Ekoloji hüququn əsasları
Hüquqi məsuliyyət hüququn tələblərini icra etməməyə görə dövlət
məcburiyyətidir. Hüquqi məsuliyyət elə hüquq münasibətidir ki, bu
münasibətlərin bir tərəfi, digər tərəf qarşısında, dövlət və cəmiyyət qarşısında öz
hüquqa zidd əməllərinə görə cavab verməlidir.
Hüquqi məsuliyyət sosial nəzarətin həyata keçirilməsinin, ictimai münasibətlərin
mühafizəsinin və inkişafının demokratik cəhətidir. Qanunvericilikdə və hüquq
elmində hüquqi məsuliyyətə iki baxımdan yanaşılır: pozitiv hüquq məsuliyyəti
və neqativ hüquq məsuliyyəti.
Pozitiv hüquq məsuliyyəti cəmiyyət üçün müsbət, faydalı funksiya və sosial rolu
həyata keçirmək üzrə hüquqi vəzifədən əmələ gəlir (məs.: deputatlar öz
seçiciləri qarşısında məsuliyyət daşıyır). Neqativ hüquq məsuliyyəti
(retrospektiv) hüquqpozma ilə əlaqədar əmələ gəlir və dövlət tərəfindən hüququ
pozan şəxs barəsində müvafiq hüquqi sanksiyalar tətbiq edilməsi ilə bağlıdır.
Məsuliyyət hər hansı bir hüquq normasının pozulması nəticəsində meydana
çıxır. Məsuliyyət institutu ictimai həyatımızın bütün sahələrində özünü biruzə
verir.
Ekoloji məsuliyyət dedikdə – cəmiyyət, indiki və gələcək nəsillər, konkret
şəxslər və təbiət istifadəçiləri qarşısında dövlətin, cəmiyyətin və insanların
məsuliyyəti başa düşülür.
Ekoloji məsuliyyət – çoxplanlı, sosial-iqtisadi və hüquqi institutdur. Ekoloji
məsuliyyətin əsasında ekoloji hüquqpozmalar durur. Ekoloji məsuliyyət ictimai
inkişafın ekoloji və iqtisadi proseslərini təmin edən normalara riayət
edilməməsinin nəticəsi kimi özünü biruzə verir. İnsanlariqtisadi tələbatını
ödəmək üçün onu əhatə edən ətraf təbii mühitə təsir edirlər. Bundan irəli gələrək
onlar digər münasibətlərə təsir etmiş olurlar. Vurulan ziyanla bərabər insanların
sağlamlığı da zərər çəkir.
Ekoloji məsuliyyətin mahiyyəti, məqsədi və istiqaməti 3 funksiyada təzahür
edir.
1.
Stimullaşdırıcı (həvəsləndirici). Bu funksiya ətraf mühitin mühafizəsinə
yönəlmiş iqtisai və hüquqi stimullarda özünü göstərir.
2.
Kompensasiyalaşdırıcı (əvəz vermə, əvəzləyici). Bu funksiya ətraf mühitə
vurulmuş ziyanın əvəzinin natural və ya pul formasında ödənilməsində ifadə
olunur.
3.
Preventiv (qoruyucu). Bu funksiya isə vurulmuş zərərin aradan qaldırılması
və cəza tədbirlərinin tətbiq olunması ilə ziyan vuranın xəbərdar edilməsini
özündə əks etdirir.
Ekoloji pozuntu. İnsanlar öz iqtisadi tələbatını ödəmək məqsədilə ətraf təbii
mühitə təsir edərkən öz hərəkətlərini ekoloji dəyərlərlə uyğunlaşdırmırlar.
Bunun nəticəsində cəmiyyətlə təbiət arasındakı balans pozulur və ətraf təbii
mühitə ziyan vurulur.
Ekoloji pozuntu dedikdə insanların elə hərəkətləri başa düşülür ki, onlar öz
iqtisadi tələbatını ödəmək üçün təbiətə ziyan vurmaqla təbiətdən istifadə edirlər.
Təsərrüfat fəaliyyəti nəticəsində ətraf təbii mühitə vurulan ziyan qaçılmazdır.
Bu ziyan 2 formada vurula bilər:
1.
Normativ (yəni səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş qaydalara
uyğun olaraq). Ətraf təbii mühitə vurulan normativ ziyan təsərrüfat
fəaliyyətinin hüquqauyğun nəticəsidir.
2.
Normadan artıq (yəni təbiətə vurulmuş ziyan müəyyən edilmiş həddən yuxarı
olur). Normadan artıq vurulmuş ziyan hüquqazidd davranış nəticəsində
vurulur və qanunvericiliklə müəyyən edilmiş normativləri pozur.
Təbiətlə cəmiyyət arasındakı balansı saxlamaq üçün dəymiş ziyan onların
yaranma mənbəyindən asılı olmayaraq ödənilməlidir. Ekoloji məsuliyyətin iki
forması var:
1. İqtisadi.
2. Hüquqi.
Bu bölgü ictimai münasibətlərin nizamlanması xarakterinə və metoduna görə
aparılır. İqtisadi və yaxud ekoloji-iqtisadi məsuliyyət subyektin hüquqa uyğun
fəaliyyəti nəticəsində baş verir və iqtisadi metodlarla nizamlanır. Bu hər şeydən
əvvəl tullantıların məhdudlaşdırılması məqsədi ilə çirkləndiricinin maddi
maraqlarına əsaslanır.
Hüquqi məsuliyyət qeyri-hüquqi əməllərdən doğur və inzibati metodlarla
nizamlanır. Bu formalar birlikdə ekoloji məsuliyyət institutunu müəyyənləşdirir.
Ekoloji-iqtisadi məsuliyyət hüquqpozma nəticəsində yaranan hüquqi
məsuliyyətdən onunla fərqlənir ki, bu məsuliyyət ziyanın yetirilməsi faktına
görə yaranır. Belə ki, ekoloji iqtisadi məsuliyyət hüquqpozma çərçivəsindən
kənarda mövcuddur. Yəni ona əməlin hüquqa zidd olması və təqsir kimi hüquqi
kateqoriyalar aid deyil. O, obyektiv kateqoriya ilə xarakterizə olunur. İqtisadi
fəaliyyətin xarakteri ilə ətraf mühitə dəymiş ziyan arasında səbəbli əlaqə
mövcud olmalıdır.
Ekoloji-iqtisadi məsuliyyətin mexanizmi. Ekoloji-iqtisadi məsuliyyətin
mexanizmi müxtəlifdir. Bu, konkret növ məsuliyyətdən asılıdır.
Hal-hazırda qanunvericilik təbiət və cəmiyyət münasibətləri sahəsində bir sıra
iqtisadi məsuliyyət növünü müəyyən edir. Məsələn: normativ və normadan
yuxarı tullantılara görə müəssisələrin məcburi ödəmələri, havanın və suyun
çirkləndirilməsinə görə ödəmələr, sudan və torpaqdan istifadəyə görə ödəmələr.
Göstərilən hallarda aşağıdakılar qiymətləndirilir:
-
Təbii resurslardan istifadəyə görə ödəniş ((çirkləndirilmə də (havanın,
suyun) təbii ehtiyatlardan istifadənin növüdür));
-
ətraf mühiti zəiflədən fəaliyyətin azaldılmasının iqtisadi maraqları.
Burada kompensasiyanın ödənilməsi ekoloji fondun doldurulması vqsitəsi deyil,
təbiəti mühafizə fəaliyyətinin stimullaşdırılması vasitəsi kimiçıxış edir. Bu cür
stimulların olmaması təbii mühiti çirklənməsinə və nəticədə ekoloji fəlakətə
gətirib çıxara bilər. Hüquq normalarının əsas fərqli cəhəti normalarda olan
sanksiyalardır, daha dəqiq desək, törədilmiş hüquq pozuntusuna görə seçilən
məsuliyyət növündədir. Hüquqi məsuliyyət anlayışı hüquq ədəbiyyatlarında
öz əksini tapıb. Ancaq, bütün hallarda hüquqi məsuliyyət öz spesifikliyini
itirmir, yəni törədilmiş hüquq pozuntusuna görə hər hansı şəxsə maddi xarakter
daşıyan, hüquq normasının sanksiyasına uyğun
məsuliyyət tətbiq olunur.
Ekoloji-hüquqi məsuliyyətə 3 müxtəlif, lakin bir-biri ilə qaşılıqlı
əlaqədə olan prizmadan baxmaq lazımdır:
1. Ekoloji-hüquqi məsuliyyət – dövlət məcburetmə aktı kimi.
2. Ekolojik-hüquqi məsuliyyət – hüquq münasibətləri kimi.
3. Ekoloji-hüquqi məsuliyyət – hüquq institutu kimi.
Ekoloji-hüquq məsuliyyətinin dövlət məcburetmə aktı kimi çıxış etməsi dövlətin
təbiətdən istifadə və ətraf təbii mühitin mühafizəsi sahəsində qanunçuluğun və
hüquq qaydalarının təmin olunması marağından irəli gəlir. Bu məqsədə çatmaq
üçün inandırma və məcburetmə metodundan istifadə olunur. İnandırma metodu
böyük əhəmiyyət kəsb edir. Ancaq bu metodun təsiri olmadıqda köməkçi
xarakter daşıyan məcburetmə metodundan istifadə olunur. Ekoloci-hüquq
məsuliyyəti hüquq münasibəti kimi hüquq normalarının poozulması nəticəsində
dövlət və onun orqanları ilə hüquqpozan arasında yaranır. Hüquqpozma faktı
subyektlə (hüquqpozan) dövlət arasında müəyyən hüquqi əlaqə yaradır.
Ekoloji-hüquq məsuliyyəti hüquq institutu kimi qanunçuluq və hüquq
qaydalarının təmin olunması üçün, hüquq pozana qarşı dövlətin və onun
orqanlarının hansı məcburetmə təsir tədbirlərinin tətbiqetmə vasitəsini və
qaydasını öyrədir. Hüquqpozmadan o vaxt danışmaq olar ki, o, özündə
hüquqpozmanın tərkib elementlərini əks etdirsin: obyekti, obyektiv cəhəti,
subekti və subyektiv cəhəti.
Ekoloji-hüquqi məsuliyyətin quruluşu. Ekoloci-hüquqi məsuliyyət hüquq
sistemində mövcud olan hüquqi məsuliyyətin formalarından biridir.
Ekoloji-hüquqi məsuliyyət məsuliyyət institutunun bütün xüsusiyyətlərini
özündə əks etdirməklə yanaşı spesifik xüsusiyyətlərə də malikdir. Bu
xüsusiyyətlər ekoloji-hüquqi məsuliyyətin quruluşunun təhlili nəticəsində
meydana çıxır.
Ekoloji hüquqi məsuliyyətin quruluşu aşağıdakı kimidir:
2)
Ətraf mühitin mühafizəsi tələblərinin pozulması ilə əlaqədar yaranan
təbiəti mühafizə münasibətləri.
3)
Törədilmiş hüquqpozma faktına görə cinayət, müvafiq sanksiyaların
tətbiqi. Məsuliyyətin hissələri bir tam yaradaraq iki prinsip üzərində
qurulur:
3.
Sinxronluq – Bu prinsip məsuliyyətin hər iki hissəsinin daxili
məzmununun uyğunluğunu xarakterizə edir. Başqa cür desək, hər bir
hüquqpozmaya görə muəyyən olunmuş qaydada müvafiq sanksiya
uyğunlaşdırılır (tətbiq edilir).
4.
Adekvatlıq prinsipi törədilmiş hüquq pozuntusunun ağırlıq dərəcəsinə
uyğun olan cəzanın müəyyən edilməsini nəzərdə tutur. Bu zaman əsasən
aşağıdakı hallar nəzərə alınır:
1) törədilən hüquqpozmanın xarakteri;
2) dəymiş ziyanın miqdarı və onun nəticələri;
3) ziyan vuranın təqsirinin formaları;
4) hüquqopzmanın təkrar törədilməsi.
Document Outline - Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:
Dostları ilə paylaş: |