əlverişli şərait yaradır. Bura meşələrin mühafızəsi, tarla
qoruyucu meşə
zolaqlarının salınması, suvarma təsərrüfatının, ballıqçılığın inkişafı və
təkmilləşdirilməsi, qapalı göllərdə, su hövzələrində balıqların süni sürətdə
artırılması, bitki və heyvanlar aləminin mühafizəsi məqsədi ilə milli parkların,
qoruqların, yasaqlıqların yaradılması və mühafizəsi, antropogen, texnogen
təsirlərin aradan qaldırılması daxildir.Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı
münasibəti-məhsuldar qüvvələrin inkişaf səviyyəsini nəzərə almadan, bu
qüvvələrin kimə aid olmasını bilmədən, insanların
bir-birilə maddi nemətlər
istehsalında hansı ictimai münasibətlərə daxil olduğunu dərk etmə- dən başa
düşmək olmaz. İstehsal prosesində insanlar yalnız təbiətə təsir göstərmirlər, eyni
zamanda onlar bir-birinə təsir göstərirlər. Yalnız istehsal prosesində insanlar
müəyyən əlaqə və münasibətlər şəraitində təbiətə təsir etməklə özləri üçün lazım
olan maddi nemətlər istehsalına şərait yaratmaq imkanlarına malik olurlar.
Təbiətdən istifadənin iqtisadiyyatının əsas məqsədi təbii sərvətlərdən səmərəli
istifadə olunmaqla ictimai istehalın dinamik inkişafına nail olmaqdır.
Dostları ilə paylaş: