Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Təbiətdən  səmərəli istifadənin əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   2   3   4   5   6   7   8   9   ...   17
STANDARTLAŞDIRMA 1-10

Təbiətdən 
səmərəli istifadənin əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Təbii sərvətlərdən istifadə onların bərpa olunması ilə müşayiət olunmalıdır; 
2.Təbii sərvətlərin istifadəsi kompleks şəkildə həyata keçirilməlidir; 
3. Təbii sərvətlərin təkrar istifadəsi həyata keçirilməlidir; 
4.Təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə önəm verilməlidir; 
5.Təbii sərvətlərdən istifadə zamanı yeni texnika və texnologiyalar tətbiq 
edilməlidir. 
Təbii ehtiyatların qiymətləndirilməsi sahəsində effektiv üsullardan biri də 
alternativ variantlardan istifadə edilməsidir. Kiçik su elektrik stansiyalar 
enerjinin ucuz yolla alınmasında ən əlverişli mənbə hesab oluna bilər. Amma bu 
da bəzi mənfi nəticələrə gətirib çıxarır. Misal üçün deyə bilərik ki, geniş sahələr 
su altında qalır məhsuldar torpaqların ekoloji-iqtisadi itkisi ilə nəticələnir. Onu 
da qeyd edək ki, təbii ehtiyatların ekoloji-iqtisadi tədqiqatında göstərilən növləri 
nəzərə almaqla bərabər, iqlim-istilik, küləyin gücü, istehsal sahələrində 
energetika, sənaye, kənd təsərrüfatı, filiz, qeyri-filiz yataqlarının işlənilməsi, 
istismarı bəzi nadir ehtiyatların səmərəli istifadə olunmasının texnoloji ekoloji-
iqtisadi dəyərləndirilməsi elmi əsaslara söykənməklə həll olunmalıdır. Bu gün 
qlobal problemlərin əsasını insanın biosferin təbii ehtiyatlarından səmərəli 


istifadə etməsi, ekoloji-iqtisadi və geoloji tarazlığın qorunması təşkil edir. 
Keçmiş SSRİ-də uzun illər təbii sərvətlərdən pulsuz istifadə olunmuşdur. 
Nəticədə isə bu təbiətdən istifadədə israfçılığa səbəb olmuşdur. Ona görə də, 
bunları qiymətləndirmək üçün real qiymət lazımdır. Bununla yanaşı, təbii rifah 
komponentlərini də qiymətləndirmək vacib sayılır. Onu da nəzərə almaq 
lazımdır ki, həmişə ehtiyatların qiymətləndirilməsi müsbət olmalıdır. Lakin bir 
çox təcrübələr göstərir ki, hər hansı bir “sıfır” qiyməti də ola bilər. Bu, o zaman 
ola bilər ki, onun cəmiyyət üçün həm bu gün, həm də gələcəkdə fiziki itkisi 
iqtisadi itki ilə müşayiət olunmasın. Məlum olduğu kimi, Azərbaycan 
Respublikasının zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik 
olan bir dövlət kimi geniş imkanları mövcuddur. Lakin hazırda respublika 
qarşısında həllini gözləyən bir sıra ekoloji problemlər durur
. Bu problemlər 
aşağıdakılardır:
- Bakı və digər iri şəhərlərdə əhalinin içməli su ilə tam təmin olunmaması; 
- Su hövzələrinin, o cümlədən, Xəzər dənizinin məişət və sənaye sularının 
tullantıları ilə çirkləndirilməsi; 
- Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar yaranan problemlər; 
- Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan 
artıq atılması; 
- Bəzi bölgələrdə kənd təsərrüfatı üçün yararlı torpaqların eroziyaya uğraması və 
şoranlaşması; 
- İri sənaye və yaşayış məntəqələrində məişət tullantılarının mütəmadi şəkildə 
yığışdırılmaması və tələb olunan müvafiq qaydada yerləşdirilməməsi. 
Qeyd olunan ekoloji problemlərin həlli yollarını davamlı inkişaf prinsipləri 
əsasında müəyyənləşdirmək üçün onları təhlil etmək zəruridir. Müasir dövrdə 
davamlı inkişaf ətraf mühitin qorunmasını və təbii resurslardan davamlı 
istifadəni tələb edir. Son zamanlar keçirilən konfranslarda irəli sürülən 
müddəaların əsas hissəsini ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan 
səmərəli istifadə ilə bağlı məsələlər tutur. Onu da qeyd edək ki, son illərdə 
respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli 
istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsi kimi, 
Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi 
və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının 
yaradılmasını göstərə bilərik. Son illərdə həyata keçirilən Rio Konfransının da 
bu sahədə rolu böyükdür. Burada əsas məsələlər əhalinin sağlamlığı, ətraf 
mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli 
istifadəyə aid idi. Konfransda 20-dən çox milli qanun qəbul edilmişdir. 


Azərbaycanda da “Azərbaycan Respublikasında ekoloji vəziyyətin 
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın 
icrası ilə əlaqədar bir sıra layihələr müvəffəqiyyətlə həyata keçirilmiş və bu 
siyasət növbəti illərdə də genişləndirilmiş, bu sahədə fəaliyyət inkişaf 
etdirilməkdədir: 
- Yeni müstəqil dövlətlər arasında Dünya Bankının dəstəyi ilə ilk dəfə olaraq 
Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi hazırlanaraq həyata 
keçirilmişdir; 
- Ətraf mühitə ciddi təsir göstərə bilən karbohidrogen ehtiyatların və digər 
faydalı qazıntıların istismar layihələri və yeni tikinti layihələri 1996-cı ildən 
başlayaraq ekoloji ekspertizadan keçirilməyə başlanmışdır; 
- 1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı hazırlanmışdır; 
- Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii 
ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional 
tədbirlər görülmüşdür. Bu tədbirlərdən ən mühümü 2001-ci ilin may ayında yeni 
strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasıdır. 
Təbiətdən istifadədə tətbiq olunan metodlardan biri statistik metoddur. Statistik 
metod təbii sərvətlərdən istifadənin dinamikasını müəyyənləşdirir. Bu metodun 
əsas məqsədi təbii resursların potensial imkanlarına uyğun istifadəsi və 
tükənməməsinin qarşısının alınmasında iqtisadi göstəriciləri aydın əks 
etdirməsidir. İctimai həyatın bütün sahələrində statistika kütləvi hadisələrin və 
proseslərin kəmiyyət tərəfini öyrənir. Azərbaycan yalnız neft və qaz 
ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu 
mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi 
geosiyasi mərkəzə çevrilmişdir. Neft və qaz ehtiyatlarının işlənmə si, həmçinin 
onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi 
sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə 
çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 
aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ‘’Xəzərin 
Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) 
yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü’’ üzrə birinci saziş 
imzalandı. Məhz “Əsrin sazişi” ölkəmizdə təbii resurslardan istifadə nəticəsində 
ətraf mühitə dəyəcək ziyanın qarşısını almaq üçün əlavə tədbirlərin görülməsini, 
ekologiyaya diqqətin zəruriliyini üzə çıxardı.Kimya sənayesi çox funksional 
sturuktura malikdir. Başqa sənaye sahələri ilə müqayisədə Elmi Texniki 
Tərəqqinin nailiyyətlərindən səmərəli istifadə dünyanın inkişaf etmiş ölkələrində 
bu sahənin sürətlə inkişafına təsir göstərmişdir.


 Sərbəst iş N°_ 2 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin