b) təbiisuhövzələrinə buraxmaqməqsədilə qiymətlibalıqnövlərinin çoxaldılması
ilə məşğulolanmüəssisələr;
v) fəaliyyət göstərən dövlət qoruqları və milli parklar.
Ovçuluq təsərrüfatları tərəfindən həyata keçirilən təbiəti mühafizə xərcləri
özündə vəhşi heyvanların qorunması və çoxaldılmasına (müxtəlif biotexniki
tədbirlər, brakonyerliklə mübarizəyə və s.) çəkilən xərcləri əks etdirir. Qiymətli
ov balıqlarının çoxaldılması xərclərinə balıq çoxaldılması ilə məşğul olan
müəssisələrin saxlanılması xərcləri də daxildir. Meşə resurslarının qorunmasına
çəkilən xərclər əsasən 5-MT (yanğın) “Meşə fondunda və başqa ərazilərdə baş
vermiş meşə yanğınları barədə ” hesabat formasında əks olunur. Yaşıllaşdırma
obyektlərinin tikintisi, onların bərpası və saxlanılması xərcləri 1-yaşıllıq “Şəhər
torpaqları və yaşıl əkililər haqqında” hesabat formasında göstərilir.
Elmi-tədqiqat və işləmələrə çəkilən xərclər haqqında məlumat əldə etmək üçün
1-elm “Müəssisələrin yerinə yetirdiyi elmi-texniki işlər barədə hesabat”
formasında göstərilən ətraf mühitin qorunmasına yönəldilən tədqiqatlara çəkilən
xərclərin cəmindən istifadə olunur. Ətraf mühitin mühafizəsi üzrə
mütəxəssislərin təhsili, maarifləndirilməsi və hazırlığı üzrə xərcləri müəyyən
etmək üçün “Dərs ilinin əvvəlinə dövlət və qeyri-dövlət texnikum və digər orta
ixtisas məktəbləri haqqında” 1-orta ixtisas N-li və “Dərs ilinin əvvəlinə dövlət
və qeyri-dövlət ali məktəbləri haqqında” 1-ali məktəb bakalavr və 1-ali məktəb
magistratura N-li formalarda ali məktəblərdə “Ekologiya və təbiətdən istifadə”,
orta təhsil məktəblərində “Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən
səmərəli istifadə”, “Torpağın qorunması və meliorasiyası” ixtisasları üzrə təhsil
alan tələbələrin sayı və 1 tələbənin orta illik təhsil haqqı nəzərə alınır.
Xərclərin adı
Dostları ilə paylaş: