  d'Information  d  L'Azerbaidjan.  Paris,  1919,  1  Septembre,  №1,  p.2-4;  Bulletin 

d'Information  d  L'Azerbaidjan.  Paris,  1919,  8  Septembre,  №2,  p.1-4;  Bulletin  d'Information  d 

L'Azerbaidjan. Paris, 1919, 13 Octobre, №3, p.1-6; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 

18 November, №4, p.3-4; Bulletin d'Information d L'Azerbaidjan. Paris, 1919, 15 December, № 5, p.1-3 

 


271 

 

IX FƏSİL 



 

Qərb mandatlığına münasibət: Fransa, Britaniya və İtaliya  

ilə yaxınlaşmaq cəhdləri 

 

Paris  Sülh  konfransında  beynəlxalq  siyasətin  əsas  istiqamətlərini  diqqətlə 



izləyən  Azərbaycan  diplomatları  gənc  respublikanın  azad  dünyaya  inteqrasiya 

olunmasının  yollarını  arayırdılar.  Müxtəlif  rəng  çalarlarında  şimaldan  yaxınlaşan 

təhlükə, ağ və qırmızı Rusiyanın imperiyanın köhnə hüdudlarına münasibətdə eyni 

mövqedən  çıxış  etməsi  Qərb  orientasiyasını  Azərbaycan  xarici  siyasətinin  üstün 

istiqamətinə  çevirirdi.  Çətinliklə  olsa  da,  Avropa  ölkələrinin  siyasi  dairələrində 

Azərbaycan  haqqında  müəyyən  təsəvvürlər  yaranır,  Qafqaza  gələn  siyasi,  hərbi, 

diplomatik  nümayəndələr  onun  həyat  qabiliyyətli  olduğunu  etiraf  edirdilər. 

Azərbaycanın  Qərb  nümayəndələrini  heyrətə  salan  təbii  zənginlikləri,  bir  sıra 

hallarda  ona  olan  marağı  şərtləndirən  başlıca  amilə  çevrilirdi.  Sülh  konfransının 

regiona  göndərdiyi  müxtəlif  missiyalar  öz  hesabatlarında  bunu  açıq-aydın  ifadə 

edirdilər.  Azərbaycanın  təbii  ehtiyatları  haqqında  əfsanələr,  nəinki  Avropa 

paytaxtlarına, hətta okeanın о biri tərəfində yerləşən ABŞ-a belə gedib çatmışdı. 

1919-cu  ilin  ortalarından  etibarən,  Azərbaycan  hökumətinin  və  onun  Paris 

Sülh konfransındakı nümayəndələrinin müttəfiq axtarışı bir tərəfdən azad dünyaya 

yaxınlaşmaqla  bağlı  idisə,  digər  tərəfdən,  köhnə  və  yeni  Rusiyanın  Azərbaycana 

forma etibarı ilə fərqli, mahiyyət etibarı ilə eyni olan münasibətindən irəli gəlirdi. 

Dünya  müharibəsindən  sonra,  təkсə  məğlubların  deyil,  qaliblərin  də  yorulduğu 

mürəkkəb  beynəlxalq  şəraitdə  kimdən  kömək  ummalı,  kimə  arxalanmalı  sualı 

bütün  kəskinliyi  ilə  xarici  siyasət  idarəsinin  qarşısında  dayanırdı.  Azərbaycan 

Nazirlər  Şurasının  sədrinə  göndərdiyi  hesabatında  Ə.M.Topçubaşov  yazırdı: 

"Keçmiş  Rusiyanın  ərazisində  yeni  yaranmış  bütün  respublikaların  sülh 

nümayəndələri, demək olar ki, bizimlə eyni vəziyyətdədirlər. Belə bir vəziyyətdə 

çıxış  yolu,  kömək  və  dayaq  axtarmaq  təbiidir.  Lakin  harada  və  kimdən?  Bizim 

xalqımızın müstəqil yaşamaq hüququ şübhəsizdir. Bu haqda biz mümkün qədər hər 

yerdə danışırıq və hamıya yazırıq. Bunu bizim təsdiq etməyimiz azdır, bir halda ki, 

bizdən daha çox tanınmış, mütəşəkkil və hətta, müstəqil yaşayan xalqlar özlərinə, 

ancaq  müttəfiqlər  deyil,  himayədarlar,  protektorlar,  mandatarilər  axtarırlar,  bu  və 

ya başqa güclü dövlətlərə arxalanıb, öz yollarını müəyyənləşdirməyə çalışırlar, hər 

zaman olduğu kimi, öz yolunu müəyyənləşdirmək mühüm həyati bir məsələ olaraq 

öz  əhəmiyyətini  və  dəyərini  saxlamaqdadır.  Bizim  nümayəndələr  İstanbulda  bu 

məsələni dönə-dönə müzakirə etmişdir və burada da həmin sualla məşğul olurlar. 

Hansı dövlətə arxalanıb yolumuzu müəyyənləşdirməli?"

922

 

                                                        



922

 А.М.Топчибашев. Письма из Парижа, с.61 



272 

 

Dünya  müharibəsindəki  məğlubiyyətə  qədər  Azərbaycan  üçün  arxalana 



biləcəyi  müttəfiq  dövlət  qeydsiz-şərtsiz  Türkiyə  idi.  Dünya  müharibəsi 

qurtardıqdan  sonra  beynəlxalq  siyasi  vəziyyət  köklü  surətdə  dəyişdiyindən 

Azərbaycana dost münasibəti göstərən, ona himayədarlıq edə bilən dövlət Fransa, 

Böyük  Britaniya,  ABŞ  və  İtaliyadan  biri  ola  bilərdi.  Lakin  bu  işin  ağırlığını  öz 

üzərinə götürməyə razılıq verən güclü dövlət tapmaq о qədər də asan deyildi. Elə 

götürək  ingilisləri,  əslində  onları  Qafqazdan  heç  kəs  çıxarmadı,  əksinə,  Qafqaz 

dövlətləri  və  onların  Parisdəki  nümayəndələri  Böyük  Britaniya  hökumətindən 

xahiş etsələr də, ingilislər Qafqazda qalmadılar. 

Qafqaz  dövlətlərinə  Fransa  himayədarlığı  о  qədər  də  real  deyildi.  Fransa 

işgüzar dairələrinin Qafqaza marağı güclü olsa da, Klemanso hökumətinin "vahid 

və bölünməz Rusiya" ideyasına sədaqəti daha üstün idi. Sülh konfransında yüksək 

nüfuza  malik  olan  böyük  dövlətlər  içərisindən,  məhz  Fransa  yeni  yaranmış 

respublikaların  müstəqilliyinin  tanınmasının  əleyhinə  idi.  Digər  dövlətlər  kimi, 

Fransa  hökuməti  də  1919-cu  ilin  ortalarında  öz  nümayəndələrini  Qafqaza 

göndərmişdi.  Fransızların  Qafqazda  vəziyyəti  öyrənməyə  göndərdiyi  nümayəndə 

milliyyətcə  erməni  olan  İv.Loris-Melikov  idi.  O,  Paris  Sülh  konfransında  olan 

erməni  milli  nümayəndəliyinin  üzvü,  Ermənistan  Respublikasının  Parisdəki 

nümayəndəsi hesab edilən qraf Loris-Melikovun qardaşı oğlu idi. İv.Loris-Melikov 

vaxtilə  Ə.M.Topçubaşovla  bir  gimnaziyada  oxumuşdu.  1905-1906-cı  illərdə 

Peterburqda  məşhur  rus  publisisti  Maksim  Kovalevski  ilə  birlikdə  "Strana" 

qəzetində birgə işləmiş, sonra isə Parisə köçüb Fransa vətəndaşlığını qəbul etmişdi. 

O,  Fransanın  baş  naziri  Jorj  Klemansonun  yaxın  dostu  idi.  Qafqaza  yola 

düşməzdən  əvvəl  iki  dəfə  Ə.M.Topçubaşovun  yanında  olmuş,  bir  dəfə  də  Əli 

Mərdan bəy, M.H.Hacınski ilə birlikdə onun görüşünə getmişdi. Danışıqlar zamanı 

aydın olmuşdu ki, Loris-Melikovu Qafqaza göndərməkdə Fransa hökumətinin əsas 

məqsədi  bütün  Qafqaz  xalqlarının  daxil  olacağı  Federativ  Respublikanın 

yaranmasının  mümkün  olub-olmamasını  və  Qafqazın  siyasi  vəziyyətini 

öyrənməkdir.  Loris-Melikovun  görüşləri  haqda  Əli  Mərdan  bəy  yazırdı:  "O  hər 

şeуə fransız kimi baxır və qəlbən "vahid və bölünməz" Rusiya tərəfdarıdır. Özünün 

dediyi kimi, o,  millətçi deyil, buna görə də, burada Ermənistan nümayəndəliyinin 

addımlarını  təqdir  etmir.  Özünün  söylədiyinə  görə,  bu  nümayəndəliklə  heç 

görüşməyir də. Bir sözlə, işgüzar siyasətçi təsiri bağışlamasa da, ancaq öz uğuruna 

inanır.  Qafqaz  respublikalarının  müstəqil  bərqərar  ola  biləcəyinə  inanmır,  daha 

doğrusu  inanmaq  istəmir,  böyük  Rusiya  təşkil  etməyi  sərfəli  hesab  edir."

923

 

Ə.M.Topçubaşovun  belə  xarakteristikasından  sonra  İstanbul-Batum-Tiflis-İrəvan-



Bakı-Şimali Qafqaz marşrutu ilə hərəkət edən  Loris-Melikovun Qafqaz barəsində 

Fransa hökumətinə verəcəyi təkliflər demək olar ki, məlum idi. 

                                                        

923


 

Azərbaycan 

Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.1, i.142, v.31 

273 

 

Fransanın Qafqazda olan iqtisadi marağı belə, 1919-cu ilin ortalarında onun 



siyasi  baxımdan  bu  respublikalar  barədə  obyektiv  mövqe  tutmasına  təsir  göstərə 

bilmədi.  Fransanın hərbi nazirliyi  yanacağa  olan  ehtiyac  səbəbindən  Parisdə  olan 

Azərbaycan nümayəndələri ilə kerosin alınması barədə danışıqlar aparırdı.

924


 Belə 

bir danışıqlar Cənubi Qafqazda olan Fransa hərbi və siyasi dairələri ilə Azərbaycan 

nümayəndələri  arasında  da  aparılırdı  və  alınan  neft  məhsullarının  Batumdan 

Marselə  daşınması  barədə  razılıq  əldə  edilmişdi.

925

  Fransanın  Azərbaycanın  və 



Gürcüstanın siyasi cəhətdən tanınmasında, onlarla iqtisadi əməkdaşlığa girməsində 

və  son  nəticədə  onlara  himayədarlıq  göstərməsində  ən  çox  marağı  olan  "Aique 

Navale  Fransause"  cəmiyyətinin  tərkibində  yaranmış  "Franko  Qafqaz"  komitəsi 

idi.


926

 Komitənin sədri Fransa parlamentinin üzvü, keçmiş ticarət naziri de Monzie 

Qafqaz  respublikaları,  xüsusilə,  Azərbaycanla  əlaqələrə  böyük  əhəmiyyət  verirdi. 

Onun  fikrincə,  Azərbaycan  müsəlman  ölkəsi  kimi,  bütün  İslam  dünyası  ilə 

əlaqələrdə mühüm rol oynaya  bilərdi. Komitənin üzvü Labri avqust ayının 27-də 

Azərbaycan  və  gürcü  nümayəndələri  ilə  keçirilən  iclasda  Rusiyadan  ayrılmış 

millətlərin 

müdafiə 


edilməsinin 

zəruriliyini 

bildirdi. 

Azərbaycan 

nümayəndələrindən 

M.Məhərrəmov, 

M.Mehdiyev, 

C.Hacıbəyov, 

gürcü 

nümayəndələrindən Qobeçia, knyaz Sumbatov və knyaz Avalov "Franko-Qafqaz" 



komitəsinin  işinə  cəlb  edilmişdilər.

927


  Komitənin  avqustun  27-də  keçirilən 

iclasında  de  Monzie  razılıq  verdi  ki,  Azərbaycan  və  Gürcüstan  barəsində  Fransa 

parlamentində  çıxış  etsin.  Avqust  ayının  28-də  Azərbaycan  və  Gürcüstan 

nümayəndəliklərinin  sədrləri  komitənin  üzvü  Labri  ilə  görüşüb  de  Monzienin 

parlament  çıxışının  forma  və  xarakterini  müzakirə  etdilər.

928


  Bundan  əlavə,  de 

Monzie  deputat  sorğusu  ilə  Fransa  Xarici  İşlər  Nazirliyindən  Qafqaz 

respublikalarına, о cümlədən Azərbaycan və Gürcüstana Fransa rəsmi dairələrinin 

münasibətini  soruşdu.  Sorğuda  deyilirdi:  "Öz  xalqlarının  yekdil  iradəsinə  uyğun 

olaraq,  yaradılmış,  konstitusiyası,  parlamenti  və  ordusu  olan  Qafqaz 

respublikalarının  -  Gürcüstanın  və  Azərbaycanın  tanınmasına  Fransa  hökuməti 

nесə  münasibət  bəsləyir?"  Bu  sorğuya  cavab  olaraq,  Fransa  xarici  işlər  naziri 

Stefan  Jan  Mari  Pişon  yazılı  şəkildə  bildirirdi  ki,  Fransa  hökuməti  Qafqaz 

respublikalarını  hüquqi  cəhətdən  tanımır.  Bu  tanımamağı  Pişon  onunla 

əlaqələndirirdi  ki,  Qafqazda  vəziyyət  möhkəm  və  sabit  deyildir.  Bununla  yanaşı, 

Fransa  xarici  işlər  naziri  Qafqaz  xalqlarına  rəğbət  bəslədiyini,  onların 

                                                        

924

 ARDA, f.970, s.1, i.157, v.24 



925

 Cachet du Cabinet du Ministre de la Guerre/Section Tèlègraphique. Le  26 octobre 1919.// Ministère 

des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 114, folio 115 

926


 Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.638, folio 93, folio 95 

927


  Comite  France-Caucase.//  Bulletin  d'Information  d  L'Azerbaidjan.  Paris,  1919,  18  Novembre,  №4, 

p.3 


928

  Parisdə  olan  Azərbaycan  və  Gürcüstan  nümayəndələrinin  birgə  iclasının  protokolu.  28.08.1919. 

//ARDA, f.970, s.1, i.142, v.230-231 

 


274 

 

nümayəndələrinin Parisə buraxıldığını, habelə Bakıda, Batumda və Tiflisdə Fransa 



nümayəndələrinin  olduğunu  qeyd  edirdi.  Cavabının  sonuncu  bəndində  Pişon 

göstərirdi ki, yolların dağıldığı,  maliyyə sisteminin pozulduğu bir şəraitdə Fransa 

hökuməti  Qafqaz  hökumətləri  ilə  müqavilələr  bağlamağa  çətinlik  çəkir,  lakin 

bununla  belə  Fransa  Azərbaycan  və  Gürcüstanla  poçt-teleqraf  əlaqələrini  qurmaq 

üçün  artıq  qərarlar  qəbul  etmişdir.  Hökumət  bu  ölkələrlə  ticarət  əlaqələrinin 

mümkün olan dərəcədə inkişaf etdirilməsinə tərəfdardır.

929

 

Göründüyü kimi, Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu 



halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. 

Lakin  bununla  belə,  Pişonun  cavablarından  aydın  oldu  ki,  Fransa  hökuməti 

Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi  əlaqələr yaratmağa meyl göstərir. Bu 

da  şübhəsiz  ki,  Azərbaycanın  təhlükəsizliyi  baxımından  kifayət  deyildi.  "Franko-

Qafqaz"  komitəsinin  ciddi  cəhdlərinə  baxmayaraq,  Fransa  hökumətinin  Qafqaz 

mandatını  götürmək  fikri  yox  idi.

930

  Əslində  Azərbaycan  hökuməti  də  öz 



növbəsində  fransızların  Qafqaza  gəlməsinə  müsbət  münasibət  bəsləmirdi.  Çünki, 

Birinci dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək 

cəhdləri  Azərbaycan  siyasi  dairələrinə  məlum  idi.  Fransa  hökuməti  açıq 

ermənipərəst  siyasət  yeritdiyi  üçün  sonralar  Cənubi  Qafqazda  olan  Britaniya  Ali 

komissarı  öz  ölkəsinə  məsləhət  görürdü  ki,  Fransadan  fərqli  olaraq,  əlahəzrət 

hökumətinin  Azərbaycanı  müdafiə  etməsi  məqsədəuyğundur

931

.  Digər  tərəfdən, 



Parisdən alınan məlumatlar göstərirdi ki, Qafqaz respublikalarının siyasi və hüquqi 

cəhətdən  tanınmaması  fransız  hakim  dairələrinin  bu  respublikalara  mənfi 

münasibəti  ilə  bağlı  idi.  1919-cu  ilin  yazında  Avropa  mətbuatı  Cənubi  Qafqaza 

Fransa və Yunanıstan qoşunlarının daxil olması ehtimalından yazdıqda Azərbaycan 

hökumətinin Tiflisdəki diplomatik nümayəndəsi bu məsələni aydınlaşdırmaq üçün 

aprel  ayının  7-də  general  Tomsonun  yanına  getmişdi.  Tomsonun  qeyd  edilən 

orduların  Cənubi  Qafqaza  daxil  olmasına  Azərbaycanın  münasibəti  barədə 

sorğusuna  cavab  olaraq  M.Y.Cəfərov  bildirmişdi  ki,  bizə  düşmən  münasibət 

bəsləyən  qüvvələrin,  xüsusən  yunanların  Cənubi  Qafqaza  gəlməsi  bizim  üçün 

arzuolunmazdır.

932

 

Qafqaza,  о  cümlədən  Azərbaycana  Böyük  Britaniya  və  İtaliya  mandatlığı 



məsələsi  bir-biri  ilə  qarşılıqlı  şəkildə  əlaqədə  idi.  Daha  doğrusu,  italyanların 

Qafqaza meyli ingilislərin oradan çıxmaq arzuları ilə sıx bağlı idi. Əvvəllər qeyd 

olunduğu  kimi,  ingilislər hələ  1918-ci  ilin noyabrında  Bakıya  daxil  olduqda  elan 

etmişdilər ki, onlar müvəqqəti olaraq, Qafqaza daxil olublar. Bu müvəqqəti müddət 

                                                        

929


 

Azərbaycan 

Respublikasının 

Paris 


Sülh 

konfransındakı 

nümayəndəliyinin 

başçısı 


Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.1, i.142, v.45 

930


 Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 8 Septembre, №2, p.5 

931


 Documents on British Foreign Policy, 1919-1939, Vol.12, p.578-580 

932


  Azərbaycan  Respublikasının  Tiflisdəki  diplomatik  nümayəndəsi  M.Y.Cəfərovun  V.Tomsona 

məktubu. 07.04.1919. //ARDA, f.970, s.1, i.42, v.50 



275 

 

beynəlxalq  Sülh  konfransının  Qafqazda  siyasi  problemləri  həll  etməsinə  qədər 



nəzərdə  tutulurdu.  Lakin  ingilis  qoşunları  Bakıya  daxil  olduqdan  üç  ay  sonra, 

1919-cu  ilin  fevralında  Lloyd  Corc  hökuməti  qoşunları  Cənubi  Qafqazdan 

mümkün qədər tez çıxarmağı qərara aldı.

933


  Lakin  ingilislər Qafqazı  tərk  etməklə 

yanaşı,  elə  etmək  istəyirdilər  ki,  nə  amerikanlar,  nə  də  fransızlar  bu  regionda 

birtərəfli  qaydada  möhkəmlənməsinlər.  Çünki  1919-cu  ilin  fevral-mart  aylarında 

ABŞ-ın  və  Fransanın  Paris  Sülh  konfransındakı  siyasi  dairələrinin  çıxışları  açıq-

aydın  bu  ölkələrin  Qafqaza  marağını  əks  etdirirdi.  Belə  meylləri  hiss  etdikdə 

italyanların  Qafqaza  cəlb  edilməsi  ideyası  ilk  dəfə  ingilislər  tərəfindən  irəli 

sürülmüşdü.  Doğrudan  da,  İtaliyanın  Qafqazda  ingilisləri  əvəz  etməsi  Yaxın 

Şərqdə  mövcud  olan  qüvvələr  nisbətini  pozmurdu.  Digər  tərəfdən,  bununla 

İtaliyanın Sülh konfransından narazılığı da bir qədər aradan qaldırılmış olurdu. İlk 

dövrlərdə ingilislərlə italyanlar arasında Qafqaz barəsində gizli aparılan danışıqlar 

Vittorio  Orlando  hökumətinin  Qafqaza  həm  siyasi,  həm  də  iqtisadi  marağının 

olduğunu üzə çıxarmışdı. Digər Avropa rəhbərləri kimi, Orlando da ermənipərəst 

bir siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, noyabr ayının 18-

dəki  çıxışında  digər  Avropa  rəhbərlərindən  geri  qalmayaraq,  Ermənistanın 

müstəqilliyini müdafiə edəcəyini bildirərək demişdi: "Ermənilərə çatdırın ki, mən 

onların işini öz işim hesab edirəm"

934



Cənubi  Qafqaz  məsələsinə  dair  ingilislərlə  italyanlar  arasında  aparılan 



danışıqlar  mart  ayının  24-də  onların  Baş  qərargahları  arasında  ilkin  sazişin 

imzalanması ilə nəticələndi. Gizli sazişin şərtlərinə görə, Cənubi Qafqazdakı ingilis 

ordusunun mövqeləri İtaliya ordusuna təslim edilməli idi. İtalyanlar Batum limanı 

vasitəsilə Qafqaza yetərli sayda ordu çıxarmalı idilər. Ermənistanın Şərqi Anadolu 

və  Kilikiya  torpaqları  hesabına  Aralıq  dənizinə  çıxmaq  iddiaları,  əslində  həmin 

dənizi  "İtaliya  gölünə"  çevirmək  istəyən  Orlando  hökumətinin  regionda 

mövqelərinin möhkəmlənməsinə xidmət etməli idi.

935


 

Lakin ilk dövrlərdə Britaniya siyasi dairələri bu məsələdə yekdil deyildilər. 

Qafqazın bilicisi hesab edilən lord Kerzon xarici işlər naziri Balfura 25 mart tarixli 

məktubunda  göstərirdi  ki,  Cənubi  Qafqaza  ordu  çıxarmaq  İtaliyanın  "milli 

maraqlarına"  uyğun  deyildir,  onlar  Qafqaza  doğru  irəliləyən  bolşevizmə  qarşı 

davam gətirə bilməyəcəklər. O, haqlı olaraq yazırdı ki, italyanların Qafqaz xalqları 

arasında heç bir siyasi nüfuzu yoxdur, biz oradan çıxdıqdan sonra hadisələrlə üz-

üzə  dayandıqda  onlar  ağırlaşması  ehtimal  olunan  vəziyyətdən  çıxa 

bilməyəcəklər.

936


  Lakin  lord  Kerzonun  təklifi  nəzərə  alınmadı,  aprel  ayının  9-da 

İngiltərənin  hərbi  şurası  martın  24-də  gizli  şəkildə  imzalanmış  Britaniya-İtaliya 

                                                        

933


 T.Swietochowski. Russian Azerbaijan. p.156 

934


 R.Hovannisian. The Republic of Armenia, p.272 

935


 R.Hovannisian. The Republic of Armenia, p.306 

936


 Г.Никольсон. Как делился мир в 1919 году. М., 1945, с.268 

276 

 

sazişini  bəyəndi.



937

  May  ayının  10-da  isə  Britaniya  komandanlığı  İngiltərə  hərbi 

şurasının  Cənubi  Qafqazdan  orduları  çıxarmaq  qərarı  barədə  Azərbaycan  və 

Gürcüstan  hökumətlərinə  məlumat  verdi.

938

  Bu  qərar  doğura  biləcək  siyasi 



nəticələrinə  görə,  hətta  müttəfıq  qoşunlarının  Bakıda  olan  komandanı  general 

V.Tomson üçün belə gözlənilməz idi. General Tomsonun 1915-ci ildə İngiltərədən 

çıxmasına,  I  Dünya  müharibəsinin  müxtəlif  cəbhələrində  xidmət  etməsinə  və 

vətənə  dönmək  istəyinin  üstün  olmasına  baxmayaraq  o,  yerli  vəziyyətlə  yaxından 

tanış  olan  bir  hərbçi  kimi  İngiltərə  qoşunlarının  Qafqazdan  və  xüsusilə, 

Azərbaycandan çıxarılmasının əleyhinə idi. V.Tomson deyirdi ki, "britaniyalıların 

Cənubi  Qafqazdan  çıxarılması  zorakılıq  aktıdır,  yeni  yaranmış  respublikalara 

münasibətdə  xəyanətdir."

939

  Bununla  belə,  general  Tomson  öz  hökumətinin 



qərarını qeyd edildiyi kimi, may ayının 10-da Azərbaycan hökumətinə çatdırdı və 

eyni zamanda həmin məlumatda xatırlatdı ki, Azərbaycanı tərk edən ingilis ordusu 

İtaliya ordusu ilə əvəz ediləcəkdir.

940


 Paris Sülh konfransı adından general Tomson 

Azərbaycan  hökumətinə  göndərdiyi  teleqramda  yazırdı:  "Sizə  bildirməliyəm  ki, 

Britaniya  qoşunlarını  İtaliya  hərbi  hissələri  əvəz  edəcəkdir.  İtaliya  zabitlərindən 

ibarət  olan  hərbi  heyət  artıq  Gürcüstana  gəlmişdir...  Cənubi  Qafqazda  bu 

əvəzlənmə yalnız hərbi xarakter daşıyır və məsələnin siyasi həlli demək deyildir. 

Bu addım Sülh konfransının son qərarını özündə ehtiva etmir və konfransın Cənubi 

Qafqaz  dövlətləri  haqqında  qərarı  hələ  qarşıdadır."  General  Tomson  Azərbaycan 

Xarici İşlər Nazirliyinə bildirirdi ki, bu dəyişiklik sırf hərbi məzmuna malikdir və 

işğal cəhdlərindən ehtiyat etməyə heç bir əsas yoxdur. Eyni zamanda o, özünün də 

Qafqazdan  İngiltərəyə  gedəcəyini,  onun  general-mayor  Kori  ilə əvəz  olunacağını 

bildirirdi.

941


  Həm  Azərbaycan,  həm  Gürcüstan  hökuməti  ingilislərin  bu 

respublikaların  ərazisindən  çıxmasına  və  onların  italyanlarla  əvəz  edilməsinə  ilk 

dövrlərdə etiraz edirdilər. 

General  Tomsondan  teleqram  alındıqdan  sonra  Azərbaycanın  xarici  işlər 

naziri  M.Y.Cəfərov  Tiflisə  gedərək  müttəfiq  qüvvələrin  komandanı  ilə  görüşdü. 

Söhbət  zamanı  M.Y.Cəfərov  ingilis  qoşunlarının  italyan  qoşunları  ilə  əvəz 

olunmasının  arzuolunmaz  olduğunu  bildirib,  bunun  gözlənilməz  nəticələr  verə 

biləcəyini  qeyd  etdi.  Lakin  general  Tomson  bu  qərarın  Paris  Sülh  konfransı 

tərəfindən verildiyinə istinad edərək, onun dəyişilməsinin qeyri-mümkün olduğunu 

vurğuladı.  Belə vəziyyətdə gündən-günə kəskinləşən Şimal təhlükəsi Azərbaycan 

hökumətini  İtaliya  ilə  dil  tapmağa  və  ondan  sipər  kimi  istifadə  etməyə  cəhd 

                                                        

937

 Document on British Foreign policy 1919-1939, Vol.III, p.229 



938

 ARDA, f.970, s.1.i.36, v.43 

939

 T.Swietochowski. Russian Azerbaijan. p.156 



940

  General  V.Tomsonun  Azərbaycan  Nazirlər  Şurasının  sədri  N.Usubbəyova  teleqramı.  10.05.1919. 

//ARDA, f.970, s.l, i.54, v.11 

941


 Azərbaycanın Tiflisdəki diplomatik  nümayəndəsinin  Xarici İşlər  Nazirliyinə  məlumatı.  May, 1919. 

//ARDA, f.897, s.1, i.38, v.49 

 


277 

 

göstərmək məcburiyyətində qoydu."



942

 Lakin bununla belə britaniyalıların Qafqazı 

tərk  etməsi  ilə  Azərbaycan  Respublikası  üçün  öz  tarixində  tam  müstəqillik 

mərhələsi başlandı.

943

  1919-cu  ilin  may  ayının  10-da  İtaliyanın  bir  hərbi  korpusu 



artıq  Batuma  daxil  olmuşdu.  May  ayının  16-da  isə  prins  Savoyskinin  rəhbərlik 

etdiyi  fövqəladə  İtaliya  missiyası,  ondan  az  sonra  isə  mayın  22-də  polkovnik 

Melxior  Qabbanın  başçılığı  ilə  hərbi  ekspertlər  qrupu  Bakıya  gəldi.  İtaliya 

missiyalarının  başçıları  Azərbaycan hökumətinin  baş  naziri,  xarici  işlər naziri  və 

iqtisadi  məsələlərlə  bağlı  bir  sıra  nazirlikləri  ilə  danışıqlar  apardılar.  İlkin 

danışıqlar zamanı iki mühüm məsələ aydın oldu. Birincisi, Azərbaycan hökuməti 

ingilislər  Qafqazdan  çıxacağı  təqdirdə,  italyanların  onu  xarici  təhlükədən,  ən 

başlıcası isə Denikin təhlükəsindən qorumaq arzusunda olduğunu bildirdi. Bununla 

bağlı  polkovnik  Qabba  müdafiə  qabiliyyətinin  möhkəmləndirilməsi  istiqamətində 

Azərbaycan hökumətinə yardım göstəriləcəyini vəd etdi. Bu vədi gerçəkləşdirmək 

üçün İtaliya missiyası ilk növbədə təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın 

ehtiyaclarını öyrənməyə başladı. Kapitan Oldani Azərbaycana gələcək İtaliya hərbi 

hissələrinə  müvafiq  kazarmalar  hazırlamaq  üçün  Şuşa  və  Şəkiyə  səfər  etdi. 

Azərbaycan  ordusunun  silah  və  hərbi  sursata  olan  ehtiyacları  İtaliya  hərbi 

mütəxəssisləri  tərəfindən  araşdırılmağa  başlandı.  Lakin  ingilis  generalı  Briksin 

dediyi kimi, Cənubi Qafqazın heç bir yerində italyanların gəlişi əhəmiyyətli hadisə 

hesab  edilmirdi.  Başqa  bir  məlumatda  isə göstərilir  ki, italyanlar regiona nəzarət 

etmək  iqtidarında  deyildilər,  onların  bu  missiyanı  yerinə  yetirmək  üçün  yetərli 

dərəcədə  siyasi  nüfuzu,  kifayət  qədər  maliyyə  ehtiyatları  və  bu  prosesdə  zəruri 

sayılan  tarixi  təcrübəsi  yox  idi.

944

  İkincisi,  Cənubi  Qafqaz  hökumətlərinin 



arzularından asılı olmayaraq, İtaliyanın Qafqaza marağı bu respublikaları müdafiə 

etməkdən daha çox özünün iqtisadi ehtiyaclarını ödəmək zərurətindən irəli gəlirdi. 

F.Kazımzadənin yazdığı kimi, İtaliya "yeganə olaraq ona çalışırdı ki, tez və asan 

yolla  qazanc  götürsün."

945

  Əslində  müharibə  başa  çatdıqdan  sonrakı  illərdə 



"xammal  axtarışı"  İtaliya  xarici  işlər  nazirliyinin  başlıca  vəzifələrindən  biri  idi. 

Hətta,  italyanlar  belə  bir  mülahizə  irəli  sürmüşdülər  ki,  xammalın  beynəlxalq 

bölgüsü  Millətlər  Cəmiyyətinin  əsas  vəzifəsi  olmalıdır.

946


  Bu  mülahizənin 

müqavimətlə  qarşılanması  İtaliyanın  Azərbaycan neftinə  və  Gürcüstan  kömürünə 

olan marağını daha da artırmışdı. Pambıq, ipək, yun və digər məhsullar da İtaliya 

maraq  dairəsindən  kənarda  qalmamışdı.  Siyasi  missiya  Qafqaza  gəlməmişdən 

əvvəl İtaliyanın müxtəlif ticarət və sənaye dairələrinin nümayəndələri burada özləri 

üçün  xammal  axtarışına  çıxmışdılar.  1919-cu  ilin  aprelində  Milanda  yerləşən 

"Mişo  və  Miossi  Ticarət  Evinin"  "Per-il-Marnero"  rus-italiya  cəmiyyətinin 

                                                        

942

 N.Nəsibzadə. Azərbaycanın xarici siyasəti, s.80 



943

 T.Swietochowski. Russian Azerbaijan, p.81 

944

 T.Swietochowski. Russian Azerbaijan. p. 157 



945

 F.Kazemzadeh. The Struggle for Transcaucasia. p.221 

946

 З.Авалов. Независимость Грузии в международной политике, с.221 



278 

 

ipəkçilik  üzrə  eksperti  Vittario  Renmuvar  öz  firmaları  üçün  Şəkidən  xeyli  xam 



ipək  almışdı.

947


  Azərbaycanla  tanış  olduqdan  sonra  polkovnik  M.Qabba  onun 

iqtisadi  ehtiyatlarından  о  dərəcədə  heyrətlənmişdi  ki,  o,  İtaliya  fəhlələrinin 

Azərbaycana  mühacirət  edib,  işləmələrinin  mümkünlüyü  məsələlərini  Bakıda  bir 

sıra nazirliklərlə danışıqlarda müzakirə etmişdi.

948

 

Qafqaza  İtaliya  ordusu  göndərmək  məsələsini  müzakirə  etmək  üçün 



polkovnik  Qabba  iyun  ayının  əvvəllərində  Romaya  çağırıldı.  İtaliya  hökuməti 

Qabbanın  Azərbaycan  və  Gürcüstan  barədə  məlumatını  dinləyib,  ora  ordu 

göndərilməsinə  tərəfdar  olduğunu  bildirdi.  Az  sonra,  iyun  ayının  28-də  Böyük 

Britaniya  hökuməti  rəsmi  şəkildə  ingilis  ordusunun  Qafqazdan  və  ümumilikdə, 

keçmiş  Rusiya  ərazisindən  çıxarılması  barədə  Paris  Sülh  konfransına  məlumat 

verdi.


949

 Belə olduqda müttəfiqlər Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu 

ilə  əvəz  etmək  haqqında  rəsmi  qərar  qəbul  etdilər.  Cənubi  Qafqazın  İtaliya 

mandatlığına  verilməsi  haqqında  vəsadət  qaldırıldı.  Qafqaza  göndərilmiş  İtaliya 

missiyaları  oradan  əlverişli  cavablarla  qayıtdığı  üçün  Orlando  hökuməti 

müttəfiqlərin  bu  qərarına  həvəslə  razı  oldu.  Qafqaza  İtaliya  ordusu  göndərilməsi 

məsələsinə 

Azərbaycan  və  Gürcüstan  respublikalarının  Versalda  olan 

nümayəndələrinin  münasibətini  öyrənmək  məqsədi  ilə  italyanlar  onlarla  əlaqə 

yaratdılar.  İyun  ayının  13-də  polkovnik  Qabbanın  hərbi  hissəsinin  keçmiş 

nümayəndəsi  Valeri  Ə.M.Topçubaşovla  görüşdü.  О  bildirdi  ki,  İtaliya  hökuməti 

Qafqaza  ordu  göndərilməsinin  tərəfdarıdır.  Danışıqlar  zamanı  Valeri  qeyd  etdi: 

"Biz əgər sizə ordu  göndərməli olsaq, bu işğal və polis məqsədləri daşımayacaq, 

yalnız mədəni və iqtisadi məramlara xidmət edəcək. Amma iş orasındadır ki, biz 

indi  belə  ağır  vəzifəni  çiynimizə  götürə  bilmərik  və mən  bura  sizin  bu  məsələyə 

münasibətinizi  öyrənməyə  gəlmişəm."

950

  Söhbət  zamanı  aydın  oldu  ki,  italyanlar 



Qafqaza  daxil  olmaq  üçün  bu  respublikaların  ya  dəvətini, уa  da  razılığını  almaq 

arzusundadırlar.  Belə  bir  arzu  İtaliya  hökumətinin  italyan  xalqı  və  parlamenti 

qarşısında  özünə  bəraət  qazandırması  zərurətindən  irəli  gəlirdi.  Lakin  vəziyyət 

qeyri-müəyyən  olduğu  üçün,  bu  görüş  keçirilən  zaman  ingilislər  isə  hələlik 

Qafqazdan  çıxacaqlarını  Sülh  konfransına  rəsmi  şəkildə  bildirmədikləri  üçün 

Ə.M.Topçubaşov İtaliya nümayəndəsinə aydın cavab vermədi. 

İyun  ayının  15-də  Azərbaycan  nümayəndəliyinin  iqamətgahında  gürcü  və 

dağlı  nümayəndələri  ilə  birlikdə  keçirilən  iclasda  qərara  alındı  ki,  ingilislərin 

Qafqazdan çıxması və onların italyanlarla əvəz edilməsi məsələsi ətraflı öyrənilsin. 

Amerikalılara  verilən  sorğudan  aydın  oldu  ki,  bu  məsələ  hələlik  Versal  hərbi 

                                                        

947


 ARDA,f.970, s.1, i.13, v.13 

948


 Борьба за победу социалистической революции в Азербайджане. Документы и материалы. Б., 

1967, с.321-322 

949

 Б.Е.Штейн. "Русский вопрос" на парижской мирной конференции, с.332 



950

  Azərbaycan  Respublikasının  Paris  Sülh  konfransındakı  nümayəndə  heyətinin 

başçısı 

Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 08.09.07.1919. //ARDA, f.970, s.l, i.142, v.17 



279 

 

şurasında  müzakirə  edilməmişdir.



951

  İyun  ayının  axırlarında  Ə.M.Topçubaşov  və 

İ.Q.Sereteli  İngiltərə  nümayəndə  heyətinin  rəhbərlərindən  biri  L.Malletlə 

görüşdülər.  O,  ingilislərin  Qafqazdan  çıxmaq  haqqında  qərarını  təsdiq  edərək 

bildirdi  ki,  Qafqazda  olan  ordu  indi  onlara  başqa  yerdə  lazımdır.  İtalyanların 

Qafqaza gəlişi ilə bağlı ingilis nümayəndəsi dedi: "İtalyanların gəlişi heç bir halda 

vəziyyəti  dəyişmir,  ingilislərin  başladığı  işi  bundan  sonra  italyanlar  davam 

etdirəcəklər."

952

 Denikin təhlükəsi ilə bağlı Əli Mərdan bəyin sualına cavab olaraq 



Mallet bildirdi ki, "Denikin nə Azərbaycana, nə də Gürcüstana doğru gəlməyəcək, 

çünki  Könüllü  ordunun  komandanlığı  bu  günlərdə  Qafqaza  yola  düşən  ingilis 

müvəkkili  Uordrop  tərəfindən  belə  bir  tapşırıq  almışdır."

953


  Bu  məsələlər  barədə 

Azərbaycan  nümayəndələri  keçmiş  Rusiyanın  işləri  ilə  məşğul  olan,  Böyük 

Britaniya nümayəndə heyətinin məsləhətçisi, professor Simpsonla da ətraflı söhbət 

etdilər. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  İngiltərə  Qafqazdan  çıxmaq  haqqında 

qərarını  iyun  ayının  28-də  Sülh  konfransına  təqdim  etdi.  Bu  məlumatı  aldıqdan 

sonra  Azərbaycan,  gürcü  və  dağlı  nümayəndələri  italyanlarla  yaxınlaşmağı 

mümkün  hesab  edirdilər.  Lakin  çətinlik  onda  idi  ki,  İtaliyada  hökumət  kabinəsi 

dəyişmişdi və əvvəllər Qafqaza həvəs göstərən, ora ordu göndərməyə razılıq verən 

Orlando  hökuməti  istefa  vermişdi.  Romada  yeni  yaradılmış  Françesko  Nitti 

hökuməti ilk addım kimi Qafqaza ordu göndərilməsi məsələsini müvəqqəti olaraq 

dayandırdı.  İyun  ayının  28-də  Ə.M.Topçubaşovla  yeni  görüşündə  İtaliya 

nümayəndəsi Valeri Nitti hökumətinin Qafqaz məsələsində tərəddüd etdiyini təsdiq 

etdi.


954 

Lakin  bununla  belə  o,  İtaliyanın  Qafqazda  güclü  iqtisadi  marağının 

olduğunu göstərdi. 

İyul  ayının  7-də  Azərbaycan,  gürcü  və  dağlı  nümayəndələri  İtaliyanın 

Parisdəki hərbi attaşesi Sadino ilə görüşdülər. Fikir mübadiləsi zamanı Sadino öz 

hökumətinin  Qafqazdakı  niyyətlərini  belə  izah  etdi:  1.  İtaliya  Qafqazda  siyasi 

deyil, yalnız iqtisadi məqsədlər güdür; 2. Qafqazın idarə olunmasına dair Millətlər 

Cəmiyyətinin mandatını İtaliya həmin ölkələrin razılığı ilə almaq istəyir; 3. İtaliya 

Qafqazda  üç-beş  ildən  artıq  qalmayacaq;  4.  Bu  müddət  ərzində  Qafqaz 

respublikaları  konfederasiyası  yaradılacaq,  bu  konfederasiya  gücləndiriləcək, 

Qafqaz xalqları özləri öz talelərini həll edəcəklər. Əgər bu müddət ərzində Rusiya 

Federativ  Respublikası  yaradılarsa,  ola  bilsin  ki,  Qafqaz  Konfederasiyası  Rusiya 

Federasiyasının  tərkibinə  daxil  olsun,  bu  halda  İtaliya  Qafqazdan  gedəcəkdir;  5. 

                                                        

951

 Paris  Sülh konfransındakı  Azərbaycan, Gürcüstan  və Dağlılar Respublikası nümayəndələrinin birgə 



iclasının protokolu. 15.06.1919. //ARDA, f.970, s.l, i.142, v.181-184 

952


 А.М.Топчибашев. Письма из Парижа, с.46 

953


  Bulletin  d'Information  de  L'Azerbaidjan.  Paris,  1919,  13  Octobre,  №3,  p.7;  Azərbaycan 

Respublikasının  Paris  Sülh  konfransında  nümayəndəliyinin  başçısı  Ə.M.Topçubaşovun  Nazirlər 

Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.l, i.142, v.19 

954


 ARDA, f.894, s.10, i.94, v.8 

280 

 

İtaliya nə Denikinlə, nə də başqa birisi ilə vuruşmayacaqdır; 6. Qafqazın öz ordusu 



ola bilər və İtaliya da öz tərəfindən buna kömək edəcəkdir.

955


 

Avqust ayının 5-də və 6-da Azərbaycan, gürcü və dağlı nümayəndələrinin 

birgə  iclasında  oriyentasiya  məsələsi  ətraflı  müzakirə  edildi.  Yaranmış  çətinlik 

İtaliyanın  Qafqaza  ordu  göndərməsindən  imtina  etməsi  ilə  bağlı  idi.  İyul  ayının 

axırlarında İtaliya missiyasının üzvü kapitan Oldaninin Gəncə, Şuşa, Şəki və digər 

yerlərdə İtaliya ordusu üçün kazarmalar hazırladığı, tərkibində iki piyada diviziyası 

olan  İtaliya  12-ci  hərbi  korpusunun  Qafqaza  yola  düşdüyü  bir  vaxtda,  Cənubi 

Qafqazda  olan  İtaliya  missiyasının rəhbəri  Marlis  Mişel  iyul ayının 31-də  İtaliya 

Xarici  İşlər  Nazirliyindən  aldığı  məlumatı  Azərbaycan  Xarici  İşlər  Nazirliyinə 

çatdırdı. Orada aydın şəkildə göstərilirdi ki, Britaniya qoşunlarını əvəz etmək üçün 

Cənubi  Qafqaza  İtaliya  ordusu  göndərilməyəcəkdir.  Bununla  belə,  İtaliya  kral 

hökuməti  Azərbaycan  hökumətinin  razılığı  ilə  kommersiya,  maliyyə,  sənaye  və 

digər  sahələrdə  Azərbaycan  Respublikası  ilə  əməkdaşlıq  etmək  arzusunda 

olduğunu  bildirirdi.  İtaliya  Xarici  İşlər  Nazirliyi  vəd  edirdi  ki,  Azərbaycanı 

maraqlandıran  məsələlərlə  bağlı,  xüsusilə  onun  mənafeyi  ilə  bağlı  Paris  Sülh 

konfransında  yaxın  vaxtlarda  başlanacaq  müzakirələrdə  yaxından  iştirak 

edəcəkdir.

956


  Bu  məzmunda  bir  teleqramı  Zaqafqaziyadakı  İtaliya  missiyasının 

başçısı polkovnik Qabba da xarici işlər naziri M.Y.Cəfərova göndərmişdi. 

Bu  məsələlər  müzakirə  edilən  zaman  Azərbaycan  Xarici  İşlər  Nazirliyi 

tərəfindən  Parisə  ezam  edilən  müttəfiq  komandanlığı  yanında  xüsusi  nümayəndə 

Ə.Tahirov  yolüstü  Romada  dayandı  və  İtaliya  Xarici  İşlər  Nazirliyinin 

nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi 

Mayoni  ilə  görüşdə  Ə.Tahirov  Azərbaycana  ordu  göndərilib-göndərilməyəcəyini 

soruşduqda  Mayoni  ona  bir neçə  kağız  göstərərək  bildirdi ki,  Parisdə  olan  İtaliya 

nümayəndələri  ilə  görüşdə  Ə.M.Topçubaşov  Azərbaycana  İtaliya  ordusunun 

göndərilməsinin  arzuolunmazlığını  bəyan  edib.  Ə.M.Topçubaşov  öz  bəyanatında 

əhalinin  bu  addımdan narazı qalacağını  vurğuladığından  Mayoni  bilmək istəyirdi 

ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və 

hökumət Azərbaycana İtaliya  ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya 

tərəfi  Qafqaza  ordu  göndərməməyə  qərar  verdiyindən,  Ə.M.Topçubaşovun  ilk 

müzakirələr  zamanı  hələ  ingilis  ordusu  Azərbaycanda  olarkən  İtaliya  ordusunun 

ora  göndərilməsinə  ehtiyac  olmadığı haqqında  söylədiyi  fikrinə  istinad  edirdi.  Bu 

fikir,  həm  Аzərbaycan,  həm  Gürcüstan  nümayəndələri  tərəfindən  irəli  sürüləndə 

İngiltərə  ordusunun  Qafqazı  tərk  etməsi  barədə  rəsmi  açıqlama  hələ  elan 

edilməmişdi.  Lakin  Britaniya  hökumətinin  Qafqazı  tərk  etmək  barədə  Sülh 

konfransına  rəsmi  müraciətindən  sonra  Cənubi  Qafqaz  respublikaları  ətrafında 

                                                        

955


 Azərbaycan Respublikasının  Paris Sülh konfransında  nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun 

Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.l, i.142, v.21-22 

956

  İtaliya  missiyasının  başçısı  M.Mişelin  Azərbaycan  Xarici  İşlər  Nazirliyinə  məlumatı.  31.07.1919. 



//ARDA. f.894, s.10, i.86, v.17 

281 

 

siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi 



ki,  siz  əhali  və  xalqın  İtaliyaya  münasibətini,  polkovnik  Qabba  başda  olmaqla, 

Azərbaycana  göndərdiyiniz  missiyaya  göstərilən  münasibət  əsasında  mühakimə 

yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul 

mərasimi  keçirdiyini  açıqlayan  Ə.Tahirov  əlavə  etdi  ki,  hökumət  və  əhali  sizin 

ordunuzu Azərbaycanda görməkdən şad olardı. İtaliya xarici işlər naziri vəzifəsini 

icra edən qraf Sforsla görüş zamanı da bu məsələlər ətraflı müzakirə edildi. İtaliya 

hökumətinin  məlum  qərarından  sonra  vəziyyət  dəyişdiyindən  Sidney  Sonninodan 

sonra xarici işlər naziri vəzifəsini icra edən qraf Sfors tərəfindən məsələ bir qədər 

fərqli  formada  qoyulurdu.  Ona  görə  qraf  Sfors  soruşdu  ki,  əgər  italyanlar 

Azərbaycana ordu göndərməsələr, yalnız təlimatçılar və bütün sahələri bilən hərbi 

mütəxəssislər  göndərsələr,  əhali  və  hökumət  buna  necə  münasibət  bəsləyər. 

Ə.Tahirov  cavabında  bildirdi  ki,  İtaliya  ordusunun  və  Azərbaycan  ordusu  üçün 

hərbi  sursatın  göndərilməsi  daha  çox  arzuolunandır.  Bu  halda  qraf  Sfors 

Azərbaycan  ordusunun  ilk  növbədə  ehtiyacı  olduğu  hərbi  sursat  haqqında  yazılı 

müraciət  hazırlamağı  təklif  etdi  və  bu  müraciəti  İtaliya  tərəfinin  müzakirə 

edəcəyini  bildirdi.  Bu  təklifə  uyğun  olaraq,  Ə.Tahirov  Azərbaycan  ordusunun 

aeroplan,  hidroplan,  artilleriya  qurğuları  və  digər  silahlara,  partladıcı  maddələrə, 

zirehli,  yük  və  sərnişin  avtomobillərinə,  habelə  bu  texniki  vasitələrdən  istifadəni 

öyrədən  təlimatçılara  ehtiyacı  olduğunu  İtaliya  Xarici  İşlər  Nazirliyinə  yazılı 

şəkildə təqdim etdi. Nəhayət, Azərbaycan nümayəndəsi ilə üçüncü görüşdə İtaliya 

rəsmisi  Mayoni  öz  hökuməti  adından  Qafqaza  ordu  göndərməyin  mümkün 

olmayacağını,  lakin  Azərbaycan  ordusu  üçün  zəruri  olan  bütün  hərbi  sursatın 

göndəriləcəyini  açıqladı.  Eyni  zamanda,  Mayoni  Azərbaycanın  təhlükəsizliyinin 

İtaliya tərəfindən müdafiə olunacağını da vurğuladı. Mayoni Ə.Tahirova məsləhət 

gördü ki, Bakıya dönüb istədikləri hərbi sursatı almaq üçün öz hökumətindən yazılı 

vəkalət gətirsin, habelə bu barədə Qafqazdakı İtaliya missiyasına məlumat versin 

və qeyd edilən hərbi ləvazimatı qəbul etmək üçün Azərbaycan hökuməti Romaya 

hərbi mütəxəssislər ezam etsin.

957

 

Bu  razılaşmalara  uyğun  olaraq,  az  sonra  Azərbaycan  hökuməti  silah  və 



hərbi sursat almaq üçün general İbrahim ağa Usubov  başda olmaqla, Romaya bir 

heyət  göndərmək  arzusunu  İtaliya  tərəfinə  bildirdi.  Cənubi  Qafqazdakı  İtaliya 

missiyasının  başçısı  M.Qabba  Azərbaycan  xarici  işlər  naziri  M.Y.Cəfərova 

göndərdiyi  6  sentyabr  1919-cu  il  tarixli  məktubda  kral  hökumətinin  bu  heyətin 

İtaliyaya  getməsinə  razılıq  verdiyini  yazırdı.  O,  təklif  edirdi  ki,  İtaliyaya  ezam 

olunacaq  şəxslərin  sənədləri  viza  alınması  üçün  Tiflisdəki  İtaliya  konsulluğuna 

göndərilsin.

958


 Müvafiq sənədləşmədən sonra 1919-cu ilin noyabr-dekabr aylarında 

                                                        

957

 Müttəfiq komandanlığı yanında Azərbaycanın nümayəndəsi Ə.Tahirovun İstanbul və Romaya səfəri 



barədə  Nazirlər  Şurasının  sədri  N.Usubbəyova  yazılı  məlumatı.  06.08.1919.  //ARPİİ  SPİHDA,  f.277, 

s.2, i.22, v. 103-105 

958

 Э.Э.Исмаилов. Георгиевские кавалеры-азербайджанцы. Москва, 2005, с.201 



282 

 

İ.Usubov  başda  olmaqla  Azərbaycan  hərbi  heyəti  Romaya  ezam  olundu.  14 



oktyabr  tarixində  M.Y.Cəfərova  göndərdiyi  digər  bir  məktubda  isə  polkovnik 

Qabba İtaliya ilə Qafqaz arasında kommersiya xarakterli dəniz yolunun açıqlığını 

bildirirdi.  O,  məlumat  verirdi  ki,  Triest  limanından  çıxan  İtaliya  gəmisi  ayda  iki 

dəfə,  cümə  axşamı  və  cümə  günləri  Batum  və  Poti  limanlarında  olacaqdır.

959

 

Azərbaycan  xarici  işlər  naziri  M.Y.Cəfərova  göndərdiyi  digər  bir  məktubda 



polkovnik  Qabba  italyanların  Cənubi  Qafqaza  köçürülməsinin  mümkünlüyünü 

öyrənmək  üçün  İtaliya  hökumətinin  Qafqaza  ezam  etdiyi  doktor  Feliks 

Kalimaninin  Azərbaycanda  əmək  ehtiyatlarının  vəziyyətini  araşdırmaq  üçün 

Bakıya  gələcəyini  bildirirdi.  О  xahiş  edirdi  ki,  bu  məsələdə  doktor  Kalimaniyə 

köməklik göstərilsin, onun hökumət üzvləri ilə görüşləri təşkil edilsin və ölkənin 

iqtisadi həyatı ilə bağlı lazımi statistik məlumatlarla təchiz edilsin.

960

 Lakin bütün 



bunlar bir qədər sonrakı hadisələr idi. 

1919-cu  ilin  yayında  İtaliya  hökumətinin  qəflətən  Qafqaza  ordu 

göndərməsini təxirə salması Şimal təhlükəsi ilə üz-üzə dayanan yeni respublikalar 

üçün  böyük  çətinliklər  yaratdı.  Avqust  ayının  1-də  İtaliya  Xarici  İşlər  Nazirliyi 

Romada olan İngiltərə səfirliyinə məlumat verdi ki, F.Nitti hökuməti Qafqaza ordu 

göndərməyəcəkdir.  İtaliya  hökumətinin  avqust  ayının  5-də  elan  edilən  rəsmi 

bəyanatı da bu fikri təsdiq etdi. İngilislərin Qafqazı tərk etmələri barədə məlumat 

verildikdən  sonra  F.Nittinin  belə  qərar  qəbul  etməsi  Azərbaycanı  və  Gürcüstanı 

çətin vəziyyətə salırdı. Digər tərəfdən, bu dövrdə İtaliyanın sosial-siyasi və iqtisadi 

vəziyyətinin təhlili belə bir fikir söyləməyə əsas verir ki, Qafqaza hərbi ekspedisiya 

göndərilməsi İtaliyanın özü üçün ciddi problemlər yarada bilərdi. Özündən əvvəlki 

hökumət başçısı Orlandoya nisbətən, daha real düşünən Françesko Nitti bunu hiss 

etmişdi.  О  qeyd  edirdi  ki,  dünya  müharibəsi  başa  çatdıqdan  sonra  İtaliya  dövlət 

başçıları  iki  ağılsız  qərar  qəbul  etmişlər:  birincisi,  İzmiri  tutmaq,  ikincisi  isə 

Gürcüstana hərbi ekspedisiya göndərmək. Onun fikrincə, bu addımlar İtaliyanı bir 

tərəfdən Türkiyə, digər tərəfdən Rusiya ilə müharibəyə aparıb çıxara bilərdi. Bu isə 

İtaliyanın iqtisadi  cəhətdən  məhvi  demək  idi.  O,  sonralar  yazırdı:  "İtaliyanın  baş 

naziri  kimi,  mən  şəxsən  1919-cu  ilin  yayında  Gürcüstana  (Cənubi  Qafqaza  ordu 

göndərmək  nəzərdə  tutulur  -  C.H.)  hərbi  ekspedisiya  göndərməyi  qadağan 

etdim".


961

  Orlandodan  fərqli  olaraq  Nitti  "Böyük  Ermənistan"  yaradılması 

çağırışlarını,  xüsusilə,  Türkiyənin  parçalanması  ideyasını  Antanta  dövlətlərinin 

avantürası hesab edirdi. О vurğulayırdı ki, sözdə hamı prezident Vilsonun "Böyük 

Ermənistan"  layihəsinə  tərəfdardır.  Lakin  nə  İngiltərə,  nə  Fransa,  nə  də  İtaliya 

böyük bir ordunun yerinə yetirməli olacağı bu işin ağırlığını öz üzərinə götürmək 

istəmir,  ABŞ  Senatı  isə  bu  məsələdə  Vilsonun  arzularının  əleyhinə  hərəkət  edir. 

Bütün  bunları  xatırlatdıqdan  sonra  F.Nitti  yazırdı:  "Heç  olmasa  kiçik Ermənistan 

                                                        

959


 Азербайджанская Демократическая Республика. Внешняя политика, с.375 

960


 Yenə orada, s.418 

961


 Ф.Нитти. Вырождение Европы, с. 105 

283 

 

mövcud  olması naminə  "Böyük  Ermənistan" haqqında  əfsanələr  uydurmaq lazım 



deyildir."

962


  Antanta  dövlətlərinin  Türkiyəyə  ədalətsiz  münasibəti  ilə  bağlı  Nitti 

bildirirdi  ki,  böyük  dövlətlərə  nə  vaxt  lazımsa,  həmin  vaxt  onlar  türklərin  öz 

qonşularına  münasibətdə  "vəhşi  obrazını"  yarada  bilirlər.  Halbuki  onun  fikrincə, 

"türklər təbiət etibarilə qəddar və zülmkar deyildilər. Lakin onlar çox hiyləgər və 

məkrli  qonşularla  -  bir  qayda  olaraq  əkinçilik  və  sənaye  ilə  deyil,  əsasən,  iri  və 

xırda  ticarətlə  məşğul  olan,  ticarət  və  sələmçilik  hesabına  yaşayan  yunanlar, 

ermənilər və yəhudilərlə əhatə olunmuşlar".

963


 

Nitti hökumətinin avqustun 5-də Qafqaza ordu göndərməkdən imtina etməsi 

oriyentasiya məsələsini yenidən kəskin şəkildə meydana çıxardı. Avqust ayının 6-

da  Azərbaycan,  Gürcüstan  və  Dağlılar  respublikaları  nümayəndələrinin  birgə 

iclasında  oriyentasiya  məsələsi  geniş  şəkildə  müzakirə  edildi.  İclasa  sədrlik  edən 

Ə.M.Topçubaşov  qeyd  etdi  ki,  indiki  vaxtda  bizim  dövlətlərimizin  müstəqil 

olmaları hər birimizin ən böyük arzusu olmasına baxmayaraq, müəyyən bir dövrdə 

yaxın  vaxtlar  üçün  kənardan  siyasi  kömək  və  hərbi  yardım  almadan  keçinə 

bilmərik.  O,  Qafqaz  respublikaları  ətrafında  yaranmış  şəraiti  təhlil  edərək,  dedi: 

"Bir halda ki, vəziyyət belədir, onda sağımıza və solumuza baxıb, özümüzə kömək 

axtarmalıyıq".  Müzakirələrin  gedişində  vəziyyətdən  çıxış  yolu  kimi  bir  sıra 

təkliflər  irəli  sürüldü.  Ayrı-ayrı  nümayəndələrin  çıxışlarında  göstərildi  ki, 

Azərbaycan  və  Gürcüstanın  Paris  Sülh  konfransındakı  təmsilçiləri  Millətlər 

Cəmiyyətinə  müraciət  etsinlər  və  Qafqaz  mandatını  qəbul  edən  ölkə  Millətlər 

Cəmiyyəti  tərəfindən  müəyyən  edilsin.  Sonra  M.H.Hacınski  belə  bir  təklif  irəli 

sürdü ki, ehtimal edilən dövlətlər içərisindən öz gücü və imkanlarına görə, yalnız, 

Böyük  Britaniya  bu  missiyanı  yerinə  yetirə  bilər  və  ona  görə  də  Azərbaycanın 

mandatının  götürülməsi  İngiltərədən  xahiş  edilsin.  O,  iclasdakı  çıxışında 

əsaslandırmağa  çalışdı  ki,  İngiltərədən  başqa  Qafqaz  respublikalarının,  о 

cümlədən,  Azərbaycanın  heç  bir  oriyentasiyası  olmamalıdır.

964 

Çıxış  edən 



Gürcüstan nümayəndələri də bu təklifə tərəfdar çıxdılar. Lakin böyük  dövlətlərin 

regionda maraqlarının toqquşmasını nəzərə alaraq, iclasda qeyd edildi ki, bu xahiş 

İngiltərədən  elə  incə  formada  edilməlidir  ki,  digər  dövlətlər  narazı  qalmasınlar. 

Ona görə, müzakirələrin gedişində belə bir razılıq əldə edildi ki, bu məsələ ilə bağlı 

ilk  növbədə,  İngiltərə  siyasi  dairələrinin  fikri  öyrənilsin,  sonra  isə  Millətlər 

Cəmiyyətinə  müraciət  edilsin.  Millətlər  Cəmiyyətində  Böyük  Britaniyanın  üstün 

rol  oynayacağına  əsaslanıb,  bu  məsələnin  mümkün  olacağına  ümid  bəsləmək 

olardı.  Lakin  bu  ümidlər  doğrulmadı.  Hətta  Azərbaycan  hökumətinin  qərarı  ilə 

xarici  işlər  naziri  M.Y.Cəfərov  Britaniya  ordusunun  ölkədə  müəyyən  şərtlər 

daxilində  saxlanması  haqqında  avqustun  4-də  general  D.Şatelvorta  müraciət  etsə 

                                                        

962


 Yenə orada, s.109 

963


 Yenə orada, s.109 

964


  Parisdə  olan  Azərbaycan,  Gürcüstan  və  Dağlılar  Respublikası  nümayəndələrinin  birgə  iclasının 

protokolu. 06.08.1919. //ARDA, f.970, s.l, i.142, v.205-212 



284 

 

də,  ingilis  ordusunu  Bakıda  saxlamaq  mümkün  olmadı.  M.Y.Cəfərov  yazırdı: 



"Hökumətimizin  əlində  olan  rəsmi  məlumata  görə,  avqust  ayının  ortalarında 

Britaniya  ordusu  Azərbaycanı  tərk  edəcəkdir.  Bunu  nəzərə  alaraq  Azərbaycan 

hökuməti  qərar  qəbul  etmişdir  ki,  ingilis  ordularının  müvəqqəti  olaraq, 

Azərbaycanda  saxlanmasını  əlahəzrət  kral  hökumətindən  xahiş  etsin.  Əgər 

Britaniya  hökuməti  orduların  Azərbaycanda  saxlanmasına  öz  prinsipial  razılığını 

bildirsə,  onun  şərtləri  qarşılıqlı  razılıq  əsasında  hazırlana  bilər".

965

  Lakin 


Azərbaycan  hökuməti  və  onun  Parisdəki  nümayəndələrinin  ciddi-cəhdlərinə 

baxmayaraq, avqust  ayının axırlarında  ingilislər  Qafqazı  tərk  etdilər.  Azərbaycan 

hökumətinin  Parisdə  olan  nümayəndələrinə  xarici  işlər  nazirliyi  tərəfindən 

respublikanın  beynəlxalq  vəziyyəti  ilə  bağlı  gürcü  nümayəndəsi  Qambaşidzedan 

göndərilən hesabatda göstərilirdi ki, avqust ayının axırlarında sonuncu ingilis hərbi 

dəstələri Azərbaycan ərazisindən çıxmışdır.

966

  Azərbaycandan  çıxmaq  ərəfəsində, 



avqust  ayının  23-də  Müttəfiq  qoşunlarının  komandanlığı  adından  ingilis  generalı 

Şatelvort  Bakı  əhalisinə  vida  çağırışı  ilə  müraciət  etmişdi.  Müraciətdə  deyilirdi: 

"Fürsətdən  istifadə  edib,  indi  Bakını  tərk  edən  Britaniya  qoşunları  adından 

Azərbaycan,  xüsusən,  Bakı  şəhəri  əhalisindən  üzr  istəyirik.  Səmimiyyətlə 

təəssüflənirik  ki,  çoxsaylı  dostlarımızla  və  tanışlarımızla  vidalaşırıq,  onlara 

ürəkdən  sülh  və  xoşbəxtlik  arzulayırıq.  Britaniya  ordusunun  bütün  şəxsi  heyəti 

Azərbaycanda  keçirdikləri  günlərin  ən  yaxşı  xatirələrini  özləri  ilə  aparırlar."

967


 

İngilis  qoşunlarının  1918-ci  ilin  noyabrından  1919-cu  ilin  avqustuna  qədər 

Azərbaycanda olduğu dövrlə bağlı qeyd etmək lazımdır ki, 1918-ci ilin noyabrında 

müttəfiq  orduları  Bakıya  işğal  niyyəti  ilə  girsələr  də,  onların  Azərbaycanda 

yeritdiyi  siyasət  işğal  xarakteri  daşımırdı.  Bu  dövrlə  bağlı  hadisələrin  təhlili  belə 

bir  fikrə  gəlməyə  əsas  verir  ki,  1918-ci  ilin  oktyabrında  imzalanmış  Mudros 

sazişinin  şərtlərinə  görə,  Bakıya  daxil  olan  ingilis  qoşunları  1919-cu  ilin 

avqustunda Azərbaycandan dost kimi çıxdılar. Adil xan Ziyadxanov 1919-cu ildə 

Bakıda nəşr edilmiş "Azərbaycan" adlı kitabında yazırdı: "Müttəfiqlərin bizə olan 

münasibət və əlaqələri daha əvvəlinci gündən zahir olub, hörmət pərdəsi aramızda 

quruldu.  Yüz  cürə  əhvaldan  nəticə,  əlbəttə,  о  oldu  ki,  mədəni  millətlərin 

nümayəndələri bizim torpаğımıza gəldikdə, Azərbaycanda bütün əhvali-ictimaiyyə 

və siyasiyyənin əhalinin rizasilə axıb getməkdə olduğunu gözləri ilə görüb həqiqət 

halını  yaxından  dərk  etdilər.  Mən  kəmali  ümid  və  cəsarətlə  deyə  bilərəm  ki,  nə 

qədər  böyük,  mədəni  millətlərlə  münasibət  və  əlaqədə  olarıqsa,  bir  о  qədər  də 

                                                        

965

 Xarici işlər naziri M.Y.Cəfərovun general D.Şatelvorta rəsmi məktubu.  04.08.1919. //ARDA, f.894, 



s.10, i.86, v.20 

966


 ARDA, f-2905, s.1, i-20, v.2 

967


  Telegramme  du  general  Shuttleworth.//Bulletin  d'Information  de  L'Azerbaidjan.  Paris,  1920,  17 

Janvier,  №7,  p.2;  General  Şatelvortun  Bakı  əhalisinə  vida  müraciəti.  23.08.1919.  //ARDA,  f-970,  s.1, 

i.144, v.9 

 


285 

 

aramızdakı  əlaqeyi-dostanə  möhkəmləşib,  bir-birimizin  həqiqi  əhvalından  daha 



artıq dərəcədə xəbərdar olarıq."

968


 

İngilis  ordusunun  Qafqazda  olması  yalnız  Denikin  təhlükəsindən  müdafiə 

olunmaq üçün deyil, eyni zamanda Qafqaz respublikalarının öz aralarında da sülh 

və sabitlik yaratmaq üçün əhəmiyyətli idi. Tanınmış ingilis siyasətçisi U.Çörçilin 

belə  bir  fikri  ilə  razılaşmaq  olar  ki,  "Qara  dənizdən  Xəzər  dənizinə  qədər  bütün 

Qafqazı tutmuş Britaniya diviziyası bir-biri ilə rəqabət aparan xalqlar - ermənilər, 

gürcülər, tatarlar /azərbaycanlılar - C.H./, dağlılar və ruslar arasında sülhün yeganə 

təminatçısı  idi".

969

  Böyük  Britaniyanın  Cənubi  Qafqaz  siyasətini  obyektiv 



işıqlandırmağa cəhd göstərmiş R.Uilman da öz araşdırmasında bu fikri təsdiq edir. 

O,  yazır  ki,  region  xalqları  arasında  bir  sıra  hallarda  milli  qırğın  xarakteri  alan 

ədavəti 

aradan 


qaldırmaq 

ingilis 


siyasətinin 

müsbət 


cəhəti 

kimi 


qiymətləndirilməlidir.

970


 

İngilislərin Bakıdan çıxması münasibəti ilə  Azərbaycan Nazirlər Şurasının 

sədri  "Metropol"  mehmanxanasında  general  Korinin  və  digər  yüksək  rütbəli 

şəxslərin şərəfinə ziyafət verdi. Ziyafətdəki çıxışında general Kori qeyd etdi ki, bu 

çətin keçid dövründə Azərbaycan hökumətinin və xüsusən, Azərbaycan Xarici İşlər 

Nazirliyinin  fəaliyyəti,  onların  gördüyü  işlər  adamı  heyrətləndirir.  Bakını  tərk 

edərkən, ingilislər şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostansiyalarını, 

ordunun  hərbi  sursatını  və  hərbi  gəmilərin  bir  hissəsini  Azərbaycan  hökumətinə 

verdilər.

971


 Bu məsələ ilə bağlı avqust ayının 4-də Azərbaycanın xarici işlər naziri 

M.Y.Cəfərov  Bakıdakı  Britaniya  ordusunun  komandanı  general  D.Şatelvorta 

müraciət  etmişdi.  O,  xahiş  edirdi  ki,  Azərbaycanın  sahil  ərazilərini  və  xüsusilə, 

ölkənin  paytaxtı  Bakını  Xəzər  dənizi  tərəfindən  ola  biləcək  hər hansı təhlükədən 

qorumaq  üçün  Britaniyanın  komandanlığının  nəzarətində  olan  donanmanın  bir 

hissəsi  Azərbaycan  hökumətinə  verilsin.

972

  Avqust  ayının  8-də  M.Y.Cəfərov 



general  D.Şatelvorta  göndərdiyi  ikinci  məktubda  Britaniya  komandanlığının 

sorğusuna  cavab  olaraq  bildirirdi  ki,  Azərbaycan  hökuməti  ölkədə  sabitliyi  və 

qayda-qanunu  saxlamaqda  maraqlı  olduğundan  alınmış  gəmilər  sahil  sularının 

müdafiəsi  üçün  bolşeviklərə  qarşı  mübarizə  məqsədilə  istifadə  ediləcəkdir. 

M.Y.Cəfərov  yazırdı: "Respublika hökuməti güman edir ki, Astraxan, Zakaspi və 

digər  yaxın  ərazilərdə  bolşeviklər  ləğv  edildikdən,  bilavasitə  Azərbaycanın 

sahilləri  və  paytaxtına  qarşı  yönəlmiş  təhlükə  aradan  qalxdıqdan  sonra  müttəfiq 

komandanlığı Xəzər donanmasını tərksilah etməуə qərar versə, Azərbaycan da öz 

gəmilərində  bu  tədbiri  həyata  keçirəcəkdir.  İndi  Britaniya  hökumətinin 

                                                        

968

 A.Ziyadxanlı. Azərbaycan, s.61 



969

 У.Чeрчиль. Мировой кризис, с.247 

970

 R.Ullman. Anglo-Soviet Relations 1917-1921, p.337 



971

 Banquet d'adieu des  Anglais.  24.08.19197/Bulletin  d'lnformation de  L'Azerbaidjan. Paris, 1920, 17 

Janvier, №7, p.2 

972


 Xarici işlər naziri M.Y.Cəfərovun general D.Şatelvorta rəsmi məktubu. 04.08.1919. //ARDA, f.970, 

s.l, i.60, v.9 



286 

 

Azərbaycanın  paytaxtını  və  onun  Хəzər  dənizi  sahillərini  xaricdən,  bolşeviklər 



tərəfindən  ola  biləcək  təhlükə  qarşısında  qoyub,  çıxmağa  qərar  verməsi  əhalidə 

böyük  həyəcan  yaratmışdır.  Ona  görə,  mənim  hökumətim  bir  daha  müttəfiqlərin 

Xəzər  dənizindəki  gəmilərinin  bir  hissəsinin  Azərbaycan  ordusuna  verilməsini 

xahiş edir."

973

 Xarici işlər naziri M.Y.Cəfərovun səyləri öz nəticəsini verdi və son 



anda  Britaniya  komandanlığı  Xəzər  dənizində  olan  hərbi  donanmanın  böyük  bir 

hissəsini  Azərbaycan  hökumətinə  verməli  oldu.  İngilislərin  verdiyi  gəmilər 

əsasında  Azərbaycan  Respublikasının  Xəzər  donanması  yaradıldı.  Azərbaycan 

hökumətinin  öz  dəniz  sərhədlərini  qorumaqla  bağlı  atdığı  bu  mühüm  addım,  az 

sonra  Denikinin  rəhbərlik  etdiyi  Cənubi  Rusiyanın  silahlı  qüvvələrinin  etirazına 

səbəb  oldu.  Könüllü  ordunun  dəniz  donanmasının  vitse-admiralı  Gerasimovun 

Azərbaycan  hökumətinə  verdiyi  notada  Azərbaycanın  yeni  yaradılan  Xəzər 

donanmasının  ləğv  edilməsi  tələb  edilirdi.  Notada  deyilirdi:  "Rusiya  ilə  İran 

arasında  10  fevral  1828-ci  ildə  imzalanmış  Türkmənçay  müqaviləsinin  8-ci 

maddəsində,  əsasən,  Xəzər  dənizində,  yalnız,  Rusiya  və  İran  ticarət  donanması 

saxlaya  bilər.  Həmin  müqaviləyə  əsasən,  hərbi  donanma  saxlamaq  hüququ  isə 

ancaq Rusiyaya məxsusdur. Cənubi  Rusiya silahlı qüvvələrinin Baş komandanlığı 

yanında Dənizçilik idarəsi bunu bildirməyi zəruri hesab edir ki, Azərbaycan hərbi 

və ticarət gəmilərinin, rus bayrağından başqa hər hansı bayraq altında üzməsinə yol 

verməyəcəkdir."

974


  Bu  əsassız  notanı  Azərbaycan  Dövlət  Müdafiə  Komitəsi  öz 

iclasında  müzakirə  edərək,  Xarici  İşlər  Nazirliyinə  tapşırdı  ki,  Cənubi  Rusiya 

silahlı  qüvvələrinin  Baş  komandanlığının  nümayəndəsinə  aşağıdakı  məzmunda 

cavab  versin:  1.  Rusiya  və  İran  arasında  imzalanmış  Türkmənçay  müqaviləsi, 

yalnız, Rusiya və İran üçün məcburi ola bilər, bu  yeni yaranmış  dövlətlərə şamil 

edilə  bilməz;  2.  Xəzər  dənizi  sahillərində  yerləşən  Azərbaycan  Respublikasının 

dəniz limanları və ticarət gəmiləri vardır və bu gəmilər Azərbaycan bayrağı altında 

üzəcəkdir.

975

  Eyni  zamanda  Dövlət  Müdafiə  Komitəsi  Könüllü  ordu rəhbərliyinin 



belə  tələblərini  Azərbaycanın  suveren  hüquqlarına  qarşı  yönəlmiş  akt  kimi 

qiymətləndirdi  və  Xarici  İşlər  Nazirliyinə  tapşırdı  ki,  bu  məsələ  ilə  bağlı 

müttəfiqlərin Cənubi Qafqazda olan Ali komissarları və diplomatik nümayəndələri 

qarşısında etiraz notası ilə çıxış etsin. 

                                                        

973


 Xarici işlər naziri M.Y.Cəfərovun general D.Şatelvorta rəsmi məktubu. 08.08.1919. //ARDA, f.894, 

s.10, i.86, v.30 

974

  Mission  Militaire  Française  au  Caucase.  Extrait  «d'Obnovlenie»  (Reproduit  d'Azerbaïdjan»  le  29 



octobre 1919).Correspondance entre l'Armèe volontaire et le Gouvernement d'Azerbaïdjan au sujet de la 

flotte  de  la  Caspienne//  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives  Diplomatique,  vol.638, 

folio  125;  Rusiyanın  cənubunda  silahlı  qüvvələrin  Baş  komandanlığı  yanında  Dənizçilik  İdarəsinin 

vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə notası. 17.10.1919. //ARDA, f.970, s.l, i.196, v.3 

975

  Mission  Militaire  Française  au  Caucase.  Extrait  «d'Obnovlenie»  (Reproduit  d'Azerbaïdjan»  le  29 



octobre 1919).Correspondance entre l'Armèe volontaire et le Gouvernement d'Azerbaïdjan au sujet de la 

flotte  de  la  Caspienne//  Ministère  des  Affaires  Etrangère  de  France,  Archives  Diplomatique,  vol.638, 

folio 125; Dövlət Müdafiə Komitəsinin qərarından çıxarış. 21.10.1919. //ARDA, f.970, s.1, i.196, v.4 

 


287 

 

Bu  məsələ  ilə  bağlı  Azərbaycan  Xarici  İşlər  Nazirliyi  ABŞ,  Böyük 



Britaniya  və  İtaliyanın  Cənubi  Qafqazda  olan  missiyalarına  etiraz  notası  verdi. 

