Bütün Avropada
məşhur olan gürcü sosialistlərinin və Azərbaycan sosialist partiyalarının
nümayəndələrindən Ə.Şeyxülislamovun, M.Məhərrəmovun səyi ilə bu böhtanı
aradan qaldırmaq mümkün oldu. M.Vardanyanın müraciəti ilə bağlı məsələnin
878
A.Mikoyan. Qafqaz məsələsinə dair tezislər. Dekabr, 1919. // RDSSTA, f.5, s.l, i. 1202, v.8
879
З.Лвалов. Независимость Грузии в международной политике, с.210
880
F. Kazemzadeh. The Struggle of Transcaucasia, p.258
881
Ibid, p.258.
259
müzakirəsində A.Henderson, R.Makdonald, K.Qyusmans, P.Renodel, J.Longe və
digərləri iştirak etdilər.
882
Müttəfiqlərin erməni məsələsini həll etməkdə yubandığını görən daşnaklar
yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etmək qərarına gəldilər. 1919-cu ilin
may ayının 28-də istiqlaliyyətin elan edilməsinin birinci ildönümü günü onlar
Türkiyənin yeddi vilayətinin Ermənistana ilhaq edilməsi və vahid Ermənistan
dövlətinin yaradılması barədə akt qəbul etdilər.
883
Bu elə bir vaxt idi ki, Türkiyə
məğlub dövlət kimi əl-qolunu aça bilmirdi. Mustafa Kamal paşanın mübarizəsi isə
hələ genişlənməmişdi və ilk addımlarını atırdı. 28 may aktında göstərilirdi ki,
Ermənistan bütöv halda bərpа edilir, erməni xalqına əbədi birləşmiş müstəqil
Ermənistan dövləti tərəfindən tam azadlıq verilir, onun tərəqqisi üçün hər cür şərait
yaradılır. Və guya, erməni xalqı bundan sonra öz birləşmiş ölkəsinin tam sahibidir,
erməni parlamenti isə qanunverici orqan kimi bütün erməni xalqının iradəsini ifadə
edir.
884
Qəbul olunmuş akt barədə İrəvandan Parisdəki erməni nümayəndələrinə
təcili məlumat göndərildi. Əvvəllər bir çox məsələlərdə ауrı-ayrılıqda hərəkət edən
erməni nümayəndəlikləri 28 may aktından sonra birgə hərəkət etməyə başladılar.
885
Versalda olan gürcü nümayəndə heyətinin üzvü Zurab Avalov yazırdı ki, Qafqaz
və Türkiyə Ermənistanın birləşdirilməsi haqqında akt qəbul etməklə, Ermənistan
Respublikası sırf Qafqaz siyasətindən çıxıb, Türkiyə məsələsinə daxil olmağa
başladı.
886
Bunu Çxeidze və Topçubaşovla söhbətlərində Ermənistan
Respublikasının Paris Sülh konfransında nümayəndə heyətinin başçısı
A.Aqaronyan da qeyd edirdi. О bildirirdi: "Sizin, ancaq məhdud Qafqaz
mənafeləriniz var, bizim qayğılarımız isə bütün erməni xalqının, birləşmiş
Ermənistanın marağını müdafiə etməkdən ibarətdir."
887
1919-cu ilin yayında Azərbaycan ərazisində qanlı cinayətlər törətmiş, ingilis
komandanlığının təkidi ilə Azərbaycan ərazisindən çıxarılmış Andronik də
Fransaya gəlmişdi və iyun ayının 15-də Poqos Nubar paşanın vasitəçiliyi ilə Fransa
prezidenti Paymon Puankare tərəfindən qəbul edilmişdi. Bu zaman Avropa və
Amerikada erməni və ermənilərə xidmət göstərən mətbuat orqanları Türkiyə və
Azərbaycan ərazilərində müsəlman əhalisinə qarşı vəhşiliklər törətmiş qaniçən
Androniki "Erməni Haribaldisi" kimi ictimaiyyətə və siyasi dairələrə təqdim
etməyə cəhd göstərirdilər. Qəbul zamanı Andronik müttəfiqlərin Qarabağ
məsələsindəki mövqeyindən narazı olduğunu bilirsə də qeyd etdi ki, "ermənilər
müttəfiqlərə arxayındırlar." O, R.Puankareyə bildirdi ki, erməni xalqı dünya
882
З.Aвалов. Независимость Грузии в международной политике, с.213
883
S.Atamian. The Armenian Community, p.214
884
İbid, p.215
885
Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndə heyətinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.l, i.142, v.23
886
З.Авалов. Независимость Грузии в международной политике, с.211
887
Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndə heyətinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 22-25.09.1919. //ARDA, f.970, s.1, i.142, v.23
260
müharibəsi dövründə həm Türkiyəyə, həm də Almaniyaya qarşı Antanta ilə çiyin-
çiyinə vuruşmuşdur. Qafqazdakı rus ordusunun tərkibində 180 min, Avropada isə
15 min erməni könüllüləri guya, müttəfiqlərin "müqəddəs işi" uğrunda mübarizə
aparmışdır. Andronik deyirdi: "Biz bunu ona görə etmişik ki, Fransanın və onun
müttəfiqlərinin haqq işini bərqərar etmək uğrunda böyük mübarizəsinə öz
töhfəmizi verək."
888
ABŞ-a göndərdiyi teleqramda isə o, Amerikanın "Erməni
məsələsinin" həllinə müdaxilə etməsini tələb edirdi və yazırdı: "Biz çox qədim
xalqıq. Azadlıq işi naminə millətin sayı nisbətində ermənilər vuruşan ölkələrin hər
birindən çox itkilər vermişdir... ümid edirik ki, müttəfiqlərə görə verdiyimiz itkilər
hədər getməyəcəkdir."
889
Belə klassik demoqogiyaya qarşı mübarizə aparıb,
azdırılmış ictimai fikri həqiqət məcrasına qaytarmaq üçün Azərbaycan
nümayəndələri çox əziyyət çəkməli olurdu. Ə.M.Topçubaşov Bakıya göndərdiyi
hesabatda göstərirdi: "Erməni ziyalılarının Avropanın mərkəzində yarım əsrdən
çox apardıqları iş, hər yerdə istifadə etdikləri böyük maddi vəsait, bütün cəbhələrdə
hərəkətetmə və adamları özləri tərəfə çəkəbilmə bacarıqları, amerikalı varlı
həmvətənləri və ermənilərin həyat tərzi ilə bağlı bütün bu faktlar (bəzi şeylərin
üzərində dayanmıram) nəticədə, xüsusilə də, son vaxtlar ermənilərə daha geniş
rəğbət oyatmışdır. Bu böyük üstünlüklər ermənilərin bizə məlum olan mənfi
tərəflərini hələ ki, gizlədir".
890
Ermənilərin təbliğatının təsiri altına düşən Antanta
rəhbərləri Azərbaycan və gürcü nümayəndələri ilə görüşlər zamanı onlara məsləhət
görürdülər ki, ermənilərlə sülh şəraitində yaşasınlar.
Birləşmiş Ermənistan haqqında akt qəbul edildikdən sonra A.Aqaronyan hər
iki erməni nümayəndəliyi adından Sülh konfransının sədrinə xüsusi məktubla və
yeni memorandumla müraciət etdi. Məktubda qeyd edilirdi ki, Rusiya Brest
müqaviləsini imzalayıb, Qars və Ərdəhanı Türkiyəyə verməklə münasibətləri xeyli
kəskinləşdirmiş, Ermənistanı çətin vəziyyətdə qoymuşdur. A.Aqaronyan bildirirdi
ki, bu problemləri həll etmək üçün ermənilər konfransda Polşa, yaxud
Çexoslovakiya kimi yeni yaranmış dövlətlərlə bərabər əsasda iştirak etməyi tələb
edirlər.
891
Ermənilərin yeni memorandumu Sülh konfransının sədrinə təqdim
edilməzdən əvvəl Fransada çıxan "Jurnal de Deba"da çap edilmişdi və bu sənəd ilk
növbədə Türkiyə və Azərbaycana qarşı yönəlmişdi. Burada müttəfiqlərə məsləhət
görülürdü ki, türkləri və azərbaycanlıları bütün erməni ərazilərini boşaltmağa
məcbur etsinlər.
892
Erməni nümayəndələri memorandumda müttəfiqləri
qıcıqlandırmaq məqsədi ilə göstərirdilər ki, Şərqdə böyük qələbə ilə bağlı
qaldırılan hay-küy çox çəkmədi. Panislamizmin və pantürkizmin tərəfdarlarının
səyi ilə düşmən ünsürlər baş qaldırır, öz qanlı fəaliyyətlərini bərpа edirlər.
888
Голос Армения, 1990, 2 декабря.
889
Голос Армения. 1990, 2 декабря.
890
А.М.Топчибашев. Письма из Парижа, с.65
891
F.Kazemzadeh. The Struggle of Transcaucasia, p.260
892
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.261
261
Memorandumda demaqoqcasına qeyd edilirdi ki, türklər və azərbaycanlılar
müttəfiqlərə rəğbət bəslədiyi üçün erməni xalqını bağışlaya bilmirlər. Onlar hər
zaman gözlərinin odunu aldıqları ermənilərə qarşı quduzcasına hücum edirlər.
Memorandumun mətnini fransız jurnalında çap etdirməklə bütün Avropaya
yayırdılar ki, "türklər və tatarlar sevinc hissi ilə qeyd edirlər ki, barışıq sazişi
erməni xalqının həyatında heç bir dəyişikliyə səbəb olmadı və "Türkiyə
Еrmənistanı" öz əvvəlki sahibinin əlində qalmaqda davam edir."
893
Memorandumda Kilikiyada da guya, ermənilərin qırılması barədə müttəfiqlərə
məlumat verilirdi. Təxribatçılıq xarakteri daşıyan bu memorandumla bağlı
Parisdəki Azərbaycan nümayəndələri xüsusi bəyanatla çıxış etdi. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi isə Ermənistan hökumətinə qəti etiraz notası
göndərdi. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi hökumətin tapşırığına
müvafiq olaraq, müttəfiq komandanlığının Bakıda yerləşən qərargahına,
Azərbaycanın Ermənistanda və Gürcüstanda olan diplomatik nümayəndələrinə,
habelə Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəliyinə sorğu ilə
müraciət etdi. Çünki, Azərbaycan hökumətinin iyun ayının əvvəllərində keçirilən
iclasında Ermənistanın Versaldakı nümayəndələrinin saxtakarlıq xarakteri daşıyan
memorandumu ilə bağlı çıxış edən Nazirlər Şurasının sədri N.Usubbəyov xarici
işlər nazirliyinə tapşırıq vermişdi ki, bu məsələni ətraflı şəkildə öyrənsinlər. İclasın
qərarının ikinci bəndində xarici işlər nazirinə tapşırılırdı ki, Cənubi Qafqaz
müsəlmanlarının həqiqi vəziyyətini Avropada doğru və hərtərəfli işıqlandırmaq
üçün on milyon manat vəsait ayırmaq haqda parlament qarşısında məruzə ilə çıxış
etsin. Qərarın üçüncü bəndində isə xarici işlər nazirliyinə göstəriş verilirdi ki,
Ermənistanda yaşayan müsəlmanların vəziyyətini yerlərdə öyrənib, Avropa
ictimaiyyətinə çatdırmaq üçün azərbaycanlılardan, ermənilərdən və avropalılardan
ibarət birgə komissiya yaratsınlar.
894
Bu barədə Ermənistan Respublikasındakı
diplomatik nümayəndə M.Təkinskiyə şifrəli teleqramla iyun ayının 4-də məlumat
verilirdi.
895
Ermənistandakı diplomatik nümayəndə M.X.Təkinskiyə iyun ayının
10-da xarici işlər nazirliyi tərəfindən göndərilən şifrəli teleqramda təlimat verilirdi
ki, İrəvan quberniyasında və Qars vilayətində məxfi şəkildə, dağıdılan müsəlman
kəndlərinin nümayəndələrinin köməyi ilə müsəlmanların əhali itkisi, mülkiyyətinə
dəyən ziyan, ad və soyadı, yaşı və yaşayış yeri, cinsi göstərilməklə öldürülən
şəxslər, əsir götürülmüş adamlar haqqında statistik məlumatlar toplayıb xarici işlər
nazirliyinə göndərsin."
896
Verilmiş təlimata uyğun olaraq, M.Təkinskinin yardımı
893
İbid, p.261.
894
İrəvan quberniyasında müsəlman əhalisinə qarşı törədilən zorakılıq hallarını araşdırmaq üçün
beynəlxalq istintaq komissiyası yaradılması haqqında Xarici İşlər Nazirliyinin əmri. 07.06.1919.
//ARDA , f.970, s.2, i.157, v.4-5
895
Xarici İşlər Nazirliyinin müavini A.Ziyadxanovun Azərbaycanın Ermənistanda diplomatik
nümayəndəsi M.X.Təkinskiyə direktivi. 04.06.1919. //ARDA, f.979, s.l, i.65, v.38
896
Xarici İşlər Nazirliyinin Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi M.X.Təkinskiyə təcili
diplomatik təlimat 04.06.1919. //ARDA , f.970, s.l, i.65, v.49
262
ilə İrəvan müsəlman Milli Şurası təcili şəkildə İrəvan quberniyasında yaşayan
azərbaycanlıların dözülməz vəziyyəti haqqında Avropa və Amerikanın böyük
dövlətləri üçün məlumat hazırlayıb, Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdi.
Xarici işlər nazirliyi isə həmin məlumatı Versalda olan Azərbaycan nümayəndələri
vasitəsilə Avropa və Amerika dövlətlərinin Parisdə olan nümayəndələrinə
çatdırdılar. Məlumatda qeyd edilirdi ki, mübahisəli əraziləri nəzərə almadan
azərbaycanlılar Ermənistan əhalisinin yarısını təşkil edir. Lakin bu əhalinin ən
elementar insani hüquqları yoxdur. Orada deyilirdi: "Erməni silahlı quldur dəstələri
şəhərlərdə, qəzalarda və kəndlərdə, hətta Ermənistan Respublikasının paytaxtı
İrəvan şəhərində ac qurdlar kimi müsəlmanlara hücum edir, hər axşam üç, dörd
müsəlman evi dağıdılır və talan edilir, sakinləri öldürürlər".
897
Azərbaycan Xarici
İşlər Nazirliyi göstərirdi ki, mövcud olmayan erməni qırğını haqqında bütün
Avropa və Amerikanın məlumatı var, lakin onlar bilmirlər ki, İrəvan
quberniyasının yalnız cənub hissəsində yüzlərlə müsəlman kəndi dağıdılıb,
Azərbaycana qovulmuş 150000 müsəlman qaçqın evsiz və yeməksiz qalmışdır.
Bütün bunları ermənilərin törətdiyini Avropa və Amerika bilməlidir.
898
Ermənilər
tərəfindən boşaldılmış müsəlman kəndlərinin siyahısı məlumata əlavə edilmişdi.
Məlumatın axırında deyilirdi: "Əgər bu vəziyyət davam etsə, Ermənistanda
yaşayan müsəlmanların məhvə məhkum olması gün kimi aydındır. Ona görə
Ermənistanda yaşayan bütün müsəlmanlar həqiqət, ədalət və insaniyyət naminə
Sizə, Böyük dövlətlərə müraciət edib, Ermənistanda yaşayan müsəlmanların
vəziyyətini nəzərə almağı, onların hüquqlarının müdafiəsinə qalxmağı və onlara
yardım əli uzatmağı xahiş edir."
899
Bu cinayətlər о qədər еуbəcər xarakter almışdır
ki, hətta ermənilərin içərisində müəyyən dairələr bu faciəli hadisələrə etiraz etməli
olmuşdu. Ermənistan parlamentinin eser fraksiyası Daxili İşlər Nazirliyinə
ünvanladığı sorğuda soruşurdu: "Cənab nazirə məlumdur ki, son üç həftə ərzində
İrəvan, Eçmiədzin və Sürməli qəzalarının bir sıra tatar (azərbaycanlı - C.H.)
kəndləri...qarət və qətllərə məruz qalaraq, tatar (azərbaycanlı - C.H.) əhalisindən
"təmizlənir". Yerli hakimiyyət, nəinki buna maneçilik törətmir, əksinə, hətta özü
baş verən qarət və talanlarda iştirak edir... Əgər bütün bunlar daxili işlər nazirinə
məlumdursa, bu zorakılıq və azğınlığın qarşısını almaq üçün hansı tədbirləri
görür".
900
Parisdəki erməni nümayəndələri Qarabağda özlərinin törətdiyi
cinayətləri azərbaycanlıların ayağına yazır və bununla müttəfiq ölkələrinin
nümayəndələri qarşısında Azərbaycan Respublikasını və onun Versaldakı
897
Avropa və Amerikanın böyük dövlətlərinin nəzər və diqqətinə çatdırılan İrəvan quberniyasının
dağıdılmış müsəlman kəndlərinin siyahısı. 1919. //ARDA, f.970, s.1, i.144, v.66
898
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında xüsusi təşviqat şöbəsinin yaradılması
haqqında 04.06.1919. //ARDA, f.970, s.l, i.216, v.l
899
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında xüsusi təşviqat şöbəsinin yaradılması
haqqında 04.06.1919. //ARDA, f.970, s.1, i-144, v.66
900
İnformasya şöbəsinin Azərbaycan Respublikası xarici işlər nazirinə məlumatı. 22.04.1919. //ARDA,
f.970, s.1, i.184, v.16-17
263
nümayəndələrini nüfuzdan salmağa çalışırdılar.
901
1919-20-ci illərdə Qafqazda
münaqişə zonasında olmuş ingilis jurnalisti Skotland Liddel haqlı olaraq yazırdı:
"Ermənistan əbədi olaraq münaqişə axtarır, nə vaxt ki, ona nail oldu, onu öz
təbliğatlarında "təzyiq aləti" adlandırır və doğrudan da, bu əməlli-başlı cəza alətinə
çevrilir. Ermənistanın bədbəxtçiliyi ondadır ki, daşnaklar orda hakimiyyətdədirlər.
Bu terrorist inqilabçı təşkilat çox illərdir ki, məqsədli şəkildə erməniləri
müsəlmanlar üzərinə hücuma təhrik edir. Müsəlmanlara əhəmiyyətli dərəcədə
ziyan vuraraq, onlar bütün aləmə car çəkib, "əzabkeş ermənilərə" dünyanın
rəğbətini qazandırmaq istəyirlər. Daşnaklar üçün ölmüş erməni çox qiymətlidir.
Əgər ondan lazım olduğu kimi istifadə etmək mümkün olsa, onda о təbliğat işinə
çoxlu fayda gətirə bilər."
902
1919-cu ilin iyun ayında Qarabağda törədilmiş
təxribatdan Ermənistan hökuməti Qarabağın general-qubernatoru Xosrov bəy
Sultanovu ləkələmək, Parisdəki nümayəndələri isə guya, müttəfiqlər tərəfindən
müdafiə edilməyən ermənilərin azərbaycanlılar tərəfindən öldürüldüyünü və
qovulduğunu sübut etmək məqsədi ilə təbliğat kampaniyasından geniş istifadə
edirdilər. Bu məsələyə qısaca toxunub qeyd etmək lazımdır ki, iyun ayının 4-5-də
Qarabağda baş vermiş hadisələr bilavasitə erməni milli şurasının planı əsasında
törədilmişdi. Bu şuranın Qarabağda erməni və müsəlman icmaları arasında sabitliyi
pozmağa yönəlmiş fəaliyyətini öyrəndikdən sonra ingilis komandanlığı hələ aprel
ayında onun üzvlərinin Qarabağın hüdudlarından uzaqlaşdırılmasına vəd
vermişdilər. İyun ayının əvvəllərində məlum oldu ki, Erməni Milli Şurası Şuşanın
erməni hissəsinə gizli şəkildə silah gətirir. Bu Zəngəzur yaylağına qalxan
Azərbaycan əhalisinin qarşısını almaq üçün idi. Belə olduqda Xosrov bəy Sultanov
köç gedən yollarda təhlükəsizliyi təmin etmək məqsədilə Azərbaycan ordusunun
əsgərlərini təhlükəli yerlərə göndərdi və eyni zamanda erməni Milli Şurasının
üzvlərinin həbs edilib Qarabağdan çıxarılması haqqında göstəriş verdi. Buna cavab
olaraq silahlanmış ermənilər iyun ayının 4-də Azərbaycan əsgərlərinə atəş açdılar
və üç əsgər öldürüldü. Belə hərəkətlərdən sonra o, Şuşada və ətraf kəndlərdə
qayda-qanun yaratmaq üçün fəaliyyətə başladı və ilk addım kimi erməni milli
şurasının üzvlərinin Azərbaycanın hüdudlarından çıxarılmasına nail oldu. İngilis
komandanlığının nümayəndələri Azərbaycan çinovniklərinin müşayiəti ilə erməni
milli şurasının üzvlərini Şuşadan çıxardılar.
903
Atışmalar zamanı hər iki tərəfdən
ölənlər oldu. İyunun 6-da Şuşada sülh əldə edildi. Baş vermiş hadisə ilə bağlı Şuşa
erməniləri X.Sultanova üzrxahlıq məktubu yazaraq bildirirdilər ki, "çox hörmətli
Xosrov bəy, icazə verin Sizin şəxsinizdə Şuşa şəhərinin müsəlman camaatından
901
Ermənilərin Qarabağda törətdikləri pozuculuq əməlləri barədə ətraflı məlumat üçün bax: Tofiq
Köçərli. Qarabağ: yalan və həqiqət. Bakı, 1998; Yenə onun. Yaddan çıxmaz Qarabağ. Nəqşi-cahan
Naxçıvan. Bakı, 1998; Yenə onun. Qarabağ. Bakı, 2002; Yenə onun. Məqalələr. Bakı, 2004
902
Skotland-Liddel. Müsəlmanlarla müharibə. Ermənilər yenidən hücuma keçirlər. 30.01.1920.
//ARDA, f.894, s.10, i.81, v.9-10
903
Азербайджан, 1919, 18 июня.
264
dünən törədilmiş hadisə ilə bağlı üzr istəyək. Biz adını erməni qoymuş xuliqanların
Sizin əsgərlərə qarşı törətdiyi zorakılıq faktından çox həyəcanlanmışıq və bu, haqlı
olaraq Sizin ordunun və zabitlərin həyəcanına səbəb olmuşdur."
904
İyun hadisəsini
yerli ermənilər belə qiymətləndirdiyi halda, Ermənistan hökuməti, Versaldakı
erməni nümayəndələri tamamilə ayrı fikirdə idilər. Ermənistan hökuməti, bununla
bağlı Аzərbaycan hökumətinə göndərdiyi notada X.Sultanovun və Azərbaycan
ordusunun Qarabağdan çıxarılmasını tələb edirdi. Lakin bu tələb Аzərbaycan
Xarici İşlər Nazirliyinin Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinski
vasitəsi ilə İrəvan hökumətinə verdiyi cavabda rədd edilirdi. İyun ayının 18-də
göndərilmiş teleqramda göstərilirdi: "Ermənistan hökumətinə xəbər verin ki,
Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il qərarı ilə Sultanov Azərbaycanın
ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarına Azərbaycan
Respublikası tərəfindən general-qubernator təyin edilmişdir.
Müttəfiq
komandanlığı aprel ayının 3-də rəsmi şəkildə bu adamı tanımışlar. Bu səbəbə görə
Ermənistan hökumətinin Sultanovun fəaliyyəti, yaxud Qarabağda Аzərbaycan
ordusunun olması barədə bütün etirazları Azərbaycan Respublikasının daxili
işlərinə qarışmaq cəhdi olduğu üçün müzakirə obyekti ola bilməz. Şuşa rayonunda
qarmaqarışıqlığa gəldikdə isə, general-qubernator tərəfindən qəbul edilən ciddi
qərarlar nəticəsində qayda bərpa edilir və həyat normal məcraya daxil olur.
905
Şuşada törədilmiş hadisə ilə bağlı Ermənistan hökumətinin X.Sultanova
qarşı qaldırdığı təbliğat kampaniyasının əsassız olduğunu sübut etmək üçün, onun
fəaliyyətini yoxlayan Parlament komissiyası yaradıldı və məlum oldu ki,
X.Sultanov baş vermiş hadisədə günahkar deyildir, ermənilər onu ingilis
komandanlığının gözündən salmaq üçün bu təxribatı törətmişlər.
906
Azərbaycan
hökuməti bu fikirdə idi ki, ümumiyyətlə, erməni-azərbaycanlı münaqişəsini təhqiq
etmək üçün beynəlxalq istintaq komissiyası təsis edilməlidir. Bu məsələ Parisdə
olan Azərbaycan nümayəndələri tərəfindən də qaldırılmışdı. Həmin məqsədlə
Azərbaycan hökuməti Ermənistan hökumətinə müraciət etdi. Əvvəllər, beynəlxalq
istintaq komissiyasının yaradılmasına ermənilər razılıq versələr də, sonralar
müxtəlif bəhanələrlə bu işi pozdular.
907
Lakin 1919-cu ilin yayında Аzərbaycan
hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində respublikanın
Qarabağda suveren hüquqları bərpа edildi. Parisdə olan nümayəndələrə göndərilən
məlumatda qeyd edilirdi: "Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll
edildi...7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Аzərbaycan
904
Şuşa hadisələrinə dair. 17.06.1919. //ARDA, f.970, s.l, i.65, v.71
905
Xarici İşlər Nazirliyinin Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi M.X.Təkinskiyə təcili
diplomatik təlimat. 18.06.1919. //ARDA, f.970, s.l, i.65, v.76
906
Azərbaycan Rcspublikası Nazirlər Şurasının sədrinin Ə.M.Topçubaşova teleqramı. Avqust,
1919.//ARDA, f.2905, s.l, i.13, v.57
907
1918-20-ci illər Azərbaycan - Ermənistan münasibətləri və bu respublikalar arasında olan
ziddiyyətlər haqqında ətraflı məlumat üçün bax: İ.Musayev. Azərbaycanın Naxçıvan və Zəngəzur
bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər) Bakı, 1996
265
hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy
Sultanovla saziş bağladılar."
908
Ümumiyyətlə, Qarabağın dağlıq hissəsində,
Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə Azərbaycan
Respublikasının suveren hüquqlarının bərра edilməsində Qarabağ general-
qubernatoru Xosrov bəy Sultanovun böyük xidmətləri olmuşdu. Məhz, təsadüfi
deyildi ki, ermənilər onun əleyhinə təkcə Cənubi Qafqazda deyil, Avropa və
Amerikada güclü təbliğat aparırdılar. Elə bu vaxt Muğanda və Lənkəranda milli
hökumətə qarşı təşkil edilmiş molokan qiyamı da ləğv edildi. Hər iki hadisə barədə
Аzərbaycan xarici işlər naziri Parisə, Ə.M.Topçubaşova teleqram göndərdi.
Konfransın sədrinə Əli Mərdan bəyin təqdim etdiyi məlumatda göstərilirdi ki,
"Lənkəran şəhəri və Lənkəran qəzası bolşeviklərdən təmizlənib, qeyd edilən
ərazidə Azərbaycan hökumətinin hakimiyyəti bərpа edilmişdir və Qarabağın
erməni əhalisinin nümayəndələri bu əhalinin Azərbaycan hökumətinə tabe olması
haqqında qətnamə qəbul etmişlər."
909
Cənubi Qafqaza aid məsələlərdə Versaldakı erməni nümayəndələrinin
təkəbbürlü mövqe tutmasına baxmayaraq, Azərbaycan və
Gürcüstan
nümayəndələri onlarla münasibətləri kəsmək yolu ilə deyil, birlikdə hərəkət etmək,
birgə müdafiə olunmaq yolunu münasib bilirdilər. Əslində hər üç Qafqaz
respublikasının müstəqilliyinin tanınması, onların gələcək müstəqil dövlət kimi
yaşaması, bütövlükdə bu respublikaların əməkdaşlığından asılı idi. Lakin
erməniləri Qafqaz əməkdaşlığına cəlb etmək olduqca çətin idi. Hələ iyun ayında
Dağlılar Respublikasının süqutundan sonra Azərbaycan nümayəndələri belə bir
təşəbbüs qaldırdı ki, Qafqaza xüsusi komissiya göndərilməsi üçün konfransa ərizə
ilə müraciət edilsin. Bu məsələləri müzakirə etmək üçün Hacınski və Mehdiyev
(Azərbaycan), Avalov və Qvarçaladze (Gürcüstan), Bammatov və Xazarakovdan
(Dağlı Respublikası) ibarət müştərək komissiya yaradıldı. Müzakirəyə ermənilər də
dəvət edilmişdilər, lakin onlar bu komissiyada iştirak etməkdən qəti surətdə imtina
etdilər.
İyul ayının axırlarında Ə.M.Topçubaşov gürcü, erməni və dağlı nümayəndə
heyətlərinin başçılarına məktub göndərərək, Versal Sülh konfransının tərkibində
Qafqaz işləri üzrə xüsusi komissiyanın yaradılması üçün konfransa müraciət
etməyin vaxtı çatdığını bildirdi. Çünki konfrans Pribaltika ilə bağlı belə bir
komissiyanı artıq yaratmışdı. Ona görə də, Topçubaşov bu məsələni müzakirə
etmək üçün nümayəndə heyətlərinin başçılarını avqust ayının 4-də öz yanına dəvət
etdi. Ermənistan Respublikası nümayəndə heyətinin başçısı A.Aqaronyandan başqa
bütün sədrlər müzakirəyə gəldilər, о isə öz yerinə doktor Ohancanovu
908
Аzərbaycan Respublikası Nazirlər Şurası sədrinin Paris Sülh konfransındakı nümayəndə heyətinin
başçısı Ə.M.Topçubaşova teleqramı. Avqust, 1919.//ARDA. f.2905, s.l, i.20, v.3
909
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşovun Sülh
konfransının sədrinə məktubu. 09.09.1919. //ARDA, f.920, s.l, i.142, v.77
266
göndərmişdi.
910
Ohancanov müşavirəyə əslində müşahidəçi kimi gəlmişdi, çünki о
müzakirə edilən məsələyə öz nümayəndə heyətinin fikrini bildirmək vəkaləti
almamışdı. Müşavirə nəticəsində həm gürcülər, həm də dağlılar Topçubaşovun
təklifinə tərəfdar çıxdılar, belə olduqda ermənilərə öz fikirlərini bildirmək üçün
vaxt verildi. Avqustun 13-də Çxeidze, Topçubaşov və Çermoyev bu məsələyə
ermənilərin münasibətini aydınlaşdırmaq üçün onların nümayəndələri olan
Aqaronyan, Papacanov, Kaçaznuni ilə birlikdə müşavirə keçirdilər. Müşavirədə
Qafqaz işləri üzrə xüsusi komissiya yaradılması barədə konfransa birgə müraciət
etmək üçün erməni nümayəndələri öz mənafelərinə uyğun olan üç məsələnin
aydınlaşdırılmasının zəruriliyini bildirdilər: "1.Birləşmiş Ermənistana - yəni,
Qafqaz və Türkiyə Ermənistanına sizin (Azərbaycan, Gürcüstan və Dağlılar
Respublikasının nümayəndələrinin - C.H.) münasibətiniz necədir; 2. Siz etiraf
edirsinizmi ki, bütün sərhəd və ərazi xarakterli məsələlər qəti surətdə, yalnız,
burada Parisdə, Sülh konfransında həll edilməlidir; 3.İngilis qoşunlarının
Qafqazdan çıxarılmaması barədə konfransa təcili müraciət etməyi vacib
sayırsınızmı?"
911
Danışıqlar zamanı Kaçaznuni elan etdi ki, "bunlar bizim üçün çox
vacib məsələlərdir və nə qədər ki, sizinlə razılığa gəlməmişik, komissiya barədə
konfransa birgə müraciət qərarını qəbul etmək bizim üçün çox çətindir. Bir də
dəqiq müəyyənləşdirmək lazımdır ki, bu komissiya nə iş görəcək, yəni, hansı
məsələləri müzakirə edəcək. Əgər biz bu məsələlər barəsində razılığa gəlməsək,
nəinki, sizinlə konfransa birgə müraciət imzalaya bilmərik, əksinə, çalışacağıq ki,
belə komissiya yaranmasın." Erməni nümayəndə heyətinin digər üzvü Papacanov
"Böyük Ermənistan" xülyasına uyaraq deyirdi: "Biz tək deyilik, bütün varlığımızla
türkiyəli həmvətənlərimizlə bağlıyıq. Bizim üçün bilmək vacibdir ki, siz bizim
birləşməyimizə necə baxırsınız? Biz müstəqil Azərbaycanın və müstəqil
Gürcüstanın mövcud olduğunu etiraf edirik. Siz necə, etiraf edirsinizmi ki, vahid
Ermənistan var: bizim üçün və türkiyəli həmvətənlərimiz üçün mənəvi cəhətdən bu
çox vacibdir."
912
Azərbaycan nümayəndə heyətinin üzvü M.Mehdiyev ermənilərin
iddiaları ilə bağlı yazırdı: "Ermənistan rəhbərliyi... erməni məsələsini Qafqazdan
kənarda, qüdrətli və qalib ölkələrin köməyilə həll edəcəyinə ümid bəsləyirdi,...
arzu edirdi ki, Ermənistan ərazisini Gürcüstan və Azərbaycanın ərazisi hesabına
xeyli genişləndirsin. Ermənistan ərazisini bir dənizdən о biri dənizə qədər
genişləndirmək xəyalına düşən erməni siyasi xadimləri öz vətəninin taleyini
Qafqaz respublikalarının taleyi ilə heç cür bağlamaq istəmirdilər... Sadəcə olaraq,
erməni millətçiləri və dövlət başçıları mövcud Ermənistan ərazisini it ilində onlara
910
А.М.Топчибашев. Письма из Парижа, с.66.
911
Paris Sülh konfransındakı Azərbaycan və Gürcüstan nümayəndələrinin birgə iclasının protokolu.
14.08.1919. //ARDA, f.970, s.1, i.142, v.221
912
А.М.Топчибашев. Письма из Парижа, с.66
267
məxsus olmuş tarixi ərazi səviyyəsinə çatdırmaq kimi gülünc və xam bir xəyala
düşdülər."
913
Ermənilər tərəfindən irəli sürülmüş sualların yalnız üçüncüsü, yəni ingilis
qoşunlarının Qafqazda qalması ilə Çxeidze və Topçubaşov razı olduqlarını
bildirdilər, qalan məsələlərlə bağlı nümayəndə heyətlərinin üzvləri ilə
məsləhətləşmələr keçiriləcəyi qeyd edildi. Ermənilərin qaldırdığı məsələləri ətraflı
müzakirə etmək üçün avqust ayının 14-də Ə.M.Topçubaşovun sədrliyi ilə
Azərbaycan və Gürcüstan nümayəndələrinin birgə iclası keçirildi. İclasda
Azərbaycan nümayəndə heyətinin bütün üzvləri, gürcülərdən isə Çxeidze, Qobeçia,
Avalov və Qvarçeladze iştirak edirdilər. Ə.M.Topçubaşov ermənilərin təkliflərini
müzakirəyə verdikdən sonra birinci olaraq, Çxeidze və Qvarçeladze çıxış etdilər.
Onlar qeyd etdilər ki, Ermənistanın nümayəndələri Qafqaz komissiyası
məsələsində əməkdaşlıq etməkdən öz məqsədləri üçün istifadə etmək istəyirlər.
Onlar Birləşmiş Ermənistan ideyasını uzun və geniş təbliğat vasitəsi ilə Avropa
ictimaiyyətinin beyninə yeridə biliblər. Qvarçeladze deyirdi: "Əlbəttə, biz gürcü
nümayəndəliyi, bir demokrat kimi heç vaxt razı ola bilmərik ki, ermənilərin
tamamilə azlıqda olduğu altı vilayətdə onlar çoxluqda olan digər xalqın üzərində
ağalıq etsinlər, bu baxımdan Türkiyə Ermənistanı ilə süni şəkildə birləşdirilmiş
Ermənistanın müstəqilliyinin tanınması qeyri-mümkündür."
914
Qvarçeladze təklif
edirdi ki, biz о Ermənistan Respublikasının müstəqilliyini tanımalıyıq ki, orada
"millətlərin öz müqəddəratını təyin etməsi demokratik prinsiplərlə, qonşuların
mənafeyi ilə ziddiyyət təşkil etmir. İclasda çıxış edənlər göstərirdilər ki, "Türkiyə
Ermənistanı" məsələsi beynəlxalq məsələdir və Sülh konfransı bilavasitə özü bu
məsələni həll etməlidir. Çıxış edənlərin fikrincə, Qafqaz respublikalarının Sülh
konfransının səlahiyyətinə daxil olan məsələyə müdaxilə etməsi zərərli nəticələr
verə bilərdi. Hətta Çxeidze qeyd edirdi ki, "Birləşmiş Ermənistana" görə biz
kiminləsə münasibətlərimizi qurban verə bilmərik, onda ki, qalıb Türkiyə ilə ola. О
ki qaldı, ermənilərin təklif etdiyi digər məsələlərə, biz də öz əks təkliflərimizi
qoymalıyıq, "məsələn, Denikinə münasibət məsələsini." Müzakirələrdə çıxış edən
C.Hacıbəyov təklif etdi ki, bütün nöqteyi-nəzərlərdən, istər ədalət baxımından və
istərsə də azad şəkildə təyini müqəddərat baxımından "Birləşmiş Ermənistanı"
tanımaq haqqında ermənilərin təklifi rədd edilməlidir. Gürcü nümayəndəsi
Z.Avalov da bu təklifə tərəfdar çıxaraq deyirdi ki, biz öz məsələmizi "Türkiyə
Ermənistanı" məsələsi ilə qarışdırmamalıyıq, əks təqdirdə "bizim məsələmizi həll
etməli olan komissiya, Türkiyə Ermənistanı məsələsi ilə məşğul olacaqdır. Ola
bilsin bir tərəfdən bizim təsirimiz bu məsələnin həllinə səbəb olacaq, digər tərəfdən
bizim məsələmiz rus məsələsindən ayrılıb, Ön Asiya məsələsi ilə bir sıraya daxil
ediləcəkdir." M.Məhərrəmovun fikrincə, "indi Birləşmiş Ermənistan haqqında
913
Mir-Yacoub. Le probleme du Caucase, p.132
914
Paris Sülh konfransındakı Azərbaycan və Gürcüstan nümayəndələrinin birgə iclasının protokolu.
14.08.1919. //ARDA, f.970, s.1, i.142, v.219
268
danışmaq hər halda tez idi. O, qeyd edirdi ki, Türkiyə Ermənistanı məsələsi varsa
və əgər nə vaxtsa bu məsələ həll edilərsə onda, Qafqaz Ermənistanı özünün indiki
qərarına baxa bilər."
915
İclasda çıxış edən gürcü və azərbaycanlı
nümayəndələrindən heç biri "Birləşmiş Ermənistan" adlı mücərrəd dövlətin
müstəqilliyinin tanınmasına tərəfdar olmadı. Onlar yalnız Qafqazda mövcud olan
status-kvonun qorunub saxlanmasının mümkünlüyünü qeyd etdilər və bunun
ermənilərə də aid olduğunu bildirdilər.
Ərazi məsələləri ilə bağlı mübahisələrin Paris Sülh konfransı tərəfindən həll
edilməsi ilə bağlı eımənilərin ikinci təklifi də iclasda ciddi müzakirəyə səbəb oldu.
Bu məsələdə Azərbaycan nümayəndə heyətinin üzvü M.Məhərrəmovun təklifi
iclasın qərarı üçün əsas götürüldü. M.Məhərrəmov öz çıxışında göstərirdi ki, ərazi
mübahisələrinin Parisdə Sülh Konfransı tərəfindən həll edilməsi bizim üçün sərfəli
deyildir, konfrans iştirakçıları arasında ermənilərin təsiri güclüdür. Bu məsələ ilə
bağlı o, Azərbaycanla Gürcüstan arasında imzalanmış 16 iyun müqaviləsinin bir
maddəsini əsas kimi götürməyi təklif edirdi. Həmin maddədə göstərilirdi ki,
tərəflər öz aralarındakı ərazi mübahisələrini özləri həll edirlər, yalnız mübahisə
yaranacağı təqdirdə bunu arbitraj vasitəsi ilə edə bilərlər.
Ermənilərin irəli sürdüyü üçüncü təklifə - ingilislərin Qafqazda qalmasına
həm gürcülər, həm də azərbaycanlılar tərəfdar idilər. Hətta iclasda qeyd edildi ki,
ingilislərin Qafqazdan çıxmaması Azərbaycan və Gürcüstan üçün daha vacibdir,
nəinki Ermənistan üçün.
916
Lakin bununla belə qeyd edilməlidir ki, erməni
nümayəndələri ingilislərin Qafqazda qalmasında çox maraqlı idilər. Çünki
ingilislər Qafqazdan çıxacağı təqdirdə onlar törətdiyi əməllərin müqabilində
qonşularından ehtiyat edirdilər, bir çox cəhətlərinə və bəzən narazılıq etmələrinə
baxmayaraq, Qafqazda olan Böyük Britaniya qoşunlarına müstəqil Ermənistan
dövlətinin təhlükəsizliyinin təminatçısı kimi baxılırdı. Yaradılması nəzərdə tutulan
Qafqaz komissiyasının erməniləri maraqlandıran statusuna gəldikdə isə
Ə.M.Topçubaşov qeyd etdi ki, əvvəlcə birlikdə komissiya yaratmaq barədə Sülh
konfransına müraciət etmək lazımdır, sonra onun statusunu və səlahiyyətini
müəyyənləşdirmək olar.
Ermənilərin irəli sürdüyü tələblər müzakirə edildiyi günün səhərisi, avqust
ayının 15-də Azərbaycan nümayəndəliyinin binasında, Ə.M.Topçubaşovun sədrliyi
ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar Respublikası nümayəndəliyinin
qeyd edilən məsələlərlə əlaqədar birgə iclası keçirildi. Həmin iclası
Ə.M.Topçubaşov belə xatırlayır: "Mən iclası açaraq, iştirakçıları salamladım və
bütün nümayəndəliklərin birinci ümumi iclasda iştirakından məmnun qaldığımı
bildirdim. Sonra iclasın proqramı barədə məlumat verdim və əvvəlcədən ayrı-ayrı
nümayəndəliklərdə müzakirə olunmuş, yuxarıda qeyd edilmiş üç məsələni elan
915
Yenə orada.v.219-221.
916
Yenə orada,v.220
269
etdim. Mənim və cənab Çxeidzenin təəccübünə səbəb olaraq (çünki ermənilər bu
məsələləri bizim yanımızda qaldırmışdılar) cənab Aqaronyan, sonra isə Papacanov
(Kaçaznuni gəlməmişdi, onu Ohancanyan əvəz edirdi) bildirdilər ki, bu məsələləri
onlar müzakirə təriqi ilə irəli sürməyiblər, bizimlə söhbətin (13 avqust) nəticəsi
kimi qaldırıblar və yaxşı olardı ki, təcili məsələ kimi müttəfiq qoşunların Qafqazda
qalması barədə Konfransa müraciət məsələsi müzakirə edilsin. Qəribə vəziyyət
yarandı, lakin münasibətləri korlamamaq üçün ermənilərin təklifi ilə razılaşdıq və
bu da dağlıların nümayəndələrindən başqa, hamı tərəfindən qəbul olundu. Qərara
alındı ki, digər məsələlərlə bağlı daha bir iclas çağırılsın, qoşunlar barədə xahiş
üçün tələsilsin. Bu barədə ermənilər özləri xahiş edirdilər. Təəssüf ki, müraciətin
redaktə olunub hazırlanması çox vaxt apardı.
917
Müraciəti redaktə edib, razılığa
gəlmək üçün avqust ayının 28-ə qədər nümayəndə heyətlərinin sədrləri üç dəfə
toplandılar. Bundan əlavə avqust ayının 23-də toplanmış Azərbaycan - Gürcüstan
nümayəndələrinin birgə iclasında da müraciətin mətni müzakirə edildi. Azərbaycan
və Gürcüstan nümayəndələri müttəfiq qoşunlarının Qafqazda qalmasını xarici
təhlükə ilə əlaqələndirir, xüsusən, Denikin təhlükəsini nəzərdə tutur, ermənilər isə
bura daxili təhlükəni, yəni azərbaycanlılar və gürcülər tərəfindən Ermənistana ola
biləcək təhlükəni Sülh konfransının rəhbərlərinin nəzərinə çarpdırmaq istəyirdilər.
Nəhayət, gürcü nümayəndəsi Z.Avalov yeni bir layihə hazırlayıb, avqust ayının 23-
də keçirilən iclasın müzakirəsinə verdi ki, orada da nə xarici, nə də daxili təhlükəyə
toxunulmur, sadəcə olaraq, Paris Sülh konfransının Qafqazın siyasi taleyini həll
edəcəyinə qədər müttəfiq ordularının orada qalmasının zəruriliyi göstərilirdi.
918
Müttəfiq ölkələrin Аli Şurasının sədri Jorj Klemansonun adına hazırlanmış
Müraciət cüzi dəyişikliklərlə üç nümayəndəliyin sədrlərinin imzası ilə avqust
ayının 28-də Sülh konfransına təqdim edildi. Orada göstərilirdi: "Biz aşağıda imza
edən Ermənistan, Azərbaycan və Gürcüstan nümayəndəliyinin sədrləri Sülh
konfransına məlumat verməyi özümüzə şərəf bilirik ki, Qafqazdan müttəfiq
qoşunlarının çıxarılması arzuolunmaz nəticələr verə bilər. Buna görə də, aşağıda
imza edənlər sülh konfransından xahiş edirlər ki, yuxarıda adları çəkilən
respublikaların müstəqilliyi tanınana qədər qoşunların çıxarılması dayandırılsın".
919
Bu müraciətdən sonra Parisdə olan Qafqaz nümayəndələri tərəfindən müəyyən
əməli addımlar da atıldı. Məlum olduğu kimi, bu dövrdə, əsasən, sosialist və sosial
demokrat partiyaları xarici qoşunların keçmiş Rusiya ərazisindən çıxarılmasını
tələb edirdilər. Ona görə, bütün Avropada məşhur olan gürcü menşeviklərinin
917
A.М.Топчибашeв. Письма из Парижа, с.67
918
Paris Sülh konfransındakı Azərbaycan və Gürcüstan nümayəndələrinin birgə iclasının protokolu.
14.08.1919. //ARDA, f.970, s.l, i.142, v.227
919
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Müttəfiq və Birlik dövlətlərinin Ali Şurasının sədri Jorj Klemansoya məktubu.
28.08.1919. //ARDA, f.970, s.l. i.142. v.45
270
liderləri Çxeidze və Sereteli ingilis leyboristlərindən xahiş etdilər ki, Britaniya
qoşunlarının Qafqazdan çıxmasını tələb etməsinlər.
920
Parisdə olan Azərbaycan nümayəndələrinin 1919-cu ilin yazında və yayında
gürcü və dağlı nümayəndələri ilə səmərəli əməkdaşlığı müxtəlif beynəlxalq
məsələlərə münasibətdə Qafqaz həmrəyliyinin yaranmasında mühüm rol oynadı.
Denikin təhlükəsinə qarşı bu respublikaların müqavimətini gücləndirdi.
Müttəfiqlərin Kolçak hökumətini tanımaq haqqında bəyanatı keçmiş Rusiya
imperiyasında yaranmış yeni dövlətlərin həmrəyliyini gücləndirdi. Azərbaycan
nümayəndələri Versalda "vahid və bölünməz Rusiya" təhlükəsinə qarşı gərgin
mübarizə aparmalı oldular. Müttəfiq dövlətlərin etinasızlığına baxmayaraq,
Azərbaycan nümayəndələri istiqlaliyyətin tanınması uğrunda mübarizədən bir
addım belə geri çəkilmədilər, respublikanın mənafeyi, xüsusilə, onun ərazi
bütövlüyünün qorunub saxlanılması ilə bağlı dəfələrlə Sülh konfransına, Versal Ali
Şurasına və Antanta ölkələrinin dövlət başçılarına öz haqları və hüquqları ilə bağlı
tələbnamələr verdilər. 1919-cu ilin sentyabrından Parisdə nəşr olunmağa başlayan
"Azərbaycan informasiya bülleteni"nin səhifələrində mütəmadi olaraq, Ermənistan
silahlı dəstələrinin İrəvanda, Naxçıvanda, Zəngəzurda və Qarabağda törətdiyi
deportasiya və qətllər barəsində məlumatlar, habelə Denikin təhlükəsi haqqında
rəsmi sənədlər dərc etməyə başlandı.
921
Azərbaycan nümayəndə heyəti Qərb
ölkələrinin dövlət və hökumət başçıları tərəfindən müdafiə edilən və bilavasitə
Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönələn "Böyük Ermənistan"
iddialarını bütün vasitələrlə dəf etməyə nail oldu.
Dostları ilə paylaş: |