Eyni  zamanda  nazirlik  respublikanın  Tiflisdə,  Parisdə,  Kuban  hökumətində  və 

digər  yerlərdə  olan  diplomatik  nümayəndələrinə  məlumat  göndərdi  ki,  mümkün 

olan  bütün  diplomatik  vasitələrlə  könüllü  ordunun  Azərbaycanın  hərbi 

donanmasının  yaradılmasına  qarşı  yönəlmiş  təcavüzkar  məqsədlərini  dəf  etsinlər. 

Kuban  hökumətindəki  diplomatik  nümayəndə  Cəfər  bəy  Rüstəmbəyova  təlimat 

verildi  ki,  admiral  Gerasimovun  notası  ilə  bağlı  general  Denikinlə  görüşüb, 

Azərbaycanın Türkmənçay müqaviləsini imzalamadığını və bu səbəbdən də həmin 

müqavilənin maddələrinin Azərbaycana dəxli olmadığını onun nəzərinə çatdırsın. 

Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  fikrincə,  əgər  söhbət  Türkmənçay 

müqaviləsinə görə, gəmilərin yalnız rus bayrağı altında üzməsindən gedirsə, onda 

Xəzər  dənizində  gəmilərin  ingilis  bayrağı  altında  üzməsi  də  yolverilməz  hesab 

edilməli  idi.  Ona  görə  respublika  xarici  siyasət  idarəsi  öz  nümayəndəsi 

C.Rüstəmbəyov  vasitəsi  ilə  general  Denikinə  çatdırılırdı  ki,  öz  milli  donanması 

olan  Azərbaycan  hökuməti  razı  ola  bilməz  ki,  onun  donanması  ayrı  bir  ölkənin 

bayrağı altında üzsün.

976

 

Müttəfiq  qoşunlarının  Qafqazdan  çıxması  yeni  respublikalar  və  onların 



Versaldakı  nümayəndələri  üçün  bir  qədər  gözlənilməz  oldu.  Ə.M.Topçubaşovun 

ingilis nümayəndələri ilə görüşündə  aydın  oldu  ki,  Britaniya hökuməti  tərəfindən 

qoşunların geri çağırılması artıq həll edilmişdir. O, yazırdı ki, "biz möhkəm əmin 

idik ki, ingilis qoşunları bizdə qalacaqdır. Ancaq məlum oldu ki, yanılmışıq. Həm 

də təkcə biz yox, о biri Zaqafqaziya respublikalarının - Gürcüstan və Ermənistanın 

nümayəndələri  də  yanılıblar.  İngilis  nümayəndələri  ilə  şəxsi  görüşlər  zamanı 

Britaniya hökuməti  tərəfindən qoşunların geriyə çağırılması  məsələsinin artıq həll 

olunduğundan başqa heç nə öyrənə bilmədik. Belə bir vəziyyətdə biz, gürcülər və 

ermənilər  bir  уеrə  yığışdıq,  Sülh  konfransına  və  bütün  müttəfiqlərə  ayrılıqda, 

respublikalarımızın  taleyi  konfransda  həll  oluncaya  qədər,  qoşunların  bizdə 

qalması  üçün  xahişnamə  ilə  müraciət  etməyi  qərara  aldıq."

977


  Nəticədə,  hər  üç 

respublika  nümayəndələrinin  imzaladığı  və  haqqında  yuxarıda  bəhs  edilmiş  28 

avqust xahişnaməsi meydana çıxdı. 

Böyük  Britaniya  hökuməti  ingilis  qoşunlarının  Qafqazdan  çıxarılması  ilə 

bağlı  Oliver  Uordrop  başda  olmaqla,  özünün  siyasi  missiyasını  Cənubi  Qafqaza 

göndərdi. Bu barədə ilk dəfə Paris Sülh konfransında olan Britaniya nümayəndəsi 

Krou  iyul  ayının  25-də  İngiltərə  xarici  işlər naziri  Balfurun  qərarını  Azərbaycan 

nümayəndə  heyətinə  çatdırdı.  Krou  yazırdı:  "Mən  xarici  işlər  naziri  Balfurdan 

sərəncam  almışam  sizə  bildirim  ki,  əlahəzrət  kral  hökuməti  Cənubi  Qafqaza 

Uordrop başda olmaqla, missiya göndərmək niyyətindədir. Cənab Uordrop Cənubi 

                                                        

976


 Azərbaycan Xarici İşlər Nazirliyinin Cənubi Rusiya Silahlı Qüvvələrinin Baş komandanlığı yanında 

diplomatik nümayəndə C.b.Rüstəmbəyova təlimatı. Oktyabr, 1919. //ARDA, f.970, s.l, i.196, v.5 

977

 А.М.Топчибашев. Письма из Парижа, с.59-60 



288 

 

Qafqaza  yaxşı  bələd  olduğuna  və  əlahəzrətin  konsul  xidmətində  uzun  müddət 



çalışdığına görə xüsusi olaraq, bu missiya üçün seçilmişdir. Ümid edirik ki, bu ayın 

axırında  о  yola  düşəcəkdir.  Cənab  Uordrop  əlahəzrət  hökumətini  Cənubi 

Qafqazdakı vəziyyət haqqında məlumatlandıracaqdır, lakin bu təyinat Azərbaycan 

hökumətinin əlahəzrət hökuməti tərəfindən tanınması kimi qəbul edilməməlidir."

978

 

Oliver  Uordrop  Qafqaza  yola  düşməzdən  əvvəl  Parisdə  olan  Azərbaycan, 



Gürcüstan  və  Ermənistan  nümayəndələri  ilə  görüşdü.  Bu  görüş  barədə 

Ə.M.Topçubaşov  Azərbaycan  Nazirlər  Şurasının  sədri  N.Usubbəyovun  adına 

göndərdiyi  hesabatda  yazırdı:  "Biz  Qafqaza  göndərilən  Britaniya  missiyası  ilə 

burada  görüşdük,  onun  gəlişi  barədə  qabaqcadan  xəbərdar  edilmişdik.  Cənab 

Uordropun  səfəri  barədə  nazir  Balfur...  məlumat  vermişdi.  Cənab  Uordrop  özü 

katibləri  ilə  birlikdə  bizim  görüşümüzə  gəldi,  onlardan  biri  cənab  Uayt  əvvəllər 

Təbrizdə  və  Odessada  konsul  olduğu  üçün  bizim  dildə  və  rusca  yaxşı  danışırdı. 

Cənab  Uordrop  özü  xoş  təsir  bağışladı,  özünün  xeyirxah  niyyətdə  olduğunu 

bildirdi  və  xahiş  etdi  ki,  Qafqazda  bütün  xalqların  əmin-amanlıq  şəraitində 

yaşamasına hər cür təsir göstərək. Gürcülərlə gürcü dilində danışdı və ermənilərlə 

görüşdü, həmin gün Qafqaza yola düşdü."

979


 

İngilis  qoşunlarının  Qafqazdan  çıxarılmasının  başa  çatdırıldığı  dövrlərdə, 

avqust ayının axırlarında Uordropun başçılıq etdiyi Uayt, Malliqan, Qrandi və daha 

bir nəfərdən ibarət olan ingilis missiyası Tiflisə gəldi. İngiltərə xarici işlər nazirinin 

Uordropu  Cənubi  Qafqaza  Ali  Britaniya  komissarı  təyin  etməsi  barədə  qərarı 

avqust  ayının  22-də  Azərbaycan  hökumətinə  çatdırıldı.

980

  Bununla  da,  Böyük 



Britaniya  imperiyasının  Azərbaycan  və  bütövlükdə  Qafqaz  siyasətinin  mahiyyət 

etibarı ilə əvvəlkindən fərqlənən yeni mərhələsi başlandı. Tiflisdə işə başladıqdan 

az  sonra  O.Uordrop  sentyabr  ayının  27-də  Britaniya  missiyasının  üzvü  Uayt, 

Azərbaycanın  Gürcüstanda  diplomatik  nümayəndəsi  F.Vəkilov  və  Gürcüstanın 

Azərbaycanda  diplomatik  nümayəndəsi  Q.Alşibayanın  müşayiəti  ilə  Bakıya  yola 

düşdü.  Sentyabrın  28-də  onu  Bakı  dəmiryol  vağzalında  xarici  işlər  naziri 

M.Y.Cəfərov və digər rəsmi şəxslər qarşıladılar. Səfər zamanı O.Uordrop Baş nazir 

N.Usubbəyov,  xarici  işlər  naziri  M.Y.Cəfərov,  yollar  naziri  X.Məlik-Aslanov, 

hərbi  nazirin  müavini,  general  Ə.Şıxlinski,  daxili  işlər  nazirinin  müavini 

M.Ağabəyov  və  digərləri  ilə  görüşdü.  Oktyabr  ayının  2-də  Bakıya  səfəri  barədə 

Londona  geniş  hesabat  göndərən  O.Uordrop  yazırdı:  "İstənilən  başqa  ölkədən 

fərqli olaraq, bu ölkənin xalqı və hökuməti Böyük Britaniyaya çox yaxşı münasibət 

bəsləyir.  Baş  nazirin  mövqeyi  kifayət  qədər  möhkəmdir.  Əgər  biz  onlara  kömək 

etsək,  onlar  İngiltərə  ilə  səmimi  şəkildə  əməkdaşlıq  edəcəklər.  Cənab 

                                                        

978


  Paris  Sülh  konfransındakı  Britaniya  nümayəndə  heyətinin  üzvü  Krounun  Ə.M.Topçubaşova 

məktubu.  25.07.1919.  //ARDA,  f.970,  s.l,  i.142,  v.46;  Bulletin  d'Information  d  L'Azerbaidjan.  Paris, 

1919, 13 Octobre, №3, p.7 

979


 А.М.Топчибашсв. Письма из Парижа, с.68-69 

980


 ARDA, f.970, s.3, i.4, v.30 

289 

 

Usubbəyovun  səmimiliyi  və  onun  öz  ölkəsinin  siyasətinə  nəzarət  etmək  bacarığı 



barədə məndə yüksək fikir oyandı. Bizim hər ikimizdə gələcək münasibətlərimizin 

inkişafına  böyük  ümid  yarandı."  Bakıya  səfəri  zamanı  Britaniya  Ali  komissarı 

O.Uordropa  ermənilərin  Azərbaycanda  və  bütövlükdə,  Cənubi  Qafqazda 

törətdikləri  vəhşiliklər  haqqında  geniş  məlumat  verildi.  O,  Londona  göndərdiyi 

hesabatda  yazırdı:  "Azərbaycanlılar  bildirirlər  ki,  yerli  ermənilər  bolşeviklərin 

köməyi ilə çoxlu sayda müsəlman əhalisini qırmışlar." Onların fikrincə, Şaumyan 

saxta  bolşevik  imiş.  O.Uordrop  öz  hesabatına  əlavə  edirdi  ki,  lap  bu  yaxınlarda 

ermənilər  yeni  Bəyazit,  Aleksandropol  və  İrəvan  vilayətlərində  60  müsəlman 

kəndini  yerlə  yeksan  etmişlər.  Bakıdan  dönən  zaman  Britaniya  Ali  komissarı 

Azərbaycanın  ikinci  böyük  şəhəri  olan  Gəncəyə  də  baş  çəkdiyini  və  şəhərin 

general  qubernatoru  Xudadad  bəy  Rəfibəyov  tərəfindən  təmtəraqla  qarşılandığını 

bildirirdi.  О  yazırdı:  "Dəmir  yol  vağzalı  başdan-başa  yaşıl  atlasa  bürünmüşdü  və 

hər tərəf xalçalarla bəzədilmişdi, hər уеrə milli bayraqlar sancılmışdı."

981


 

İngilislərin  Azərbaycandan  çıxması  ilə  bağlı  Azərbaycanın  daxilində  və 

xaricində  müxtəlif  pozucu  qüvvələr  şayiələr  yaymağa  başladılar  ki,  guya, 

Azərbaycan  hökumətini  idarə  edən  ingilislər  idi.  Guya,  onlar  çıxdıqdan  sonra 

Azərbaycan  hökuməti  ölkəni  idarə  edə  bilməyəcəkdir,  ölkədə  erməni  və  rus 

talanları  başlayacaqdır.  Bu  baxımdan  Azərbaycanda  olan  ingilis  hərbi  jurnalisti 

Skotland-Liddelin  sentyabr  ayının  əvvəllərində  ingilis  qəzetləri  üçün  hazırladığı 

material çox maraqlı və səciyyəvi idi. О yazırdı: "Cənubi Qafqaz şayiələr ocağıdır. 

Burada  şayiələr  külək  təpələr  arasında  yayılan  kimi  yayılır.  Bir  çox  şayiələr 

Moskvada quraşdırılır və dövriyyəyə buraxılır." Skotland-Liddel ingilis ordusunun 

Azərbaycandan çıxması ilə bağlı qeyd edirdi  ki, "Bakıda ingilis ordusuna ehtiyac 

yoxdur. Azərbaycan özü-özünü idarə edə bilər. Mən bura iki gün əvvəl gəlmişəm 

və  açığını  deyim  ki,  bütün  gördüklərim  məndə  dərin  təəssürat  yaradıb.  Mənim 

şəhərdə olmadığım dörd həftə ərzində burada çox maraqlı dəyişikliklər olub. Mən 

buraya  gəldim  ki,  hamının  mənə  dediyi  qarışıqlığı  görüm,  lakin  onu  görə 

bilmədim.  Əvəzində  tam  qayda-qanun  gördüm.  Mənə  deyirdilər  ki,  qanla  dolu 

küçələr  və  dəhşətli  səhnələr  görəcəksən.  Onun  əvəzində  mən  sülh  və  sakitlik 

gördüm.  Mənə  deyirdilər  ki,  ordu  əvəzinə  pozğunlaşmış  kütlə  görəcəksən,  lakin 

yaxşı  intizam  görmüş,  güclü  və  odlu-alovlu  gənclərdən  ibarət  ordu  gördüm. 

Doğrudan da, mən indi Bakıda elə əmin-amanlıq gördüm ki, müharibə başlayandan 

bəri Bakıda heç vaxt belə əmin-amanlıq olmamışdı... Qayda-qanun, ancaq Bakıda 

hökm sürmür, son dəyişikliklər bütün respublikada vəziyyəti dəyişmişdir. Qarabağ 

qarışıqlığı  sülhlə  əvəzlənmişdir.  Ermənilər  və  tatarlar  /azərbaycanlılar  -  C.H./ 

sazişə  gəlmişlər.  Lənkəranda  bolşeviklər  tatar  /azərbaycanlı  -  C.H./  ordusu 

tərəfindən məğlubiyyətə uğradıldılar. Onlar bütün silah və sursatlarını Azərbaycan 

                                                        

981

  O.Uordropun  Bakıya  səfəri  haqqında  Londona  teleqramı.  02.10.1919.  //Azərbaycan  Xalq 



Cümhuriyyəti. Böyük Britaniya Arxiv Sənədləri, s.187-194 

 


290 

 

hökumətinə  təhvil  verdilər,  adamlar  isə  xahiş  etdilər  ki,  onları  Azərbaycan 



hökumətinin  təəbəliyinə  götürsünlər...  Bütün  bunlar  şübhəsiz  sübut  edir  ki, 

Azərbaycan qarmaqarışıqlıqdan qorxmur və bolşeviklərdən çəkinmir. Azərbaycan 

dövləti  indi  Cənubi  Qafqazın  bütün  qalan  xalqları  üçün  həqiqi  nümunəyə 

çevrilmişdir."

982

 

Skotlend-Liddelin 



sadaladığı  daxili  vəziyyətlə  yanaşı, 

Azərbaycanın  beynəlxalq  vəziyyəti  də  müəyyən  qədər  sabitləşmişdi.  Qonşu 

Gürcüstanla əlaqələr 16 iyun müqaviləsi əsasında daha da genişlənir, İranla əvvəlki 

qeyri-müəyyənliyi  əməli  əməkdaşlıq  əvəz  edirdi.  Oktyabr  ayının  7-də  İranın 

Bakıdakı  konsulunun  məktubuna  cavab  olaraq,  N.Usubbəyov  yazırdı  ki,  ticarət, 

poçt-teleqraf,  gömrük  və  digər  məsələlərlə  bağlı  İranla  Azərbaycan  arasında 

müvafiq sazişlərin bağlanması zəruridir. О qeyd edirdi ki, Azərbaycan hökuməti öz 

tərəfindən İranla və onun xalqı ilə dost, qardaş və mehriban qonşuluq münasibətləri 

qurmağı  arzulayır.

983


  Sentyabr  ayının  21-də  Azərbaycan  Xarici  İşlər  Nazirliyi 

Qolovanıni Ukrayna Demokratik Respublikasının Bakıda müvəqqəti vitse-konsulu 

kimi  tanıdı.

984


  Sentyabrın  22-də  isə  iqtisad  elmləri  namizədi  Şeyx  Əli  Useynov 

Azərbaycan Respublikasının Krıma konsulu təyin edildi.

985 

İki gün sonra Paşa bəу 



Sultanov  Rostov  şəhərinə  Azərbaycanın  konsulu  agenti  vəzifəsinə  göndərildi.

986


 

Yeni  yaranmış  respublikalardan  Finlandiya  və  Polşanın  da  Bakıda  konsulluq 

idarələri  açıldı.  Eyni  zamanda  Ə.M.Topçubaşov  Nazirlər  Şurasının  sədri 

N.Usubbəyova  göndərdiyi  hesabatda  Paris  sülh  konfransındakı  Polşa  nümayəndə 

heyətinin  başçısı  Dımovski,  habelə  Polşa  Nazirlər  Şurasının  sədri  Paderevski, 

Fransa  Xarici  İşlər  Nazirliyinin  Şərq  şöbəsinin  əməkdaşı  Qu  ilə  görüşüb  fikir 

mübadiləsi  etdiyini,  Estoniya,  Latviya,  Belorusiya  və  Ukrayna  nümayəndələri  ilə 

əlaqələr yaradıldığını bildirirdi. О yazırdı: "Bir neçə Amerika yəhudisi ilə əlaqəmiz 

var.  Onlar  bizə  məsləhət  görürlər  ki,  1918-ci  ilin  sentyabr  ayında  guya,  kütləvi 

şəkildə  qətlə  yetirilmələri  ilə  bağlı  ermənilər  bizə  qarşı  hay-küylü  təbliğat 

kampaniyasına  başlayıblar.  Bu  təbliğat  kampaniyasının  əsassız  olduğunu 

göstərmək  və  onu  şübhə  altına  almaq  məqsədilə  Amerikaya  bir  neçə  nəfər 

göndərmək  lazımdır."

987


  Türkiyəyə  diplomatik  nümayəndə  təyin  edilmiş  Yusif 

Vəzirov  İstanbulda  fəaliyyətə  başlamış  və  xarici  işlər  naziri  tərəfindən  qəbul 

edilmişdi.  Türkiyəyə  gəlmiş  Azərbaycan  nümayəndəsi  Azərbaycan  Xarici  İşlər 

Nazirliyinə  yazırdı  ki,  "Türkiyə  dəhşətli  dərəcədə  ağır  vəziyyətdədir.  Burada  bir 

                                                        

982


 Skotland-Liddel. Öz ümidinə qalmış Azərbaycan. İngilislər Bakını tərk etdilər. 08.09.1919. //ARDA, 

f.894, s.10, i.82, v.1-10 

983

 Азербайджанская Демократическая Республика. Внешняя политика, с.363-364 



984

 Азербайджан, 1919, 21 сентября. 

985

  Ş.Ə.Useynovun  Krımda  Azərbaycanın  konsul  agenti  təyin  edilməsi  haqqında  Xarici  İşlər 



Nazirliyinin əmri. 22.09.1919. //ARDA, f.970, s.2, i.120, v.52 

986


 Азербайджан, 1919, 24 сентября. 

987


 А.М.Топчибашев. Письма из Парижа, с.50-51 

291 

 

çox siyasi dairələr Azərbaycanın güclənməsinə böyük ümid bəsləyir və bildirirlər 



ki, Türkiyədə azadlıq hərəkatına Azərbaycan böyük təsir göstərə bilər.

988


 

Oliver  Uordropun  rəhbərlik  etdiyi  ingilis  missiyasından  başqa,  Qafqaza 

gəlmiş  mayor  de  Nonankurun  rəhbərlik  etdiyi  Fransa,  polkovnik  Y.Haskelin 

rəhbərlik  etdiyi  Amerika,  polkovnik  M.Qabbanın  rəhbərlik  etdiyi  İtaliya 

missiyaları  ilə  Azərbaycan  hökuməti,  respublika  Xarici  İşlər  Nazirliyi  arasında 

getdikcə qarşılıqlı etimada əsaslanan işgüzar münasibətlər yaranırdı. Qərb ölkələri 

ilə münasibətlər və himayədarlıq məsələlərinin təhlili göstərir ki, böyük  dövlətlər 

içərisindən  Qafqaz  respublikaları  üzərində  Paris  Sülh  konfransının  razılığı  ilə 

praktiki  cəhətdən,  yalnız,  Böyük  Britaniya  himayədarlığı  mümkün  idi.  Bu, 

Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi cəhətdən dirçəldilməsində, siyasi 

cəhətdən  inkişaf  etməsində,  ümumilikdə,  regionda  sülhün  və  sabitliyin  təmin 

edilməsində  faydalı  addım  ola  bilərdi.  Ən  başlıcası  isə  yalnız  Böyük  Britaniya 

himayədarlığı  bu  respublikaları  xarici  təcavüzdən  -  Denikin  könüllülərinin  və 

bolşevik Rusiyasının təcavüzündən xilas edə bilərdi. Digər dövlətlərə gəldikdə isə 

nə  ABŞ,  nə  Fransa,  nə  də  İtaliya  müxtəlif  səbəblərə  görə,  yuxarıda  qeyd  edilən 

məsələlərin praktiki cəhətdən öhdəsindən gəlmək imkanına malik deyildilər. 1919-

cu ilin axırlarından isə hər hansı böyük  dövlətin himayədarlıq sistemi vasitəsi ilə 

Cənubi  Qafqaz  respublikalarını  hərbi  və  siyasi  cəhətdən  müdafiə  etməsi  praktiki 

baxımdan  öz  əhəmiyyətini  itirməyə  başlamışdı.  1919-cu  ilin  payızından 

başlayaraq,  beynəlxalq  vəziyyət  yeni  respublikaların  xeyrinə  dəyişməyə  başladı. 

Ümumilikdə, Azərbaycan nümayəndələrinin 1919-cu ilin əvvəllərindən başlayaraq, 

həmin ilin payızına qədərki ağır təzyiqlərə məruz qaldığı qeyri-müəyyən dövr başa 

çatmaqda idi. 

Azərbaycanla  bağlı  Qərb  himayədarlığı  məsələsinin  təhlili  göstərir  ki, 

doğrudan  da,  bu  dövrdə  güclü  və  iqtisadi  cəhətdən  inkişaf  etmiş  dövlətlərdən 

birinin  himayədarlığına  respublikanın  ehtiyacı  var  idi.  Digər  Qərb  ölkələri  ilə 

müqayisədə Fransanın Qafqaza, о cümlədən, Azərbaycana marağı tərəddüdlü idi. 

Almaniya  və  Türkiyə  müstəmləkələrinin  bir  hissəsini  ələ  keçirən  Fransa  Rusiya 

imperiyasının müstəmləkələrinə son dərəcədə ehtiyatla yanaşırdı. Bir qayda olaraq, 

Fransız siyasətçiləri "vahid və bölünməz Rusiya" ideyasının tərəfdarı idilər. Digər 

tərəfdən, Fransanın regionda və ona yaxın olan ərazilərdə güclü hərbi birləşmələri 

yox idi.  

İtaliyanın  Azərbaycana  güclü  iqtisadi  marağı  var  idi.  Lakin  о  mandatlığa 

götürmək  istədiyi  əraziləri  xarici  təcavüzdən  qorumaq  imkanına  malik  deyildi. 

Gələcəkdə Rusiya və Türkiyə ilə qarşılaşmaq qorxusu İtaliyanı belə bir addımdan 

çəkindirdi. Azərbaycan Respublikası üçün İtaliya mandatlığı sərfəli deyildi. 

Bu  dövrdə  Böyük  Britaniya  yeganə  ölkə  idi  ki,  Qafqaz,  о  cümlədən 

Azərbaycan  mandatını  götürməyə  hər  cür  imkanı  var  idi.  Böyük  Britaniyanın 

                                                        

988


  Türkiyədə  diplomatik  nümayəndə  Y.Vəzirovun  Xarici  İşlər  Nazirliyinə  məlumatı.  1919.  //ARDA, 

f.970, s.1, i.22, v.28 



292 

 

regiondakı  güclü  hərbi  qüvvələri  xarici  təcavüzdən  müdafiə  olunmaqda  onun 



qüdrətli  iqtisadi  potensialı,  bütün  dünyadakı  siyasi  nüfuzu  Azərbaycanın 

tərəqqisində və taleyində əhəmiyyətli rol oynaya bilərdi. 



293 

 


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin